Sual (41) : Salamun əleykum.İslamın həqiqi simasını və onun döyüşlə münasibətini açıqlayın.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
"İslam" sözü lüğətdə "ْSəlm" və "Səlam" köklü olub sülh və əmin- amanlıq mənalarında işlədilir.[ - Kitabul- eyn, 7- ci cild, 267- ci səhifə bax göstərici: Ali- imran surəsinin 19- cu ayəsinə əsasən İslam dini anlamı necədir? 956- cı sual. Quran və İslam və müsəlmanın mənası, 829- cu sual (sayt nömrəsi, 898).] Sülhün vacibliyi və əhəmiyyəti müqəddəs Qurani- kərimdə qeyd olunmuşdur.[ Nəml surəsi, ayə 32- 44.] Qurani kərim sülh və əmin- amanlıq ideologiyasını təsdiqləmək üçün buyurmuşdur:
43«یا ایها الذین آمنوا ادخلوا فی السلم کافة و لا تتبعوا خطوات الشیطان انه لکم عدو مبین»
"Ey iman gətirənlər! Hamınız sülh və barışığa üz tutun. Şeytanın hiylələrinə uymayın. O sizin açıq aşkar düşməninizdir.[ Bəqərə surəsi, ayə 208.]
Qurani- kərimin nəzərinə əsasən dünyada baş verə biləcək sülh və əmin- amanlıq yalnız Allaha iman gətirməklə ucalığa çevrilə bilər. Yəni dünyada olan əmin- amanlıq yalnız İlahi göstərişin əhatəsində gərçəkləşə bilər. Dünyada olan coğrafi, irqi və milli fərqli insanlar yalnız Ulu Tanrıya iman gətirməklə birləşib dünyada sülhü və əmin- amanlığı bərpa edə bilərlər. Müsəlmanların inanclarına əsasən İmam Məhdi (ə) dünyada sülhü bərpa edərək hamını vahid bayraq altında birləşdirəcəkdir. Bu inanc təbiidir ki, yalnız İslam dini və Allaha iman gətirməklə öz həqiqətini əks etdirəcəkdir.
Hətta Allah- Taala Quranda buyurur:
«و ان جنحوا للسلم فاجنح لها ...»
"Əgər sizin düşmənləriniz adilliklə sülhü tələb etsələr, siz də qəbul edin".[Ənfal surəsi, ayə 61]
Bunu da qeyd etmək lazımdır ki, insanların ixtiyarları öz öhdələrində olduğu üçün bəziləri bundan sui istifadə edərək zülm, zəlalət və fəsad yolunu seçərək başqalarını da buna dəvət edir. Bu səbəbdən kamil bir dinə İslam dini) vacibdir ki, bu xoşagəlməz halların qarşısını alsın və insanları qane edəcək bir hidayət yolu irəli sürsün. Başqa sözlə desək kamil bir dinin dünya fəsadlarının müqabilində onlara cavab verə biləcək bir proqramı olmalıdır.
Bəzən qeyd etdiyimiz zülmlər və qüğyanlar bir həddə çatır ki, zor tətbiq etmək və ya özünü müdafiə etməkdən savayı çıxış yolu qalmır. Bu səbəbdən də İslam dini cihad anlamını vacib buyurmuşdur. Belə ki, Qurani- kərim nitq və məntiq yolu ilə yumşalmayan, inadkarlıq edən, bilərəkdən Peyğəmbərin işlərini əngəlləyən və onunla açıq- aşkar düşmənçilik edənlər barəsində belə əmr edir: "Ey Peyğəmbər! Kafirlərlə və münafiqlərlə cihad et! (vuruş)"[ Təhrim surəsi, ayə 9.] İslam ictimaiyyəti hər cəhətdən gərək öz düşmənlərinin qəlbinə vahimə və qorxu salsınlar ki, onlar müsəlmanları zəif bilərək onlara zərbə endirməsin və ya xəyanət etməsinlər.[ - Misbah Yəzdi, Məhəmməd Təqi, Porseşha və pasoxha dər bareye nizam siyasiye İslam, 233- cü səhifə..]
Əlbəttə gərək İslam sərhədlərini[ Ənfal surəsi, ayə 60] qorumaq məqsədi ilə hərbi təlimlər keçməklə, İslam dininin ən gözəl eşq məktəbi olan cihad anlamını bəzi məsələlərlə qarışdırmayaq. İslam dini bütün zamanlarda sülh və əmin- amanlığın tərəfdarı olmuşdur. Amma bu o demək deyil ki, dünyada fitnə fəsad törədən və İslam dinini aradan aparmaq istəyən kafirlərə qarşı da bu mövqedə qalmalıdır. Əkssinə Quran ayəsinə əsasən onlarla vuruşmaq və mübarizə aparmaq bizə vacib buyrulmuşdur.
Allah Taala Quranda buyurur:
«و جاهدوا فی الله حق جهاده ...»
"Allah yolunda ona layiq olaraq cihad edin".[ Həcc surəsi, ayə 78.] Müqəddəs İslam dinində cihad anlamı sərhəd genişləndirmək və müsəlmanların şəxsi mənafeyini güdmək üçün düyil.
Deməli cihad təcavüz üçün deyil, əmin- amanlığı bərpa etmək üçündür. Buna görə də əgər bir məsələ sülh və ya danışıq yolu ilə həll ola bilərsə gərək cihada deyil məntiqə tərəf addımlamalıyıq. İslam dinində döyüş başlamazdan öncə tərəf müqabili sülhə və İslama dəvət etmək və bu ideoligiyaya əsasən vacib edilmişdir.
Müqəddəs İslam dinində zalımları, zəiflərə zülm edənləri və din düşmənlərini məğlub etmək və zəif insanlara nicat vermək onları İslam dini ilə tanış etmək üçün cihad əmrini vermişdir. Belə ki, məzlum və dünyadan xəbərsiz insanlara bu yolla nicat bəxş edir, onları dünya və axirət yoluna tərəf sövq edir.[ Nəşriyyeye mərifət, N= 102, İslamda hədəf və cihad məqaləsi, Həmzə Əli.]
Mərhum Əllamə Təbatəbai İslam dinində döyüşün və qüdrət nümayiş etdirməyin qadağan olması barəsində buyurur: "Cihaddan əsas məqsəd dinin öz yolunu davam etdirməsidir. Deməli cihad ibadətdir və "qürbətən illəllah" da burada vacibdir. Cihad anlamı kiməsə üstünlük bəxş etmək və kiminsə malını qorumaq üçün deyildir. Əksinə insanlığı qorumaq və əmin amanlığı bərpa etmək üçündür. Deməli cihad özü özlüyündə müəyyən çərçivəyə əsaslanır və hər növ təcavüzdən uzaqdır. Allah Taala Quranda buyurur:[ - Bəqərə surəsi, ayə 190.]
«لا تعتدوا ان الله لا یحب المعتدین»
"Təcavüz etməyin! Allah Taala heç vaxt təcavüzkarları sevməyir".[ Məhəmməd Hüseyn Təba- təbai, Əl- mizan təfsiri, 10- cu cild, 63- cü səhifə, Beyrut.]
Nəticədə belə deyə bilərik ki, müqəddəs İslam dinində nəin ki, cihad əmri haqlarını qoruyur və ictimaiyyətdə insanlar üçün əmin- amanlığı bərpa edir. Cihad anlamı tuğyankar və zalım hakimiyyətə qarşı mübarizə aparmaq və zəif insanlara onların şərindən xilas etmək və ədalətsizliyə qarşı çıxmaq üçün əmr olunmuşdur. Qısa təriflə desək. "Cihad insanın dəyərlərini özünə qaytaran və onu qoruyan ədalətli bir döyüşdür".
Deməli İslam düşmənlərinin müqabilində sülh anlamı yalnız müsəlmanların iqtidarı və hurriyyəti naminə şərtlə bağlanmalıdır. Həzrət Əli (ə) Malik Əştəri Misrə özü tərəfindən şəri hakim göndərərkən ona buyurur: "Əgər düşmən səni sülhə dəvət edərsə bil ki, Allahın razılığı bundandır və sülhü rədd etmə. Çünki sülh sənin döyüşçülərinin rahatlıq və asudəlik amilidir. Bundan əlavə sülhnamə və sənin hakim olduğun torpaqlara əminlik bəxş edəcəkdir. Amma sülhdən sonra öz düşmənindən qəti qafil olma və bir anda olsun ondan gözlərini çəkmə. Çünki bəzən düşmən bu hiylədən istifadə edir ki, özünü sənə yaxın etməklə səni qəflətdə saxlasın. Ehtiyatlı ol. Uzaqgörənliyi əldən vermə və düşməninə qarşı heç vaxt xoşniyyətli olma".[ Nəhcül- bəlağə, 53- cü məktub] Amma möminlərin arasında yeganə sülh yolu Qurandır. Qurani kərim ülvü baxışlarla möminləri bağışlamağa, mehribanlığa və qardaşlığa dəvət edir.[ Hücurat surəsi, ayə 9- 10.)
Qurani kərim qorxaqlıq, süstlük və imanda zəiflik məqsədi ilə olan sülhləri qəbul etmir və onu məzəmmət edir. Çünki belə insanlar İslamın şücaət dəyərin ayaq altına alır və qorxaqlıq nümayiş etdirəcək sülhün bağlanmasını tövsiyə edir. Qurani kərim belə insanlara xəbərdarlıq edir:
«فلا تهنوا و تدعوا الی السلم و انتم الاعلون و الله معکم ...»
"Ey möminlər dini işlərinizdə süstlük etməyin, qorxunuzdan kafirləri sülhə dəvət etməyin. Əksinə onları İslam dininə tərəf dəvət edin. Siz uca məqamlı olacaqsınız. Allah sizinlədir. Sizin əməl dəftərinizdən heç nə azalmayacaqdır.[ Məhəmməd surəsi, ayə 35.]
Bütün burada qeyd olunan mövzulardan belə başa düşürük ki, İslam dini dünyada yaranmış hər hansı bir problemin və ya müharibənin amili deyildir. Ümumiyyətlə İslam dini belə bir məntiqi qəbul etmir. Amma bunu da qəbul edirik ki, İslam dini dünyada ən kamil bir din olduğu üçün bütün müsəlmanları və müsəlman olmayanları haqq yola dəvət edir və onları daim zülmlə, zalimlə, tuğyankar hakimlərlə mübarizəyə dəvət edir. Həmçinin o bu ünvanla dünyada tanınmışdır.
Təbiidir ki, belə olan halda dünyanın bər- bəzəyinin düşgünü olan dünyanın hegemonları İslam dininin əsil[ İslam sözündən hədəfiniz Məhəmməd Peyğəmərin gətirdiyi əsil din və Əhli- beytin pak yolu nəzərdə tutulur.] çöhrəsini gizlədir və İslam dininin bəşəriyyətin asayişinə zidd olduğunu təbliğ edir. Belə ki, İslam dinini bəşəriyyətin inkişafının əksinə olduğunu qələmə verir, onu bütün müharibələrin əsas amili bilir və bundan savayı bütün istedadı ilə İslam dinini gözdən salmağa çalışırlar. Amma bir halda ki, özləri dünyada terrorun və müharibənin əsas amilidirlər. Müsəlmanlar yalnız özlərini müdafiə edirlər.
Belə bir şəraitdə möminlərə vacibdir ki, əhli- beytin məktəbindən istifadə edərək və bu yenilməz məktəbə istinad edərək dünyada İslam dinini ucaltsınlar. Onlar gərək öz əməlləri ilə müqəddəs İslam dininin düşmənlərinin səhf təbliğatlarının qarşısını alsın və onu zərərsizləşdirsin.
Daha çox məlumat əldə etmək üçün:
A). Əl- mizan təfsiri, Əllamə Təba- təbai 10- cu cild.
