Sual (11) : Halal kosmetika istehsalına başlandı
Имя: Nur Mədəniyyət Mərkəzi, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Zəncani

Halal kosmetika istehsalına başlandı

ABŞ-da öz təhsilini tamamladıqdan sonra Hindistana qayıtmış iki hindli bacı Qucarat əyalətinin Əhmədabad şəhərində "Ecotrail" şirkətini təsis etmiş və İslam qayda-qanunlarına uyğun olan kosmetika malların istehsalına başlayıblar.
Onlar öz fəaliyytlərinə iki il bundan öncə başlayıblar və indiyə kimi 60 növdə məhsul İBA markası ilə Hindistanın müsəlman bazarlarına çıxarıblar. Qeyd edək ki, Hindistan dünyada ən çox müsəlman yaşayan ikinci ölkədir.
Şirkətin icraçı direktoru Moli Teli deyir: "Biz yeni bölmələr açmaq istəyirik. Halal, qanuni və icazəli mənasını daşıyır. Bu anlayış zəmanət verir ki, məhsullarımız qeyri-xalislikdən, zərərli olmaqdan uzaq olsun".
Hal-hazırda dünyada hazırlanan bir çox kosmetika ləvazimatının, çiləyici və ətirlərin tərkibində spirt və donuz piyi olduğunu qeyd edən müdir artırıb: "Həmçinin, halal məhsullar elə olmalıdır ki, camaat onu bəyənsin, qeyri-vegetarian və spirtli olmasın".
Hindistanin Çennai şəhərinin Halal Sertifikatlaşdırma Mərkəzinin müdiri Məhəmməd Miran deyir: "Statistikalara görə dünyada 4 trilyonluq dollarlıq halal ticarətdən 25 milyard dolları kosmetika məhsullarının payına düşür. İndiyə kimi bu mərkəz bir çox hind məhsullarının xarici ölkələrə, xüsusilə də Yaxın Şərq ölkələrinə ixracı üçün sertifikat vermişdir".
"Ecotrail şirkəti kosmetika və bəzək məhsulları istehsal etmək üçün halal sertifikatlaşdırma alan ilk şirkətdir"-deyə mərkəzin müdiri artırıb.
http://sual.nur-az.com/az/

Sual (12) : Ruhanilərin ağır məsuliyyəti haqqında imam Sadiqdən (ə) bir hədis
Имя: Nur Mədəniyyət Mərkəzi, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Zəncani
Ayətullah Hacı Şeyx Cavad Fazil Lənkərani
İstəyirəm bu gün Vəsailuş-siə 17-ci cildinin 193-cü səhifəsindən bir hədis oxuyum; bu hədis mətləblə dolu olan bir hədisdir

«وَ [محمدُ بنُ علی بن الحسین] فِي الْأَمَالِي عَنْ مُحَمَّدِ بْنِ الْحَسَنِ[که محمد بن حسن احمد بن ولید است] عَنِ الصَّفَّارِ[محمد بن حسن صفار] عَنِ الْحَسَنِ بْنِ مُوسَى الْخَشَّابِ عَنْ عَلِيِّ بْنِ النُّعْمَانِ عَنْ عَبْدِ اللَّهِ بْنِ مُسْكَانَ[که از اصحاب اجماع است] عَنْ زَيْدٍ الشَّحَّامِ قَالَ سَمِعْتُ الصَّادِقَ جَعْفَرَ بْنَ مُحَمَّدٍ(ع) يَقُولُ مَنْ تَوَلَّى أَمْراً مِنْ أُمُورِ النَّاسِ فَعَدَلَ وَ فَتَحَ بَابَهُ وَ رَفَعَ سِتْرَهُ وَ نَظَرَ فِي أُمُورِ النَّاسِ كَانَ حَقّاً عَلَى اللَّهِ عَزَّ وَ جَلَّ أَنْ يُؤْمِنَ رَوْعَتَهُ يَوْمَ الْقِيَامَةِ وَ يُدْخِلَهُ الْجَنَّةَ

Bu hədisdən istifadə olunan mətləb budur ki, həzrət imam Sadiq (ə) buyurur: Kim camaatın işini öhdəsinə götürərsə məsələn kisik bir toplumun işini idarə edərsə, bu idarə etmədə ədalətə riayət edərsə, qapılarını camaatın üzünə açarsa, camaatla öz arasında heç bir hicab salmazsa, camaatın istər dünyəvi ya axirət işlərinə baxarsa, camaatın məişət, təhlükəsizlik, ictimai. əxlaqi, tərbiyəvi məsələlərinə bir sözlə hədisdə bütün işlər nəzərdə tutulur və buyurulur ki, kim bu işləri öhdəsinə götürərsə, Allah yanında olan hüquqlarından biri bu olacaq Allah onu qiyamət günün qorxusundan və məhşərdəki qovğadan, o böyük hesab-kitabdan amanda saxlayacaq və asanlıqla onu cənnətə daxil edəcəkdir.
Bu rəvayəti ona görə bəyan etdim ki, ruhanilərin birinci əsas işi bundan başlayır. Elmi hövzələrin əsasən təşkili, insanın dini, Allahın hökmlərini və kitabını qavramasından ötrüdür. Belə olduqda ictimaiyyətdə, öz ehtiyacı qədər məşğuliyyət tapar, cəmiyyətin yanında olar və onlarla əlaqədə olacaqdır. Ruhanilərin cəmiyyətdən kənar olması 100% dinimizə zidd olan işlərdəndir. Bunlara etinasızlıq etmək və cəmiyyətdə nə baş verdiyini bilməmək düzgün deyil və dinimizin ziddir.

