Sual (11) :
Salamun əleykum."Əl- islam" sözünün mənası bu ayəyə əsasən ("انّ الذين عنداللَّه الاسلام") Allahın müqabilində təslim olmaq mənası verdiyini yazırlar. Həmçinin bu mənaya əsasən "əl- islam" sözü məsdər, ismin kökü adlandırılır. Xahiş edirik bununla bağlı açıqlama verəsiz.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- şərtsiz) kamil surətdə təslim olmaq deməkdir. Həmçinin hər hansı bir zamanda yeni peyğəmbərlərin gəlişilə insanların vəzifəsi öz şəriyyətlərindən yeni gəlmiş peyğəmbərin şəriyyətinə keçmək və onun dediklərinə kamil surətdə təslim olmaqdır. Belə nəticə alırıq ki, tarix boyunca gəlmiş peyğəmbərlərin hədəfləri biz olduğu və onlar insanları bir- dinə (islam) dəvət etdikləri, həmçinin bir- birlərinin gətirdiklərini (şəriyyət baxımından) tamamladıqları üçün, insanların vəzifəsi yeni dinə əməl etməkdir.
Məqam və fəzilət baxımından onların arasında fərq olsada,[151]hədəflərində zərrə qədər də fərqin olması mümkün deyil. Çünki, onlar tək olan Allah tərəfindən bəşəriyyətin hidayəti üçün, göndərilmişdirlər. Amma bir- birinin ardınca gələn peyğəmbərlərin gətirdikləri din, insanların ümumi şəriyyətinə uyğun olduğu üçün heç bir tayfanın və ya qövmün əvvəlki peyğəmbərin dinində qalmaq hüququ yoxdur. O, yalnız yeni gəlmiş peyğəmbərlərin dininə əməl etməklə öz zamanında dinini və imanını kamil etmiş olar.
Bu bəyana əsasən demək olar ki, Məhəmməd (s) sonuncu peyğəmbər olduğu üçün islam dinində şəriyyətlərin sonuncusu olaraq qiyamətə kimi davam edəcəkdir.
Yəni bütün dinlərin ən kamili və sonuncusu Məhəmmədin (s) gətirdiyi şəriyyətdir. Bu səbəbdən də Allah taalanın əmrinə əsasən bütün dünya insanları öz dinlərindən əl çəkib sonuncu və ümum bəşər olan islam dinini qəbul etməlidirlər. Əks halda isə onlar Allah yanında dinsiz, kafir və Allahın əmrlərinə tabe olmayan insanlar sırasına daxil olacaqlar.
Daha geniş cavab
Allahın müqabilində təslim olmağın özünə aid mərtəbələri və dərəcələri vardır:
Bütün yaranmışların (həmçinin insan) Allah müqabilində ixtiyarsız təslim olması (təkvini):
Yəni yaradılış, yaranmışların növləri və cinsləri, onların yaşayışı, cürbə- cür hallara düşmələri və nəhayət ölümləri və sair... bunların heç birinin ixtiyarı öz əllərində deyil. İstəsəkdə- istəməsəkdə bunlar təbiət aləmində baş verəcəkdir. [152] Çünki bunların ixtiyarı və malikiyyəti ulu Tanrının hökmüilədir. Bu səbəbdən bütün ilahi düşmənlər o cümlədən kafirlər və müşriklər və sair... istər- istəməz bu əmrə ixtiyarsız olaraq tabedirlər. [153]
İslam dinin nəzərinə əsasən əgər insan, səhf yollarla tərbiyələnməsə öz fitrəti sayəsində tövhidə yetişər və şirkdən uzaqlaşar. İbrahim peyğəmbər bunun bariz nümunəsidir. O, öz fitrəti sayəsində təbiətə baxaraq ulu tanrıya yetişdi və ona belə münacat etdi: Yeri və göyü yaradan Allaha tərəf gedirəm və özümü onun müqabilində təslim edirəm" [154]
İslam, dinə təslim olmaq mənasındadır: Yəni bütün ilahi əmrləri səmimi qəlbdən və qeyd şərtsiz yerinə yetirmək və bu əmrin nəticəsində bir çox istədiyi şeylərin tərk olması və bütün ilahi maarifin, o cümlədən əxlaq təlim- tərbiyəsinin qəbul olunması deməkdir. Belə təslim olmaq əsil dindarlıq iddiasında olmaq deməkdir. Yəni əgər şəxs özünü dindar sayırsa, gərək dinin bütün əmrlərinə özünü tamamilə tabe etsin və bu yolda əlindən gələni əsirgəməsin.
Əgər dinin əmrləri onun nəfsi istəklərinə uyğun olmazsa belə, gərək qəbul etsin. [155]
Bu səbəbdən də əgər hər bir şəxsin peyğəmbəri ona "bir müddətdən sonra öz dinini məndən sonra gələnin dini ilə əvəz et desə onun əsas vəzifəsidir ki, öz peyğəmbərindən sonra dediklərini kamil surətdə yerinə yetirsin. Məsələn: Əgər yəhudi dinində olanlar həqiqətən Musanın (ə) ardıcılı idilərsə islam dinini qəbul etməli idilər. Həmçinin İsanın dinin də olanlar da Məhəmməd peyğəmbərin dinini qəbul etməlidirlər. Bunun nəticəsində müsəlmanlıq və islam dini bütün dünyada hakim din olmalı idi. Amma təəssüf ki, belə deyil.
İslam dini sonuncu din olduğu üçün ən kamil din olaraq qalır. [156] Bu səbəbdən də ondan öncə olan dinlər nəsx olmalıdır.
Allah- Taala islam dinini sonuncu din olaraq bəyan edir. Buna əsasən də islam dinindən başqa heç din Allahın hüzurunda qəbul deyil. Çünki islam dini bütün islami dinlər və peyğəmbərlərin Allah tərəfindən haqq olduğunu və həmçinin özünü dinlərin ən kamil dini olaraq gəlməsini bəyan edir. Bundan əlavə xristian və yəhudi dini islam dininə əsasən naqis olduqları və bəşəriyyətin ehtiyaclarına cavab verə bilmədikləri üçün Allah dərgahında qəbul olunmur. [157]
Ayədə olan "əl- islam" sözündən yuxarıda qeyd etdiyimiz dörd hissəni asanlıqla görmək olar. Əsil həqiqət yolçusu olanlar və öz axır- aqibətinin xeyirli və səadətli olmalarını istəyənlər gərək öz fitrətlərinin tövhid nidasına cavab verərək islam dinini qəbul etməlidirlər. Həmçinin islam dinini qəbul etməklə bütün ilahi peyğəmbərlər və dinlərin qəbul etmiş olur. hər kəs islam dinini qəbul etsə, əsil səadət və hidayət yoluna qədəm qoymuş olur. [158]
İslam dinini qəbul etməyin dərəcələri və mərhələləri vardır ki, aşağıda qeyd olunmuşdur:
1. Kəlmeyi şəhadəti dildə demək və islam dininin bəzi əməllərini yerinə yetirmək, islamı zahiri surətdə qəbul etməkdir. Hər çənd bunun əqidəyə və imana təsiri və faydası olmasa belə...
