Sual (11) : Salam alaykum .defin merasimde qadln iwdirak ede biler?Allah razl olsun.

Əleykumus-salam.

Hədislərə əsasən qadınların dəfn mərasimində iştirak etməsi bəyənilmir. Məsələnin fiqhi hökmünü saytın "Fiqhi" suallar bölməsindən sual edin.

Allah sizə yar olsun.

Sual (12) : Salam alaykume.Neye gore obrsi imanlara 1gun yas saxlayrlq ?ama imam huseyne 40gun ? Hz Peygembermizin emsi de wehit olub niye ona da 40gun yas saxlamlrlq? Allah razl olsun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İmam Hüseynə (ə) 40 mərasiminin dini əsası var. Dua, hədis və tarixdə Ərbəin xüsusi yer alır. Məsumlardan ərbəin (40 cı gün) ziyarəti nəql olub və İmam Hüseynin (ə) 40-ı günü əsirlər karivanı və Peyğəmbərin (ə) səhabəsi Cabir Kərbəlaya yetişdilər. Hədisdə nəql olub ki, yer göy 40 gün İmam Hüseynə (ə) qan ağladı. Aşurada baş verən cinayət o günü sona çatmadı və Əhli-beytin (ə) əsirliyi ilə davam etdi. Başqa bir tərəfdən İmam Hüseynə (ə) 40 gün əza saxlamaq məsum imamların sünnəsidir.
Allah sizə yar olsun. 
Sual (13) : Salam aleykum ve rehmetullah. Hedislerde varki xanim Xedice Hz Fatimeye hamile olarken onunla danisirmis. Bu dogrudur? Hedisler sehihdir? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu barədə bir neçə hədis şiə və əhli-sünnə kitablarında nəql olunub. Bu məsələ muhal və qeyri-mümkün deyil. Başqa bir tərəfdən bu haqda olan hədislər mötəbər kitablarda gəldiyi üçün alimlər istinad ediblər.

Allah sizə yar olsun.

Sual (14) : Salam aleykum. 1)İslam Peyğəmbərinə 40 yaşında peyğəmbərlik verilibsə Peyğəmbərmizin qəza namazı necə olmaya bilər? 2) Allah sığınmaq necə mümkündür ki Onun Rəhməti tam şəkildə bizi əhatə etsin (məsləhətiniz nədir?) 3) Əlinin (ə) keçirdiyi qanlı döyüşlərdə qeri adi olan şeylər və etdiyi möcüzələrdən bir az qeyd edin zəhmət olmasa.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1. Peyğəmbərimiz (s) həmişə Allaha bəndəlik edib. Bəndəliyin ən ali nümunəsi olan namaz, bütün ümmətlərin arasında olub. Lakin keyfiyyəti islam dinində olan namazla fərqli olub. Peyğəmbər (s) islam din nazil olmamış İbrahim peyğəmbərin şəriətinə uyğun əməl edib.
2.Allah-taala Quranda buyurur: De: «Əgər Allahı sevirsinizsə, onda mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayan və mehribandır».  Ali-İmran /31. Allaha sığınmağın yolu təqvadır. Təqvaya isə Allahın Peyğəmbərin (s) vasitəsi ilə göndərdiyi şəriətə əməl etməklə yiyələnmək mümkündür.
3. Bu haqda ətraflı saytın kitabxanasındakı kitablardan oxuyun:
1. Kitabın adı: Əmirəl-möminin Əli ibn Əbutalib əleyhissəlamın həyati
Əli (əleyhissəlam) döyüş meydanlarında
http://kitab.nur-az.com/az/lib/view/95
2. Kitabın adı: Əli əleyihissalam kimdir?
http://kitab.nur-az.com/az/lib/view/136/15/7407

Allah sizə yar olsun.

