Qısa cavab:
Boyuna şal salmaq və kəmər bağlamaq da, dini və etiqadi bir məsələnin təsiri altında olmamışdan öncə, bu məsələ keçmiş zamanda yaşayan ümumi camaatın geyim formasına qayıdır. İndiki alimlərin libası da, o geyimdən götürülübdür.
Hazırkı dövrdə kəmərdən istifadə etmək, cəmiyyətdə adi bir geyimdir. Keçmiş zamanlarda da, kəmər bağlamaq ümumi geyim olub. Bəzən qılıncın qılafını saxlamaq, və pul saxlamaq üçün, bəzən də libası yığıb saxlamaq ya bəzək olaraq istifadə olunurdu. Həmçinin geyim bəzən simvol halına düşürdü. İndiki dövrdə yaşıl şaldan istifadə, Peyğəmbər və əhli- beyt seyidlərindən olan insanlar üçün əlamət sayılır. Yaxud çifyə salmaq, bəcis mədəniyyətini əzizləmək üçün bir simvoldur.
Ətraflı cavab:
Hər əsr və zamanda insanların adəti geyim və libası, cəmiyyətin ümumi mod geyimindən götürülübdür. Bəzən müəyyən dövrdə, libasın xüsusi bir növü cəmiyyətdə mod olur. Amma bir neçə il keçməmiş, unudulur. Bəzi dövrlərdə də, geyim növü və onların rəngi, partiya və hərəkətlərin siyasi simvoluna çevrilibdir. Boyuna şal salmaq və kəmər bağlamaq da, dini və etiqadi bir məsələnin təsiri altında olmamışdan öncə, keçmiş zamanda yaşayan ümumi camaatın geyiminə qayıdır. İndiki alimlərin libası da, o geyimdən götürülübdür.
Necə ki, ndiki zamanda kostyom geyimi, kəmər bağlamaq və papaq və şal geyinmək, adi və mod geyimidir.
Boyunun ətrafına şal salmaq
Peyğəmbər (s) və Əhli- beyt (ə) da, öz zamanlarının adi insanları kimi, başlarını örtmək üçün, çalma və əmmamədən[1]istifadə edirdilər. Əmmaməni başa qoyanda adət belə olub ki, onun bir tərəfini açıb çənənin altından aparırdılar və bəzən də şal kimi boyunun ərafına dolayırdılar.[2] O parçaya termində "təhtəl- hənək" və bu işə ərəb dilində "təhənnuk" deyirlər ki, rəvayətlərdə də ona sifariş olubdur. Müsəlmanların kafirlərlə gedib- gəlişinin çox olduğu və zahiri fərqləri mümkün olmayan İslamın ilk illərində, Peyğəmbər (s) "təhəl- hənəksiz" Əmmamə geyimi qadağan edərdi.[3] Amma cəmiyyətin çoxunun müsəlmanların təşkil etdiyi İmamlar (ə)- ın zamanında, məsum İmamlar təhtəl- hənəklə boyunun ətrafını örtmək barəsində, digər sifarişlər etdilər. İmam Kazım (ə) səfərin adabı (qaydaları) barəsində buyurur: "Kim səfərə gedən zaman başına əmmamə qoyub və təhtəl- hənək assa, mən üç şeyi onun üçün zəmanət verirəm: Oğru ilə qarşılaşmaz, suda boğulmaz və yanmaz.".[4] Ona görə də, alimlərin çoxu öz kitablarında xüsusi fəsli əmmaməni bağlamağın qayda və adabına ayırıb və namazda onun fiqhi hökmü barəsində danışıblar.[5]
Bəlkə təhənnuk əməlinin daha mod əməl olmayan indiki dövrdə şal salmaq onun yerini almış bir sünnə ola bilər. Əlbəttə, geyim bəzən simvolik vəziyyətdə olduğu kimi, indiki dövrdə yaşıl şaldan istifadə etmək, Peyğəmbər və Əhli- beyt seyidlərindən olan insanlar kimi, əlamət sayılır.[6] Və...yaxud çalma atmaq bəsic mədəniyyətini üstün tutmaq üçün bir simvoldur.
Kəmər bağlamaq
İndiki dövrdə kəmərdən istifadə etmək cəmiyyət arasında adi bir geyim olduğu kimi, keçmiş zamanlarda da, hamının stifadə etdiyi geyim olubdur. Bəzən qılıncın qılıfını (qılıc) saxlamaq, pul saxlamaq, bəzən də libası yığıb saxlamaq ya bəzək olaraq istifadə olunurdu. Rəvayətlərdə də mintəqə,[7] himyan,[8] zunnar[9]
izar[10] bağlamaq kimi kəlmələrlə ona işarə olubdur.
Fars dilində kəmər bağlamaq çalışmaq və möhkəm iradənin kinayə olaraq, "çalışmaq və iradə kəmərini bağladı" deyildiyi kimi, rəvayətlərdə də,
«المتزرون على أوساطهم»[11]
yəni "kəmərlərinə izar bağlayırlar" mənasını verən bu cümlə də, möminlərin ibadətdə çalışmalarından kinayədir.
[1]- Ərəb dilində bu kəlmənin düzgün tələffüzü, əyn hərfinə kəsrə verməklə emamədir.
[2]- Əl- Bəlazəri, Əhməd bin Yəhya, Əksabul- əşraf, Araşdıran: Zukar, Süheyl, Zərkuli, Riyaz, cild 2, səh 185 və cild 12, səh 413, Darul- fikr, Beyrut, 1417 q; İbn Səd, Məhəmməd bin Səd, Ət- təbəqatul- kubra, Araşdıran: Əta, Məhəmməd Əbdül- Qadir, cild 1, səh 352, Darul- kutubul- elmiyyə, Beyrut, 1419 q
[3]- Şeyx Səduq, Mən la yəhzuruhul- fəqih, Araşadıran, Qəffari, Əli Əkbər, cild 1, səh 266, İslami nəşrlər mərkəzi, Qum, 1413 q; Mərhum Eeyz Kaşani təhənnuk sünnəsi barəsində deyir: "İslam ölkələrinin çoxunda indiki dövrdə unudulmuş bir sünnədir. Ərəb paltarını qısaltmaq kimi ki, İmamların zamanında mod olan, lakin hazırda şöhrət libasıdır":
Feyz Kaşani, Məhəmməd Möhsin, Əl- vafi, cild 20, səh 745, Əmirəl- möminin Əli (ə)- ın kitabxanası, İsfahan, 1406 q.
[4]- Mən la yəhzuruhul- fəqih, cild 2, səh 301
[5]- Təbərisi, Həsən bin Fəzl, Məkarimul- əxlaq, səh 245, Şərif Rəzi, Qum, 1412 q; Şeyx Bəhai, Məhəmməd bin Hüseyn, Miftahul- fəlah fi əməlil- yəvm vəlləyləti minəl- vacibati vəl- müstəhəbbat, səh 124, Darul- əzva nəşri, Beyrut, 1405; bu haqda rəvayətləri araşdırmaq barəsində baxın: Kuleyni, Məhəmməd bin Yəqub, Əl- kafi, Araşdıran və tənzimləyən: Qəffari, Əli Əkbər, Axundi, Məhəmməd, cild 5, səh 381, İstinad 11, Darul- kutubul- İslamiyyə, Tehran, çap dördüncü, 1407 q; Xalid Bərqi, Əhməd bin Məhəmməd, Əl- Məhasin, Araşdıran: Mühəddis, Cəlaləddin, cild 2, səh 378, istinad 4, Darul- kutubul- İslamiyyə, Qum, 137 q
[6]- Qara rənh kimi ki, əvvəllər Bəni Abbasın qiyamının simvolu və İmamların zamanında yaşıl rənh Ələvilərin simvolu idi; Təbəri, Əbu Cəfər Məhəmməd bin Cərir, Tarixul- uməmi vəl- muluk, araşdıran: İbrahim, Məhəmməd Əbulfəzl, cild 8, səh 354, Darut- turas, Beyrut, 1387 q.
[7]- Hər bir şeyin artasını bağladıqları alətə, ərəblər mintəqə deyirlər. İbn Mənzur, Məhəmməd bin Mukrim, Lisanul- ərəb, raşdıran: Mir Damadi, Cəlaləddin, cild 10, səh 354, əsas hərfləri (kökü)" ntq", Darul- fikr, Beyrut, 1414 q
[8]- Himyan həm pulu saxlamaq üçün kəmərə bağlanan kisəyə, həm də şalvar və libası bağlamaq üçün istifadə olunan əşyaya deyirlər. Lisanul- ərəb, cild 15, səh 365, əsl hərfləri (kökü) "h m y".
[9]- Məcus və xiristianlar kimi, qeyri müsəlman olanların kəmərinə, zunnar deyirlər. Lisanul- ərəb, cild 4, səh 330
[10]- İzarın əsl mənası libasdır. Rağib İsfəhani, Məhəmməd bin Hüseyn, Mufrədatı əlfəzail Quran, səh 74, Darul- qələm, Daruş- şamiyyə, Beyrut, Dəməşq, 1412 q; Amma bəzən də, ehram libası kimi kəmər bağlamaq və paltarı yığmaq üçün, işlənibdir. Məclisi, Məhəmməd Baqir, Miratul- uqul fi şərhi əxbari alir- rəsul, Araşdıran: Rəsuli Məhəllati, Haşim, cild 9, səh 235, Darul- kutubul- İslamiyyə, Tehran, 1404 q; Şeyx Hürr Amuli, vəsailüş- şiə, cild 13, səh 352, Müəssisətu alil- beyt, Qum, 1409 q.
[11]- Əl- kafi, cild 3, səh 587
Allah sizə yar olsun.
Gözdəymə və ya nəzər nəfsin təsirlərindəndir ki, insan həyatında dəfələrlə onunla üzləşir və onu rədd etmək üçün heç bir dəlil yoxdur.
Bəzi rəvayətlər onun həqiqət olduğunu təsdiqləyir. "Durrul- mənsur" kitabında Peyğəmbərdən (s) rəvayət olmuşdur ki, o həzrət buyurdu: Göz dəymə məsələsi həqiqətdir. Və yenə buyurdu: Göz dəymə (nəzər) sağlam insanı qəbrə və sağ dəvəni isə qazanda qərar verir.[1]
Əmirəl- möminin Əli (ə) buyurur: Allahıpn rəsulu (s) imam Həsən (ə) və imam Hüseyn (ə) üçün "riqyə" (məqsəd o dualardır ki, yazılır və insanlar nəzərdən amanda qalmaq üçün özlərində saxlayırlar; ona təviz də deyilir).
Tutub bu duanı oxudu:
«أُعِیذُکُمَا بِکَلِمَاتِ اللَّهِ التَّامَّاتِ وَ أَسْمَائِهِ الْحُسْنَى کُلِّهَا عَامَّةً مِنْ شَرِّ السَّامَّةِ وَ الْهَامَّةِ وَ مِنْ شَرِّ کُلِّ عَیْنٍ لَامَّةٍ وَ مِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ»
Yəni: Sizin üçün pənah aparıram Allahın kamil sözlərinə və onun gözəl adlarına o hər bir şərdən nicat verən və şərrin böyüklərindən (rəhbərlərindən) ki, bir varlıqdırlar gözlə görünməyirlər; və hər bir pis (bəd nəzər) gözün şərrindən ki, insana ziyan vurur və həsəd edən şəxslərin həsədindən ki, insana həsəd aparır... sonra Peyğəmbər (s) buyurdu: İbrahim (ə), İshaq və İsmayıl (ə) üçün bu cür təviz (pənah aparmaq) etmişdi.[2]
Nəhcül- bəlağə hikmət- 400- də gəlmişdir: Nəzər həqiqətdir və ondan amanda qalmaq üçün dualardan istifadə etmək də həqiqət və haqqdır.[3]
Bu rəvayətdən məlum olur ki, nəzər və göz dəymə xurafat olan bir şry deyil, bəlkə bir həqiqətdir ki, zahirdə baş verir və onun qarşısını almaq üçün də yolları vardır.
Məşhurdur ki, Qələm surəsinin 51- ci ayəsi gözdəymə amanda qalmaq üçün çox təsiri vardır.
Bu ayədə Allah- Taala Peyğəmbərə (s) buyurur: Az qalır ki, kafirlər Quran ayələrini eşitdikdə, nəzərlə səni aradan aparsınlar və deyirlər: "o dəlidir!"[4]
Bu ayənin nazil olması barəsində gəlmişdir: Bəni Əsəd qəbiləsindən bir nəfər, bəzi vaxtlar üç günlərlə aclıq çəkirdi və ondan sonra hər bir şeylə qarşılaşırdısa deyirdi: onun kimisini bu günə kimi görməmişəm və bu zaman o əşyaya ziyan dəyirdi. Bəziləri istəyirdilər bu işi Peyğəmbərin (s) haqqında da həyata keçirsinlər. Amma Allah- Taala Peyğəmbəri ondan amanda saxladı.[5]
