Sual (41) : Salamun əleykum..Eşitdiyimizə görə "Kisa" hədisi hadisəsində Zeynəbi Kubra anasının bətnində idi. Yəni o məclisəd zühuru var idi? Bu düzdürmü?
Имя: Yusif, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Kəsa hadisəsi bir neçə dəfə müxtəlif məkan və zamanlarda təkrar olub. Hər halda Hz. Zeynəb (s) uca məqamı olmağına baxmayaraq Ali Əbadan hesab olmur. Bu hadisə Peyğəmbərin (s) xanımı Ummu Sələmənin evində baş verəndə oda əbanın altına girmək üçün Peyğəmbərdə (s) icazə istəyir, Amma Peyğəmbər (s) buyurur, sən yaxşı insansan amma kəsa əhlindən deyilsən. Necəki, Mübahilə hadisəsində Hz. Zeynəbin (s) adı gözə dəymir, bir halda ki, 3-4 yaşı var idi.

Allah sizə yar olsun.

Sual (42) : salam aleykum,tarixde hansi imamlar ucun agac dile gelib imamligina wehadet verib? cox sagolun Allah razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İmam Muhəmməd Baqirin (ə) imamətinə ağacın, daşın və 6 aylıq uşağın şəhadət verməsi İmam Sadiqdən (ə) nəql olub.

Allah sizə yar olsun.

Sual (43) : Salam aleykum.regaib gecesi haqqinda deyilen revayet haqqinda soruwacaqdim.revayet edilirki hemen gece Peygember.s.e.a.s ana betnine duwur.bu melumat ne derecede dogrudur?wie menbelerinde bele bir melumat varmi?varsa mumkundurse hemen menbeleri qeyd ede bilersinizmi?cox sagolun Allah sizden razi olsun

Əleykumus-salam.

Bu mətləbə mötəbər qaynaqlarda rast gəlmədik.

Allah sizə yar olsun.

Sual (44) : Salamu-aleykum. Resulullah(s) ne ez, ne de mesumlarin ad gunlerini qeyd etmeyib. Niye? Onun(s) her bazar ertesi oruc tutmasinin sebebi ne idi ve delil nedir? Allah razi olsun.
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1. Təvəllüd bayramı İslami sünnətlərdən deyil. Və İslami təlimatlarda sifariş olunmayıb ki, insan öz doğum gününü bayram etsin. Əlbətdə Peyğəmbər (s) və imamların təvəllüdünü qeyd etmək bidət deyil. Məsumların dünyaya gəlişi bizlər üçün bir nemətdir və insan neməti yad edib  şükr etməyi bəyənilmiş bir işdir. Quranda Hz. İsanın (ə) dilindən belə deyilir: 

Məryəm oğlu İsa dedi: «İlahi, ey Rəbbimiz! Bizə göydən yeməklə dolu bir «maidə» (süfrə) nazil et ki, o bizim üçün - həm birincimiz, həm də sonuncumuz üçün bir bayram və Sənin tərəfindən bir nişanə və möcüzə olsun; və bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan». Maidə / 114.

Allah-təala Peyğəmbərin (ə) adının ucalmağını istəyir. İnşirah surəsində belə oxuyururq:

4. Və adını sənin (əzəmətin) üçün ucaltdıq (ki, bütün kainatda uca məqamlarda zikr olunsun, Allahın adı ilə birgə çəkilsin, tovhid və peyğəmbərliyə birlikdə şəhadət verilsin. Allah, mələklər və insanlar səni mədh etsinlər, şöhrətin tədriclə yer kürəsini əhatə etsin və axirətdə Məhmud–bəyənilən olasan).

2. Bir çox hədislərdə gəlib ki, hər bazar ertəsi və cümə axşamı günləri, insanın əməlləri Peyğəmbərə (s) və imamlara (ə) yetişir. Buna görədə münasibdir ki, bu günlərdə insan öz əməllərini hesab-kitab edib istiğfar etsin. Peyğəmbərin (ə)  adəti bu idi ki, hər bazar ertəsi və cümə axşamı oruc tutardı. O həzrətdən səbəbini soruşanda buyurur: çünki əməllər bu günlərdə səmaya qalxır, mən istəyirəm əməllərim oruc olduğum halda göyə ucalsın.

Bunun Peyğəmbərin (s) təvəllüdü ilə əlaqəsi yoxdur. Lakin bazar ertəsi oruc tutmaq müstəhəb bir əməldir ki, məsumların sünnətlərindəndir.

Allah sizə yar olsun.

Sual (45) : Salam.kerbala hadisesi ola bilerdiki olmasin
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İlahi övliyalar arasında imam Hüseynin (ə) xüsusi özəllikləri vardır və bu xüsusiyyətlər yalnız imam Hüseynə (ə) məxsusdir. Bu bir çox hədislərdə öz təsdiqini tapmışdır. O cümlədən Rəsuli-əkrəm (s) buyurur: "İmam Hüseyn (ə) uşaq olan vaxtı Peyğəmbəri-əkrəm (s) Ümmü Sələməyə onun şəhadət xəbərini verdi. Ümmü Sələmə dedi: "Allahdan istəyin ki, bu hadisə baş verməsin". Həzrət buyurdu: "İstədim, lakin Allah mənə buyurdu ki, onun üçün elə bir məqam vardır ki, məxluqlardan heç biri o məqama çatmaz". ("Bihar əl-ənvar", c. 44, səh. 225).
Bəli, aləmdə Allah-təalanın varlığından başqa hər şeyin baş verməməyi mümkün və olub-olmaması bərabərdir, amma olmağı faydalı və üstünlük təşkil edərsə olmamağına, bu zaman baş verir və vücuda gəlir.
Kərbəla hadisəsinə müxtəlif eynəklərlə baxmaq olar, irfani, tarixi, ictimai, etiqadi və s..
Bəli, İmam Hüseyn (ə) Yəzidə beyət etsəydi ya Kufəlilər İmam Hüseynə (ə) verdiyi sözün üstündə dursaydı, Yəzidin İmamla işi olmasaydı və s.. ola bilərdi ki, Kərbəla hadisəsi baş verməsin. Əlbətdə bu taixi və ictimai səbəblərdir, amma Peyğəmbərdən (s) nəql olan hədis irfani baxışdır.
Amma baxaq görək Kərbəla hadisəsi baş verməsəydi nə olardı. Qısa yazım, Yəzid (lənətlik) İmam Hüseyni (ə) Mədinədə şəhid edəcəydi çünki İmam ona beyət etməsi mümkün deyildi. Bu şəhadətində lazımı nəticəsi olmayacaq, Yəziddə isə öz cinayətlərinə davam edib islamı aradan aparacaqdır. Mümkündür belə deyilsin ki, Allah istəsəydi, nə Yəzidin cinayəti və nə İmam hüseynin (ə) şəhadəti baş verməzdir. Bəli, amma Allah-təala işləri insanların ixtiyarı ilə zidd olmayan şəkildə və zahiri səbəblərlə idarə edir.

Allah sizə yar olsun.

Sual (46) : salam eleykum..meherremde el gezdirirler o nedemekdi? ele oxwayir...nedir o neyin simvoludu?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həzrət Abbasın (ə) Kərbəla meydanında iki əlinin qəddarcasına kəsilməsinin simvoludu və o səhnəni xatirladir. Həzrət Abbasın (e) xatirəsini yashatmaq naminədir.

Allah sizə yar olsun.

Sual (47) : SALAM-ALEYKUM. MESUMLARIN(e) адларыны cekende "Allah rehmet etsin " demek olar?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəli, demək olar, məsumlar hamısı Allahın xüsusi rəhmət və inayətınə şamildirlər.

Peyğəmbər (s) buyurur: “Allahın rəhməti olsun mənim canişinlərim olan o kəslərə ki, mənim sünnətimi (qayda-qanunlarımı) diri saxlayıb onu Allahın bəndələrinə öyrədirlər.”

Allah sizə yar olsun.

Sual (48) : Sual: salam aleykum.sualim budurki Peygember (s) ozu sige edibmi hec?
Имя: seymur, Страна: azerbaycan, Муджтахид: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bir şeyin Quran və hədislərə əsasən mübah və halal olmağının mənası budur ki, mükəlləf onu edib etməməkdə ixtiyarlıdır və məsum şəxsin edib etməməyinə ehtiyac qalmır. Əhli-sünnət alimləridə qəbul edirlər ki, müvəqqəti nikah Peyğəmbərin (s) və birinci xəlifənin zamanında halal idi və səhabələr bu işi görürdülər, ikinci xəlifə qadağan etdi. Peyğəmbərin (s) mütə etməyinə ya etməməyinə dair dəlil tapa bilmədik, amma İmam Əli (ə) və başqa səhabələr barədə hədislər və tarixi sübutlar var.

Allah sizə yar olsun.

Sual (49) : Salamun eleykum. Menim aldığm melumata göre üzü üstə yatan insanları ALLAH sevmir bu doğrudurmu
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İmam Rzadan (ə), o da öz atasından belə nəql edir ki, Hüseyn bin Əli (ə) buyurmuşdur: Əli bin Əbi Talib (ə) Kufə məscidində idi. Şam əhlindən bir kişi ayağa durdu və ondan bəzi məsələləri soruşdu. Suallarının içərisində bunu da soruşdu: Mənə yatmağın neçə növ olduğunu buyur? Buyurdu: “Yatmaq dörd cürdür. Peyğəmbərlər arxası üstdə yatırdılar. Onların gözləri yatmır, Allahın vəhyinin intizarında olarlar. Möminlər sağ çiyni üstə üzü qibləyə yatırlar. Padışah və övladları sol çiyini üstə yatırlar ki, hər nə yemişlərsə yaxşı həzm olunsun. Şeytan və qardaşları, hər divanə və xəstə üzü üstə yatır.”
Üzü üstə yatmaq bəyənilmir çünki insanın səhhətinə ziyandır.
Allah sizə yar olsun.
Sual (50) : Bismillah Salam Ilk defe namazda möhurden necenci ilde ve harda istifade edilmeye baslanilmisdir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şiələr səcdəyə gedərkən alınlarını təmiz yerə qoymaq məqsədilə torpaqdan olan möhürə qoyurlar. ''Peyğəmbərin(s) səhabələri səcdə zamanı alınlarını torpağa qoyurdular.'' Bu hədis böyük əhli-sünnə alimlərinin kitabında gəlib, o cümlədən, ''Əs-sünnənül-Kübra'' (c. 2, səh.105), ''Müstədrəki Hakim'' (c. 1, səh.270), ''Sünnəni Beyhəqi'' (c. 2, səh.103). Hədisdən açıq-aydın görünür ki, Peyğəmbərin(s) yaxınları da səcdə zamanı alınlarını torpağa qoyurdular. Əgər Peyğəmbər(s) və səhabələri alınlarını torpağa qoyurdularsa, bizlər də onlardan ibrət götürməliyik. Peyğəmbər(s) buyurur: ''Torpaq mənim üçün səcdə yeri və pak qərar verilmişdir.'' Bu hədis isə ''Kənzül-ümmal'' (c. 7, səh.465), ''Əl-Müsənnif'' (c. 1, səh.392), ''İrşadus-Sari'' (c. 1, səh.405) kitablarında gəlmişdir. Peyğəmbər(s) buyurur: ''Allahdan ötrü alnını torpağa qoy.'' Bu hədisi də ''Səhihi Müslüm'' (c. 1, səh.371), ''Səhihi Buxari'' (c. 1, səh.91), ''Sünnəni Beyhəqi'' (c. 1, səh.212), ''Sünnəni Nəsai'' (c. 1, səh.210), ''Sünnəni Tirmizi'' (c. 2, səh.131) kitalabrında rast gəlmək olar. Əhməd İbni Şüeyb Nəsai Peyğəmbər (s)-in səhabəsi olan Əbu Səid Xidridən nəql edir ki, iki gözümlə gördüm namazdan sonra torpağın izini Peyğəmbərin alnında və bundan əlavə burnunda da, müşahidə etdim. Bu hədisi də, ''Sünnəni Nəsai'' (c. 2, səh.208), ''Səhihi Buxari'', ''Sünnəni Əbi Davud'' kitablarında görə bilərik.
Peyğəmbərin (s) bəzi səhabələri Mərvə dağının daş parçalarına səcdə edərdilər. Peyğəmbərin (s) əmisi Həmzə (ə) şəhid olduqdan sonra Peyğəmbər (s) onun torpağından götürür və Hz. Zəhra (s) o torpağdan təsbeh və möhr düzəldir. Mədinə əhlidə bu işi görür və hər zaman səfərə getsəydilər Mədinənin torpağından özləri ilə götürərdilər. İmam Hüseyn (ə) şəhid olduqdan sonra Kərbəla torpağına səcdə məşhur oldu və ilk dəfə İmam Səccad (ə) özüylə o torpaqdan Mədinəyə gətirdi və ona səcdə edərdi.
Allah sizə yar olsun.
Go to TOP