Sual (15) : Salam~eger bir insan imam Huseyne Kerbela hadisesine,goz yasi toke bilmirse aglaya bilmirse ,amma bunu istiyirse ne etsin???xahis ediriy bize etrafli cavab:yazin,Allah komeyiviz OlsUn;

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İnsanlar müxtəlif cəhətlərdən biri-biri ilə fərqlidir, o cümlədən istedad, emosional və ruhi hislərdə. Bu fərqlər bəzən onun yaşadığı mühit və şəraitdən irəli gəlir. Amma Allah-taala insanın vücudunda ağıl və iradə qüvvəsi qərar verib ki, onun sayəsində insan şərait və mühitdə həbs olunmur və öz istedad və ruhi hislərini inkişaf etdirməyə qadirdir. Ağlamaq məsələsində hər kəs eyni deyil və fərdi fərqlər var. Əgər az ağlayırsızsa nigaran olmayın bəzi məsələlərə riayət etmək bu zəmində təsirlidir. 1. Çox yeməmək, 2. Mərci yemək, 3. Günah və fəsad məclislərindən uzaq olmaq, 4. Xəstələrə baş çəkmək, 5. Ehtiyaclılara kömək etmək, 6. Saleh və yaxşı insanlarla oturub durmaq, 7. Yetim və kimsəsizlərlə qayğıkeşlik, 8. Çoxlu istiğfar və tövbə etmək. Bu məsələlər umumiyyətlə insanın göz yaşına səbəb olan amillərdir. 

Peyğəmbərimizdən belə bir hədis rəvayət edilir: “Allahım, ağlamayan gözdən Sənə sığınıram!”.  

Bu deyilənlərin kənarında, İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə ağlamaq üçün İmam Hüseynə (ə) məhəbbət və mərifət tapmaq və Aşura hadisəsini dərk etmək lazımdır. Bu zaman Kərbəla faciəsini eşidəndə ürək yanır, qəlb kövrəlir və göz yaşarır. Ağlamaq bu zaman qiymət tapır.

Bu haqda bir neçə mətləbə də diqqət etmək lazımdır.

1.Əhli-beytin müsibətində kövrəlmək, qəmlənmək və hətta özünü ağlamağa vurmaq belə dəyərlidir.

2.Əgər Əhli-beytin müsibətini eşidəndə qəlb kövrləmsə və insan qəmlənməsə onlara qarşı mərifətimizin azlığını göstərir. Əhli-beytə qarşı mərifətimizi artırsaq, məhəbbətimizdə çoxalacaq. Bunun üçün onların həyatını mütaliə etmək və kəlamlarını düşünmək və fəzilətlərini öyrənməliyik.

3.Günah, mərifətin qarşısını alır və qəlbin daşlaşmasına səbəb olur. İmam Əli (ə) buyurur: Qəlb daşlansa göz yaşı quruyar, günahlar çoxalanda gəlb daşlaşır.

Qəlbin qəsavət bağlamasının digər səbəbiləridə var ki, qısa işarə edirik: Allahın zikri olmayan çox danışıq, uzun arzular, musiqiyə qulaq asmaq, mal toplamağa hərislik, ibadətə yüngül yanaşmaq, günahkar və fasiq insanlarla yoldaşlıq, çox gülmək.

Qəlbin qəsavətini aradan aparmaq üçün hədislərdə bir neçə amil qeyd olunub: Ölümü yada salmaq, moizə və nəsihət eşitmək, İlahi ayələrdə və Qiyamət haqda düşünmək, alimlərlə çox oturmaq, fəzilətli insanlarla yoldaşlıq, elmi müzakirə, Allahın zikri, Əhli-beytin fəzilətini danışmaq, Quran oxumaq, İsitiğfar və tövbə və ən əhəmiyyətlisi budur ki, acizanə Allahdan istəyək və Əhli-beyti vasitə qərar verək ki, bizə göz yaşı inayət etsin.

Allah sizə yar olsun.

Sual (16) : SALAM ALEYKUM~imam Huseyn(e) 40 qirxi cixmamis elciliy etmey qiz almag qiz vermeyin hokmi nedir bes sefer ayi cixmamis,,, bu mesele nedi?
Имя: Ramal, Страна: AZERBAYCAN, Муджтахид: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Matəm günlərində şənlik mərasimləri keçirtmək və orda iştirak etməkdən, çəkinmək lazımdır. Baxmayaraq ki, şənlik mərasimi olmadan elçilik etmək, əqd etmək və sadə qonaqlıq  təşkil etməyin eybi yoxdur. Əlbətdə şəhadət gecəsi və günündə icazəli deyil. Hər halda zərurət olmadıqda yaxşı olar bütün məhərrəm və səfər ayı ki, matəm və hüzünlü günlər hesab olunur, gözlənilsin.

Allah sizə yar olsun.

Sual (17) : Salam aleykum. Muhemmed peygember sehiddir? Yeni sehid demek olar?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şiə və sünnü kitablarında qeyd olunan bir çox dəlillər Peyğəmbərin (s) zəhərlənmək nəticəsində şəhadətə çatmasını təsdiq edir. Amma diqqət etmək lazımdır ki, əgər şəhadəti Quranın bəyan etdiyi kimi Allah və Peyğəmbər yolunda ölmək bilsək, aşkardır ki,Peyğəmbərin şəxsi məqam və mənziləti ki, onun itaəti yolunda ölmək şəhadətdir, şəhidlərdən daha yüksək olacaq. Hərçənd təbii ölümlə dünyadan getmiş olsun.
Allah sizə yar olsun.
Sual (18) : ƏsSalamun Əleykum. İmam Rza (ə) Abbasi Xəlifəsi Məmuna "Əmirəl Möminin" Deyibmi?

Əleykumus-salam.

Bu məsələ ilə qarşılaşmamışıq. Hər halda bu ləqəb həzrət Əliyə (ə) məxsusdur. Əgər İmam belə demiş olsa da məcburiyyət qarşısında və təqiyyə üzündən deyib.
Allah sizə yar olsun.
Sual (19) : Salam aleykum. Erbeinde kerbelaya piyada getmekde meqsed nedir? Imamlardan gosterisdir? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İmam Həsən Əsgəri (ə) buyurub: “Möminin beş əlaməti var; gecə-gündüz əlli bir rəkətlik namaz (vacib və müstəhəb hər ikisi daxil olmaqla), “Ərbəin” ziyarəti, sağ əlinə üzük taxmaq, alnını torpağa qoymaq, “Bismillah” sözünü ucadan demək.”
Ərbəində İmam Hüseyni (ə) ziyarət etmək həm hədislərdə sifariş olunub və həm də bu əməl İmam Səccadın (ə) əsirlərlə birlikdə ilk ərbəində Kərbəlaya çatmasını və Peyğəmbərin (s) böyük səhabəsi Cabir ibni Əbdullah Ənsarinin İmam Hüseyni (ə) ziyarət etməsini xatırladır. Amma piyada getmək bir növ İmam Hüseynin (ə) hörmət və əzəmətini dünyaya göstərməkdir. Necə ki, məsum imamlar bəzən 25 dəfə Mədinədən Məkkəyə 400 km yolu piyada gedirdilər. Baxmayaraq ki, miniklərinidə özləri ilə aparırdılar ki, güman edilməsin ki, minik olmadığı üçün piyada gedirlər.
Bundan əlavə İmam Hüseynin (ə) ziyarətinə piyada getmək barədə müxtəlif hədislər nəql olunub ki, nümunə üçün birini qeyd edirik. İmam Sadiq (ə) buyurur: Hər kəs piyada İmam Hüseynin (ə) ziyarətinə getsə,  Allah-taala götürdüyü hər qədəminə bir savab yazar və bir günahını bağışlayar və bir dərəcə rütbəsini artırar ....... (Kamiluz-ziyarat səh 134)
Allah sizə yar olsun.
Sual (20) : Salam Aleykum bir sualım var. Hz . Yusifi (ə) görəndə əllərini kəsən qadınlar , Hz.Əbəlfəzi (ə) görsəydilər başlarını kəsərdilər. Bu hədisi İmam Sadiqin (ə) buyurduğunu deyirlər. Ancaq kitablarda bu hədisi görməmişəm. Sualım budur ki bu hədis səhih ola bilərmi? Çünki xətiblərdəndə eşitmişik Allah Təala gözəlliyi yaradandan sonra onun yarısından çoxunu Həzrəti Yusifə verib. Allah razı olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu barədə hədislə qarşılaşmamışıq. Bu söz fars dilində olan mərsiyədə işlədilib. Əlbətdə həzrət Əbəlfəzin (ə) gözəl olmağında şübhə yoxdur. Elə buna görədə ona Qəməri bəni Haşim (Bəni Haşimin ayı) deyilir. Yusifin gözəlliyi barədə olan hədis mümkündür onun zamanına məxsus olsun, yəni Yusif öz zamanında hər kəsdən gözəl olub.

Allah sizə yar olsun.

Go to TOP