Əllamə Təbatəbai bu ayənin tozihində buyurur: "Gözdəymə ilə nəzər etmək"- dən məqsəd, bütün təfsir alimlərinin nəzərində göz dəymədir ki, özü nəfsin təsir qoyduğu əlamətdir və onu rədd etməyə ağıl dərk edən heç bir dəlilimiz yoxdur. Bəlkə bir çox hadisələr müşahidə olunmuşdur ki, gözdəymə və nəzər nəticəsində baş vermişdir. Beləliklə heç bir dəlil yoxdur ki, biz onu inkar edib deyək bu xurafat olan bir əqidədir.[6]
Zəməxşəri bu ayəni nəzərdən amanda qalmaq üçün (Əhli sünnətin böyüklərindən birindən) gətirmişdir.[7]
Mərhum Şeyx Abbas Qumi, Məfatih- ul- cinan kitabının müəllifi bu kitabda pənah aparmaq mövzusunda nəzərdən amanda qalmaq üçün deyir: nəzərdən amanda qalmaq üçün rəvayət olunmuşdur ki, «ان یکاد...» oxunsun.[8]
Əlbəttə o rəvayətlər ki, müxtəlif təfsirlərdə bu ayənin təfsirində gəlmişdir heç bir rəvayət qeyd olunmuş ayəni nəzərin qarşısını almaq üçün dəlalət etmir.[9]
Tanınmış hədis alimi Əllamə Məclisi gözdəyməni açıqldıqda, Durrul- mənsur kitabında olan rəvayətə işarə etdikdən sonra, başqa bir hədisi İmam Sadiq (ə)- dan rəvayət edir ki, o həzrət buyurur: Əgər bir şəxs qorxur ki, onun gözü başqasında və ya başqasının gözü onda təsir qoyar, üç dəfə desin:
«ماشاء الله لاقوة الا بالله العلی العظیم»
Maşallah la qüvvətə illa billah Əl- əliyyul- əzim. Və ya buyurur: Qul əuzu birəbbin- nas və Qul əuzu birəbbil- fələq surəsini oxusun; başqa rəvayətlərdə həmd və tövhid surələri də ona əlavə olunmuşdur.
Amma nəzərdən amanda qalmaq üçün qeyd olunmuş ayəyə heç bir işarə etmir.[10]
Bunun üçün də həqiqəti olan məsələ nəzərin zahirdə olması və onun uzaqlaşdırılması üçün bəzi iddialardır. əlavə məlumat əldə etmək üçün müraciət olunsun Nümunə təfsiri, cild 24, səh 426.
[1] - Durrul- mənsur, səh 651.
[2] - Əl- kafi, cild 2, səh 569, hədis 3.
«عَلِیُّ بْنُ إِبْرَاهِیمَ عَنْ أَبِیهِ عَنْ بَعْضِ أَصْحَابِهِ عَنِ الْقَدَّاحِ عَنْ أَبِی عَبْدِ اللَّهِ ع قَالَ قَالَ أَمِیرُ الْمُؤْمِنِینَ ع رَقَى النَّبِیُّ ص حَسَناً وَ حُسَیْناً فَقَالَ أُعِیذُکُمَا بِکَلِمَاتِ اللَّهِ التَّامَّاتِ وَ أَسْمَائِهِ الْحُسْنَى کُلِّهَا عَامَّةً مِنْ شَرِّ السَّامَّةِ وَ الْهَامَّةِ وَ مِنْ شَرِّ کُلِّ عَیْنٍ لَامَّةٍ وَ مِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ ثُمَّ الْتَفَتَ النَّبِیُّ ص إِلَیْنَا فَقَالَ هَکَذَا کَانَ یُعَوِّذُ إِبْرَاهِیمُ إِسْمَاعِیلَ وَ إِسْحَاقَ»
[3] - Nəhcül- bəlağə, səh 547.
«العین حق والرقی حق»
[4] - Qələm surəsi, ayə 51.
«وَ إِن یَکاَدُ الَّذِینَ کَفَرُواْ لَیزُْلِقُونَکَ بِأَبْصَارِهِمْ لَمَّا سمَِعُواْ الذِّکْرَ وَ یَقُولُونَ إِنَّهُ لمََجْنُونٌ»
Əl- mizan təfsiri, Əllamə təbatəbayi, cild 19, səh 636.
[5] - Əl- Kəşşaf, Zəməxşəri, cild 3- 4, səh 1278. çap darul- hədis.
[6] - Əl- mizan, cild 19, səh 648.
[7] - Əl- kəşşaf, Zəməxşəri, cild 3- 4, səh 1279.
[8] - Məfatihul- əl- cinan, Şeyx Abbas Qumi, səh 319. Baxmayaraq ki, mərhum Qumi qeyd olunmuş ayəni nəzər üçün olduğunu Səfinərul- bihar kitabında gətirməmişdir.
[9] - Əl- mizan təfsiri, cild 19, səh 651; Nəsimi rəhnət təfsiri, səh 72; Nurus- səqəleyn təfsiri, cild 5, səh 400; Nümunə təfsiri, cild 24, səh 426.
[10] - Hilyətul- muttəqin, Əllamə Məclisi, səh 319. hicrət çapı.
islamquest.net
Allah sizə yar olsun.