Sual (21) : Salam aleykum. Bir nece sexsler varki olende sehidin savabin aparir amma sehid hokmunde deyil. Sehid hikmunde olanlar ancaq doyus meydaninda oldurulenlerdi. Qardaslar indi bize maraqlidir Hz Muhemmed, Hz Eli, Hz Hesen Ve basqa mesumlar doyus meydaninda oldurulmeyim zeherlendirilib yada basqa vasitelernen oldurulubler. Indi hemin Mesumlara sehid savabina nail olduqlari ucun sehid deyilir yoxsa sehid hokmundedirler yeni qusulsuz kefensiz defn edilibler? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şəhid hökmü ilə şəhid savabının fərqi onun dəfn və kəfən məsələsindədir. Amma bilmək lazımdır ki, şəhidlərin məqamları eyni deyil, dərəcələri fərqlidir. Mümkündür evində dünyasını dəyişən şəxs, meydanda şəhid olandan məqamı daha uca olsun. Adları çəkilən məsumlar, qüsl və kəfən edilərək dəfn olunublar.

Allah sizə yar olsun.

Sual (22) : Salamun aleykum siza bela bir sualim var biz Bakida Abalfaz aqanin heyyati olaraq har il Imam Huseyn aleyhimusalamin maharramlik azadarliqini 50 gun arzinda safar ayida daxil olmaqla kecisdirik maclis 2 saat davam edir 1 saat kimi marsiya deyilir sina vurulur eyni zamanda cay ehsan edilir va novbati 2 -ci saatda maclisda din sariyyat alimi olur va oda oz novbasin hadislar dini hokmlar sari masalalar va.s danisir bu barnama har evda 1,2,3,4,gun kecirilir har evda kecan maclisin sonuncu gunu yemak ehsan edilir va bu da macburi deyil ixtiyari olaraq har ev sahibi ozu bunu edir sizin rayiniza gora bu isda har hansi bir noqsan va ya israf catismamazliq varmi cox -cox tasakkur ediram Assalamu aleykum va rahmatullahi va barakatu.
Имя: Ziya, Страна: Azarbaycan Baki sahari, Муджтахид: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allah-taala əzadarlığınızı qəbul etsin. Bu əməl nəinki israf deyil və nöqsanı yoxdur, əksinə dinin şüarıdır ki, Allah Quranda onları qoruyub saxlamağı bizə sifariş edib və Əhli-beytin sirə və sünnəsidir ki, bu işi İmam Sadiq (ə), İmam Rza (ə) və digər imamlar öz evlədirndə hər məhərrəm ayında təşkil edib şiələrə də sifariş edərdilər.
Allah sizə yar olsun.
Sual (23) : Sual: Salam.Bir zəhmət,möhürlə namaz qılınması barədə en mötəbər hədisləri yazardınız ..(istinad edilən mənbələri nəzərdə tuturam)..Peyğəmbər (S.A.A.V) dövründə bu möcud idimi??..Əvvəlceden minnətdarlığımı bildirirəm..

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şiələr səcdəyə gedərkən alınlarını təmiz yerə qoymaq məqsədilə torpaqdan olan möhürə qoyurlar. ''Peyğəmbərin(s) səhabələri səcdə zamanı alınlarını torpağa qoyurdular.'' Bu hədis böyük əhli-sünnə alimlərinin kitabında gəlib, o cümlədən, ''Əs-sünnənül-Kübra'' (c. 2, səh.105), ''Müstədrəki Hakim'' (c. 1, səh.270), ''Sünnəni Beyhəqi'' (c. 2, səh.103). Hədisdən açıq-aydın görünür ki, Peyğəmbərin(s) yaxınları da səcdə zamanı alınlarını torpağa qoyurdular. Əgər Peyğəmbər(s) və səhabələri alınlarını torpağa qoyurdularsa, bizlər də onlardan ibrət götürməliyik. Peyğəmbər(s) buyurur: ''Torpaq mənim üçün səcdə yeri və pak qərar verilmişdir.'' Bu hədis isə ''Kənzül-ümmal'' (c. 7, səh.465), ''Əl-Müsənnif'' (c. 1, səh.392), ''İrşadus-Sari'' (c. 1, səh.405) kitablarında gəlmişdir. Peyğəmbər(s) buyurur: ''Allahdan ötrü alnını torpağa qoy.'' Bu hədisi də ''Səhihi Müslüm'' (c. 1, səh.371), ''Səhihi Buxari'' (c. 1, səh.91), ''Sünnəni Beyhəqi'' (c. 1, səh.212), ''Sünnəni Nəsai'' (c. 1, səh.210), ''Sünnəni Tirmizi'' (c. 2, səh.131) kitalabrında rast gəlmək olar. Əhməd İbni Şüeyb Nəsai Peyğəmbər (s)-in səhabəsi olan Əbu Səid Xidridən nəql edir ki, iki gözümlə gördüm namazdan sonra torpağın izini Peyğəmbərin alnında və bundan əlavə burnunda da, müşahidə etdim. Bu hədisi də, ''Sünnəni Nəsai'' (c. 2, səh.208), ''Səhihi Buxari'', ''Sünnəni Əbi Davud'' kitablarında görə bilərik.

Peyğəmbərin (s) bəzi səhabələri Mərvə dağının daş parçalarına səcdə edərdilər. Peyğəmbərin (s) əmisi Həmzə (ə) şəhid olduqdan sonra Peyğəmbər (s) onun torpağından götürür və Hz. Zəhra (s) o torpağdan təsbeh və möhr düzəldir. Mədinə əhlidə bu işi görür və hər zaman səfərə getsəydilər Mədinənin torpağından özləri ilə götürərdilər. İmam Hüseyn (ə) şəhid olduqdan sonra Kərbəla torpağına səcdə məşhur oldu və ilk dəfə İmam Səccad (ə) özüylə o torpaqdan Mədinəyə gətirdi və ona səcdə edərdi.

Allah sizə yar olsun.

Sual (24) : Salam aleykum. Dogrudurmuki 1.Eliekber doyusden qayidib su istedi Hz Huseynde su olmadiginnan dilin qoyudu Eliekberin agzina? 2. Qasim doyusde qarsi terefi aldatdi dedi atinin uzengisin baglamamisan oda donub baxanda vurub oldurdu onu? Allah razi olsun sizden
Имя: , Страна: , Муджтахид: Ayətullah Məkarim

Əleykumus-salam.

Bəli, məqtəl kitablarında gəlib. Döyüş meydanında düşməni aldatmaq və ona yalan deməyin heç bir qəbahəti yoxdur və şəriətdə də buna icazə verilib.
Allah sizə yar olsun.
Sual (25) : Salam aleykum. Imamlar teylul erz edirdilerse Imam Kazim zindanda olanda niye teylul erz etmedi? Alah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İmamlar kəramət sahibi olmaqlarına baxmayaraq təbii həyat yaşayıblar və zərurət qabağa gəlməyənə qədər qeyri-addi işlər görməyiblər. Amma lazım gələndə həm teyyul-ərz ediblər və həm də digər kəramətlər. İmam Kazim (ə) zindanda olanda şəhadətinə 3 gün qalmış Müsəyyyib adında zindançılardan birini çağırıb buyurur ki, mən bu gecə Peyğəmbərlə (ə) olan əhdimi təzələmək və imaməti özümdən sonrakı imama təhvil vermək üçün Mədinəyə gedəcəm. Müsəyyib deyir ki, ey mövlam zindanın açarları məndə deyil, siz bu əyaqlarınızda olan zəncirləri necə açacaqsınız? İmam buyurur: Sənin imanın və əqidən Allaha və biz Əhli-beytə qarşı zəifdir, gecə müşahidə edərsən necə getməyimi. Müsəyyib deyir məni yuxu aparmışdı İmam məni yuxudan oyatdı və gözdən itdi və bir neçə saatdan sonra geri dönərək əvvəlki vəziyyətində qayıtdı. Bu hədis şiənin mötəbər kitablarında gəlmişdir, o cümlədən Uyuni-əxbarur-riza cild 1 səh 100.

Allah sizə yar olsun.

Sual (26) : salam..vehhabiler deyir ki sieler xanim zehranin qebrinin gizli olmasini cox sisirdirler..deyirler ki hec xanim xedicenin de qebri melum deyil...basqa peygemberler ve s...buna uygun bir cavab buyurardiz zehmet olmasa
Имя: ehed, Страна: azerbaycan, Муджтахид: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Qəbrin gizli olmağından əhəmiyyətli onun gizli olma səbəbidir. Həzrət Zəhranın (s.ə) qəbrinin gizli olması o həzrətin öz sifarişi ilə olub. Qəbrin gizli olmağı, qəbrin sonradan unudulmağı ilə fərqlidir. Amma o ki qaldi xanım Xədicənin  qəbrinə,  onun qəbri Məkkədə Əbu-Talib qəbiristanlığında idi ki, bir neçə il öncə vəhhabilərin əli ilə dağıdıldı.
Həzrət Fatimə (s.ə) öz vəsiyyətində buyurmuşdu ki, onu gizli şəkildə gecə dəfn etsinlər. Bəs hansı hadisə baş vermişdi ki, Xanım (s.ə) belə bir şeyi istəmişdir? Niyə anamız Fatimənin (s.ə) müqəddəs məzarı gizlidir? Peyğəmbərin (s) əziz qızını niyə gecə dəfn etdilər?
Bəli, Fatimə (s.ə) belə vəsiyyət etmişdir və buyurmuşdu ki, ona zülm edən heç bir kəs onun cənazə mərasimində olmasın. Bəli, bu, Xanımın (s.ə) necə məzlum şəkildə dünyadan getməsinə dair sabit bir sənəddir. Xanım (s.ə) onları ömrünün sonuna qədər bağışlamadı və əfv etmədi. Halbuki, onun qəlbi o qədər mülayim və o qədər lətif idi ki, heç kəsə kin bəsləyə bilmir və heç kəsin düşmənçiliyini ürəyində saxlaya bilmirdi. O, məsum idi. Lakin Əhli-Beytə (ə) edilən zülm o qədər böyük və əziyyətverici idi ki, o, bu zülmləri nə bu dünyada bağışladı və nə də axirətdə bağışlayacaqdır.
İmam Sadiqdən (ə) nəql edirlər ki, Həzrət Fatiməni (s.ə) ona görə gecə dəfn etdilər ki, Xanıma (s.ə) zülm edənlər onun cənazə namazını qılmasınlar.

Bəli, Xanım (s.ə) Əmirəl-mömininə (ə) buyurmuşdu ki, onu gecə dəfn etsinlər ki, ona əziyyət edənlər və ata mirasından məhrum edənlər onun cənazəsinə namaz qıla bilməsinlər.

Əhli-sünnə alimlərindən olan İbni Qətiyə Dinuri yazır ki, Həzrət Fatimə (s.ə) haqqını istədi, lakin, qəbul etmədilər. Ona görə də and içdi ki, bir daha onlarla danışmayacaqdır. Vəsiyyət etdi ki, onu gecə dəfn etsinlər ki, onlar orada iştirak etməsinlər.

Beləliklə deyə bilərik ki, Xanımın (s.ə) gecə dəfn olunmasının səbəbi ona zülm edən insanlar olmuşdur. Bəs Xanımın (s.ə) müştaqı olan bizlərin nə günahı vardır ki, onun qəbrini ziyarət etməkdən məhrum qalmışıq?

Dəfndən sonrakı hadisələrə nəzər salaq.

Dəfnin sabahısı günü Həzrət Fatiməni (s.ə) incidənlərdən bir qrup şəxs Xanımın (s.ə) cənazə namazında iştirak etmək üçün gəldilər. Ancaq Miqdad onlara dedi ki, biz Xanımı (s.ə) gecə dəfn etmişik. Bu insanlar Bəqi qəbiristanlığına axışdı və bir-birinə bənzəyən 40 qəbir gördülər.

Bu şəxslərin fəryadı ucaldı və nalə çəkməyə başladılar. Dedilər: “Peyğəmbər (s) bizlərə ancaq bir qızını yadigar qoyub getmişdi. O, dünyadan gedib, amma biz onun cənazə mərasimində iştirak edə bilmədik”.

Xanıma (s.ə) zülm edənlər İmam Əlinin (ə) yanına gəlib dedilər ki, bu, bizə qarşı düşmənçiliyinin bir nümunəsidir. Həzrət Əli (ə) buyurur ki, Xanım (s.ə) özü, ona zülm edənlərin onun dəfnində və namazında iştirak etməsinə icazə verməmişdi. Onlardan bəziləri qəbirləri bir-bir açacaqları ilə hədələdilər. Bu halda Həzrət Əli (ə) buyurdu ki, Allaha and olsun ki, bu barədə ən kiçik bir iş görülsə, onlarla qılıncla danışacaq.

Biriləri bu yöndə müəyyən cəhdlər etmək istədikdə, İmam Əli (ə) buyurdu ki, İslama görə öz haqqından keçmişdir, amma əgər kimsə Həzrət Zəhranın (s.ə) qəbri barədə kiçik bir iş görsə, cəzalandırılacaqdır. Bundan sonra oraya toplaşanlar dağılışdı. O gündən sonra Xanımın (s.ə) qəbrini tapmaq fikrindən bilmərrə daşındılar.

Allah sizə yar olsun.

Sual (27) : salam..isterdim ki vehhabilerin bir sualina aydinliq getiresiz...vehhabiler deyir ki sieler xanim zehranin qebrinin gizli olmasini sisirdirler boyudurler. deyirler ki ona qalsa 124000 peygemberin qebri de hec bilinmir hardadi..xanim xedicenin salman farsinin ve s qebri de bilinmir ki hardadi..bir dene peygemberin qebri melumdu bize..niye xanim zehranin qebrinin gizli olmasini sisirdirler..cavab ne ola biler ki...

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Qəbrin gizli olmağından əhəmiyyətli onun gizli olma səbəbidir. Həzrət Zəhranın (s.ə) qəbrinin gizli olması o həzrətin öz sifarişi ilə olub. Qəbrin gizli olmağı, qəbrin sonradan unudulmağı ilə fərqlidir. Amma o ki qaldi Xədicə və Salmanın qəbrlərinə, Xədicənin qəbri Məkkədə Əbu-Talib qəbiristanlığında idi ki, bir neçə il öncə vəhhabilərin əli ilə dağıdıldı. Salmanın qəbri isə İraqın Mədain şəhrindədir.
Həzrət Fatimə (s.ə) öz vəsiyyətində buyurmuşdu ki, onu gizli şəkildə gecə dəfn etsinlər. Bəs hansı hadisə baş vermişdi ki, Xanım (s.ə) belə bir şeyi istəmişdir? Niyə anamız Fatimənin (s.ə) müqəddəs məzarı gizlidir? Peyğəmbərin (s) əziz qızını niyə gecə dəfn etdilər?
Bəli, Fatimə (s.ə) belə vəsiyyət etmişdir və buyurmuşdu ki, ona zülm edən heç bir kəs onun cənazə mərasimində olmasın. Bəli, bu, Xanımın (s.ə) necə məzlum şəkildə dünyadan getməsinə dair sabit bir sənəddir. Xanım (s.ə) onları ömrünün sonuna qədər bağışlamadı və əfv etmədi. Halbuki, onun qəlbi o qədər mülayim və o qədər lətif idi ki, heç kəsə kin bəsləyə bilmir və heç kəsin düşmənçiliyini ürəyində saxlaya bilmirdi. O, məsum idi. Lakin Əhli-Beytə (ə) edilən zülm o qədər böyük və əziyyətverici idi ki, o, bu zülmləri nə bu dünyada bağışladı və nə də axirətdə bağışlayacaqdır.

İmam Sadiqdən (ə) nəql edirlər ki, Həzrət Fatiməni (s.ə) ona görə gecə dəfn etdilər ki, Xanıma (s.ə) zülm edənlər onun cənazə namazını qılmasınlar.

Bəli, Xanım (s.ə) Əmirəl-mömininə (ə) buyurmuşdu ki, onu gecə dəfn etsinlər ki, ona əziyyət edənlər və ata mirasından məhrum edənlər onun cənazəsinə namaz qıla bilməsinlər.

Əhli-sünnə alimlərindən olan İbni Qətiyə Dinuri yazır ki, Həzrət Fatimə (s.ə) haqqını istədi, lakin, qəbul etmədilər. Ona görə də and içdi ki, bir daha onlarla danışmayacaqdır. Vəsiyyət etdi ki, onu gecə dəfn etsinlər ki, onlar orada iştirak etməsinlər.

Beləliklə deyə bilərik ki, Xanımın (s.ə) gecə dəfn olunmasının səbəbi ona zülm edən insanlar olmuşdur. Bəs Xanımın (s.ə) müştaqı olan bizlərin nə günahı vardır ki, onun qəbrini ziyarət etməkdən məhrum qalmışıq?

Dəfndən sonrakı hadisələrə nəzər salaq.

Dəfnin sabahısı günü Həzrət Fatiməni (s.ə) incidənlərdən bir qrup şəxs Xanımın (s.ə) cənazə namazında iştirak etmək üçün gəldilər. Ancaq Miqdad onlara dedi ki, biz Xanımı (s.ə) gecə dəfn etmişik. Bu insanlar Bəqi qəbiristanlığına axışdı və bir-birinə bənzəyən 40 qəbir gördülər.

Bu şəxslərin fəryadı ucaldı və nalə çəkməyə başladılar. Dedilər: “Peyğəmbər (s) bizlərə ancaq bir qızını yadigar qoyub getmişdi. O, dünyadan gedib, amma biz onun cənazə mərasimində iştirak edə bilmədik”.

Xanıma (s.ə) zülm edənlər İmam Əlinin (ə) yanına gəlib dedilər ki, bu, bizə qarşı düşmənçiliyinin bir nümunəsidir. Həzrət Əli (ə) buyurur ki, Xanım (s.ə) özü, ona zülm edənlərin onun dəfnində və namazında iştirak etməsinə icazə verməmişdi. Onlardan bəziləri qəbirləri bir-bir açacaqları ilə hədələdilər. Bu halda Həzrət Əli (ə) buyurdu ki, Allaha and olsun ki, bu barədə ən kiçik bir iş görülsə, onlarla qılıncla danışacaq.

Biriləri bu yöndə müəyyən cəhdlər etmək istədikdə, İmam Əli (ə) buyurdu ki, İslama görə öz haqqından keçmişdir, amma əgər kimsə Həzrət Zəhranın (s.ə) qəbri barədə kiçik bir iş görsə, cəzalandırılacaqdır. Bundan sonra oraya toplaşanlar dağılışdı. O gündən sonra Xanımın (s.ə) qəbrini tapmaq fikrindən bilmərrə daşındılar.

Allah sizə yar olsun.

Sual (28) : Salam. Biz h Eli e ve diger sehabelerden danisanda, tebii ki, mesumluguna gore imami e ustun tuturuq. Eks teref deyir ki, filan sahablarin islama qeder olan gunahlari Quran ayesine esasen bagislanib, onlar dogulmus kimidiler. Hec gunah islatmemis ve bagislanmislar ne ile ferqlenirler, onlari niye eynilesdirmek olmaz?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əlbətdə həzrət Əli (ə) təkcə məsum olduğuna görə üstün deyil, əksinə hər cəhətdən (elm, təqva, məqam, yəqin, ibadət, mərifət və s.) üstündür. Günahı bağışlanmış insana məsum deyilmir, çünki məsumluq insanın batinində olan bir qüvvədir ki, insanı günahdan və icazəli olmayan işlərdən qoruyub saxlayır. Bəzi alimlər bu qüvvəni Allaha olan mərifət hesab edirlər ki, başqalarında bu qüvvə olmayıb. Hətta əhli-sünnə İmam Əli (ə) ilə başqa səhabələr arasında bu cəhətdən fərq qoyurlar. Həzrət Əlinin (ə) adını çəkəndə kərrəməllahu vəchəh (Allah məqamını şərəfli etsin) amma başqa səhalərdə rəziyəllahu ənh (Allah ondan razı qalsın) deyə dua edirlər. Səbəbinidə belə izah edirlər ki, başqa səhabəlrdən seçilərək həzrət Əli (ə) heç vaxt bütə sitayiş etməyib və müşrük olmayıb.

Allah sizə yar olsun.

Sual (29) : Salam. "həzrət Peyğəmbər (s) Salman haqqında buyurur: “Salman bizim əhli-beytdəndir.” Təthir ayəsi haqqında bir çox rəvayətlər var. Peyğəmbər (s) müəyyən şəxsləri öz əbası ilə örtərək yalnız onları əhli-beyti saymışdır." Bes neden Salman mesum deyilse, ehli-beytden olur? Allah razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əhli-beyt həqiqi və terminoloji mənada ki, Təthir ayəsində də bu mənanı Allah iradə edib, yalnız məsum imamlardır. Bu mənada hətta Peyğəmbərin (ə) xanımlarınada şamil olmur. Amma əhli-beyt lüğəti və ümumi mənada Əhli-beytlə müştərək xüsusiyyəti olanlar haqqında da deyilib. İmam Baqir (ə) buyurur: Biz Əhli-beyti sevənlər biz Əhli-beytdəndir. Ravi təəccüblə soruşur: Siz Əhli-beytdən? İmam buyurur: Vallah bizdəndir, eşitməmisən Quranda İbrahimin (ə) kəlamını ki, hər kəs məndən təbəiyyət etsə məndəndir. (İbrahim surəsi ayə 36) Amma Allah-taala Nuhun (ə) öz oğlunu əməli saleh olmadığı üçün Huhun (ə) ailəsindən hesab etmir. Bəs, Salman, Əbuzər və Əhli-beyti sevənlərin müştərək xüsusiyyəti saleh əməldir. Muhyiddin Ərəbi Peyğəmbərin (s) Salman barədə buyurduğu kəlamın şərhində buyurur: Salmanı Əhli-beytə qovuşduran onun paklığı və uca məqamıdır. Bu, imam sözü kimidir ki, leksik mənada hər rəhbər və qabaqcıla deyilir, amma terminoloji mənada məsaumlara şamil olur.

Allah sizə yar olsun.

Sual (30) : Salam. Bir cox hedislerde gelib ki, h Resulullah saas xestelenende ve ola bilsin basqa hallarda arvadlarindan raziliq isteyib Aisenin evine gedermis. Sienin bu ise munasibeti necedir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Kişi öz arvadları arasında ədalət və müsavatla rəftar etməlidir. Peyğəmbər (s) bu məsələyə hər kəsdən daha dəqiq riayət edirdi, çünki başqalarınada nümunədir. Fussilət surəsi 33-34-35 ci ayələrdə pisliyə qarşı yaxşılıq etmək tövsiyə olunur. Peyğəmbərin (s) bəzi xanımları o həzrətə əziyyət etsələrdə Peyğəmbər (s) həmişə onların razılığını cəlb edirdi. Aişə adətən Peyğəmbərin (s) digər xanımlarına hətta həzrət Zəhraya (s) həsəd və paxıllıq edirdi. Bu barədə Təhrim surəsi 1-4 cü ayələrə nəzər salın.

Allah sizə yar olsun.

Go to TOP