Sual (21) : Səhih nə dəməkdir?

Bismillahir-rəhmanir-rəhim.

Səhih doğru və düzgün deməkdir, bu söz hədis terminində daha çox işlənir və sənədində və mətnində heç bir şəkk-şübhə olmayan hədisə deyilir.

Allah sizə yar olsun.

Sual (22) : Bismillah Salam.Nehcul belage kitabinda olan meshur Şiqşiqiye xutbesinin senedi necedi?Alimler onu sehih sayir?O xutbeni moteber hesab ede bileremmi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Çoxlu sayda alimlər Nəhcül-bəlağənin sənədləri barədə kitablar yazaraq bütün xütbələr, məktublar və kəlamların sənədlərini qeyd etmişlər. Aşağıda həmin kitabların siyahısını dərc edirik. Nəhcül-bəlağənin hansısa xütbəsi, məktubu ya kəlamına şübhə edən bu kitablardan birinə baxmaqla sənədi gözü ilə görsün.

1) Mədariku Nəhcül-bəlağə (müəllif Kaşiful Ğita) (bəzi mətləblərin sənədləri)

2) İstinadu Nəhcül-bəlağə (müəllif İmtiyaz Əli Xan Ərşi)

3) Nəhcüssəadə fi müstədrəki Nəhcül-bəlağə (müəllif Məhəmməd Baqir Məhmudi)

4) Məsadiru Nəhcül-bəlağə (müəllif Abdullah Nimət)

5) Məsadiru Nəhcül-bəlağə və əsanidih (müəllif Seyyid Əbdüz Zəhra Hüseyni)

6) Bəhsi kutah piramune mədarike Nəhcül-bəlağə (Ayətullah Rza Ustadi)

7) Rəveşhayi təhqiq dər əsnad və mədarike Nəhcül-bəlağə (müəllif Məhəmməd dəşti)

8) Həmçinin Nəhcül-bəlağənin bəzi mədrəklərini Mirzə Həbibullah Xoyi “Minhacul Bəraə” kitabında, Əllmə Həsənzadə “Təkmilətul Minhac” kitabında ... yazmışlar.

Yuxarıdakı kitablara müraciət etməkla çox rahatlıqla Nəhcül-bəlağədə hər bir sözün sənədinin olduğu və Nəhcül-bəlağə kitabındakı xütbələrin imam Əli əleyhissalama aid olduğu üzə çıxır.

Deməli, Seyyid Rəzinin ”Nəhcül-bəlağə”də xütbələr, məktublar və kəlamların sənədlərini yazmaması əsas iki səbəb üzündən olmuşdur. A) Onlar çox məşhur olmuşlar, B) Sənədləri yazmaq kitabın həcmini çoxaldacaq, yaxud artıqlıq edəcəkdi.

Allah sizə yar olsun.

Sual (23) : Salam-aleykum. Resulullahin (s) Allahdan defelerle xahis ederek namazlarin sayini 5-e catdirma hedisi duzdur?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəli, hədis şiənin mötəbər kitablarında nəql olub.

Allah sizə yar olsun.

Sual (24) : Bismillah. Qardaş, cavab olaraq "səqəleyn" hədisini misal yazmısınız. Onlara cavab olaraq deməliyik ki, məsələn, bu "səqəleyn" hədisini bizə nəql edən ravinin hamısı şiədir (hətta bir xətdən olsa belə). Tələbləri budur ki, ravi silsiləsi şiə olan və gedib Hz.Peyğəmbərə (s.) çatan hədis gətirin. Bu şəkildə neçə hədis nəql edilib və zəhmət olmazsa onlardan bir neçəsini yazardınız. ----------------------- Sual: Vəhhabilər belə deyirlər: “Sizin (biz şiələrin) mənbələrinizdə bir rəvayət belə yoxdur ki, həmin rəvayətin sənədindəki ravi silsiləsinin hamısı (hədisin bütün raviləri) gedib bir başa Peyğəmbərə (s.) çıxsın və Ondan (s.) hədis nəql etsinlər”. Onlardan bəzilər deyirlər ki: “Əgər bizə belə bir hədis (yəni bir hədis olsun ki, onu nəql edənlərin hamısı şiədirlər və həmin hədisi şəxsən Hz. Rəsulullahın (s.) özündən nəql ediblər) gətirib göstərsəniz Şiə məzhəbini qəbul edərik”. Onların iddialarına görə şəxsən Hz. Rəsulullahın (s.) özündən nəql edilən hədislərdə digər məzhəblərdən olan ravilər də var. Deyirlər: Heç olmazsa bir rəvayət göstərin ki, raviləri yalnız şiədirlər və onlar Peyğəmbərin (s.) özündən hədis nəql ediblər. Sizdən bu xüsusda yardım istəyirik. Onların iddiaları doğrudurmu, əgər doğru deyildirsə mənbələrimizdə mövcud olan belə hədisləri (raviləri ilə birlikdə) bizə yazmağınızı çox xahiş edirik.

Bismillahir-rəhmanir-rəhim.

Qeyd etdiyimiz hədisdə olan ravilər hamısı on iki imamlıdır.

Hədislərin sayını təyin etmək çətindir, qeyd etdiyim kimi Kafi kitabında 5000 səhih (ravisi on iki imamlı) hədis var. Şiənin hədisləri Peyğəmbərdən (s) əlavə imamlardanda nəql olunub. Şiə mənbələrində bir çox hədislər var ki, imamlar Peyğəmbərdən (s) nəql edir bu təbirlə: Mən atamdan, oda atasından, oda atasından və s.. oda Peyğəmbərdən (s). Əhli-sünnənin ilk iki xəlifəsi Peyğəmbərdən (s) hədis nəql etməyi və hədisləri saxlamağı qadağan etdilər və bu qadağa 90 il çəkdi amma şiələr imamların göstərişi ilə bu qadağaya əhəmiyyət vermədilər Peyğəmbərin (s) hədislərini yazdılar və nəql etdilər.

Allah sizə yar olsun.

Sual (25) : Vəhhabilər belə deyirlər: “Sizin (biz şiələrin) mənbələrinizdə bir rəvayət belə yoxdur ki, həmin rəvayətin sənədindəki ravi silsiləsinin hamısı (hədisin bütün raviləri) gedib bir başa Peyğəmbərə (s.) çıxsın və Ondan (s.) hədis nəql etsinlər”. Onlardan bəzilər deyirlər ki: “Əgər bizə belə bir hədis (yəni bir hədis olsun ki, onu nəql edənlərin hamısı şiədirlər və həmin hədisi şəxsən Hz. Rəsulullahın (s.) özündən nəql ediblər) gətirib göstərsəniz Şiə məzhəbini qəbul edərik”. Onların iddialarına görə şəxsən Hz. Rəsulullahın (s.) özündən nəql edilən hədislərdə digər məzhəblərdən olan ravilər də var. Deyirlər: Heç olmazsa bir rəvayət göstərin ki, raviləri yalnız şiədirlər və onlar Peyğəmbərin (s.) özündən hədis nəql ediblər. Sizdən bu xüsusda yardım istəyirik. Onların iddiaları doğrudurmu, əgər doğru deyildirsə mənbələrimizdə mövcud olan belə hədisləri (raviləri ilə birlikdə) bizə yazmağınızı çox xahiş edirik.

Bismillahir-rəhmanir-rəhim.


Vəhhabilər ya şiə hədislərindən xəbərsizdirlər ya bütün səhabələri özlərindən hesab edirlər. Şiə hədislərinin sayı başqa məzhəblərə nisbətdə azı 4 dəfə çoxdur. Onların deməyi ilə şiə mənbələrində səhih hədis yoxdur çünki şiənin nəzərinə görə hədisin sənədində ravi on iki imamlı olmasa və başqa məzhəbdən olduqda  hədis səhih hesab olmur. Bir haldakı təkcə Kafi kitabında 16 min hədisin 5 mini səhihdir. Nümunə üçün Səqəleyn hədisini Kafi kitabından qeyd edirik:

عَلِیُّ بْنُ إِبْرَاهِیمَ عَنْ مُحَمَّدِ بْنِ عِیسَى عَنْ یُونُسَ وَعَلِیُّ بْنُ مُحَمَّدٍ عَنْ سَهْلِ بْنِ زِیَادٍ أَبِی سَعِیدٍ عَنْ مُحَمَّدِ بْنِ عِیسَى عَنْ یُونُسَ عَنِ ابْنِ مُسْکَانَ عَنْ أَبِی بَصِیرٍ قَالَ: سَأَلْتُ أَبَا عَبْدِ اللَّهِ علیه‌ السلام عَنْ قَوْلِ اللَّهِ عَزَّ وَجَلَّ {أَطِیعُوا اللَّهَ وَأَطِیعُوا الرَّسُولَ وَأُولِی الْأَمْرِ مِنْکُمْ} فَقَالَ: نَزَلَتْ فِی عَلِیِّ بْنِ أَبِی طَالِبٍ وَالْحَسَنِ وَالْحُسَیْنِ علیهم‌ السلام فَقُلْتُ لَهُ: إِنَّ النَّاسَ یَقُولُونَ فَمَا لَهُ لَمْ یُسَمِّ عَلِیّاً وَأَهْلَ بَیْتِهِ علیهم السلام فِی کِتَابِ اللَّهِ عَزَّ وَجَلَّ قَالَ: فَقَالَ: قُولُوا لَهُمْ إِنَّ رَسُولَ اللَّهِ صلی الله علیه وآله نَزَلَتْ عَلَیْهِ الصَّلَاةُ وَلَمْ یُسَمِّ اللَّهُ‏ لَهُمْ ثَلَاثاً وَلَا أَرْبَعاً حَتَّى کَانَ رَسُولُ اللَّهِ صلی الله علیه وآله هُوَ الَّذِی فَسَّرَ ذَلِکَ لَهُمْ وَنَزَلَتْ عَلَیْهِ الزَّکَاةُ وَلَمْ یُسَمِّ لَهُمْ مِنْ کُلِّ أَرْبَعِینَ دِرْهَماً دِرْهَمٌ حَتَّى کَانَ رَسُولُ اللَّهِ صلى الله علیه وآله هُوَ الَّذِی فَسَّرَ ذَلِکَ لَهُمْ وَنَزَلَ الْحَجُّ فَلَمْ یَقُلْ لَهُمْ طُوفُوا أُسْبُوعاً حَتَّى کَانَ رَسُولُ اللَّهِ صلى الله علیه وآله هُوَ الَّذِی فَسَّرَ ذَلِکَ لَهُمْ وَنَزَلَتْ {أَطِیعُوا اللَّهَ وَأَطِیعُوا الرَّسُولَ وَأُولِی الْأَمْرِ مِنْکُمْ} وَنَزَلَتْ فِی عَلِیٍّ وَالْحَسَنِ وَالْحُسَیْنِ فَقَالَ رَسُولُ اللَّهِ صلى الله علیه وآله فِی عَلِیٍّ «مَنْ کُنْتُ مَوْلَاهُ فَعَلِیٌّ مَوْلَاهُ»

وَقَالَ صلى الله علیه وآله أُوصِیکُمْ بِکِتَابِ اللَّهِ وَأَهْلِ بَیْتِی فَإِنِّی سَأَلْتُ اللَّهَ عَزَّ وَ جَلَّ أَنْ لَا یُفَرِّقَ بَیْنَهُمَا حَتَّى یُورِدَهُمَا عَلَیَّ الْحَوْضَ فَأَعْطَانِی ذَلِکَ وَقَالَ: لَا تُعَلِّمُوهُمْ فَهُمْ أَعْلَمُ مِنْکُمْ وَقَالَ: إِنَّهُمْ لَنْ یُخْرِجُوکُمْ مِنْ بَابِ هُدًى وَلَنْ یُدْخِلُوکُمْ فِی بَابِ ضَلَالَةٍ فَلَوْ سَکَتَ رَسُولُ اللَّهِ صلى الله علیه وآله فَلَمْ یُبَیِّنْ مَنْ أَهْلُ بَیْتِهِ لَادَّعَاهَا آلُ فُلَانٍ وَآلُ فُلَانٍ وَلَکِنَّ اللَّهَ عَزَّ وَجَلَّ أَنْزَلَهُ فِی کِتَابِهِ تَصْدِیقاً لِنَبِیِّهِ صلى الله علیه واله {إِنَّما یُرِیدُ اللَّهُ لِیُذْهِبَ عَنْکُمُ الرِّجْسَ أَهْلَ الْبَیْتِ وَیُطَهِّرَکُمْ تَطْهِیراً} فَکَانَ عَلِیٌّ وَالْحَسَنُ وَالْحُسَیْنُ وَفَاطِمَةُ علیه السلام فَأَدْخَلَهُمْ رَسُولُ اللَّهِ صلى الله علیه وآله تَحْتَ الْکِسَاءِ فِی بَیْتِ أُمِّ سَلَمَةَ ثُمَّ قَالَ: «اللَّهُمَّ إِنَّ لِکُلِّ نَبِیٍّ أَهْلًا وَثَقَلًا وَهَؤُلَاءِ أَهْلُ بَیْتِی وَثَقَلِی» فَقَالَتْ أُمُّ سَلَمَةَ: أَ لَسْتُ مِنْ أَهْلِکَ فَقَالَ إِنَّکِ إِلَى خَیْرٍ وَلَکِنَّ هَؤُلَاءِ أَهْلِی وَثِقْلِی.

