Sual (81) : Bezekli hicablar taxmaq gunahmidir?
Имя: Mamed, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim
Paltarın parçası, yaxud rəngi, yaxud tikiliş qaydası onu geymək istəyən şəxs üçün adi qayda olmasa və onun hörmətinin aradan getməsinə, xar olmasına səbəb olsa, bu şöhrət libası hesab edilir və onu geyinmək icazəli deyil. Lakin qeyd etdiyiniz hicab geyimi əgər camaat arasında adi olarsa və diqqəti cəlb eləmirsə, eybi yoxdur.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 

Sual (82) : Salam elikum men 11ildir basimi baxlayiram bu ildiki basimi acmaq istemirem cunki basimda cox axrilar olur hem de istiye dozumum yoxdur. MENE ne meslehet vere bilesiz acim acmiyim xayis eleyirem cavab yazardiz. Birdenede sualim var men 4ildiki yoldasimdan ayrilmisam onan bizim Tekçe kebinimiz var men o Kevin caxizini geri oxudurum neyliyim.bir oglumuzda var. Coxsaxolun
Имя: Mamed, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Naməhrəm qarşısında hicaba riayət etmək vacibdir. Siz başınızdakı xüsusi hicab örtüyünü başınızı tamamilə örtən yaylıqla əvəz edib yoxlayın. Hər halda əgər başınızı açsanız, naməhrəm qarşısına çıxa bilməzsiniz.
2. Kəbin kağızı nikah mahiyyəti daşımır və onun olub-olmamasın bir təsiri yoxdur. O yalnız sizin yoldaşınızla evli olmağınızı göstərmək üçün bir sənəddir. Ərinizdən ayrılmaq üçün əriniz sizə talaq verməlidir və nə qədər ki, bu talağı verməyib, siz onun arvadı hesab edilirsiniz.

http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (83) : dinde qas almaga icaze verilir ?ve eger verilirse kimlere verilir icaze ?erde olmamiw qizlar ala biler?
Имя: gunahkar bende, Страна: rusiya, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qadınların qaş almasının eybi yoxdur. Qızların da qaş almasının öz-özlüyündə eybi yoxdur. Lakin öz ardınca fəsad gətirsə, ehtiyat odur ki, almasınlar .
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (84) : salam qardaw xanimlarin mahni oxumagi barede sualim olacaq,, klip cekdirmek mahni oxumaq gozel ve rengli paltarlarla namehremlerin qarwisnda cixis etmekleri dogrudurmu?
Имя: kenan, Страна: AZERBAYAN, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər şəri baxımdan icazəli olan bir mahnını xorla oxusalar və heç birinin səsi ayrıca nazikləşib bilinməsə, eybi yoxdur.
Geyimə gəldikdə isə əgər hicaba tam riayət edilsə və öz ardınca fəsad gətirə biləcək geyimlər geyinməsələr, iradı yoxdur. Əks təqdirdə naməhrəm qarşısına çıxmasınlar. Lakin naməhrəm olmayan məclislərdə şəri baxımdan icazəli mahnılar oxumaqlarının, yaxud hicaba riayət etməmələrinin iradı yoxdur.

http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (85) : Allahin Salami olsun uzerinize. Size iki sualim var. 1-Vacib emelde udul etmek. olar? 2-Ata ikinci defe aile heyati qurub.hemin ikinci arvad atanin birinci arvadindan olan oglan usagina mehremdi? Ve hemin oglan usagi atanin ikinci arvadinin qiz usaglarina ve arvadin bacisina mehremdi? Evvelceden tesekkurluyumu bildirirem Allah razi olsun sizden.
Имя: Günahkar bəndə, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Fətva verilmiş məsələdə digər müctəhidə rücu etmək icazəli deyil.
2. Bəli, atanın oğlu onun ikinci arvadına məhrəmdir.
Əgər o qızlar həmin oğlanla atadan birdirlərsə, bacı-qardaş hesab edilir və məhrəmdirlər.
Əgər belə deyilsə, məhrəm sayılmır. Habelə, arvadın bacısına da məhrəm sayılmır.