B). Cihad və məravide məşruiyyət, dər Quran, müəllif Mürtəza Mütəhhəri.
S). İslamın siyasi nizamı barəsində sual- cavablar, Misbah Yəzdi, Məhəmməd Təqi səh 226- 239.
Q). Amuzeşi din, llamə Təba- Təbai, 259- 264- cü səhifələr.
Göstərici:
1). İman və əmr be məruf və cihadi ibtidai sual 196 (saytdakı nömrəsi 1161).
2). İbtidai cihad, sual 113 (saytdakı nömrəsi, 1347.
3). Din və ikrah, sual 293 (sayt nömrəsi 1747)

Allah sizə yar olsun.
Sual (42) : Salamun əleykum.İslam sülh mənasındadır. Amma bəziləri onun köklü surətdə döyüş dini olmasını deyirlər. xahiş edirəm bu barədə təhlil edərək məsələni açıqlayın.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslam dini barışıq, sülh və əmin- amanlıq dini olmasını təsdiq edərək buyurur: "Ey iman gətirənlər! Hamınız sülhə və barışığa tərəf gəlin. Şeytanın addımlarından uzaq olun. Oizin açıq aşkar düşməninizdir".
Amma bunu da diqqət yetirmək lazımdır ki, bəziləri şeytanın yolunu gedərək özü zülm etməklə bərabər başqalarını da bu yola çəkirlər. Bu yolla ictimai fəsadı təbliğ edirlər. Bu səbəbdən kamil bir dinin (İslam) bu barədə nəzər irəli sürməməyi mümkün deyildir. Əgər belə olmazsa ictimai fəsadın qarşısını almaq mümkün olmaz və İslam dininin dəyərləri aradan gedər. bu səbəbdən də İslam dini kafirlərlə, müşriklərlə və sair fasid insanlarla sülhü şərtlə bağlayır. Möminlər üçün yeganə çıxış yolu müqəddəs İslam dininə sarılmaq və Quranın göstərdiyi yolu seçmək tövsiyə olunmuşdur. Qurani kərim bütün möminləri sülhə və qardaşlığa dəvət edir.
Müqəddəs İslam dini torpaq və sərhəd genişləndirmək məqsədi ilə olunan döyüşləri qadağan etmişdir. Amma düşmən hücumunun müqabilində isə cihadı və müdafiəni vacib buyurmuşdur. Bundan əlavə insanları sevməyi, onlara məhəbbət göstərməyi və bu sevgini genişləndirməyi tövsiyə etməklə yanaşı zülmə və zülmkar həkimə qarşı çıxaraq ədaləti bərpa etməyi də vacib buyurmuşdur.
İslam dini elə bir dindir ki, bütün dünya müsəlmanlarını və insanlarını haqqa tərəf dəvət etməklə yanaşı onlara heç bir vaxt zülmlə barışmamağı və daim uca məqamlara tərəf addımlamağı tövsiyə edir. Təbiidir ki, belə bir ideologiyanın qarşısında dünyanın hegemonları və batil əqidədə olan ərbabları susmayacaqdır. Əksinə müdavim olaraq İslam dinini dünya inkişafı üçün böyük bir mane kimi tanıtdıracaqdır. Dünyada hakim olan gegemonlar öz zülmlərini siğortalayaraq müqəddəs İslam dinini narahatlıq və insan hüquqlarına zidd bir ideologiya kimi tanıtdırır.
Belə bir şəraitdə bütün möminlərə vacibdir ki, müqəddəs Əhli- beyt məktəbinə sarılaraq İslam dininin həqiqi çöhrəsini dünyaya tanıtdırsın və İslamın gözəlliyini nümayiş etdirsin.

Allah sizə yar olsun.
Sual (43) : Salamun əleykum.İslam və demokratiya barədə daha geniş açıqlama verin.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu sualın cavabını əldə etmək üçün aşağıdakı məsələlərə diqqət yetirmək zəruridir:
1. Demokratiya yunan mənşəli sözdür. Ondakı “demos şəkilçisi ölkənin xarici işlərinin idarə olunması mənasınadır. Bu kəlmə ölkənin daxili işlərinin idarə olunması mənasına olan “polis kəlməsinin qarşılığında istifadə olunur.
Demokratiya hazırkı siyasi termində millətin və xalqın vasitəsi ilə hökumətin idarə olunması, milli məramları istəmək üçün qüdrət üstünlüyü mənasınadır. Əlbəttə, demokratiya, xüsusilə icraçı və əməli bir sistem ünvanı ilə siyasi alimlərin və siyasətçilərin tərəfindən bir mənalı şəkildə qəbul olunmur.
2. “İnsanların insanlara hakimiyyəti mənasına olan demokratiyanın fars dilindəki adı “mərdumsalaridir və aşağıdakı xüsusiyyətlərə malikdir:
a) Siyasi azadlıqlara, xüsusilə əqidə azadlığına, söz və mətbuat azadlığına, ictimai azadlıqlara ehtiram qoyulması;
b) Camaatdan ibarət olan arxaya malik olmaq və islahat icad etmək üçün zor işlədilməməsi;
Demokratiya cəmiyyətin tənzim olunma (və idarə) üslubudur. Bu şərtlə ki, bütün zəruri dəyişiklikləri zor gücü işlədilmədən, inqilab olmadan qəbul etmiş olsun. Başqa sözlə desək, demokratiya cəmiyyətin idarə olunması üçün tənzim olunmuş bir nəzəriyyə, inqilabların islahatlara çevrilməsi üçün təsirli bir üslubdur.
v) Zülmkarlığın, diktatorluğun qarşısını almaq və iqtidar problemlərinin həll etmək üçün bir vasitədir.
Bura qədər demokratiya üçün sadaladığımız xüsusiyyətlər məqbul və bəyənilən xüsusiyyətlərdir və zahirdə ictimai-siyasi məsələlərlə əlaqədar İslamın nəzəriyyələri ilə təzadlı deyildir.
q) Bu gündə qəlb ölkələrində qəbul olunan və “bəşər hüquqları adı ilə ünvanlanan demokratiyanın digər xüsusiyyətlərindən biri də camaatın istəklərini heç bir qeyd-şərt olmadan qəbul etməkdir, hətta əgər bu istəklər insani kəramətlər və insaniyyətlə müxalif olsa da belə. O cümlədən, hemoseksologiyanın qəbul olunması və sair. Belə ki, bu xüsusiyyət qəti olaraq İslamın qəbul etdiyi demokratiyadan deyildir. Ümumiyyətlə, peyğəmbərlərin göndərilməsinin əsas hədəfi bəşərin bu kimi yersiz istəkləri mübarizə aparmaq, onların insani kəramət və ləyaqətə doğru sövq edilməsi olmuşdur.
Bundan əlavə, Quranda əksəriyyət məzəmmət olunmuşdur. Elə əksəriyyət ki, peyğəmbərlərin bəşəriyyəti səadətə, hidayətə və kamala doğru çağırışdan ibarət olan dəvətlərini öz istəklərinə müxalif görür və əql və düşüncələrini işə salmadan onlarla müxalifətə qalxırdılar.
Yuxarıdakı müqəddimələrə diqqət yetirməklə İslamın demokratiya ilə əlaqədar nəzəriyyəsini araşdırırıq:
1. Birinci nəzəriyyə budur ki, əsasən din və demokratiya bir-biri ilə zidd olan iki məfhumdur və onların arasında heç bir əlaqə, uyğunluq yoxdur. Çünki, demokratiya siyasət və hökumət məsələlərində istifadə olunan bir üslubdur və dinin də siyasi məsələlərlə heç bir əlaqəsi yoxdur.
Bu, dinin siyasətdən ayrı olduğuna inananların nəzəriyyəsidir. Çünki, onların nəzərində dinin həddi-hüdudu və miqyası insanın şəxsi işlərində, onun Allah ilə əlaqəsində, axirətə etiqadda həsr olunur və ictimai-siyasi məsələlərə heç bir aidiyyəti yoxdur.
2. Başqa bir nəzəriyyə budur ki, bu iki məfhumun arasında tam təzad – paradoks vardır, onların bir-biri ilə heç bir uyğunluğu yoxdur. Çünki, demokratiya camaatın fikir və rəylərinə mütləq dəyər verir və bu, demokratiyanın məfhumundan heç bir vəchlə ayrıla bilməz. Halbuki İslam camaatın rəyi üçün belə bir mütləq rəyi qəbul etmir. Misal üçün, əgər camaatın əksəriyyətinin rəyi dinin həmin cəmiyyətdə hakim olmaması əsasında olsa, bu nəzəriyyə demokratiya tərəfindən qəbul olunur, amma İslamda qəbul olunmur.
Burada iki dəstə yerləşir: bir tərəfdə şəriətə iltizamlı olanlar qərar tutur. Belə ki, onlar adi camaatın rəy və nəzəriyyələri üçün heç bir dəyər vermir. Digər tərəfdə isə dinlə mübarizə aparanlar dayanır və inad üzündən dinin hakimiyyətdə olmasını görmək istəmirlər. Birinci dəstə dini himayə etmək, dini hökuməti dəstəkləmək mövqeyində dayanaraq demokratiyaya zidd olan bir nəzəriyyəyə sahib olmaqla bu ikisini bir yerə cəm edə bilmir. İkinci qrup isə demokratik hakimiyyətə inanır və dini, demokratiya ilə ziddiyyətdə görür.
3. Üçüncü nəzəriyyə budur ki, İslamın demokratiya ilə nə kamil ziddiyyəti var, nə də onunla tam uyğundur. Yəni din ilə demokratiyanın əlaqəsi ümum-xüsus əlaqəsidir. (Yəni bəzi məsələlərdə hər ikisi müştərəkdir, bəzi məsələləri islam qəbul edir, demokratiya yox, bəzilərini isə demokratiya qəbul edir, amma islam yox). Bu nəzəriyyəyə əsasən, demokratiyanın müxtəlif növləri vardır ki, onların bəziləri dinin ziddi, bəziləri də dinidir və dini demokratiya İslam tərəfindən qəbul olunur. Demokratiyanın bu növünün mahiyyətcə sair demokratiyalar ilə təfavütü yoxdur. Bu növün yeganə xüsusiyyəti onun dini yönə malik olmasıdır.
İmam Xomeyninin (r) nəzərindən demokratiya
İslam respublikası qalibində dünyanın ən demokratik ölkələrindən birinin əsasını qoyan İmam Xomeyni (r) dini mərcəiyyət məqamında İranda İslam respublikasının əsasını qoymaqla sübut etdi ki, İslam ilə demokratiyanın nəinki ziddiyyəti yoxdur, üstəlik bu ikisi bir-biri ilə cəm oluna bilər və camaatın rəyinə arxalanmaqla cəmiyyətin idarə edilməsində İslam ən demokratik bir üslubdur.
Əgər demokratiyanın tərifində “o bir üslubdur ki, onun əsasında insanların öz hakimlərini (rəhbərlərini) seçməkdə, onları işdən, vəzifədən götürməkdə, eləcə də öz tale və müqəddəratlarını təyin etməkdə özlərinin azad iradələri rol oynayır və həqiqətdə bu, əksəriyyətin rəyi əsasında olan hökumət üslubudur desək, bu mətləb imam Xomeyninin (r) nəzəriyyələri ilə təzadlı deyildir. O cənab bu barədə buyurur: “Burada millərin rəyləri hökmranlıq edir. Hökuməti öz əlinə alan məhz bu millətdir... Millətin hökmündən kənara çıxmaq heç birimiz üçün caiz deyildir və qeyri-mümkündür.
Camaatın öz müqəddəratını təyin etməkdəki əsas rolu İmam Xomeyninin (r) dövlətə, parlament nümayəndələrinə və sairlərə xəbərdarlıq etdiyi zaman tamamilə müşahidə olunur.
O cənab Milli Məclis nümayəndələrinə tövsiyə edərkən buyurmuşdu ki, millətin yolunun əksinə hərəkət etməsinlər. O daha sonra buyururdu: “Əgər öz meyllərinizə müvafiq olaraq demokratiyaya əməl etmək istəsəniz (bilin ki,) demokratiya budur ki, əksəriyyətin rəyi, özü də belə (yüksək səviyyədə) olan əksəriyyətin rəyi mötəbərdir. Əksəriyyət nə desə, onların rəyləri möhtərəmdir, hətta onların öz zərərinə olsa belə. Siz onların qəyyumu deyilsiniz ki, onlara “filan iş sizin zərərinizədir, biz bu işi görmək istəmirik! - deyəsiniz. Siz sadəcə onların vəkilisiniz. 
Bu sözlər tam aşkar şəkildə imam Xomeyninin (r) (demokratiya barədə) əqidəsini bəyan edir. O, inanırdı ki, hər bir cəmiyyətin və hər bir millətin üzvlərinin taleyinin təyin olunması onların öz əlləri ilədir və öz rəylərinə bağlıdır. O cənab həm də inanırdı ki, “İslamda demokratiya mövcuddur və İslamda insanlar həm əqidə bəyanında, həm də əməldə azaddır, bu şərtlə ki, hilə və məkr işlətməmiş olsunlar. İran İslam hökumətinin rəhbərinin əqidəsi Əsas Qanunda da cilvələnir.
İslam respublikasının Əsas Qanunda İslamla demokratiyanın qarşılıqlı əməkdaşlığı aşkar şəkildə görünür. Belə ki, bu ölkənin Əsas Qanununda dini hökumətlə demokratik hökumət bir-birindən ayrı olan iki şey deyildir; əksinə bu ikisi bir-biri ilə təyinedici və şərtləndirici rabitəyə malikdirlər. Hətta demək olar ki, Əsas Qanunun məntiq və ruhuna uyğun olaraq İslam hökuməti mütləq şəkildə demokratik hökumətdir. Bəlkə də buna görə İslam respublikasının banisi belə bir quruluş üçün “İslami hökumət ünvanının seçilməsi ilə müvafiq olmadı, onun “İslam respublikası adlandırılmasına israr etdi.
İslam Respublikasının Əsas Qanununun 3-cü fəslinin 19 və 23-cü maddələrində “millətin hüququ ünvanı ilə (bu, bəyan və əqidə azadlığı, siyasi azadlıq, partiya fəaliyyəti, mətbuat azadlığı, bütün insanların qanun qarşısında bərabərliyi və sair kimi bəndlərə şamildir), eləcə də 5-ci fəslində “millətin hakimiyyət haqqı ünvanı ilə qeyd olunanlar İslamın demokratiya qarşısında tutduğu mövqeyi bəyan edir. İslamdan bu cür çıxarış və onun dini mətn və mənbələrdə dəstəklənən demokratiya ilə əlaqəsi həm ayə və rəvayətdən, həm də Peyğəmbər (səlləllahu əleyhi və alih)-in və imam Əli (əleyhis-salam)-ın hökumətlə əlaqədar sirə və davranışından əldə olunur.
Quranda Peyğəmbər (səlləllahu əleyhi və alih)-ə xitabən buyurulur:
وَ شَاوِرْهُمْ فِي اْلاَمْرِ
“Bu işlərdə onlarla məşvərət et.
Bir ayədə isə məşvərət etməyi namaz qılmaqla yanaşı qeyd edir.
Əqidə azadlığı ilə əlaqədar buyurur:
فَذَکِّرْ اِنَّمَا اَنْتَ مُذَکِّرٌ، لَسْتَ عَلَيْهِمْ بِمُصَيْطِرٍ
“Belə isə, sən xatırlat, öyüd-nəsihət ver, çünki sən sadəcə öyüd-nəsihət verənsən və onlara hakim deyilsən.
Nümunə ünvanı ilə qeyd etdiyimiz bu ayələr camaatın öz taleyini həll etməkdə ciddi iştirakını, yaşadıqları cəmiyyətin işlərində şərik olmalarını, həmçinin əqidə azadlığını, mədəni azadlıqlarını, o cümlədən bəyan və sair azadlığını bəyan edir.
Məsumların (əleyhimus-salam) rəftar və davranışı da həmin müddəanı isbat edir. Peyğəmbər (səlləllahu əleyhi və alih) besətin əvvəllərində Mədinəyə hicrət etdiyi zamana qədər hökumət təşkil etmək üçün qanuni haqqa malik olsa da, amma bu işi Mədinədə gördü. Çünki Mədinə əhalisinin ümumxalq istəyi belə bir şey idi ki, bu da camaatla beyətdə həyata keçdi. 
Eləcə də “Qədir və sair kimi rəvayətlərə uyğun olaraq imam Əli (əleyhis-salam) Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən sonra ilahi vilayət və rəhbərlik haqqına malik olsa da, yalnız camaatın əksəriyyətinin razılığını gördükdə (Peyğəmbərin vəfatından 25 il sonra) əməli vilayəti və hökuməti qəbul etdi.
O həzrət camaata xitab edərək buyururdu: “Mənimlə, tarixin zalımları ilə danışıqda adət olan şəkildə danışmayın və elə fikirləşməyin ki, mənim qarşımda haqq söz deyilən zaman mənə ağır gələcəkdir... Belə isə, haqq sözü və ədalətli təklifləri əsirgəməyin. 
Ölkənin idarə edilməsində məşvərət əsasında qərar çıxarmaq və bu məqamda başqaları ilə şərik olmaq imam Əli (əleyhis-salam)-ın siyasət və proqramların başında dayanırdı. Bu da camaatın öz taleyinin və müqəddəratın həll edilməsində şərik olması, yəni bütün qərar qəbul edilmələrdə iştirak etmələri deməkdir. Buna əsasən, müəyyən 42hallarda əksəriyyətin rəyi qanuni olmasa da, amma əksəriyyət hökumətin qurulma sahələrində öz məqbuliyyətləri, yaxud hökumətin zühura çatdırmaları kimi rolu ifa edə bilərlər.
