Sual (61) : Kafirlərə və ya Əhli-kitaba Quran satmaq, xüsusilə də onların təhqir, hörmətsizlik etmək fikirləri olmadığını, Əksinə, mütaliə üçün aldıqlarını biliriksə, caizdirmi?
Имя: , Страна: Azerbaycan, Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bunun təsir edəcəyinə ümid olsa və hörmətsizliyə səbəb olmasa, icazəlidir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (62) : Müzariə müqaviləsində təyin olunmuş müddət tamamlanandan sonra iş görən mülk sahibləri ilə şərik olurmu? və yaxud təkcə mənfəəti təqsimləyərkən pay aparır?
Имя: Hamil, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Müzariə müqaviləsində əkinçi və yer sahibi gərək qərar qoysunlar ki, məhsuldan müəyyən hissə onlara çatsın və əsl mülk malikindir. habelə əkində sonrakı illərdə məhsul onların arasında xüsusi nisbətdə bölünməyi qərarlaşa bilərlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (63) : Musaqatda musaqat müqaviləsinin vaxtı bitəndən sonra mənfəətin təyin və təqsim olması hansı surətdədir? Əkinçi yerin sahibi ilə mülkdə şərik olurlar, yaxud təkcə təqsim olunanda bəhrə və səhm aparırlar?
Имя: Gulaga, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Xeyir, şərik olmurlar, əgər ağac əkib sonradan ağacda, ya onun yerində şərik olmaqlarını qərarlaşsalar, ehtiyat-vacibə əsasən batildir. gərək tövzihul-məsail risaləsinin 2326-cı məsələsinə uyğun əməl olunsun. məsələni daha təfsilatı ilə bilmək üçün risalənin 381-ci səhifəsindən sonraya müraciət edin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (64) : Mən səksən yaşlı bir qoca kişiyəm, altmış ildir ki, bir şəxsin bağında əkinçiliklə məşğulam, hər il yer sahibinin haqqını ona ödəmişəm. qeyd olunan yerdə altı qoz ağacı əkmişəm ki, hal-hazırda məhsul verirlər. Əvvəlki illərdə ağacların və yerin məhsulunun yarısını onlara verirdim. İndi yer sahibi deyir ki, islam qanunlarına əsasən ağaclar mənim yerimdə olduğundan məhsulun hamısı mənə aiddir. qeyd olunan qoz məhsulu şəri cavab alana qədər islam cəmiyyətində əmanət qoyulub. xahiş edirəm, iki müsəlmanın hüququ qorunsun deyə məhsulun yer sahibinə ya ağacı əkən şəxsə çatmasını bəyan edəsiniz? və yer sahibinə hansı ünvanla çatır?
Имя: Fidan, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qoz ağacları kimin mülkündədirsə, qoz da onun mülkü sayılır. Əgər yer sahibinin malından əkmisinizsə onundur, yox əgər öz malınızdan əkmisinizsə sizindir. birinci halda malik gərək sizin zəhmət haqqınızı verməlidir və ikinci halda siz malikin torpaq haqqını gərək ona verəsiniz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (65) : Bəzi məntəqələrdə rəsmdir ki, sərmayə sahibləri saxlamaq üçün bir neçə heyvanı bir nəfərin ixtiyarına qoyurlar. bir ildən sonra nəticədən ələ gələn hasili öz aralarında bərabər bölürlər. el aras;nda bu müqaviləyə yarım ildə olan mənfəət deyilir. Əvvəlcə heyvanları qiymətləndirib, müəyyən müddət keçəndən sonra əvvəlcə birinci sərmayəni onun sahibinə qaytarıb sonra isə sərmayədən artıq qalanı tərəflər arasında bərabər bölünür. xahiş edirik buyurasınız: 1) bu qərarda şəri əqdlərin hansı ilə tətbiq olunur? (gərək hansı əqdin qərarları ilə icra olunsun?) 2) Əgər səhvən yaxud bilərəkdən birinci sərmayə qiymətləndirilməsə məsələ hansı hökmü tapır? 3) malın tələf olan mallardan olduğuna diqqət etsək, malın hamısı yaxud bir hissəsi tələf olarsa, məsələnin hökmü necədir?