Amma bunun əsas faydası odur ki, o şəxs müsəlman sayılaraq islamın bütün qanunlarından istifadə etmək hüququna malik olur. Məsələn, nikah, bədənin paklığı və sair... [159]
2. İslam, Allaha qəlbən, yəqinliklə iman gətirmək bütün ilahi əmirləri səmimi qəlblə yerinə yetirmək deməkdir. Baxmayaraq ki, bəzən iman gətirən şəxs yolda büdrəyir və bir çox məkruhatlara yol verir. [160]
3. İslam, Allah və peyğəmbəri səmimi qəlbdən qəbul etmək və onların razılığını qazanmaq üçün əlindən gələni etmək, həmçinin onların müqabilində xuzu və xuşu (əyilmək) etməkdən yorulmamaq deməkdir. Bundan əlavə zərrə qədər də olsun 15belə peyğəmbərə imama şəkk etməmək və onların dediklərini canla- başla yerinə yetirməkdir. [161] Belə olan halda bəndə özünü Allaha təslim edərək, özünü Allahın "məmluku" və Allahı da özünün "maliki" bilərək, o şeyi yerinə yetirir ki, tək Allah ondan razı olsun. O şeyi sevir ki, Allah onu sevir."
4. Bəzən də "İslami; Allaha təslim olmaq belədir ki, bəndə özündə heç bir azadlıq hiss etmir və heç nəyə Allahın razılığı olmadan iradə etmir. Nəyisə iradə etsədə o işdə Allahın eşqi və razılığı o dərəcədə olur ki, bəndə o işi yerinə yetirməkdə özünü fəda edir və cismini unudaraq gecə- gündüz övliya Allah "məqamına yetişməyə və Allahın sadiq bəndəsi olmağa can atır. Bu məqama çatdıqda isə səbirsizliklə liqaullahı", əcəli gözləməyə başlayırlar. Onlar o kəslərdirlər ki, nə keçmişlərinə baxıb təəssüflənərlər, nə də gələcək onlar üçün qəm- qüssəlidir və əllərindən gedən dünya malı üçündə kədərlənməzlər. [162] Onlar hər an Allahın razılığı üçün "ləbbeyk" deyən kəslərdir. Onlar üçün baş verəcəklərdə heç bir qorxu hissi yoxdur. [163] Bunun bariz nümunəsi Kərbəla vaqiyəsidir. [164]
Xülasə budur ki, islam dinini qəbul etmək Allahın bütün əmrlərini sırfən yerinə yetirmək və Allahın müqabilində tam şəkildə itaətkar olmaq deməkdir. [165]
Digər tərəfdən isə islam dini vilayət, (həzrət Əlinin Qədir- xumda imam seçilməsi). Mövzusu ilə tamamlandığı [166] və "kamil din" adlandığı üçün, imaməti qəbul etməmək, Allah müqabilində "sırf təslim" sayılmaz. Allah müqabilində o şəxsin imanı kamildir ki, imaməti, islamın vacibatından saysın və Əli (ə)ı peyğəmbərdən sonra haqq canişin olaraq tanısın. Əgər kimsə bunu qəbul etməsə nə imanı, nə də dini kamil deyildir. Allah taala Qurani kərimdə buyurur: Ey o kəslər ki, iman gətirmisiniz! Allaha və peyğəmbərinə itaət edin. Nə onun sözünü eşitdiyiniz zaman ondan üz çevirməyin! O kəslərdən olmayın ki, deyirdilər: "Eşitdik" amma həqiqətdə eşitmirdilər. Allah yanında yer üzündə bəzən məxluqatın ən pisi dərk etməyən korlar və lallardır. Ey iman gətirənlər! Allaha və peyğəmbərinə xəyanət etməyin və öz əməllərinizdə də xəyanəti rəva görməyin" [167] və de ki, "Haqq din Allahdandır. Kim istəyir inansın və kimdə istəyir inanmasın və kafir olsun. Biz zalımlar üçün belə bir atəş hazırlamışıq ki, onun pərdələri onu bürüyəcəkdir." [168]
"Səqəleyn "hədisi" həm sünni və şiə rəvayətləri arasında fərqlidir. Allah taala bu hədisdə bizi Qurandan və əhli- beytdən ayrılmamağımızı sifariş etmişdir. Yəni hər kəs bunun ikisindən birini seçsə yalnız zahirdə islamda iman gətiribdir və onun əmələri qəbul həddə deyildir. Çünki Allah Taala peyğəmbərin vasitəsi ilə bizi qiyamətə kimi, bu iki əmanətdən ayrılmamağı və onlara xəyanət etməməyi əmr etmişdir.
Deməli islam dini vilayət dinidir. Yəni islam dini vilayətsiz sırfən təsdiq olunmur.
Mənbələr:
Şirazi, Mirzə Əbu Talib, əsvarul əqaid, məktəbul islam, çap 1, 1377, Qum, kulu məktəb və sair təfasir zil ayat məzkure dər pavərəqha.
Təbatəbai, Məhəmməd Hüseyn, Əl- mizan, in ticarət islami, Qum, cild 1, səh 300- 308, cild 7, səh 342- 347, cild 3, səh 120- 123 və 331- 339
Qummi Məşhədi, Məhəmməd ibn Məhəmməd Rza, kənzul- dəqaiq, müəssiseyi təbə və nəşr vezarət ərşad, çap 1, 1411 q. Tehran, cild 4, səh 123 və 442, cild 3, səh 56- 58
[151] İsra surəsi, ayə 55, Bəqərə surəsi, ayə 253
[152] Ali İmran surəsi, ayə 83, Rəad surəsi, ayə 15, Fussilət surəsi, ayə 15
[153] Göstərici: İxtiyar və məşiyyət ilahi sual 153, Ənkəbut surəsi, ayə 98
[154] Ənam surəsi, ayə 79
[155] Əhzab 36, Ənam surəsi, ayə 122- 127, Nisa surəsi, ayə 60- 70
[156] Əhzab surəsi, ayə 40, R. K. Mütəhhəri, Mürtəza, Xatəmiyyət
[157] Ali İmran surəsi, ayə 79- 95
[158] Ənam surəsi, ayə 153, Maidə surəsi, ayə 15- 19
[159] Hucurat surəsi, ayə 144
[160] Zuxruf surəsi, ayə 69, Bəqərə surəsi, ayə 208, Hucurat surəsi, ayə 15
[161] Nisa surəsi, ayə 65, Möminun surəsi, ayə 1- 3
[162] Yunus surəsi, ayə 62
[163] Hədid surəsi, ayə 23, Ali- İmran surəsi, ayə 153
[164] Fəcr surəsi, ayə 27- 30
[165] R. k. Əl- mizan cild 1, səh 300- 303
[166] R. K. Həmaye: Təhrif və məzahib qeyri şie, səh 260, Maidə surəsi, ayə 3- 6 və s.
[167] Ənfal surəsi, ayə 20- 27
[168] Kəgf surəsi, ayə 29
Allah sizə yar olsun.
Sual (12) :
Salamun əleykum.Bütün müsəlmanlar mömindir, yoxsa müsəlmanla mömin arasında fərq var?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
“Nəsr” surəsinin ikinci ayəsində insanların dəstə-dəstə Allahın dininə daxil olduqları bildirilir. “Hucurat” surəsinin 14-cü ayəsində isə bəyan olunur ki, “hələ ki, iman sizin qəlbinizə daxil olmayıb.” Ayədən göründüyü kimi, insanların dinə daxil olması kifayət deyil və müsəlman olmaqla mömin olmaq arasında fərq var.
