Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Məqsəd İmam Hüseyni (ə) ya qıldığı namazı Peyğəmbərdən (s) və onun namazından üstün bilmək deyil bəlkə şairin hədəfi İmamın düşdüyü vəziyyəti və çətinliyi təsəvvürə gətirməkdir.
Allah sizə yar olsun.
Имя: Gunahkar bende, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Təəssüf
ki, yuxu yozmağı bacarmırıq.
Yuxu insan üçün yaxın və ya uzaq gələcəkdə xeyirli, ya da qorxulu bir hadisənin baş verəcəyini bildirir. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Düz danışan şəxslərin yuxusu doğrudur.” Həmçinin buyurmuşdur: “Bizi yuxuda görən şəxs, sanki aşkara görmüşdür, çünki Şeytan mənim surətimə düşə bilməz.” Peyğəmbərlərin yuxu görməsi Allah tərəfindən olan bir növ ilhamdır.
İmam Sadiq (ə) öz səhabələrindən birinə buyurdu: “Doğru və yalan yuxular haqqında fikirləş, gör onlar bir-birlərinə necə də qarışmışdır. Bütün yuxular doğru olsaydı, hamı peyğəmbər olardı; əgər hamısı yalan olsaydı, onda yuxunun heç bir faydası olmaz, artıq bir iş sayılardı.”
Yuxu görəndə həmişə xeyrə yozun və yuxunuzu elə insanlara danışın ki xeyrə yozacaqlar. Pis yuxu gördüydə sədəqə çıxardın və yuxunu elə yuxu kimi qəbu edin.
Allah sizə yar olsun.
Имя: eltun, Страна: azerbaycan, Муджтахид: Ayətullah Sistani
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Sehr və cadunun vaqeiyyəti və həqiqəti var və təcrübə bunu sabit edib. İslamda cadunun təsirin və qarşısın almaq üçün sifarişlərdə qeyd olunub. Müəvvəzətəyn” Fələq və Nas surələrin, Ayətul-kürsini və s. oxumaq cadunu təsirdən salar, amma diqqət yetirmək lazımdır ki, camaatın sehr təsəvvür etdiyi şeylərin əksəriyyəti bir dəstə adamın xurafata və xəyali şeylərə həddindən artıq diqqət yetirməsi və bir dəstə adamın hazırkı şəraitdən sui-istifadə etməsindən irəli gəlir. Halbuki onların sehr barəsində məlumatı yoxdur. Bundan əlavə, sehrin müəyyən hissəsi insanın xəyal qüvvəsində təsərrüf etməklə bağlıdır – həzrət Musanın (əleyhis-salam) sehrkarlarla qarşılaşdığı zaman baş verən hadisələrdə olduğu kimi. Camaatın elm və agahlıq səviyyəsinin yüksəlməsi ilə bu kimi işlər təsirdən düşəcəkdir. Hər bir halda əgər doğrudan da sehr baş vermiş olsa, ondan xilas olmaq üçün rəvayətlərdə qeyd olunan dualardan istifadə etmək lazımdır. Əgər sehrdən qurtarmaq yalnız sehr edən şəxsə müraciət etməklə mümkün olarsa, sehri batil etmək üçün sehrin özündən istifadə etmək caizdir.
Alimlərin vəzifəsi yol göstərməkdir, möcüzə göstərmək yox, mümkündür alimin göstərdiyi yol nəticə versin və ola bilərki, nəticə verməsin, necəki doktorun yazdığı nüsxə nəticə verməyə bilər. Əlbəttə alim sifətinə girmişlərdə var ki, başqalarına düz yol göstərməkdənsə azdırırlar.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Həssaslıqdan əziyyət çəkən insan gərək öz həssasiyyətinə əhəmiyyət verməsin, yoxsa bu sizi vasvaslığa gətirib çıxardar. Vəsvəsənin ən böyük dərmanı vəsvəsəyə diqqət yetirməmək və əhəmiyyətsiz yanaşmaqdır. Vəsvəsə və çox şəkk edənin şəri vezifeside budur.
Bu, şeytani vəsvəsələrdir və arxayın olun ki, həmin sözləri qəlbinizdə səsləndirən siz deyilsiniz. Buna görə heç bir cəza və qınaq yoxdur. İnsan qəlbindəki yox, qəlbən dilə gətirdiyi sözlərə görə məsuiliyyət daşıyır. Sadəcə, həmin vəsvəsələr zamanı Nas və Fələq surələrini zikr edin.
Abdullah ibn Sənan nəql edir ki, İmam sadiqin (ə) yanında dəsnamaz və namazda vasvaslıq edən bir şəxs haqqında söz açdım və onun ağıllı biri olmasını bəyan etdim. İmam (ə) isə buyurdu: “Necə ağıllıdır ki, şeytana uyur?” Dedim, “şeytana necə uymuşdur?” İmam buyurdu: “Ondan bu vəsvaslığın səbəbini soruş. O sənə deyəcək ki, səbəbi şeytandır.”” (“Kafi”, “Əql və Cəhl” kitabı, səh. 10)
İmam Əli: “Əmin olmadığım halda mənə suyun və yaxud sidiyin səpilməsinə əhəmiyyət vermirəm”. (“Vəsail əl-Şiə”, c. 3, səh. 467).
İşnizi Allahın adı ilə başlayın və bu zikri çox deyin: «La hövlə və la quvvətə illa-billahil-əliyyil-əzim». Yadınıza düşən, və ilk zehninizə gələnə etimad edin və əməllərdə asan yolu seçin. Əgər belə etməsəniz və vasvaslığa düçar olsanız bilinki, bütün əməlləriniz batil və zəhmətləriniz hədər olur.
Allah sizə yar olsun.
Allah sizə yar olsun.
Əleykumus-salam.