Sual (11) : Nə üçün Kərbəla vaqiəsini hər il qeyd edirik?
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
Şübhəsiz, əzadarlıq mərasimlərinin özünə xas olan hikmət və faydaları vardı ki, biz onlardan yalnız bir neçəsini nəzərinizə çatdırırıq:
1- Məhəbbət
Qurani-kərim və çoxsaylı İslami hədislərdə Məhəmməd peyğəmbərin (s) əhli-beytini (ə) sevmək, onlara qarşı hörmət və məhəbbət bütün müsəlmanlara vacib edilmişdir. Şura surəsi, 23- cü ayədə buyurulur: "(Ya Məhəmməd) de ki, Əhli- beytimə məhəbbət və sevginizdən başqa sizdən heç bir şey istəmirəm!"
Həmçinin, Peyğəmbərimiz (s) buyurur: "Hüseyn məndən və mən də Hüseyndənəm. Hər kəs Hüseyni sevsə məni sevmiş olur". ("Möcəmül- kəbir", cild 22, səh 247; "Kənzül- ümmal", cild 13, səh 662.)
Aydındır ki, eşq və məhəbbət özünə məxsus qanunlara malikdir. Əsil dost və aşiq dotluğun zəruri qanunlarını yerinə yetirən şəxsə deyilir. Belə qanunlardan biri də, ehtiram bəslədiyin şəxsin xoş günündə sevinmək, hüzünlü və kədərli olduğu vaxtlarda isə onun qəminə şərik olaraq, kədərlənməkdir. ("Kamilüz-ziyarət", səh 173; "Biharul- ənvar", cild 44, səh 291.) Elə buna görə də, hədislərdə Əhli- beytin (ə) şad günlərində sevinməyə, qəmli günlərində isə qüssələnməyə təkid edilmişdir. Həzrət Əli (ə) buyurur: "Bizim dostlarımız fərəhli günlərimizdə sevinir, hüzünlü günlərimizdə isə qəmli olurlar. ("Əl- məhəbbə fil- kitab vəs- sünnə", səh 169- 170; "Suallar və cavablar", səh 166.)
Ümumiyyətlə unutmaq lazım deyil ki, belə günlərdə öz sevincini, ya qəmini fərdi və ictimai davranışlarla göstərmək, dostluğun və məhəbbətin qayda- qanunlarından sayılır.
2- Mənəvi tərbiyə
Belə mərasimləri qeyd etdikdə biz, İlahi kamillik və misilsiz mənəvi xüsusiyyətlərə malik olan İmam Hüseynin (ə) həyatını təhlil edərək xalqa açıqlamaqla "nümunəvi insana" xas olan keyfiyyətləri anladırıq. Bu da, fərdi və ictimai sahədə olduqca müsbət xarakter daşıyır. İmam Hüseynin (ə) əzadarlıq mərasimində iştirak edən insan məzlumların, din yolunda canını fəda edənlərin halına acıyır, zülmə və zalıma qarşı öz nifrətini bildirir. İmam Hüseyndən (ə) ilham alaraq fərdi və ictimai həyatında mənəvi islahata sarı meyllidir. Necə ki, İmam Sadiq (ə) buyurur: "İmam Hüseyn (ə) hər mömin üçün həm ağlamaq həm də, ibrət deməkdir". ("Biharul- ənvar", cild 44, səh 287.)
Gördüyünüz kimi, hal-hazırda əzadarlıq mərasimləri lazımı formada qurulur, olduğu kimi qeyd edildikdə. Yalnız insani hisslərin cəmiyyətimizdə formalaşmasına və mənəvi dəyərlərin hakim olmasına xidmət göstərir.
Elə bu səbəbə görə də, hədislərimizdə İmam Hüseyn (ə) müsibətinə ağlayanın bir qətrə göz yaşına behişt vəd edilmişdir. ("Kamilüz- ziyarət", səh 173; "Biharul- ənvar", cild 44, səh 291.) Peyğəmbərlə (s) birgə cihad etmək kimi dəyərli məqamla bərabər tutulmuşdur. ("Kamilüz- ziyarət", səh 171.)
