Bismillahir-rəhmanir-rəhim.
Qeyd etdiyiniz hədislə qarşılaşmamışıq, amma olsada mənası bu deyil ki, Allah kafiri bağışlayacaq, bəlkə Hz. Əlinin (ə) məqsədi budur ki, mənim Allahın ədalətinə olan yəqinliyim heç halda dəyişməz, necəki, Hz. Əlidən (ə) belə məzmunda hədis nəql olub ki, əgər göylərin və yerin sirriləri üzümə açıla mənim yəqinliyimdə bir təsir qoymaz, çünki Hz. Əlinin (ə) Allaha olan yəqinliyi kamildir.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Hədisin sənədini təhqiq etməmişik, amma Əhli-sünnə mənbələrində olan hədislər və alimlərin nəzəri bu hədisin doğruluğuna təkid edir. İslam alimlərinin əksəriyyəti istər şiə istər sünni Peyğəmbərin (s) zəhərlənərək şəhid olduğunu qeyd edirlər, əlbəttdə Əhli-sünnə alimləri Xeybər müharibəsində zəhərləndiyini deyirlər, amma Xeybər müharibəsi 4 il qabaq olmuşdur və hədisdə var ki, Hz. Cəbrail Peyğəmbərə (s) Xeybər müharibəsində zəhərin olduğunu xəbər verdi və Peyğəmbər (s) zəhərli ətdən yemədi. Həmçinin Əhli-sünnə mənbələrində hədislər, Ayişə və Həfsə ataları ilə əlbir olaraq Peyğəmbər (s) yuxuda ya bihuş olan vaxt ağzına məcburi surətdə dərman tökməklərini yazır və hətta Peyğəmbər (s) işarə edir ki, bu işi görməsinlər amma Ayişə deyi xəstənin dərmandan xoşu gəlməz ona görə istəmir. Şiə hədislərində bunun dərman yox zəhər olduğu qeyd olunur.Bismillahir-rəhmanir-rəhim.
1. Südlə balı bir yerdə yeməyi qadağan edən hədislə qarşılaşmadıq, əksinə südlə bal həm tibbdə və həmdə hədisdə sifariş olunub, bəlkə südlə balığı bir yerdə yemək nəhy olunub.
2. İmam Sadiq (ə) buyurub: Hər kəsin qəlbində ya bədənində zəiflik olsa qoyun əti ilə süd yesin çünki bu yemək dərdi bədəndən çıxarar və bədəni qüvvətləndirər.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Mənzilət hədisiAllah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəli, belə hədis var.Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qeyd etdiyiniz hədis şiənin mötəbər hədis kitablarında gəlməmişdir hətta bəzi alimlər bunun hədis olmağını inkar edirlər, amma hədis kitablarında nəql olan belədir:Bismillahir-rəhmanir-rəhim.
Hədis bundan ibarətdir: “Azərbaycanda mütləq alov qalxacaqdır. Heç bir şey onun qarşısında müqavimət göstərə bilməyəcəkdir. O zamanda siz evlərinizə çəkilin. Bizim inqilabçımız qiyam edən zaman, hətta qarın üzərində sürünə-sürünə getməklə olsa belə, ona doğru tələsin.” (“Qeybəti Numani”, səh.170)
Bu hədisi tətbiq etmək və hansısa hadisəyə şamil etmək çətindir. Ümumiyyətlə zühur əlamətlərinin əksəriyyəti belədir. Azərbaycanda alov qalxmağından məqsəd yəqin ki, maddi və zahiri alov və od deyil bəlkə fitnə və zülümdür və bunun baş verib ya hələ baş verməməyin təyin etməkdə düzgün deyil. Əgər baş vermiş olsa tarixdə bir çox hadisələr ki, Azərbaycan torpağında baş verib bu hədisi ona tətbiq etmək ehtimalı olunurAllah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Hədis kitablarında Azərbaycan haqda gəlmiş hədisləri araşdırmamışıq, sadəcə bu haqda məşhur bir hədisi yazırıq.
ومنها حديث نار آذربيجان، رواه النعماني في الغيبة: عن أبي بصير عن أبي عبد الله عليه السلام قال: إنه قال لي أبي عليه السلام: لا بد لنار من آذربيجان لا يقوم لها شئ وإذا كان ذلك فكونوا أحلاس بيوتكم والبُدُوا ما لبدنا، فإذا تحرك متحركنا فاسعوا إليه ولو حبواً، والله لكأني أنظر إليه بين الركن والمقام يبايع الناس على كتاب جديد على العرب شديد. وقال: ويل لطغاة العرب من شر قد اقترب. انتهى.
“Azərbaycanda mütləq alov qalxacaqdır. Heç bir şey onun qarşısında müqavimət göstərə bilməyəcəkdir. O zamanda siz evlərinizə çəkilin. Bizim inqilabçımız qiyam edən zaman, hətta qarın üzərində sürünə-sürünə getməklə olsa belə, ona doğru tələsin.” (“Qeybəti Numani”, səh.170)
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1) Şəri hökmləri Quran və hədisdən ələ gətirmək üçün xüsusi məharət lazımdır ki, buda yalnız müctehidlərdə var çünki bir hökmü ələ gətirmək üçün bir hədisi görmək kifayət etmir.
2) Xümsün vacib olmağına dəlalət edən hədislərin sayı, sənədinin səhih olması və aydın dəlaləti üstünlük təşkil edir bir neçə hədisə ki xümsün vacib olmamağın göstərir.
3) Xümsün vacib olmamağına dəlalət edən hədislər adətən xas bir zamana ya məxsus bir məsələyə məhdud olur. Bu məktubda da kənizə təəllüq tapan xüms halal edilib.
4) Hədislərdən aydın olur ki, xüms imamın hüzur zamanında vacib olduğu kimi qeybət zamanında da vacibdir. Hüzur zamanında imama qeybət zamanında müctehidlərə çatır.
5) İmamın (ə) o məktubunda da xümsün vacib olmasına dəlalət edən cümlə var ki, İmam (ə) buyurur: "Amma o kəslər ki bizə məxsus olan malı öz yanlarında saxlayar, mənimsəyər və halal hesab edib yeyərlər sanki od yeyiblər." Bildiyiniz kimi xümsün bir hissəsi imammalı hesab olur.
6) Alimlər bu məktubda kənizə təəllüq tapan xümsün halal olmağın qeyd ediblər çünki İmam (ə) xümsün halal olmağının səbəbin doğumların pak olmağın və çirkinliyə bulaşmamağın yazıb.
Allah sizə yar olsun.
Имя: seymur, Страна: azerbaycan, Муджтахид: Ayətullah Sübhani
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Çoxlu rəvayətlər həzrət Peyğəmbərin (s) əcdadının paklığını təsdiq edir.Həzrət Peyğəmbərdən (s) nəql olunmuşdur ki, Allah-taala bizi dünyaya gələnədək daim pak sülb və bətnlərdən ötürülmüşdür və heç bir cahiliyyət çirkinliyi bizi bulaşdırmamışdır. Hansı cahiliyyət çirkinliyi şirkdən daha pisdir?!
Ədnana qədər Peyğəmbərin (s) nəslini saymaqda ərəblər arasında ixtilaf olmayıb amma Peyğəmbər (s) buyurub: Ərəblər arasında Ədnandan sonra Hz. İsmailə qədər məşhur olan və saydıqları doğru deyil bunun üçün mənim nəslimi Ədnana qədər sayın.
Allah sizə yar olsun.