Sual (81) : Atanın öz baliğ, aqil və ondan ayrı yaşayan (müstəqil olan) övladının mallarından hansı həddə qədər təsərrüf etməsi caizdir və əgər onlarda haqqı olmayan şəkildə təsərrüf etsə, buna zamindirmi?
Имя: Anar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Atanın öz baliğ, aqil övladının malında təsərrüf etməsi, övladın icazəsi, razılığı olan hallar istisna olmaqla heç bir halda caiz deyil. Əgər onun razılığı olmadan təsərrüf etsə, haram iş görübdür və ona zamindir. Əlbəttə istisna olunan hallardan başqa.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (82) : Yetim qardaşlarını öz öhdəsinə götürmüş və yanında onların pulu olan möminlərdən biri bu pulla onlar üçün sənədsiz olaraq torpaq sahəsi alıbdır, bu məqsədlə (sənədsiz alıb) ki, gələcəkdə onun sənədini alacaq, yaxud sonralar torpaq sahəsini onlar üçün aldığı qiymətdən baha qiymətə satacaq. Lakin hal-hazırda kiminsə o torpaq sahəsinin öz mülkü olmasını iddia edəcəyindən, yaxud onu təsərrüf edəcəyindən qorxur. Amma əgər onu indi satsa, hətta aldığı qiyməti belə əlinə gəlməyəcəkdir. Əgər onu, aldığı qiymətdən aşağı qiymətə satsa, yaxud biri onu qəsb etsə, yetimlərin pullarına zamindirmi?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər yetim uşaqların şəri qəyyumu olsa və onların məsləhətini, xeyrini nəzərə almaqla torpaq sahəsini alsa, bu halda öhdəsində heç nə yoxdur. Əks halda müamilə füzulidir və onların şəri qəyyumlarının və ya həddi-büluğa çatandan sonra onların özlərinin icazəsinə bağlıdır, o da yetimlərin malına zamindir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (83) : Atanın uşağın malından özü üçün, yaxud başqası üçün borc götürməsi caizdirmi?
Имя: Samir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər onun mənafe və məsləhətinə riayət etməklə olsa, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (84) : Əgər uşağa paltar, yaxud oyuncaq kimi başqa şeylər hədiyyə verilsə və sonralar böyüdüyünə görə, yaxud başqa səbəbdən istifadəyə yararlı olmasa, bu halda onun qəyyumunun onları sədəqə verməsi caizdirmi?
Имя: Cabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Uşağın qəyyumu üçün onun məsləhət və mənafeyinə riayət etməklə məsləhət bildiyi kimi onlarda təsərrüf etməsi caizdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (85) : İnsanın bədən üzvlərindən bəzilərini (məsələn böyrəyini) ona ehtiyacı olan adama satması caizdirmi?
Имя: Elnur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər o üzv bədəndən götürüldükdə onun sahibinin həyatı üçün təhlükəli və etina olunacaq zərərə səbəb olmasa, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (86) : Camaatın çoxunun nəzərində faydası və əhəmiyyəti olmayan, lakin xüsusi bir qrup üçün dəyər və əhəmiyyəti olan şeylərin, məsələn həşəratların, arıların və laboratoriyalarda, universitetlərdə təhqiqat əhəmiyyətli olan başqa şeylərin maliyyəti varmı? Onlarda maliyyəti olan şeylərin hökmləri, o cümlədən mülkiyyət, alıb-satmağın caiz olması, tələf etdikdə zamin olmaq kimi başqa hökmlər icra olunurmu?
Имя: Anar, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hər bir şey, aqillərin, hətta onların müəyyən bir dəstəsinin belə, onun halal mənfəətlərinə görə ona rəğbət göstərmələrinə səbəb olsa maliyyəti vardır və şəri nəzərdən əsərinin olmamasına dəlil olan hökm və əsərlərdən başqa maliyyəti olan şeylərin hökm və əsərlərinin hamısı, məsələn mülkiyyət, satıb-almağın caiz olması, ələ keçirməklə, yaxud tələf etməklə və ya başqa səbəblərlə zamin olmaq və başqa hökmlər o şey üçün də olacaqdır. Hərçənd əhvət budur ki, arı və həşərat kimi şeylərin mübadiləsində pul ixtisas haqqının və bu şeylərdən əl götürməyin müqabilində verilsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (87) : Fəqihlərdən bir çoxunun da inandığı kimi, satılan malın zahirdə mövcud olan bir şey olması şərt olunduğu halda, texnoloji elmləri müasir dövrdə mübadilə ilə əlaqədar dövlətlər arasında bağlanan adi müqavilələrdə olduğu kimi satmaq düzgündürmü?
Имя: Samir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Onları razılaşma yolu ilə mübadilə etməyin eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (88) : Bir torpaq sahəsini, yaxud başqa bir şeyi oğurluqda məşhur olan və aldığı mal müqabilində satıcıya verəcəyi malın (pulun) oğurluq maldan olması ehtimal verilən bir adama satmağın hökmü nədir?
Имя: Ruslan, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Haram yolla mal kəsb etməkdə məşhur olan admala, qeyd olunan ehtimalı verməklə müamilə etməyin şəri cəhətdən eybi yoxdur. Lakin əgər onun verdiyi malın (pulun) haram maldan olmasına yəqin olsa bu halda onu almaq caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (89) : Mənim üçün mehriyyə təyin olunmuş bir əkin sahəm var idi. Son vaxtlar onu satmışam, lakin bir kişi iddia edir ki, bu yer 200 ildən çoxdur ki, vəqfdir. Onu satmaqla əlaqədar mənim vəzifəm nədir? Bu yeri mehriyyə adı ilə mənə verən ərimin vəzifəsi nədir? Onu məndən alan müştərinin vəzifəsi nədir?
Имя: Ziya, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu torpaq sahəsi üzərində olunmuş müamilələrin hamısının düzgün olmasına hökm olunur. Amma əgər o yerin vəqf olunmasını iddia edən şəxs şəri məhkəmədə öz iddiasını isbat etsə, həmçinin bu vəqfin satılması düzgün olmayan vəqflərdən olması sübut olunsa və bu iki müddəanın isbat olunduğu fərz olunan surətdə, o yer üzərində baş verən müamilələrin hamısının batil olmasına hökm olunur. Bu halda siz pulu müştəriyə qaytarmalısınız, o yer də vəqfliyə qaytarılmalıdır, əriniz də mehriyyəyə zamindir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (90) : Fars körfəzindəki dövlətlərlə qonşu olan İran adalarından bu ölkələrə qoyun və mal-qara ixracatı çoxalmışdır. Tacirlərin nəzərində məlum məsələdir ki, onları İslam Respublikasından başqa yerlərə ixrac etmək qadağandır və onlar qeyri-qanuni şəkildə qaçaq olunur. Bu halda onları bu dövlətlərin bazarlarından almaq caizdirmi?
Имя: Vahid, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qoyun və başqa mal-qaranı qeyri-qanuni yollarla və İslam dövlətinin qayda-qanunlarının əksinə olaraq ölkədən xaricə çıxarıb aparmaq şəri cəhətdən qadağandır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP