Sual (31) :
Salamun əleykum.Dinin müxtəlif səth və mərhələləri hansılardır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Dinin əsas mərhələləri bunlardan ibarətdir:
a) Öz-özünə olan din: İlahi bir qüvvə və iradə ilə insanın doğru yola hidayətindən ötrü batində olan bir qüvvə, öz-özlüyündə olan dindir. Başqa sözlə desək, öz-özlüyündə olan din, insanın ilk yaranışı ilə axirəti arasında olan bir yoldur.
b) Göndərilmiş din: Allah-taala tərəfindən insanların səadət və xoşbəxtliyə hidayət olunmalarından ötrü ilahi peyğəmbərlər vasitəsilə göndərilən təlimlər “göndərilmiş dini” təşkil edir. Başqa sözlə desək, əslində, göndərilmiş dinin ya bir qismi, ya da 16hamısı vəhy yolu ilə insanların hidayətindən ötrü peyğəmbərlərin ixtiyarında qoyulmuş həqiqi dindir. (yəni, Allah yanında lövhi məhfuzda olan dindən)
Daha geniş məlumat
Din üçün dörd mərhələ təsəvvür olunur. Onların əsasları bunlardır:
a) Öz-özünə olan din: İlahi bir qüvvə və iradə ilə insanın doğru yola hidayətindən ötrü batində olan bir qüvvə, öz-özünə olan dindir. Başqa sözlə desək, bu din, insanın ilk yaranışı ilə axirəti arasında olan bir yoldur. Quranın bəyanına əsasən, insanın ilk yaradılışında insan elmsiz olur: “Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı.”[43]
İnsanın yaranışından olan məqsəd isə başqa ayədə belə bəyan olunur: ”Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” Yəni, sonsuz mərifət üçün yaratmışdır. Çünki mərifətin nəticəsi ibadətdir və hər kəs özünün mərifəti miqdarında ibadət edir.
Sədrul-Mütəllihin bu ayənin təfsirində yazır: Cinləri və insanları yalnız mərifət (agahlıq) əldə etməkdən ötrü yaratdım![44]Allah-taala Özü sonsuz olduğuna görə insana verdiyi mərifət də sonsuz dərəcəyə qədər irəliləyə bilər. Özlüyündə olan din, əslində bəşərin hidayətindən ötrü Lövhi-məhvuzdan götürülmüş bir nüsxəsidir ki, ilk yaranışından sonuna qədər onu əhatə edir. Bu da eyni həqiqət və əslində sübuta malikdir.
b) Göndərilmiş din: Allah-taala tərəfindən insanların səadətə, xoşbəxtliyə hidayət olmalarından ötrü ilahi peyğəmbərlər vasitəsi ilə göndərilən təlimlər məcmusu “göndərilmiş dini” təşkil edir. Başqa sözlə desək, əslində göndərilmiş dinin ya bir qismi, ya da hamısı vəhy yolu ilə insanların hidayətindən ötrü peyğəmbərlərin ixtiyarında qoyulmuş - özlüyündə yaranan dindir. (yəni, Allah yanında lövhi məhfuzda olan din)
Doğrudur ki, bu adlar tanınmaz qalıb, lakin tarixdə baş verən hadisələr və dinin həqiqətinə varmaq dinin mərhələli olmasına aydın şəkildə dəlalət edir. Allah-taala insanı xəlq edəndə onun əvvəlinə və axırına agah idi. İnsanın səadət və xoşbəxtliyə çatması üçün aydın yol qoyur və müxtəlif zaman mərhələlərində bu ilahi xoşbəxtlik nüsxəsindən bir qismini Öz elçilərinin vasitəsilə insanlara göndərir. (bu da göndərilmiş dindir).
“Din” sözünün müxtəlif işlənmə yollarına nəzər saldıqda bu mərhələlərə özümüz də rast gəlirik. Vahid ilahi bir dindən söz düşəndə onu “islam” kimi tanıyırıq. (“Allah yanında (haqq olan) din, əlbəttə, islamdır”.) Yaxud yanlış əqidəni düzgün etiqaddan ayıranda həqiqətdə fitri dinə (yəni, Allah yanında lövhi məhfuzda olan dinə) diqqət yetiririk. Məsələn, “həzrəti İbrahimin (əlyehissalam) dini tövhid dini olub”, və ya “Musanın (əlyehissalam) dinində çətin hökmlər var idi” – dedikdə ümumi şəkildə əsl həqiqi dindən (yəni, Allah yanında lövhi məhfuzda olan dindən) söz açılır. “İslam dini sonuncu dindir”, “İslam dini keçmiş dinlərin şəri hökmlərini sona yetmiş, qüvvədən düşmüş sayır”. Bütün bu cümlələrdə dindən məqsədimiz göndərilmiş din nəzərdə tutulur. İnsanın din kəlməsinə diqqət yetirməməsi və onun mərhələlərini nəzərə almaması nəticəsində din barəsində bəzən çox qəribə məfhumların başa düşülməsi meydana çıxır.
Onu da xatırladaq ki, din mərhələsində daha iki mərhələ də qeyd olunmalıdır. Kəşf olunmuş və düzəltmə din.
Daha çox mütaliə etmək üçün mənbələr:
1. Mehdi Hadəvi Tehrani, “Vilayət və dəyanət”, müəssiseyi fərhəngiye xaneyi xirəd”, . Qum. İkinci çap, 1380 şəmsi ili.
2. Mehdi Hadəvi Tehrani, Məbani kəlami ictiha ”, müəssiseyi fərhəngiye xaneyi xirəd. Qum. İkinci çap, 1377 şəmsi ili.
3. Mehdi Hadəvi Tehrani, “Məktəb və nizami iqtisadi islam”, müəssiseyi fərhəngiye xaneyi xirəd. Qum. İkinci çap, 1378 şəmsi ili.
[43] - Qərəşi, Seyyid Əli Əkbər, Qamusa Quran, vajeye şətənə.
[44] Kəhf sürəsi, ayə 51, "فسجدوا الا ابليس كان من الجن"
Allah sizə yar olsun.
Sual (32) :
Salamun əleykum.Dini siyasətdən ayıran sekulyarizm təfəkkürü necə yaranıb?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qərbdə intibah dövründən sonra xristian-kilsə hakimiyyətinin yeni yaranan elmi-fikri cərəyanlarla çarpışdığı dövr nəhayət, dinin siyasətlə ayrı olduğu təfəkkürü meydana çıxartdı.
“Sekulyarizm” fikri qərb təfəkkür dünyasına mənsubdur. Bunun da əsaslı səbəbləri vardır. Hər halda ilahi ideyaları aşılamayan, adi fərdlərin istəyi əsasında təhrif olunan bir din (xristianlıq) heç vaxt bəşəriyyətin etimadını tam doğrultmayacaq.
Daha geniş cavab
XV əsrin ortalarından başlayaraq Qərbdə qədim Rum və Yunan mədəniyyətinə meylli təzə bir tarixin başlanğıc illərinə təsadüf olunur.[60] Daha sonra bu hadisələr XVI əsrin ortalarında Martin Luter kimi islahatçı dindarların vasitəsi ilə islahat dövrünə qədəm qoydu.[61] Nəhayət, özünə çoxsaylı tərəfdar toplayan bu cərəyan XVII-XVIII əsrlərdə Qərbdə şüur və ağıla əsaslanan fikirlərə bəraət qazandıra bildi.[62]O dövrün dindar mütəfəkkirləri də belə nəticəyə gəldilər ki, kilsə üsul-qaydaları müasir fikir və ehtiyacları ödəməyə qadir deyil. Bu fikirlər o qədər genişləndi ki, nəhayət, din yalnız insanın Allahla şəxsi rabitəsi anlamı kimi ünvan aldı və axirət aləminə də onun əsasında məna verildi. Beləliklə, din tamamilə ictimai-siyasi hüdudlardan təcrid olundu və onu siyasətdən ayıran sekulyar fəlsəfi dünyagörüşünün[63]əsası qoyuldu.
Amma sekulyarizm fikri ilə qarşılaşanda, ümumi tərzdə deyil, məhz, Qərbin xristian-kilsə hakimiyyətinə qarşı mövqeyi haqda danışılmalıdır. Çünki düzgün dünyagörüşünü aşılamayan, təhrifə məruz qalan və hər hansı insani ehtiyacları ödəyə bilməyən din məhkumdur. Bir də ki, İsa peyğəmbərin şəriəti sonuncu din olmamış və o özü də heç vaxt özünü sonuncu peyğəmbər elan etməmişdir. Mövcud “İncil”lərdə də ondan sonra son elçini müjdələyən işarələr vardır.
Amma İslam dininin sonuncu din olaraq hər hansı təhif və xətadan uzaq olması faktı danılmaz məsələdir və onun ideyalarında dinin siyasətdən ayrı olması haqda fikirlər də təbii olaraq rədd edilir. Bununla belə, bəzən müsəlmanlar arasında ortaya çıxan bir sıra “mütəfəkkir”lərin əks mövqeləri isə qərb-sekulyar ideyalarından mənşələnib. İslamdan xəbərsiz olan belələri elə güman edirdilər ki, bu fikirlər İslam dünyasında da dönüş və inkişaf yaradacaq. Məsələn, doktor Cabir Usfur özü Əli Əbdürrəzzaqın “Əl-İslam və üsulil-hikəm” kitabına yazdığı müqəddiməsində belə qeyd edir: “Biz Rəfaət Təhtavi, Məhəmməd Əbdüh və Əli Əbdürrəzzaq kimi şəxsiiyyətlərlə fəxr edir və onları nümunə bilirik. Çünki onlar inkişaf etmiş mədəni-ictimai quruluşun tərəfdarlarıdır.
Allah sizə yar olsun.
Sual (33) :
Salamun əleykum.Dini hökumət qurmaqda məqsəd ilahi qanunları hakim etməkdir, yoxsa dini cəmiyyət qurmaq?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Dini cəmiyyət dedikdə dinə inanan, dini sevən, dindar yaşayan bir cəmiyyət nəzərdə tutulur. Belə bir cəmiyyətdə dini dəyərlərə əhəmiyyət verilir, din əsasında hüquqi idarəçilik tənzimlənir, fərdi və ictimai münasibətlər dini qanunlarla müəyyənləşir. Yuxarıda deyilənlərdən məlum olur ki, dini hökuməti dini cəmiyyətdən ayrıca müzakirə etmək düzgün deyil. Dini hökumətin vəzifəsi dini cəmiyyət qurub, onu qorumaqdır. Yəni hakimiyyət son hədəf yox, cəmiyyətin xoşbəxtliyini təmin edən orta hədəf və ya vasitədir. İmam Sadiq (ə) buyurur: “İslamda vilayət (dini hakimiyyət) qədər diqqət mərkəzində olan ikinci bir məsələ yoxdur.[48]
Dini hökumətin zəruriliyinə dəlil olaraq bir neçə Quran ayəsinə nəzər salaq:
“Hökm yalnız Allahındır, haqqı yalnız O bəyan edir. O ayırd edənlərin ən yaxşısıdır.”[49]
“Dünyada da, axirətdə də sitayiş Ona məxsusdur. Hökm Onundur.”[50]
“Onlar cahiliyyət dövrünün hökmünü istəyirlərmi? Yəqinliyi olan xalq üçün Allahdan daha yaxşı kim hökm verə bilər?![51]
“Məgər Allah hakimlərin ən üstünü deyilmi?![52]
19“Nəyin haqqında ixtilafda olsanız, onun hökmü Allaha aiddir.”[53]
“Allah sizə müfəssəl surətdə kitab nazil etdiyi halda, başqasını özümə hakim istəməliyəm?![54]
[48] “Biharul-ənvar” c.2, s-18.
[49] “Ənam” 57
[50] “Qəsəs” 70.
[51] “Maidə”, 50.
[52] “Tin”, 8.
[53] “Şura”, 10.
[54] “Ənam”, 114.
Allah sizə yar olsun.
Sual (34) :
Salamun əleykum.Dini hökumət diktaturanın bir növü deyilmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Diktaturanın bəzi xüsusiyyətlərini sadalayaq:
−Diktatura heç bir sabit qanuna istinad etmir (İslamda isə Qurani-kərim kimi hidayət kitabı mövcuddur.)
−İstənilən bir yolla hakimiyyətə çatmaq (İslamda xalqın istəyi əsas şərtdir.)
−Canişin üçün heç bir maneənin olmaması (İslamda ən ləyaqətli insan rəhbər ola bilər.)
−Cəmiyyətdə qorxunun hakimliyi (İslam hakimiyyəti insanları qorxu yox, inam kölgəsinə çağırır.)
Həzrət Əli (ə) ərz edir: “Pərvərdigara, Sən özün yaxşı bilirsən ki, biz hakimiyyət, dünya malı arzusunda deyilik. Biz yalnız Sənin dinini ayağa qaldırmaq, diyarında islahat aparmaq istəyirik ki, məzlum bəndələrin amanda qalsınlar…” “Nəhcül-bəlağə”, x. 131.
Allah sizə yar olsun.
Sual (35) :
Salamun əleykum.Mən cammat arasında şüar olan qılınc müsəlmanı tərmini haqqında bilmək istəyirəm.Həqiqətən müsəlmanlar islamı qılınc gücünə qəbul edib? Əks təqdirdə bu söz haradan və necə yaranıb?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu, xristian keşişlərinin çox təbliğ etdikləri məsələdir. islamın adını "qılınc dini" qoymuşlar. Yeni sırf qılıncdan istifadə edən bir din. islam "qılınc dinidir" söyləyənlər demək istəyirlər ki, islamın öz çağırışında işlətdiyi alət qılıncdır. Yəni necə ki, Quran demişdir:
"Yaxşı hikmət və öyudlə Allahının yoluna çağır və onlarla ən yaxşı yolla mübahisə apar".
onlar belə göstərmək istəyirlər ki, islam Peyğəmbərinin əmri – "Qılıncla dəvət et" olmuşdur. Quran niyə "Yaxşı hikmət və öyudlə allahının yoluna çağır və onlarla ən yaxşı yolla mübahisə et"- buyurduğunu və Peyğəmbərın əməldə belə olduğunu deyən yoxdur? Muxtəlif mövzuları bir-birinə qatıb, sonra deyirlər: islam "qılıncla dəvət və təbliğ et" - dini olmuşdur. Hətta kitablarinin bəzisində əziz Peyğəmbərə (s) hörmətsizlik edir, onun barəsində bir əlində Quran, o biri əlində qılınc olan bir kişinin karikaturasını çəkirlər ki, adamlarin başı üstə dayanıb – "Ya bu Qurana iman gətirin, ya boynunuzu vuraram" - deyir. Keşişlər dünyada bu işlərdən çox görmüşlər.Bunu da deməliyəm ki, bəzən biz musəlmanlar özümüz tarix və Quranla deyil, düşmənlərin sözlərinə uyğun olan sözlər danişırıq. Yəni, bir cəhəti düz olan sözu elə yozuruq ki, düşmənin əlinə bəhanə keçir.
Məsələn bəziləri deyirlər: 'islam iki şeylə - Xədicənin mali və həzrət Əlinin qılıncı ilə irəlılədi. Yəni sərvət və zorla. Bir din mal-dövlət və zorakılıqla inkişaf etsə o, nə cür din ola bilər?! Quranın bir yerində "islam dini sərvət və zorla irəlilədi" sözü varmi?! Görəsən Əli (ə) bir yerdə islam dininin sərvət və zorakılıqla irəlilədiyini deyibmi? şübhəsiz, Xədicənin malı müsəlmanların işinə yaradı. amma, Xədicənin varı islamın çağırışına sərf oldumu? Yəni, Xədicənin pulu çox idi və onun pulunu birinə vərərək "gəl musəlman ol" dedilərmi? insan, tarixin bir yerində belə bir ifadə tapır, ya yox? Müsəlmanlar və Peyğəmbəri-əkrəm son dərəcə çətinlikdə və təzyiq altinda olduqları vaxt xanım Xədicə öz mal-dövlətini Peyğəmbərin (s) ixtiyarinda qoydu. ancaq pənah allaha! Peyğəmbərin (s) birinə rüşvət verməsi üçün vermədi, tarix de heç zaman belə bir şeyi göstərmir. Bu mal o qədər çox deyildi və o zaman sərvət bu qədər çox ola da bilməzdi. Xədicənin sərvəti o gün həmin məntəqədəki sərvətə görə çox idi, nəinki, məsələn böyük ölkələrin milyardərlərinin birinin sərvəti həddində idi ki, deyək həmin ölkənin kapitalistlərindən biri kimi idi. Məkkə kiçik bir şəhər idi. əlbəttə bir dəstə tacirləri və kənarla alvər ədəni, sərmayədari var idi. Demək, Xədicənin mali olmasaydi ola bilsin ki, yoxsulluq müsəlmanlari ayaqdan salardı. Xədicənin malı xidmət ətdi. Lakin onun xidməti rüşvət verib birini müsəlman etmək deyil, ac müsəlmanları qurtarmaq idi və müsəlmanlar Xədicənin pulu ilə acliqlarinın qarşısını ala bildilər.
Əlinin (ə) qılıncı şübhəsiz islama qulluq etdi və Əlinin (ə) qilinci olmasaydi, dinin taleyi başqa cür olardi. əlinin (ə) qilinci birisinin başi üstə durub 'Ya müsəlman olmalisan, ya boynunu vururam' - demədi. Duşmən islamın kökünü kəsməyə hazır olduğu şəraitdə onun qarşisinda dayanan Əli (ə) idi. 'Bədr', 'uhud', ya 'xəndək' müharibələrini nəzərə almaq kifayətdir ki, onlarda əlinin (ə) qilıncı nələr etmişdi. 'xəndək'də müsəlmanlar Qüreyş kafirləri və onlarla əlbir olan qəbilələr tərəfindən əhatə olunurlar. on min nəfər silahli Mədinəni mühasirəyə alır. Müsəlmanlar çox ağır ictimai və iqtisadi şəraitdə qalırlar və zahirdə artıq onlara ümid yolu qalmir. iş o yərə çatır ki, 'əmr ibni əbduvəd' hətta müsəlmanların öz dövrələrində qazdıqları xəndəyi keçir. əlbəttə, bu xəndək Mədinəni tamamilə əhatə etməmişdi, çünki Mədinənin ətrafinda o qədər dağ var ki, çox yerində xəndəyə ehtiyac yox idi. Mədinənin şimalinda müsəlmanlarin iki dağ arasini qazdığı ühüd yolu üstündə dairəvi bir xətt olmuşdu. çünki, Qureyş də Mədinənin şimalindan gəlmişdi və oradan gəlməkdən başqa yol yox idi. Müsəlmanlar xəndəyin bu tayında, onlar isə o tayında idilər. əmr ibni əbduvəd xəndəkdə ensiz bir yer tapir. Güclü ati var idi. özü və başqa neçə nəfər o xəndəkdən bu taya atılıb kəçərək gəlib müsəlmanlarin qarşısında dayanıb döyüşçü çağırır. Müsəlmanlardan kimsə bayira çixmağa cəsarət etmir, çünki gəlib bu adamla döyüşsə, öləcəyinə şübhəsi yoxdur. iyirmi neçə yaşlı Əli (ə) yerindən durur: 'ey allahin Rəsulu! Mənə izn ver' - deyir. Peyğəmbər (s): 'Əlican, otur' - deyir. Peyğəmbər bütün səhabələrinə huccətin tamamlanmasini istəyir. əmr gəlib bir cövlan verdi, atını çaparaq gəlib yenidən, 'Mənimlə döyüşən varmı', dedi. Bir nəfər belə cavab vermədi. Qüdrətləri də yox idi, çünki o qeyri-adi bir adam idi. Əli (ə) ayağa durub, 'ey allahin Rəsulu! Mən', deyir. Həzrət: 'Əlican otur' - buyurur. üçüncü və dördüncü dəfə əmr rəcəz oxuyaraq müsəlmanların sümüklərini sızıldadıb, hamını narahat edib dedi:
'Qışqıraraq hamınızı səsləyirəm: Döyüşən varmı? Dayanıb gözlədim. şücaətliniz mənim qarşima çixmaqdan qoxdu, doğrudan da kərəm və şucaət igiddə ən gözəl qərizədir'.
Dedi: Mübariz istəməkdən yoruldum. Burada bir kişi yoxdurmu?! ey musəlmanlar! Siz ki, ölülərinizin cənnətə, bizim ölülərimizin isə cəhənnəmə gedəcəyini iddia edirsiniz, bir nəfər tapılıb gəlsin, ya öldürüb cəhənnəmə göndərsin, ya da ölüb behiştə getsin'. Əli (ə) yerindən qalxdı. ömər müsəlmanların üzrünü istəmək üçün dedi: 'ey allahin Rəsulu! Kimsə cavab vermirsə, haqqı vardır. Bu adam min nəfərə bərabərdir. Hər kim onunla qarşilaşsa, ölər'. iş o yerə çatır ki, Peyğəmbər (s) buyurur:
'Bütün iman bütün küfrlə qarşilaşmişdir'.
Demək, Əlinin (ə) qılıncı olmasaydı, islam yox idi deməyimizin mənasi Əlinin (ə) qılıncının xalqı zorla müsəlman etməsi deyil. o deməkdir ki, islamı müdafiə etməkdə əlinin qılıncı olmasıydı, düşmən islamin kökünü kəsmişdi. Necə ki, Xədicənin malı olmasaydı, yoxsulluq musəlmanları əldən salmışdı. Bu hara, o boş söz hara?!
63islam qılınc dinidir. ancaq bu qılınc həmişə müsəlmanların canını, malını, yurdunu və ya təhlukəyə düşmüş tövhidi müdafiə etməyə hazırdır. Əllamə Təbatəbai 'Təfsir-əl-mizanda' bu məsələ (tövhidi müdafiə etmək) haqqında istər Bəqərə surəsinin qital ayələrində, istərsə də 'dində zorakılıq yoxdur, artıq inkişaf yolu da aydındır, azğınlıq yolu da' ayəsində bəhs aparmışdır. Bəli, islam bu məsələni bəşəriyyətin borcu bilir. Tövhid təhlükəyə düşəndə islam onu qurtarmağa çalişir. çünki tövhid ən əziz insani həqiqətdir. azadliq haqqinda bəhs aparan bu ağalar tövhidin heç olmazsa, azadlıq həddində olduğunu (ondan üstün olmasi mütləqdir) bilirlər. Mən bunu məclislərdə təkrar etmişəm ki, biri oz canini müdafiə etsə, bu müdafiəni düzgün bilirsiniz yoxsa yanliş? Sizin canınız hücuma məruz qaldıqda, - güclü hər nə istəyir eləsin, mən zorakiliğa əl atmamaliyam, güclü məni oldursun - dəyərsinizmi? Yox. Habelə deyirik: Birisinin namusu təcavüzə məruz qaldisa, müdafiə etməlidir. Birinin mal-dovləti təcavüzə məruz qaldisa, müdafiə etməlidir. Bir xalqın yurdu təcavuzlə qarşılaşdısa, müdafiə etməlidir. Burayadək, kimsənin bəhsi yoxdur. Deyirəm: Məzlum bir xalqın canı, malı və ya yurdu bir zalımın təcavüzünə məruz qaldısa, məzlumu müdafiə etməkdə üçüncü şəxsin iştirak etməsi düz işdir, ya yox? Nəinki düz işdir, həm də ozünü müdafiə etməkdən də əhəmiyyətlidir, çünki insan oz azadliğını müdafiə etsə, demək məhz ozünü müdafiə etmiş olur, başqasinin azadlığını müdafiə etsə, daha müqəddəs olan azadlığı müdafiə etmiş olur. Məsələn, əgər bir avropalı vyetnamlıları müdafiə etməyə gedərək amerikalilarla döyuşsə, siz onu bir vyetnamlidan qat-qat artiq müqəddəs sayar və deyərsiniz: 'Baxin, necə də böyük insandir! özü təhlükədə olmadiği halda ölkəsindən durub başqalarinin azadliği, cani, mali və yurdunu mudafiə etmək üçün ayri ölkəyə getmişdir'. Bu, qat-qat yuksəkdir. Niyə? çünki, azadliq muqəddəsdir. Biri elm və biliyi müdafiə etmək məqsədilə vuruşsa, necə? o da belədir. (Bir yerdə elm təhlükəyə düşsə, bəşərin müqəddəs nailiyyətlərindən biri olan bilik təhlükəyə düşdüyü üçün insan elmi qurtarmaq uğrunda döyüşməlidir). Sülhün nicati üçün döyüşsə necə? o da belədir. Tövhid mənə-sənə deyil, bəşəriyyətə aid olan həqiqətdir. Tövhid insanin fitrətindən olduğu üçün heç zaman insan düşüncəsi onu tövhidə qarşi etmir. əksinə, xarici bir amil müdaxilə edərkən tövhid təhlükəyə düşərsə, islam onu qurtarmaq əmrini verir. ancaq bu zorakılıqla tövhidi xalqın ürəyinə keçirmək mənasinda deyil, tövhidin aradan gətməsinə gətirib çıxaran amilləri yox etmək deməkdir. Bu amillər aradan getdikdə, insan fitri tövhidə sari yönələr. Məsələn, təqlid, aşilama, bütxana və sair kimi insanin tövhidi düşünməsinə mane olan bu amilləri aradan aparanda camaatin fikri azad olar. Necə ki, Quran həzrəti İbrahim haqqında buyurur: 'Camaat şəhərdən çıxıb, şəhəri boşaltdığı və bütxana xəlvət olduğu gün ibrahim gedib bütləri sındırdı və baltanı bütlərin ən böyüyünün boynundan asdı. Camaat gecə qayıdıb, hacət istəmək, məhəbbət və təmizliklərini göstərmək məqsədi ilə bütlərin yanına gəldikdə, salamat bir büt qalmadığını, böyük bütdən başqa o biri bütlərin balta ilə sındırılıb dağıdıldığını görürlər. Zahirdə bələ görünür ki, böyük büt gəlib kiçikləri dağıdıb aradan aparmışdır. Lakin bəşərin fitrəti bunu qəbul etmir. 'Kim bu işi görüb?' 'Dedilər: ibrahim adlı bir gəncin onları yad etdiyini eşitdik'. ibrahimin sorağina gedib dedilər: 'ey ibrahim! Sənmi bizim allahlarımızın başına bu işi gətirmisən?' Dedi: 'olmaya bu, boyük bütün işidir. Danişa bilərsə, özlərindən soruşun'. 'onlar danışa bilməzlər'- dedilər. Dedi: 'Danişa bilməzlərsə, nəyə pərəstiş edirsiniz?!' Quran buyurur: 'Beləliklə, ozlərinə qayıtdılar'. Burada ozlərinə gəldilər.
'Dində zorakılıq yoxdur, doğru və haqq yol ilə azğınlıq yolu məlumdur. Demək tağutu kafir bilən və allaha iman gətirən adam mohkəm ipdən yapışmışdır'.
Quran məntiqinin ixtisarı budur ki, dində zorakiliq yoxdur, artiq inkişaf yolu da aydındır, azğınlıq və zəlalət yolu da. Hər kim istəyirsə, bu yolu, istəyirsə, o yolu seçsin.
Bu ayənin nazil olmasi haqqında neçə söz yazmışlar ki, bir-birinə yaxındır və hamısı düz ola bilər. Müsəlmanlarla əhd bağlamış 'Bəni-Nəzir' qəbiləsi xəyanət etdikdə, Peyğəmbər-əkrəm - 'buradan çixmalısınız'- deyə, vətənlərini tərk etmələrini əmr etdi. onlarin arasinda müsəlmanlarin yəhudi övladlarından da var idi. Bu uşaqlar nə üçün yəhudi idilər? (islamin zühurundan əvvəl) yəhudilər Hicaz ərəblərindən yüksək mədəniyyətə malik idilər. Hicaz ərəbləri çox savadsız və məlumatsız idilər. Kitab əhli olan yəhudilər isə savadlı və məlumatlı idilər. Buna görə də öz fikirlərini ərəblərə qəbul etdirirdilər. Hətta bütpərəstlər yəhudilərə inanırdılar. ibn abbas deyir: 'Mədinədə uşaqları olmayan bəzi qadınlar nəzir edirdilər ki, övladları olsa yəhudi olmaq uçun onlarin arasına göndərsinlər'. ona görə bu inama malik idilər ki, ərəblər yəhudilərin dinini öz dinlərindən - butpərəstlikdən ustun bilirdilər. onlar bəzən südəmər uşaqlarini yəhudilərin yanına göndərirdilər ki, onlara süd versinlər. o uşaqlar ki, onlarin yəhudi olmalarını nəzir etmişdilər, təbii olaraq yəhudi olur və yəhudilərin arasına gedirdilər. Yəhudilərin süd verdikləri körpələr də təbii halda, yəhudilərin əxlaqiyyatına yiyələnir və süd bacı-qardaşı, dost-tanış tapır, bəziləri isə yəhudi olurdular. Hər halda o zaman ata-analari ənsar, ovs və xəzrəcdən olan bir dəstə yəhudi uşaq da var idi. Bəni-Nəzirin gətməsi qərara alındıqda, müsəlmanlar 'biz qoymarıq uşaqlarımız getsinlər' - dedilər. Yəhudi olmuş uşaqlardan bir hissəsi isə 'biz öz dindaşlarimizla gədirik'- dedilər. Bu, müsəlanlara bir çətinlik oldu. Musəlmanlar dedilər: 'Biz heç zaman qoymariq ki, yəhudilər uşaqlarımızı özlərilə aparsınlar və onlar da yəhudi olaraq qalsınlar'. Uşaqlardan bəzisi isə 'biz öz dindaşlarımızla getmək istəyirik' - dedilər. Müsəlmanlar əziz Peyğəmbərin hüzuruna gəlib 'ey allahin Peyğəmbəri! Biz uşaqlarimizin getməsinə razi dəyirik' dedilər. (Göründüyü kimi, ayə orada nazil oldu. Peyğəmbər (s) buyurdu: 'Məcburiyyət yoxdur. Uşaqlariniz sevirlərsə, musəlman olsunlar və istəmirlərsə, ixtiyar özlərindədir. Getmək istəyirlərsə, getsinlər. Din məcburi iş deyildir'.
'Dində zorakılıq yoxdur, doğru və haqq yol ilə azğinlıq yolu məlumdur. Demək, tağutu kafir bilən və allaha iman gətirən adam möhkəm ipdən yapişmişdir'. çunki imanin təbiəti məcburiyyət, zorakiliq və sərtlik göturməz.
'Demək, xatirlat, sən ancaq xatirladansan, sən onlarin üzərində hakim deyilsən, lakin kim üz döndərib kafir olsa allah onu ən böyük əzaba düçar edər'.
64'ey Peyğəmbər, camaata təzəkkür ver (təzəkkürün mənasını qabaqca dedim), camaati qəflət yuxusundan oyat, onlara ayıqlıq və bilik ver. Camaati ayıqlıq və bilik yolu ilə dinə çağır. Sənin təzəkkür verməkdən başqa işin yoxdur. Sən istilaçi hakim deyilsən, yəni allahın səni belə qərar verməmişdir ki, zorla bir iş görmək istəyəsən. [üz döndərib kafir olanlar müstəsnadirlar]. Görəsən 'illa mən təvəlla və kəfər' 'lestə eləyhim bi müsəytir'dən müstəsnadir, yoxsa 'fəzəkkir, innəma əntə müzəkkir'dən? 'Təfsir-əl-mizanda' deyir və dəlillər gətirir ki, 'fəzəkkir, innəma əntə müzəkkir'dən müstəsnadir. 'Təzəkkür ver, 'illa mən təvəlla və kəfər' təzəkkür vərdiklərindən başqalarına'. 'onlar, təzəkkür vərdiyinə baxmayaraq, üz döndərmişlər və artiq təzəkkürdən sonra təzəkkürün faydası yoxdur. 'Fəyuəzzibuhullahul əzabəl əkbər' (allah ona əzab edər, böyuk əzabla) o da cəhənnəm əzabıdır.
Allah sizə yar olsun.
Sual (36) :
Salamun əleykum.Din və elmin bir-biri ilə uyğunluğu barədə məlumat verin.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəzilərinin din və elmi iki əks yol bilmələrinin səbəbi ilahi dinləri xüsusilə aşkar İslam dinini düzgün tanımamaları və məsuliyyət dairəsini bilməmələridir. Bilmirlər ki, elm və texnologiyanın əleyhinə olmayan dində məqsəd hansı dindir.
Din kəlməsi ümumi anlamdadır və bütün dinlərlə; səmavi və ya qeyri-səmavi, təhrif olunmamış (İslam) və ya olmuş və s. aid olur. Bütün zamanlarda səmavi dinlər Allah-Taala tərəfindən insanların hidayəti üçün gəlmiş və öz zamanındakı insanların ehtiyaclarına cavabdeh olmuşlar. Amma bizim etiqadımıza əsasən (İslamın zühurundan sonra) bütün zamanlarda müsbət təsirlərə malik ola bilən yalnız İslam dinidir və digət dinlər belə qüdrətə malik deyil. Çünki yalnız İslam dini ən kamil və sonuncu dindir.
Dinlə elm və texnologiyanı bir-birinə zidd olduğunu güman edənlər dinin təsir sahəsinin elm və texnologiyanın təsir sahəsindən əsaslı şəkildə fərqli olduğuna diqqət etməlidirlər. Elm və texnologiyanın təsir sferası maddi hiss və təcrübi elmlər həddindədir ki, yaradılışdan məxluqatda qərar verilən gizli talantların kəşfinə və Allahın nemətlərindən ən yaxşı istifadə üçün şəraitlərin ixtirasına çalışırlar. Amma insanın dinə möhtac olmasına sübut insanın ağıl, hiss və təcrübəsi ilə çata bilmədiyi şeylərin mövcudluğudur. Bu məzmun yəni fəlsəfi bəhslərdə dərk vasitələrimizin məhdudluğunu ağıl təsdiq edir, həmçinin Quran da buna işarə edərək buyurur:
«... علّمكم ما لم تكونوا تعلمون...»
"... sizə bilmədiyiniz şeyləri öyrətdi..." Yəni bilmədiyiniz şeyləri sizə öyrətdi. Bu tərifə əsasən bəşər heç vaxt dindən ehtiyacsız deyildir.
Din insan üçün üç bəxşdə proqram hazırlamışdır. Həmçinin üç cür rabitənin islahı üçün səy göstərir: a) İnsanın özü ilə əlaqəsi. b) İnsanın başqaları ilə əlaqəsi (təbiət və cəmiyyət). c) İnsanın Allahla əlaqəsi. Buna görə həm dünyaya həm də axirətə diqqət edir. İslam axirətin abadlaşmasına səbəb olan dünyanı abadlaşdırmağı təmsil edir. Belə bir şey dünyəvi əxlaqın, elm və texnologiyanın öhdəsi xaricindədir.
Din həm qəlbə həmdə ağıla diqqət edir. Bugünədək bəşəri hərtərəfli tanımamış elm necə ola bilər ki, onun səadətini təmin edəcək mükəmməl bir proqram tərtib etsin. Baxmayaraq ki, bəşər elmi işləkdir, bu elmlər yalnız münasib qrafikli qurucu işlərdə dərdimizə dəyir. Amma məktəb, fəlsəfə, sistem yaratmaqda acizdirlər və bəşər hər şeydən əvvəl proqram və məktəbə sonra isə qurub-yaratmağa möhtacdır. İslamda qurub-yaratma qrafikası insanın özünə həvalə edilmişdir. Din elmin tək başına öhdəsindən gələ bilmədiyi işlərə zamindir.
Texnologiyanın inkişafı ilə dinin proqramlaşdırma əhatəsi və qanunvericiliyi genişlənir. Yeni temaların zühuru ilə İslam fəqihləri sözügedən mövzuların hökmlərini İslamın fiqhi mənbələrindən istinbat və çıxarış edirlər. İctihad dairəsinin genişliyi sayəsində İslam mədəniyyətində İslam hökmlərinin modern əsrdəki bəşərin ehtiyaclarına tətbiqinə şübhə yeri qalmır. Buna əsasən bəşər hər hansı elmi təkamül mərhələsində olursa olsun, heç vaxt dindən və peyğəmbərlərin ilahi təlimlərindən ehtiyacsız olmayacaqdır.
Digər tərəfdən elm və texnologiyanın inkişafı dindən ehtiyacsızlığa səbəb olduğu qənaəti düzgün olarsa, İslamın zühurundan bir neçə əsr sonra bəşər dindən ehtiyacsızlığa nail olmalı və öz ağlının sayəsində yolu davam etdirməli idi. Müasir tarix bu iddianın puç olmasına ən gözəl şahiddir. Bəşər nəinki dindən ehtiyacsızlığını hiss etmədi bəlkə dinə qarşı üsyandan, resans dövründən və bu yolda çekdikləri acılardan sonra günümüzdə anbaan dinə yaxınlaşır, hər an özünü daha ehtiyaclı hesab edir.
Ətraflı mütaliə üçün mənbələr:
1. Elm, ağıl və din – Quran və elmlər, Sual 111
2. Elmlə dinin müqayisəsi, Sual 210
3. Din və elm, Sual 210
4. İslam dininin sonunculuğunun sirri, Sual 399
5. Din və dəyişkənlik, Sual 206
6. İslam və bir qrafikanın zərurəti, Sual 253
7. İslam və "mədun" fikir nəzəriyyəsi, Sual 217
8. Hadi Tehrani, Mehdi, "Vilayət və dəyanət", səh. 13-56, "Ağıl evi" mədəniyyət mərkəzi
9. Hadi Tehrani, Mehdi, "İnanclar və suallar", Kitabın məcmuəsi, "Ağıl evi" mədəniyyət mərkəzi
10. Hadi Tehrani, Mehdi, "İlahiyyatın ictihad əsasları", Kitabın məcmuəsi, "Ağıl evi" mədəniyyət mərkəzi
Allah sizə yar olsun.
Sual (37) :
Salamun əleykum.Dinin elmi kəşflərlə uzlaşması barədə ətraflı məlumat vermənizi istəyirik.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Orta əsirləri geridə qoyunca elm öz yolu ilə surətlə irəliləməyə başlayır. Bu zaman bir çox elmi nəzəriyyələr kilsənin və incilin inancları və onların təbliğatları ilə uyğun gəlmir.
Elə bu yerdən elmlə dinin uzlaşmaması və bir- birlərinə əks olması mövzusu irəli gəlir. Bu zaman surətlə rövnəq tapan və irəliləyən elm kilsənin nurunu söndürməyə başlayır.[ Məbaniye kəlamiye ictihad, Hadəvi Tehrani, səh 313. ] Bəziləri belə bir ciddi məsələnin həlli üçün deyirlər:
"Dinin dili elmin dilindən və fəhmin əhatəsindən çox ucadır. Yəni əql və istedlal dini başa düşə bilməz".
"Kirkəquz kimi (keşiş və alim) şəxsiyyətlər isə belə düşünmürlər: "İnsanın fikri və zəkası kəşf edən bütün hər nə varsa iman və əqidə çərçivəsindən xaricdir."[ Yenə də ora, səh 315.]
Dinin elmlə əks istiqamətdə qərarlaşması mövzusu xristian dininə və onların dinə xüsusi baxışlarından irəli gəlmişdir.[ Yenə də ora, səh 315] Bu mövzu İslam dininin dərinliklərindən xəbəri olmayan kəslər tərəfindən İslam dininə daxil edilmişdir.
Bu sualı dəqiq cavablandırmaq üçün gərək məsələyə iki prizmadan yaxınlaşaq. Birinci prizma müqəddəs İslam dininin bəyanları və sırf fikirləridir. İkinci prizma isə elmi kəşflərlə yanaşı elmin özüdür.
A). Dinin bəyanatları ilə əlaqədar
Bu mövzunu aydınlaşdırmaq üçün aşağıdakı qeydlərə və açıqlamalara diqqət yetirmək lazımdır:
1)- Dini mənbələrə (kitab və sünnət) müraciət etdikdə, ilk növbədə onun qeydlərinə və istisnalarına diqqət yetirmək lazımdır. Belə ki, ilkin surətdə əgər dinin bütün əmrləri ilə tanış olmasa və onun barəsində dəqiq tədqiqat aparılmasa din barəsində ümumi olaraq nəticə almaq olmaz. Çünki hər bir ümumi qanunlarda xüsusi qeydlər və istisnalar mövcuddur. Mövzunun daha da aydınlaşması üçün dini mətnlərdən misal gətiririk. Qurani kərim balı bütün insanlar üçün şəfa olaraq tanıtdırır.[ Şəfa lil nas, Nəhl surəsi, ayə 69.]
Əgər insanlar bundan belə başa düşsələr ki, bal bütün xəstəliklərin dərmanıdır və elm də eyni zamanda sübut etsə ki, məsələn bal filan xəstəlik üçün zərərlidir, bu yerdə belə deyiləcəkdir ki, elmlə din bir- birinin əksinə nəzər verirlər. Yəni "elmi kəşflər dini mətnlərin əksinədir" deyə belə nəticə alacaqlar. Amma şərif olan ayə demir ki, bal bütün dərdlər üçün şəfadır. Fəxri Razi bu ayənin barəsində və bu iradın bəyanında deyir: "Allah Taala demir ki,bal hər bir şəraitdə hər bir dərdi olan insan üçün şəfadır. Əksinə deyir "bal ümumiyyətlə faydalı və şəfabəxş bir nemətdir."[ Kəbir təfsiri, səfinət- əl- bihar ayəsinin təfsiri barəsində. Cild 3, səh 473 ]
Gərək bu mətləblərə diqqət olunsun və dini mənbələrdə qeyd olunmuş hər bir kəlamı ümumiliyə dəlalət etməsini iddia etməsin.
2)- Bəzi qərb təfəkkürünün əksinə olaraq İslam dini zəkaya və əqlə xüsusi vilayət əta edir. Belə ki, İslam dini əqli batinin rəsula adlandırır və aqil insanın ibadətin digər insanların ibadətindən üstün bilir. Yəni insanın ibadətinin belə fəzilətli olmasını onun ağıllı olması ilə əlaqələndirir.[ Səfinə- əl- bihar, cild 3, səh 541.]
Bu misala diqqət yetirin:
Fərz edin sənədi rical elminə əsasən səhih bir hədisdə belə yazılmışdır. "Bir insanın xəstəliyi digər bir insana yoluxmur.[ Təlxisi miqbas- əl hidayə, Əli Əkbər Qaffari, səh 48.] Amma elm sübut edir ki, bəzi xəstəliklər bütün insanlara yoluxa bilir. Belə bir halda heç bir əks təqdir nəzərdə tutulmur. Əksinə bu insan zəkasının elminin hasili olan kəşf və insanın labaratoriyada çəkdiyi zəhmətlərin nəticəsi ümumi deyilmiş. Hökmə qeyd və istisnadır. Belə deyirik ki, hədisin məqsədi bütün deyil, bəzi xəstəliklərdir.[Üsul elmində bir qayda var ki, mümkün bir ayə və ya hədis həm ümumiliyə dəlalət etsin həm də bu ümumilikdə bəzi insanlar istisna edilsin. Məsələn: Əgər deyilsə ki, bütün qoşunlara ehsan ver. Amma kafirlərdən başqa. Biz ilk baxışdan ümumi olaraq bütün qonşulara ehsan vermək istədiyimiz halda, ikinci cümləyə diqqət yetirsək, kafir olan qonşularımıza ehsan verməməliyik. Çünki, kafir qonşular bu əmrdə istisna olunmuşlar.]
Ümumiyyətlə din və əqil, həmçinin din və elm arasında heç bir əks istiqamət yoxdur. Çünki bəzi dini təlimlər həm əqlidir həm də nəqli. Belə ki, bir çox dini məsələlər həm əql və həm də nəql yolu ilə həll olunur.
3)- Bəzən bəzi hədislərin əsas anlamı mənəvi təlimlərdən danışır. Bunu belə də başa düşmək lazımdır. Əgər bu hədis maddi baxışla açıqlasaq bu zaman elm və əqillə əks istiqamətlə özünə yer alacaqdır. Əlbəttə bunu da qeyd edək ki, hər bir mənəvi hədisdən maddi yönlü bəhrələnmək olar. Çünki mənəvi anlamların əsas amilləri maddiyatı da bəhrələndirə bilir. Məsələn: Hədisdə buyrulmuşdur ki, insanların günahı çoxalarsa zəlzələ baş verər. Amma elm sübut edir ki, zəlzələ təbiətdə bir sıra proseslərin baş verməsi və yerin qatında sıxlığın əmələ gəlməsindən baş verir. Belə olan halda elm və din bir- birlərinə zidd olan mövqedən çıxış edirlər. nəticədə belə deyirlər: Məsələ aydınlaşmadı. Zəlzələnin əsas amili nədir? İnsanın günahları yoxsa təbiətdə baş verən proseslər?
Bu yerdə hədisin məqsədi mənəvi anlamdır. Yəni zəlzələnin mənəvi səbəbi insanın etdiyi günah əməllərdir. Belə ki, bu yerdə təbii proseslərin baş verməsi yalnız surətdə vacib deyildir. Yəni zəlzələ bu proseslərin baş verməməsi nəticəsində də baş verə bilər. deməli mənəvi amillərlə maddi amillərin arasında fərq qoymaq lazımdır.
B). Elmi kəşflərlə dini mətinlərin rabitəsi:
Bu mövzununda aydınlaşması üçün bəzi mətləblərin qeydini zəruri bilirik:
1)- Elmi mübahisələr və disputlar zamanı sübuta yetmiş nəzəriyyələrlə naqis və öz həllini tapmamış nəzəriyyələrin arasında fərqin olması zəruridir. Çünki sübuta yetmiş v qanun şəklində istifadəyə verilmiş nəzəriyyələrin dinin əksinə olması mümkün deyildir.
Amma bunun əksinə olarsa elmi nəzəriyyənin dinlə uzlaşmaması və elmin əksinə olması mümkündür. Bunun da əsas səbəbi budur ki, naqis olan elmi nəzər hələ müdafiə olunmamış və nəzəriyyə halından qanun şəklinə düşməmişdir. Həmçinin mümkündür ki, bu nəzəriyyə qanuna nümunəvi digər bir elmi nəzəriyyə onun batilliyini sübut etsin. Bu səbəbdən belə elmi nəzərlərin dini mətnlərin əksinə olması mümkündür. Amma hər iki halda elmin heç bir şəri xitablarla müxalifəti yoxdur. Əgər belə naqis nəzəriyyələr özlərini doğrulayaraq qanun şəklində elmdə yer tutarsa və 57bu halda da dini mənlərlə əks istiqamətdə olarsa bunun həll yolunu tapmalıyıq. Çünki dinin elmlə heç bir müxalifətçiliyi yoxdur.
2)- Elm barəsində diqqəti cəlb edən məsələlərdən biri də budur ki, bəziləri elmin fəlsəfəsinin heç bir xarici həqiqəti olmadığını iddia edirlər.
Onların bəyanına əssən elm zehnin ifadə etdiyi nəzərlərdir ki, xariclə üst- üstə düşərsə öz üzgünlüyünü sübut edər və insanlar da onun həqiqətlərlə uyğun olduğunu qəbul edərlər. Məsələn: Darvinin təkamül nəzəriyyəsini buna misal vurmaq olar. Bu nəzəriyyəyə əsasən insanın meymundan əmələ gəlməsi sübut olunur. Əksinə nəzəriyyənin əsası belədir ki, "əgər insanın meymundan vücuda gəlməsini fərz etsək insan həyatında bizə qaranlıq qalan bəzi nöqtələr öz həllini tapmış olar". Bu gün ki, elmin fəlsəfəsini də belə nəzəriyyələrlə ibraz inqari deyirlər.[ - Cavadi Möhsin və Əmini Əli Rza, İslam maarifi, cild 2, səh 40.]
Buna əsasən bəzi alimlər dinlə elmin arasında heç bir prodoksun olmamasını iddia edirlər.
Onlar belə nəticə alırlar ki, dinin dedikləri həqiqətin özüdür. Amma elmin söylədikləri zahiri əməllərin bəhrələnməsi üçün zehnin düzəltdiyi əfsanələrdir.
3)- Bəziləri isə belə deyirlər: Elmin və dinintəhlil və tədqiq yolları tamamı ilə fərqlidir. dinin və elmin prodoksal və bir- birinin əksinə olmasını o zaman iddia edə bilərik ki, hər iki sahə eyni bir mövzunu araşdırsın və onun barəsində tədqiqat aparılsın və müxtəlif nəticələr əldə edilsin. Məlum məsələdir ki, belə bir şeyin hələ ki, xarici vücudu yoxdur.
Ayan Barbur bu barədə deyir:
"Bu günkü, tədqiqatçılar elmə daha çox fəlsəfi baxışdan yanaşırlar. Yəni elmi nəzəriyyələrə daha çox fayda baxımından yanaşırlar. Həmçinin elmin əsli vəzifəsini təyin edir, onun barəsində uzaqgörənlik edir və onu öz əsarəti altına alırlar. Amma din fəlsəfəsini adətən "həyatın bir növ tövsiyəsi və qanunu bilərək onu, əxlaq usulları silsiləsinin nişanəsi kimi qəbul edirlər.[Ayan Barbur, elm və din, 153- 155- ci səhifələr. İslam maarifinə istinad edərək, cild 2, səh 43.]
Bu nəzəriyyənin müsbət cəhətlərinin olmasına baxmayaraq mənfi cəhəti də vardır. O da bundan ibarətdir ki, bu nəzəriyyədə din fəlsəfəsinin bir çox cəhətlərinin nəzərə alınmasıdır.
Nəzərə alnmayan cəhətlərin biri də təbii həqiqətlərdir. Hər bir müqəddəs kitabda, xüsusən də Quranda sözsüz ki, təbiət qanunlarından (külək, yağış, tufan və...) söhbət açılmışdır. Həmçinin bunu inkar etmək də mümkün deyildir. Amma bunu da qeyd edək ki, bəzi dini mətinlərdə gəlmiş mövzuları inkar edə bilmərik. Hansı ki, bu mətinlərin mövzuları elmlə uyğunlaşmır. Düzdür ki, din İlahi qanunları möhkəmlətmək üçün gəlmişdir və ya gündəlik yaşayış qanunlarının tövsiyəsi üçündür. Amma bu din bəzən aləm və təbiət barəsində bir çox qeydlərə işarə edir ki, bu qeydlər elmi nəzəriyyələr ilə uyğunlaşmır. Bunun üzündə çıxış yolu fikirləşmək lazımdır.[ - Əmini Əli Rza Cavadi Möhsin, İslam maarifi, ikinci cild 43.]
Məqalənin sonunda bunu da qeyd edək ki, müqəddəs İslam dini nəin ki, elm və kəşflərlə müxalif cəbhədə özünə mövqe tutmuşdur. Əksinə özü böyük bir elmi möcüzələrlə dolu ensiklopediyadır. Belə ki, Qurani kərim öz zamanında elə bir elmi mövzulara toxunmuºdur ki, yüz illər sonra elm ona yol tapa bilmiºdir. Misal üçün mübarək Ənam surəsinin 125- ci ayəsində Allah Taala yolun azmış şəxslərin sinələrinin daralacağı haqqında buyurmuşdur: "Onun ürəyini göyə qalxan bir şəxs kimi daraldıb sıxıntıya slar".[ Qurani kərimin məlum ayəsi barədə qədim zamanlardan indiyədək müxtəlif təfsirlər qədim zamanlardan indiyədək müxtəlif təfsirlər irəli sürülsə də, onun atmosfer boyu yuxarı qalxdıqca, havanın azalmasına və orada tənəffüsün çətinləşməsinə işar etməsi inkaredilməzdir. İlahi sirlər. İlqar İsmailzadə.] 17- ci əsrə kimi alimlərin hava haqqında nəzərləri bu idi ki, havanın he bir çəkisi yoxdur. Çəkisi olmayan bir şey heç vaxt nəyisə sıxa bilməz. Amma 1643- cü ilə də Turiçeli hava ölçən bir aparat kəşf edir. Bundan sonra yenidən sübut etdilər ki, havanın sıxmaq qüdrəti vardır. Yüz illər sonra havanın yer üzərində sıxıntısı nəticəsində insan bədənində qan təzyiqinin tənzimlənməsi prossesini də sübut edirlər.[ Ulumi Qurani, Məhəmməd Hadi Mərifət, səh 425.]
Elmin gec- gündüz surətlə inkişaf etməsinə baxmayaraq yuxarıdakı qeydlərimizdən məlum olur ki, müqəddəs İslam dininin sübuta yetirilmiş heç bir elmlə əks mövqe tutmamışdır. Bununla yanaşı Qurani kərim bütün sübuta yetirilmiş elmləri Allahın möcüzəsi kimi təsdiq edir. Bundan əlavə müqəddəs İslam dinin də elmi təcrübələri rədd edən bir dənə də olsun ayə və hədisimiz yoxdur.[ Elm və din mövzusuna istinad edərək Cavadi Amuli, 84/12/. Təfsir dərsindən.]
Daha çox məlumat əldə etmək üçün bu göstəricilərə müraciət edin:
1. Elm və dinin müqayisəsi, sual 210
2. İslam və əql sual 987.
Allah sizə yar olsun.
Sual (38) :
Salamun əleykum.İslam dini müasir dindir, zamanın dəyişməsi ilə onun hökmləri də dəyişilə bilər. (Misal üçün, şahmatın haram olmasını qeyd etmək olar ki, imam Xomeyni (r) onu azad etdi.) Bunu nəzərə almaqla bu ilahi hökmdə yenidən nəzər verilə bilərmi? Belə ki, əgər iki bacının hər ikisi bir kişinin arvadı olmağa razı olsalar, yaxud birlikdə bir kişi ilə yaşamağa həmkarlıq etsələr, yenə də məsələnin hökmü yuxarıda qeyd olunandırmı? Mən belə fikirləşirəm ki, Rəhman Allah bizim Peyğəmbərimizi buna görə axırıncı peyğəmbər qərar verib: O bilirdi ki, bu din bütün dinlərin ən kamilidir və zamanla uyğunlaşdıra bilər. Bir təbii alim öz nəzəriyyələrini isbat etmək üçün tədqiqat apardığı kimi, bir dini tədqiqatçı da gərək bu əməli yerinə yetirsin. Əlbəttə, yuxarıda qeyd etdiyimiz misaldakı kimi, imam Xomeyni (r) kimi bir şəxs (dini elmlərdə) çox irəliləyib və o hallardan bəzisini özünün “Təhrirul-vəsilə kitabında qeyd etmişdir.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Cavabın aydın olması üçün bir neçə məsələni xatırlatmaq lazımdır:
1. “İslam müasir dindir dedikdə məqsəd onun ən kamil din olması, onun qayda-qanunlarının bütün əsr və zamanlarda bəşərin səadət və xoşbəxtliyini təmin etməyə qadir olması mənasınadır. Belə ki, İslam qanunları bəşərin fitri istəklərinə və real vücuduna uyğundur və insanın fitrət və zatı heç vaxt dəyişdirilə bilməz.
“Belə isə, öz üzünü tam şəkildə haqqa döndər, bu haqq dinə çevir. Həmin təbiət və fitrətlə ki, Allah insanları onun əsasında yaratmışdır. Allahın xəlq etdiyində dəyişiklik yoxdur, sabit din elə budur, lakin camaatın əksəriyyəti bunu bilmir.[ “Rum surəsi, ayə: 30]
İnsani fitrəti onun nəfsani istək və şəhvətlərindən tamamilə başqadır. Əks halda, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə, hətta bütün tarix boyu şəhvətlər və həvayi-nəfslər mövcud olmuşdur, bəzi cəmiyyətlərdə bəlkə də cəmiyyət üzvlərinin əksəriyyəti buna düçar olurdular. İlahi dinlər insan ruhunu əxlaqi rəzalətlərdən paklamaq, bəşər fitrətini və təbiətini saflaşdırmaq qərarına gəlmişlər: “Ey iman gətirənlər! Allah və Onun Peyğəmbəri sizi, həyat bağışlayan şeyə dəvət etdiyi zaman dəvətini qəbul edin![ “Ənfal surəsi, ayə: 24]
Həva-həvəslər, nəfsani ehtiraslar ruhun səhifəsini örtüb qaraldan toz-torpaq kimidir. Çox hallarda zamanın keçməsi ilə bərkimiş çöküntülərə çevrilir ki, ağır çətinliklər və böhranlı hadisələrdən başqa heç bir şey onları silib aradan apara bilmir. Belə olan halda insana heç bir fayda da yetmir.
“Gəmiyə mindikləri zaman Allahı pak qəlb ilə çağırır, (lakin) quraya çıxdıqları və nicat tapdıqları zaman yenidən Allaha şərik qoşurdular.[ “ Ənkəbut surəsi, ayə: 65]
Deməli, İslam dininin kamil olmasının mənası “hər gün camaatdan bir dəstəsinin şəhvət və ehtiras hislərinə uyğun olaraq dəyişilməsi deyildir; əksinə məqsəd budur ki, İslam dininin həqiqəti tarix boyu sabitdir. Belə ki, imam Sadiq (əleyhis-salam) buyurur: “Peyğəmbərin halal buyurduğu şeylər qiyamətə qədər halal, haram etdiyi şeylər qiyamətə qədər haramdır.[ “Kafi, 1-ci cild, səh. 58]
2. İmam Xomeyninin (r) şahmat barəsindəki fətvası da İslam hökmünün dəyişdirilməsi mənasına deyildir; əksinə onun nəzəri budur ki, hazırkı dövrdə şahmat qumar vasitəsi deyil, əksinə fikrin idmanı olduğuna görə haram deyildir. Nəinki o dövrdə mütləq şəkildə haram edilmişdi və hal-hazırda bu hökm dəyişdirilmiş olsun. Başqa sözlə desək, əgər şahmat 48Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə qumar sayılmasaydı və beynin idmanı olsaydı, haram olmazdı. Necə ki, hazırkı dövrdə də fikrin idmanıdır və əgər qumar (udub-uduzmaq) üçün istifadə edilsə, haram olacaqdır.
3. Arvadın bacısı ilə evlənməyin haram olmasının fəlsəfəsinə gəldikdə isə,[ Bax: Görünüş: “Eyni zamanda iki bacı ilə evlənməyin hökmü, sual 550 (sayt 600)] işarə etdiyimiz kimi, əvvəla, haramlığın tam və qəti səbəbi kimi deyil, onu bu hökmün haram olmasının hikməti və sadəcə bir ehtimal ünvanı kimi bəyan etdik. Deməli, fərz üzrə “müəyyən hallarda bu hikmət mövcud olmazsa, haram deyildir - deyə iddia etmək olmaz. İkincisi, bu bəyan kişilərin və qadınların təbiət və fitrətini nəzərə almaqla deyilmişdir. Buna görə də cəmiyyətin əksəriyyətinin tərəfindən qəbul olunur. Bunun da azsaylı insanların insan təbiəti və fitrətinin əksinə olaraq bundan başqa bir şey istəmələri ilə ziddiyyəti yoxdur. Əlbəttə, əvvəlki cavaba dəqiq şəkildə müraciət etməklə bu məsələ daha yaxşı aydın olar.
Allah sizə yar olsun.
Sual (39) :
Salamun əleykum.İslamın zamanla uyuşması barədə məluma vermənizi istəyirik.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəlkə də bu məsələnin qoyuluşu belədir: İslam sonuncu dindir, onun hökmləri və göstərişləri əbədidir və gərək ilk əvvəldə olduğu kimi həmişə qalsın. Başqa sözlə desək, din dəyişməz bir məsələdir, lakin zaman öz-özünə dəyişilir və aradan gedir, zamanın təbiəti dəyişikliyi tələb edir. Zamanın dəyişməsi hər gün əvvəlki şəraitlərlə tamamilə fərqli olan yeni-yeni şəraitlər xəlq edir. Buna əsasən, necə mümkündür ki, öz zatında dəyişməz və sabit olan bir şey zatında dəyişən və səyyal olan bir şeylə uyğunluq təşkil etsin?! Bu məsələnin həll edilməsi üçün çoxlu cavablar vermişlər. Bizim nəzərimizə görə ustad Hadəvi Tehraninin “İslamda modern təfəkkür nəzəriyyəsi ən yaxşı və əhatəli nəzəriyyə ola bilər. Bu kitabda məsələnin bütün yönləri elmi şəkildə araşdırılmışdır. Modern təfəkkürün inancı budur ki, dinin bizim üçün tərif etdiyi hədəflər və əsaslara uyğun olaraq, eləcə də zaman və məkan barədə dəqiq məlumat əldə etməklə cəmiyyətin və dünyanın bütün sahələrdəki ehtiyaclarına uyğun olaraq bütün sahələrdəki çıxış yolunu təqdim etmək olar. Bu nəzəriyyəyə əsasən, cəmiyyətin müxtəlif yönlərindəki və hövzələrindəki islam təlimlərinin hamısı bir-biri ilə tamamilə həmahəng olan vahid bir sistemdən ibarətdir.
Buna əsasən biz islami dünyagörüş əsasında, eləcə də dinin cəmiyyətin hər bölməsində nəzərdə tutduğu hədəflərə uyğun olaraq dindən daha münasib və elmi çıxış yolları təqdim edə bilərik.
Misal üçün, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in 5-ci hicrin ilində Mədinədə tətbiq etdiyi iqtisadiyyat bizim 1420-ci hicri-qəməri ilində İranda icra etdiyimiz iqtisadiyyatla (əlbəttə, əgər düzgün kəşf etsək və kəşf və istinbatda xətaya yol verməsək) gərək fəlsəfə, məktəb və sistemdə bir olsunlar. Amma əyani olaraq xarici aləmdə bir-biri ilə fərqli ola bilərlər. Çünki o zamanın şəraiti bizim zamanın şəraiti ilə fərqlidir.
Hal-hazırda müxtəlif məsələlərin hökmündə baş verən bir çox xətalar bu məfhumların arasında fərq qoymamaqdan irəli gəlir. Misal üçün, bir zamanlar məhkəmə prosesində ədliyyəni ixtisara saldılar. Onlar güman edirdilər ki, islamın 46əvvəllərində mövcud olmayan ədliyyənin ixtisara salınması ilə məhkəmə islami olur. Amma görəsən, ədliyyə həqiqi mənada islamın məhkəmə prosesinin ünsürlərinə aiddir, yoxsa bu yolda istifadə edilən ünsürlərdən biridir? Bəlkə də o dövrdə belə bir vasitənin varlığına zərurət duyulmurdu, amma hazırkı şəraitdə ona ehtiyac duyulur. Belə halların düzgün olub-olmamasını təyin etmək üçün islamın bütün yönlərdəki hədəf və sistemindən səhih nəticə almaq lazımdır. Məhz bu tədqiqat sayəsində məlum olar ki, hansı şeylər sabit olmalıdır, hansı şeylər isə zamanın tələbinə uyğun olaraq özünə müxtəlif forma ala bilər.
Sonuncu din xüsusi zaman və məkan şəraiti üçün gəlməmişdir, onun təşkiledici təbiəti sabit və dünya səviyyəli olmasını tələb edir, buna baxmayaraq xüsusi bir şəraitdə gerçəkləşib özünə forma aldığı üçün onda bəzi müvəqqəti ünsürlər yaranır. Bu heç vaxt həmin xüsusi şəraitdə və dairədə dünya səviyyəli və sabit ünsürlərin olmaması mənasına deyildir.
Başqa sözlə desək, hər bir zamanda həm dəyişkən, həm də sabit ünsürlərdən təşkil olunmuş bir məcmuə vardır. Ünsürlərin bəzisi bütün şəraitlərə uyğunlaşdıra bilir, heç bir xüsusi şərait də onlara təsir qoya bilmir. Bəziləri isə belə deyildir. Misal üçün, İslam hökmlərinin başında məsum bir şəxsin və ya (onun naib olan) fəqihin olması sabit bir prinspdir, amma məsum və ya onun tərəfindən olan fəqihin hökuməti hansı şəkildə idarə etməsinə gəldikdə isə, bu, xüsusi zaman şəraitlərinə tabedir.
Misal üçün, həzrət Əli (əleyhis-salam)-ın hökuməti dövründə qüvvələr bir-birindən ayrı deyildi; qanunvericilik, icraçılıq və məhkəmə orqanları bir-birinin içində idi. Çox hallarda bir nəfər vali olaraq bir yerə göndərilirdi, həmin şəxs orada qanunçuluğun əsasını qoyur, icra edir və məhkəmə işlərinə baxırdı, yəni bu işlərin hamısını eyni zamanda öhdəsinə alırdı. Əlbəttə, həzrətin elə qaziləri də var idi ki, yalnız qaziliklə məşğul idilər. Amma Əli (əleyhis-salam)-ın hökumətinin daxilində İranın İslam qanununun çərçivəsində nəzərdə tutulduğu kimi qüvvələr bir-birindən ayrı deyildi.