Dindarlığın mərhələləri var: qızma, qaynama və bişmə. Həm isti, həm də qaynayan şey soyuya bilər. Amma bişmiş şey yenidən çiy ola bilməz.
Dinə daxil olmaq asandır. “Əşhədu ənla ilahə illəllah və əşhədu ənnə Muhəmmədən rəsulullah” deyən şəxs müsəlman olur. Bu qızma mərhələsidir.
Peyğəmbərin səhabələri qaynar bir eşqlə cəbhəyə gedər və haqq yolunda canlarından keçərdilər. Bu, qaynama mərhələsi idi. Amma Quran bu insanlara buyurur: “Ələ keçirdiyiniz qənimətin beşdə birini xüms ödəyin.”[169]“Onların öz Rəbbi yanında dərəcələri vardır.”[170] “İman gətirmədikləri halda “Allaha və qiyamət gününə iman gətirdik” deyənlər var.”[171]
Bəli, şəhadət kəlmələrini deyənlər, hətta peyğəmbərlə çiyin-çiyinə vuruşanlar üçün qarşıda həqiqi imana aparan yol var. Həqiqi imana çatmaq üçün bir çox mərhələlərdən keçmək lazım gəlir.
[169] “Ənfal”, 41.
[170] “Ənfal”, 4.
[171] “Bəqərə”, 8.
Allah sizə yar olsun.
Sual (13) :
Salamun əleykum. Müsəlmanla mömin arasında nə kimi fərq var?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quran buyurur: “Allah İbrahimə “Rəbbinə təslim ol” buyurduqda, İbrahim “aləmlərin Rəbbinə təslim oldum (müsəlman oldum)” deyə cavab verdi. “Bəqərə”, 131
Ayədən göründüyü kimi Allahın əmrləri qarşısında təslim olan insan müsəlman olur. Amma müsəlmanlığın dərəcələri vardır.
“Hucurat” surəsinin 14-cü ayəsində oxuyuruq: “Bədəvilər “biz iman gətirdik”, dedilər. De ki, siz iman gətirmədiniz “Biz islamı qəbul etdik”, deyin. Çünki hələ iman qəlblərinizə daxil olmamışdır.” Demək, İslamın ilkin dərəcəsi onu dil ilə qəbul edib, şəhadət kəlməsini deməkdir.
İslamın ikinci dərəcəsində olanlar onu dil ilə qəbul edib, xeyir iş görənlərdir. İnsanın Allaha qəlbən itaəti İslamın üçüncü dərəcəsinə aiddir. Dördüncü dərəcədə olan insanlar isə bütün varlığını Allahın ixtiyarında görən övliyalardır.
İmam Sadiq (ə) buyurur: “Çox vaxt bəndələr sadəcə müsəlman olaraq qalır, möminliyə yol tapa bilmirlər. Allahın qadağan etdiyi günahlara yol verən şəxsi mömin yox, müsəlman kimi qəbul etmək lazımdır.
Allah sizə yar olsun.
Sual (14) :
Salamun əleykum.İslamda keyfiyyət, yoxsa kəmiyyət əsas götürülür?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslamda bəzən kəmiyyətə, bəzən də keyfiyyətə əhəmiyyət verilir. Məsələn, camaat namazında adamların sayı nə qədər çox olarsa, savab da bir o qədər çox olar. Amma sədəqənin miqdarı yox, sədəqə verənin səmimiyyəti (ixlas) əsas götürülür. Əhli-beytin yetimlərə, miskinlərə və əsirlərə verdiyi sədəqələr miqdarına görə yox, onu verənlərin xalisliyinə görə yada salınır.
Bəzi məqamlarda həm keyfiyyət, həm də kəmiyyət əsas sayılır. Məsələn, Quran həm çox zikr etməyi, həm də müti olmağı tapşırır.“Əhzab”, 41; “Muminun”, 2.
Allah sizə yar olsun.
Sual (15) :
Salamun əleykum.İslamın siyasi təfəkküründə islam dövlətinin sərhədi hara kimidir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslam, ölkə məfhumunun muqabilində ərazi və millət məfhumunun muqabilində ümmət anlayışı bəyan edir. İslam ərazisi vahiddir və fərz razılaşmalar əsasında olan sərhədlər İslam nöqteyi nəzərindən bu birliyin əslinə və əsasına heç bir təsir göstərmir.
19Bu vahid ərazi, idial şəkildə məsum İmam (əleyhissalam) tərəfindən idarə olunmalıdır və İmam Məhdi (əc) ümumi dünya hökuməti bu arzunu gerçəkləşdirir. Əgər Məsumların (əleyhimussalam) qeybət dövründə belə bir fürsət ələ düşərsə, bu bütün islam ərazilərinin və torpaqlarının vahid bir çərçivədə müsəlmanların xeyrinə olarsa, fəqih bu məcmənin idarəsinə vahid İslam hökuməti şəkilndə öhdəsinə götürə bilər . Amma bu ərazinin hər bir qisməti bir fəqih vasitəsi ilə idarə olunması məxsusən, əgər bu fəqih yerli olarsa, müsəlmanların xeyrinə olsa həmin yol seçilməlidir. Beləliklə, islamın siyasi məktəbində daimi və ümumdünya əsas kimi olaraq hesab olunur ki, islam torpaqları vahiddir amma, hər dövr və zamanda xeyrinə olaraq bu ərazini və yaxud bir ölkənin müxtəlif əyalətləri inzibati vahidlər şəklində idarə oluna bilər. Bundan başqa, siyasi vəziyyətlə əlaqədar olaraq istənilən digər siyasi idarə uslubu da seçə bilər.
Daha geniş cavab
Müasir siyasi coğrafiya xəritəsində dünya ölkələri qərar və razılaşmalar əsasında olan sərhədlər vasitəsi ilə bir-birindən ayrılırlar və hər ölkənin özünə məxsus hakimiyyət qurluşu var. Bu ölkələrdə yaşayan insanların hər biri, ya həmin ölkənin vətəndaşı,[183] ya da xarici[184]hesab olunurlar.
Ölkədə qəbul və icra olunan qanunların bir qismi həmin ölkənin vətəndaşlarına, bir qismi xaricilərə məxsusdur və digər bir qismi bu iki dəstə arasında müştərəkdir.
Sual olunur ki Bu cür coğrafi bölünmələr İslam nöqteyi nəzərində ehtibarlı sayılırmı?
Başqa sözlə desək, İslam təfəkküründə dünyanın siyasi coğrafi xəritəsi necə təsəvvür olunur?
