Sual (41) : Dükandan kreditlə komputer almaq istəyirəm, amma həmin dükanda kreditlə alınan mala – qiymətinin 30%-i də əlavə verilməlidir. Bu cür faizli kredit halaldır yoxsa haram?
Имя: , Страна: , Муджтахид: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər bu alver ümumilikdə kredit formasında (nisyə olduğuna görə) real (nəqd) qiymətindən 30% çox olsa, iradı yoxdur. Amma əgər malı nəqdi qiymətə satalar və nisyəyə görə 30% ödəməklə qazanc çəkələr icazəli deyil.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (42) : Tovbenin qebul olunmasi nece insana belli olur?? birde men bir marketde isleyirem ve kasadayam..ickiyede elim deyir bu gunahdirmi??...
Имя: taleh, Страна: azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
1. Zəhmət olmasa, fiqhi xarakter daşımayan suallarınızı saytımızın "Ümumi" suallar bölməsinə ünvanlayın.
2. Spirtli içkinin alqı-satqısı, hesablanması, daşınması, hədyə verilməsi və s. kimi ona aid olan işlərin hamısı haramdır və şəxsin bu işinin müqabilində aldığı muzd da haramdır.
http://sual.nur-az.com/az/ 
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (43) : salam. Qadın salonunda hicablı xanım eyer saçını kesdirerse , berber ona kesilmiş saçını pulla satmasını isteyerse (bu saçdan parik düzeltmek üçün istifadə olunur) saçı satmaq caizdirmi?
Имя: drongo, Страна: Gürcüstan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Öz-özlüyündə bir maneəsi yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (44) : Salamun Aleykum bir insan hem Namaz qilir hemde fala baxir pul almir ama mutleqdiki bir qendde olsa vermelisen o falciya sizce duzgundurmu
Имя: Mamed, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Falçıya inanmaq və fala baxdırmaq haramdır.
http://sual.nur-az.com/az/ 
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (45) : 1) Forex bazarı və şirkəti ilə əlaqədar Həm Seyyid Sistaninin həm də Rəhbərin fətvalarını yazın, onlar bu şirkətdə və yaxud bu şirkət ilə əlaqədə olan şirkətlərdə işləməyi haram yoxsa məkruh buyurublar? P.S: Xaiş olunur konkret cavab yazın
Имя: Ramil, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qeyd edilən şirkətdə üzv olmaq və onunla hər növ əməkdaşlığı haram bilirlər.
http://sual.nur-az.com/az/ 
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (46) : bismillah sualim budurki iri bir marketdi orada halal ve haram mal var yeni icki de satirlar men hemin marketde isleye bileremmi isim vitirinde olan mallari duzmeydi heni halal mallari yeni is bolunur ve men eger hemin marketin haram yigilmayan yerinde vitirin doldura bilerremi buradan gelen gelirin hokmu nedir?
Имя: hesen, Страна: aze, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Spirtli və məstеdici içkiləri və haram yеməkləri təqdim еtmək və satmaq, bunların satıldığı yеrdə işləmək, onları hazırlamaq, alqı-satqısında iştirak еtmək və bu işlərdə başqasına itaət еtmək şərən haramdır – istər sərmayədə şərik olsun, istərsə olmasın, istər gündəlik işçi kimi işləsin, istərsə də işləməsin, istər təkcə haram yеməklər və spirtli içkilər göstərilsin və satılsın, istərsə də onlarla yanaşı halal yеmək də göstərilsin və satılsın, istər qazanc və maaş almaq məqsədilə işləsin, istərsə də pulsuz. Bütün bu hallarda iş sahibinin, yaxud şərikin müsəlman olması ilə qеyri-müsəlman olması arasında, həmçinin bunları müsəlman müştəriyə göstərmək və satmaqla qеyri-müsəlmana göstərmək və satmağın fərqi yoxdur. Ümumiyyətlə müsəlman şəxsə vacibdir ki, bütün hallarda haram yеməkləri və spirtli içkiləri hazırlamaqdan, satmaqdan və bu yolda qazanc əldə еtməkdən uzaq olsun.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (47) : Salam-Allah size yar olsun ki sualarimizi cavablayirsiz.Zehmet olmasa busualalrimi da etrafli cavablayasiz 1)Bir nefer saticidir-Amma mudiri ara sira deyir ki mueyyen adamlar var ki mali ona satanda baea qiymete sat.Bele addim atanda yeni musteriler arasinda ferq qoymaqda menim seri vezifem nedir,? 2)bezen mudiriyyet nisye defterini acir ve borcunu vemeyenlerin borcunu basqalarinin ustune yazdirdirir-Yeni hemin adamin borcunu silib basqasinin borcuna elave edir.menim vezifemi beyan edin 3)Bezende bir firma gelir ve mudirime satdigi mali baha satir-ve artiq pulu ise mene yeni saticiya verir-Bu zaman men o pulu qebul ede bilerem,?
Имя: Tural, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Əgər müştəri onu almağa özü razı olsa eybi yoxdur.
2. Bunu yazmağa haqqınız yoxdur və günahdır.
3. Əgər müamilə (alqı-satqı) firma və müdir arasında baş tutursa, firma tərəfindən sizə verilən pulu almağın eybi yoxdur. Çünki biri mal sahibi digəri isə pul sahibidir və öz aralarında qiymət razılığı ilə alqı-satqı edirlər. Amma müdir tərəfindən siz vəkil olaraq mal götürsəniz aldığınız qiymətə də müdirə təhvil verməlisiniz.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəffəqiyyət arzulayırıq
Sual (48) : İsrail əmtəələrini (ölkəyə) gətirib yaymaq icazəlidirmi? Bu işlər məcburiyyət üzündən də baş vеrmiş olsa, onların satılması icazəlidirmi?
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İslamın və müsəlmanların düşməni olan qəsbkar İsrail dövlətinin xеyrinə olan müamilələrdən uzaq olmaq lazımdır, onların hazırlanıb satılmasından qazanc götürdükləri əmtəələrin müsəlman ölkələrinə gətirilib yayılması hеç kimə icazəli dеyil. Еləcə də müsəlmanlar üçün o əmtəələri almaq, İslam və müsəlmanlara yеtirdiyi zərərlər və fəsadlara görə icazəli dеyil.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (49) : Salam-bir neferin bele bir suali var-zehmet olmasa cavablandirasiz/ men tibb iscisi isleyirem. maasimiz cox azdir. gundelik olur .hemise xesteden ozum istemirem ozu ne verer verer deyirem . bu pul rusvet sayilirmi menim ucun haladimi?
Имя: Tural, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər müalicə müqabilində özü öz razılığı ilə bir şey versə, rüşvət deyil.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (50) : Salam eleykum.Zehmet olmasa deyerdiniz eger bir nefer oğurladığı hər hansı əşyanı əşyanın dəyərindən aşağı qiyməti satırsa və mən də satılan əşyanın oğurluq olduğunu bilirəmsə,o əşyanı ala bilərəm?
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bir şeyin oğurluq və haram olmasını bilsəniz, onu ala bilməzsiniz. Hətta hədiyyə etsə belə qəbul edə bilməzsiniz. Aldığınız surətdə onun maliki olmursunuz və əsil sahibinə qaytarmalısınız.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP