Əleykumus-salam.
Mümkündür donuz əti kimi haram ətlər olsun, hər halda biz ət qeyd olunan hədislə qarşılaşmamışıq, əgər hədisi oxuduğunuz mənbəyi dəqiq qeyd etsəz açıqlama vermək olar.
Allah sizə yar olsun.
Əleykumus-salam.
Hədislərdə deyilən səbəblər tam illət deyil bəlkə hikmətdir yəni bəzi məsləhətlərdir, hökmlərin tam illət və fəlsəfəsin yalnız Allah-təala və məsumlar bilirlər.
Əvvəldə qeyd etdiyimiz kimi, bəzi dini hökmlərin fəlsəfəsi bizə aydın deyil. Amma insan düşüncəsi və elm inkişaf etdikcə bir çox məsələlər aydınlaşa bilər.
Verilmiş suala cavab olaraq deyə bilərik ki, bütün dünya xalqları canlı insanın hörmətini saxladığı kimi, ölüyə də ehtiramla yanaşırlar. İslam dini bir çox xürafi adət-ənənələri inkar etsə də, qüsl, kəfən, dəfn kimi işləri ölüyə ehtiram göstərilməsini lazım bilir.
İslam insana o qədər yüksək qiymət verir ki, hətta ölünün də təhqirini qadağan edir. Ölüyə, onun qəbrinə qarşı hörmətsizlik İslamda haram sayılır. Qüsl, kəfən və dəfn də insanın məqamına hörmət xarakteri daşıyır.
Bundan əlavə, ölüm insan üçün son deyil. Bu dünyaya gözünü qapayan insan başqa bir həyata qədəm qoyur. Ona görə də ölüləri pak vəziyyətdə, sadə libasla torpağa tapşırmaq göstərişi verilmişdir. Meyyit qüslünün fəlsəfəsini də əbədi və həqiqi həyata inam təşkil edir.
Bəs ölüyə toxunan şəxs nə üçün qüsl verməlidir? Bu suala cavab vermək üçün bəzi nöqtələri aydınlaşdırmaq lazım gəlir:
1. Dünyasını dəyişmiş şəxsin yaxınları öz əzizlərini əldən verdikləri üçün hiss və həyəcan onları dərhal tərk etmir. Onlar hətta ruhu canından çıxmış əzizlərini öpmək, qucaqlamaq istəyirlər.
2. Aydın bir məsələdir ki, ruhu canından çıxmış orqanizm öz müdafiə qabiliyyətini itirir və müxtəlif mikroblara asanlıqla yoluxur. Ölüyə toxunmaq gigiyenik baxımdan təhlükəlidir.
3. İslam insanın təbii hisslərinə qarşı zor göstərmir, onları nəzərə alır və doğru yola yönəldir.
Yuxarıda deyilənləri nəzərə alaraq belə bir nəticə çıxara bilərik ki, İslam, dünyasını dəyişmiş şəxsin yaxınlarını müxtəlif xəstəliklərdən və mikroblara yoluxmaqdan qorumaq istəyir. İnsanların təbii hisslərinə hörmət göstərilərək, onlara ölü ilə təmas qadağan edilmir, sadəcə bu təmasdan yarana biləcək fəsadların qarşısını almaq üçün meyit qüslü vermək əmr olunur. Bəli, meyitə toxunan hər bir şəxs büsbütün bədənini yumalı, qüsl verməlidir. Şübhəsiz ki, belə bir göstəriş insanların ölü ilə təmasını məhdudlaşdırır. Yəni həm insanların hissləri nəzərə alınır, həm də onlar təhlükədən hifz edilir. Belə bir dini göstərişi insanların meyitlə təmasının qarşısını almasa da, onları mikroba yoluxmadan qoruyur.