فَلَمَّا قُبِضَ رَسُولُ اللَّهِ صلى الله علیه وآله کَانَ عَلِیٌّ أَوْلَى النَّاسِ بِالنَّاسِ لِکَثْرَةِ مَا بَلَّغَ فِیهِ رَسُولُ اللَّهِ صلى الله علیه وآله وَإِقَامَتِهِ لِلنَّاسِ وَأَخْذِهِ بِیَدِهِ فَلَمَّا مَضَى عَلِیٌّ لَمْ یَکُنْ یَسْتَطِیعُ عَلِیٌّ وَلَمْ یَکُنْ لِیَفْعَلَ أَنْ یُدْخِلَ مُحَمَّدَ بْنَ عَلِیٍّ وَلَا الْعَبَّاسَ بْنَ عَلِیٍّ وَلَا وَاحِداً مِنْ وُلْدِهِ إِذاً لَقَالَ الْحَسَنُ وَالْحُسَیْنُ إِنَّ اللَّهَ تَبَارَکَ وَتَعَالَى أَنْزَلَ فِینَا کَمَا أَنْزَلَ فِیکَ فَأَمَرَ بِطَاعَتِنَا کَمَا أَمَرَ بِطَاعَتِکَ وَبَلَّغَ فِینَا رَسُولُ اللَّهِ صلى الله علیه وآله کَمَا بَلَّغَ فِیکَ وَأَذْهَبَ عَنَّا الرِّجْسَ کَمَا أَذْهَبَهُ عَنْکَ فَلَمَّا مَضَى عَلِیٌّ علیه السلام کَانَ الْحَسَنُ علیه السلام أَوْلَى بِهَا لِکِبَرِهِ فَلَمَّا تُوُفِّیَ لَمْ یَسْتَطِعْ أَنْ یُدْخِلَ وُلْدَهُ وَلَمْ یَکُنْ لِیَفْعَلَ ذَلِکَ وَاللَّهُ عَزَّ وَجَلَّ یَقُولُ: {وَأُولُوا الْأَرْحامِ بَعْضُهُمْ أَوْلى‏ بِبَعْضٍ فِی کِتابِ اللَّهِ} فَیَجْعَلَهَا فِی وُلْدِهِ إِذاً لَقَالَ الْحُسَیْنُ أَمَرَ اللَّهُ بِطَاعَتِی کَمَا أَمَرَ بِطَاعَتِکَ وَطَاعَةِ أَبِیکَ وَبَلَّغَ فِیَّ رَسُولُ اللَّهِ صلى الله علیه وآله کَمَا بَلَّغَ فِیکَ وَفِی أَبِیکَ وَأَذْهَبَ اللَّهُ عَنِّی الرِّجْسَ کَمَا أَذْهَبَ عَنْکَ وَعَنْ أَبِیکَ فَلَمَّا صَارَتْ إِلَى الْحُسَیْنِ علیه السلام لَمْ یَکُنْ أَحَدٌ مِنْ‏ أَهْلِ بَیْتِهِ یَسْتَطِیعُ أَنْ یَدَّعِیَ عَلَیْهِ کَمَا کَانَ هُوَ یَدَّعِی عَلَى أَخِیهِ وَعَلَى أَبِیهِ لَوْ أَرَادَا أَنْ یَصْرِفَا الْأَمْرَ عَنْهُ وَلَمْ یَکُونَا لِیَفْعَلَا ثُمَّ صَارَتْ حِینَ أَفْضَتْ إِلَى الْحُسَیْنِ علیه السلام فَجَرَى تَأْوِیلُ هَذِهِ الْآیَةِ {وَأُولُوا الْأَرْحامِ بَعْضُهُمْ أَوْلى‏ بِبَعْضٍ فِی کِتابِ اللَّهِ} ثُمَّ صَارَتْ مِنْ بَعْدِ الْحُسَیْنِ لِعَلِیِّ بْنِ الْحُسَیْنِ ثُمَّ صَارَتْ مِنْ بَعْدِ عَلِیِّ بْنِ الْحُسَیْنِ إِلَى مُحَمَّدِ بْنِ عَلِیٍّ علیهم السلام

وَقَالَ الرِّجْسُ هُوَ الشَّکُّ وَاللَّهِ لَا نَشُکُّ فِی رَبِّنَا أَبَداً .

