Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İnsanları doğru yola dəvət edib günahdan çəkindirmək, hər bir müsəlman üçün vacib olan dini vəzifələrdəndir.«Maidə» surəsinin 105-ci ayəsində oxuyuruq: «Ey iman gətirənlər, nəfsinizi qoruyun. Siz doğru yolda olsanız, yoldan azanlar sizə heç bir zərər yetirməzlər».
İslamda hər bir müsəlmana vacib buyurulmuş on əməl sırasında əmr be məruf (doğru yola əmr) və nəhy əz münkər (azğınlıqı qadağan etmə) də vardır. Lakin bəziləri yanılaraq, yuxarıda zikr edilmiş ayədən belə nəticə çıxarırlar ki, hərə öz həyat tərzini müəyyən etməli və yolundan azanlara mane olmamalıdır.
Rəvayət olunur ki, həzrət Peyğəmbərin (s) və onun yaxınlarının iştirak etdiyi bir məclisdə «əmr be məruf» və «nəhy əz münkər» mövzusunda söhbət gedirdi. Gənc müsəlmanlardan biri söhbətə qarışaraq, yuxarıdakı ayəni misal gətirərək, «doğru yola çağırışa hacət qalırmı»,-deyə sual verir. Həzrət Peyğəmbər (s) buyurdu: «Doğru yola əmr edin və bu yoldan azanların qarşısını alın. Amma elə bir zaman gəlsə ki, insanlar dünyanı üstün tutsalar, paxıllıq və nəfs onlara hakim olsa, hər kəs yalnız öz fikirini bəyənsə, bu cahillərdən uzaqlaşıb, özünüzlə məşğul olun» .
Demək, uyğun ayədəki göstəriş, yalnız müəyyən dövrə aiddir. Din, vətən, millət sevgisini anlayan insan bilir ki, ətrafdakı insanlara laqeyidlik cəmiyyəti uçuruma sürükləyir.
Lakin, bir məsələyə diqqət etmək lazımdır ki, həkim və təbib hər bir xəstəliyə uyğun nüsxə yazmadığı kimi, dəvət edən insanda qarşı tərəfini tanımalı və ona uyğun dəvət etməlidir.
İnsanları həqiqətə müxtəlif yollarla çağırmaq olar:
1. Bir çox ayələrdə buyurulduğu kimi, əsas də`vət yollarından biri sözlə (dillə) də`vətdir.
2. Əməli dəvət. Qur`an “libasını təmizlə” buyurur. Yəni insan əvvəlcə özünü təmizləməlidir.
3. Birbaşa dəvət. Quran “xoş danışın, namaz qılın, zəkat verin”, deyə əmr edir. İnsanları birbaşa da haqqa çağırmaq olar.
4. Dolayı dəvət. İnsanlara Qurandan əhvalatlar danışmaqla onlara doğru yolu göstərmək olar. Məsələn, qardaşlarının, oyun bəhanəsi ilə Yusifi aldadıb quyuya atdıqlarından xəbərdar olan həmsöhbətiniz başa düşər ki, düşmənlər insanı idman pərdəsi altında yolundan azdıra bilər.
5. Ümumi dəvət. Allah öz peyğəmbərinə bütün xalqı dəvət etməyi buyurmuşdur.
6. Xüsusi dəvət. Peyğəmbərlər öz ailələrini doğru yola də`vət edirdilər.
7. Qohumları dəvət.
8. Həmvətənləri dəvət.
9. Bəşəriyyəti dəvət.
Bəli, mərcan gəzən üzgüçü, ova çıxmış balıqçı dənizin bir nöqtəsində durub qalmamalı, böyük qazanc istəyində olan tacir dükanda çeşidləri artırmalıdır.
Allah sizə yar olsun.
Имя: Telli, Страна: Ozbekistan, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.Hər məsələnin öz mütəxəssisinə müraciət etmək doğru yoldur. Başı ağrıyan insan həkimə müraciət etməlidir. Mümkündür səbəbi miqren, sinüzit və s. olsun. Necə deyərlər hər dərdin dərmanı var. Dua dərman deyil, dua şəfadır. Dərmanı istifadə etməlisiz ki, şəfa tapasınız. Dərman bir səbəbdir, şəfanı verən Allahdır. Allah işləri səbəb üzündən görür. Hər problemi də sehr və cadu sanmayın. Sehr və cadunun varliğını Qurani-kərim təsdiq edir, lakin insanların adətən sehr və cadu təsəvvür etdikləri, xəyal və uydurmadan başqa bir şey deyil. Onu dəf etmək üçün hər gün beş dəfə ayətul-kürsünü oxuyub özünüzə və ətrafınızdakılara üfürün. Hər gün az miqdarda olsa da sədəqə verin və Allaha təvəkkül edin. Hər halda Məfatihul-cinan kitabının axırında dərlər üçün bəzi dualar qeyd olunub, müraciət edə bilərsiz.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Diqqət etməliyik ki, qorxu bir hisdir, bu hissi və düşüncəni dəyişə bilsək nigarançılıqda aradan gedəcək. Bəzi şeylər bizim gözümüzdə çox böyüyür və baxışımız ona ifarat dərəcəsində olur. Adətən bir şeyə olduğu kimi baxsaq və düşünsək qorxuda ardan gedər. Qorxunu uzaqlaşdırmaq üçün bir neçə məsələyə diqqət edin. 1. Tədricən qorxunun üzərinə gedin. 2. Mənfi düşüncəli insanlarla dostluq etməyin, əksinə müsbət fikirləşən kəslərlə həmnişin olun. 3. Mənfi və qorxulu şeylər barədə fikirləşməyək. 4. Allah təvəkkül edək, bilməliyik ki, Allah istəməsə aləm yığılsada bir iş baş verməz və Allah istədiyinin qarşısını heç kəs ala bilməz. Əgər özünüz bu yollarla qorxunu uzaqlaşdıra bilməsəz, yaxşı olar psixoloqdan kömək alasınız.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Belə məsələlərdə cihad yox bəlkə etiraz etmək məsləhət olunur ki, buda hər vətandaşın haqqıdır. Bütün dünyada adətən haqsızlığa etiraz əlaməti olaraq aksiyalar keçirilir. Əlbətdə etiraz etmək məntiqsiz və səbirsiz olmaq deyil, səbir hər çətinliyin açarıdır. Zülm və haqsızlıqa qarşı etiraz etmək və mübarizə aparmaq hər müsəlmanın vəzifəsidir. Etiraz təkcə aksiyalarda iştirak etmək deyil, hər kəs bacardığı miqdarda dili və qələmi ilə haqqı açkar etməli və insanları maarifləndirməlidir. Təbii ki, etiraza çıxmaq təsirsiz deyil və bəlkə də bu etirazlar olmasaydı vəziyyət bundan daha çətin olardı. Aksiya birnöv kütlənin narazılıqını bildirir və çox vaxt da təsirli olur.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam
Qum hövzəsində təhsil almaq üçün Camiətul-Müstafa
(s) universitetində imtahan verməlisiz. İmtahan vermək üçün məxsus vaxt yoxdur, hər vaxt gəlsəniz imtahan vermək olar. Əlbətdə Quma gəlmədən də sayt vastəsi ilə imtahan verib dərsləri virtual oxuya bilərsiz. Digər sualları universitetin saytı vastəsi ilə soruşa bilərsiz.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əlbətdə təhsilinizi davam etdirməyiniz məsləhətdir və ali təhsillə daha müvəffəq ola bilərsiz. Hər halda siz öz şəraitinizi daha yaxşı bilirsiz və inşallah ixlasla başlanan iş nəticə verər.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Digər həkimlərə müraciət etsin və başqa müalicə yolunu seçin. Hədislərdə buyrulur ki, haramda şəfa yoxdur. Hətta həkimin dediyi doğru olsa belə, mütləq bunu əvəz edən dərmanlar və müalicə yolu var. Əgər digər həkimlərdə deyiləni təsdiq etsələr və müalicəsi yalnız bu yolla olsa hökmünü saytın fiqhi bölməsindən sual edin.Allah sizə yar olsun.
Əleykumus-salam.
Bu çox güman ki, cinlərin işidir ki, bəzən insanlara əziyyət edirlər. Allahın adın çəkəndə və Bismillahir-rəhmanir-rəhim dedikdə cinlər uzaqlaşırlar. Birdə “Cin” surəsini, İmam Sadiq (ə) buyurmuşdur: “Hər kəs bu surəni çox oxusa, dünyada cinlərin gözündən, sehrindən və şərrindən amanda qalar və behiştdə həzrət Peyğəmbəri-Əkrəm (s)-in dostlarından olar.” Əgər yenədə əziyyət edərlərsə, cini olan və bu işi bacaran xeyrxah insana müraciət etməyi məsləhət görürük.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Diqqət etməliyik ki, qorxu bir hisdir, mümkündür insanların həyatında acı hadisələr baş versin, amma bilməliyik ki, bu hadisələr belə deyil ki, hamı üçün baş verməlidir. Bu hissi və düşüncəni dəyişə bilsək nigarançılıqda aradan gedəcək. Bəzi şeylər bizim gözümüzdə çox böyüyür və baxışımız ona ifarat dərəcəsində olur. Adətən bir şeyə olduğu kimi baxsaq və düşünsək qorxuda ardan gedər. Qorxunu uzaqlaşdırmaq üçün bir neçə məsələyə diqqət edin. 1. Tədricən qorxunun üzərinə gedin. 2. Mənfi düşüncəli insanlarla dostluq etməyin, əksinə müsbət fikirləşən kəslərlə həmnişin olun. 3. Mənfi və qorxulu şeylər barədə fikirləşməyək. 4. Allah təvəkkül edək, bilməliyik ki, Allah istəməsə aləm yığılsada bir iş baş verməz və Allah istədiyinin qarşısını heç kəs ala bilməz. Əgər özünüz bu yollarla qorxunu uzaqlaşdıra bilməsəz, yaxşı olar psixoloqdan kömək alasınız.Allah sizə yar olsun.
Имя: , Страна: , Муджтахид: Ayətullah Məkarim
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Doktor Əli Şəriəti dinşünas olmayıb bəlkə sosioluq və tarixci olub, ona görədə dini mövzularda danışdıqda bəzi səhflərə yol verib. Adətən alimlər onun kitablarını ümumi kütlə üçün oxumağı məsləhət görmürlər. Özünün belə bir sözü var ki, şiələr məni sünni, sünnilər isə şiə adlandırırlar. Bu sözdən məlum olur ki, bəzən ikibaşlı və müəmmalı söz danışırmış. Ədəbiyyatı çox zəngin olduğu üçün oxucunu təsir oltına salır, amma məna və məzmun baxımından sözlərindən nəticə çıxartmaq çətindir.Dini maarifi yüksəltmək üçün Şəhid Mütəhhərinin kitabları daha münasibdir.
Allah sizə yar olsun.