Sual oluna bilər ki, əgər meyitə toxunma qüslü mikrobdan qorunmaq üçündürsə, nə üçün meyitə qüsl verildikdən sonra ona toxunan şəxsə növbəti dəfə qüsl vacib olmur? Nəzərə almalıyıq ki, meyitə sidr və kamfora (kafur) qatılmış su ilə qüsl verildikdə mikroba yoluxmanın qarşısı bir müddət alınır. Təbii ki, sidr və kamfora qatqılı su ilə qüsl verilmiş meyit qısa bir müddətdə torpağa tapşırılır.
Uyğun iki qüsl haqqında deyilənlər onların fəlsəfəsinin bir hissəsi idi. Şübhəsiz ki, uyğun hökmlərin daha geniş və dərin fəlsəfəsi mövcuddur.
Allah sizə yar olsun.
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Əleykumus-salam.
Əshabi-kəhf 300 il mağarada yuxuda olublar, 300 ildən sonra ayılıblar. Amma yenidən mağaraya qayıdıblar bu dəfə isə Allah-təala canlarını alıb, artıq onlar sağ ya yuxuda deyillər. İmam Zaman (ə) zühur etdikdən sonra isə Allahın izni ilə dirilib rəcət edəcəklər və İmamın (ə) yaxın sirdaşlarında olacaqlar.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qeyd etdiyiniz hədisə rast gəlmədik, amma belə rəvayət var:"Göylərdə və Yerdə bu yeddi xasiyyətdən kənar heç bir varlıq yoxdur: qəza, qədər, iradə, məşiyyət, kitab, əcəl, izn. Hər kəs bunlardan kənar bir varlığın olduğunu düşünsə, o ya Allaha yalan qoşmuş, ya da əziz və calal sahibi olan bir Allahı inkar etmiş olar"
Başqa rəvayətdə deyilir:"Göylərdə və Yerdə elə bir varlıq yoxdur ki, onun yeddi xüsusiyyəti olmasın: məşiyyət (əzəli ilahi iradə), iradə, qədər (təqdir), qəza, izn, kitab və əcəl".
Allah sizə yar olsun.
Əleykumus-salam.
Bu məktub Əllamə Məclisinin Biharul-Ənvar kitabından başqa mötəbər tarix və hədis mənbələrində gəlməyib. Əllamə Məclisi həmən kitabda yazır: mən bu məktubu başqa mənbələrdə görməmişəm və təkcə sənədi budur ki, ilk dəfə Məkkədə fəzilətli bir şəxsdən eşitmişəm. Əllamə o şəxsin adınıda qeyd etmir və sonra yazır bundan əlavə məktubun mətnində ziddiyyət var. Nəticədə bu mətubun həm sənədi və həmdə dəlaləti zəifdir.
Allah sizə yar olsun.
İmtahan və sınaq müstəsna haldır. Belə ifadələr adətən el arasında da işlənir yəni müstəsna hallar nəzərdə tutulmur.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəli, doğrudur. Hətta İmam Hüseyn (ə) bacı Zeynəbə (s) tapşırır ki, bacı səni and verirəm və istəyirəm ki, bu andıma əməl edəsən, olmasın ki, mənim müsibətimdə üz və yaxanı cırasan, və ya mənim şəhadətimdə ucadan nalə və fəğan edəsən.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
اسماعیل بن جابر قال: «قلت لابی عبدالله(ع) الماء الذی لاینجسه شئ؟ قال: ذراعان عمقه فی ذراع وشبر وسعة (سعته)»
İsmail ibni Cabir deyir: İmam Sadiqdən (ə) soruşdum: nəcis olmayan su hansıdır? Buyurdu: o sudur ki, iki qol ölçüsündə (dirsəkdən barmaqlara qədər) dərinliyi, bir qol və bir qarışda genişliyi (eni və uzunu) olsun.
Vicdan fiqhdə əqli dəlil hesab olur.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
قال رسول الله (ص): المسلمون اخوَه ، لا فضلَ لاحدٍ علي احدٍ اِلا بالتقويAllah sizə yar olsun.