الکلینی الرازی، أبو جعفر محمد بن یعقوب بن إسحاق (متوفاى328 هـ)، الأصول من الکافی، ج1، ص287 ـ 288، (بَابُ مَا نَصَّ اللَّهُ عَزَّ وَ جَلَّ وَ رَسُولُهُ عَلَى الْأَئِمَّةِ ع وَاحِداً فَوَاحِدا)،‌ ح1، ناشر: اسلامیه‏، تهران‏، الطبعة الثانیة،1362 هـ.ش.
Allah sizə yar olsun.
Sual (26) : Salam Allahin Rehmeti uzerinize olsun.Vəsailüş-şiə” kitabının “Cihadun-nəfs bolumunun hedisleri varsa yazardiniz zehmet olmasa Allah razi olsun
Allahın adı ilə.   
Əleykumus-salam.
Bu kitab Azərbaycan dilinə tərcümə olunub inşəllah tezliklə əldə edib saytın kitabxanasına yerləşdirəcik. 
Allah sizə yar olsun.
Sual (27) : Salam-aleykum. Zehmet deyilse, hedislerin toplanmasi ve qadagasi haqda yazardiz. h. Resulullah nece buyurmusdu, 3 xelifenin, h Elinin(e) ve Muaviyenin(l) dovrunden ta sona qeder.
Allahın adı ilə.   
Əleykumus-salam. 

Peyğəmbərdən (s)  sonra  ilk üç xəlifənin dövündə hədisin yazılması rəsmi şəkildə qadağan edildi. Tarixi sənədlərə əsasən olduqca dəyərli miras olan hədis üç xəlifənin dövündə yazılmamaqdan əlavə ciddi qadağa və müxalifətlə üzləşdi. Buna görə də Əhli-sünnə tarixçiləri hicrətin birinci əsrini hədisin yazılmasının qadağa əsri adlandırırlar. (Əzvaun ələs-sunnətil-muhəmmədiyyə ,s, 461) Onların fikrincə hədis ikinci əsrdə yazılmışdır. İndi isə xəlifələrin hədisi necə qadağan etməsini qısa şəkildə izah edək:

Əbubəkrin xilafəti

Tarixi məlumatlara əsasən Əbubəkr hədisin yazılması ilə ilk müxalifətçilik edən şəxs olmuşdur. Əbubəkr xilafətinin əvvəlində müsəlmanları yığdı və onlardan Peyğəmbərdən (s) hədis nəql etməməyi və yazmamağı tələb etdi. O, müsəlmanlardan Qurana etimad eməyi  və Quranın halal-haramını öyrənməyi istədi.

Məşhur sunni tarixçisi Zəhəbi yazır: Əbubəkr Peyğəmbərdən (s) sonra müsəlmanları topladı və onlara dedi: Siz Peyğəmbərdən (s) sonra ixtilafa düşəcəyiniz hədislər nəql edirsiniz. Sizdən sonra insanlar da  onlarda ixtilafa düşəcəklər. Buna görə də Peyğəmbərdən (s) hədis nəql etməyin. Hər kim sizdən bu haqda soruşsa deyin: Allahın kitabı bizim və sizin aramızdadır. Onun halalını halal, haramını haram bilin. (Təzkirətul-huffaz,c1,s3, Əzvaun ələs-sunnətil-muhəmmədiyyə,s,46) Tarixdə qeyd olunur ki, Əbubəkrin yanında Peyğəmbərdən (s)  500-  hədis var idi. Onların hamısını yandırdı. (Tədvinus-sunnətiş-şərifə,s246)

Ömərin xilafəti

Ömər də xilafəti dövründə Əbubəkrin yolunu davam etdirdi. Ömərin dövründə hədis qadağası şiddətləndi. Ömər hədisi yazmağın qadağasından əlavə onu nəql etməyi də qadağan etdi. (Subhi Saleh,Ulumul-hədis və mustələhuh,s 31) Aşağıda qeyd olunanlar buna şahiddir:

1-Bəzi ravilərin (Hədis nəql edən) həbsi: Zəhəbi yazır: Ömər üç nəfəri İbn Məsud, Əbul-dərda, Əbu Məsudu həbs etdi və onlara dedi: Peyğəmbərdən çox hədis nəql edirsiniz. (Təzkirətul-huffaz,c1,s27) Başqa bir nəqlə əsasən Osman xilafəti dövründə Ömərin həbs etdiyi üç nəfəri azad etdi. (Əzvaun ələs-sunnətil-muhəmmədiyyə,s,54)