http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (86) : salam aleykum saytinizda hicab barede yazini oxudum men de hicabli olmaq isterdim amma yoldasimin buna maraqi yoxdu sizden cox xais edirem ki mene ele bir sey yazin ki men onu erime basa salim Allah cumlenizden razi olsun
Имя: Nurane, Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əvvəla qeyd edək ki, hicab Allahın əmri və dinimizin zəruri məsələlərindəndir. Qadın naməhrəm qarşısında öz hicabına riayət etməlidir və bu məsələdə Allahdan başqa heç kimdən itaət etməməlidir. Siz də öz həyat yoldaşınızı yumşaq və sadə dillə başa salmağa, hicabın vaciblini, onun faydalarını açıqlamağa çalışın. Biz də hicab haqda qabaqkı yazıdan əlavə olaraq aşağıdakı kimi sizə kömək etməyə çalışırıq:
Çox qiymətli daş-qaş olan qadın ilahi hicab sandıqçasında olduğu müddətdə ərzində oğruların, qarətçilərin şərindən amanda qalır.
Əgər gənc, gözəl simalar görünməzsə, həva-həvəs alovları, cinsi tələblər atəşi bir millətin paklığını, bir məmləkətin mənəviyyatını yıxmağa qalxmaz.
Hicab qadının əzəmətini, şəxsiyyətini və gözəlliyini öz əri üçün qoruyur.
Ailələrin səmimiyyəti, kişilərin qəlblərinin təskinliyi, ər və arvad münasibətlərinin möhkəmliyi, kişinin öz nikahlı qadınına məhəbbəti, etibarı – bütün bunların hamısı qadınların hicab və örpəyinə borcludur.
Əgər kişilər asanlıqla, istədikləri şəkildə (qeyri-qanuni yolla) qadınlara sahib ola bilsələr, bu zaman onların öz nikahlı qadınlarına qarşı eşq və məhəbbətlərinin heç bir zəmanəti olmayacaq, yuvalar asanlıqla dağılacaqdır. Hicabsızlıq, qərbin təlqin etdiyi şəkildə qadının özbaşınalığı onun azadlığı demək deyil. Bu növ azadlığın ziyan və təhlükəsini saymaqla qurtarmaq olmaz: Hicabsızlıq indiyə qədər minlərlə kişini azğınlığa, tüfeyliliyə, ailəli qadınlarla qanunsuz münasibətlərə sürükləyib; təlağın sayını artırıb; yəhudilik və məsihiliyin arzu etdiyi kimi, bir çox kişi və qadınların İslamdan, dindən çıxmasına səbəb olub və s. Hicabsızlığın təməlini qoyanlar, dilə gəlib, onun acı nəticələrini son dövrlərin ən qorxulu təhlükəsi adlandırırlar. Bəli, hicab minlərlə qadını, kişini, ailəni, cəmiyyəti, xüsusilə də gəncləri minlərlə təhlükədən qoruyur və ailələrin isti ocaqlarının dağılmamasına yardım edir. 
Tədqiqatçılar Quranın on dörd ayəsinin hicaba dəlalət etdiyi qənaətindədirlər. Bəzi tədqiqatçılar isə bu ayələrin iyirmi beşə çatdığını söyləyirlər.
Həzrət Əli (ə) oğlu imam Həsənə (ə), onun simasında isə bütün dünya xalqlarına xitab edərək buyurur: "Məhrəm-naməhrəmliyə ciddi şəkildə riayət et. Çünki bu səni və bütün naməhrəm qadınları günaha və günah fikrə düşməkdən qoruyur. Əgər sənin ailənin qadınlarının səndən qeyri bir kişi tanımamalarını istəyirsənsə, bu məsələyə diqqət yetir".
Qadın özünü Haqqın bəndəsi bilərək, özünü bəndə kimi aparmalıdır. O, həqiqi nemət sahibinin nemətləri üçün Ona şükür etməlidir. Bu şükrün başlıca yolu nemət sahibinin əzəmətini hiss edib, qiyamət gününə inanmaq, Onun bütün göstərişlərinə əməl etməkdir. Yalnız bu yolla özünü, ailəsini, cəmiyyəti hicabsızlığın acı nəticələrindən qoruya bilər.
"Amma kim (qiyamət günü) Rəbbinin hüzurunda durmaqdan qorxmuş və nəfsinə istəyini, şəhvəti qadağan etmişsə, həqiqətən, onun yurdu cənnətdir".
Çox təəssüflər olsun ki, bu gün dünyanın dörd bir yanında, bəzi qadınlar öz şəhvani istəklərini tam azad buraxaraq, keçmiş tariximizdə baş verməmiş azğınlıqlar törədirlər. Çox təəssüf hissi ilə deməliyəm ki, bu gün müsəlman ölkələrində yaşayan qadınlar da onları özlərinə örnək hesab edirlər.
