Sual (21) : salam. cadu tilsime islam nece baxir ? eger insana cin giribse ve ya cadu ediblerse onun tesirinden nece cixmaliyiq?
Имя: tunar, Страна: azerbaycan, Муджтахид: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Sehr və cadunun vaqeiyyəti və həqiqəti var və təcrübə bunu sabit edib. İslamda cadunun təsirin və qarşısın almaq üçün sifarişlərdə qeyd olunub. Müəvvəzətəyn”  Fələq və Nas surələrin, Ayətul-kürsini və s. oxumaq cadunu təsirdən salar, amma diqqət yetirmək lazımdır ki, camaatın sehr təsəvvür etdiyi şeylərin əksəriyyəti bir dəstə adamın xurafata və xəyali şeylərə həddindən artıq diqqət yetirməsi və bir dəstə adamın hazırkı şəraitdən sui-istifadə etməsindən irəli gəlir. Halbuki onların sehr barəsində məlumatı yoxdur. Bundan əlavə, sehrin müəyyən hissəsi insanın xəyal qüvvəsində təsərrüf etməklə bağlıdır – həzrət Musanın (əleyhis-salam) sehrkarlarla qarşılaşdığı zaman baş verən hadisələrdə olduğu kimi. Camaatın elm və agahlıq səviyyəsinin yüksəlməsi ilə bu kimi işlər təsirdən düşəcəkdir. Hər bir halda əgər doğrudan da sehr baş vermiş olsa, ondan xilas olmaq üçün rəvayətlərdə qeyd olunan dualardan istifadə etmək lazımdır. Əgər sehrdən qurtarmaq yalnız sehr edən şəxsə müraciət etməklə mümkün olarsa, sehri batil etmək üçün sehrin özündən istifadə etmək caizdir. İnsan bədəninə cin giribsə cini olan cadugərlərin vasitəsilə cini bədəndən çıxartmaq olar.

Allah sizə yar olsun.

Sual (22) : Salam aleykum.menim sualım:1. Müqəddəs İslam dininə görə insanın taleyi öz ixtiyarındadımı? Ve insan istese öz taleyini deyişe bilermi? 2.Bir insan həmişə hər kese yaxçılıq edirsə ancaq qarşısına hemişe çetinlikler və qədir bilmez insanlar çıxırsa nece etmelidir?Əvvelden minnetdaram
Имя: Ramin, Страна: Azərbaycan Respublikası, Муджтахид: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allah-taala buyurur: "Bir qövm öz taleyini dəyişməyincə Allah-taala onların taleyini dəyişməz". Rəd surəsi ayə 11.

Bu ayədən məlum olur ki, insanların taleyi öz əllərindədir.

Səbəbsiz bir şeyin baş verməsi.

Bu məna fəlsəfə elmi baxımında qəbul olunmur. Çünki fəlsəfə elmi hər bir hekayənin, hadisənin, olayın baş verməsində ondan öncə səbəbin olmasını isbat edir.

Yəni dünyada baş verən hər bir felin bir səbəbi vardır. Amma bu səbəblərin hamısı xoşa gələn deyildir. Mümkündür bu səbəblərin içində ədalətsiz və ədalətli səbəblər olsun. Amma bu səbəblərin baş verməsi xüsusi bir təfəkkürün nişanəsidir. Yəni:

A). İctimaiyyətdə ədalətsizliyin baş verməsi hüquqlara uyğun əməl olunmamasından xəbər verir.

B). Rahatlıq və asudəlik tələb etmək ruhiyyəsi ictimaiyyətdə olan bəzi insanların şans və bəxt kəlmələrindən bəhrələnməklərinə səbəb olur.

C). Bəzi zalım hakimlər bəxt və şans təbliğ etməklə insanlara mövcud olan vəziyyətin onların qüdrətindən xaric olduğunu təlqin etmək istəyirdilər. yəni hakimiyyətin bu günkü vəziyyəti taleyimizdir deyirdilər. Onlar bu işlə xalqın etirazlarının qarşısını almaq istəyirdilər.

Allahın alın yazısı.

Bu məna qəbul olunacaq qədər insanlar arasında özünə yer almışdır. Yəni bütün müvəffəqiyyətlər insanın çalışmağı ilə bərabər Allahın iradəsi ilə baş verir. Bu yerdə ictimaiyyətdə olan insanların istedadları böyük əhəmiyyət kəsb edir. Cəmiyyətdə olan fərqlərin sirri də elə bundadır.

Əlbəttə bunların ən mühümmü və təsirlisidir.

Deməli insanın həyatında baş verənlərdə oz əməyi mühümdür və kənarında İlahi tofiq və yardımıda təsirlidir.

Allah sizə yar olsun.

Sual (23) : Saləm `Əleykum. "Ələm" (əl işarəsi, məscidlərdə olur) müqəddəs, şəfaətçil bir şeydir yoxsa simvolik bir şeydir? Onun haqqında haradan geniş məlumat ala bilərəm? Çox sağolun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Ələm bayraq deməkdir. Məhərrəm mərasimlərində əllərde gezidirilen bayraq Kərbəla bayraqdarlarının, xüsusile Həzret Abbasın (ə) xatirəsini yaşatmaq naminedir. Adətən bu bayraqin başında əl əlaməti olur . Bu Kərbəla şəhidlərinin haqq yolunda doğranmasi, xüsusile Həzrət Abbasın (ə) əllərinin qədarcasına kəsilməsini xatirladır. Amma “ələmin cuşa gəlməsi” hadisəsinin heç bir dini və elmi əsası yoxdur. Sadəcə xalqın etiqadlarına həqarətlə yanaşmamaq, həqiqəti tədricən anlatmaq münasibdir. Ələm simvolik bir şeydir ondan şəfaət ummaq düzgün deyil.

Allah sizə yar olsun.

Sual (24) : salam aleykum, menim bir yaxin qohumum meyve saticisidir, mene wikayet ederek bildiribki bu satdigi mallar daha yaxwi ve ucuz oldugu halda onun etrafindakilarin yanina mal almaga gediller. ve bu da onu cox narahat edir. ola bilermiki cadu olunub^? yoxsa bu bawqa bir weydi? ve eger cadu olunubsa bunu nece bilib aradan qaldirmaq olar,? eger cvb varsa xaiw edirem etrafli izah edesiz . Allah size yar olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Sehr və cadunun vaqeiyyəti və həqiqəti olmağını danmırıq, amma həmişə müşküllərin və problemlərin yaranması və həlli cadu və sehr deyil mümkündür başqa səbəbi olsun. Hər halda əgər cadu olubsada Fələq, Nas surələri və Ayətəl-Kürsü oxumaqla cadu batil olar inşəllah.

Allah sizə yar olsun.

Sual (25) : salam sualima cavab verdiyiniz ucun minetdaram Allah size yar olsun men yuxuda mehemmed peygemberin sifetini yaxsi gormedim cunki onlarin sifeti gorunmur mene nas, feleq, ayetul kurci oxu dediler dogurdan oxumaliyammi

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Adi insanlar gördükləri yuxulara əməl etmələri vacib deyil çünki yuxunun ilahi ya şeytani olmağı mümkündür ayıra bilməsin. Hətta yuxunun ilahi olmağın bilsələrdə yenədə yuxu höccət deyil və əməl olması vacib deyil məxsusən əgər şəriət və əqillə uyğun gəlməsə heçvaxt əməl olunmamalıdır. Peyğəmbərlər bu cəhətdən adi insanlarla fərqlənirlər. O ki, qaldı Ayətəl-Kürsü, Fələq və Nas surələrin oxumağlıqa bunu yuxuda görməsəz belə, hədislərdə onları oxumaq sifariş olunub.

Allah sizə yar olsun.

Sual (26) : salam sualima tez cevab verin xahis men evliyem 3 ildi usagim yoxdu yuxuda mehemmed peygember birde imam eli her ikisi menim yuxuma giribler mene deyibler ki senin usagin olacaq nas feleq ayetul suresini oxu birde qarniva kontrol ele kontrol menasini bilmirem siz bilersiz yuxun menasini deyin xahis Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Yuxu insan üçün yaxın və ya uzaq gələcəkdə xeyirli, ya da qorxulu bir hadisənin baş verəcəyini bildirir. Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Düz danışan şəxslərin yuxusu doğrudur.” Həmçinin buyurmuşdur: “Bizi yuxuda görən şəxs, sanki aşkara görmüşdür, çünki Şeytan mənim surətimə düşə bilməz.” Peyğəmbərlərin yuxu görməsi Allah tərəfindən olan bir növ ilhamdır.

İmam Sadiq (ə) öz səhabələrindən birinə buyurdu: “Doğru və yalan yuxular haqqında fikirləş, gör onlar bir-birlərinə necə də qarışmışdır. Bütün yuxular doğru olsaydı, hamı peyğəmbər olardı; əgər hamısı yalan olsaydı, onda yuxunun heç bir faydası olmaz, artıq bir iş sayılardı.”

Yuxu görəndə həmişə xeyrə yozun və yuxunuzu elə insanlara danışın ki xeyrə yozacaqlar. Pis yuxu gördüydə sədəqə çıxardın.

Kontrolun mənası nəzarət etməkdir.

Allah sizə yar olsun.

Sual (27) : бисмиллах,нийе коре инсан дунясини deyiwende mes yasin suresini oxuyurlar&&??birde kuranin hansi ayesinde ALLAH BUYRUR ki peygember soyleki menden istesinler men yaratdiqimdan yox!!

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs qabiristanlığa daxil olarkən “Yasin” surəsini oxusa, o gün qəbiristan əhlindən (əzab) azalar və oxuyan şəxs üçün qəbiristanda olan hər bir qəbrin müqabilində çoxlu savab verilər.”
Peyğəmbər(s) buyurub: ''Yasin'' surəsi Quranın qəlbidir. Axirət yurdunu diləyərək bunu oxuyan insan mütləq bağışlanar. O halda bu surəni ölüləriniz üzərində də oxuyun.''
''Yasin'' surəsini oxuyarkən həm ölünün ruhu şad olur, həm də oxuyan kimsəyə savab yazılır.
Surədə yaranış, qiyamət, həyat və ölüm haqqında müxtəlif səhnələrlə qarşılaşırıq.
Belə bir ayə ilə qarşılaşmamışıq.

Allah sizə yar olsun.


Sual (28) : Salamun aleykum Basqa planetlerde yasayisin olmasiyla bagli dinimizin movqeyini oyrenmel isterdim.Quranda bununla bagli melumat varmi ? (deqiq bilmirem ama sehv etmiremse Ellame Tebetebainin nezerince bele bir sey heqiqete uygundu)
Имя: Farid Fateh, Страна: Gence, Муджтахид: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Varlıq aləмi o qədər geniş və əzəмətlidir ki, bu əzəмət qarşısında bütün aliмlər heyrətdədirlər. Yalnız biziм qаlаktikаdа yüz əlli мilyard ulduz vardır. Onların bir çoxu biziм günəşə oxşayır. Varlıq aləмinin genişliyini nəzərə aldıqda inanмaq olмur ki, həyat təkcə yer üzərindədir. Hər halda astrоnoмların fikrincə, günəş sisteмindəki digər planetlərdə həyat olмası ehtiмalı zəifdir. Hələ ki aparılan tədqiqatların nəticəsi həмin planetlərdə həyat olмası fikrini təsdiqləмir. Aммa bütün deyilənlər hələ ki fərziyyədir. Çünki biz günəş sisteмinin digər planetlərindən birindən yerə doğru baxsaydıq, güмan ki, yerdə həyat olмadığını zənn edərdik. Başqa planetdə olanlar biziм planet haqqında araşdırмa aparsaydılar, öldürücü oksigenlə əhatə olunмuş yerdə həyat olмadığını düşünərdilər. Onlar haradan bilsinlər ki, insan orqanizмi həмin bu oksigenlə tənəffüs alмaq üçün tənziмlənмişdir! Yerdən başqa planetlərə göndərilən stansiyalar üç yüz kiloмetrdən şəkillər çəkirlər. Bu şəkillər əsasında qəti bir söz deмək çətindir.

Мəşhur dünya astrоnoмlarının yazdığı “Biz dünyada tək deyilik” kitabında bildirilir ki, yerdən kənarda həyat мövcuddur. Hətta onların fikrincə, yerdən kənar həyat daha inkişaf etмiş səviyyədədir. Əgər təkcə biziм qаlаktikаdа yüz əlli мilyarda yaxın ulduz varsa, eləcə də, hər bir ulduz sisteмinin öz planetləri olarsa, həмin sisteмlərdə həyat olмadığını iddia etмəyə heç bir əsasıмız yoxdur. Hər halda bu işlə мəşğul olan elмi мərkəzlərdə tədqiqatlar davaм etdirilir.

Bu мəsələyə мünasibətdə İslaмın мövqeyi aydındır. Quran və islaмi hədislər on dörd əsr bundan öncə uyğun sualları cavablandırмışlar. Həмin мövzuda danışмazdan qabaq bir мühüм nöqtəni qeyd edək:

Мüvəhhid, allahpərəst bir fərdin nəzərində varlıq aləмi ilahi hikмətlə yaradılмışdır. Bütün varlıq aləмi hikмətlə yarandığı təqdirdə bu nəhayətsiz okeanın təkcə bir nöqtəsində həyat olмası şübhə doğurur. Canlı həyatın yalnız yerdə olмası ilahi hikмətlə bir araya sığмır. Qurani-мəciddə səмadakı canlı varlıqlar yad edilərək, Allahın qüdrətinin vəsfində belə buyurulur: “Göyləri, yeri və orada canlıları yaradıb yayмağı Onun qüdrət nişanələrindəndir...” Başqa bir ayədə oxuyuruq: “Göylərdə və yerdə olan bütün мəxluqlardan elə biri yoxdur ki, Rəhмanın hüzuruna bir qul kiмi gəlмəsin.” Bu kiмi ayələrdən görünür ki, səмalarda canlı və düşüncəli varlıqlar мövcuddur. Onlar da Allah qarşısında vəzifəlidirlər və qiyaмət günü Allahın hüzuruna toplanasıdırlar. Uyğun мövzuda bir rəvayət də nəql etмəklə kifayətlənirik: Əмirəl-мöмinin (ə) ulduzlar haqqında belə buyurur: “Bu ulduzlar yer üzərindəki şəhərlər kiмi şəhərlərdir...”

Şəhidlər ağası həzrət Hüseyn (ə) öz duasında belə deyir: “Pərvərdigara, kəlмələrinə, sözlərinə, hikмət ocaqlarına, səмalarına və yerinin sakinlərinə and verirəм!” Duanın мətnindən aydın şəkildə görünür ki, səмaların da sakinləri vardır. Bəzi alilмlər səмa sakinlərinin мələklər olduğunu bildirsələr də, bu baxışın qəti bir dəlili yoxdur.
Allah sizə yar olsun.
Sual (29) : Salam deyerli mominler! Size bezen suallar verirem amma cavab gelmir. Asan suallara tez cavab gelir, amma bir az mezheb meselesi ve ya mubahiseli sual olanda sizden bir ses cixmir. Bunun sebebini yazin xahish edirem. Shiye olan kes hec bir suali cavabsiz qoymamalidi. Cavab gozleyirem.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Sayta gələn bütün suallara 48 saat ərzində cavab verilir. Bəzən fiqhi bölməyə göndərilən sual yeni məsələ olduğundan və ya kitablarda olmadığı üçün müctehidin dəftərinə müraciət olunur və bu səbəbdən bir miqdar gecikir. Mümkündür sual verən email ünvanını  doğru yazmasın və cavab məqsədə çatmasın. Təbiidir ki, asan suala cavabda rahat olur bəzi suallar isə təhqiq və axtarışa ehtiyac olduğundan çox vaxta aparır. Sualınıza tez cavab almaq üçün sual növünü doğru seçin fiqhi sualı ümumi bölməyə və ya əksinə göndərməyin çünki, hər bölməyə ayrı-ayrı şəxslər nəzarət edir, əks halda sual geri qayıtarılır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allah sizə yar olsun.
Sual (30) : Sual: Salam! Menim teqlidim aga Lenkeraniye idi. O dahi shexs Allahin rehmetine qovshduqdan bir muddet sonra teqlidimi Aga Xameneyiye niyyet etdim. Amma aga Xameneinin risalesi elimde yoxdur. Yalniz lazim olanda ruhanilerden aganin fetvasi barede sorushuram. Bu meselede bir problem yoxdur ki?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ayətullah Xameneinin 2cilddə ŞƏRİ SUALLARA CAVABLAR adlnda kitabının elektron variantını saytımızın kitabxanasından oxuya bilərsiz.
Əgər ruhanilərin dediyindən Xaminei ağanın fitvalarına yəqinlik hasil olursa, onda hеç bir еybi yoxdur.
Allah sizə yar olsun.
Go to TOP