Sual (31) : ALLAHIN salami uzerinize olsun, islamda burc-burclar haqqinda deilen bir sey varmi, bezen insan dusunur ki, 4 fesilin 12 ayi, har bir ayda dunyaya galanlarin xarakterleri bam basga olurlar, bu beledirmi yoxsa internetde burc haqqinda yazilanlar yalandrmi
Имя: s, Страна: gurcustan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bürclərin insan həyatında təsiri var, amma çox məhduddur. Bu təsir müstəqim və yüz faiz deyil. Bunuda hər kəs bilmir və bilənlərdə demir, deyilənlərin çoxusu isə yalan və gümandır. Xüsusi ilə hər insanın bürclərin təsiri altında yaranmağına islamda qarşılaşmamışıq. İslamda deyilən yalnız evlənmək barədədir ki, ay əqrəb bürcündə olsa evlənmək məsləhət deyil. Bürclərin təsiri barədə deyilənlər adətən falçıların sözlərinə oxşuyur ki, dedikləri hər kəsdə ola bilər və heç vaxt konkiret bir şey demirlər. Allah-təala insanı muxtar yaradıb və insan hər nə iş görürsə öz ixtiyarı ilə görür. Hər halda bürclərin insan taleyinə təsir etməsinə inanıb, buna uyğun addım atmağı İslam dini rədd edir.

Həzrət Əli (əleyhissalam) öz ordusu ilə birlikdə Xəvariclə vuruşmaqdan ötrü Nəhrəvana tərəf hərəkət etməyə hazırlaşdığı zaman Əfif ibni Qeys Əş”əsin qardaşı (münafiq dəstə başçısı) Əli (əleyhissalam)-ın hüzuruna gəlib dedi: Bu vaxt hərəkət edib qələbəyə çatmamağından ötrü qorxuram, çünki mən bunu sizə Nücum elminin köməkliyi ilə deyirəm.
İmam onun cavabında buyurdu:
Sən fikirləşirsən ki, o, saat ki, onda hərəkət etmək narahatlığa səbəb olacaq, ondan xəbərdarsan? Edə bilərsənmi onun təhlükəsini hərəkət edənə kimi xəbər verəsən?!
Hər kim bu sözdə səni təsdiq etsə Quranı təkzib etmiş, öz istədiyinə çatmaqda və bəyənilməz işləri dəf etməkdə Allahdan kömək istəməkdən ehtiyacsız olubdur. İstəyirsən Allahın əvəzinə sənə sitayiş etsinlər? Sən, qabaqcadan belə söz deməklə onları zərər və ziyandan hifz edərsən, ey camaat nücum elminin qabaqcadan fikir söyləməyindən uzaq olun, çünki bu iş sizləri kahinliyə (cin və xəbis ruhlar vasitəsilə qeybdən xəbər verməklə) çəkib çıxarar Müncim kahin təki, kahin də sehrbaz kimidir. Sehrbaz isə kafirdir. Kafir isə odda yanacaq, Allahın adıyla hərəkət edin.
Beləliklə də İmam onun döşünə rədd əli çəkib qoymadı ki, camaat bu boş xəyallarla hərəkət və fəaliyyətlərindən uzaqlaşsınlar. Daha sonra isə Həzrət öz ordusu ilə hərəkət edib tam qələbəyə nail oldu və öz əməli ilə sabit etdi ki, münəccimin qabaqcadan fikir söyləməyi düz deyil. Bu mətləbin oxşarı müxtəlif rəvayətlərdə gəlib. O, da budur ki, Əli (əleyhissalam) öz ordusu ilə Həruriyyə tərəf hərəkət etdiyi zaman əshabın arasında özünü münəccim adlanlandıranlardan biri Əli (əleyhissalam)-ın hüzuruna gəlib dedi:
Ey Möminlər ağası! Bu saatda hərəkət etmə, çalış gün batandan üç saat sonra irəli get, əgər indi hərəkətə başlasan bu irəliləməyin sənə və yoldaşlarına şiddətli ziyan yetirəcək, amma mən deyən vaxtda tərpənsən qalib gəlib hədəfə yetişəcəksən.
İmam Əli (əleyhissalam) ona buyurdu: Atımın qarnındakı balanın dişi ya erkək olmasını bilə bilərsənmi?
O dedi: Əgər (nücum elmi üzündən hesablasam bilərəm).
İmam ona buyurdu: Əgər bu işində səni bir adam təsdiq etsə, Quranın təkzib etmişdir, çünki Allah-təala “Loğman” surəsinin 34-cü ayəsində bu barədə belə buyurur:
“Şübhəsiz qiyamətə aid olan elm və agahlıq, yalnız Allaha məxsusdur. O Allahdır ki, həm yağış göndərir və həm də ana bətnində olanlardan xəbərdardır.”
Sonra buyurdu: (Hətta) Muhəmməd səlləllahu əleyhi və alihi və səlləm belə bir iddianı ömründə etməmişdi.