İslam nəzərindən camaatın öz taleyini həll etmək haqqı vardır və İslami hökumət sayəsində fərdi və ictimai azadlıqdan bəhrələnirlər.
İslam, qərb məfkurəsində olan demokratiyanın bəzi ünsürlərini qəbul etmir; o, əksəriyyətin rəyi insani kəramətlə təzadda olan hallardır. Amma demokratiyanın digər ünsürləri, onda mövcud olandan daha yüksək və gözəl şəkildə İslamda mövcuddur. Deməli, nəinki din ilə demokratiyanın arasında heç bir təzad yoxdur, üstəlik İslamın daxilində ən mütərəqqi demokratiya mövcuddur.

Allah sizə yar olsun.
Sual (44) : Salamun əleykum.İslam dininin demokratiya ilə əlaqədar nəzərini və mövqeyini bəyan edin.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Demokratiya cəmiyyətin idarə olunması yollarından biridir. Əksəriyyətin rəyinə, fərdi, mədəni və s. azadlıqlara ehtiram qoyulması onun bariz xüsusiyyətlərindəndir.
Əksəriyyət həmişə haqq olmağı və əksinə, haqq olmaq əksəriyyəti tələb etməsə də amma əksəriyyət (hökuməti) zühur ərsəsinə çatdıra, yaxud özünün məqbul sayılması ilə müəyyən bir hökumətin yaranmasına şərait yarada bilər. İslam nəzərindən cəmiyyət və əksəriyyət hər hansı bir hökuməti qəbul etməyincə o hökumətin qurulmasına şərait yaranmayacaqdır.
İslam nəzərindən bütün insanların öz taleyini və müqəddəratını təyin etməyə haqqı vardır. İslam hökuməti sayəsində cəmiyyət üzvləri ictimai və fərdi azadlıqlardan bəhrələnirlər.
Əlbəttə, qərb məfkurəsində deyilən demokratiyanın bəzi prinsiplərini İslam qəbul etmir. İslamda əksəriyyətin rəyi insani kəramətlə təzad təşkil etsə etibardan düşür və onun qanuniliyi aradan gedir. Amma demokratiyanın digər prinsipləri İslamda daha gözəl və yaxşı şəkildə bəyan olunmuşdur. Başqa sözlə desək, din və demokratiyanın arasında nə tamamilə uyğunluq vardır, nə də tamamilə təzad. Həqiqətdə İslamın qəbul etdiyi şey “dini demokratiyadır
İranda İslam respublikası quruluşu İslamın demokratiya ilə qarşılıqlı anlaşmasının aydın nümunələrindəndir. İmam Xomeyni (r) bir dini mərcə və camiuş-şərait fəqih ünvanı ilə İranda İslam respublikasının əsasını qoymaqla sübut etdi ki, İslamla demokratiyanın arasında nəinki heç bir təzad yoxdur, əksinə bu ikisi bir yerdə cəm ola bilər. İslam dini camaatın rəyinə arxalanmaqla cəmiyyətin idarə olunmasında ən demokratik üsluba malikdir.
Bu mənanı dəstəkləyən şey ünvanı ilə Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih)-in camaatla məşvərət etməsini, onları ictimai-siyasi məsələlərdə şərik etməsini və o Həzrətin onların nəzərlərindən istifadə etməsini, eləcə də əqidə və bəyan azadlığını göstərən ayələri qeyd etmək olar. Bu məna rəvayət, tarix və məsumların həyat və davranışında aydın bir məsələdir.

Allah sizə yar olsun.
Sual (45) : Salamun əleykum.İndi əsas məsələ budur: hansı dəlil-sübutlara əsasən anlamaq olar ki, islam dini kamildir, hər bir zaman və əsrdə insanın kamal və səadəti üçün düzgün proqramları vardır, özü də hər bir zəmində?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Mübin İslam dini onun əbədi və kamalda olmasına səbəb olan bir sıra vasitələrdən istifadə etmişdir. Aşağıda bu vasitələrdən bəzilərini ixtisarla qeyd edirik:
1. İslam dini insanların hidayəti üçün bir tərəfdən ümumi və külli qaydalardan istifadə edir. Həqiqətdə bunlar dəyişilməz, sabit qanunlardır, zamanın keçməsi ilə onlarda heç bir dəyişiklik baş vermir. Bu mənbələr aşağıdakılardan ibarətdir:
a) Allah-taala tərəfindən şəri hökmlərin əldə edilməsi üçün höccət sayılan sağlam əqlin hökmü. Misal üçün, zülmün qəbahətli, çirkin, yaxud ədalətin gözəl bir iş olduğunu ayırd etmək.
b) Allah-taala hökmləri məsləhət və fəsad əsasında vermişdir. Deməli, bəşəriyyətin xeyrinə və mənfəətinə olan hər bir şey Şəriət Sahibinin nəzərində sair işlərin hamısından irəlidir.
v) Onda mövcud olan külli qanunlar sair hökmləri məhdudlaşdıra bilər, misal üçün, dində çətinliyin, məşəqqətin və məcburiyyətin olmaması, din hökmlərində çıxılmaz vəziyyətdə yaranan hallar. Deməli, əgər mükəlləf şəxs şəri hökmə əməl etdiyi təqdirdə – öz vəziyyətinə uyğun olaraq həddindən artıq çətinliyə düşərsə, onun barəsindəki şəri hökm başqa bir hökmə çevrilir.
q) İslam elə qanunlardan istifadə edir ki, insani fitrətlə tamamilə uyğundur, onlarda insanın heç vaxt dəyişilməyən təbiətinin tələblərinə riayət olunmuşdur. Həmçinin, Allah-taalanın qanunçuluğunda mötədil və normal vəziyyətə riayət olunmuşdur ki, bunların hamısı da hökmlərin əbədi qalmasına kömək edir.
