Sual (61) : Xatəm dinin kamil olmasını necə isbat etmək olar?
Allahın adı ilə.   
Əvvəla, “kamil” kəlməsinin mənasını izah etməyi lazım bilirik. “Kamil” “naqis”in (nöqsanlının) müqabil nöqtəsi və antonimidir. Ümumiyyətlə, islamın kamil bir din olduğunu dediyimiz zaman məqsədimiz budur ki, onda heç bir nöqsan yoxdur. Daha aydın desək, bu din dünya və axirətdə səadətli həyatın tələb etdiyi hər bir şeyə malikdir. Deməli, bu din bütün əsr və zamanlarda, eləcə də insan həyatının bütün yönlərində güclü və qurucu bir proqrama malik olmalıdır.
Yuxarıdakı sualın cavabının əsası “xatəmiyyət” bəhsindədir. Yəni islam dininin kamil olması ilə (əvvəlki ilahi dinlərin) xətm edəni olması bir sikkənin iki üzü kimidir. Çünki, əgər islam dininin bütün dinlərin xətm edəni olduğu sübuta yetərsə, deməli, qiyamətə qədər onların ən kamili də olmalıdır. Belə ki, hamısından kamil olmamasının mənası budur ki, onda nöqsanlı hallar vardır və nöqsanlı halın varlığı ilə insanları səadət və kamala doğru layiqincə hidayət edə bilməz. Bu da ilahi ədalətlə zidd, Allah-taalanın tərəfindən qəbahətli sayılan bir işdir. Deməli, gərək islam dini insanın (kamala doğru) hidayəti üçün lazım olan hər bir şeyə malik olsun ki, bütün insanlar üçün dəlil-sübut və höccət tamamlanmış olsun.

Allah sizə yar olsun.
Sual (62) : Dinlərin sonuncusu necə dindir?
Allahın adı ilə.   
Sonuncu din - Allah tərəfindən sonuncu olaraq göndərilmiş dindir. Yəni, belə bir dinin zühurundan sonra təzə din və peyğəmbərin göndərilməsi mümkün deyildir. Deməli, sonuncu dinin peyğamı, proqramı bütün ilahi elçilərin peyğam və proqramından üstündür və onun dinləyicisi Qiyamətə qədər bütün əsr və zamanlarda olan insanları əhatə edir. Belə bir din bütün dinlərdən kamil və həqiqi dindən (yəni, Allah yanında lövhi məhfuzda olan dindən) vəyh vasitəsi ilə mümkün olan qədər istifadəsi olmalıdır. Əgər dinin əslindən onda hər hansı bir şey çatışmazsa, gərək o şeyin əql yolu ilə ələ gəlməsi mümkün olmamış olsun. Beləliklə, kamil din o demək deyil ki, insan hər vaxt bir sual etsə o sualın cavabın tapa bilsin, əgər suala cavab tapmasa bu dinin naqis, natamam olmasına dair bir dəlil olsun.
Beləliklə, sonuncu dində vəhy yolu ilə insanlara göndərilmiş hər bir şey olmalıdır. Belə bir dinin göndərilməsi ilə Allah tərəfindən göndərilmiş digər dinlərin hamısı qüvvədən düşür, dinlər silsiləsi bununla sona çatır.
Kamil dinin əsas xüsusiyyətlərindən biri onun sonuncu olmasıdır. Belə bir dinin digər şərti də təhrifdən uzaq olmasıdır. İslamda dinin təhrifdən uzaq olmasını iki amillə təmin olunur:
1. Dini maarif və göstərişlərinin əsl mənbəyi olan Quran təhrifdən uzaq olmuş olsun.[36]
132. Bu mənbənin təhrifdən uzaq olması meyarı isə məhz Əhli-Beyt (ə) məktəbinin təfsiridir. Elə bir təfsir ki, onların şagirdlərinin vasitəsi ilə nəsildən-nəslə keçərək, hər bir zəmanədə ictihad və qanun şəkilində büruz etmişdir.[37] “Meyar yolu” dedikdə məqsəd elə bir meyardır ki, başqa yollar onunla tutuşdurulur, müqayisə edilir. Beləliklə, Əhli-Beyt (əlyehimus-salam) məktəbi tarix boyu bütün zaman və məkanlardan ötrü müəyyən meyar və qanunlar təyin etmişdir ki, bunların vasitəsi ilə dinin əsasları, üsul və qanunları həmişə qorunub saxlanılmış və kamil dində dəyişiklik olmamışdır.
Əlavə mütaliə üçün bax:
1. Mehdi Hadəvi Tehrani, “Vilayət və dəyanət”, “fərhəngiye xaneyi xirəd”, müəssisəsi, Qum. İkinci çap, 1380 şəmsi ili.
[36]  Məhdi Hadəvi Tehrani, “Məbani kəlami ictihad”, səh.61-73.
[37]  Məhdi Hadəvi Tehrani, Bavərhə və porseşha (təzə kəlamda cəsarətlər) Birinci söz: Bəhs sonuncu din.
Allah sizə yar olsun.
Sual (63) : Dini plüralizm nəzəriyyəsi və dinin müxtəlif təfsirlərini izah edin və fərqlərini açıqlayın?
Allahın adı ilə.   
1. Plüralizm müxtəlif sahalərdə, o cümlədən, din və əxlaq fəlsəfəsində, hüquq və siyasi və sair ... sahələrdə çoxluğa tərəf meyl mənasında olub, müxtəlif istifadələri var və ümumi mənada olaraq tək meyllilik və ya münhəsirliyin qarşısında çox meylliliyin rəsmi tanınması deməkdir. Dini plüralizmin mənası, insanın hidayət olunması və səadət yolunun yalnız bir dinə münhəsir olmaması, bütün dinlərin insanları xoşbəxt edə bilməsi mənasındadır.
2; Çoxluğa meyillilik ola bilər, müxtəlif dinlər və ya bir dində firqələr arasında mövcud olsun.
3; Biz müsəlman arasında dini plüralizmin qəbul olunmamasının dəlili budur ki, aşkar şəkildə İslam dininin yeganə haqq və son din olması haqqında aydın dəlillərimiz var. Belə ki, digər dinlərin İslam dini ilə eyni olması düzgün ola bilməz. Bundan əlavə səmavi kitabın (Quranın) təhrif olmaması və İslam dininin sonuncu dinlərin tamamlayıcısı olması keçmişdəki dinlərin vaxtının tamam olmasına dəlalət edir.
4; Dinin müxtəlif təriflərindən biri də hermenevtikada nisbiliyə meyllik nəzəriyyəsidir ki, o da dini təhqiqat edən qollardan biridir. Bu nəzəriyyənin təfərdarlarının fikrincə bir mətni anlamaq üçün bütün əvvəlki fərziyyələr və biliklər nəzərə alınmalıdır. Din haqqında müxtəlif təriflər var ki, onlardan ən çox nəzəri cəlb edən Şlayer Maxer, Dilitay, Haydger və Kadamerin nəzəriyyələridir.
5; Hermonevtika nəzəriyyəsi müasir dini fəlsəfi bəhslərdən olub, qərbdən götürülməsinə baxmayaraq, hər hansı mətnin anlamı, təfsiri və yozulması İslam elmləri aləmində qədimdən üsul elmi kimi istifadə olunmuşdur.
6; Yuxarıda qeyd olunmuş nəzəriyyələrdə müxtəlif tərifləri müqayisə etməkdən ötrü lazım olan qanun və məntiqi meyarlara yer verilməmişdir. Əslində mövzunun dərkində nisbiyyətdən istifadə olunmuşdur.
7; Plüralizm və hermenevtika bəhsləri ayrı-ayrı mövzulardır, amma plüralizmin qollarından biri də hermenevtika bəhsidir. Bu də iki bəhsin arasındakı əlaqə halqası ola bilər. Yəni, müxtəlif təriflərin yalnız bir mənşədən alınması ehtimalını nəzərə alaraq müxtəlif dinlərin də tərifində bu cəhətə diqqət yetirmək olar.
8; Bu nəzəriyyəyə irad budur ki, hər hansı bir tərifin düzgünlüyünə birbaşa hökm vermək olmaz. Şübhəsiz ki, insanların hər hansı bir mənanı dərk etməsi hansı bir qanun və məntiqə əsaslanır. Belə köklü bəhslərdə də mövzunun tərifini verdikdə danışanın və müəllifin vəziyyəti, istifadə etdiyi sözlər və dili çox mühümdür. (təmsil, tənqid, ciddi, məst haləti və sair..) Həmçinin, bilmək lazımdır ki, bu sözü deyən şəxs söylədiyi sözdən hansı məqsədi güdür və hansı məfhumu nəzərdə tutur.