İmam Əli (ə) qadınlar haqqında belə buyurur: "Gələcəkdə, qiyamətə yaxın ən pis dövrdə ən pis qadınlar peyda olacaq. Onların xüsusiyyətləri aşağıdakılardan ibarətdir: Hicabsız, lazımi örpəkdən uzaq, öz zinətlərini gözə soxan, dindən çıxmış, fitnəkar, sürətlə (şəhvani) ləzzətlərə tərəf can atan və Allahın haram buyurduqlarını halal hesab edən. Bu xüsusiyyətlərə malik olan qadınlar əbədi olaraq cəhənnəmdə qalacaqlar".
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (87) : Salamun eleykum. Mənim 16 yaşım var mən hicab bağlamaq istəyirəm əvvala bunu demək istəyirəm ki mənim günahlarım var yəni mən bəzən bir şeyin günah oldugunu bilə bilə mən onu etdim yəni uşaq ağlımla hərəkət etdim şeytana uydum ( yəni oğurluq kimi) indi mən bilə bilə etdiyim günaha görə çox peşmanam istərəm doğru yola gələm hicab bağlıyam inşallah . indi mən nə edim siz mənə doğru yolu tapmağıma yardım edin xahiş edirəm
Имя: Sevil, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hər bir kəsin günah etməsi mümkündür. Əsas odur ki, insan öz günahını başa düşsün və tövbə edərək düz yola qayıtsın. Əgər bir günah etmisinizsə, tövbə edin. Əgər birinin haqqını tapdamısınızsa, zülm etmisinizsə, onun razılığını alın. Namaz və oruc kimi ibadətlərin də qəzasını yerinə yetirin. Allah tövbələri qəbul edən, bağışlayan və rəhm edəndir.
Hicab barədə də gözəl qərar qəbul etmisiniz. İnşallah, siz də Allahın əmrini yerinə yetirib hicab nuru ilə nurlanın ki, dünya və axirət səadəti sizə nəsib olsun. Allahın bəyənilmiş bəndələri sırasında dayanasız.
Hicab haqqında bir neçə kəlmə:
Hicab, Allahın təkidlə əmr etdiyi zəruri bir məsələdir və qadınların naməhrəm qarşısında ona riayət etmələri vacibdir. Qurani-kərimdə bir neçə ayədə də bu barədə gəlmişdir. O cümlədən "Nur" surəsində buyurulur:

“Mömin qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinət və bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar. Gərək (boyun və sinələrinin örtülməsi üçün) baş örtüklərini (çəkib) yaxalarına salsınlar və zinət (və zinət yer)lərini ərlərindən, atalarından, qayınatalarından, oğullarından, ərlərinin oğullarından, qardaşlarından, qardaşlarının oğullarından, bacılarının oğullarından, özlərindən olan (müsəlman) qadınlardan, kənizlərindən, şəhvəti olmayan qulluqçu kişilərdən və qadınlarla yaxınlıq qüdrəti olmayan uşaqlardan başqa heç kəsə göstərməsinlər. ” ( Nur surəsi, 31-i ayə)
Quranda örpək məsələsinin ilk insan yaranışı zamanına gedib çatmasına işarə vardır. Elə ki, həzrət Adəm (ə) və ilk qadın Həvva cənnətdən çıxarılır və onların örtükləri olmur. O cəhətdən, onların şəxsiyyətinin qorumasından ötrü onlara ilk örtük əta olunur. Quranda bu haqda oxuyuruq: “(Adəm və Həvva) ağacın meyvəsindən daddıqda bədənləri göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) bədənlərini örtməyə başladılar.” ("Əraf" surəsi 22-i ayə)
Ayədən məlum olur ki, Adəm (ə) və Həvva qadağan olunmuş meyvələri yedikdən sonra behişt paltarlarını əldən verir və ona görə də yarpaqlarla özlərini örtməyə başlayırlar. Bu hadisə, insanın açıq-saçıq olmasının nə qədər günah və bəyənilməz olduğunu açıqlayır. Ona görə də ilk qadın və kişi öz iffət və həyalarını qorumaqdan ötrü ağaç yarpaqlarından istifadə edirlər. Bəs məlum olur ki, insanın iffət və həyasının ilk mərhələsi onun örtükdə olmasıdır və bu məsələ qadınlarda daha mühümdür. Çünki qadının təbii bədən qurluşu və gözəllikləri istər-istəməz yad kişiyə təsir qoya bilər. Təbii ki, bu hal, heyvani hisslərini ələ ala bilməyən və şəhvət düşkünlərini daha tez öz təsiri altına alır. İslam, cəmiyyətin cavanlarının şəhvət xəstəliklərinə düşməməsinə, qadın və cavan qızların iffət və şəxsiyyətlərinin tam şəkildə qorunmasından ötrü örpəyi vacib edir.