İran İslam Respublikasının Əsas Qanununda da müəyyən bölmələr sabit dini ünsürlərlə əlaqədardır və heç bir ictimai, siyasi, mədəni məsələlərlə və şəraitlərlə əlaqəsi yoxdur. Bəzi hissələr də İran İslam respublikasının xüsusi şəraitlərinə – yəni zaman və məkan şəraitinə tabedir. İşlərin başında bir fəqihin olması sabit ünsürlərdəndir, amma hazırkı şəraitdə vəliyyi-fəqih üçün nəzərdə tutulan hökumətin quruluşu isə, dəyişkən ünsürlərdəndir. Əsas Qanunda prezident camaatın birbaşa rəyi ilə seçilir, onun hökmü rəhbərin tərəfindən təsdiqlənir. Amma məhkəmə rəisi birbaşa rəhbərin tərəfindən təyin olunur. Bu iki ünsürün seçilmə üslubu sabit deyildir. Əgər bunu əksi fərz olunsaydı və qanun prezidentin seçilməsini rəhbərin xüsusi vəzifələrindən biri hesab etsəydi, məhkəmə qüvvəsinin rəisinin də seçilməsini camaata həvalə etsəydi, şəri cəhətdən heç bir fərq olmazdı. Amma məsləhətləri nəzərə aldıqda bunlar fərqlənir. Məsləhət tələb edir ki, icra hakimiyyətinin rəisi (prezident) camaat tərəfindən seçilsin, məhkəmə qüvvəsinin rəisi isə rəhbər tərəfindən. O tərəfdən, camaatın himayəsi icra mərhələsində özünə məxsus rol oynayır, onların siyasi səhnədə daha artıq hazır olmaq hissi ilə prezidentə birbaşa rəyləri müsbət və cəmiyyətin xeyrinə olan bir iş kimi cilvələnir. Bu tərəfdən isə, məhkəmə sisteminin müstəqil olması və onun rəhbər tərəfindən təyin edilməsi istiqlaliyyətin qorunmasında təsirlidir və müsbət bir iş, həm də cəmiyyətin mənafeyinədir. Məclis nümayəndələrinin (deputatların) camaat tərəfindən, Məclis rəhbərinin isə nümayəndələrin tərəfindən seçilməsi bu qəbildəndir. Bunların hamısı yaşadığımız xüsusi şərtlər səbəbi ilədir. Mümkündür ki, başqa şəraitlərdə daha artıq təsirli olan forma bizi hədəflərimizə daha tez yaxınlaşdırsın.
Bir zamanda sabit və dəyişkən ünsürlərin varlığı prinsipi bizim fiqhimizdə də “ilahi qanunlar və vilai qanunlar ünvanı ilə bəyan olunur. “İlahi qanunlar və hökmlər dedikdə fəqihlərin məqsədi sabit hökmlər, “vilayi qanunlar və hökmlər dedikdə isə məqsədləri dəyişkən ünsürlər və hökmlərdir. Şəhid Mütəhhərinin (r) işarə etdiyi kimi, dində sabit və dəyişkənlik bəhsi insanşünaslığa da qayıdır. İnsanın bir sabit, bir də dəyişkən yönü vardır. Sabit hökmlər onun sabit yönünə, dəyişkən hökmlər isə onun dəyişkən yönünə aiddir. Başqa sözlə desək, İslamda modern təfəkkür nəzəriyyəsi insanşünaslığın bu prinsipinə əsasən bərqərar olunmuşdur.
Şəri qanunlar və hökmlər
“İslamda modern təfəkkür nəzəriyyəsində qərara alınan məcmuə ilə yanaşı İslamda bir sıra hökmlər və qanunlar da vardır ki, həqiqətdə həmin məfhumların əyani olaraq həyata keçməsindən ibarətdir. Başqa sözlə desək, sistem və quruluş xarici yöndə qanun əsasında reallaşıb həyata keçir. Qanun cəmiyyətdə məktəb, sistem və quruluşa eyniyyət bağışlayır, onu həyata keçirir. Cəmiyyətdə əyani olaraq həyata keçmək istəyən bir şey hökmə və qanuna çevrilir. İslam qanunları fəlsəfə, ideologiya və sistem əsasında formalaşmışdır. Məsələn, İslam dini malikiyyəti qəbul etdiyi zaman onun əsasında müəyyən qanunlar və hökmləri də qəbul edir; yaxud İslam dini varlılarla fəqirlər arasında ağlasığan fasilə olmasını istəyirsə, bunun təsirləri hökmdə zahir olur, həmin hədəfin ardınca zəkat, xüms və müxtəlif maddi vergilərin verilməsi qanun və hökm ünvanı ilə zahir olur. Yaxud İslam dini iqtisadi azadlığı qəbul edən zaman bir sıra hüquqi nəticələr də yaranır. Fiqhi kitablarda irəli çəkilən müqavilələrin hamısı hüquqda azadlıq və iradə əsasındadır. Bu müqavilələrin hamısı və onların nəticələri İslam iqtisadiyyat sistemində formalaşır.
Bu qanunların hər biri təklikdə cüzi olsalar da, əslində bir-biri ilə vəhdət təşkil edir və tam əlaqəlidir. Yəni mümkündür ilkin baxışda onların bəziləri digərinə əlaqəsiz nəzərə gəlsin. Amma bu qanunları verən şəxs onların arasındakı əlaqəyə də diqqət yetirmişdir. Əgər qanunlara və hökmlərə bu nəzərlə baxsaq, yəni onları bir-biri ilə sıx əlaqəli olan məcmuə şəklində nəzərə alsaq, onların arasında olan uyğunsuzluqları kəşf edə, nəqllərdəki mövcud səhvləri ayırd edə bilərik.
Məktəb və quruluş sabit olduğundan bu ikisindən irəli gələn qanunlar da sabitdir. Amma tətbiq vasitələri dəyişkən olduğundan, bu vasitələrdən irəli gələn hökm və qanunlar da dəyişiləcəkdir. Başqa sözlə desək, quruluşların hər biri özü ilə eyni zamanda müəyyən hökmlər və qanunları icad edir. Sistemlərin hökmləri və qanunları xüsusi bir şəraitlə əlaqəli olmadığına görə sabit və dünya səviyyəlidir, amma hökmlər və qanunlar xüsusi şəraitlə əlaqədar olduğundan dəyişkən olacaqdır.
Son məsələ
Qeyd olunduğu kimi İslam iki sabit (dünya səviyyəli) ünsürdən və zonal – dəyişkən ünsürdən təşkil olunmuşdur. Dünya səviyyəli ünsürləri əldə edərək kəlam üslubu ilə fəlsəfəyə nail olmaq, eləcə də islami quruluşu və məktəbi əldə etmək fiqhi surətdə və təhlil yönü ilə əldə olunur. Belə ki, bizim fəqihlərimiz onu öhdəsinə alaraq bəyan etmişlər. Amma tətbiq və icra vasitələri gündəlik olmağı tələb edir ki, elmlər onların layihələşdirilməsində rol oynayır və şübhəsiz, onun irəliləməsi vasitələrin daha yaxşı olmasında təsirlidir. Bu məsələ də təkcə fəqihlərin öhdəsinə deyil; fəqihlərlə digər bəşər elmlərindəki alimlərin öhdəsinə olan müştərək bir vəzifədir.
Allah sizə yar olsun.
Sual (40) :
Salamun əleykum.İslamı zamana uyğun olaraq təqdim edək dedikdə məqsəd nədir? Lütfən onu misalla bəyan edin.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Keçmişdə İslam alimləri müxtəlif məsələləri zaman və məkanın ehtiyaclarına uyğun olaraq irəli çəkirdilər və onların dövründə islamın sistematik bir nizam və quruluş ünvanı ilə irəli çəkilməsinə ehtiyac duyulmurdu. Amma hal-hazırda bu bəhslər irəli çəkilir. Ustad Mütəhhəri (r), Şəhid Sədr (r) və s. böyük alimlər bu mühüm məsələni irəli çəkmişlər.
Bizim inancımıza görə ustad Hadəvi Tehraninin “Yeni təfəkkür nəzəriyyəsi ən yaxşı və kamil nəzəriyyədir ki, Quranın müxtəlif yönlərinə, hədislərə və islamın qədim mirasına dərindən diqqət yetirməklə dinin bütün yönlərində hərtərəfli və yetərli tərifini təqdim etmişdir.
Bildiyimiz kimi, İslam xatəm dinidir, onun hökmləri, qanunları və göstərişləri əbədidir, əvvəldə olduğu kimi həmişəlik və sabit olmalıdır. Digər tərəfdən də, zaman öz-özündə dəyişilir və hər gün yeni-yeni vəziyyətlər, əvvəlki şəraitlərlə tamamilə fərqli olan şəraitlər qarşıya çıxır. Onda necə mümkün ola bilər ki, öz zatında sabit və dəyişilməyən bir şey zatən dəyişkən bir şeylə uyğun gəlmiş olsun?! Demək lazımdır ki, bu məsələnin bütün yönlərini elmi şəkildə araşdıran hərtərəfli nəzəriyyə “İslamda yeni təfəkkür nəzəriyyəsidir.
Bu nəzəriyyədə deyilir ki, zaman və məkan barəsində dəqiq məlumatlar əldə etməklə və dində təqdim olunan hədəf və əsaslara uyğun olaraq cəmiyyətin və dünyanın bütün sahələrindəki ehtiyaclarına uyğun olaraq tətbiqi tərif vermək, yəni dinin bütün dünya sahələrinə şamil olmasını nəticə almaq, eləcə də fəlsəfəyə, məktəbə və İslam quruluşuna nail olmaq olar. Əlbəttə, kəlam cəhətindən fəlsəfəni əldə etmək, İslami quruluşa və məktəbə nail olmaq fiqhi metodlarla və təhlili üslublarla (bizim fəqihlərimiz bunu bəyan etməyi öhdəsinə almışlar) gündəlik tələbatlara cavab vermək məqamına gələ bilər. Elmlər onların irəli çəkilməsində faydalıdır və yəqin şəkildə onun inkişafı daha dəqiq və yaxşı planlarla təsirli olar. Bu məsələ təkcə fəqihlərin öhdəsinə deyil, fəqihlərlə bəşər elmləri alimlərinin arasında müştərək olan bir məsələdir.
Allah sizə yar olsun.