Sual (71) : Salam aleykum. Adem Peygember cennetden enerken ozu ile neler getirdi? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həzrət Adəm və Həvva altı əşyanı cənnətdən gətirdilər ki, hər biri başqa şeylərin mənşəyi və kökü oldu: 1- Musanın (ə) əsası 2- Süleyman peyğəmbərin üzüyü 3- Dörd yarpaq ki, həzrət Adəm və Həvva özlərini onlarla örtmüşdülər. Yarpaqlardan birini ceyran yedi ki, ondan müşk əmələ gəldi. İkinci yarpağı dəniz inəyi (su inəyi) yedi ki, ondan ənbər düzəldi. Üçüncü yarpağı baramaqurdu yedi ondan ipək əmələ gəldi. Dördüncü yarpağı arı yedi və ondan bal əmələ gəldi.

Əlbətdə bu sözə mötəbər qaynaqlarda rast gəlmədik.

Allah sizə yar olsun.

Sual (72) : Salam aleykum. Ola bilerki veten ugurunda olen sehid hokmunde olsun amma sehid meqamina catmasin. Umumiyyetle sehidlikde meqsed sehid meqamina catmaqdi yoxsa sehid hokmune veya sehid savabi aparmaq? Bu meseleri qarisdiririq xahis edirik izah edesiz. Allah sizderi sehid meqamina catdirsin
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Şəhidin geniş mənası var. Şəhidlik ilahi bir məqamdır ki, bu məqama Allah yolunda canından keçməklə nail olmaq olaq. Şəhid xüsusi mənada cihad meydanında Peyğəmbər (s), məsum imam ya imamın xüsusi naibinin hüzurunda öləndir. Belə ölən insanlar şəhid məqamında və hökmündədir (öz qanlı paltarı ilə qüsulsuz və kəfənsiz basdırıla bilər), bəzi ölənlər isə şəhid hökmündə yox bəlkə şəhidin mükafatı, savabı və məqamında olar. Bu mənada şəhid o kəsdir ki, öz dini və əqli vəzifəsini yerinə yetirdiyi halda ölə. Mümkündür niyyət xalis olmadığı üçün insan zahirdə şəhid hökmündə olsun, amma şəhid məqamında olmasın. Necə ki, Peyğəmbər (s) zamanında qənimət məqsədi ilə döyüşə gəlib ölənə Peyğəmbər (s) buyurdu ki, o, Allah yolunun şəhidi deyil, qatır şəhididir. Hədislərdə şəhid mükafatında olanların bəzi nümunələri qeyd olunub.
1). Allah yolunda öldürülmüş şəxs.
2). Allah yolunda ölmüşşəxs.
3). Taun xəstəliyi səbəbilə ölən şəxs.
4). Anasının bətnində ölmüş uşaq.
5). Suda boğulmuşşəxs.
6). Öz canını qorumaq üçün çalışıb, ölən şəxs.
7). Öz əhli-əyalını, ailəsini müdafiə edərkən öldürülən şəxs.
8). Öz malını və vətənini qoruyarkən öldürülən şəxs.
9). Uşaq dünyaya gətirərkən ölən qadın.
10). Dəstəmaz alıb yatan və həmin gecə ölən şəxs.
11). Zülmü aradan qaldırmaq yolunda öldürülən şəxs şəhiddir.
12). Ali-Mühəmmədin sevgisi ilə ölən kəs şəhiddir.
13). Məscidə gedən halda ölən şəxs.
14). Elm öyrənmək yolunda ölən və s.
Allah sizə yar olsun.
Sual (73) : Salam alaykum .qurbanlq heyhan nece olmaldl?Allah razl olsum.

Əleykumus-salam.

Zəhmət olmasa, fiqhi xarakter daşıyan suallarınızı saytımızın "Fiqhi" suallar bölməsinə ünvanlayın.

Allah sizə yar olsun.

Sual (74) : salam Aleykum~Peygemberimizden hedis var ki...insan Cebrailden oteri dunyadan kocerken 4hediyye aparmalidir;1)az yemek 2)az yatmag 3)az danismaq 4)nemetin Sukurunde davamli olmaq ;burda3mesele mene aydindir amma bu Az yatmaq meselesin mana izzah etmeyinizi xahis edirAm~~gece erzinde nece saat yatag?
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İnsanın gün ərzində 6-8 saat yatmağa ehtiyacı var, amma çox yatmaq da az yatmaq kimi zərərlidir.
Gecəni tez yatmaq və sübh azanından öncə oyanmaq və gündüz vaxtı günortadan qabaq və ya sonra bir miqdar yatmaq islamda sifariş olunur və 8 saatdan çox yatmaq bəyənilmir.
Әli (ə) buyurur: «Çox yemək və çox yatmaq insanı süstləşdirir, zərəri zərər ardınca gətirir».

