Sual (61) : ESSALAMUN ALEYKUM .ALLAHİN izni ilə bacardigimiz qeder ibadətlə məsgul oluruq. her gun kiminse duyasini deyisdiyini esidirik və ən əsasi ətrafimizdaki insanlarin haqqi gorməməsi onlarin eli bos olmalari ureyimi cox agridir .onlara nəyisə catdirmaq istedikdə onlarin istehza ilə dolu baxislarini gorursən ........nə edək............
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İnsanları həqiqətə müxtəlif yollarla çağırmaq olar:

1. Bir çox ayələrdə buyurulduğu kimi, əsas dəvət yollarından biri sözlə (dillə) dəvətdir.
2. Əməli dəvət. Quran “libasını təmizlə” buyurur. Yəni insan əvvəlcə özünü təmizləməlidir.
3. Birbaşa dəvət. Quran “xoş danışın, namaz qılın, zəkat verin”, deyə əmr edir.58 İnsanları birbaşa da haqqa çağırmaq olar.
4. Dolayı dəvət. İnsanlara Qurandan əhvalatlar danışmaqla onlara doğru yolu göstərmək olar. Məsələn, qardaşlarının, oyun bəhanəsi ilə Yusifi aldadıb quyuya atdıqlarından xəbərdar olan həmsöhbətiniz başa düşər ki, düşmənlər insanı idman pərdəsi altında yolundan azdıra bilər.
5. Ümumi dəvət. Allah öz peyğəmbərinə bütün xalqı dəvət etməyi buyurmuşdur.
6. Xüsusi dəvət. Peyğəmbərlər öz ailələrini doğru yola dəvət edirdilər.
7. Qohumları dəvət.
8. Həmvətənləri dəvət.
9. Bəşəriyyəti dəvət.
Bəli, mərcan gəzən üzgüçü, ova çıxmış balıqçı dənizin bir nöqtəsində durub qalmamalı, böyük qazanc istəyində olan tacir dükanda çeşidləri artırmalıdır.
Qəbul etmək istəməyən insanlara demək məcburunda deyilik. Onlara haqqı deməyində heç faydası yoxdur. Əgər bəzi insanlar Allahın və Peyğəmbərinin sözü ilə haqqa gəlmirsə Peyğəmbəri məsxərə edirsə bizdə gərək buna təbii yanaşaq.
Allah sizə yar olsun.

Sual (62) : Allahın salamı olsun size ve mominlere. Evvelceden. tessekkur edirem.Allahin izniile 4_5 ildiki ibadetle mesgul oluruq.möminler kimi bizde Quran oxuyuruq.Her defe Quran. Menim qelbimde bir hal qoyur göz yasımı saxlaya bilmirem.Ata Anamın ibadetsiz olmaları meni her gun narahat edir.Onlara bu barede demek isteyirem amma sanki dilim tutulur.Men ne edim? Xahis edirem mene bir yol gösterin.
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam. 

Allah ibadətlərinizi qəbul etsin, Valideynlərinizidə haqqa doğru hidayət etsin. Hidayət yalnız Allahın əlindədir bizim vəzifəmiz insanları doğru yola dəvətdir. Əgər birbaşa deyə bilmirsiz dolayi yollarla çatdırın, əməlinizdə islamın gözəlliyin göstərin və onlarda maraq yaradın. Allahdan istəyin hər namaz üstə dua edin, və Əhlibeytə təvəssül edin ki, Allah onları hidayət etsin. Səbirli olun inşəllah Allahın izni ilə istəyinizə nail olarsız. Teleskenlik kederin, sebr ise sevincin açarıdır. (Fars atalar sözü)

Allah sizə yar olsun.

Sual (63) : Bismillah. Salamun aleykum. Mene qohumlarim terefinden deyibki seyyidem amma isteyirem deqiqlewdirim maraqlandim secere lazimdi buna gorede 7 babanin adini bilmelisen amma men az bilirem (atam Memmed onun atasi Huseyn onun atasi Mehemmed sonra ise Mirmehdi ve ibrahim gelir amma bilmirem hyansi birincidi) xaiw edirem bu meselede komekdar olardiz...ALLAH razi olsun
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam. 

Şəcərənamə yazmaq üçün nəsəb elmini bilmək lazımdır. Hazırda nəsəb elmini bilən alim tanımırıq, bilənlər isə artıq yeddi yox bəlkə daha çox babaların adını bildikdə tapa bilərlər. Adətən sərhəd bağlandıqdan sonra (1828) Azərbaycanda yaşayan seyidlərin adları kitablara düşmədiyi üçün şəcərə tapmaq qeyri mümkün olur.

Allah sizə yar olsun.

Sual (64) : Salam aleykum.menim dayim namaz ehlidi özü moskvada yaşayir.ve orada Mosul ağanin moizelerine de şahid olub.men onun hansisa bir isinin haram oldugnu deyende ve ya Sistani ağani teqlid edirsense onun fetvalarinin eksine hereket etme deyende,ya hansisa bir fetvani ona deyende razilaşmir.menim qarsima niye sualini qoyur,elbette ki,men niyeleri bilmirem ama biliremki qeydsiz sertsiz emel olunmalidi.dayim dinin derinliyine getmek lazim deyil esas namazi qil vessalam deyir.mene onun yalnis dusuncede oldugnu bildirecek hedisler,sözler yazin.
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İmam Sadiq (əleyhis-salam) buyurur: “Sizi pəhrizkarlığa, haram işlər qarşısında təqvalı olmağa, ibadətdə ciddiyyətlə səy göstərməyə tövsiyə edirəm! Bilin ki, günahlardan çəkinmədən edilən ibadətin heç bir faydası yoxdur.”

.Həşr surəsi ayə 7 ....və Bizim Rəsulumuz sizə nə verirsə (hökmlər, maarif və malları) götürün və sizə nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun ki, Allah şiddətli cəza verəndir.

Deyə bilərik ki, islam nöqteyi-nəzərindən insanın kamala çatmasının ən başlıca şərti Allahın razılığını qazanmaq məqsədi ilə ilahi göstərişlərə əməl etmək və Onun qoyduğu yasaq və qadağalara tabe olmaqdır.
Hər hansı bir əməl ya imanla uyğundur, ya da uyğun deyil. Birinci halda imanı gücləndirərək qəlbə nuranilik bəxş edir. İkinci halda isə imanının zəifləməsinə və qəlbin zülmətə düşməsinə səbəb olur.
Deməli, mömin şəxsdə baş verən saleh əməllər onun imanından qaynaqlanmaqdan əlavə, imanın qüvvət və sabitliyini də artırır, daha artıq yaxşı işlər görməsinə şərait yaradır. Yaxşı əməlin imanın kamal həddinə çatmasındakı rolunu aşağıdakı ayədən başa düşmək olar:
 “Pak söz (və etiqad) Allaha doğru yüksələr və pak sözü də saleh əməl qaldırar.” 
Bir çox ayələrdə də yaxşı əməl sahiblərinin iman, nur və hidayətlərinin artmasından söhbət açılır.
Yaxşı və saleh əməl təkcə namaz qılmaq deyil bəlkə dinin qanunlarına bütövlükdə əməl etmək lazımdır.
Digər tərəfdən, imana müxalif olan məqsədlər qarşıya çıxarsa və yaramaz işlər görülərsə, eyni zamanda, şəxsin imanı da onların qarşısını ala biləcək səviyyədə olmazsa, onun imanı zəifləməyə doğru gedər, günahın təkrarlanması üçün zəminə yaranar. Bu minvalla davam edərsə şəxsin daha böyük günahlara düşməsinə və onların təkrarlanmasına səbəb olar və nəhayət, iman aradan getmək və (nəuzubillah) küfrə və nifaqa (münafiqliyə) çevrilmək təhlükəsi altına düşər.
Əlbəttə, şəxsin imanı nə qədər güclü və kamil olarsa, ona münasib olan əməllərin yerinə yetirilməsindəki təsiri də bir o qədər çox olacaqdır.
Allah sizə yar olsun. 
Sual (65) : Rəhman və Rəhim olan Allahın adı ilə! Salam.Mən dindaram lakin atam içki içir və istəyir ki məndə içki stolunda oturum-atama etiraz etməyə haqqım var?O stolda otura bilərəm?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İçki stolunda hətta məclisində iştirak etməyə şəriət icazə vermir. Valideyn Allahın itaətindən çəkindirsə ya harama əmr etsə və ya valideynin sözü zərər və ziyana səbəb olsa itaət etmək vacib deyil. Ata-ananın qəlbin sındırmaq onlara əziyyət etmək haramdır və aq valideyn hesab olur. Hörmətsizlik etməmək şərti ilə etiraz etmək olar.
Allah sizə yar olsun.
Sual (66) : salam men cox kitablar oxuyuram amma tez yadimdan cixir nece oxuyumki yadimdan cixmasin.evvelceden cox saqolun.
Bismillahir-rəhmanir-rəhim. 
Əleykumus-salam.        

İmam Sadiq ə buyurub:üç şey unutqanlıqı aradan aparır və fikiri təzələyir:1-Quran oxumaq 2-oruc tutmaq 3-dişi fırçalamaq.

Əlbətdə hərkəsdə belədir ki oxuduğunun hamısı yadda qalmır müəyyən faizi yadda qalır. Oxuduqlarınızı xülasə edib yazın.

Düzgün mütaliənin ilk addımı. 1- İlahi niyyətin olmaqı.2- Allahın adı və yad etməklə başlamaq.3- dəstəmazlı olmaq. 4- münasib işıq və nur. 5- boş və səssiz otaqda mütaliə etmək.6- güclü iradə. 7- təkrar və müdavimlik. 8-yüngül yemək. 9-kitabla göz arasında münasib fasilə.10-düzgün oturmaq. 11- mütaliələr barəsində düşünmək.
Mütaliə etdikdə gərək lazımı təmərküz,diqqət və fikir cəmliyi olmalıdır.təmərküzə mane olan amillər. 1- ruhi fikirdağınıqlığı(zehnin qarışıqlıqı,rial hədəfin olmamaqı,stimul və həvəsləndirici səbəbin azlıqı,iztirab) 2- cismi fikirdağınıqlığı(aclıq,yorğunluq,xəstəlik,yuxusuzluq). 3- mühit fikirdağınıqlığı(səs-küy, yeməkdən sonra mütaliə,münasib nur olmamaqı, baş verən hadisələr).

Təmərküzü gücləndirmək üçün:1- mütaliənizi bir neçə Quran ayəsi ilə başlayın. 2- televizor,maqnitofon və telefonu söndürün. 3- mütaliə etdikdə əlinizə qələm alın mühüm nöqtələrin altından xət çəkin. 4- mütaliə etdikdə bir şey yeməyin. 5- öz hədəflərinizi xatırlayın tainki həvəsiniz artsın. 6- mütaliədən öncə lazım olan vasitələr yanınızda olsun. 7- Şeytanın vəsvəsələrindən Allaha pənah aparın.

Allah sizə yar olsun. 
Sual (67) : Salam.Əgər bir mömin evlənə bilmirsə müvəqqətidə kəbinə girəcək xanim tapa bilmirsə nə etməlidirşHal hazirdakı vəziyyətdə evlənməyi üçün uyğun deyil. Həmion adam neyləməlidir????
Allahın adı ilə.   
Əleykumus-salam. 
Evlənə bilməyən cavan energisini ayrı yerdə sərf etməlidir və özü üçün məşquliyyət yaratmalıdır misal üçün idmanla məşqul olmaq, təhsil-dil öyrənmək, peşə ümumiyyətlə asudə vaxtlarını  səmərəli keçirtməlidir tainki şəhavani hislər qələbə çalmasın.
Bundan əlavə şəhvəti oyadan işlərdən uzaq durmaq lazımdır  o cümlədən erotik  səhnələrə baxmamaq və bu haqda fikirləşməmək, qadınlarla çox münasibət yaratmamaq və s..
Həmçinin bir miqdar nəfsi ilə mübarizə aparmalıdır. İmkan qədərində oruc tutmaq, çox dar şalvar və paltar geyməməli, az yemək və s...
Amma ənəsası qəlbini Allaha bağlamalı və Ona məhəbbət edib hökmünə tabe olmaqdır. Bilməlidir ki  harmdan qorunmaq  Allahın əmridir belə olarsa  onda bütün problemləri həll etmək insana çətin gəlməz və Allahda beləsinə yardım edər inşəllah.
Allah sizə yar olsun. 
Sual (68) : Salam. Rahat yaşamaq üçün nə edək?
Allahın adı ilə.   
Əleykumus-salam.        
Qur`an buyurur: “Əlinizdən çıxana kədərlənməyin, əlinizə bir şey gələndə şad olmayın.”
Doğrudanmı, insan belə ola bilər?
Bank işçisi bir gün xalqdan pulu toplayır, səhəri gün isə onu xalqa paylayır. Bu işçi üçün pulu almaqla verməyin heç bir fərqi yoxdur. Çünki, o, sadəcə, əmanətçidir.
Traktor üçün asfaltla torpaq yolun fərqi yoxdur. Velosiped üçün isə asfalt yol daha rahatdır. Sərçə qonduğu budağı zədələmədiyi halda, zərif çiçəyi öz oturuşu ilə qırır.
Bəli, böyük insanların ruhunu kiçik çətinliklər sındıra bilmir. İmam Hüseyn (ə) qanlı Aşura günü sinəsinə yüzlərlə ox tuşlandığı halda diqqət və səmimiyyətlə namaza durdu. Hansı ki, əhəmiyyətsiz bir hadisəyə görə ya namazı yubadır, ya da diqqətimizi toplaya bilmirik.
Allah sizə yar olsun.
Go to TOP