Sual (301) : Salamun əleykum.Rövzəxanların oxuduğu mərsələr hansı kitablara əsaslanır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Cavabın daha da aydınlaşması üçün aşağıdakı qeydlərə diqqət yetirmək lazımdır.
1). Aşura qiyamının və inqilabının iki əsas cəhəti vardır: İlkin cəhət nuranilikdən, iftixardan, həqiqətin təcəllasından və insaniyyətdən ibarətdir. İkinci cəhət isə qaranlıqdan, cinayətdən və vəhşilikdən ibarətdir. Bu səbəbdən ilkin baxışda Kərbəla səhnəsinə cinayət, insanlıqdan kənar hadisə və müsibət kimi baxmaq lazım gəlir. Çünki, tarixin bu səhifələrində cavaları, uşaqları və qadınları öldürməkdən və ya uşaqları və qız gəlinləri əsir aparmaqdan söhbət gedir. Yəni zərrə qədər vicdanı olan insan bu hadisəni olduğu kimi dəyərləndirməlidir. Bu səbəbdən Kərbəla hadisəsindən daim danışıb insanları maarifləndirmək lazımdır.
2). Mərsiyə deyənlərin və rövzəxanların dedikləri şerlərə və oxuduqları mərsiyələrə də iki cəhətdən yanaşmaq lazımdır.
1). Əgər mərsiyəxan əsil hadisənin məzmununu qorumaq şərti ilə təmsillərdən və məcazi sözlərdən istifadə edirsə bunun heç bir iradı yoxdur. Çünki onlar oxuduqları və dedikləri şerdə tarixin əsas sənədini qoruyub saxlayırlar. Yəni istinad edəcəkləri etibarlı mənbələr vardır.
2). Amma ikinci sırada özünə yer tutan mərsiyəxanlar isə heç bir tarixi sənədə istinad etmirlər və öz fikirlərindən keçmələri aşuranın mahiyyəti kimi ihsanlara çatdırırlar. Bu kimi insanların qarşısının alınması olduqca zəruri bir işdir. Həmçinin belə artırmalarında şəri iradı vardır.
3). Bəzilərinin belə səhvlərə yol verməkdə fikirləri nədir?
Yuxarıda qeyd etdiyimiz yalançı mərsiyəxanların bu barədə fikirləri müxtəlifdir. Məsələn: Bəziləri: ürəyiyananlıq və xeyirxahlıq səbəbi ilə deyirlər: "Hədislərə əsasən İmam Hüseyn (ə) üçün ağlamaq və ağlatmaq çox savab bir işdir. Əgər bir damcı yaş gözündən bu səbəblə düşərsə min ehsanata yazılar (yəni savabı çoxdur). Əgər belədirsə ağlayın İmama və başqalarını da ağladın! Həmçinin bu işdə heç bir tarixə istinad etmək lazım deyildir!.
Belə səhv düşüncələr səbəb olmuşdur ki, bəzi tanınmış müəlliflər Kərbəla hadisəsini yazarkən tarixi sənədlərə diqqət yetirməmişdirlər. Hətta bəziləri bunun ziyanına varmadan bu kimi işlərin yayılmasına Allaha xatir kömək də edirlər.
Bəziləri isə özlərində nağılbazlıq, əfsanə uydurmaq istedadı hiss edir.
Bu minvalla ələ qələm alaraq Kərbəla hadisəsini özü görmək istədiyi və ya dərk etdiyi kimi qələmə alır. Daha düşünmür ki, onun yazdığı və təbliğ etdiyi bu cəfəngiyat aşura qiyamının və İmamın hədəfinin solmasına gətirib çıxarır.
Bundan əlavə şiə məzhəbi belə səhv addımlar nəticəsində töhmətlərə və ya cavabı olmayan bəzi suallara məruz qalır. Biz gərək tarix boyu aşura məktəbinə qarşı olanların hiyləsindən və onların hədəflərindən xəbərsiz olmayaq. Başa düşək ki, bizim bu işimiz düşmənə nə qədər cürət verir
4). Bizim bunların müqabilində vəzifəmiz nədir?
Dinə bidətlərin artırılmasının qarşısını almaq və ya onun stünlarını silkələyəcək təhriflərə yol verən insanlarla mübarizə etmək hər bir müsəlmanın şəri və ümdə vəzifəsidir. Xüsusən oxumuş alim və tədqiqatçı şəxslərə bunun qarşısını almaq vacibdir. Peyğəmbərimiz bu barədə buyurmuşdur: "Həqiqəti gizlədən və onu kökündən qoparan alimlər Allahın nifrin və lənətinə düçar olmuşdur".
Amma bu o demək deyil ki, ümumi insanların da bunun müqabilində vəzifələri yoxdur. Çünki bəzi məsələlərin qarşısını almaq üçün elmi dərəcəyə yüksəlmək lazım deyildir. Hər bir insan öz elm və zəkasına istinad edərək ağı- qaradan, haqqı- batildən seçməyə qadirdir. Bəzi vaxtlar elə dastanlar söylənilir ki, dastan bitməmiş onun həqiqətdən kənar olduğunu hamı dərk edir. Əgər kimsə bizim bu dediklərimizə belə cavab versə ki, "hədəf müqəddəs olsa eybi yoxdur" (yəni günah sayılmaz, Allah keçər) bilsin ki, bu cavab yalnız avam insanları ovundura bilər. belə cavabların elmdən danışan İslam dinində yeri yoxdur.
Necə qəbul etmək olar ki, bir nəfər gün kimi hamıya aydın olan hadisəni, tarixdə öz alovu ilə qəlblərdə şölələnən hadisəni yalanla insanlara çatdırsın? ,Bu minvalla insanların dindən, namazdan və bir çox vacibatlardan yayındırsın və biz də tamaşa edək?
Ya elə məclislər qurulsun ki, İslam dininin əxlaq qanunlarına zidd olsun. Əsla belə xoşagəlməz hadisələri qəbul etməməliyik.

Allah sizə yar olsun.
Sual (302) : Salamun əleykum.1. Baş yarmağın mənası nədir? Baş yarmaq həcamət etmək sayılırmı? 2. Əzadarlıq mərasimlərində bədənə xəsarət vurmaq, o cümlədən, baş yarmaq, başı sındırmaq, üzü yaralamaq və s. böyük alimlər (hətta qədim alimlər, o cümlədən Ayətullah Hairi, Əraki, Əbul-Həsən İsfahani, Şeyx Ənsari) tərəfindən qəbul olunurmu? Bu hadisələr əvvəlki zamanların tələbinə aid deyildimi? Lütfən, bütün alimlərin bu barədəki nəzərini bəyan edin. 3. Hazırkı dövrdə düşmənlər bu mövzudan sui-istifadə edərək zəhərli təbliğatlar aparırlarmı və İslama zərbə vururmu? 4. Ayətullah Seyid Əbul-Həsən İsfahani (r) müəyyən bir dövrdə hamının baş yarmasını vacib etmişdimi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İmam Hüseyn (əleyhis-salam)-a əzadarlıq məsum imamlar (əleyhimus-salam) və din rəhbərləri tərəfindən həmişə təkid edilmiş, bu mərasim tarix boyu davam etmişdir. Bəzi şəhərlərdə, məntəqələrdə və ölkələrdə İmam Hüseyn (əleyhis-salam)-a və onun vəfalı səhabələrinə əzadarlıq üslublarından biri də baş yarmaqdan ibarətdir. Bu üslubu o dövrün mərcəyi-təqdildəri bədənə zərər vurmamaq şərti ilə caiz bilirdilər. Lakin xüsusi üslub olan baş yarmaq barəsində heç bir rəvayət gəlməmişdir ki, onu müstəhəb əməl olmasına dair hökm olunsun.