ğ) İctihad digər bir vasitədir ki, qarşıya çıxan yeni mövzular dində mövcud olan külli qanunlarla uyğunlaşdırılsın.
2. İslamın əbədi qalmaq üçün istifadə etdiyi digər bir vasitə də həyatın çox geniş səviyyəsində müxtəlif hökmlərə malik olmasıdır ki, ən ibtidai işlərə belə – o cümlədən, su içmək kimi – şamil olur. Digər tərəfdən, o, alver, ticarət və hakimiyyətlə əlaqədar hökmləri də əhatə edir.
3. Bu dinin insana öyrətdiyi əxlaq, etiqad prinsipləri, islamın və kamalların sair din və məktəblərə üstünlüyü. Bu da islam etiqad prinsiplərinin və əsaslarının əbədi qalmasına səbəb olan digər yollardan biridir.
Digər dəlillər olaraq aşağıdakı məsələlərə işarə etmək olar:
1. İslam hökmlərinin sair dinlərdəki oxşar hökmlərlə dəqiq şəkildə müqayisə edilib uyğunlaşdırılması islamdakı hökmlərin kamil və mütərəqqi olmasından hekayət edir.
2. Ayə və rəvayətlərin araşdırılması islamın kamil bir din olmasını göstərir. Misal üçün, “Ənbiya” surəsinin 107-ci ayəsində islam “bəlağ” adlandırılır, yəni islam elə bir şeydir ki, siz onun vasitəsi ilə öz arzularınıza çatırsınız. Qədir-xum xütbəsində də Peyğəmbər (səlləllahu əleyhi və alih) aşkar buyurur ki, “sizi behiştdən uzaqlaşdıran və cəhənnəmə yaxınlaşdıran şeylərin hamısını bəyan etmişəm.”

Allah sizə yar olsun.
Sual (46) : Salamun əleykum.İnsanın ehtiyacları daim dəyişir. Hansı ki, İslam qanunları keçmiş dövrlərə aiddir. Keçmiş dövrlər üçün nəzərdə tutulmuş qanunlar gələcək insanların dəyişən ehtiyaclarına necə cavab verə bilər?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əgər İslamın bütün göstərişləri cüzi və konkret olsaydı, xüsusi işlər və şəxslər üçün nəzərdə tutulsaydı, deyilən irad yerli görünərdi. Hansı ki, İslam dini ümumi prinsiplərə və əhatəli qanunlara malikdir. Bu qanunlar hər bir əsrin ehtiyaclarına cavab verir. İslamda “ictihad” mövzusu vardır. İctihad dedikdə ümumi qanunlardan dövrün ehtiyaclarına cavab verəcək cüzi qanunların çıxarılması nəzərdə tutulur. Müctəhid Quran və hədislərdən istifadə etməklə müasir insanın vəzifələrini müəyyənləşdirən şəxsdir.
Allah sizə yar olsun.
Sual (47) : Dini qəbul etməyən adama son sözümüz nə olsun?
Allahın adı ilə.   
Sürücülər yolda karlarına gələ biləcək bəzi şeyləri özləri ilə götürürlər. Ehtiyat təkəri olan avtomobilin yolda təkəri buraxmasa, sürücü bir şey itirmir. Amma ehtiyat təkəri olmayan avtomobilin təkəri yolda buraxsa sürücü əziyyət çəkməlidir.
Bəli, insan ehtimal verdiyi hadisələrə qarşı hazırlıq görməlidir. Ehtiyatlı insan soyuqda donmaz, yağışda islanmaz.
Bəs dində necədir? Peyğəmbərlər ölümdən sonrakı həyat, sorğu-sual haqqında kifayət qədər məlumat vermişlər. Xalqın onlara inanan hissəsi sutkada on-on beş dəqiqə namaz qılır, ildə bir dəfə bir ay müddətində oruc tutur və zərərli işlərdən çəkinirlər. Bu insanlar axirətdə bir şey qazanmasalar da (hansı ki, veriləcək) heç nə itirməyəcəklər. Bəs peyğəmbərlərə inanmayıb, kefindən qalmayan insanlar qiyamət sorğusu düz olarsa (hansı ki, düzdür) nə edəcəklər?
Bəli, hər bir ağıllı insan ehtiyatlı olmalı, mümkün çətinliklərə hazırlaşmalıdır. Əgər qarşınızdakı insan Quran həqiqətlərinə inanmırsa, o, təkcə imansız yox, həm də ehtiyatsız adamdır.

Allah sizə yar olsun.
Sual (48) : Əgər ağıl varsa, dinə nə ehtiyac?
Allahın adı ilə.   
İnsan bütün mümkün faydaları əldə etmək istəyində olan bir varlıqdır. O, ağacın gövdəsindən, budaqlarından, meyvələrindən istifadə edir. Heyvanların əti, südü, dərisi onun diqqətindən yayınmayıb. Hətta canlıların ifrazatı da onun istifadəsindədir. Təbii ki, əli çatan hər şeyi istismar edən insan öz həmnövlərindən də yan ötməyib. Yəni hər bir fərd başqalarının xidmətindən istifadə edərək daha yaxşı yaşamağa çalışır.
Amma bütün insanlar bu fikirdə olduğundan cəmiyyətdə ixtilaflar yaranır. İnsanlar arasında uyğun münasibəti tənzimləmək üçün qanunlara ehtiyac yaranır. Qanunun zəruriliyini qəbul edən bəşəriyyət öz şüurunu işə salıb qanunlar toplusu hazırlasa da, cəmiyyətdəki ixtilaflar daha da artır. Çünki qanunu hazırlayan şüurun dərinliyində şəxsi mənafe istəyi hər şeydən güclüdür. Böyük bir cəmiyyət üçün qanunlar hazırlayan qrup öz məhdud təfəkkürünü aşıb milyonların mənafeyini dərk edə bilmir. Ona görə də hakimiyyətə gələn digər qrup dərhal qanunları dəyişməyə başlayır. İnsanın yaratdığı qanunların tez-tez dəyişməsi cəmiyyətdəki inkişafla yox, təbəqələrarası ziddiyyətlərlə bağlıdır. Bəli, bəşəri qanunlar hamını qane etmək gücündə deyil.
28İncə bir nöqtəyə diqqət yetirin. İnsanı şüur idarə edir. İxtilaflar da şüurdan doğur. Əgər qanun şüurdan yan ötüb, yalnız hərəkətləri tənzimləyirsə, ixtilaflar sonadək həll ola bilərmi? İxtilaf yaradan maşın (insan şüuru) tam gücü ilə işləyirsə, cəmiyyət ixtilafdan yaxa qurtara bilərmi?
Demək, qanun ilk əvvəl insanın daxili hisslərini tənzimləməlidir. Belə qanunlar isə yalnız dində öz əksini tapır. Allahdan qorxan bir cəmiyyətin polisə, məhkəməyə, zindana ehtiyacı qalmır.
Sual oluna bilər ki, nə üçün dinin hakim olduğu cəmiyyətlərdə ixtilaf yaranır? Unutmayaq ki, dinin qəlblərə hakim olduğu cəmiyyətlərdə heç bir ixtilaf nəzərə çarpmaz. Əgər cəmiyyət şəhvət və günah girdabındadırsa, əlbəttə ki, dinin özündən imtina edəcək.

Allah sizə yar olsun.
Sual (49) : Dünyaya behişt vəd edən sekulyarizm nədir?
Allahın adı ilə.   
Müasir anlamada sekulyarizm qərbdə Makiavelli tərəfindən bünövrəsi qoyulmuş bir cərəyandır. O, kilsənin təsiri ilə inansa da ki, siyasətin məqsədi Allahın razılığını qazanmaqdır, daim belə bir sual vermişdir: “Allahı razı salacaq siyasət varmı?” Makiavelli öz sualına özünəməxsus bir cavab tapmışdır: “Allahın razılığı bəndənin razılığında olduğu üçün bəndəni razı salmaq kifayətdir.” Beləcə, özündənrazı alim diqqəti Allahdan yayındırıb, insana yönəltmişdir.
Makiavellinin nəzərincə, insanın dəyəri onun imanı ilə yox, ağlı ilə ölçülməlidir. Avropada kilsənin mühafizəkarlığı, elmə qarşı çıxması sekulyarizm üçün yol açır. Həmin vaxtadək qərbdə dövlətlərin siyasi kursunu müəyyənləşdirən kilsəni dinsiz hökumətlər sıxışdırmağa başlayır. Sekulyarizmə görə insan dini dəyərləri kənara qoyub, yalnız əqlinə və elminə güvənməlidir. Əslində insanlıq və xeyirxahlığın, mənəviyyat və əxlaqın üzərindən qara xətt çəkilirdi. İnsanın ağıl və elminin dəyər ölçüsü seçilməsi sırf cəfəngiyyat olsa da, əksər cəmiyyətlər bu mənanı dərk etməkdə aciz olmuşdur. Axı hamı bilir ki, ən ağıllı və ən elmli insan hələ ən yaxşı insan demək deyil. Ümumiyyətlə, ağıl və biliyin insanın yaxşı pisliyində təyinedici rolu yoxdur.
Sekulyarizm üç əsas xüsusiyyətə malikdir:
−Bu baxışa görə, dindarlıq fərdi bir işdir və cəmiyyətin həyatında heç bir rola malik deyil.
−Sekulyarizm allahçılığı insançılıqla (humanizm) əvəz edir və cəmiyyətdə Allahın razılığı ilə bağlı bütün çərçivələr aradan qaldırılır.
−Cəmiyyəti din mehvərindən məhrum edən bu baxış boşluğu doldurmaq üçün dil, millət, irq kimi ölçülərə üz tutur.
Sekulyarist cəmiyyətdə qanunverici və icraçı orqanlar dinsizləşdirilir, təhsildə din qadağan olunur, dini dəyərlər gerilik amil kimi tanıtdırılır.

Allah sizə yar olsun.
Sual (50) : Aya sizin nəzərinizdə mümkündür ki, modern dünyada din müsbət yol göstərməyə malik olsun? Belə bir halda İslamı modern dünyada insanların ehtiyaclarını həll edən bir yol kimi hesab olunurmu?
Allahın adı ilə.   
"Din" kəlməsi bütün dinlərə istər səmavi olsun istərsə də olmasın, təhrif olmuş olsun və yaxud təhrif olmamış (İslam) olsun, şamil olur. Bizim əqidəmiz budur ki, İslam dini yalnız buna malikdir ki, bütün dövr və əsrlərdə müsbət yol göstərməyə malikdir; Çünki İslam bütün dinlərin sonuncusu və ən kamil İlahi dindir. Bunun üçün də hər bir zaman və insanın həyatı boyu (istər ictimai istərsə də də şəxsi) ona lazım olan proqram və yol göstərməyə malik olmalıdır.
Başqa bir tərəfdən isə dinin yol göstərməsi texnologiya və elmin yol göstərməsindən tamamıyla fərqlidir.
Texnikanın inkişaf etməsiylə dinin də qanun və proqram əhatəsi genişlənir və İslam fiqhinin ətraflı mənbələrindən ictihad vasitəsiylə yeni hökm mövzuları məlum olur.
Din üç bölümdə; insanın özüylə rabitəsi, insanın başqalarıyla (təbiət və cəmiyyət) rabitəsi və insanın Allahla rabitəsi, insan üçün proqramı vardır və bəşərin hidayəti üçün bütün lazım olan cavabları (Əhli- beytin təyin etdiyi yolla ki, onu ictihad adlandırırlar). Verir.

Allah sizə yar olsun.
Go to TOP