Allah sizə yar olsun.

Sual (75) : Salamun Aleykum: Uzerine halal yazilmayan ve terkibinde donuz eti olmayan ve yaxud uzerine mubah team yazilan kolbasa,sosiska mehsullarin yemek olarmi?

Əleykumus-salam.

Zəhmət olmasa, fiqhi xarakter daşıyan suallarınızı saytımızın "Fiqhi" suallar bölməsinə ünvanlayın.

Allah sizə yar olsun.

Sual (76) : Salam. Qusul almadan once pak olmag gerek ya eksine,pak olub qusul almag? Twk
Имя: Zaur, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani

Əleykumus-salam.

Qüsldan öncə bədəni nəcasətdən paklamaq lazımdır.

Zəhmət olmasa, fiqhi xarakter daşıyan suallarınızı saytımızın "Fiqhi" suallar bölməsinə ünvanlayın.

Allah sizə yar olsun.

Sual (77) : Salam~Defn olunan insanin qebri uste molla axirda Camaat gedandan sonra ne diyir?Azerbaycanca ne menani verir onun dediyi!???
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Ölünü qəbrə qoyduqdan sonra ruhani təlqeyn oxuyux və sonra fatihə verir. Mümkündür hamı gedəndən sonra molla Yasin oxuyub tapşırsın. Daha ətraflı yerli ruhanilərdən sual edin, ola bilsin bəzi məntəqələrdə adət-ənənə fərq etsin.
Allah sizə yar olsun.
Sual (78) : Salam. 1. "Vələzzallin" sözündə birinci "ləm" hərfi uzadılmalıdır? 2. Salavatın "və ali muhəmməd" hisəsində "vav" hərfi nə qədər uzadılmalıdır?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1. Xeyr, ikinci lam uzadılır.
2. Salavatda vav hərfi uzadılmır.
Təcvid məsələlərini yerli ruhanilərdən praktiki şəkildə öyrənməyiniz məsləhətdir.

Allah sizə yar olsun.

Sual (79) : Salam aleykum ve rehmetullah. Men dini tehsil almaq istiyirem mene komek ede bilersiz? Kime nece muraciet ede bilerik. Allah sizden razi olsun
Имя: , Страна: , Муджтахид: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam

Qum hövzəsində təhsil almaq üçün Camiətul-Müstafa (s) universitetində imtahan verməlisiz. İmtahan vermək üçün xüsusi vaxt yoxdur, hər vaxt gəlsəniz imtahan verə bilərsiz. Əlbətdə Quma gəlmədən də sayt vastəsi ilə imtahan verib dərsləri virtual oxumaq mümkündür. Digər sualları universitetin saytı vastəsi ilə soruşa bilərsiz.

Qəbul olmaq üçün aşağıdakı adresə müraciət edin.

http://rsampa.miu.ac.ir/Paziresh.aspx?lang=10

Allah sizə yar olsun.

Sual (80) : Salam aleykum. Cinlerinde iman getireni ve kafir olanlari var. Insana yoldan cixaran vesvese eden seytandir... Bes cinleri? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Birincisi, insanın düz yoldan uzaqlaşmasının səbəbi təkcə şeytani vəsvəsələr deyil, əksinə müxtəlif səbəbləri var. O cümlədən: qəflət, mənfi təbliğat, cəhalət, şübhələr, aludə mühit, ailə tərbiyəsi, iradənin zəifliyi, nəfsin istəklərinə tabe olmaq və müxtəlif səbəblər ki, biri də şeytanın vəsvəsəsidir. Bu amillərin çinlər üçün də olması mümkündür. Çünki onlar da insanlar kimi ağıl və şəhvət qüvvəsinə malikdir.
İkincisi, şeytan insanlara vəsvəsə etdiyi kimi cinlərə də edə bilər. Necə ki, bəzi vaxt, insan insana vəsvəsə edib yoldan çıxarır. Buna görə də, Quranda cinlərdən və insanlardan olan şeytanlar ifadəsi işlədilir.

Allah sizə yar olsun.

Go to TOP