Amma hal-hazırda bu mərasim İslam düşmənləri tərəfindən sui-istifadələrə məruz qalır. Belə ki, onlar bu mərasimi hay-küylə təbliğ etməklə İslam və şiəlik məzhəbi əleyhinə zəhərli təbliğatlar aparılar. Hətta bu mərasim məzhəbin süstləşməsinə səbəb olur. Buna görə də hazırkı dövrdə vəliyyi-fəqih və əksər mərcəyi-təqlidlər bu mərasimin caiz olmamasına dair hökm vermişlər.

Allah sizə yar olsun.
Sual (303) : Salamun əleykum.İmam Hüseynə (ə) əzadarlıq nə qədər təkidlidir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İmam Hüseyn (əleyhis-salam)-a əzadarlıq tarix boyu məsumların (əleyhimus-salam) və din rəhbərlərinin təkid etdiyi məsələlərdəndir. O həzrət məzlumcasına şəhadətə çatdığından sonra bu mərasim tarix boyu daim cərəyan etmiş, Aşura mədəniyyətinin həmişə canlı qalmasına, camaatın İslam və Quranla yaxından tanış olmasına səbəb olmuşdur. İmam Xomeyni (r) buyurur: “Hal-hazırda 1400 ildir ki, (Aşura mədəniyyəti) bu minbərlərlə, bu rövzəxanlarla, bu müsibətlərlə və sinə vurmaqla bizi (dinimizi) hifz etmiºdir.”
Din rəhbərlərinin ciddi təkidləri və tövsiyələri bu mərasimin əslinin – əzadarlıq məclislərinin bərqərar edilməsidir. Hətta imamların özü də İmam Hüseyn (əleyhis-salam)-a əzadarlıq bərqərar olunması yolunda ciddi cəhdlə çalışırdılar. Amma onun necə təşkil olunması ilə əlaqədar rəvayətlərdə xüsusi şəkildə tövsiyə olunmamışdır. Əksinə, bütün üslublar İslamın müqəddəs şəriətinin nurani göstərişləri ilə müxalif olmayıncaya, əzadarlara bərpaolunmaz zərər və ziyan vurulmayıncaya, eləcə də İslamın və şiə məzhəbinin süstləşməsinə səbəb olmayıncaya qədər İslam və məsum imamların tərəfindən dəstəklənir. İmam Sadiq (əleyhis-salam) Əbu Harundan istəmişdi ki, o həzrət üçün imam Hüseyn (əleyhis-salam)-ın əzadarlığında mərsiyə oxusun. Həzrət buyurdu: “İmam Hüseyn (əleyhis-salam)-ın qəbrinin yanında özünüz necə mərsiyə oxuyursunuzsa, burada da həmin cür əzadarlıq et və mərsiyə oxu!” Sonrakı dövrlərdə də əzadarlıq dəstələri təşkil edilərək matəm və əzadarlıq mərasimləri müəyyən qədər dəyişikliyə məruz qaldı.
Müxtəlif müsəlman ölkələrinin millət və xalqlarının adət-ənənələrinə və müxtəlif zamanların tələbinə uyğun olaraq İmam Hüseyn (əleyhis-salam)-a əzadarlıq üslubları fərqlənir. Bu işin şəri nəzərdən ayə və rəvayətlərə istinadı yoxdur, əksinə camaat arasında bir üslub olmuşdur və sırf şəkildə şiələrin Seyyiduş-şuhəda imam Hüseyn (əleyhis-salam)-a eşq və məhəbbətlərindən qaynaqlanır və hər bir millətin ürfümə uyğun olaraq keçirilir.
İraq, Pakistan, Hindistan və s. ölkələrdə əzadarların tərəfindən əncam verilən bu üslublardan biri də baş yarmaqdır. (Deyilmişdir ki, bu növ əzadarlığın mahiyyət və məfhumu İmam Hüseyn (əleyhis-salam) və din yolunda canından keçməyə hazırlıq izhar etməkdən ibarətdir).
Baş yarmağın caiz olub-olmaması məsələsi qədim dövrlərdən mərcəyi-təqlidlərin və alimlərin arasında ixtilaflı olmuşdur. Fəqihlərdən bir qismi onun caiz olmasına, bir qismi isə caiz olmamasına dair fətva verirdilər. Bu məsələnin hökmünü ilk dəfə mərhum Ayətullah əl-uzma Nainidən soruşdular. Onun fətvası onunla müasir olan və sonrakı mərcəyi-təqlidlərin fətvasında əsas mehvər sayıldı.
O cənab baş yarmaq barəsində heç bir ayə və rəvayət olmadığına işarə etdikdən sonra buyurmuşdu: “Əgər zərərdən qorxu törənməzsə, caizdir.” Ondan sonra onlarla mərcəyi-təqlid yeni bir fətva vermədən onun fətvasını qəbul etmişdilər. Bu qrupun müqabilində (baş yarmaq, bədəndən qan çıxarmaq qeyri-müsəlmanlara xoşagəlməz təsir qoyduğuna, şiəlik əleyhinə zəhərli təbliğatlar aparıb bədbinik yaratdıqlarına görə) alimlərdən bəziləri, o cümlədən Ayətullah Seyid Əbul-Həsən İsfahani onun haramlığına dair fətva vermişdir.
Əlbəttə, keçmişdə bu işin caiz olmasını deyən fəqihlər də bədənə ciddi zərər vurduğu surətdə onu caiz hesab etmirdilər. Amma hal-hazırda bu növ əzadarlıq üslubunun İslam şüarları olmasına dair aşkar dəlil olmadığından, hətta onun müstəhəb olduğuna dair belə fətva vermək mümkün olmadığından, İslam düşmənlərinin zəhərli təbliğatlarına səbəb olmuşdur. Belə ki, onlar bu mərasimi kütləvi informasiya vasitələrində efirə buraxaraq çox acınacaqlı nəticələr alırlar. Bu da dinləyicilərin və tamaşaçıların nəzərində İslamın və şiə məzhəbinin süstləşməsinə səbəb olur. Buna görə də imam Xomeyni (r) bu barədə verilən suala belə cavab vermişdir: “Hazırkı dövrdə baş yarmayın.”
Həmçinin, qərb dövlətlərinin bu mərasim barəsindəki azdırıcı və zəhərli təbliğatlarına diqqət yetirməklə mərcəyi-təqlidlərdən Ayətullah Xamenei, Fazil Lənkəranı, Məkarim Şirazi, Nuri Həmədani (həfəzəhumuhullah) və Təbrizi (rəhmətullah) hazırkı zamanda bu mərasimi caiz hesab etməmişlər.
Əlbəttə, hazırkı mərcəyi-təqlidlərdən bəziləri də onun caiz olmasına dair fətva vermişdir. Çünki onlar belə əməlləri və üslubları məzhəbin süstləşməsinə və bədnam olmasına bir səbəb bilmirlər.
Axırda bunu qeyd edirik ki, həcamət şərən müstəhəb bir əməldir, onun xüsusi qayda-qanunları vardır. Əgər doğrudan da tibbi baxımından baş yarmaqda həcamətin xüsusiyyəti olması sübuta yetərsə, yenə də baş yarmağın caiz olmasına dair fətva vermək olmaz. Çünki düşmənlərin sui-istifadələri və məzhəbi süstləşdirmələri bu kimi izahlarla aradan getmir.

Allah sizə yar olsun.
Sual (304) : Salamun əleykum.İmam Hüseyn (ə) əzadarlığının hikməti nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu məclislər kamil insan tərbiyəsində, ictimai quruculuqda, şiə mədəniyyətinin təbliğində mühüm rol oynayır. Aşura bəyanatlarını, söhbətlərini və şüarlarını nəzərdən keçirməklə əzadarlıq mərasimlərinin əhəmiyyətini anlamaq olar. Kərbəla ibadət, fədakarlıq, şücaət, təvəkkül, səbr, əmr be məruf və nəhy əz münkər məktəbidir. Xalqlar öz dinlərinin, namuslarının, torpaqlarının müdafiəsi yolunda candan keçməyi bu məktəbdə öyrənirlər.
İmam Hüseyn (ə) əzadarlığının ümumiləşdirilmiş şəkildə üç faydası vardır:
1. Dövrün zalımlarına etiraz və dünya məzlumlarının himayəsi;
2. Ədalət hissinin oyanışı və zalımlardan intiqam almaq arzusunun güclənməsi;
3. Haqqa çatmaqda və onun müdafiəsində şiələrin ictimai birliyinin təlimi.
Allah sizə yar olsun.
Sual (305) : Salamun əleykum.İlkin müsəlmanların tale barədə nə bilirdilər?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

İslamın başlanğıc dövründəki müsəlmanlar vəhy mənbəyinin təsir sayəsində qəza-qədər məsələsini düzgün anlamışdılar və onu insanın istək və iradəsinə zidd bilmirdilər. Qeyd olunur ki, fəthlər dövründə ikinci xəlifə Şam sərhəddinə çatdığı vaxt məlum olur ki, Şamda vəba xəstəliyi yayılmışdır. Xəlifənin yaxın adamları ona məsləhət görürlər ki, gəldiyimiz yolla da qayıdaq. Xəlifə də belə düşünürdü. Oradakılardan biri etiraz edərək deyir ki, Allahın təqdirindən qaçırsınızmı?! Xəlifə bu etiraza belə cavab verir: “Mən Allahın hökmü ilə bir taledən o biri taleyə qaçıram.” İştirakçılardan biri xəlifənin dediklərini təsdiqləyərək bildirir: “Peyğəmbər (s) buyurdu: Əgər bir yerdə taun görünsə və siz kənarda olsanız, həmin yerə getməyin; əgər bu xəstəlik sizin olduğunuz yerdə görünsə, həmin yeri tərk etməyin.” (Yəni xəstəlik ərazisini tərk edən şəxs başqalarını da bu xəstəliyə yoluxdura bilər.)

Deyilənlərdən aydın olur ki, qəza-qədərə inanmaq iradə azadığını inkar etmək deyil. Qəza-qədər məsələsi ilə cəbr məsələsi arasında yerlə göy arası fərq var. Əgər bir qrup şərqşünas qəza-qədər etiqadını cəbriliklə (insanın bütün işlərə məcbur olmasını iddia edən məzhəb) eyni tutmuşlarsa, bunun səbəbi onların dərin İslam maarifindən xəbərsizliyidir. İslami inanclar haqqında mühakimə səlahiyyəti yetərli dini biliyə malik olanlara məxsusdur. Alber Male deyir: “İslam ilkin günlərdə yalnız Allahın birliyinə və Məhəmmədin (s) risalətinə inanmaqdan ibarət idi. Sonra İslam filosofları bildirdilər ki, Allah hər kəsin taleyini müəyyənləşdirmişdir və Onun təqdiri dəyişməzdir. Belə bir yol cəbr adlanır.

Qustav Lebon İslamda qəza-qədər və onun cəbr əqidəsi ilə nəticələnməsi haqqında müəyyən söhbətlərdən sonra deyir: “Quranda qəza-qədər haqqında nazil olmuş ayələr bizim müqəddəs kitabda həmin mövzuda dərc olunmuş ayələrdən çox deyil.”

Belə yanlış nəticələrin avropalılar arasında yayılması mərhum Seyyid Cəmaləddin Əsədabadini Parisdə olduğu vaxt xüsusi bir risalə yazmağa vadar etmişdi. Böyük filosof bu risalədə qəza-qədər məsələsinin həqiqi mahiyyətini açıqlamış və onu “Əl-ürvətul-vüsqa” həftəliyində çap etdirmişdir. O bu risalədə yazır: “Bir qrup avropalı elə güman edir ki, qəza-qədərlə cəbrilik etiqadı arasında heç bir fərq yoxdur və insan təqdirə inamı sayəsində havadan asılmış bir lələk kimidir. Bu lələk küləyin əsməsi ilə o yan-bu yana yellənir. Taleyə inam səbəb olur ki, insan öz əməl və rəftarında sükut və danışığında özünü ixtiyar sahibi bilmir. O öz taleyinin sükanını qəzəbli bir qüvvənin əlində bilir. Belə bir etiqada malik olan millət öz təbii qüvvələrindən faydalanmır və öz təlaş mühərrikini düşüncəsindən kənarda görür. Elə bu vəziyyətdə də varlıq aləmindən yoxluğa qədəm qoyur...”
Allah sizə yar olsun.
Sual (306) : Salamun əleykum.Dünyadakı hansı müsibət və çətinlikləri ilahi imtahan hesab edək, hansını özümüzün yaramaz, çirkin işlərimizin nəticəsi? Bunları bir-birindən necə seçib ayırd etmək olar?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

İşlərin bəziləri, şübhəsiz, ilahi imtahanların ayrılmaz hissəsidir və məqsəd budur ki, insanın onların müqabilində seçdiyi mövqeyi aydınlaşsın. Bu kimi mövqe seçmələr və insanın bu hadisələrlə qarşılaşmağı nəticəsində onun batini və həqiqi şəxsiyyəti formalaşır. Həmçinin hadisələr qarşısında onun öz daxili səciyyə və niyyətlərinin büruz etməsi ardınca mömin, kafir və münafiq bir-birindən seçilib ayrılır. Bu işlərin bəziləri aşağıdakılardır: bir tərəfdən ölüm və həyat, yoxsulluq və varlılıq, əql və şəhvət, peyğəmbərlər və vəsilər, digər tərəfdən isə şeytanlar və şeytansifət insanlar, dünyanın nağd, axirətin isə nisyə olması, insanların irq, istedad, bədən quruluşu və s. ilə əlaqədar mövcud...; və insana əziyyət verən şər, zərərli varlıqların olması və s.

İnsan özünün heç bir ixtiyarı olmadan: istər səlahiyyətli və əməli saleh, istərsə də yaramaz işlər görən olsun, bu imtahanlardan keçməlidir. Lakin günahların ardınca və “cəza” ünvanı ilə gələn bəlalar insanın qəflət yuxusundan ayılmasına, günah əməlləri tərk edib Allahdan bağışlanmaq diləməsinə, onların qarşısında səbirli və dözümlü olmasına, günahların bağışlamasına səbəb olur. Çünki, insan öz nəfsinə hamıdan artıq agahdır və öz xətalarını ayırd edə bilər; bu günahların ardınca baş verən problem və çətinliklər onu sair imtahanlardan seçməyə dair bir əlamət ola bilər.
Allah sizə yar olsun.
Sual (307) : Salamun əleykum. İslam baxımından söz azadlığının meyar və həddi nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Söz azadlığı islam cəmiyyətində strateji və çox mühüm bir əhəmiyyətə malikdir. Çünki, hər bir cəmiyyətin vəziyyəti gözlənilməz halda dəyişilə bilər. Cəmiyyətin təbiəti bunu tələb edir ki, ondan ötrü həmişə sabit bir qanun qərar vermək olmaz. İslam hökuməti də gərək bu vəziyyət və sifətləri nəzərə alaraq o hüdudda cəryan etsin. Çox vaxt ola bilər ki, adi halda ölkənin daxili və xarici siyasətində söz azadlığı qeyri-sabit və fövqəladə vəziyyətlərdə, daxili çaxnaşma və müharibə şəraitindəkindən daha çox olsun. Buna görə demək olar ki, söz azadlığının meyarları qeyri-sabit və dəyişkəndir.
Söz azadlığının dəyişkən olmasına baxmayaraq, məhdud qaydasını belə təfsir etmək olar: Söz azadlığı İslam aləmində müstəqillik, ədalət, əmniyyət, iffət və sair kimi müsbət dəyərli əməllərdən biridir. Bütün bu dəyərlərin bir nizamda olmasına görə söz azadlığının həddini də digər dəyərlər çərçivəsində tərifləndirmək olar. Yəni, söz azadlığı o yerdə şəri və dəyərlidir ki, islamın digər dəyərləri ilə təzadda olmasın. Bununla bərabər digər sabit meyarlar da var ki, islam hökumətində söz azadlığının meyarlarını və hüdudlarını müəyyən edir. Onlardan:
1. Yalan, töhmət, qeybət, xəbərçilik, sirr açmaq, şayə yaymaq, ... harama aparan sözlərin hamısı söz azadlığı dairəsindən kənardadır;
2. İnsanları zəlalətə çəkən kitablar, yazılı və yazısız şəkildə haqqı zəiflədən və batil əqidələrin cəmiyyətdə yayılmasına səbəb olan bütün sözlər söz azadlığı çərçivəsindən kənardadır. Belə sözlərin yayılmasına icazə verməməkdən əlavə, islam cəmiyyətində hər bir müsəlmana belə şeylərin qarşısını almaq vacibdir. Yalnız, mütəxəssis şəxslər belə kitablara cavab verməkdən ötrü onlara müraciət edə bilərlər.
3. Dərk qabiliyyəti olmayan fərdlərə haqqın bəyan olunması belə ki, bu yolla belə şəxslər dindən qaçıb zəlalətə düşərlərsə, bu növ sözlər də söz azadlığından kənardadır.

Allah sizə yar olsun.
Sual (308) : Salamun əleykum. İslam nəzərində din siyasətdən ayrılır, ya yox?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Burada din ilə siyasətin bir olmağının sübutlarını və ikisinin bir yerdə olmaq şərti ilə Peyğəmbərin (s.ə.v.v) dövlət qurmasını açıqlayırıq. Peyğəmbərin (s.ə.v.v) bu barədəki tutduğu yol buna canlı şahiddir. O həzrətin davranışına, əməllərinə baxdıqda aydın olur ki, o Həzrət öz dəvətinin ilk günlərindən qüvvətli bir İslam dövləti qurmaq üçün ilahi hökumət proqramlarını insanlara çatdırmışdır. Yaxşı olardı ki, bu mühüm məsələni daha da açıqlamaq üçün bir sıra tarixi dəlil və şahidlərlə işarə edək. Peyğəmbər (s.ə.v.v) öz dəvətini açıq-aşkar şəkildə elan etdiyi zaman müxtəlif yollarla küfr ilə mübarizə edərək İslamı gücləndirməyə başladı. O, uzaqdan-yaxından Allah evinin ziyarətinə gələnlərlə görüşür və onları İslam dininə dəvət edirdi. Elə bu zamanlarda Mədinə əhalisindən iki dəstə Peyğəmbərlə görüşüb əhd-peyman bağladılar və o həzrəti öz şəhərlərinə dəvət etdilər. Beləliklə o Həzrət İslami bir dövlət qurmaq üçün ilk siyasi addımlar atdı.
Peyğəmbər (s.ə.v.v) Mədinə şəhərinə hicrət etdikdən sonra gördüyü ilk tədbir və təşəbbüs güclü bir qoşun yaratmaq oldu. Mədinədə İslam dövləti qurandan sonra məktub və səfirlər vasitəsilə müxtəlif ölkələrlə siyasi əlaqə yaratdı, onların başçıları ilə çoxlu iqtisadi, siyasi və hərbi müqavilələr imzaladı.
Ölkələrlə müqavilələr bağlamaq, güclü qoşun hazırlamaq, dövlətlərə səfir göndərmək və bu kimi başqa işləri siyasətdən başqa bir şey adlandırmaq olarmı?

Allah sizə yar olsun.
Sual (309) : Salamun əleykum. Aya getmək barədə nəzəriniz nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
İslamın aya və qeyrisinə səfər etmək barəsində nəzəri yoxdur. Qurani-kərim göy cismlərinin yalnız Allahın qüdrət nişanələri olmasından, öz heyrətləndirici nəzmi ilə tovhidə sübut olmasından və onların insana xidmətçi olaraq yaradılmasından söz açır.
Allah sizə yar olsun.
Sual (310) : Salamun əleykum. Nə üçün ay İslamın nişanəsi sayılır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
İslamın ay adlı nişanəsi yoxdur.
Allah sizə yar olsun.
Go to TOP