http://sual.nur-az.com/az/

Sual (13) : Nur Mədəniyyət Mərkəzi
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani

Hicab və toy məclislərində iştiraka bir daha aydınlıq gətirildi

Son vaxtlar Ayətullah əl-üzma Sistaninin (Allah onu qorusun) şəri sual-cavablarını paylaşan saytlarda qeyd edilir ki, kişi öz həyat yoldaşını və qızını hicaba riayət etməyə məcbur edə bilməz. (Tərcüməçidən: qeyd edək ki, bu haqqın olmaması barədə sual-cavablar Ayətullah Sistaninin istiftaatlarında mövcuddur). Habelə, qadın və kişilərin bir-birinə qarışdığı musiqi və rəqslə yanaşı olan toy məclisində iştirak etməyin icazəli olması barədə söz-söhbətlər dolaşır. Bunlar hansı həddə düzgündür? 

Ərin və atanın öz həyat yoldaşını və qızını hicaba riayət etməyə məcbur etməyə haqqının olmamasının mənası budur ki, lazım ehtiyata görə ər və ata şəriət hakiminin icazəsi olmadan hicab məsələsində həbs, döymək və s. kimi zor tətbiq etmək vasitələrindən istifadə edə bilməzlər. Amma dinc yollardan, hətta mülayimlik təsirsiz olduğu surətdə tünd rəftardan istifadə etmələri icazəlidir. Üstəlik, əməliyyə risaləsində yazılmış şərtlərə əməl etməklə bu yollardan istifadə etmək vacibdir. (Tərcüməçidən: Ayətullah Sistaninin istiftaatlarından digər bir yol da istifadə edilir və o da budur ki, qadının evdən çölə çıxması kişinin icazəsinə bağlıdır və qadın hicaba riayət etmədiyi surətdə kişi ona çölə çıxmağa icazə verməyə bilər. Yaxud onun çölə çıxmasını hicaba riayət etməklə şərtləndirə bilər)

Habelə, naməhrəmin bir-birinə qarışdığı yaxud digər günahlarla yanaşı olan toy məclisində iştirak etmək o surətdə icazəlidir ki, heç vəchlə haram işi təsdiq etmək sayılmasın və şəxs öz iştirakı ilə heç bir günaha (məsələn, harama baxmaq, haram musiqini dinləmək) düçar olmasın. Həmçinin, bu şərtlərlə iştirak etdiyi surətdə də əməliyyə risaləsində qeyd olunduğu kimi gərək iştirakçıları yaxşılığa dəvət edib, pisliklərdən çəkindirsin. Əgər bu əməlin təsirsiz olduğunu güman etsə də lazım ehtiyata əsasən, günahkarların qarşısında üzünü turşutmaqla onların əməllərinə qarşı öz narahatlığını və nifrətini bildirsin.

http://sual.nur-az.com

Sual (14) : Nur Mədəniyyət Mərkəzi
Имя: Nur Mədəniyyət Mərkəzi, Страна: , Муджтахид: Ayətullah Zəncani

Halal dırnaq boyası bazara çıxdı

Müsəlman qadınlar dırnaq boyalarından istifadə etməkdə indiyə kimi çoxlu çətinliklərlə üzləşiblər. Çünki dəstəmaz və qüslün düzgün olma şərtlərindən biri də suyun dəstəmaz və qüsl üzvlərinə yetişməsidir. Dırnaq boyası isə buna mane olduğundan müsəlman qadınlar hər dəfə namaz qılmazdan qabaq boyanı təmizləməli olur, ya da bu boyadan istifadə etməməyə üstünlük verirdilər. Bundan əlavə bir çox dırnaq boyalarının tərkibində spirt vardır və bəziləri də spirti murdar hesab etdiyindən müsəlman xanımlar gündəlik həyatlarında paklığa riayət etmək kimi digər bir problemlə də üzləşirdilər. Lakin son vaxtlar Birləşmiş Ərəb Əmirliklərində BCI şirkəti yeni dırnaq boyası təqdim edib. Şirkətin bu boyanı hazırlamaqda məqsədi müsəlman xanımlarının dırnaq boyasının istifadəsində narahatlığını aradan qaldırmaq olub. Şirkət boya haqqında məlumat verərək deyib: "Bu boyalar belədir ki, bundan istifadə edən qadınların namazdan qabaq onu təmizləməsinə ehtiyac yoxdur. Çünki su boyadan keçərək dırnağa yetişir".
BCI şirkətini yaradıcısı və müdiri Kövsər Əş-şəmsi deyib: "Bu boyaları BƏƏ-də istehsal etdiyimiz üçün çox şadıq. Bu yenilik müsəlman qadınlar üçün çox xoş xəbərdir. Çünki artıq qərb ölkələrinin hazırladığı dırnaq boyalarının başağrılarından yaxa qurtarmış olurlar və hər namazdan qabaq dəstəmaz üçün dırnaqların boyasını təmizləmək lazım olmur".
Bu boyalar ağ, qara, qırmızı, göy-yaşıl, qızılı rənglərdədir. Şirkət bildirib ki, gələcəkdə yeni məhsullar da istehsal edəcək.

http://sual.nur-az.com

Go to TOP