1.Allah: Bütün adları özündə birləşdirir.
2.Rəhman: Dünyada əsirgəyici, bütün məxluqatına rəhmətiylə məlum edən.
3.Rəhim: Axirətdə bağişlayicı, sevdiklərinə və möminlərə mərhəmət edən.
4.Məlik: Mülkün sahibi, mülk və səltənəti davamlı olan.
5.Quddus: Hər cürə əksiklik və ayıblardan münəzzəh olan.
6.Salam: Hər çeşit afət və kədərlərdən əmin olan.
7.Momin: Qullarina əhəmiyyət verən.
8.Muhəymin: Hər şeyi göz edib qoruyan.
9.Əziz: İzzət sahibi, məğlub edilməsi imkansız olan, hər şeyə qalib olan.
10.Cabbar: Əzəmət və qüdrət sahibi, istədiyini mütləq edən,dilədiyinə müqtədir olan.
11.Mutəkəbbir: Ululuq sahibi, hər şeydə və hər hadisədə böyüklüyünü göstərən.
12.Xaliq: Yaradan, yoxdan var edən böyüklükdə tayi olmayan.
13.Bari: Hər şeyin aza və cihazini birbirinə uyğun yaradan.
14.Musavvir: Təsvir edən, hər şeyə bir şəkil və xüsusiyyət verən.
15.Qaffar: Qullarının günahını örtən, məqfirəti çox, günahları bağışlayıcısı.
16.Qəhhar: Hər şeyə, hər istədiyini edəcək surətə, qalib və hakim.
17.Vahhab: Çox ehsan edən, çeşit-çeşit nemətləri daima bağışlayan.
18.Rəzzak: Bütün məxluqatın rizqini verən və ehtiyacını qarşılayan.
19.Fəttah: Hər cürə müşkülləri açan və asanlaştıran, darlıqdan qurtaran.
20.Alim: Hər şeyi ən incə nöqtəsina qədər bilən, elmi əbədi və əzəli olan.
21.Qabiz: Dilədiyinə darliq verən, sıxan, daraldan.
22.Bəsit: Dilədiyinə bollüğ verən, açan, genişlədən.
23.Hafid: Yuxarıdan aşağıya endirən, alçaldan, dərəcələri salan.
24.Rafi: Yuxarı qaldıran, yüksəldən, dərəcələri yüksəldən.
25.Muiz: İzzət verən, əziz qılan.
26.Muzil: Zillətə düşürən, xar və həqir edən.
27.Səmi: Hər şeyi eşidən, qullarinın niyazını qəbul edən.
28.Basir: Hər şeyi görən.
29.Həkim: Hikmət sahibi olan, elədiyi hər işdə hikməti göz edən, hökm edən.
30.Adil: Son dərəcə ədalətli olan.
31.Lətif: Ən incə işlərin bütün incəliklərini bilən, lütf və ehsan sahibi olan.
32.Habir: Hər şeyi iç üzündən,gizli tərəfindən xəbərdar olan.
33.Həlim: Yumşaq davranan, hilmi çox olan.
34.Əzim: Yetərincə əzəmətli olan.
35.Qafur: Çox bağişlayan, maqfirəti çox.
36.Şəkur: Ozünün rizası üçün edilən əməlləri daha ziyadəsi ilə qarşılayan.
37.Aliyy: Çox ulu.
38.Kəbir: Çox böyük.
39.Hafiz: Edilən işləri bütün təfsilatiyla hifzədən, hər şeyi bağişlayan və bəladan qoruyan.
40.Mukit: Bilən, təyin edən. Hər yaradılmışın rizqini verən.
41.Hasib: Hər kəsin həyatı boyunca elədiklərinin hesabını yaxşı bilən.
42.Cəlil: Əzəmət sahibi olan, ululuq sahibi olan.
43.Kərim: Çox ikram edən, kərimi olan.
44.Rakib: Bütün varliqlar və bütün işlər mürəkkəbəsi altında olan.
45.Mucib: Özünə yalvaranlarin istəklərini verən,dualari qəbul edən.
46.Vasi: Lütfü bol olan.
47.Hakim: Əmirləri, kəlami və bütün işləri hikmətli, hikmət sahibi olan.
48.Vədud: Yaxşı qullarını sevən, rizasina endirən və sevilməyə layiq olan.
49.Məcid: Şani, şərəfi çox üstün olan.
50.Bais: Ölüləri dirildən, qəbirlərdən çıxartan.
51.Şəhid: Hər vaxt və hər yerdə hazir və nazir olan.
52.Haqq: Vacibul vücud olan, varliği heç dəyişmədən duran.
53.Vəkil: Təvəkkül sahiblərinin işini düzəldib onlardan daha yaxşi təmin edən.
54.Qəvi: Yetərincə qüvvətli.
55.Mətin: Yetərincə güclü.
56.Vəli: Seçkin qullarının dostu.
57.Həmid: Ancaq özünə həmd edilən, bütün varlığın diliylə deyilən.
58.Muhsin: Namütənahi da olsa, bir-bir hər şeyin sayını bilən.
59.Mubdi: Məxluqati maddəsiz və örnəksiz olaraq başdan yaradan.
60.Muid: Yaradılmışları yox etdikdən sonra təkrar yaradan.
61.Muhyi: Əhya edən, dirildən, can bağışlayan, sağlıq verən.
62.Mumit: Canlı, bir məxluqatın ölumünü yaradan,öldürən.
63.Hayy: Diri, tam və mükəmməl mənasıyla həyat sahibi.
64.Qəyyum: Yaratdıqlarının işini bilən
65.Vacid: İstədiyini, istədiyi vaxtda tapan.