Bu sualın cavabında deyə bilərik ki, İslam özünü ümumibəşər və hər bir zamana məxsus din kimi tanıtdırır. İslam dini hər yeri özünə məxsus bilir və gərək hər yerdə İslam qanunları qəbul oluna. O ərazilər ki, əhalinin əksər hissəsi bu ilahi dini qəbul ediblər, “bələdul-İslam” və ya “darul-İslam” (islam ərazisi) belə olmayan təqdirdə “bələdül küfr” və ya “darul küfr” (küfr ərazisi) adlanır. Beləliklə, islamın qəbul etdiyi sərhədlər ancaq, etiqad və əqidəyə əsaslanır və islam nöqteyi nəzərində dəyərli olan əqidə ancaq, islam əqidəsidir. “Allah yanında (haqq olan) din, əlbəttə, islamdır.” [185]
İslam ölkə məfhumunun müqabilində[186]ərazi, millət[187] məfhumunun müqabilində isə ümmət anlayışlarından istifadə edir. Yəni, tayfabazlıq, irqiçiliyi rədd edir və ancaq, etiqad və inanclara diqqət yetirir.
İslam torpaqları vahiddir, fərz və razılaşmalar əsasında olan sərhədlər islam nöqteyi nəzərindən bu birliyin əslinə və əsasına heç bir təsir göstərmir. Bu vahid ərazi ideal şəkildə məsum İmam (əleyhissalam) tərəfindən idarə olunmalıdır və imam Məhdi (əc) ümumi dünya hökuməti bu arzunu gerçəkləşdirir. Əgər Məsumların (ələeyhimussalam) qeybət dövründə belə bir fürsət ələ düşərsə və bütün İslam ərazilərinin və torpaqlarının vahid bir çərçivədə idarəsi müsəlmanların xeyrinə olarsa, fəqih bu məcmuənin idarəsini vahid islam hökuməti şəklində öhdəsinə götürə bilər. Amma, bu ərazinin hər qisməti bir fəqih vasitəsi ilə idarə olunması məxsusən, bu fəqih yerli olarsa, müsəlmanların xeyrinə olarsa, həmin yol seçilməlidir. Beləliklə, islamın siyasi məktəbində daimi və ümumidünya əsas kimi olaraq hesab olunur ki, İslam torpaqları vahiddir ancaq, dövr və zamandan aslı müsəlmanların xeyirinə bu ərazini ayrı ayrı ölkələr və yaxud bir ölkənin müxtəlif əyalətləri, inzibati vahidləri şəkilində idarə oluna bilər. Bundan başqa siyasi vəziyyətlə əlaqədər olaraq istənilən digər siyasi idarə üsulu da seçilə bilər.
183] Citizen
[184] Foreigner
[185] Ali İmran surəsi, 19.
[186] Country
[187] Nation
Allah sizə yar olsun.
Sual (16) :
Salamun əleykum.Qərblilərin fikrincə İslam dini təkcə sadə insanlar, əkinçilər, tərəkəmələr və texnologiya ilə əlaqədə olmayanlar üçündür. Gödüyümüz kimi heç bir müsəlman ölkəsi inkişaf etmiş ölkələrdən deyildir. Texnikası inkişaf etmiş ölkələrdə isə İslam dini əsla irəliləyişdə olmayıb, bunun səbəbi nədir? Sizcə İslam qanunlarını elə dəyişdirmək olarmı ki, təhsil almış şəxslər tərəfindən qəbul olunsun və elm ilə uyğunlaşa bilsin?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslam ölkələrinin inkişaf etmiş ölkələrdən sayılmamasında şübhə yoxdur, amma görək, adı İslam ölkəsi olan ölkələrin hansında İslam qanunları icra olunur?
Adları İslami olan ölkələr İslamdan hansı bəhrəni götürürlər? Bu ölkələrdə bir sıra insanların namaz, oruc, Həcc və bu kimi dini ibadətləri formal şəkildə və qədim adət-ənənə kimi icra etmlərəlindən başqa İslamın fərdi, ictimai və hüquqi qanunlarının hansı birinə əməl edirlər? Belə olduğu halda görəsən, İslam ölkələrinin süqutunu İslamın öhdəsinə qoymaq gülünc deyilmi?
Bəlkə də deyə bilərsiniz ki, əgər İslam mütərəqqi din və onun qanunlarının ölkəni idarə etməkdə ləyaqəti olsaydı, onda cəmiyyət arasında özünə yer edib tərk olunmazdı!
Amma yeni bir sual qarşıya çıxır: əgər cəmiyyətdə irəliləyişin olmaması İslam qanunlarının süqutuna dəlildirsə, görəsən, nə üçün yarım əsrdən bəri İslam ölkələrində qəbul olunan qərbin mütərəqqi demokratik üslubu özünə yer aça bilməyərək zahiri dəyişiklikdən başqa onların inkişafında ən az təsirə belə malik olmayıbdır?
Nə üçün şərq aləmi qərblilər kimi bu inkişaf etmiş üslubdan istifadə edə bilmirlər?
Nə üçün bu insani quruluş (demokratiya) uzun illər insanlıq mərkəzində (qərbdə) özünə yer açaraq cəmiyyətin damarlarında qan yerinə hərəkətdə olduğu halda kommunistlərin hərəkatını söndürə bilmədi? İş o yerə gəlib çıxdı ki, yarım əsrdən az bir müddətdə kommunistlər yer kürəsinin yarısını tutdular və hətta, Avropa və Amerikanın mərkəzinə nüfuz edərək bu inkişaf etmiş insanların əlindən hər gün bir səngər alırdılar.
Belə isə bu bəhanəni əsas tutaraq kommunist qurluşunun mütərəqqi, demokratik quruluşun isə mürtəce və bədəvilər üçün münasib olduğunu demək olarmı?
Bundan əlavə inkişafdan geri qalma təkcə müsəlman ölkələrinə aid deyildir ki, bunu İslamla əlaqələndirək. Əksinə buddist, brahman, xristian və müsəlmanların yaşadığı digər Asiya və Afrika ölkələri də bu bədbəxtliklə üzləşmişlər. Təbii ehtiyatlarla zəngin olan bu iki qitənin günahı odur ki, qərbin tamahkar istilalarına məruz qalmışlar. Nə qədər ki, bu iki zəngin qitənin yeraltı və yerüstü sərvətləri onların məhsullarına möhtac olan qərb sənayesinin inkişafı üçün hazır xammal olacaqsa və diyarları kölə məskəninə çevriləcəksə, heç vaxt «mütərəqqi» deyilən ölkələrin sırasına qoşulmayacaqlar və heç vaxt əhaliləri də istər müsəlman, istərsə də qeyri-müsəlman olsun, öz «sahibkarlar»ı ilə bir səviyyədə durmayacaqlar.
İndiyə qədər gördüyümüz kimi, hər dəfə bir adla—istila, istismar, müştərək mənafelər, iqtisadi yardım və sair planlarla üzərimizdə hökmranlıq etməyə çalışmışlar. «İslamı təhsil almış kütləyə düzgün çatdırmaq üçün elə dəyişmək və ya yozmaq olarmı ki, elm ilə uyğun gəlsin»—sualına gəldikdə isə deməliyəm ki, İslam maarifini təşkil edən Quran və sünnəyə əsasən, onun qanunları əsla dəyişilməzdir və onları hər hansı mənaya yozmaq olmaz. İslam haqq bir dindir və "ziyalı"lara da ehtiyacı yoxdur. Əksinə onların haqq və həqiqətə ehtiyacları vardır. Allah-taala buyurur: "Dində icbar yoxdur və düz yol aşkardır."[189] Yaxşı olardı ki, İslamın elmlə ziddiyyətini isbat etmək üçün belə boş sözlər deyil, ağılabatan nümunələr gətirsinlər.
[188] “Rum” surəsi, ayə: 30
[189] “Bəqərə” surəsi, ayə: 256
Allah sizə yar olsun.
Sual (17) :
Salamun əleykum.Ümumiyyətlə, sizin fikrinizcə İslam qanunlarının dəyişməyə qabiliyyəti varmı, ya yox?
Qəbul edirsinizmi ki, bu dəyişiklikdə dini rəhbərlər qabağa düşməli, ya da heç olmasa dəyişiklik olduqdan sonra onunla razılaşmalıdırlar?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ötən bəhslərdə qeyd etdiyimiz kimi şəriət qanunları (Allahın sabit qanunları) dəyişilməzdir və din rəhbərlərinə ixtiyar verilmir ki, qabağa düşərək, ya arxada olaraq bu mövzu haqda müvəqqəti və ya qeyri-müvəqqəti razılığa gəlsinlər. Allah-taala Peyğəmbərə buyurur: "Əgər biz səni qorumasaydıq, İslamın mənafeyinə görə kafirlər ilə bəzi şərtlərdə razılaşardın və bu halda dünya və axirətin bədbəxtliyini sənə ikiqat dadızdırardıq." "İsra" surəsi, ayə: 75.
Allah sizə yar olsun.
Sual (18) :
Salamun əleykum.Bəşərin son tarixinə qədər hidayətlə bağlı bütün ehtiyaclarını ödəyə biləcək bir dinin meydana gəlməsi necə mümkündür? Bu günə qədər bəşərin bu qədər təkamül, tərəqqi və dəyişməsindən sonra yeni bir dinin insanları əbədiyyətə qədər hidayət etməsi necə mümkün ola bilər?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu sualı cavablandırmaq üçün bəşərin vəziyyəti və halı haqqında fikirləşmək lazımdır. Görəsən, doğurdan da tarix boyu insanda hər bir dəyişiklik baş verəndə onun bütünlükdə zatı və vücudu dəyişir? Yoxsa , bütün bu dəyişikliklər arasında insanın zatı və cövhəri sabit qalır, həmin zat insanın keçmişini, bu gününü və gələcəyini bir-birinə bağlayır, insanın şəxsiyyətini vücuda gətirir və insaniyyət aləmində ona bir mahiyyət və mədəniyyət bəxş edir?!
Daha geniş cavab
Bir qrup insan bu suala şərh verməkdən vaz keçmiş və belə bir nəticəyə gəlmişlər ki, dinin sonuncu olması və bundən sonra ilahi hidayətə ehtiyacı olmamasının əsas səbəbi bəşərin əqli və fikri cəhətdən təkamülə yetməsidir!!! Xatəmiyyət (peyğəmbərlərin sona yetməsi) bu mənadadır ki, bəşər artıq həddi buluğa yetişmiş və dinə ehtiyacsız olmuşdur.[204] Bundan əvvəl İqbad Lahuri və başqaları da belə iddia etmişdilər. İndi də təzə bir cilvə ilə həmin sözü təkrarlayırlar.
Ümumiyyətlə, ehtiyacsızlıq iki növdür: 1-Bəyənilməmiş və ikrah doğuran ehtiyacsızlıq və 2-bəyənilmiş və tərifə layiq ehtiyacsızlıq.
Bəyənilməyən ehtiyacsızlıq budur ki, insan ehtiyaclı olduğunu bildiyi halda onun ardınca getməsin və özünü “guya ehtiyacsızdır” – kimi qələmə versin. Misal üçün, bir nəfər xəstələnir və başa düşür ki, həlimə getməli, dərman almalıdır. Amma xəstə olduğu halda təbibə getməsə və “mənim həkimə ehtiyacım yoxdur və dərman istəmirəm!” desə, belə ehtiyacsızlıq bəyənilməmiş, ikrah doğuran ehtiyacsızlıqdır.
Lakin bəyənilmiş və qəbul olunan ehtiyacsızlıq da vardır. O da budur ki, insan xəstələnir, həkimə və dərmana ehtiyaclı olduğunu bilir. Həkimin yanına gedir və çalışır ki, həkim onu sağaltsın. Belə bir dərmanla artıq insan sağalır və təbibdən ehtiyacsız olur. Burda təbibin işi xəstəni, bir daha həkimə ehtiyacı olmayacaq tərzdə elə sağaltmaqdır. Əgər təbib həmişə xəstə ilə əlaqədə olmasını istəsə, onda onu elə müalicə edər ki, xəstə həmişə onun yanına gəlib getsin.
Amma sadiq və həqiqi təbib müalicəni ən yaxşı şəkildə yerinə yetirir, bu işin nəticəsi də xəstə ilə əlaqələrin kəsilməsi olur. Əgər təbib işini yaxşı və doğru şəkildə yeninə yetirsə xəstə sağalacaq. Xəstə sağalanda isə təbiblə əlaqəsini kəsir. Bundan sonra xəstənin təbibə ehtiyacı yoxdur. Müəllim-şagird əlaqələri də bu qəbildəndir. Müəllim öz vəzifəsinə əməl etsə, şagirdinə elə səviyyədə elm öyrətməlidir ki, onun bir daha müəllimə ehtiyacı olmasın. Beləliklə, hər bir insaflı müəllim elə tədris etməlidir ki, işi şagirdin ondan ehtiyacsız olması ilə nəticələnsin. Belə olan halda şagird artıq əvvəlki şagird deyil, onun kimi müəllimin yanında müstəqil bir müəllimdir.
Sonra belə nəzər verirlər: Peyğəmbərlər təbiblər kimi insanların halına yanırlar. Onlar bəşərə elə maarif və mədəniyyət öyrədirlər ki, əgər bəşəriyyət onları öz həyatlarında tətbiq edib qavrasalar, artıq peyğəmbərlərə ehtiyac olmaz. Necə ki, xəstə də sağlam hala gəldikdən, şagird təhsilini müvəffəqiyyətlə başa vurduqdan sonra artıq müəllimə ehtiyacı olmur. Onların nəzərində peyğəmbərlərin sona yetməsi həmin qəbildəndir.
İqbal Lahuri İslam Peyğəmbərinin gəlişi ilə insanların artıq peyğəmbərə ehtiyacı olmamamsı fikrini də həmin məqsədlə bəyan etmişdir. Belə ki, İslam Peyğəmbəri (s) öz gəlişindən sonra insanlara dini sahədə elə dərin maarif və agahlıq öyrədir ki, ondan sonra insanlar başqa peyğəmbərə bir daha ehtiyaclı olmurlar.[205]Amma insanın dinə olan ehtiyacının dəlili elə dəlillərlədir ki, insan öz əqli, hiss üzvləri və ya təcrübə ilə onu ələ gətirə bilməzlər. Bu o deməkdir ki, insan idrakı hardasa məhduddur. Fəlsəfə bəhsində də biz sübut etdik ki, insan idrakının hardasa hər şeyi dərk etməkdə məhdudiyyəti var. Quran da bu mətləbə işarə etmişdir: [206] علّمکم ما لا تکونوا تعلمون ” Allah, sizə bilmədiklərinizi öyrətdi!” Belə olan halda bəşər elə bir nöqtəyə çatmayacaq ki, dindən ehtiyacsız olsun.