Allahsizə yarolsun.

Sual (32) : Salam aleykum| varlıq aləmindəki şeylərin bir-biri ilə əlaqə və bağlılığı haqda oxudum,maraqlidir,goresen menim var olub olmamagim dunyada neyi deyishecekdi?mes,sherqde birinin evi yananda,kimse olende bu qerbe nece tesir edir? ya da eksine olanda.Amma nese tesir etdiyi mutleqdir.chox sag olun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Təəssüf ki, bu barədə məlumatımız yoxdur. Bu təsir və bağlılıqdan xəbər vermək qeyb elminə məxsusdur.

Allahsizə yarolsun.

Sual (33) : Allahin salamı və bərəkəti olsun sizlərə. Mənim evimdə tualet sırf inşaat xətası olaraq üzü qibləyə qoyulub. Mən nə etməliyəm? Təşəkkürlər.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əgər tualetin unitazı bir miqdar qiblədən sağa ya sola tərəf əyilmiş olsa, eybi yoxdur, lakin tam qibləyə olsa, elə oturmaq lazımdır ki, üzü ya arxası qibləyə düşməsin.

Zəhmət olmasa, fiqhi xarakter daşıyan suallarınızı saytımızın "Fiqhi" suallar bölməsinə ünvanlayın.

Allahsizə yarolsun.

Sual (34) : Salamun alaykume . Nefisnen ruh eyni weydi ? Nefis deyilende ne nezerde tutulur ? Xayiw edirem etrafll melumat veresis.Allah komeyniz olsun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Nəfs lüğətdə ruhla eyni mənada işlənib, lakin hər birinə ayrı-ayrı mənalar deyilib.

Nəfs: Ruh, nəzər, qan, cisim (bədən), insanın şəxsiyyəti, əzəmət və s.

Ruh: Həyata və diri qalmağa vasitə, nəfs, lətif, vəhy, meyar, Allahın hökmü, müqəddəs ruh mənalarında gəlmişdir.

Bəziləri nəfsin ali mərtəbəsini ruh adlandırır.

Əbu Əli Sina deyir: Allah-taala insanları üç şeyin ortaya gəlməsindən yaratdı: Biri bədən ya cisimdir, digəri can və ruhdur və üçüncüsü rəvan və nəfsdir.

Qəzali deyir: Ruh sənin özün və həqiqətindir. O sənə gizli və sən də ondan xəbərsizsən. Sənin ruhun insanlıq xüsusiyyətidir ki, Allaha nisbət verilir. Necə ki, Quran buyurur: De: Ruh mənim Rəbbimin əmrindəndir. Öz ruhumdan ona üfürdüm. Əlbətdə bu ruh, incə və lətif cisim olan ruh ki, onun mənşəyi qəlbdir və bədənin bütün üzvlərində və damarlarında yayılıb, hiss və hərəkətə güc verir, fərqlidir. Bu ruh insana məxsus deyil və bu cəhətdə başqa heyvanlarla müştərəkdir. Bu ruh ölümlə aradan getmir. Bu ruh əmanət və mərifət yükünü götürə bilməz. Əmanət və mərifət yükünü götürən, insana məxsus olan ruhdur. Bədənin aradan getməyi ilə ruh aradan getmir, bəlkə başqa hala çevrilir.

İmam Əli (ə) buyurub: Ruh lətif nüktə və şərafətli nəzərdir ki, Xaliqin əzəmətini və xilqətini xatırladır. Onu mülk xəzinəsindən bu aləmə gətirib. Bəs, o ilahi əmanətdir.

Ruhun həqiqəti gizlidir və böyük tədqiqatçılarda bunu dərk etməkdə öz acizliklərinə etiraf ediblər.

İmam Sadiq (ə) buyurur: Ruhu ağırlıq və yüngüllüklə tövsif etmək olmaz. Ruh incə cisimdir ki, qaranlıq qəliblə örtülüb. Ruh ölümlə aradan getmir.

Nəfsin müxtəlif mənaları var. İnsan ya heyvana nəfs ifadəsi işlənilir. Çünki həssaslıq və dərk etmək qabiliyyəti var. Ehtimal verilir insan və heyvan nəfəs aldıqları üçün və ya qiymətli və nəfis olduğu üçün onlarda nəfs ifadəsi işlənir.

Nəfsdə olan müxtəlif sifətlərə görə, Quranda beş mərhələyə bölünmüşdür.

1.Əmmarə nəfs, 2. Ləvvamə nəfs, 3. Mütməinnə nəfs, 4. Raziyyə nəfs, 5. Mərziyyə nəfs.

Kumeyl həzrət Əlidən (ə) istəyir ki, nəfsini ona başa salsın. Həzrət Əli (ə) buyurur: Hansı nəfsi? Sorurşur: Neçə nəfsimiz var ki? Buyurur: Ey Kumeyl! Dörd nəfs var: İnkişaf edən nəbati nəfs, hiss edən heyvani nəfs, insana məxsus olan natiqi qüdsiyyə nəfs ki, ilahi təkliflərin mərkəzidir, ilahi kulliyyə nəfs ki, peyğəmbərlərə və ilahi övliyalara məxsusdur.

Allah sizə yar olsun.

Sual (35) : Salam. Deyerler AIN (Azerb Islam News) saytinda 24.10.2016 Baki seheri ucun azan vaxti: subh azani- 05.40; gun cixir - 07.01; zohr azani- 12.25; sam azani - 18.03. Sizin bu iki cedvelde olan ferqi nece izah etmek olar? Hansi daha deqiqdir? Siz bu ayin her hansi gunu ucun Meshed, Tehran, Qum ve Kerbela seherlerinin azan vaxtlarini sayta gondere bilersinizmi? Elbette, sohbet oten gunlerden, bas tutmus azanlardan gedir. Sag olun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Saytlarda verilən azan vaxtı müxtəlif astofiziki hesabat fərqlərindən yaranır.
Dünya səviyyəsində 7-8 namaz təqvimi metodu qəbul olunub. Aşağıda bu metodların adı və onlardan əksərən istifadə edən ölkələr haqqında məlumat verilib:
Dünya Müsəlman Liqası - Avropa, uzaq şərq ölkələri
Şimali Amerika Müsəlman Cəmiyyəti - ABŞ və Kanada
Misir Araşdırma Komitəsi - Afrika, Suriya, Livan, Malayziya və s.
Ümmul-Qura universiteti - Ərəbistan yarımadası
Müsəlmanların dini qurumu -Rusiya və MDB
Kəraçi universiteti- Pakistan, Əfqanıstan, Banqladeş və s.
Leva (Qum) Tədqiqat Mərkəzi – İran, İraq və s.
Tehran universiteti- İran və s.
Bu metodlardan son ikisi şiə fiqhinə, digərləri isə əhli-sünnə fiqhinə əsaslanır.
Adətən şiə saytları Tehran Universitetinin Geofizika institutunun hazırladığı təqvimi əsas götürürlər.
Müxtəlif şəhərlərin azan vaxtlarını bu təqvimə əsasən aşağıdakı saytdan ələ gətirə bilərsiz:
http://e-azan.ru/
Allahsizə yarolsun.
Sual (36) : Salam.Vəliyyi-fəqih hansı səviyyədə vilayəti var? Ona hansı məsələlərdə itaət olunmalıdır?
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Ədalətli müctehidin islam ümmətinin dini və dünyəvi işlərinin rəhbərliyinə vilayəti fəqih deyilir. Vəliyyi fəqih dedikdə isə islam ümmətinə rəhbərlik edən müctəhid nəzərdə tutulur. Fəqihdən məqsəd müctəhiddir və müctəhidin ixtiyaratına vilayət deyilir. Fəqihin 3 əsas vəzifəsi və məqamı var: 1. Fitva məqamı 2. Qəzavət məqamı 3. Hökumət məqamı. Əlbətdə üçüncü məqamın dairəsində ixtilaf var. İki əvvəlki vəzifədə alimlər arasında ixtilaf yoxdur və həmçinin üçüncü məqamın özündə ixtilaf yoxdur, lakin idarə etmə dairəsində fərqli nəzərlər var. Əgər müsəlman ümməti bir müctəhidi rəhbər kimi seçsələr bütün müsəlmanlara hətta başqa müctəhidlərədə vacibdir ki, hökümət işlərində ona tabe olsunlar. Təəssüf ki, bugün bu məsələ düşmənin fitnəsinə çevrilib, çünki şiənin qüvvət və vəhdətini vilayəti-fəqih məsələsində görür və cahillərdə düşmən dəyirmanına su tökürlər.

Bu barədə İmam Xomeyninin "Vilayəti-fəqih" adlı kitabına müraciət edin, kitab azərbaycan dilinədə tərcümə olunub. Mövzu ilə bağlı saytın kitabxanasındakı kitabada müraciət edə bilərsiz:
Kitabın adı: VİLAYƏTİ-FƏQİH NƏZƏRİYYƏSİNƏ BİR BAXIŞ
Müəllif: Ustad Misbah Yəzdi
http://kitab.nur-az.com/az/lib/view/434

Allah sizə yar olsun.

Sual (37) : ALLAHIN SALAMI OLSUN UZERINIZE, inshallah sualimiz cavablanacaq tez bir zamanda, avvalcadan tasakkur edirem, muselman cinler olurmu, eger varsada onlar insana yaxin gelib gorune bilirmi, gorunurse kimlerin gozune gorune biler - deirler insanlar varki onlardan elm oyrenir ve dostlug edirler, birde deirler cinleri cagirmaq gunahdir, inshallah aciq aydin cavab gelecekdir

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allah taala cinlərin sözünü Əl-Cinnə surəsində belə buyurur: 1. De: «Mənə vəhy olundu ki, (bizim hiss etmədiyimiz, oddan yaranmış, erkək və dişi cinsli, doğub-törəyən, dini öhdəçilikləri, ölümləri və dirilmələri olan, savab qazanan və cəzaya uğrayan, Cənnətlik və Cəhənnəmlik mövcudlar olan) bir dəstə cin (bu Qurana) qulaq asdılar və (öz qövmlərinə qayıdıb) dedilər: «Həqiqətən, biz qəribə bir Quran eşitdik (kəlamının gözəlliyi, nəzminin dəqiqliyi və məzmununun dərinliyi ilə bəşər kəlamından olduqca üstündür)».
2. «O, (insanları) haqqa və məqsədə doğru hidayət edir. Beləliklə biz ona iman gətirdik və əsla heç kəsi Rəbbimizə şərik qoşmayacağıq.» (Bu ayədən başlayaraq on beşinci ayəyə kimi hamısı cinlərin bir-birləri ilə olan söhbətidir).
Bu ayələrə əsasən cinlərində müsəlman və kafiri vardır. Çünki onlarda insan kimi ixtiyarlı varlıqdır.
İnsan öz ruhunu yüksəltməklə və xüsusi təmrinlərlə cini özünə tabe edə bilər.
Cinlərin də insan kimi maddi həyatı var müxtəlif şəkillərə düşmək qüdrətinə malikdirlər. Baxmayaraq ki, onların cismləri lətifdir, amma insanın gözünə görünməyi mümkündür. Cinlərin məsumlarla görüşməyi barədə hədislər vardır, lakin onlar imamlardan məsləhət alıb və öz problemlərinin həllini soruşublar.
Hədislərə əsasən cinlər bir neçə dəstəyə bölünürlər. Mərhum Səduqun "Xisal" kitabında İmam Sadiqdən (ə) belə bir hədis rəvayət olunur: "Cinlər üç dəstədir: Onların bir dəstəsi mələklərlə birgədir, bir dəstəsi havada uçmaqda, başqa bir dəstəsi isə itlər və ilanlar şəkilindədir”.
    Xalis cinlər yeyib-içməsələr də, qeyri-xalis cinlər həm yeyir, həm də içirlər. Onların bir qismi insanlar kimi qidalanırlar, təbii ki, bu dəstənin ömrü az olur. Başqa bir qismi yalamaqla qidalanırlar, bunların ömrü bir az çox olur. Daha başqa bir qisim isə yalnız iyləməklə qidalanır, bunlarınsa ömrü min ilə qədər uzana bilir.
Cinləri çağırmaq və bu işlə məşqul olmaq zərurət olmadıqda günahdır və təhlükəlidir.