2-Hədisi yandırmaq və məhv etmək fərmanı: Əbdullah ibn Əla deyir: Qasim ibn Muhəmməddən mənə hədis imla etməsini xahiş etdim. O, mənə dedi: Ömərin dövründə hədis çoxalmışdı. O, insanlardan hədisləri gətirməyi tələb etdi. Onlar hədisləri gətirəndə Ömər hədisləri yandırmaq fərmanı verdi və dedi: Hədislər Əhli-kitabın ikincisi kimidir. (Onların muqəddəs kitabdan başqa kitabı olduğu kimi hədislər də ona bənzəyir) Əbdullah dedi: Sonra Qasim mənə hədis yazmağı qadağan etdi. (Təqyidul-elm,s,52, Əzvaun ələs-sunnətil-muhəmmədiyyə,s,47)

Osmanın xilafəti

Hədisin yazılmasının qadağası Osmanın dövründə də Ömər ibn Əbdüləzizin xilafəti dövrünə qədər davam etdi. O, hədisin yazılmasına fərman verdi. Ömər ibn Əbdüləzizdən sonra hədis rəsmi şəkildə yazılmağa başladı. Bu qadağa yüz il çəkdi.

Bu məlumatlardan belə başa düşülür ki, Əbubəkr, Ömər və Osman hədisin yazılmamasına çox israrlı idi. Qadağa bəzi dövrlərdə məsələn, Ömərin xilafətində daha şiddətli oldu. Ömər hədisi nəql etməyi də qadağan etmişdi. O, bu işi görənləri həbs edir və bəyanat verirdi. Qeyd olunanlardan alınan başqa bir nəticə budur ki, Ömər ibn Əbdüləzizin hədisi yazmağa icazə verməsi, üç xəlifənin hədisi qadağan etmədən məqsədi yersiz və siyasi məqsədlər güdürdü. Yoxsa Ömər ibn Əbdüləziz xəlifələrin əksinə əmr verməzdi. Onun bu əmrinə heç bir səhabə etiraz etmədi. Biz bəhsin ardında xəlifələrin işlərinin Quran və hədis baxımından batil olduğunu və onlar bu qadağan əsl məqsədini bəyan edəcəyik. Əvvəl görək Quranın bu haqda nəzəri nədir?

Quran və yazmaq

Xəlifələr deyirlər ki, əgər hədis yazılsa insanlar Qurandan uzaqlaşacaq və Quranla hədis qarışacaq. İnsanlar ixtilafa düşəcək. İndi görək Quranın bu haqda nəzəri nədir? Quran bu işi təsdiqləyirmi?

Quran bəşəriyyətin hidayəti və onu kamilliyə çatdırmaq üçün gəldiyindən "Təlim", "Oxumaq" və "Qələm" sözləri ilə başlayır. Bu yolla elmin və yazmağın əhəmiyyəti  Peyğəmbərə (s) gələn ilk ayələrdə bəyan edilir. Allah-təala qələmə əzəmət bağışlamaq üçün ona and içir. (Qələm surəsi, 1) Allah qələmi böyük nemət sayaraq, özünü onunla tanıtdırır və buyurur: “Ya Peyğəmbər! Qurani-Kərimi bütün məxluqatı) yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu!... Ya Peyğəmbər!) Oxu! Sənin Rəbbin ən böyük kərəm sahibidir. O Rəbbin ki, qələmlə (yazmağı) öyrətdi. (Ələq, 1-4)

Xətib Bağdadi yazır: Allah-təala möminləri yazmağa əmr etmiş və onları bu işin vasitəsilə ədəbləndirərək, buyurur: “Az və ya çox olmasına baxmayaraq, borcu öz vaxtına qədər (nə müddətə verilmiş olduğunu) yazmağa ərinməyin! Sizin bu işiniz Allah yanında daha ədalətli, şahidlik üçün daha düzgün və şübhəyə düşməməniz üçün haqqa daha yaxındır.” (Bəqərə, 282) Bundan əlavə quranda (yazmaq) maddəsindən  yazmaq mənasına işlənən 57-sözün işlənməsi və kitab sözünün 262-dəfə işlənməsi bu sözlərin Quranda əhəmiyyətli sözlərdən olduğunu çatdırır. Beləliklə Qurani-kərim yazmaq və hizf etməyə əmr edən ilk bələdçi və bu işə çoxlu təşviqlər edən nur çeşməsidir.