Sualın daha geniş izahı
Plüralizim (pluralism) çoxluğa meyllilik mənasındadır. (plural- cəm) Bu mövzu müxtəlif sahələrdə o cümlədən, din və əxlaq fəlsəfəsində, hüquq və siyasi və sair ... sahələrdə çoxluğa tərəf meyl mənasında olub, müxtəlif istifadələri var və bütün bu mənalar arasında müştərək məna, təkliyə meyllilik və ya münhəsirliyin (Exclusivism) qarşısında çoxluğa meylliliyin rəsmi tanınması mənasıdır.[26]
Amma dini plüralizm (Religious pluralism) bu mənadadır ki, həqiqət və xoşbəxtlik tək bir dində cəm olmayıb, bəlkə də bütün ilahi dinlərdə bu həqiqət var. Nəticədə, ilahi dinlərin hansı biri ilə tərəfdaşlıq olunsa, insan əsl həqiqət və xoşbəxtliyə çata bilər. Bu əsasa görə dinlər arasında haqq və batil meyarı aradan götürülür və dini düşmənçilik və çəkişmələr öz yerini həmkarlıq və dostluğa verir.[27]Plüralizmin qısa tarixindən;
Dini plüralizm son onillikdə xristian aləmində Can Hik (1922-ci ildə anadan olub) tərəfindən irəli sürülüb və dünyada yayılıb. O yazır: “Təbiətşünaslıq baxımından, dinlərin çoxluğu, sadə dildə desək, din tarixində mədəniyyət və adətlərin çoxluğunun nəticəsidir. Fəlsəfi baxımdan bu nəzəriyyə müxtəlif və bir-biri ilə rəqabət aparan adətlər arasında olan əlaqələrin xüsusi formasıdır. Bu termin, o nəzəriyyəyə əsaslanır ki, dünyanın böyük dinləri böyük bir həqiqət və ilahi işarələrdən bəhrələnmiş müxtəlif anlamlardır.”[28] Başqa yerdə yazır: “Dinlərin müxtəlifliyi müxtəlif təcrübi dinlərin nəticəsidir. Onların hər biri tarixin müəyyən dövründə başlayıb, elmin və mədəniyyətin inkişafı və insanın özünü dərk etməsi ilə sona yetib.”[29]
Dinlər arasında çoxluğa meyillilik bu mənada nəzərdə tutula bilər ki, bütün dinləri öz-özlüyündə haqq bilək və ya hər bir dinin özlüyündə haqdan bəhrəsi var. Yaxud, ola bilər hansısa bir dinin özünün daxilində firqələr olsun və hər birisi özünü haqq hesab eləsin. Məsələn, İslamda şiə və sünnü məzhəbləri və hər iki məzhəb İslamı qəbul edərək özlərini haqq bilirlər. Təbbi ki, onlardan biri haqq ola bilər. Amma plüralizm nəzəriyyəsinə əsasən, hər halda hər iki məzhəb haqq kimi tanıtdırılır. Yaxud, hər iki məzhəbin haqq olmağa ixtiyarı və bəhrəsi var. Başqa sözlə desək, dini plüralizmdə çoxluğa meyllik dinlər arasında və ya bir dinin özünün içərisində olan bölmələrə aid etmək olar.
Dini plüralizmin əsasları və nəzəriyyələri;
Dini plüralizmin özünəməxsus müxtəlif əsasları var ki, onlardan bəzilərinə işarə edirik:
Birinci nəzəriyyə; “Dinin gövhər”i ilə “dinin sədəf”i arasında ayralıq salmaq, dinin necə deyərlər onurğa sütunu və gövhərinə əsas verməklə, dinin sədəflərinə diqqət etməmək. Bu nəzəryyiədə adətən, dini təlimlər, ədəblər, zahiri ibadətlər və sair dinin sədəfi və dinə bağlı məsələlər kimi göstərilir.
İkinci nəzəriyyə; Bu nəzəriyyə təcrübi vəhyə və dini təcrübəyə təkid edir və əslində dini, təcrübə dini qədər aşağı həddə salır. Təcrübə dini həmişə müxtəlif formalarda dəyişməklə açıqlana bilər. Təcrübə dini müxtəlif işlərin, fərziyyələrin, mədəniyyət və mərifətlərin təsirindən müxtəlif şəkildə ola bilər. Dinlərin müxtəlifliyi əslində, vahid təcrübi dinin müxtəlif mədəniyyətlərin aynasında aşkar olmasıdır.
Üçüncü nəzəriyyə; Bu nəzəriyyə əslində, insanpərvərlərin təfsiridir. Onlar etiqad bəsləyirlər ki, dinlər insanı ilahi əməllərə tərəf çəkməkdənsə insanları dünya müştərəkliyinə dəvət etməli və dünya həyatında yaşayışa lazım olan şeyləri nəzərdə tutmalıdır. Öz ilahi məsələlərini sonraya saxlamalıdır.
Dördüncü nəzəriyyə; Bütün dinlərin tək bir xəbəri və məqsədi var və azca araşdırma aparmaqla dinlər arasında olan ixtilafı aradan götürmək olar. Əslində, dindəki ixtilaflar dinin müxəlif təfsirləri, dillərin müxtəlifliyindən olub qeyri-həqiqidir.
9. Beşinci nəzəriyyə; Bu nəzəriyyənin əsası “özündə gizlənmiş” həqiqəti ilə bizim yanımızdakı həqiqətinin arasında fərq qoymaqlıqdır. Əsl həqiqətin əslində elə dərki var ki, heç kəsin onu kamil dərk etməyə qüdrəti yoxdur və bizim təfəkkürümüzün o aləmə əli qısadır. Amma, bizim yanımızda elə həqiqət var ki, əslində xaricdə vücudu var. Dinlər, insanların müqəddəs işlərlə qarşılaşması və hər əsrin özünəməxsus mədəniyyəti nəticəsində çoxalıb. Bundan əlavə, Allah-taala əlaqə icad etmək üçün öz xəbərlərini hər millətin mədəniyyətinə əsasən köklənmiş və hər əsrin tələbinə münasib yollamışdır.
Yaddan çıxmasın ki, bu nəzəriyyələr barəsində onu da qeyd etmək lazımdır ki, birinci nəzəriyyəni istisna etməklə yerdə qalan bütün bu nəzəriyyələrin hamısına ciddi irad tutmaq olar. Daha çox mütaliə üçün digər məxsus kitablara müraciət etmək lazımdır.
Altıncı nəzəriyyə; Bu nəzəriyyə hermenevtik (Hermeneuein- yunan sözü olub, şəxsin hər hansı bir mühüm mətni öz nəzərinə əsasən, açıqlamasına deyilir) bir nəzəriyyə olub, əslində dini mətni təfsir edənin özünün şəxsi məlumatları və dini anlayışı açıqlayarkən əvvəldən və sonradan zehnində olan bütün şəxsi biliklərindən istifadə etməklə yaranıb. Bu cəhətdən müəllif və danışan təfsirçinin özü olduğuna görə təzə nəzəriyyəsini irəli sürdükdən sonra əslində özünün müəllif olmasını əldən verir. Bu nəzəriyyəyə əsasən mətn və ifadə öz-özlüyündə bir mühüm deyil, amma təfsirçi öz zehnində olan məlumat və fərziyyələr və mərifətlərə əsasən, mənanın ruhunu başqa bir formada bəyan edir. Başqa sözlə desək, bir ifadənin batinində olan məna bir muma bənzəyir ki, təfsirçinin zehni öz mərifəti əsasında o mənanı müxtəlif şəkillərə salır. Beləliklə, ifadələr və əsl mətn mənalarla dolu deyil, bəlkə də müfəssir və eşidənlər ifadələri dərk etməlidirlər.[30] Bu nəzəriyyənin iradı; Altıncı nəzəriyyə plüralizimlə hermenevtika arasında müştərək nəzəriyyə sayılır ki, bir sıra iradları var. Onlardan bəzlilərinə işarə edirik;
İnsanın anlama sistemi bir sıra münazirə qanunlarına tabedir və dünyanın bütün aqilləri o əsas və üsul əsasında danışıqlar aparırlar. Mənaların dərki və digərinə ötürülmə üsulu, o cümlədən, danışanın və müəllifin özünə, istifadə etdiyi sözlərə və açıqlama yolu sayılan dilinə diqqət aqillərin nəzərini cəlb edən əsas amillərdəndir. Simvol, tənz və sair kimi üsullarla hər hansı bir ifadəni çatdırmaq istəyən şəxs şübhəsiz ki öz şəxsi anlamlarından bəhrələnir. Bunlar də əqli üsullardan sayılır ki, heç bir müfəssir onlarsız öz fikrini açıqlaya bilməz. Əlbəttə, əgər hər hansı bir mətn hansısa bir işdən xəbər verirsə, ona aid olan digər şahid və təsdiqləyici nişanələri də araşdırmaq üçün çalışmaq lazımdır. Dini mətnlərdə bir hökmü ləğv edəni (nasix) və ləğv olunmuş mövzu (mənsux), ümumi və xüsusi, mütləq və qeydli və s... bu cür mövzuları olduğuna görə hər hansı bir məsələnin açıqlanması üçün onun əvvəlini və sonunu çox diqqətlə araşdırmaq lazımdır. Deməli, hər hansı bir dini mətnin dərkində təbii ki, müəllifin halətini, fərziyyələrini və digər sözlərini də nəzərə almaq lazımdır. Amma bəzi fərziyyələr də var ki, qarşı tərəfi mətni düzgün dərk etməkdən uzaqlaşdırır və belə məsələlərdən dini mətnin anlamında istifadəsindən çəkinmək lazımdır.[31]
Plüralizm nəzəriyyəsinə diqqət;
Dini plüralizmə tutulan bütün nəqdlər və iradlarla yanaşı biz müsəlmanların əqidəsinə görə bizim əlimizdə tuturlı dəlillər var ki, bütün dinlərin bu cür birləşməsi iddiası düzgün deyildir. O cümlədən, İslam dininin xüsusi əqli maarifləri, qanunları və göstərişləri var ki, onların həmahəng olması və İslamın mətninin dəqiq şəkildə inhirafdan uzaq olması və müsəlmanların müqəddəs kitablarının hər bir dəyişiklikdən uzaq olması, həmçinin, Quranın ecazkarlığı və mübarizəyə dəvət etməsi, İslam hökmlərinin hərtərəfli və möhkəm olması bu sözə dəlildir.
Bundan əlavə, ən mühüm məsələlərdən biri də İslam dini dinlərin sonuncusu olması və keçmiş dinlərdən sonra gəlməsidir. Bu da keçmişdəki bütün dinlərin və şəriətlərin aradan getməsinə (nəsx olunması) dəlalət edir.[32]
Dinin müxtəlif tərifləri;
Müxtəlif təriflər və ya hermenvtik bəhslər din təhqiqində olan tərəfdarlarının zehnində təsir qoyub, öz şəxsi məlumatları əsasında dini mətnin müxtəlif təriflərinə səbəb olub. Hermenevtika nəzəriyyələrinin də müxtəlifliyi var ki, onlardan bəzilərinə işarə edirik;
1. Şilayer Maxerin nəzəriyyəsi; Hermenevtika, mətnləri təfsir etmək və anlaşılmazlığın qarşısını almaqdan ötrü bir açıqlama yoludur. Bu da mətnlə müfəssirin arasında yaranmış zaman fasiləsindən yaranmış bir qanundur.
2. Dilitayinin nəzəriyyəsi; Hermenevtika təbii elmlərin müqabilində hümanitar elmələrdən ötrü bir əsasdır. O, müfəssirin təfsirində (açıqlamasında) tarixin təsirinin olduğunu qəbul edir.
3. Heydgerin nəzəriyyəsi; Hermenevtika anlayışın mahiyyətinin açıqlanması və ondan yaranmış şəraitin hasilidir. O, hermenevtik qaydanı fəlsəfi qanuna tərəf çəkir (varlıqşünaslıq) və varlıq tanımaq əslinə əsasən, varlıqların tanınması və necəliyini və bu qanunun şəraitini açıqlayır.
4. Qadamerin nəzəriyyəsi; Hermenevtika üfüqlərin birləşməsidir. O, Heydgerin varlıqşünaslıq nəzəriyyəsini mərifətşünaslıq şəklində təqdim edir. Əslində, varlıqşünaslıq insanın dərk qüvvəsini əmələ gəlməsi yolunu bina edir. Qadamerin 10hermenevtika nəzəriyyəsi əsasən, insanın dərk qüvvəsinin açıqlanmasını və hüdudlarını bəyan edir. Bu nəzəriyyədə, insanın dərk qüvvəsinin doğru-düzgün yaxud, səhv və etibarsız olmasına heç bir işarə etmir. Onun nəzəriyyəsinə görə təfsirçinin zehni etiqadlar, məlumatlar, intizarlar, fərziyyələr, suallar, vaciblər və xəyallarla doludur. Bütün bunlar onun “üfüq” və ya “nəzəriyyəsini” təşkil edir. Bu üfüq həmişə onunla hərəktdədir, yaxud həmişə varlıq aləminə müraciət etməklə əşyaya və orta səviyyəli mətnə çevrilir. Təfsir əməli əslində, “üfüqlərin tərkibindən” ibarətdir. Yəni, “təfsirçinin dərk və anlayış üfqlərinin” tərkibi və peyvəndidir. “Mətnin üfüqündə” hermenevtikanın işi bu üfüqləri (təfəkkürləri) bir növ uyğunlaşdırmaq və təfsirçi ilə mətn arasında dialoqu uyğunlaşdırıb təqdim etməkdir. Belə açıqlamaların ixtilafının əsası, müfəssirin öz fərziyyələri və düşüncələrinə söykənməsidir.
Qadomerin nəzəriyyəsin əsasən, bütün zamanları, üfüqləri və şəraitləri əhatə edən elə bir mütləq nəzəriyyə yoxdur. Bəlkə də, hər bir yozum və təfsir öz məxsus üfüqündə məxsus sözlə uyğun olmalıdır. Ona görə də ümumiyyətlə, tərəfsiz təfsir mümükün deyil və heç bir yozum qəti və son nəzər ola bilməz. Əslində, Qadomerin hermenevtik nəzəriyyəsində müəllifin nadir tapıntılarına heç bir diqqət olunmur. Çünki, mətni müəllifin zehninin məhsulu kimi nişan vermək olmaz.[33]Qadomerin nəzəriyyəsinə iradlar;

Son illərdə çap olunmuş fəlsəfi və kəlami jurnallarda Qadomerin nəzəriyyəsinə daha çox əhəmiyyət verilməsi və onun nəzəriyyəsinin digər nəzəriyyələrə nisbətən daha çox gözə dəyməsini nəzərə alaraq bu nəzəriyyə haqqında bəzi iradlara işarə etməyi lazım bilirik:
Birinci; Hansı dəlilə görə mətni təfsir edən müfəssirin nəzəriyyəsinə diqqət etməyək və bilərəkdən özümüzü qafil kimi göstərək? Məgər müfəssir mətni verən müəllifin zehni üfüqünü nəzərə almaqla öz zehni üfüqünü onunla yanaşı etməyə çalışa bilməz?
İkinci; Qadomerin nəzəriyyəsinə əsasən, bir növ nisbiliyə meylliliyə çatırıq və haqla batil arasında heç bir sərhəd qalmır. Həqiqətdə, bu nəzəriyyə bir növ Kantın “nisbiyyyət” nəzəriyyəsinə bənzəyir.
Üçüncü; Qadomerin nəzəriyyəsinə külli şəkildə irad tutmaq olar ki, o da budur ki, fərziyyələrin, əvvəldən hökm etmələrin və adətlərin mətnin təfsirində təsir qoymasını lazımlı sayır.
Dördüncü; Əgər hər bir fərziyyə əvvəlcədən başqa bir fərziyyəyə ehtiyaclıdırsa şübhəsiz ki, həmin əvvəlki fərziyyə də özündən əvvəl bir fərziyyəyə ehtiyaclıdır. Bu də əslində dövr ya sonsuz silsiləyə səbəb olur.[34] Dinin müxtəlif təriflərinə diqqət;
Bura qədər dinin hermenevtik və müxtəlif təriflərinə toxunuldu və izahlar verildi. Ən çox nəzər cəlb edən Qadomerin nəzəriyyəsinə işarə edib ona uyğun mətləbləri də qeyd etdik. Amma bu bəhsin təkmil olmasından ötrü bir neçə məsələni diqqət çatıdırmaq zəruridir:
Birinci məsələ; “Dinin müxtəlif tərifləri” müəyyən həddə qədər müasir hermenevtik nəzəriyyədən götürülməsinə baxmayaraq, İslam elmində mətni anlama, dərk və yozulması qədim zamanlardan mövcuddur. Onu da qeyd etəmək olar ki, İslam elmlərində hermenevtik bəhslər, xüsusilə təfsir, üsül və nəzəri irfan elmlərində çoxdan istifadə olunmuşdur. Miçal üçün əqli, nəqli, rəmzi, şühudi və Quranla Quran, ayə ilə ayə, şəxsi rəy kimi təfsir növləri, həmçinin, kəlmələr və kəlmənin zahiri və batini mənalarının ələ gətirilməsi və sair .... bəhslərini göstərmək olar.
İkinci məsələ; Müqəddəs dini mətnlər müsəlmanlar və İslam aləmində və mədəniyyətində, müxtəlif islam elmlərinin vücuda gəlməsində mühüm rol oynadığına görə demək olar ki, dərk və açıqlamalarda, mətnlərdən təfsirlər ələ gətirmək yolunda, nəzəriyyə vermək, elmi mübahisələr və etiqadi bəhsləri bilmək kəlam elminin ən mühüm bəhsləri kimi rol oynayır. O cəhətdən, dinin müxtəlif tərifləri və dini terminlərin müxtəlifliyi kimi bəhslərdə bəzi ixtilaflar qarşıya çıxmışdır. Bu ixtilaflar ən çox son zamanlarda qərbdən mənşə alan bəzi “ziyalılar” tərəfindən ortaya atılmış və əsasən, Qadomen nəzəriyyəsindən “borc alınmış” bir nəzəriyyə kimi nəzərə gəlir. Bu mütəfəkkirlər çılışmışlar ki, hermenevtika fəlsəfəsini İslamda əsas üsul, Quranın təfsiri və rəvayətlərin dərk olunmasında istifadə etsinlər. Onların bu sahədə seçdikləri nəzəriyyəni bu qismlərə ayırmaq olar:
1. Din və şəriət mətnləri sakit və danışmazdır;
2. Müfəssirlərin və qarşı tərəfin zehni və xaricdəki fərziyyələri mətnin təfsirində təsir qoyur;
3. Dinin həqiqəti və gövhrəi heç bir müfəssirin toruna keçməz və sığışmaz;
4. Adi insanlar arasında heç bir dəqiq nəzəriyyə yoxdur və biz həmişə haqla batilin arasında qərar tuturuq;
11Üçüncü məsələ; Yuxarıda qeyd olunmuş nəzəriyyələrin heç birində həddən artıq nəzərə gələn dini təriflər arasında həqiqəti ayırmaq və ona çatmaqdan ötrü heç bir qanun və meyar təyin olunmamışdır. O cümlədən, haqla batili, doğru ilə yalanı ayırmaqdan ötrü heç bir səy göstərilməmişdir. Başqa sözlə desək, bu nəzəriyyələrdə bütün meyllər və dəyərlər bərabər qiymətləndirilir. Halbuki, dini əsaslara və məhşur nəzəriyyələrə görə gərək dini müfəssir öz zehni anlamlarında “müəllifin” üfüqi zehnini ayıra bilsin, qanun və meyarlar əsasında özünün düzgün nəzərini müəllifin niyyəti ilə uyğunlaşdırıb açıqlasın və ictihad eləsin. Yoxsa, bu nəzəriyyələr və təzə meyllər əslində dini nisbi analayışından əlavə, dini anlamın qanunşünaslığının da nisbiyyətlə olmasına hökm edir.
İslam alimlərinin nəzərinə görə çox qədimdən bəzi dini anlam və terminlərin (adi) insanlar üçün dərk olunması çox çətin olması qəti bir məsələdir. Amma bu ixtilaf “qanuni ixtilafdır”. Hətta, bu qanunların bir çoxu dini mətnin özü əsasında düzəlmişdir. Beləliklə, “dərkdə ictihad” və ya “dini tərif”, “təfsir rəy” kimi öz zehni məhsulunu dini mətnə nisbət verib hər tərifi qəbul etmək olmaz.
Dördüncü məsələ; Bütün deyilənləri nəzərə alaraq demək olar ki, fəlsəfi heremenevtika tərəfdarlarını və dinin müxtəlif təriflərini qəbul edənləri “müfəssir məhvər” adlandırmaq olar. Halbuki İslam alimlərinin nəzəriyyələri həqiqi danışanın (Allah ya elçisinin) iradəsinin ardınca olduqlarına görə onların meyli “müəllif məhvər” meyldir. Bu cəhətdən ki, onların nəzəriyyələrində müfəssir, məntin vasitəsi ilə (Quran və hədis) əsl söz sahibinin niyyətinə yol tapır, onların yolunu “mətn
 məhvər” də adlandırmaq olar. Müəllif məhvər və mətn məhvər müfəssirin bütün təlaş və cəhdi danışanın əsl sözünü və iradəsini dəqiq şəkildə ələ gətirməsinə xidmət edir və bu yolda məqsədinə çatdıra biləcək bütün qanunlardan istifadə edir. Məsələn, mətləbə dəlalət edən sözlər və qanunlar, danışanın dininin qanunları kimi bəzi ilk elmi məlumatların olması, dil qanunlarını bilməsi, ümum və xüsus qanunları, mütləq və qeyd, xülasə və izah, üfüq, yaxud mətnin nazil olma səbəbləri və sair ...mətləbə aid mövzulardan xəbərdar olmalıdır.
Beləliklə, müəllif məhvər (meyar) olmaq bütün fərziyyələrin inkar olunması mənasında deyil. Baxmayaraq ki, müfəssirin bəzi nəzəriyyələrinin mətnə təsir etməsi mümkündür və nəticədə “şəxsi rəyə əsaslanan təfsir” qarşıya çıxır. Buna baxmayraq təfsirdən öncə biliklər və fərziyyylər var ki, onlardan qaçmaq olmaz. Məsələn;
1. Əsl mətndə ictihad edib ordan təzə mənaları ələ gətirməkdən ötrü öncədən bir sıra müqəddəmə bilgilərə və fərziyyələrə malik olmaq lazımdır. Məsələn, mətnə aid dil ədəbiyyatının qanunlarını bilmək, və sair...
2. Kəlam və teoloji fərziyyələri əvvəlcədən bilmək; o cümlədən, Allahın hikməti, Onun kəlamının hidayət edici olması, Quranını dili, onun aydın olması, Quran və Peyğəmbərin (sələllahu ələyhi və alihi və səlləm) işlətdiyi qanunların dəlil olması və sair....
3. Qarşı tərəfin zehni suallarına, məntiqi iradlarına,və mətnin səviyyəsinə aid olan dəyərli, maraqlı və dərkə səbəb olan fərziyyələr zehndə olmalıdır.
Beşinci məsələ; bu mövzuda sonuncu məsələ və sual budur ki, nəyə görə, hətta, müəyyən qanun çərçivəsində olan ictihad, dərklər və anlayışlar da müxtəlif və fərqli olur?
Cavabda qısa olaraq onu demək olar ki, bir sıra ziddiyyət və çox mənalılıq əslində qeyri-həqiqi və mətnin anlayışının düzügün olmamasından irəli gəlir və əslində bütün bu nəzəriyyələri bir çərçivə içərisində qərar vermək lazımdır. Misal üçün bəzən hökmlər fətvalarla müxalif və qarşı-qarşıya durur. Belə məsələlər əslində iki mövzuda, iki zamanda və iki şərtdə qərar tutur. Əgər dərindən dəqiq təhlil və tərkib olunsa, ümumi olaraq ixtilafı aradan qaldırmaq olar. Başqa sözlə desək, hər ikisini bir yerdə cəm etmək olar.
İxtilaf və çoxmənalılığın başqa bir növü də mütəfəkkirin, təfsirçinin və ya hər hansı mühəqqiqin dünyagörüşü və dərkinin dərinliyinə qayıdır. Başqa sözlə desək, bir çox müfəssirlərin “əvvəlcədən zehnində olan fərziyyələr və sualları”, “səviyyələri” müxtəlif cəhətdən və şəxsi nəzəriyyədən mənşə alır, sonra əsl müqəddəs mətnin sorağına gedirlər. Digər cəhətdən əsl mətnin dərinlikləri, batini mənalara malik olması və bəzi hikmətləri səbəb olur ki, fərz olunan suallara müxtəlif cavablar zehnə gəlsin. Bu səbəbdən əslində, bütün cavablar qarşı-qarşıya yox, bir çərçivədə olmalıdır.
Amma, bəzən heç bir vəchlə bir çərçivədə olmaq qabiliyyətinə malik olmayan zidd və çoxmənalı nəzəriyyələri xülasə olaraq bir neçə səbəbdən araşdırmaq lazımdır:
Ədəbiyyat qanunlarını nəzərə almamaq və ya səhvə yol vermək; dilçilik maarifindən bəhrələnməmək, məsələn, əsl mətndə olan istisna və qeyd qanunlarını bilməmək; məntiq elmindən yerində istifadə edə bilməmək və dəlil və sübut üsullarından istifadə etməmək; təfsir qaydasında cüzi baxış və ümumi əlamətlər və qeydlərə diqqət etməmək; əqli dəlil və nişanələrə diqqət etməmək; sənədşünaslıq məlumatının lazımi qədər olmaması və bu elmdən bəhrələnməmək, məsələn, rical ( rical elmi, hədisi nəql edən ravinin tarixdə həyat və yaradıcılığını və vəziyyətini araşdırmaq, nə dərəcədə etibarlı şəxs olub-12olmamasını ələ gətirmək elmidir) və dirayə (nəql olunan sözün sənədinin nə dərəcədə doğru olub-olmamasını araşdıran) elmini tətbiq etməmək və sair...
Xülasə budur ki, hər hansı din, yaxud mətn haqqında “qanunlar çərçivəsində”, əqli və “məhdud” şəkildə müxtəlif məna və nəzəriyyələr vermək qaçılmaz və inkar olunmaz bir mövzudur. Amma şübhəsiz ki, müqəddəs mətnləri araşdırmaq qabiliyyətinə və istedadına malik olmayan bir şəxsin din haqqında “təzə nəzəriyyə” və tərif irəli sürməsi yolverilməzdir və bu haqqında son nəzəri qəti olaraq bu sahənin əsl mütəxəssisləri və təhqiqatçıları verməlidirlər.[35]
Nəticə;
Plüralizm və dinin müxtəlif tərifləri haqqında iki nəzəriyyəni araşdırmaqla məlum olur ki, bu iki mövzu əslində dini təhqiqat mövzusundan kənarda olub son zamanlar qeyri-dini məktəblər tərəfindən geniş şəkildə irəli sürülmüşdür. Bu mövzular cəzbedici və fərqli olmaqları ilə yanaşı təzə kəlam elminin iki şaxəsi də hesab olunur.
Amma bu iki nəzəriyyənin müştərək nöqtəsi həmin hermenevtik plüralizmdədir ki, plüralizm nəzəriyyəsinin altıncı mövzusunda irəli sürüldü və bu sahədə müxtəlif biliklər verildi.
Sonda onu da qeyd etmək lazımdır ki, plüralizm və heremenvtika bəhsləri çox geniş mövzu olduğuna görə müfəssəl bəhslərə ehtiyac var və daha çox məlumat olmaq istəyənlərə bu mövzuda yazılan kitabalara müraciət etmələri məsləhət görülür.
Daha çox məlumat üçün ədəbiyyat;
1. Ustad Hadəvi Tehrani, Məhdi, Kəlami ictihadın əsasları;
2. Suruş, Əbdülkərim, Düzgün yollar;
3. Əbdurrəsul, Bəyat və digərləri, Kəlmələrin mənası;
4. Rəhipur Əzğədi, Həsən, Nəqd kitabı, №4;
5. Müctəhid Şəbstəri, Məhəmməd, Nermenevtika, Quran və qanunlar.
[26]  Zəbani Gülpayqani, Əli, Dini plüralizmin təhlili və nəqdi, səh.19, Elm və müasir təfəkkür müəssisəsi, birinci çap, Tehran.
[27]  Əvvəlki mənbə, səh.20.
[28]  Mir Çalyade, Din təhqiqi, Bihaəddin Xürrəmşəhrin tərcüməsi, səh.301; məqalə; Dinlər çoxluğu, Can Hikin əsəri.
[29]  Can Hik, Din fəlsəfəsi, tərcümə; Bəhram Rad, səh.238.
[30]  Düzgün yollar, Əbdülkərim Suruş, İntişarat Sirat, tehran, Keyhan jurnalları, №36, “Düzgün yollar” məqaləsi, №37, 38, Əbdurrəsul Bəyat və başqaları, kəlmələr lüğəti, Dini bilik və mədəniyyət müəssisəsi, Dini ploralizim məqaləsi, birinci çap, 1381-ci şəmsi ili.
[31]  Lüğətnamə, səh.160; Kitabu fiqh, № 4, dini ploralizim, müəllif; Həsən Rəhimpur Əzğədi.
[32]  Lüğətnamə, səh.161, 162.
[33]  Ustad Hadəvi Tehrani, Məhdi, İctihadın kəlam əsasları, Xaneyi xirəd adına mədəniyyət mərkəzi, Qum, birinci çap, 1377 şəmsi ili, hermenevtika bəhsi, səh.200-224; Əbdurrəsul Bəyat və başqaları, Lüğətnamə, “Hermenevtika” məqaləsi.
[34]  İctihadın kəlam əsasları, səh.225 və 235; Lüğətnamə, səh.590,592.
[35]  Bu açıqlamda Əbdurrəsul Bəyatın “Hermenevtika haqqında məqaləsindən” istifadə olunmuşdur.

Allah sizə yar olsun.
Sual (64) : Din nədir?
Allahın adı ilə.   
Din barəsində qərb alimləri tərəfindən müxtəlif nəzəriyyə və mətləblər irəli sürülüb. Quran ayələrində “din” iki mövzuda işlənmişdir.
1-Qeybi qüdrətə olan hər hansı etiqad, istər batil, istərsə də haqq olsun: اکم دینکم و لی دین. “Sizin öz dininiz var, mənim də öz dinim!”
2. İlahi dinlər haqqında: انّ الدین عند الله الاسلام “Allah yanında (haqq olan) din, əlbəttə, islamdır."
Dinin tərifində bizim nəzərimiz onun barəsindəki ikinci mənadır. Din, bu mənada ilahi dinlərə aid olur, onun müxtəlif mərhələ və şəraitləri var. Məsələn, öz-özlüyündə din və yollanmış din.
Daha geniş cavab
“Din” barəsində qərb alimləri tərəfindən müxtəlif nəzəriyyə və mətləblər irəli sürülüb. Can Hik özünün “Din fələfəsi” kitabında din barəsində müxtəlif təriflər və nəzəriyyələr nəql edir:
7a) Psixoloji tərif: Din, fərdlərin təklik halında yaranan hissiyyatları, təcrübə və əməlləridir ki, onlar özlərini “ilahi” adlanan hər bir şeyin müqabilində yerinə yetirirlər. (Vilyam Ceymz)
b) Cəmiyyətşünasların tərifi: Din, müxtəlif zamanlarda insanların ümumi inancları, etiqadları, əməlləri, şüarları və tutduğu yollardır. (Talkut Parsunz)
v) Materialistlərin tərifi: “Din, bizim azad istedadlarımızın həyata keçməsinə, çiçəklənməsinə mane olan əmr və qadağanların məcmusuna deyilir.” (İs Raynax)
Həmin məzmunlu başqa bir tərifdə deyilir: “Din - mehr-məhəbbət və hissiyyatlı, ucalıq, istilik və aydınlıq gətirən həmin əxlaqdır.” (Matyu Arnold)
d) Dini tərif: məs, “Din, bütün varlıqların bizim elm və mərifətimizdən yüksəkdə olan bir qüdrətin təcəllisi olması ilə əlaqədar bir həqiqətə etiraf etməkdir.” (Horbert İspenser) [20] 
Din barəsində belə təfsirlər qərb alimlərini ümumi bir etirafı qəbul etməyə vadar etmişdir. O da budur ki: “Din - hamının bir mənada qəbul etdiyi termin deyil; din adı altında müxtəlif ideyalar vücuda gəlib ki, hamısının bir-biri ilə bir növ əlaqələri vardır. Bu əlaqəni Lyudvik Vitgenştayn onu aliə-qohumluq [21]  əlaqələrinə bənzətmişdir.» [22] 
Quran terminlərində “din” iki mövzuda işlənmişdir:
1-Qeybi qüdrətə olan hər hansı etiqad, istər batil, istərsə də haqq olsun: اکم دینکم و لی دین. “Sizin öz dininiz var, mənim də öz dinim! ” [23] 
2- İlahi dinlər haqqında: انّ الدین عند الله الاسلام “Allah yanında (haqq olan) din, əlbəttə, islamdır." [24] 
Dinin tərifində bizim diqqətimiz “din”dən ikinci işlənən mənadır. Din, bu mənada ilahi dinlərə aid olur, müxtəlif mərhələ və şəraitləri var. Məsələn, din öz-özlüyündə və yollanmış din. [25] 
Əlavə təhqiqat üçün bax:
Mehdi Hadəvi Tehrani, “Vilayət və dəyanət”, Müəssiseyi fərhəngiye xaneyi xirəd. Qum. İkinci çap, 1380 şəmsi ili.
[20]  Can Hik, “Din fələfəsi”, səh-22-23.tərcümə: Bəhram Rad. Red. Bəhaid-dini Xürrəmşahi, Beynəlxalq “Əl-Hüda” nəşriyyatı. 1372 şəmsi ili.
[21]  Family Resemblance.
[22]  Can Hik, “Din fələfəsi, səh-23-24
[23]  “Kafirun” surəsi-6.
[24]  “Ali-İmran” surəsi -19.
[25]  Mövzu: Dinin mərhələləri.

Allah sizə yar olsun.
Sual (65) : Nəyə görə dinə ehtiyacımız var?
Allahın adı ilə.   
Allah-təala Qurani-kərimdə buyurur:
“(Ya Məhəmməd! Ümmətinlə birlikdə) batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut!”
Şəri istilahda “din” yəni, Allah-təalanın İslam Peyğəmbərinin vasitəsilə bəşəriyyətə səadət və xoşbəxtlik yolunu göstərməkdən ötrü göndərdiyi maarif, qanunlar və göstərişlər məcmuəsinə deyilir.
Bütün bunlar üç qismə bölünür:
1. Etiqadlar;
2. Əxlaq və ədəb qanunları;
3. Əməli vəzifə və təkliflər.
Bəhsimizin ilk mövzusu etiqadlardır. Bu mövzunu xülasə şəkildə bəyan etməzdən əvvəl dinin cəmiyyətdə zərurətinə və faydalarına işarə edəcəyik.
Dinin zərurəti
İnsan bu dünyada hədəfsiz yaradılmamışdır. Allah-təaladan da heç vaxt yersiz və hədəfsiz bir iş baş verməz. Quran ayələri və rəvayətlərdən aydın olur ki, insanın yaradılışında hədəf, fəzilət və kamala yetişməklə Allah yanında ən ali dərəcələrə çatmaqdır. Bu ali hədəflərə dəqiq proqram, hərtərəfli qanun və göstərişlərsiz çatmaq mümkün deyildir. Əksinə, bu dəyərli məqamlara çatmaqdan ötrü elə qanun və hökmlərə ehtiyac var ki, fərdi və ictimai hüquqları qoruyub, azadlıq və rahatlığı təmin etsin, kamal və səadət yollarını insana göstərsin.
Aydındır ki, belə qanunları bəşərin məhdud ağlı və naqis fikri ilə gətirmək mümkün deyil. Çünki, insan özünün müxtəlif istəklərini o cümlədən, yaradanını və onu əsas hədəflərinə çatdıracaq yolları tanımır. Bəlkə də, çoxları öz səadət və xoşbəxtliklərini dünyada maddi mənafelərinə çatmaqda görüb, mənəvi və axirət ehtiyaclarından qafildirlər. Çoxları öz mənafe və məsləhətlərini başqalarının mənafelərindən üstün tutub bu yolda hər bir işə əl atırlar.
Ümumiyyətlə, insanların dünya və axirətdəki səadəti, sağlam etiqad, İslam dininin göstərişlərinə əməl edib onun gündəlik (fərdi və ictimai) həyatda tətbiqi ilə bağlı olduğuna görə dinin cəmiyyətdəki zəruriliyi inkarolunmazdır.
Dinin faydaları
Dinin iki cür faydası var:
1. Fərdi faydaları;
2. İctimai faydaları.
Dinin fərdi faydaları həddən artıqdır. Onlardan üçnün aşağıdakı üç başlıqda göstərmək olar:
1. Qəlbin rahatlığı;
2. Ruhun güclənməsi;
3. Şəxsin qorunması.
1) Qəlbin rahatlığı
Allah-təala Qurani-kərimdə buyurur:
“O kəslər ki, Allaha iman gətiriblər və Allahı zikr etməklə qəlbləri rahat olur; bilin ki, qəlblər yalnız, Allahı zikr etməklə aramlıq tapar!”5
Bəli! Dinin hər bir insana faydalarından biri də odur ki, onu Allahı tanıyan və dindar edir. Elə bir Allah ki, bütün mövcudların yaradıcısı, bütün nemətləri əta edən, dəyişməz və sabit bir həqiqətdir. O Allah ki, bütün xeyirlər, izzət, ömür və həyat Onun əlindədir. İmanın vasitəsi ilə insanın batini aram, rahat, razı, qane və səbirli olur. Bəli! Hər kəsin Allahı var, hər şeyi var. Allahı tanıyanın nə müxtəlif gözlənilməz hadisələrdən və nə də fəlakətdən qorxusu olar.
2) Ruhun möhkəmliyi
Din, insanın iradəsini qüvvətli, bağışlayan və bütün nəfs istəklərini nəzarətdə saxlayan edir. Allah-təala Həzrət Əli (əleyhəssəlamın) ailəsi barəsində buyurur:
“Onlar elə kimsələrdirlər ki, etdikləri nəzri yerinə yetirər və dəhşəti aləmi bürüyəcək gündən (qiyamət günündən) qorxarlar. Onlar öz iştahları çəkdiyi və özləri yemək istədikləri halda yeməyi yoxsula, yetimə əsirə yedirdərlər.
Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik.”
Bəli! Bu kimi xüsusiyyətlər o ruhda tapılar ki, mütləq, yenilməz və sonsuz qüdrəti olan Allaha imanı olsun. Ruhu zəif olanlar heç vaxt belə bir ali sifətə malik olmazlar. Allaha bağlı kamil imana sahib olan Peyğəmbərin (s) qüvvəli ruhudur ki, buyurur:
“Əgər günəşi sağ əlimə və ayı da sol əlimə versəniz, yenə də öz ali hədəfimdən əl götürən deyiləm.”
3) Şəxsi qorumaq
Dinin insana üçüncü ən böyük faydası, onu müxtəlif həlakedici sifətlərdən və hallardan qorumasıdır. Din, ilk yaranış və qiyamətə etiqadı olan şəxsi hər cür fəsad, başqalarının haqqına təcavüz, zülm və sitəmdən qoruyur.
Əmirəl-möminin Həzrət Əli (əleyhəssəlam) buyurur:
“Allaha and olsun! Gecəni iti tikanlar üstündə oyaq başa vurmağım və ya iri zəncirlərə bağlanıb sürünməyim daha əzizdir ondan ki, qiyamət günündə Allah və Rəsulu ilə elə halda görüşəm ki, bəndələrin bəzisinə zülm etmiş olam və ya onların mallarından bir şey qəsb etmiş olam....... Allaha and olsun! Yeddi iqlim göylərdə olanları mənim ixtiyarımda qoyalar ki, qarışqanın ağzından arpanın qabığını alam və zülm edəm, heç vaxt etmərəm.”
Beləliklə, din, insanı daim Allahı xatırlamağa vadar edir. Nəticədə, qəlbi rahatlaşdırır və ruhu qüvvətləndirir. Onu nalayiq işlərdən qoruyub saxlayır.
Bəli, insan doğru və düzgün dinə bağlanıb, dindən olduğu kimi istifadə edərsə, dinin bərəkətindən arzuladığı səadətə yetişər. Çünki, dinin insana həm mənəvi və həm də maddi faydaları vardır. Din, insanda özünə etimad, ruhun möhkəmlənməsi və qəlb şadlığı yaradır. Onu hər cür çirkinlikdən qoruyur və nəticədə canı sağlam, malı qorunmuş, həyatı xoş, adını yaxşı və işlərinin aqibətini xeyir edir. Allah-təala buyurur:
“Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edib, etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik.”
İctimai həyatda yaşayan insanlar, xeyir-şər, izzət, zillət, həyat və ölümdə bir-birləri ilə müştərəkdirlər. Həmçinin, cəmiyyətin tərzi-təfəkkür və hissiyatlarında da oxşarlıqları vardır. Onlar hamısı birlikdə cəmiyyəti təşkil edirlər. Sağlam cəmiyyət bir insan hökmündədir. Cəmiyyətin sağlam, güclü, şad, həmişəlik və həyatdan daha çox faydalanmasından ötrü üç əsas lazımdır.
1. Cəmiyyətin fərdləri və təbəqələri arasında ülfət, birlik və mehribançılığın olması;
2. Cəmiyyət üzvlərinin bir-birinə zülm və əziyyət etmələrindən çəkinməsi;
3. Haqq və xeyir işlərdə cəmiyyət üzvlərinin bir-birlərinə köməklik və həmkarlıq etmələri.
İlk yaranış və qiyamətə etiqadlı olmaq, qeyd olunan bu üç əsli yaşayış mühitində ən yaxşı şəkildə əməli edir. Dinin cəmiyyətə ən mühüm və birinci faydası cəmiyyət üzvləri arasında mənəvi birlik və qardaşlıq yaratmasıdır. Həmçinin, din, insanların qəlblərində bir-birinə qarşı ülfət yaranmasından ötrü ən yaxşı vasitədir. Allah-təala Qurani-kərimdə buyurur:
“Hamınız bir yerdə Allahın ipindən (dinindən) möhkəm yapışın, bir-birinizdən ayrılmayın. Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O, sizin qəlblərinizi (İslam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizə qardaş oldunuz.”
6Dinin cəmiyyətə ikinci faydası budur ki, din, cəmiyyət üzvlərinin bir-birinə qarşı əzab və əziyyətlərinin qarşısını alır, ən azı azaldır. Cəmiyyətin və ya fərdin bədbəxtçiliyinə səbəb olan şər və fəsad niyyətini məhv edib aradan aparır. Din, insanın batinində yatmış və həmişə fitnə-fəsad törətmək istəyən şeytanın əl-qoluna zəncir vurur və onu cilovlayır. Din, zorakılıq, təkəbbür və fərdin bir-birinə qarşı əxlaqsızlıqlarının qarşısını alır. Din, qohum-əqrəba arasındakı bağlılığı möhkəmləndirir və onun qorunmasına çalışır. Allah-təala buyurur:
“Həqiqətən, Allah (Qurandan insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi buyurar. Zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edər. Allah sizə bəlkə düşünüb ibrət dərsi alasınız deyə, belə öyüd-nəsihət verir.”
Dinin yaşayış mühitinə üçüncü faydası, bütün insanların xeyir işlərdə, bir-birlərinə köməklik göstərib, pis işlərin və günahların qarşısını almaqda əl-ələ vermələrinə çağırmasıdır. Din, insanları ədavət və düşmənçilikdən çəkindirir. Onlara öz növlərindən olan insanların mühitinin cəhənnəmə çevirmələrini qadağan edir. Həmçinin, insanları bir-birinə əziyyət verməkdən çəkindirir. Allah-təala Quranda buyurur:
“Yaxşılıq və xeyir işlərdə bir-birinizə kömək olun. Günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin! Allahdan qorxun! Həqiqətən, Allahın əzabı şiddətlidir.!”
Din öz insanpərvər proqramları və qanunları ilə elə bir yaşayış mühiti təşkil edir ki, belə bir mühitin ruhu mütləq xeyirdir. Belə qüdrətli, xoş və yüksək səviyyəli proqramlarla o cəmiyyətin fərdlərini dünya və axirətdə xoşbəxt olmağa hazırlaşdırır.
İndi ki, dinin mənası, zərurəti və faydaları qısa şəkildə aydın oldu, əsas mətləbə qayıdırıq. Qeyd etdiyimiz kimi dinin üç əsas hissəsi var. Bundan sonrakı bəhsimizin mövzusu etiqadlardır. Bəhsə başlamazdan əvvəl aşağıdakı mətləbə diqqət edək:
Əməliyyə risaləsinin birinci məsələsində qeyd edildiyi kimi, müsəlman dinin əsaslarına (yəni, tövhid, ədl, nübuvvət, imamət və qiyamətə) yəqinlik əldə etməlidir etməlidir. Yəni, bütün bunlara möhkəm şəkildə elm ələ gətirməlidir. Bu sahədə başqasının dediyinə kifayətlənmək olmaz. Qısası, ağıl, ayə və rəvayətlərin hökmlərinə əsasən, hər bir müsəlmana vacibdir ki, dinin əsaslarına yəqinlik əldə etsin. Bu işdə səhlənkarlıq isə əbədi əzaba səbəb olar. Onu da qeyd edək ki, yəqinliyin əsası, qəti etiqadın hasil olmasıdır. Bu məna hansı yolla ələ gəlsə də kifayətdir.
Beləliklə, insanların əksəriyyəti dinin əsaslarına alimlərin dediklərindən, ruhani və din müəllimlərinin danışığından, hətta bəzən, valideynlərinin sözlərindən yəqinlik əldə edirlər. Bütün bunlar danışanın dediyi mətləbə tam etiqadlı olub, yalan və xilafın onda olmadığını bildikdən sonra hasil olur. Həmçinin, ola bilsin ki, müsəlman özü yəqinlik hasil etdikdən sonra öz əqidəsini başqasına isbat etməkdən ötrü dəlil gətirə bilməsin. Əsas məsələ şəxsin özünün yəqinlik əldə etməsidir.

Allah sizə yar olsun.

Sual (66) : Deyin görək din insan üçündür yoxsa insan din üçün?
Allahın adı ilə.   
Baxmayaraq ki, din bir növ insanın fitrətini açıqlayır; yəni insanla din bir dəmir pulun iki tərəfi və yaxud iki üzü kimi sayılır. Nəticə almaq üçün hansı biri o biri üçündür, təyin etmək asan deyil. Amma insanın dünyadakı bütün maarif, elm və işləri özünə ixtisas verməsi bunu açıqlayır ki, din bir nemətdir və Allah Taala onu insanı kamala çatdırmaq üçün göndərmişdir. O insanın kamala çatması üçün bir nərdivandır (pillədir).
Bu mövzunu başa düşmək üçün əvvəl insan, din və onun faydalarını misal üçün hər bir mürəkkəb əşyanı tanımaq, və yaxud gözə görünməyən varlıqları ki, insan vücudunda vardır tanımaq lazımdır. [1] 
A)- İnsanın həqiqəti
İnsan sirlərlə dolu bir varlıqdır. İnsan vücudunda olan varlıqlar o qədərdir ki, onları rahatlıqla tanımaq mümkün deyil. Baxmayaraq ki, tarix boyu bir çox tədqiqatlar aparılmışdır. Amma bir çox sirləri hələdə açıqlaya bilməmişdirlər. [2]  Beləliklə insan varlığını yaxşı olardı ki, bu cür adlandıraq: Aləm varlığında yarananları özündə birləşdirmiş və Allahın həqiqət və varlığının vacibliyini özündə əks etdirən bir varlıqdır. [3]  İnsanın bunları özündə birləşdirməsini tanımağın ən yaxşı yolu, insanların rəbbi olan Allah taalanın Qurani kərimdəki sözlərindən istifadə etməkdir. [4]  Bunun üçündə bu mövzularda xülasə və qısa olaraq Qurani kərimdən açıqlayırıq:
İnsan vücudunda bərabər olan qüvvələr:
Quran "Şəms" surəsində insan (nəfs)- ə yer, göy, günəş və ya aydan sonra işarə edir; yəni insan onların səmərə və barıdır, bu bağın gülüdür və varlığın nəticəsi isə insandır. Başqa cür desək " و الشمس و ضحيها" – dan başlayaraq yeri zikr etdikdən sonra insan haqqın da söz açaraq insanın xüsusiyyətlərini açıqlayaraq buyurur:
«"و نفس و ماسويها"»
O cür ki, günəşin saçması və şüası onun nurundan qaynaqlanır; insanın parlaması isə onun saflıq və təmizliyindən qaynaqlanır; yəni, təadül, o deməkdir ki, insan elə bir cür olmalıdır ki, müxtəlif hissiyyatlar onda bərabər olsun, bir hissəsi o biri hissənin qarçılığında ağır olmasın.
O cür ki, seçim onun üçün rahat olsun və bu bir nöqtədir ki, birlikdə səfərdə olan o biri yoldaşlarından ayrılır.
Bu insanın digər varlıqlardan ayrılması deməkdir; yəni insan bir şeyi bilib tanımadan qəbul etmir, insandakı qüvvələr birləşərək insanı o hədəfə doğru hərəkət etdirir. [5] 
Elmin yüksək məqamı:
Quran kərim buyurur: Allah taala Adəmə xüsusi bir elm öyrətdi, mələklər ondan heç bir xəbərləri yox idi. Onlar öz nadanlıqlarını (cahilliklərini) etiraf etdikdən sonra, Adəmə əmr etdiki, o xüsusi elmdən onlara da öyrətsin. [6] 
İnsan tək bir varlıqdır ki, ağır bir ilahi əmanəti öz öhdəsinə götürmüşdür. [7] 
İnsanın dünyadakı fəaliyyəti:
Allah taala bütün kainatı insanların fəaliyyəti və məskənləşməsi üçün yaratmışdır.
"Siz bilmirsiniz ki, Allah taala bütün yer üzündə və göydə olanları sizin ixtiyarınızda qoymuşdur, aşkarda və batində olan nemətlərini sizin üçün tamamlamışdır. [8] 
Allahın yer üzündə xəlifəsi
İnsan tək varlıqdır ki, əzəmətli varlıq olduğu üçün Allahın xəlifəsi olmaq məqamına yol tapmpışdır. Qurani kərim Allahın mələklərlə Adəmi (ə) özünə yer üzündə canişini seçməsi haqda söhbətlərinibu cür açıqlayır; O zaman ki, sənin rəbbin mələklərə dedi: "Mən yer üzündə xəlifə ixtiyar edəcəyəm" [9] 
Diqqət etsək, xəlifə kəlməsinin mənasında məlum olur ki, insan yeganə varlıqdır Allahın kamil sifətlərin özündə aşkar etsin. Aləmdə onun xeyir və camal sifətlərini aşkar etsin.
O sür ki, xəlifə (nümayəndə) hər bir baxımdan rəhbərin (haqq taalanın) nümayəndəsidir və onun tərəfindən xəlifə olaraq seçilmişdir. Bunun üçün də, insanı bu məqama seçmək bunu tələb edir ki, insan sonsuz qabiliyyətlərə və istedadlara sahib olub kamil olmağa yiyəlnəsin. [10] 
Allaha bağlılıq:
Allah taala Qurani kərimdə insanı hər bir halda möhtac bir varlıq kimi tanıtdırır, onu fəqirliyin özü adlandırır; yəni bütün varlıq o haqq Allaha bağlıdır:
[11] «"يا ايها الناس انتم الفقرا الي الله و الله هو الغني الحميد"»
Əgər insan özünü möhtac və fəqir olduğunu dərk etsə öz rəbbini ehtiyacsız olaraq tanıyacaq. [12] 
[13] «"من عرف نفسه فقد عرف ربه"»
Nəticə alırıq ki, Quran insanın həqiqətini açıqladığı zaman buyurur: İnsan (həyyi mütəal)- dır; yəni diri bir varlıqdır ki, onun həyatı onun təlləsi üzərində aşkar olur. Təllə, bir şeyin Allah qarşısında əriməsi və yumşalması deməkdir. İnsan həqiqəti 3dəyişilməzdir; çünki o ("حي متألّه") gözəl surətdə yaradılmışdır. Allah taala o həqiqəti dəyişməz; çünki onun gözəl bir başqası da onu dəyişə bilməz; çünki onu dəyişməyə qüdrəti çatmaz.

[14] "لا تبديل لخلق الله "Quran insanı elə tanıtdırır ki, insan bilsin haradan gəlib, haraya gedir və dünyada nə iş hörməlidir. [15] 
B)- Dinin həqiqəti:
Dindən məqsəd əqidə, əxlaq və qanuna riayət etmək üçün bir təşkilatdır. Allah onu insanların hidayəti üçün göndərilmişdir. İnsan bunu öyrənməklə öz nəfsini kontrol edib öz azadlığını təmin edir. İlahi din insanın həqiqət və ehtiyaclarına diqqət edib onun üçün proqram tökür ki, onun ehtiyaclarını hər tərəfli olaraq həll etsin. Kamil ilahi dindən məqsəd, islam dinidir ki, bir mənalı olaraq cəmiyyəti və onun hansı işə doğru getməyə hidayət edir. [16] 
C)- Fayda və mənfəətin mənası:
Bəzi vaxtlar fayda və mənafe həqiqidir və bəzi vaxtlar isə həqiqi yox məcazidir.
Həqiqi xeyir və mənafe odur ki, insan varlığıyla uyğun olsun və xoşbəxtliyə, səadətə və ləzzətə həmişə olaraq özündə yer versin. İnsan onun özündə olduğunu hiss etdikdə heç bir zaman peşimançılıq hissi keçirməsin; Ədalət, ehsan (yaxşılıq) haqqa qovuşmaq, cənnət, məzlumdan himayət etmək, ehtiyacı olanlara kömək etmək və s. kimiləri həqiqi fayda və xeyirdir.
Amma məcazi və həqiqi olmayan xeyir ondan ibarətdir ki, onda olan ləzzət bir anlıqdır və daimilik deyil; əsər və bədbəxtçiliyi isə uzun müddətli və həmişəlikdir. Duzlu bir sudur susuz insan içdikcə susayır, xəstəni isə ölümə doğru çəkər. Sədrul Mütəllihin deyir: Bəzi ürəklərdə, insanlarla düşmənçilik etmək üçün minlərlə vəsvəsə, yalan və düşmənçilik vardır. Belə bir ürək, qəmin- qüssənin, qəzəb və ağır əzabların bitdiyi bir yerdir. O cəhənnəm quyularından olan bir quyudur qorxulu, sıx və qaranlıq. [17] 
Həqiqi xeyir və faydanı, məcazi və həqiqi xeyirdən ayıran yalnız dindir.
Nəticə:
Nəticə alırıq ki, kamil ilahi din insanın həqiqətini açıqlamaqda gözəl və ətraflı bir məlumat verən və doğru hisləri hər tərəfli olaraq ona anladır. İnsanın ehtiyacı olan həqiqi niyazlarını, puç və həqiqəti olmayan ehtiyaclardan ayıraraq kömək edir. Çünki, yalnız insanı yaradan bir varlıq insanın həqiqi ehtiyaclarını, puç və mənasız ehtiyaclardan ayırmağa qüdrəti çatır. Bununla belə insanı ilahi məqsədə və kamilliyə doğru yol açır. Başqa sözlə desək insan susuz bir varlıqdır ki, bu susuzluğu yalnız din aradan qaldırır. İnsanın elmdən susuzluğuğa üz çevirməsi, o susuzluğu bir daha artırır və ölümə doğru aparır.
İndiki dövrdə insanlar bütün insanlıq məqamlarını keçmişdir. Bəzi qərb alimlərinin dediyi kimi bəşər dünyanın sonunu öz gözləriylə görmüşdür. Dinə olan ehtiyaclarını dərk edərək vəhyi candan qəbul edir. Buna səslənir ki, nicat yolu yalnız ilahi vəhyi qəbul etməklə və peyğəmbərlərə üz çevirməklə mümkündür. [18] 
Bəs bu açıqlama nəticəsində məlum olur ki, din insan üçün gəlmişdir. Əgər bir şəxs insanı din üçün olmasını deyirsə, yenə də sözünü həqiqət üzündən demişdir; çünki, insan əgər öz canını və ruhunu dinə qurban verib Xosrovla Şirin və Leyliylə Məcnun kimi olursa, Behişt bu dünyada onun üçün hazır olur. Onun təravət və şirinliyini canında və ürəkləri osunlayan ətriylə hiss edir. [19] 
Bəs hər halda nəticə və faydası insana qayıdır. Əlbəttə bu mətləbi açıqlamaq burada mümkün deyil ətraflı məlumat üçün kitab halında yazmaq lazımdır.

[1]  Cavadi Amuli, Abdullah, İntizare bəşər əz din, səh 24.
[2]  Məarife islami, cild 1, nehade nümayəndegi, səh 93, əlavə etməklə.
[3]  Həsənzadə Amuli, Həsən, Mərifəte nəfs, cild 1,
[4]  İntizare bəşər əz din, səh 3, Əlavə etməklə.
[5]  Hairi Şirazi, Əxlaqe islami, səh 4, əlavə etməklə.
[6]  Bəqərə surəsi, ayə 13- 31
[7]  Əhzab surəsi, ayə 72.
[8]  Loğman surəsi, ayə 20
[9]  Bəqərə surəsi ayə 30
[10]  Məarife islami, cild 1 səh 100
[11]  Fatir surəsi, ayə 15
[12]  İntizare bəşər əz din, səh 30
[13]  Biharul- ənvar, cild 2, səh 32.
[14]  Rum surəsi, ayə 30
[15]  İntizare bəşər əz din, səh 30- 31 əlavə etməklə.
[16]  İntizare bəşər əz din, səh 26, əlavə etməklə.
[17]  Şəvahidur- rububiyyə, Sədrül- Mütəllihin, səh 283
[18]  İntizare bəşər əz din, səh 10
[19]  İntizare bəşər əz din, səh 10
Allah sizə yar olsun.
Sual (67) : Din nə üçündür və hansı bölümləri vardır?
Allahın adı ilə.   
Din bəşəriyyətə səadət yolunu göstərmək üçün Allah tərəfindən peyğəmbərlər vasitəsi ilə göndərilmiş həyat proqramıdır. Xoşbəxt olmaq istəyən insan bu proqrama əməl etməlidir. Dini əqidə insanın qəlbində yerləşmiş gizli nəzarətçi kimidir. O, insanı çirkin işlərdən çəkindirir, gözəl sifətlərə vadar edir.
Dünya həyatı öz eniş-yoxuşları ilə labirinti xatırladır. Din iki yol ayrıcında dayanmış insana doğru yolu göstərir. Dünya çətinlikləri ilə üzləşmiş insan iman qüvvəsindən güc alaraq Allaha üz tutur və Allahın yardımı ilə keçilməz sədləri aşır.
124 min peyğəmbərin sonuncusu Həzrət Məhəmməd (s), beş ilahi kitabın sonuncusu isə Qurani-kərimdir. Qurani-kərimin “Bəqərə” surəsində buyurulur: “Bu kitab heç bir şübhə olmayan və təqvalılara doğru yol göstərən kitabdır. (Təqvalılar) o kəslərdir ki, qeybə inanır, namaz qılır, və onlara verdiyimiz ruzilərdən ehsan edirlər.” (a - 2 – 3)
İslam təlimləri üç hissədən ibarətdir:
1. Etiqadlar (üsuli-din: tövhid, ədl, nübüvvət, imamət, məad).
2. Əxlaq
3. Əməllər (fürui – din: namaz, oruc, xums, zəkat, həcc, cihad, əmr be məruf, nəhy əz münkər, təvəlla, təbərra)
Bu üç elmi öyrənmək üçün bütün müsəlmanlar üçün fərizə, yəni vacib hesab olunur. Xoşbəxt olmaq istəyən insan dinin əsaslarına inanmalı, düzəldib dini hökmlərə əməl etməlidir.
Allah sizə yar olsun.

Sual (68) : Salamun əleykum. İslam dini küfr ölkələri ilə əlaqələrə necə baxır?
Allahın adı ilə.   
Əleykumus-salam.        
İslam fitrət dinidir. İnsan isə fitrətən azadlığa meyllidir. Müsəlmanların azadlığına xələl gətirməyən əlaqələr İslamda mümkün sayılır. Ana paltarını bulaşdıran uşaqdan qaşığı alıb özü yedirtmək istəyəndə uşaq e`tiraz edir. O, hər vəchlə müstəqil olmağa can atır.
İslamın ilk on ilində müsəlmanlar ibadət zamanı üzlərini Beytül-müqəddəsə tuturdular. Mədinəyə hicrətdən sonra yəhudilərin “hanı sizin öz qibləniz” kinayələri ilə qarşılaşan peyğəmbər isə vəhy intizarında idi. Nəhayət, vəhy nazil oldu və Allah müsəlmanlara Məscidül-həramı (Kə`bə) qiblə tə`yin etdi.
Müsəlmanların hər hansı bir işdə özünü kafirlərə oxşatması da haramdır. Özünü kafirlərə oxşadanlar əslində müsəlmanlığı alçaldırlar.
Allah sizə yar olsun.
Go to TOP