Əgər Aşura mərasimlərinin qeyd edilmə fəlsəfəsinə, oradan ibrət ala biləcəyimiz şəhadət, ədalət, izzət və bu kimi şüarlara real yanaşsaq, daxilimizdəki mənəvi boşluğun hökm sürdüyü biz zamanda, onlara necə də ehtiyaclı olduğumuzu gözəl anlayırıq.
3- İlahi xatirəni əbədiləşdirmək
Kərbəla müsibəti olduqca əzəmətli İlahi bir şüar və xatirə sayılaraq, dinimizin izzəti və müsəlmanların iftixarı kimi tanınır. Həmçinin digər dini şüarlar kimi insanları Allahı yad etməyə, ona doğru dönməyə çağırır. Belə İlahi xatirələri unutmamaq, onları həmişə diri saxlamaq Qurani- kərimdə vacib edilmişdir. "Hər kəs İlahi şüarlarını deirçəltsə şübhəsiz ki, bu qəlblərin (onun qəlbinin) təqvasından xəbər verir". (Həcc surəsi, ayə 32).
Unutmayaq ki, mərhəmət və izzət sahibi uca Tanrı, onun yolunda sidq ürəklə candan keçməyə hazır olan şəxsləri "özünün sadiq dostları" adladıraraq onların xatirəsini əbədi yaşatmaqla insanlara nümunə göstərir. Necə ki, Həzrət İsmayıl (ə) Allah yolunda qurban kimi kəsilməyə razı olaraq Allahın sevimlisinə çevrildi. Artıq min illərdir ki, "qurbanlıq bayramı" bütün dünya müsəlmanları tərəfindən qeyd edilməkdədir. İmam Hüseyn (ə) isə təkcə özünü deyil, bütün yaxınlarını da Allah yolunda qurban verərək, İlahi şüara çevrildi. Deməli, Aşura mərasimlərini qeyd edərək göz yaşı tökmək və bu İlahi xatirəni əbədiləşdirmək, hər müsəlmanın borcudur.
4- Milli-mənəvi dəyərlərimizin qorunması
Hər bir cəmiyyətin keçmişi, o cəmiyyətin gələcəyinə böyük təsir göstərir. Həmçinin hansısa bir hadisənin müəyyən faydaları və səmərələri olubsa, deməli bu gün o hadisəni yad etmək və diri saxlamala, həmin nəticəyə yetişmək olar. Beləliklə, əgər İmam Hüseyn (ə) və onun səhabələri Allaha xatir canlarından keçib, şəhadət məktəbini diri saxlamışlarsa, biz də onların xatirələrini diri saxlamaqla, Allah yolunda bütün şəhid olanlara öz məhəbbətimizi göstərə bilərik. Bundan əlavə hər bir ümmət öz keçmişini yada salır və tarixinə hörmət bəsləyir. Hər bir millət, əsrlər keçsə də alimlərinə, qəhrəmanlarına və tarixdə iz qoymuş şəxsiyyətlərinə il dönümü keçirir və bu işi özlərinə insani borc bilirlər. biz də Məhəmməd Peyğəmbərin (s) bir ümməti kimi, İslam yolunda və müqəddəs kitabımız olan Qurani- kərim uğrunda canından və hətta Əhli-əyalından belə keçən şəhidlərin matəmini qeyd etməyi özümüzə müqəddəs bir vəzifə hesab edirik.

http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (12) : Salam aleykum. Məhərrəm ayının birinci gününün əməllərini yazmağınızı xahiş edirik. Çox sağ olun.
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu ay əhli-beytin (ə) və onların davamçılarının qəm-qüssə ayıdır. Həzrət mam Rzadan (ə) nəql edilir: “Məhərrəm ayı daxil olduqda, heç kim atamı gülərüz görməzdi. Onuncu gününə qədər bu qəm-qüssəli olmağı davam edərdi. Aşura günü çatanda, onun müsibət, qəm və göz yaşı günü olardı. Buyurardı: Bu gün elə bir gündür ki, Hüseyn (ə) şəhid olmuşdur”.
Məhərrəm ayının ilk gecəsi: Seyid ibn Tavus “İqbal” kitabında bu gecə haqqında bir neçə namaz zikr bəyan etmişdir:
1. Yüz rəkət namazdır ki, hər bir rəkətində “Həmd” və “Tövhid” surələri oxunur. 2. İki rəkətli namazdır; birinci rəkətdə “Həmd” və “Ənam”, ikinci rəkətdə isə “Həmd” və “Yasin” surəsi oxunur. 3. İki rəkətli namazdır ki, hər bir rəkətində “Həmd"dən” sonra 11 dəfə “Tövhid” surəsi oxunur. Peyğəmbərdən (s) nəql edilir: “Hər kim bu iki rəkət namazı bu gecədə yerinə yetirərsə, səhəri günü oruc tutsa, o kəs bütün il boyu xeyr iş görmüş kimi olar, həmin ildə qorunar, və əgər ölərsə, cənnətə gedər”.
Birinci gün: Oruc tutmaq. Riyan ibni Şəbib İmam Rzadan (ə) nəql edir: “Hər kim bu günü oruc tutsa və Allahı çağırarsa, Allah onun duasını qəbul edər. Necə ki, Zəkəriyyanın (ə) duasını qəbul etmişdi".
İmam Rzadan (ə) nəql edilir: “Peyğəmbər (s) Məhərrəm ayının birində iki rükətli namaz qılardı. Qurtarandan sonra əllərini göyə qaldıraraq, bu duanı edərdi: Allahım, Sən əzəli Məbudsan! Bu Sənin ilindir. Bu aydan Səndən şeytandan hifz edilməyimi, günah işlədə bilən nəfsə qələbə çalmağımı, məni Sənə yaxınlaşdıran şeylərlə məşğul olmağımı istəyirəm. Ey Böyük və böyüklərin Sahibi! Ey sığınacağı olmayanların Sığınacağı! Ey o kəsin qəm yeyəni ki, onun qəm yeyəni yoxdur! Ey o kəsin pənah yeri ki, başqa pənah yeri yoxdur! Ey o kəsin fəryadına çatanı ki, fəryadına çatan yoxdur! Ey o kəsin himayəçisi ki, onun himayəçisi yoxdur! Ey o kəsin xəzinəsi ki, onun xəzinəsi yoxdur! Ey yaxşı imtahan edən, ey ümidlərin böyüyü, ey gücsüzlərin izzəti, ey qərq olmuşların nicat verəni, ey həlak olanları xilas edən, ey nemət verən”.

http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (13) : İmam Hüseyn (ə) şəhid olacağını bilirdisə, niyə qiyam etdi?
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hər şeydən öncə bunu bilmək lazımdır ki, peyğəmbərlər və imamlar adi həyatlarında Allahın onlara bəxş etdiyi qeyb aləminə əsasən davranmırlar. Onlar da, digər insanlar kimi öz üzərlərinə düşən vəzifələri zaman və məkan şəraitinə uyğun olaraq yerinə yetirirlər. İslam Peyğəmbəri Həzrət Məhəmməd (s), bəy yatağından yenicə qalxmış, döyüşə getmək üçün icazə istəyən Hənzələnin şəhid olacağını bilirdi, amma ona döyüşə atılmağa icazı verdi. Bi ilahi ədalətin tələbidir. Əziz Peyğəmbərimiz (s) bütün işlərində belə idi. Allahın izni olmadan "qeyb elmi" ilə bildiklərini gündəlik həyatda üzləşdiyi məsələlərə qatmazdı. Mübahisəli hallarda hökm verərkən də "qeybi elm"indən istifadə etməz və buyurardı: "Mən buradakı sübut və dəlillər əsasında hökm verirəm. Sizlərdən bəzisi özünü zirəng, bacarıqlı bilib müsəlman qardaşının malını mənim hökmümlə mənimsəsə, o malın cəhənnəm odunun bir parçası olduğunu bilsin". (Hürr Amili, "Vəsailüş- şiə", cild 2, səh 20.) Həmçinin İmam Hüseyn (ə) da öz vəzifəsini yerinə yetirdi.
Qurani- kərimin Bəqərə surəsinin 195- ci ayəsindəki: "Öz əlinizlə özünüzü təhlükəyə atmayın!" cümləsi, "lazımsız yerə özünüzü təhlükəyə atmayın!" mənasınadır. Bu qadağa şəhadətin və özünü qurban verməyin vacib olduğu sahələrə aid deyildir. Çünki dinimizin "cihad" adlı daha vacib bir əmri vardır. Cihad İslam dinini qorumaq üçün Allah yolunda düşmənlərlə hərbi mübarizəyə deyilir. Bu yolda ölmək şərəf sayılaraq, şəhidlik məqamına layiq görülür. Quranda şəhidlər haqqında zikr olunan müxtəlif ayələrdə onların savabını Allahın özü verəcəyi və sair kimi əsrarəngiz həvəsləndirmələr mövcuddur. Belə olduğu halda tam qətiyyətlə ayənin cihada aid olmadığını söyləyə bilərik.
Və həmçinin məlumdur ki, həmişə zalımlara qarşı boyun əyməməyə çağıran Qurani-kərim, "özünü təhlükəyə atma, zalımlara qul ol. Dinin məhvə uğrasada belə, onlara qarşı çıxma"- deyə qadağalar etməz. Deməli ayə lazımlı yerdə yox, gərəksiz vəziyyətdə, hədər yerə özünü təhlükəyə atmamağa əmr edir. İmam Hüseynin (ə) qiyamı isə dinimizi nicat verən və misilsiz əhəmiyyətə malik bir fədakarlıq idi. Maraqlıdır ki, Əbu Əyyub Ənsari bu ayəni "özünüzü təhlükəyə atmayın;" yəni "cihaddan qaçmayın" kimi təfsir etmişdir. Əgər belədirsə söylənilən ayə nəinki şəhadətin əksinə çıxmır, əsl həqiqətdə şəhid olacağını bildikdə də cihadı lazım bilir. (Zəməxşəri, "Təfsiri- kəşşaf", cild 1, səh 237.)
Bir çox Quran ayələrində Allah yolunda özünü ölümə atmaq ibadət sayılaraq, əbədi səadətlə müjdələnir. (Bəqərə surəsi, ayə 54.) İmam Hüseyn (ə) da Allah-Taalanın əmrinə boyun əyib, öz şəhadəti ilə ən ali səadətə nail oldu". (Seyyid ibn Tavus, "Əl- məlfuf- əla qətlit- tafuf", səh 100.)
Necə ki, Qurani- kərim buyurur: "Allah (cənnətin) əvəzinə möminlərin canını və malını almışdır. O möminlər ki, Allah yolunda döyüşür, bu yolda ölürlər (də belələrindəndir). Bu Tövrat, İncil, və Quranda söylənilən haqqın vədidir. Kim öz əhdinə Allahdan daha vəfalı ola bilər? Müjdə olsun sizlərə ki, Allah ilə belə bir müamilə etdiniz və bu çox böyük səadətdir".("Tövbə" surəsi, ayə 111.)

http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (14) : Salam. MEHERREM AYINDA , ELCILIK ETMEYIN HOKUMU NEDIR TEBII KI, ASURA GUNUNU CIXMAQLA. MUMKUNSE
Имя: Islam, Страна: azerbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər İmam Hüseynə (ə) əzadarlıq günlərinin hörmətini sındırmaq olmasa, iradı yoxdur.