Имя: Davud, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
1) qeyd olunan halda yuxarıdakı qərarda cüalə ola bilər. bu mənaya ki, heyvanların sahibi- "Əgər heyvanları qoruyub saxlasan onların mənfəətinin yarısı sənin malın olsun" desə, çünki, onun iş və əməlinin əvəzi mənfəətin yarısı olduğundan onların çətinliyinə səbəb olmaz. buna əsasən cüala səhih və cüalə hökümləri ona aiddir və həmçinin bu qərardadır. sülhün (razılaşmanın) bir növü və sülhün hökümlərini də ona aid edə bilərlər. bu mənaya ki, heyvanları saxlayan bu müddətin zəhmət haqqını mənfəətin yarısı ilə razılaşsın. təbii olaraq demək olar ki, qeyd olunan qərardad bir növ əqd və ağlasığan bir müstəqil qərardaddır.
Əqdlərin heç birindən sayılmadığından tərəflərin ona uyğun əməl etməsi lazımdır.
2) verilən Sualda sərmayəni qiymətləndirməmək hər cəhətdən zərər və batil deyildir. qiymətin fərqli olmasına nisbətdə xibrə əhlinin nəzəri yaxud razılaşma ilə məsələni xətm edə bilərlər.
3) sərmayənin tələf olması ehtimalı qərardada nöqsan gətirmir. Əgər malın hamısı, yaxud bir hissəsi tələf olsa malikə zərər dəyir və iş görən şəxs də mənfəət aparmır. sərmayənin tələf olma hökmləri muzaribədə vardır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (66) : Mənim yolun kənarında bir az torpaq sahəsi varımdır. İcazə vəsiqəsini alıb orada dükan tikmək istəyirdim. həmin fikirlə başqası ilə qərarlaşdım ki, orada dükan tikib, həmin şəxs mənimlə şərik olub dükanda işləsin. Şəriklik haqqından əlavə dükanda işlədiyi üçün müəyyən məbləğ muzd alsın. amma bu yönümdə heç bir addım atılmadı. neçə ildən sonra mən qeyd olunan yeri satdım. İndi həmin şəxs qərardadın səbəbinə haqqını tələb edir. bu qərardad səhih olub, ya yox? Əgər səhihdirsə, hansı addadır?
Имя: Sabir, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Çünki qərardadın işi dükan tikməkdir, yəni yer sahibi "dükan tikilən surətdə həmin şəxs mənə şərik olsun" demişdir. buna əsasən dükan tikilməyibsə, qərardad mövzusu ləğvdir. bu qərardad şəri bir qərardaddır, mümkündür cüalə adı altında olsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (67) : Əvvəlki Suala əsasən qeyd olunan şərik qeyd olunan yerə nisbətdə iddia etməyə haqqı vardır?
Имя: Aydin, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən çünki, şərikli olmaq dəqiqləşməyib, yəni, işə başlamayıblar. təkcə qərar bağlamaqla şəriklik həqiqiləşməyib və iş baş tutmayıb. buna əsasən torpağa nisbətdə heç bir haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (68) : İki nəfər bir-biri ilə şərik olub sərmayə mənfəət və zərəri bərabər şəkildə işə başlayıblar. onlardan biri əməl cəhətdən ayrılıb, lakin ayda bir miqdar şirkət haqqı almaq istəyir. bu düzgündür, ya yox?
Имя: Perviz, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Şirkət haqqının şəri adı yoxdur. Əgər şərikinin yanında pulu olsa və oda bu pulla işləyirsə, şirkətin hökümlərinə uyğun öz payını ala bilər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (69) : Şərikli torpaq sahəsində maliklərdən biri digərlərinin razılığı olmadan öz xərci ilə quyu qazdırır. mülk onun haqqı olurmu? digər şəriklərin onda haqqı vardır?
Имя: Orxan, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Sualın quyuluşuna əsasən quyu qazdıran şəxsin istifadə etməsi caiz deyil, amma mülk onun haqqı olmur. lakin çıxan su ona aiddir. hər halda gərək onların razılığını ələ gətirsin. Əks halda onu quyunu doldurmağa və dəyən zərəri ödəməyə vadar edə bilərlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (70) : Neçə nəfər birlikdə şərik olublar və hazırda bu şəxslərdən bəzilər vəfat ediblər. onların şərikliyinin hökmü necə olacaq?
Имя: Islam, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Şəxsi məsələdən məlumatım yoxdur. lakin ümumi halda əgər şəriklərdən bəziləri vəfat edibsə, qalan şəriklər vəfat edən şəriklərin vərəsələrinin icazəsi olmadan şərikli maldan istifadə edə bilməzlər. Əgər şərikli maldan bir mənfəət ələ gəlsə, gərək meyyitin səhmini onun vərəsəsinə versinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP