Sual (11) : mescidlerde tikilen minareler niye nazik uzun shekilde tikilir?

Bismillahir-rəhmanir-rəhim.

Minarə azan vermək üçün məscidlərin yanında və ya üstündə ucalan qüllədir. Peyğəmbərin (s) zamanında məscidlərin minarəsi olmayıb. Bir gün Həzrət Əli (ə) bir məscidin yanından keçəndə məscidin üca minarəsinə gözü düşdü əmr etdiki minarəni söksünlər sonra isə buyurdu: Minarəni məscidin divarından hündür tikməyin.

Allah sizə yar olsun.

Sual (12) : Salam eleykum.Hedislerde gelen Neysan ayi miladi teqvimle deqiq ne vaxta duşur.Ve birde bu ayda yiqilan yaqiş suyunun istifade gosterişlerini qeyd ederdiz.Allah razi olsun
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Neysan ayı Rum təqvimi ilə Novruz bayramından iyirmi üç gün sonra başlayır və otuz gün davam edir.
Ravi deyir: Biz oturmuşduq. Allahın Rəsulu (s) bizim yanimıza gəlib salam verdi, biz də onun salamına cavab verdik. O buyurdu: "Cəbrail mənə öyrətdiyi duanı sizədə öyrədim ki, daha həkimə ehtiyacınız olmasın". Həzrət Əli (ə) və Salman (r) soruşdular: "Bu dua nədir?" Peyğəmbəri Əkrəm (s) buyurdu: "Neysan ayında yağışın suyundan götürüb ona yetmiş dəfə "Həmd" surəsi, yetmiş dəfə "Ayətul-kürsü", yetmiş dəfə "Tovhid" surəsi, yetmiş dəfə "Fələq" surəsi, yetmiş dəfə "Nas" surəsi və yetmiş dəfə "Kafirun" surəsini oxuyun. Sonra isə bu sudan yeddi gün ardıcıl için". Həzrət Peyğəmbər (s) yenə buyurdu: Məni Peyğəmbərliyə seçən Allah-təalaya and olsun ki, Cəbrail belə dedi: "Hər şəxs bu sudan içsə, Allah-təala onun bədənində olan bütün xəstəlikləri uzaqlaşdırar və ona şəfa verər"
Həmçinin bu zikrlərin hər birini yığılmış suya 70 dəfə oxumaq lazımdır:
1- La ilhə illəllah.
2- Allahu əkbər.
3- Allahummə səlli əla Muhəmmədin və ali-Muhəmməd.
4- "Subhanəllahi vəlhəmdulilləhi və lə iləhə illəllahu vallahu əkbər"
Əlbəttə, bəzi hədislərdə təkcə Həmd surəsini 70 dəfə oxumaq sifariş olunub. Yəni hamısını oxuya bilməsəz Həmd surəsini 70 dəfə oxuyun.
Allah sizə yar olsun.
Sual (13) : Salam| momin olmayan adamin bawina ne musibet gelirse oz gunahindandir? mes,birine zulm olunur,demek oz gunahidir,ele deyilmi? sag olun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şura surəsinin 30-cu ayəsində oxuyuruq:. Sizə yetişən müsibətlər özünüzün qazandığınız günahlara görədir və O, (hələ) onların çoxundan keçir.
Bəlalar və müsibətlərin müxtəlif səbəbləri vardır. Bəzən bəlalar insanın günahlarının nəticəsidir. Bu baxımdan mömin və qeyri-mömin fərqlənmir. Bu qisim bəlalar möminin günahlarının kəffarəsi hesab olunur. Bəzi müsibətlər isə imtahan xarakteri daşıyır və beləliklə mömin münafiqdən seçilir (Ali-İmran 179). Müsibət və bəlaların digər səbəbi isə məqam və dərəcənin ücalması üçündür ki, ilahi övliyalara məxsusdur. Həzrət Əli (ə) buyurur: Bəla zalım üçün ədəb, mömin üçün imtahan və peyğəmbərlər üçün dərəcədir.
Əlbəttə diqqət etmək lazımdır ki, bir sıra çətinliklər və bəlalar insanın tənbəlliyi, səriştəsizliyi, həyatında proqramsız rəftarı və mənəviyyatın boşluğundan yaranır. Bəzi vaxtlar isə başqa insanların əli ilə törədilən zülümlərdir ki, bunu Allahın və ya insanın öz ayağına yazmaq olmaz. Yəzid İmam Səccada (ə) üzünü tutub yuxarıda qeyd edilən ayəni (Şura 30) oxudu. İmam cavabında buyurdu: Bu ayə bizim barəmizdə deyil, bizim başımıza gələn müsibətlər Hədid surəsinin 22-ci ayəsinin nümunəsidir (Həm yer (üzün)də (zəlzələ, qıtlıq və hərc-mərclik kimi), həm də sizin özünüzdə (yaralanmaq, xəstəlik və ölüm kimi) nə müsibət üz verirsə, Biz onu (yeri və ya sizi və yaxud həmin müsibəti) yaratmamışdan qabaq kitabda (Lövhi-Məhfuzda) qeyd edilmişdir. Həqiqətən bu (iş), Allah üçün asandır.)
Bəs, müsibətlərin mənşəyi hər kəsin yaşadığı ictimai, ruhi və şəxsi vəziyyətinə uyğun fərqli ola bilər. Əlbəttə insan bu bəla və müsibətlərə təkcə maddi gözlə baxsa, hər birinə maddi səbəb tapa bilər. Misal üçün quraqlığın səbəbi yağışın yağmamağı, xəstəliyin səbəbi sağlamlıq və gigiyena məsələlərinə diqqətsizlik və s...
Amma din məntiqinə əsasən müxtəlif amillər bəla və hadisələrdə təsirlidir ki, maddi səbəblər yalnız bir hissəsi hesab olunur.

Allah sizə yar olsun.

Sual (14) : Salam. Bizə belə bir şübhə ilə irad tutlur: Nə üçün İran İslam Respublikasından televiziya və ya radio vasitəsilə bəzi haram musiqilər yayımlanır. Məgər Rəhbər radio və televiziyanın müdirini təyin etmirmi? Rəhbərin ədaləti sual altına getmirmi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Birincisi, bütün musiqilər haram deyil və Rəhbərin nəzərinə əsasən bir musiqinin haram olmağında şəkk olunsa ona qulaq asmaq haram deyil. Başqa bir tərəfdən ola bilər ki, bir musiqi ona qulaq asan bəzilərinə haram olsun bəzilərinə isə belə olmasın.

İkincisi, Rəhbər və ya televiziyanın müdiri radio və televiziyada verilən musiqilərə tək-tək qulaq asmırlar. Bu işə telestudiyada xüsusi heyət nəzarət edir. Mümkündür onlar halal musiqini haramdan seçməkdə səhvə yol versinlər, çünki musiqinin haramlığı ürfə bağlı olduğu üçün müəyyən etmək çətindir və başqa bir tərəfdən fikirlər müxtəlif ola bilər.

İndi isə Rəhbərin dəftərxanasından bu barədə olan sual və cavabı qeyd edirik:
Sual 52: İslam rеspublikasının radio və tеlеviziyasından еfirə buraxılan musiqinin hökmü nədir? Bə’zilərinin “Mərhum imam Xomеyni musiqini mütləq şəkildə (bütün hallarda) halal еdib” - sözü düzdürmü?
Cavab: Musiqini mütləq şəkildə halal еtməyi mərhum imam Xomеyniyə nisbət vеrmək yalan və iftiradır. Çünki mərhum İmam da günah və ləhv məclislərinə uyğun olan mütrib, ləhv musiqini haram bilirdi, bizim nəzərimiz də еlədir. Lakin nəzərlərdəki müxtəliflik mövzunun ayırd еdilməsindən irəli gəlir, çünki mövzunun ayırd еdilməsi mükəlləfin öz nəzərinə həvalə еdilir. Bə’zi vaxtlar musiqini çalanın nəzəri ilə qulaq asanın nəzəri fərqli olur. Bu halda mükəlləfin ayırd еtməsinə görə musiqi günah və ləhv məclislərinə uyğun olan ləhv musiqi növündən olsa, ona qulaq asmaq mükəlləf üçün haram olacaqdır. Amma şəkk olunan (haram musiqi növündənmi, yoxsa halal növdən olması dəqiq şəkildə məlum olmayan-rеd.) səslərə gəldikdə isə onların halal olmasına hökm olunur. Musiqinin radio və tеlеviziyidan еfirə vеrilməsi təklikdə onun halal olmasına şəri dəlil ola bilməz.
Sual 53: Bəzi vaxtlar radio və tеlеviziyadan, mənim nəzərimcə günah və ləhv məclislərinə uyğun olan bə’zi musiqilər vеrilir. Onlara qulaq asmaqdan çəkinmək və başqalarını da ondan çəkindirmək mənə vacibdirmi?
Cavab: Əgər onları ləhv məclislərinə uyğun olan mütrib və ləhv musiqi növündən hеsab еdirsinizsə, ona qulaq asmağınız caiz dеyil. Lakin nəhy əz münkər cəhətindən başqalarını da ondan çəkindirməyiniz bununla şərtlənir ki, onların da səninlə еyni nəzərdə oldğunu, yə’ni, bu musiqinin onların da nəzərində haram musiqi olmasını dəqiq biləsiniz.

Allah sizə yar olsun.

Sual (15) : Salam heva ademin haraslndan yaranlb
Имя: rimasamedova@mail.ru, Страна: Sevinc, Муджтахид: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əmr bin Əbil-Miqdam atasından rəvayət edir ki, bir dəfə İmam Məhəmməd Baqirdən (ə) soruşdular: "Allah Həvvanı nədən yaradıb?". İmam Baqir (ə) bu barədə camaatın nə danışdığını xəbər aldı. Ona cavab verirlər ki, camaatın dediyinə görə, guya Həvva Adəmin qabırğasından yaradılıb. İmam buyurdu: "Yalan deyirlər! Məgər Allah onu qabırğadan başqa bir şeydən yaratmağa acizdirmi?" Soruşdular: "Ey Peyğəmbərin övladı! Bəs Həvva əslində nədən yaradılıb?" İmam belə cavab verdi: "Atam öz ata-babalarından, o da Peyğəmbərdən rəvayət ediblər ki, Allah-Təala bir ovuc gildən öz qüdrətiylə Adəmi xəlq etdi. Həmin gildən bir az artıq qaldı, Allah o artıqdan Həvvanı yaratdı".

Allah sizə yar olsun.

Sual (16) : salam sidir nedir?
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Sidr şam ağacına oxşayan ucaboylu, iynəyarpaqlı və həmişəyaşıl ağacın adıdır. Şam ağacı kimi onun da balaca meyvələri olur. Sidr ağacının meyvəsi, qabığı və yarpağı dərman kimi istifadə olunur. İslam şəriətinə əsasən sidr ağacının yarpağından hazırlanan tozu az miqdarda suya qarışdırıb meyyitə qüsl verilməlidir.

Allah sizə yar olsun.

Sual (17) : Salam aleykum. Vilayeti-feqih muselmanlarin butun islerinde rehberdise prezidente ne ehtiyac var?
Имя: , Страна: , Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Prezident icraçı orqandır, vilayəti-fəqih isə nəzarətçi qüvvədir.
Allah sizə yar olsun.
Sual (18) : Salamun alaykume . 1 .Hz aliye qarwl clxanlar Hz alinin feziletlerin Hz peygemberin dilinen ewitmiwdiler bes ne sebeb oldu Hz Peygemberin vefatlnan sora hele iw gorduler? 2bir insan vahabi olub sora wiyeliye qaydlb onun vahabi olduqu mudetde qlLdlqdl namazdar duzgundurmu ? 3 bezileri namazl duzgun qlLmlr ehli beyit dediyi kimi qlLmlr bes namaz olarl menaviyaca yukselde bilermi ?Allah razl olsun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1-Əli ibn Fəzzal deyir: Əbəl-Həsən Əli ibn Musa-ər-Riza ələyhis-salama ərz etdim ki, necə oldu ki, camaat Əlinin (ə) üstünlüyünü, keçmiş həyatı yolunu və Allahın Rəsulu tərəfindən tanıtıldığını bildikləri halda Əmirəlmönin ələyhis-salama tabe olmaqdan əl çəkib başqasına meyilli oldular?
Buyurdu: “ Bü səbəbdən Əli ələyhis-salamdan əl çəkib başqasına üz tutublar ki, onun başqalarına üstün olğunu bildikləri halda cünki o həzrət, onların Allaha və Onun Rəsulu ilə düşmənlik edən atalarından babalarından qardaşlarından əmilərindən, dayılardan və qohumlarından öldürmüşdü. Bu üzdən ürəklərində ona qarşı kin saxlayır və onun onlara başçılıq etməsini sevmirdilər. Amma başqalarına qarşı isə ürəklərində belə bir kin yox idi. O başqası, qəzavətdə Əli ələyhis-salam kimi deyildi və döyüşlərdə Əli ələyhis-salam kimi deyildi. Demək, bu üzdən Əli ələyhis-salamdan üz çevirib başqasına üz tutdular, başqasına qoşuldular.
Mənbə: “Uyun-e əxbar-e Riza ələyhis-səlam”, c. 2, səh. 82

Ətraflı məlumat üçün saytımızın kitabxanasındakı kitaba müraciət edin:

Kitabın adı: Qürubdan sonra
http://kitab.nur-az.com/az/lib/view/277

2-Əgər öz məzhəbinə uyğun olaraq namazlarını qılmış olsa, qəzası yoxdur.

3-Namaz o zaman möminin meracı olar və onu mənəvi yüksəldər ki, namazın ruhu olsun və Allah dediyi kimi olsun. 

Qurani-kərimdə buyurulur: «Namaz insanı çirkin işlərdən çəkindirir». Ayədə həqiqi namaz nəzərdə tutulur. Əsl həkim şəfabəxş, əsl idman faydalı, əsl həbsxana tərbiyəverici olduğu kimi, əsl namaz da istisnasız olaraq, insanı günahdan uzaqlaşdırır. Həqiqi namazın şərtləri vardır. Namazda xalis niyyət, Allahın əzəmətini, özünün kiçikliyini anlamaq əsas şərtlərdəndir. İmam Sadiq (ə) buyurur: «Namazın qəbul olunmasının əlaməti, onun insanı çirkinlikdən uzaqlaşdırmasıdır». Namaz əgər Əhli-beytin (s) bəyan etdiyi kimi olmasa, həqiqətdə Allaha yox öz nəfsimizə ibadət etmiş oluruq. Hədisdə nəql olunub ki, Adəmə səcdə əmri Allah tərəfindən veriləndə Şeytan Allaha deyir ki, məni bu işdə üzürlü bil, sənə elə ibadət edəcəm  ki, Qiyamətə kimi heç kəs o cürə ibatəd etməyəcək. Allah-taala Şeytana belə cavab verir ki, sən istəyən ibadət deyil, mən istədiyim ibadətdir (sən istədiyin özünə ibadətdir mənə ibadət deyil).

Allah sizə yar olsun.

Sual (19) : Salam aleykum. Ruhlari ve ya cinleri ram etmek ucun ne etmek lazimdi. Bu haqda yazilan kitab var?? Varsa hansilardi? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Ruhları və cinləri çağırmaq və bu işlə məşqul olmaq zərurət olmadıqda günah və təhlükəlidir. Bu barədə islam alimləri tərəfindən kitab yazılmasına rast gəlməmişik. Əlbəttə bu işlə məşqul olanlar bu haqda kitablar yazıblar, lakin bizim məlumatımız yoxdur. Bundan əlavə cinləri ram etmək üçün əsasən insan riyazət çəkməli və ruhunu yüksəltməlidir. Bu da ustad olmadan mümkün deyil və ya çox təhlükəlidir.

Allah sizə yar olsun.

Sual (20) : Salam. deyirlər ki, ALlah Qaruna görə həzrət Musanı danlamışdır. bu doğrudurmu? əgər danlayıbsa nəyə görə danlayıb?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Quranın müxtəlif ayələrində Qarunun hekayəsindən danışılır, lakin qeyd etdiyiniz mövzu ələ gəlmir. Hədislərdə də belə bir məsələylə qarşılaşmamışıq.

Allahsizə yarolsun.

Go to TOP