Yazmaq və Peyğəmbər (s) sünnəsi

Əziz Peyğəmbərimiz (s) öz dininin fəlsəfəsini elm və biliyin yayılması kimi tanıtdıraraq, buyurur: Təlimlə göndərilmişəm. (Sunəni ibn Macə, c1,s 83) Həzrət (s)  bu yolla təbliğinin başlıca məqsədinin cəhaləti aradan qaldırmaq və elmi inkişaf etdirmək olduğunu bildirir. Belə bir məqsədə malik olan şəxs amalının həyata keçməsində mühüm rol oynayan yazmaq məsələsinə diqqətsiz yanaşa bilərmi? Əbdullah ibn Əmr deyir: Peyğəmbər (s) buyurur: Elmi qoruyun. Dedim: Necə?Buyurdu: Yazmaqla (Təqyidul-elm,s692) Başqa bir hədisdə qeyd olunur ki, Ənsardan olan bir kişi Peyğəmbərin (s) hüzurunda oturur və Həzrətin sözlərin dinləyərdi. Peyğəmbərin (s) sözlərindən xoşu gələrdi.

Amma onları unudardı. O, bir gün Həzətə şikayətlənərək, dedi: Sizin sözləri eşidirəm. Amma yadda saxlaya bilmirəm. Həzrət buyurdu: Eşitdiklərini yaz. (Sunəni Tirmizi,c 5, s 393) Peyğəmbər (s) atanın vəzifələrindən birinin  övladına yazmağı öyrətmək olduğunu bildirərək, buyurur: “Övladın atanın boynundakı haqqı ona gözəl ad qoymaq, evləndirmək və ona yazmağı öyrətməkdir. (Kənzul-ummal,c16,s417) Peyğəmbər (s) yazmağa o qədər önəm verirdi ki, əsirlərin azadlıq fidyəsin savadsız məsəlmanlara yazıb-oxunmaq öyrətmək təyin etmişdir. Tarix kitabların bu hadisə belə nəql olunur: İbn Səd yazır: Bədr əsirlərinin fidyəsi dörd min dirhəm idi. Bu qədər pulu olmayanlar Ənsarın övladlarına yazmaq öyrətməli idi. (Ət-təbəqatul-kubra,c2,s221)

Bu hədislərə və təkidlərə görə islam alimləri həmişə yazmağı dinin vacibli və üstün təlimlərindən hesab etmişlər. Böyük şiə alimi Zeynuddin ibn Əli (Şəhid Sani) dəyərli əsəri Munyətul-murid kitabında yazır: “Yazmaq dinin zəruri mətləblərindən və Quran, sunnə, şəri və əqli elmləri qorumaq üçün ən gözəl vasitədir.” Buna görə də müsləman həmişə yazarları yüksək dəyərləndirmiş və ayələrdə buyurulan təkidlərə görə yazmağa daha çox üstünlük verirdilər.

Burda bir sual qarşıya çıxır ki, yazmaq mədəniyyətlərin kökünü təşkil edirsə və böyük şəxslər yazmaqdan elmi yaymaq üçün vasitə bilirsə, Allah-təala Quranda "qələmə" and içirsə, bəs niyə görə Peyğəmbər hədisləri yazmağı qadağan etdi? Ona biganə yanaşdı?Gəlin bu haqda əlimizdə olan tarixi faktlara nəzər salaq.

Hədisin yazılmasına aid tarixi faktlar

Şəkk-şübhə doğurmayan məsələlərdən biri də Peyğəmbərin (s) hədisin yazılmasına göstərdiyi diqqət və bu işə əmr etməsidir. İmam Əli (ə) buyurur: Peyğəmbər (s) buyurdu: “Bu elmi yazın.” (Kənzul-ummal,c10,s262) Məkkənin fəthindən sonra  Peyğəmbər (s) xütbə oxudu. Bu vatx Əbuşat dedi: Ey Peyğəmbər (s) bu xütbəni mənin üçün yazın. Həzət (s) buyurdu: Əbumat üçün yazın. (Səhihi Buxari, c1, s 40-41) Bu hədisi əhli-sünnənin böyük alimləri qəbul etmiş və onun doğruluğuna şəhadət vermişlər. Əbdullah ibn Hənbəl deyir: Hədisin yazılması haqda bundan səhih hədis nəql olunmayıb. (Musnədi Hənbəl, c12, s235) Peyğəmbərdən (s) müxtəlif sənədlərlə nəql olunur: “Elmi yazmaqla qoruyun.” (Təqyidul-elm, s69) Əbdullah ibn Ömər deyir: Peyğəmbərə (s) dedim: Sizdən eşitdiklərimizi yadda saxlaya bilmirik. Onları yazaq? Buyurdu: “Bəli onları yazın.” (Yenə orada, s74)

Əbdullah deyir: Mən Peyğəmbərin (s) hədislərinin məhv olmasının qarşısını almaq üçün Ondan eşitdiklərimi yazırdım. Qüreyşlilər məni bu işdən çəkindirərək dedilər: Peyğəmbərdən (s) eşitdiklərini yazırsan. Bir halda ki, o da bizim kimi bəşər idi və şad, qəzəbli halda hədis deyir? Mən bu sözdən sonra yazmadım və onların sözlərini Peyğəmbərə (s) dedim. Həzrət (s) buyurdu: Yaz, Allaha and olsun, bundan  (ağızına işarə etdi.) yalnız haqq xaric olur. (Müstədrək ələs-səhiheyn,c1, s106, Musnədi Hənbəl, c2, s162) Peyğəmbər (s) yazmağın dünya və axirət faydalarına toxunaraq, buyurur: “Bu elmi (hədisi) yazın ki, dünya və axirətdə ondan bəhrələnəcəksiniz. Həqiqətən elm sahibini məhv etmir.” (Kənzul-ummal, c1, s157) Səhabələrin əksəriyyəti Peyğəmbərin (s) hüzurunda hədisləri yazırdılar və Həzrət (s) bu işə təşviq edirdi. Yazmağı sükutu ilə təsdiqləyirdi. Yazmağın icazəli olduğuna Peyğəmbərin (s) həm  hədisləri və bu işi təsdiqləməsi ən gözəl dəlildir. Bundan əlavə Peyğəmbər (s) bəzi səhabələrə hədis, şəri hökm və bəzi hadisələri imla edirdi. İndi onların bəzisini qeyd edirik:

1-Səhfətun-Nəbi (s)

2-Kitabu-Əli (ə)

3-Kitabu-Fatimə (s.ə)

Hədisin yazılmasının qadağan edilməsinin acı nəticələri

Hədisin yazılmasının xəlifələr tərəfindən qadağası islam ümmətinə böyük zərərlər vurdu. Bunun nəticəsində müsəlmanlar çox dəyərli mirasını əldən verdilər. Onların bəzisini qeyd edirik:

1-Hədislərin əksəriyyətinin məhv olması

Qadağanın vurduğu ilk ziyan Peyğəmbərin (s) hədislərinin çoxunun məhv olması və Onun sünnəsinin aradan getməsidir.

2-Saxta hədislərin yayılması

Xəlifələrin hədis yazılmasının qadağasının vurduğu ikinci ziyan hədis düzəldənlər tərəfindən saxta hədislərin yayılması idi. Bunun nəticəsində əsil din zədələnərək , xürafat və əsassız məsələlər dini mənbələrə nüfuz etdi.

Hədis qadağasının əsil səbəbləri

Xəlifələr qadağanı müxtəlif süst və əsassız dəlillərlə izah edirdilər. Məsələn: Saxta hədislərlə doğru hədislərin qarışması, Quranla hədislərin qarışması və hədis yazmaqla insanların Qurandan uzaqlaşması. Halbuki bu haqda dərindən araşdırma apardıqda qadağanın əsas səbəbinin başqa dəlillər olduğunu anlayırıq. Onların bəzilərin qeyd edirik:

1-Əhli-beyt (ə), xüsusilə İmam Əlinin (ə) fəziləti haqdakı hədislərin qarşısını almaq

2-Xəlifələri məzəmmət edən hədisləri məhv etmək

3-Nəssin (Quran və hədislər) qarşısında ictihad etmək və rəy vermə ideologiyasının bünövrəsin qoymaq. http://www.ihq.az

Allah sizə yar olsun. 
Sual (28) : Əssalamu əleykum. Mütəvatir hədis, hansı rivayətlərə deyilir.
Allahın adı ilə.   
Əleykumus-salam.        
Mütəvatir – o rəvayətlərə deyilir ki, onların mötəbərliyi hamı tərəfindən qəbul olunmuş olsun.
Allah sizə yar olsun.
Go to TOP