Имя: , Страна: , Муджтахид: Ayətullah Vəhid
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Hədisdə "əhli-beyt" dedikdə Peyğəmbər (s) ailəsi, məsum İmamlar (ə) nəzərdə tutulmur. Burada əhli-beyt sözü lüğəti mənasında yəni pişik "ev heyvanıdır" nəzərdə tutulur. Həmçinin "pişiyin artığı" deyildikdə pişiyin ağzı dəydiyi su nəzərdə tutulur. Əhli-sünnə nəzərindədə hökm belədir.Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Hədisin sənədi “mürsəl” (sənəd və ya sənədin müəyyən hissəsi olmayan) şəkildə olduğu üçün zəifdir və alimlərin heç biri bu hədis əsasında hökm verməyiblər, bəlkə bunun əksinə hökm veriblər yəni oruc batil olur və qüsl vacib olur.Имя: , Страна: , Муджтахид: Ayətullah Vəhid
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu hədisi belə məna edən vəhhabi ya ərəb dilindən və lüğətdən heçnə anlamır və ya özünü anlamamazlığa vurub. Hədisin mənası belədir: "Bu bizdən qəsb edilmiş namusdur".Bismillahir-rəhmanir-rəhim.
Hədisin sənədi zəifdir və müctəhidlərdə bu hədisin əksinə hökm veriblər yəni nə eşşək əti haramdır və nə müvəqqəti nikah çünki onlarla hədis bunun əksinədir. Hədisi nəql olunduğu kitabın müəllifi Şeyx Tusi hədisi zəif və təqiyyə üzündən nəql olunduğunu vurğulayır. Bəzi əhli-sünnə alimləridə hədisi səhih hesab etməyiblər. Buna oxşar hədislər nəql olunub amma təkcə eşşək əti qeyd olunub mütə deyilməyib. Alimlər hədisdə qeyd olunan ulaq ətinin haramlığını məkruh mənasında olduğunu yazıblar.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Buxari və Muslimdə Hz. Fatimənin o iki nəfərdən razı olmamağı belə nəql olunub: “Rəsulullahın qızı Fatimə Əbu Bəkr və Ömərə qəzəbləndi. Onlardan üz döndərib ömrünün axırına qədər onları bağışlamadı. Fatimə Rəsulullahdan sonra altı ay yaşadı. Fatimə vəfat edəndə əri Əli ibn Əbu Talib xəlifə Əbu Bəkrə xəbər vermədi və onun cənazəsinə namaz qılıb gecə dəfn etdi”(Səhih Buxari kitabul xums, bab 837, hədis 1256, 4/504, Səhih Muslim, kitabul cihadi vəl seyr, bab 16, hədis 4580, səh 989).
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Yoxsul olmaq eyb deyildir. O şey ki, yoxsul olmaqda bəyənilmir – odur ki, insan əməllərinin sayəsində yoxsul olar. Özünü və başqalarını əziyyətə salar. Yoxsulluqla vuruşan və mübarizə aparan insanlar da az deyildir. (Tebyan)İnsanlar adətən üç növ yoxsulluqla üzləşərlər: biri o yoxsulluqdur ki, insan dini göstərişləri tərk etdiyi üçün düçar olmuşdur. İkinci o yoxsulluqdur ki, mömin üçün günahlarının kəffarəsidir. Üçüncüsü isə o yoxsulluqdur ki, insan əgər ona səbir edərsə, dərəcəsinin artmasına və böyük savaba nəsib olar.
Qurana nəzər salan zaman görmək olur ki, insanın yoxsul olmasına səbəb olan ən böyük amil – günah və büdrəmələrdir.
1. Yaxın qohumlarla əlaqəni kəsmək.
İnsanın yoxsul olamsına səbəb olan amillərdən biri - yaxın qohumları ilə əlaqəsini kəsməsidir. Əmirəl-möminin (ə) buyurur: “Qohumlarla əlaqəni kəsmək yoxsulluq gətirər”.
2. İsraf.
Allahın verdiyi nemətlərin çoxunu tələf etmək və israf etmək yoxsulluq gətirər. İmam Sadiq (ə) buyurur: “İsraf insanı yoxsul edər və düzgün iqtisadi rəhbərlik insanı ehtiyacsız edər”.
3. Zina.
Həzrət Peyğəmbər (s) buyurur: “Zinanın beş ziyanı vardır: abırı aradan aparar, yoxsulluğa səbəb olar, ömrü qısa edər, Allahın qəzəbinə səbəb olar, insanı cavidan cəhənnəmə salar”. İmam Sadiq (ə) buyurur: “Zina o günahlardandır ki, ruzinin nazil olmasının qarşısını alar”.
4. Haram musiqiyə qulaq asmaq.
Haram və ğina musiqilərinə qulaq asmaq yoxsulluq gətirər. Təəssüf ki, bu pis əməl geniş yayılmışdır.
5. Namazı yüngül hesab etmək.
Namaza yüngül münasibət bəsləmək insana yoxsulluq gətirər.
6. Yalana adət etmək.
Bəziləri üçün yalan danışmaq çirkin bir adətə çevrilmişdir. Hədislərimiz bizi xəbərdar edir ki, bu pis əməl yoxsulluğa səbəb olar. İmam Əli (ə) buyurur: “Yalan danışmağa adət etmək yoxsulluq gətirər”.
7. Yalandan and içmək.
İnsan həyatından və ruzisindən bərəkəti aparan amillərdən biri də yalandan and içməkdir.
8. Övladını lənətləmək.
Bəzi valideynlər ürəklərinə su səpmək üçün övadlarını lənətləyər və nifrin edərlər. Həzrət Peyğəmbər (s) buyurur ki, insana yoxsulluq gətirən amillərdən biri də məhz budur.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəli, İmam Məhdidən (ə) hədis nəql olub ki, Allahın rəhmətindən uzaqdır işa namazını o qədər gecikdirə ki, ulduzlar aşkar ola və sübh namazını o qədər gecikdirə ki, ulduzlar gözdən itə.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Hədislərdən belə başa düşülür ki, qismət və təqdir bəzi şeylərdə inkar edilməzdir o cümlədən ruzidə və əcəldə. Hədisdə deyilir:..Ruzi təqsim olunub, hərislik onu artırmaz. Ruzi iki qismdir, kəsb ediləsi və qismət olması. Əlbətdə qismət olan ruzi gəlib çatar amma kəsb ediləsi ruzini ələ gətirmək üçün çalışmaq lazımdır. Qismət dedikdə tamda belə deyil ki, insanın heç bir rolu olmasın və məcbur olsun, insan ixtiyarlı yaranıb amma ixtiyarı mütləq deyil.
Allah sizə yar olsun.