Lakin yaxşı olar ki, möminlər əzadarlıq günlərində, belə işləri etməkdən çəkinsinlər və onu başqa vaxta saxlasınlar. Belə kədərli günlərdə şadlıq məclislərinin aqibəti yaxşı deyil, bərəkəti yoxdur. Çünki Məhərrəm ayı bizim din rəhbərlərimizin hüzn və qəm ayıdır.
İmam Sadiq (ə) buyurur: Allahın rəhməti olsun bizim şiələrimizə. Onlar bizim şad günlərimizdə şad, hüzünlü günlərimizdə qəmgindirlər.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (15) : Aşura gününün zöhründə istifadə edilməsi nəzir edilmiş bir şeyi və yeməyi məhərrəmliyin başqa günlərində vermək olar?
Имя: , Страна: , Муджтахид: Ayətullah Safi
Bismillahir-rəhmanır-rəhim
Sualda olduğu kimi qeyd olunan nəziri və yeməyi Aşura günündən başqa günlərdə vermək olmaz.    
http://sual.nur-az.com/az/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (16) : Məhərrəmlikdə zəncir vurmağın hökmü nədir?
Имя: AbdulXaliq, Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər el arasında əzadarlıq əlaməti sayılsa və bədənə ziyan vurmamaq şərti ilə olsa eybi yoxdur.
http://sual.nur-az.com/az/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (17) : Hüseyniyyələrdə, məscidlərdə, praspektlərdə və kəndlərdə Aşura qiyamını insanlara çatdırmaq üçün bəzi dinə sevgili adamlar Yezidin və İmamın yaxud Kərbəla hadisəsinin iştirakçılarının)obrazını oynayaraq bu hadisəni canlandırırlar. Həmçinin bu qədim adətin insanlara böyük təsiri olur. Belə mərasimlərin hökmü nədir?
Имя: Nurani, Страна: , Муджтахид: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim 
Bütün təqlid mərcələri: Ə
gər bu obraz yalan tərkibli olmasa, zaman və məkan etibarı ilə şiəliyə xələl gətirməzsə eybi yoxdur. Amma bunun yerinə əza, mərsiyə və başqa insanları maarifləndirən məclislər keçirilsə daha yaxşı olar. Ayətullah Safi Gülpayqani:Onlar əgər bu işlə harama düşməzlərsə eybi yoxdur. 
http://sual.nur-az.com/az/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (18) : Allahın salamı olsun sizə. 1. Məhərrəm ayında qadın kosmetikadan istifadə edə bilərmi? 2. Heyz olan qadın Aşura günü matəmdə iştirak edə bilərmi? Yəni məscidin içərisinə daxil olmamaq, amma həyətində əzadarlıqda iştirak etmək olarmı? Allah razı olsun.
Имя: Günahkar bəndə, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Əgər günahla yanaşı olmasa, yaxud İmam Hüseynə (ə) əzadarlıq günlərinin hörmətini sındırmaq olmasa, iradı yoxdur.
Lakin yaxşı olar ki, möminlər əzadarlıq günlərində, belə işləri etməkdən çəkinsinlər və onu başqa vaxta saxlasınlar. Çünki Məhərrəm ayı bizim din rəhbərlərimizin hüzn və qəm ayıdır.
İmam Sadiq (ə) buyurur: Allahın rəhməti olsun bizim şiələrimizə. Onlar bizim şad günlərimizdə şad, hüzünlü günlərimizdə qəmgindirlər.

2. Məscidə girməmək şərti ilə eybi yoxdur.
http://sual.nur-az.com/az/ 
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (19) : Mühərrəm ayında xüsusən Aşura günündə zarafatın və gülməyin hökmü nədir?
Имя: Ali, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Safi
Bismillahir-rəhmanır-rəhim
Düzgün deyil.
http://sual.nur-az.com/az/
Go to TOP