Digər tərəfdən, əgər belə bir iddia səhih olsaydı İslam dinin zühurundan bir-iki əsr sonra insanlar dindən ehtiyacsızlıqlarını izhar edər və öz ağılları ilə hidayət yolunu tapardılar. Müasir tarix belə bir iddianın batil olduğuna ən yaxşı şahiddir. Bəşər bu gün nəinki dindən ehtiyacsızlıq duyub, əksinə, renesans dövründə din müqabilindəki günahları və acılıqları çıxardıqdan sonra özünü dinə daha da yaxın bilir və günbəgün özünün dinə daha ehtiyaclı olduğunu hiss edir.
Başqa dəstə bu sualın müqabilində dinin təkamül nəzəriyyəsini qəbul edir və iddia edirlər ki, din bəşərlə addımbaaddım təkamülə çatır və özünü hər gün təzə tələblə uyğunlaşdırır. Bu təfəkkür əslində, dini dəyişiklikləri əsas tutmaqla din təlimlərinin əbədi olmasını inkar edir.
Bəziləri bu məsələyə diqqət yetirib məsələni başqa cür yozurlar. Onlar “din”lə “dini mərifət” arasında fərq qoymaqla həm müşklü həll etmək və həm də bu süst nəticəni aradan aparmaq istəyirlər. Nəzəriyyə budur ki: “dinin əsl prinsipləri” həmişə sabitdir. Amma “dini mərifət” insanların təkamül və maariflənməsi ilə birlikdə dəyişə bilər. Olar bir tərəfdən bunu qəbul edirlər ki, dəyişən bir iş heç vaxt “müqəddəs”ola bilməz. Digər tərəfdən bunu qəbul edirlər ki, “din” sabit və müqəddəsdir. Dini mərifət isə dəyişən və qeyri-müqəddəsdir. Nəticədə bəşərin əlinə gələn “dini mərifət” olur və din özü isə sabit və əlçatmazdır.
Belə bir “din” Allah tərəfindən göndərilmiş dinin tərifindən xaricdir. Çünki, əvvəldə bəyan olundu ki, din Allah-taala tərəfindən peyğəmbərlərin vasitəsi ilə və bəşəri haqqa hidayət etməkdən ötrü göndərilmiş qanunlar məcmuəsidir. Əgər bütün bu söylənilənləri və dinin mətnində deyilənləri “din” adlandırsaq və bütün bu dində olan dəyişiklik və yeniliklərin dini mərifət olmasına israr etsək, əslində “din”i dəyişmək ərəfəsində qərar vermiş və əvvəldə qeyd etdiyimiz həmin yolu cəmiyyətə ərməğan gətirmiş oluruq. Sonda belə bir nəticəyə gəlirik ki, məcburi şəkildə, istər-istəməz qəbul etmiş olarıq ki, belə din heç vaxt müqəddəs ola bilməz.[207]Bu suala cavab tapmaqdan ötrü bəşərin vəziyyəti və halı haqqında fikirləşmək lazımdır. Görəsən, doğrudan da insanda tarix boyu dəyişiklik olanda onun bütün zatı və vücudu dəyişir?! Yoxsa , bütün bu dəyişikliklər arasında insanın zatı və cövhəri sabit qalır, o zat insanın keçmişini, bu gününü və gələcəyini bir-birinə bağlayır, zat insanın şəxsiyyətini vücuda gətirir və insaniyyət aləmində ona bir mahiyyət və mədəniyyət bəxş edir?![208]
[204] Əbdül-Kərim Suruş. “Rişə dər ab əst”. Peyğəmbərlərin hədəflərinə baxış. Keyhan fərhəngi. №29. səh-14
[205] Əvvəlki mənbə, Səh.13-14.
[206] Bəqərə surəsi-239
[207] Məhdi Hadəvi Tehrani, “Məbani kəlami ictihad”, səh.317-380.
[208] Göstəriş. Din və insan. Göstəriş: din, sabit və dəyişən.
Allah sizə yar olsun.
Sual (19) :
Salamun əleykum.İslam nəzərincə insan necə mövcuddur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quran nöqteyi-nəzərindən insan elə bir varlıqdır ki, bir tərəfdən ilahi fitrətə, digər tərəfdən isə maddi təbiətə malikdir. İlahi fitrət onu yüksək dərəcəli mənəviyyat və mərifətə tərəf çəkir. Maddi təbiəti isə insanı maddiyyata, şəhvətə və şər işlərə sürükləyir. İnsanın həyatı həmişə onun maddi təbiəti ilə fitrəti arasında mübarizə səhnəsidir. Quran nəzərindən bu insan dəyişkən, haldan-hala düşən bir varlıqdır. Əgər ilahi fitrəti qalib gəlsə, maddi təbiəti onun bu hissiyyatının yolunda ona xidmət edər. Bu halətdə insan artıq hidayət yolunda qərar tutmuş və haqq yolunda qədəm götürmüş olur.
Quran və rəvayət nəzərindən insan elə bir varlıqdır ki, dünyaya gəldiyi zaman heç bir agahlığı, biliyi olmur. Elmi olmur amma ilahi fitrəti olur. Həmin halətdə insanda maddiyyat tərəfə də meyl olur. Bu aləmə gəldiyi zaman bir tərəfdən mərifət və mənəviyyata tərəf, digər tərəfdən təbiət və maddiyyta tərəf istiqamətlənmiş olur. Quranın insana baxışı belədir. Yəni, insanların müxtəlif xüsusiyyətləri arxasında vahid bir batin görür.
Daha geniş cavab
İslamda insanşünaslıq xüsusi şəkildə təqdim olunan xüsusi bir nəzərdir. İnsanın həqiqəti haqqında iki nəzəriyyə irəli sürülür. Əvvəl, insanlar mədəni, ictimai, iqtisadi və siyasi cəhətdən nə qədər fərqli olsalar da, vahid bir cövhərə malikdirlər. Aralarındakı fərq yalnız, sonradan vücuda gəlmiş bəzi proseslərlə bağlıdır.
Bu nəzəriyyənin müqabilində digər nəzər də budur ki, insanların müxtəlif zaman, məkan və millətlər arasında cövhərləri bir-birindən fərqlənir.
Birinci nəzəriyyəni bütün millətlərdə olan dinlər, irfani məzhəblər, elm və fəlsəfə məktəblərinin müxtəlif dəstələri qəbul edirlər. Buna baxmayaraq bu yeganə yolun təfsir və şərhində yenə də müxtəlif fikir və nəzəriyyələr irəli sürülmüşdür.
İkinci nəzəriyyəni müasir fəlsəfə tərəfdarları qəbul və iddia edirlər ki, insanların həqiqəti bir mədəniyyətdir, amma bu mədəniyyətlərin fərqli olması insanların cövhərində də müxtəlifliyə səbəb olub. Bəziləri isə “insan mehvərlik” və ya “modern insan” nəzəriyyəsini irəli sürürlər. Belə ki, renesans dövründən - dində islahdan sonra insanın həqiqətində dəyişiklik baş vermiş, insan qanunçuluğu modern insana çevrilmişdir.
Əsl həqiqətdə insanın həyatında dəyişiklik nəticəsində mədəniyyət və həyatın quruluş və şəkli dəyişib. Halbuki, insanın həqiqəti, cövhəri və ondakı meyllər olduğu kimi sabit və dəyişməzdir. İslam nəzərində insanlar harada yaşamasından, mədəniyyət, elm, adət-ənənə və sair cəhətdən müxtəlif zaman və məkanlardan asılı olmayaraq onların şəxsiyyət və cövhərləri vəhdət təşkil edir. İnsanın vahid şəxsiyyəti elə bir cəhətdir ki, həm Quran, həm fəlsəfi baxışlar, həm təcrübi elm və həm də təbii və insan elmləri onun şəxsiyyətinin həmişə sabit və dəyişməz olmasına şəhadət verir.
Quran nəzərindən insan elə bir varlıqdır ki, bir tərəfdən ilahi fitrətə, digər tərəfdən isə maddi təbiətə malikdir. İlahi fitrət onu yüksək dərəcəli mənəviyyat və mərifətə, maddi təbiəti isə insanı maddiyyata, şəhvətə və şər işlərə tərəf dəvət edir. İnsanın həyatı həmişə onun maddi təbiəti ilə fitrəti arasında mübarizə səhnəsidir. Quran nöqteyi-nəzərindən bu insan dəyişkən, bir halətdən başqa halətə düşən bir varlıqdır. Əgər ilahi fitrəti qalib gəlsə, maddi təbiəti onun bu hissiyyatının yolunda ona xidmət edər. Bu halətdə insan o, artıq hidayət yolunda qərar tutmuş və haqq yolunda qədəm götürmüş olur.
Qurani-kərimdə insanlar haqqında bəzən fəzilət, bəzən də rəzalət və bəyənilməmiş sifət kimi müştərək sifətlər bəyan olunur. Əlbəttə, bütün bunların heç biri o mənada deyil ki, hazırda insanların hamısı istər fəzilət, istəsə də rəzalətdən ibarət olan bu sifətlərə malikdirlər. Məqsəd budur ki, insanda həm fəzilət, həm də rəzalət sifətləri üçün şərait və istedad vardır. Quran buyurur ki, insanın fitrəti ilahidir. (Yəni Allaha məhəbbət insanın təbiətində yaradılışıda qoyulub.
31فِطْرَةَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا
“Allahın fitri olaraq insanlara verdiyi dinə (üz çevir)”[200],
Digər ayədə buyurur: “ إِنَّ الْإِنسَانَ خُلِقَ هَلُوعا
“Həqiqətən, insan (sərvətə) çox həris (tamahkar və kəmhövsələ) yaradılmışdır!”[201]
Bir yerdə insanın fəzilətindən söz açılır, digər yerdə isə onun rəzalətindən danışılır; bir yerdə insanda olan ilahi məhəbbətdən, digər yerdə insanın hərisliyi, tamahkarlığı, səbirsizliyi və qüdrətsizliyindən söz açılır. Bütün bu söylənilənlər insanın anadan doğulanda fəzilət və ya rəzalət sifətlərinə malik olduğuna dəlalət etmir. Allah-taala Quranda insan haqqında buyurur:
وَاللّهُ أَخْرَجَكُم مِّن بُطُونِ أُمَّهَاتِكُمْ لاَ تَعْلَمُونَ شَيْئاً “
“Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı.”[202]
Rəvayətlərdə bəşər övladının ilahi fitrətlə - pak və ilahi bir fitrətdə (tovhid fitrətində) doğulduğu qeyd olunur.[203]
Quran və İslam nəzəridən insan edə bir varlıqdır ki, dünyaya gələn zaman nə elmi olur, nə də agahlığı, amma ilahi fitrətdə olur. Həmçinin, həmin halda insanda maddyyata və təbiətə meyl olur. Bəs insan bu aləmə gələndə əslində bir tərəfdən agahlıq və mərifəti öyrənir, digər tərəfdən təbiətə və maddiyyata tərəf meyl edir. Quranın insana baxışı belədir. Yəni, insanların müxtəlif xüsusiyyətləri arxasında vahid bir batin görür.
Fəlsəfi nöqteyi-nəzərdən də bu məsələ həmin vəziyyətdədir. Müxtəlif fəlsəfi məktəblər: istər yunan, istər İslam, istərsə də müasir qərb fəlsəfəsində həmişə insana yeganə bir vəhdət baxışı ilə baxılıb və insanda ümumi şəxsiyyət təsəvvür olunub. Ola bilər ki, islamda insana baxış nikbin olsun; bu mənada ki, insan fitrəti pak bir fitrətdir. Digər cəhətdən insanın fitrətinə məsihilik aləmi tərəfindən xoşagəlməz nəzər olsun bu mənada ki, insan fitrətdə napak, çirkin və günahkar bir varlıqdır. Müxtəlif fəlsəfə məktəbi və ideologiyalarda insanın varlığına baxışın fərqli olmasına baxmayaraq hamısı insanın vəhdət və şəxsiyyəti üzərində müştərək fikrə malikdirlər.
Əlavə mütaliə üçün bax:
1. Mehdi Hadəvi Tehrani, “Vilayət və dəyanət”, Müəsseyi fərhəngiye xaneyi xirəd. Qum. İkinci çap, 1380 şəmsi ili.
2. Mehdi Hadəvi Tehrani, “Etiqadlar və suallar” Müəsseyi fərhəngiye xaneyi xirəd. Qum. İkinci çap, 1378 şəmsi ili.
[202] “Nəhl” surəsi, 78.
[203] Â İslam Peyğəmbəri (sələllahu əleyhi və alih) buyurur: “Hər bir doğulan insan ilahi fitrətlə dünyaya gəlir.” (Kuleyni, “Əl-Kafi”, 2-ci cild, səh-12, hədis-4)ar[209] “Bəqərə”, 157.
Allah sizə yar olsun.
Sual (20) :
Salamun əleykum.Niyə İslami ölkələrdə fəsad rəvac tapır və yayılır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qurani kərim baxışından İslami məmləkətlərdə fəsadın yayılması və səbəbləri bir cümlədə xülasə olur: Allaha imanın olmaması və zalıma küfr etməməklə açıqlanər. Yəni Allahla olmayan və Allah rənginə boyanmayan hər şey fəsada çəkilir. Qarşəsənda isə Allaha inanc və zalımlasra boyun əyməmək, əlbəttə hər ikisi olan surətdə və bir- birinin yanında şəxslərin və cəmiyyətlərin tərəqqi və yüksəlişinə səbəb olur.[210]Başqa sözlə desək bəşərin və İslami cəmiyyətlərin islashı Allah tərəfindən din formasında insanların ixtiyarında qoyulub. İndi iş insanların öz əllərindədir. Əgər insan öz ixtiyarı ilə dinin bütün hökmlərinə, əxlaqi göstərişlərinə və maarifinə bütün sahələrdə və həyatın bütün bölmələrində əməl etsə, özünün fitri və təbiyi ehtiyaclarəna cavab vermiş olur və onun yaradılışından olan məqsədə, onun vücudunda qoyulmuş istedadlarla çatır. Lakin əgər düenya və onda olanlara meyl və şəhvət səbəbinə ümumiyyətlə dini ayaq altında qoyub və yaxut onun dünyasına ziyan olmayan dinin bəzi hökmlərinə əməl edərsə, həqiqətdə öz istədiyinə əməl edib və öz nəfsinə uymuşdur.
Bunun özü onun vəcəmiyyətin tədrici süqutuna səbəb olacaq. Mədəniyyətlərin zəyifləməsi metodikasında əsas rolu hakimlər və onlardan sonra dərbar alimləri yəni hakimlərə bağlı olan alimlər oynayırlar. Sonrakı mərhələdə agah amma sakit alimlər, daha sonra ümumi kütlə dayanır. Bunun əksi yəni inkişaf və yüksəliş prossesindədə belədir ilk öncə hakimlər, alimlər və bu minvalla sonrakı mərhələdəkilər öz rollarını ifa edirlər.
Daha geniş cavab
Mədəniyyətlərin yüksəlməsi və enməsində əsas rolu hakimlər daşıyır. Hakimlər əgər dindar olarlarsa və dinə əməl edərlərsə, onu icra etmək istəyərlərsə və alimlər nüfuz sahibləri olduqları təqdirdə, təşviq olunarlarsa, nəticədə kütlə də onların ardıcıllarından olub, fəsadlardan uzaq qalarlar. Lakin əgər hakimlər dindar olmasalar dünyaya həris olsalar və məqamını qorumaq üçün mümkün olan hər yoldan öz şəhvəti və xoş olması üçün istifadə edərsə, alim və nüfuz sahiblərindən öz məqsədləri üçün istifadə edərsə, kütlənin problemlərinə biganə qalarsa, nəticədə zülm baş alıb gedərsə, bu gedişat bütün kütləyətəsir edəcək və nəticədə bu fəsadlar bütün cəmiyyətdə baş alıb gedəcək.
Əgər bilik və qüdrət sahibləri hakimiyyətin islahı üçün bir şey düşünməzlərsə və kütlə əmr be məruf və nəhy əz münkər etməzlərsə, mühitlə uzlaşıb gedərlərsə, mütləq tənəzzülə uğrayacaqlar. Buradadırki, saleh və sağlam insanlar üçün özlərini və dinlərini qorumaq orada problemə çevirilir. Buna əsasən cəmiyyətdə fəsadın yayılamısının mənşəyi hakimlərin dünyaya sevigsi və özünə məhəbbətidir. Və hakimlərin fəsadının kütlətərəfindən göz yumulmasıdır. Kütlənin sükutu və öz işlərinəhəddən ziyadə məşğul olmasıdır.
Nümunə üçün: Yezid kimlər islam millətlərinə hakim olsalar öz fəxretmələrindən başqa birşeyə fikir verməyəcəklər. Buna görə din təbliğatçıları hakimiyyətin tərəfdarı və digərlətidə ya qorxudan və ya tamahdan səslərini çıxarmayacaqlar. Kütlədə ancaq tamaşa edəcək. Nəticədə Peyğəbmərin əziz nəvəsi şəhid olacaq amma kütlə susacaq. Sonradan hakimiyyətdən maliyyələşmiş axundlar ictihadlarına əməletdiklərini və səhv etdiklərini vurğulayıb, tövbə etməklə özlərini təmizə çıxartmaq istəyəcəklər.
Deməli cəmiyyətlərin tənəzzülünün səbəbi zalım hakimə meyl və Allahın dininə əməl etməməkdir.
Bunlar aşağıdakı sahələrdə öz əksini tapır:
1) Peyğəmbərləri təkzib etmək və ayələri ayaq altına qoymaq və onları kamilşəkildə icra etməmək[211]
2) Hakimlər tərəfdən fironluq və ədalətsizlik;[212]
3) İxtilaf, təxrib və pərakəndəlik;[213]
4) Əmr be məruf vənəhyəz münkəri tərk etmək və bu işlərdə süstlük etmək və ya münkərlərə təşviq etmək və onları yaymaq[214]
5) Allahın dininin qoruması üçün xidmətin, can və mal ilə isarın və infaqın olmaması və şəhvətçiliyə və mal yığmağa hərislik;[215]
Amma bunun dərman yolu: Qeyd etdiyimiz kimi bunların dərmanı və həlli bir şeydir. O da Allaha iman və həyatın bütün sahələrində zalımları tərk etməkdir. Cəmiyyətin bütünü hakim və xüsusi alimlərdən tutmuş kütlə və adi insanlaradək. Əgər İnsan dünyanın qısalığına və keçici olduğuna həmiçinin fani olduğuna düşünsə və nəfsdən itaət etməyin, dünyapərəstliyin və mal yığmağın dünya və axirətdə olan nəticələrinə diqqət yetirsə, həmçinin bilsə ki, həmişə bir qoruyucu və müşahidəçisi var. Onun əməllərini, fikirlərini və hallarını səbt edir. Başqa bir dünyada bunlardan cavab verəcək. Həmişəlik və tamamlanmayan dünyada. Oradan qaçış yoxdur. Bir sözlə əgər ağılın və sağlam təbiətinin ardıcılı olarsa, kamil şəkildə Allaha və onun göstərişlərinə əməl edəcək. Bu fəsaddan qurtuluşun və dünyada təbahlıqdan çəkinməyin və dünya və axirərdə əbədi rahatlığın və səadətin yoludur.
Bəli! Fəsadın dəyər kimi sandığı bir cəmiyyətdə dindarlıq məhv olur. Bu cəmiyyətdə iman və saleh əməl etmək çətinləşir. Sual budur ki, nə etməliyik? Cavab isə budur ki, əgər cəmiyyətə, hakimiyyətə, və başqa insanlara təsir göstərmə mekanismləri varsa, gərək çalışıb hidayət etsin və mühüti dəyişdirsin. Əlbəttə öz gücü əndazəsində formalaşdırmalıdir. Əgər təsir mekanizmi yoxdursa, səbr edib, dözməlidir. Tənələrdən qoxmamalıdır. Öz dinini özü saxlamalıdır. Allahdan kömək istəməli və bacardığı qədər başqalarıbnı hidayət etməlidir. İnşaallah tezliklə məşəriyyətin nicatvercisinin zühuruna şahid olacağıq. Bütün dünyada sülh, ədalət və xeyir bərqərar olacaq.
İstifadə olunmuş ədəbiyyat:
1- Qurani kərim
352- Nümunə və Əlmizan təfsirləri aşağıda qeyd olunmuş ayələrin təfsirində
3- Muhəmməd Hüseyn Təba təbayi, İslami araşdırmalar, Hicrət nəşri, Qum, səh 97 və 158
4- Mürtəza Mütəhhəri, Cəmiyyət və tarix, İslam nəşri, Qum
[210] Nəhl surəsi, ayə 36, Bəqərə surəsi, ayə 256, Taha surəsi, ayə 123 və 124
[211] Əraf surəsi, ayə 96
[212] Qəsəs surəsi, ayə 2
[213] Ənam surəsi, ayə 53, 65 və ənfal surəsi, ayə 46
[214] Ali İmran surəsi, ayə 104, 110, və 113 və Maidə surəsi, ayə 79
[215] Maidə sirəsi, ayə 33
Allah sizə yar olsun.