Allah sizə yar olsun.

Sual (38) : Salam Aleykum,men size bu suali yazmisdim,amma mail adresimde sehv oldugu ucun sual gelib mene chatmayib,zehmet olmasa yeniden cavab yazarsiniz? Salam aleykum| Men bele hadise ewitmisem:Bir alim dostunun evine gedir,orada yemek yeyir,eve gelenden sonra gorur ki,onun kerameti aradan gedib.Arasdiranda melum olur ki,dostunun xanimi hemin yemeyi bisirende heyz halinda olub.Bu sebebden hemin yemek o tesiri qoyub. Bele hal mumkundurmu ve ne derece duzgundur? sag olun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Belə bir hekayə eşitməmişik. Diqqət etmək lazımdır ki, bu məsələ din və ağıla uyğun deyil. Çünki ariflərində həyat yoldaşları bu məsələdə istisna olmurlar və başqa bir tərəfdən tarix boyu çoxlu arifə xanımların olması bunun yanlış olmasını sübuta yetirir.

Allah sizə yar olsun.

Sual (39) : As Salam Aleykum.Menim uc sualim var.Gunun ilk saati acandi? Hansi ayi generi ayidi?generi ayin emeleri?Coh sag olun.Allah amaninda olun,Allah sizdan razi olsun.
Имя: Sevil, Страна: Kazaxstan, Муджтахид: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Günün ilk saatı sübh namazında başlayır. Hicri qəməri ayları 12 aydır ki, birincisi məhərrəm sonuncusu zil-hiccə ayıdır. Qəməri aylarının əməlləri üçün Məfatihul-cinan kitabına müraciət edin.

Allah sizə yar olsun.

Sual (40) : Esselamu aleykum. Bildiyimiz kimi, insan yatan zaman ruhu bedeninden ayrilir. Eceli catanlarin ruhu geri qayitmir. Eceli catmayanlarin ruhu ise insan bedenine geri qaytarilir. Bilmek isteyirem, insan yatan zaman, ondan ayrilan ruh Berzex alemine varid olur ya nece? Allah sizlerden dunya ve axiret razi olsun.

Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 

İnsan ruh və cismdən təşkil tapıb. Ruh maddi olmayan bir gövhərdir ki, cismlə əlaqəsi onun nur və həyatına səbəb olur. Amma diqqət etmək lazımdır ki, insan ruhu və ya nəfsinin müxtəlif dərəcələri vardır. Ölüm halətində ruh bütövlüklə və bədəndən ayrılır, lakin yuxu halətində ruhun bəzi dərəcələri bədəndə qalır. Bəzi hədislərdə yuxu halında insan bədənində qalan dərəcəyə ruh, amma bədəndən ayrılan mərhələyə nəfs deyilir. İmam Baqir (ə) buyurur: "İnsan yatanda nəfsi səmaya qalxır ruhu isə bədəndə qalır. Nəfslə ruhun arasında olan əlaqə günəşin şüası kimidir. Əgər Allah qəbzi-ruha izn versə, ruh nəfsə qoşulur, amma izn verməsə nəfs ruha qayıdır". Hədisdə ruhun dərəcələrinə işarə olunur və nəfs dedikdə ruhun bir dərəcəsi nəzərdə tutulur.

Bəs, ruhla bədənin arasında olan əlaqə 3 halda ola bilər: 1-Tam rabitə və əlaqə (diri və oyaq halında), 2- Naqis və yarımçıq əlaqə (yuxu halında), 3- Əlaqə bütövlüklə kəsilir (ölüm halında). Ölümlə yuxu runuh bədəndən ayrılmaq cəhətində müştərək olduğu üçün bəzi ayələrdə yuxu və ölüm bir-birinin kənarında qeyd olunub. Əlbətdə ölümdə ruh tamailə yuxuda isə yarımçıq ayrılır.

Allah sizə yar olsun.

Go to TOP