66.Vahid: Tək. Zatında, sifətlərində, adlarında, ortağı və bənzəri olmayan.
67.Səməd: Hər şey Ona möhtac, fəqət O heç bir şeyə möhtac deyil.
68.Qadir: İstədiyini, istədiyi kimi yaratmağa müktədir olan.
69.Muqtədir: Qüvvət və qüdrət sahibləri üzərində dilədiyi kimi təsəvvür edən.
70.Muqaddim: İstədiyini önə gətirən, önə alan.
71.Muahhir: İstədiyini geri qoyan, arxaya buraxan.
72.Əvvəl: Hər şeydən öncə var olan.
73.Ahir: Hər şey həlak olduqdan sonra geri qalan.
74.Zahir: Varliği saysız sübutlarla açıq olan.
75.Batin: Ağılların idrak edəməyəcəyi üzrə əzabi gizli olan.
76.Vali: Bu münəzzam kainati və bütün hadisələri tək başına idarə edən.
77.Mutəali: Ağlın mümkün görduyu hər şeydən, hər haldan uca olan.
78.Bərr: Qullarına yaxşılıqı və ehsanı, nemətləri bol olan.
79.Təvvab: Tövbələri qəbul edib günahları bağişlayan.
80.Muntəqim: Günahkarlara, ədalətiylə, müstəhəq olduqları cəzanı verən.
81.Əfuv: Bağışlayan, maqfirət edən.
82.Rauf: Mərhəmət edici, şəfqətli.
83.Malikul Mulk: Mülkün əbədi əzəli sahibi.
84.Zulcəlal-i Vəl-İkram: Həm əzəmət sahibi, həm artıq kərəm sahibi.
85.Muqsit: Hökmündə ədalətli olan.
86.Cami: İstədiyini istədiyi zaman istədiyi yerdə toplayan.
87.Qani: Çox zəngin, heç bir şeyə möhtaci olmayan.
88.Muğni: Dilədiyinə zənginlik verən müstəqini qılan.
89.Məcid: Qədri və Şani böyük, kərəm və müsəmməhasi bol.
90.Mani: Bəzi şeylərin meydana gəlməsinə icazə verməyən.
91.Nur: Aləmləri nurlandiran, dilədiyini nur edən, nur olan.
92.Hadi: Hidayətə qovuşduran, qulunu xeyirlə müvafiq qilan.
93.Bədi: Nümunəsiz, misalsiz, əcayib və heyrət verici aləmlər yaradan.
94.Baqi: Varlığının sonu tapılmayan, əbədi olan.
95.Varis: Varlığı davam edən, sərvətlərin həqiqi sahibi.
96.Rəşid: Bütün aləmləri doğru bir nizam və hikmətlə aqibətinə çatdıan.
97.Səbir: Çox səbirli olan, üsyankarlardan təcili intiqam almayan.
98.Dar: Zərər verəcək şeyləri yaradan, xüsrana uğradan.
99.Nafi: Xeyir və mənfəət verəcək şeyləri yaradan, faydalandıran
De: "İstər Allah deyib çağırın, istərsə də Mərhəmətli deyib çağırın. Necə çağırsanız da, hər halda ən gözəl adlar Ona məxsusdur". (İsra surəsi,110)“Həşr” surəsinin 24-cü ayəsində buyurulur: “Ən gözəl adlar Ona məxsusdur.” “Əllah” kəlməsi zatı addır və ondan 99 ad və sifət birləşir. İslamda əxlaq mövzusunun əsasını bu ad və sifətlərin tanınması təşkil edir. Hədislərdə buyurulur ki, özünüzü ilakhi əxlaqla zinətləndirin. İnsan ilahi sifətlərə yiyələnməklə həqiqi insanlıq məqamına nail olmalıdır. İdeal bir cəmiyyət qurmaq üçün bu cəmiyyətdə ilahi sifətlər cilvələnməlidir.
Məsələn, cəmiyyət sülhə eytiyaclıdır. Allahın “Səlam” adı bu sülhü ifadə edir.
Məsələn, fərdi və ictimai həyatda xoşbəxt olmaq üçün mehribanlıq və bağışlamaya ehtiyac var. Allahın “Rəhman və Rəhim” adları bu iki sifəti təcəssüm etdirir. Allahda olan elm, qüdrət, ədalət kimi sifətlər “sübutiyyə” və ya “cəmaliyyə” sifətləri adlanır. Amma elə sifətlər də vardır ki, Allah bu sifətlərdən uzaqdır. Məsələn, cism, zaman, məkan, mürəkkət kimi sifətlər Allahda yoxdur və belə sifətlər “səlbiyyə” və ya “cəlaliyyə” adlanır.
Bundan əlavə ilahi sifətlər zatı və feli olmaqla iki yerə bölünür. Zatı sifətlərə Allahın qüdrət, elm kimi sifətləri aiddir. Zatı sifətlərə Allahın qüdrət, elm kimi sifətləri aiddir. Zatı sifətlərin mövcudluğu heç nədən asılı deyil. Məsələ, başqa vücud olsa da, olmasa da Allah alimdir. Amma Allah bir iş görmədən feli sifət gerçəkləşməz. Məsələn, Allah məxluqu yaratdıqdan sonra “xaliq” sifəti gerçəkləşir.Əleykumus-salam.
Mübarək "Allah" məfhumu əslində " ال اله "(əl İləh) olub, ikinci həmzə həzf olaraq Allah (الله) halına düşub. "Ələh" kəlməsindən olan İləh prəstiş etmək anlanını verir. Lakin "Allah" məfhumu Allah-taalanın bütün atributların;-sifetlərini əks etdirən addır.
Allah sizə yar olsun.