Bunlardan əlavə: 1. Qadının örpəyi cəmiyyətdə ruhi rahatlığın zamin sayılır.
Qadın açıq-saçıqlığı və müasir cəmiyyətdə şəhvət və heyvani hisslərin daha çox qabarıq şəkildə təbliği göstərir ki, cəmiyyətdə qadının çılpaqlığı insanın mənəvi ruhiyyəsini pozur və cavanların təbii şəhvət hisslərinin nəzarətdən çıxması, sonda cəmiyyətdə fitnə-fəsadın çoxalması və sair nəticələrə səbəb olur. Bu səbəbdən Allah-taala Quranda qadın və kişilərə xəbərdarlıq edir və özlərini fəsada düşməkdən qorumaqdan ötrü bəzi əməlləri o cümlədən, örtük və örpək məsələsini açıqlayır.
2. Örpək və örtük qadına cəmiyyətdə bir əşya kimi baxılmasının qarşısını alır.
Müasir cəmiyyətimizdə qadın hüquqlarının ən qatı şəkildə pozulma hallarından biri də qadınların cəmiyyətdə kimlərinsə şəxsi mənafeyindən ötrü qəzet və jurnallarda, maşınların satışında, müxtəlif malların reklamlarında çılpaq və açıq şəkildə onlardan alət kimi istifadə edilməsidir. İslam dini bela əməllərə qarşı qəti şəkildə müxalif olub, qadının şəxsiyyətini qorumaqdan ötrü onu hərtərəfli müdafiə edir. Qadınların belə işlərdə istifadə olunması əslində cəmiyyəti fitnə-fəsada tərəf çəkir və qadın şəxsiyyətini alçaldır.
Bütün bunlar sübut edir ki, Allah-taala insanlar arasında qadına məxsus məqam və ehtiram qoyur. Qadının cəmiyyətdə tərbiyə və rolunun mühüm olmasına görə ona məxsus bəzi zəruri hökmləri vermişdir.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (88) : Qadının kişi paltarı və kişinin qadın paltarı geyinməsinə İslam dini icazə verirmi? Cavab: - Kişi paltarı geyinən qadınlar və qadın paltarı geyinmiş kişilər lənətlənmişdirlər. İslam şəriətində bu əməl haramdır. Mekarim Sirazi Aganin Risalesinde Var bele hokm?Mumkundurse etrafli yazardiz cunki bu mesele cox maraqlanilir ve haram buyrulubsa hedis ve ya quran ayesinide gondererdiz zehmet olmasa
Имя: Xeyal, Страна: baki, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ayətullah Xamenei: Müxalif cinsin libasını geyinmək onu özünə geyim qərar verdiyi surətdə icazəli deyil.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (89) : Qadının kişi paltarı və kişinin qadın paltarı geyinməsinə İslam dini icazə verirmi? Cavab: - Kişi paltarı geyinən qadınlar və qadın paltarı geyinmiş kişilər lənətlənmişdirlər. İslam şəriətində bu əməl haramdır. Mekarim Sirazi Aganin Risalesinde Var bele hokm?Mumkundurse etrafli yazardiz cunki bu mesele cox maraqlanilir ve haram buyrulubsa hedis ve ya quran ayesinide gondererdiz zehmet olmasa
Имя: Xeyal, Страна: baki, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Müxalif cinsə məxsus olan geyimləri geyinmək, əgər xas məfsədəsi olmasa, eybi yoxdur. Lakin ehtiyat odur ki, kişi qadına məxsus olan geyim, qadın da kişiyə məxsus olan geyim geyinməsin.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (90) : Salamun Eleykum. Öncəliklə bizlərə belə bir şərait yaratdığınıza görə sizə öz təşəkkürlərimi bildirirəm . Belə bir sualla sizi narahat edəcəm yəni mən bilmək istəyirəm ki qadın müğənnilik edə bilərmi vəya dini mahnılar Mərsiyələr oxuya bilərmi yoxsa yox .Evvelceden sizə öz teşekkürlerimi bildirirem
Имя: Mamed, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Dini mahnılar, yaxud mərsiyyələr oxumasının eybi yoxdur, lakin bu halda onun səsini naməhrəm kişi eşitməməlidir.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP