Sual (61) : Salam aleykum. əlarvadı nedir? Cinlerdendir? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Təəssüf ki, bu mövzuda dini kitablarda məlumatla qarşılaşmamışıq. Mümkündür cinlərin qadınlarına deyilsin.

Allah sizə yar olsun.

Sual (62) : salamlar menim sualm bir qardasa yalanan ser atb bir xanim adamlari indi xanimin adamlari gelir dilre qurana and ic her gelen dir ha o qardasda qorxur quranan dir neqeder and icerem burda gunah var yoxsa yox

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əgər şər-böhtan atıblarsa öz abrını qorumaq üçün Qurana and içməyinin eybi yoxdur.

Allah sizə yar olsun.

Sual (63) : Salam aleykum. Insan ustundur yoxsa adam? Allah sizden razi olsun
Имя: , Страна: , Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İnsan və adam Azərbaycan dilində sinonim kəlmələrdir. İnsan ərəb mənşəli kəlmədir, amma adam sözü adəm kəlməsindən götürülüb, fars dilində də bu söz eyni mənada işlənir. Quranda adəm kəlməsi xüsusi isim olaraq ilk yaranmış insan nəzərdə tutulur.

Allah sizə yar olsun.

Sual (64) : Salam aleykum. Yer uzunde insanlardan qabaq cinlerin yasadigini hakimiyyet qurdugunu ve qan tokdukleri ucun Allah terefinden dunyadan qovulduqlarini ve ondan sonra insanlarin yer uzune geldiklerini deyenlar var. Bu melumat dogrudurmu? Allah komeyiniz olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əlbətdə Adəmdən (ə) qabaq məxluqatın olmağında şübhə yoxdur, lakin onların xilqəti insan xilqəti ilə fərqli olub və hədislərə əsasən onlar nəsnas adlanıblar. Eləcə də, cinlərin yaranışı insandan qabaqdır. Hədislərə əsasən Şeytan da cin tayfasındandır.
Allah sizə yar olsun.
Sual (65) : Salam aleykum. Cume gununun muqeddesliyinin sebebi nedir? Allah sizden razi olsun
Имя: , Страна: , Муджтахид: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allah-taala günlərin arasından cümə gününü seçdiyi üçün, fəzilətlidir. Cümə günün cümə adlanması ilə bağlı İmam Sadiq (ə) buyurur: Bu gündə Allah-taala öz məxluqatlarını Mühəmməd (s) və Ali-mühəmmədin vilayətinə cəm etdi.

Allah sizə yar olsun.

Sual (66) : Salam aleykum. Pərilər nedir? Allah sizden razi olsun
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Pəri cin qadıların gözəl çöhrələri növünə deyilir. Cinlərin pislərinə isə div deyilir.

Allah sizə yar olsun.

Sual (67) : Salam aleykum. Asqirmaq neyi sebr getirmek adlanir? Bu barede hansisa hedis var? Allah sizden razi olsun
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəziləri də asqırmağı uğursuz əlamət sayıblar: «Bu, səbir əlamətidir. Əgər bir yerə getmək, ya bir işi yerinə yetirmək istəyəndə asqırsan, ya dayan, ya da bir neçə an yerindən tərpənmə!»Bu əqidə də xurafat və əsassız adətlərdəndir. Onun heç bir əqli və şəri bünövrəsi yoxdur. Təəccüblüdür ki, bu xurafatın başlanğıcı İslamdan öncəyə, yəni cahiliyyət dövrünə aiddir. Cahiliyyət əsrini əhatə edən tarixi mənbələrdə yazılıb: «Ərəblər asqırığı nəhs əlamət olaraq qəbul edib, onu mütləq baş verəcək təhlükənin başlanğıcı sayırdılar. Buna görə də, asqırıq səsi eşidən zaman: «onun bəlası itlərimin canına düşsün»- deyərdilər. Əgər öncədən şəxsi münasibətləri pozulmuş şəxs asqırsaydı, « mənə yox, öz canına düşsün»-deyərdilər.Yazılanlara görə, ərəb padşahlarından birinin nağıl-dastan danışanı var imiş. Bir gecə nağıl danışan şəxs birdən şiddətlə asqırır. Padşahın bərk qəzəblənir. Nağılçı, padşahın əl-ayağına düşüb: «Mən bu işdə iradə sahibi deyildim və bu, soyuqladığım üçün oldu»-deyir. Qəzəb alovunda yanan padşah deyir: «Əgər asqırmağının həmişə bu cür olduğuna sübut gətirməsən, öldürüləcəksən!» Nağılçı da sabahı gün onun asqırığının həmişə şiddətli olduğuna şahidlik etməsi üçün bir nəfərə çoxlu pul verib padşahın yanında gətirir. Şahid təzim-ehtiramdan sonra deyir: «Mən şahidəm ki, o, bir gün şiddətli şəkildə asqırdı. Hətta asqırığının şiddətindən bir dişi də düşdü!» Bu xurafatın əksinə olaraq, pak imamlardan (ə) olan rəvayətlərdə asqırmaq, afiyət və salamatlığın amili adlanmış, onun insan cismi və ruhu üçün bərəkətli olduğu bildirilmişdir:
«Əsnəmək şeytandandır, asqırmaq isə Allah-Təala tərəfindəndir.» 
Əsnəmək süstlüyə, yuxulu olmağa və bədənin fəaliyyətə hazır olmamasına işarədir. Amma asqırmaq Allahın rəhmət və lütfünün müjdəsi olub, insanı işə fəaliyyətə şövq edir. İslamın əziz Peyğəmbəri (s) bir hədisdə buyurub: 
«Xəstənin asqırmağı, onun üçün salamatlıq nişanəsi, bədən üçün xeyir və rahatlıqdır.» 
İmam Sadiqdən (ə) rəvayət olunub: 
«Asqıran şəxs yeddi gün ölümdən amandadır.» 
Asqırmağın mənəvi təsiri haqqında İmam Rzadan (ə) nəql olunub: «Allah-Təala, bəndəsinə bir nemət versə və o, nemətin şükrünü unudsa, Allah onun bədənində (ag ciyərdə) bir yel yaradır ki, bu da asqırmaq vasitəsilə onun burnundan xaric olur. O, asqırdıqdan sonra «Əl-həmdulillah» deyir və Allah da onu, bəndənin unutduğu şükrü olaraq qəbul edir.» Allah sizə yar olsun.

Sual (68) : Salam aleykum. 4cu gun gun batandan sonra cume gunu hesab olunur? Yeni bezen ele olurki biz tereflerde toy olur ama axsami dusur mesumlarin sehadetine. Hemin gece sehadet gunudur? Umumiyyetlerde hicri qemeri gunleri axsamdan axsamadi yeni ay cixandan ay cixana? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əvvəl gecə sonra gündüz gəlir. Əlbətdə gün batdıqdan sonra gecə girir, amma fərqli olaraq cümə gecəsi hədislərə əsasən 4-cü gün günortadan başlayır. Əgər toy və şadlıq gecəyə düşsə və hörmətsizlik hesab olsa bu işdən çəkinmək lazımdır.

Allah sizə yar olsun.

Sual (69) : Salamun aleykum Alimlerden bezisi hz Adəm (ə)-dan qabaq insan oldugunu və Adəm (ə)-in övladlarının ondan əvvəlkilərin qalanlari ilə evləndiyini deyir və hətta deyirlər ki, 5 və 6 milyon illik skletler tapilib Adəm (ə) bu dovrə kimi o qədər də vaxt kecməmisdir bu nə dərəcədə dogrudur? Quran da Adem (e)-in llk insan oldugu aciq askar var. ALLAH SİZDƏN RAZİ OLSUN

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əlbətdə Adəmdən (ə) qabaq məxluqatın olmağında şübhə yoxdur, lakin onların xilqəti insan xilqəti ilə fərqli olub və hədislərə əsasən onlar nəsnas adlanıblar. Adəm insan yaranışında ilk məxluq hesab olunur. Amma Adəm övladlarının özlərindən qabakı nəsllərin qalığı ilə evlənməsi sadəcə bir ehtimaldır və bəzi təfsirçilər bunu qəbul etmirlər.

Allah sizə yar olsun.

Sual (70) : Salam Aleikum.Sizdan xaish eleiram,munkuz olsa mene musulman kalendar 2016 il qondarun.Man isteiram bilam Imamlaryn movlud va shaxadat gunari.Allah komainiz olsyn.
Имя: Sevil, Страна: Kazaxstan, Муджтахид: Ayətullah Sistani

Əleykumus-salam.

Linkini qeyd etdiyimiz saytda hicri-qəməri təqviminin münasibətlərini müşahidə edə bilərsiz:
http://ehliwie-samux.com/263-hicri-qemeri-teqvimi.html
Allah sizə yar olsun.
Go to TOP