Sual (11) : Salam aleykum Mende olan melumata esasen sielerin ekser Alimleri quranin tehrifi movzusuna dair etiqadda olublar Misal ucun Weyx abbas qummi ozunun tefsirinde Ellame Meclisi El beyan kitabinda qurain tehrifine dair bir nece deliller zikr etmiwdiler rica edirem etrafli deyerdiz Sielerden bu boyuk alimler bu etiqadda olublar ya yox eger olmayiblarsa kitablarinda olan tehrif bablari ve s neyi subut edir? tewekkur

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həm şiə, həm də sünni məzhəbinə mənsub böyük alimlər Qurani-kərimin təhrif edilmədiyini qətiyyətlə bildirmiş və bu əqidəni öz mənsub olduqları məzhəbin görüşü kimi dəyərləndirmişlər. Lakin hədis məcmuələrində rast gəldiyimiz bəzi rəvayətlər Qurandan müəyyən ayə və surələrin çıxarıldığını, hazırki Quranın Peyğəmbər zamanındakı Qurandan fərqləndiyini iddia etməkdədir. Bu rəvayətlərin məzmunu Qurani-kərimin yuxarıda göstərilmiş ayəsinin möhkəm hökmünə zidd olduğu üçün, doğru sayıla bilməz. Çünki hər hansı hədis Quranla ziddiyyət təşkil edərsə, müsəlmanların vəzifəsi Quranı əsas tutmaq və həmin hədisi etibarsız saymaqdır. Quranın təhrif edilməsi inancı uzun əsrlər boyunca şiə məzhəbinə aid edilmiş və bu məzhəbin əleyhinə yazılan radikal məzmunlu kitablarda şiəliyin haqsızlığına sübut kimi gətirilmişdir. Əslində isə, şiə məzhəbində belə bir inanc yoxdur. Doğrudur, XVII-XVIII əsrlərdə şiəlik daxilində güclü mövqeyə malik olmuş əxbarilik cərəyanının nümayəndələri arasında Quranın təhrif olunduğuna inananlar var idi. Məlum olduğu kimi, əxbarilər ictihadı qəbul etmir, dini hökmləri yalnız Qurandan və sünnədən əldə etməyi düzgün sayır, bütün hədisləri mötəbər bilir, bu gün zəif bilinən rəvayətlərin belə, doğruluğuna inanırdılar. Ona görə də, onların Quran təhrifi barədə zəif rəvayətlərə inanmaları təbiidir. Lakin şiəliyin əsil ruhunu təmsil edən üsuli məktəbində Quranın hər cür təhrifdən uzaq olduğu əqidəsi mütləq mənada hakimdir. Ona görə də, şiə məzhəbinin ən özəl xüsusiyyəti olan ictihad ənənəsini danan əxbarilərin sözünü bütünlükdə bu məzhəbin adına yazmaq ən azı ədalətsizlikdir.

Şiəliyin ən böyük ideoloqlarından sayılan Şeyx Səduq ibni Babaveyh, Şeyx Müfid, Şeyx Әbu Cəfər Tusi, Seyid Mürtəza, Seyid Rəzi, Əllamə Təbrisi, Şeyx Bəhai, Feyz Kaşani, Şeyx Cəfər Kaşifül-qita, Әllamə Behbəhani, Seyyid Әbul Qasim Хoyi, İmam Xumeyni, müasir müctehidlərin hamısı və başqaları Qurani-kərimin təhrifdən uzaq olduğunu öz əsərlərində qətiyyətlə bəyan etmişlər. Məsələn, Şeyx Səduq şiə məzhəbinin əqidə əsaslarına həsr etdiyi «əl-Etiqadat» kitabında yazır: «Əsil Quran indi camaatın əlində olanla eynidir… Hər kim desə ki, biz (şiələr) əsil Quranın həcmcə bundan çox olduğunu söyləyirik, o adam yalan demiş olar». Şiə məzhəbinin ən mötəbər təfsir mənbələrindən sayılan «Məcməül-bəyan» kitabının müəllifi Şeyx Fəzl ibn Həsən Təbrisi isə adı çəkilən əsərin müqəddiməsində bu məsələyə ayrıca fəsl ayırıb. O, təhrif barədə hədislərin mövcudluğunu etiraf etsə də, «alimlərimizin məzhəbi (yolu) bu fikrin əksinin doğru olduğunu göstərir» deyə, təhrif inancına qarşı çıxır, özündən əvvəl yaşamış Seyyid Mürtəzanın bu mövzudakı sübutlarını ortaya qoyur. Əllamə Hilli buyurur: Haqq budur ki Quranda heçbir təhrif baş verməyib. Quranın təhrifi barədə şiə mənbələrindəki hədisləri incələyərkən, onların əksəriyyətinin sənədində nöqsanlar olduğunu görürük. Məsələn, bu hədislərin raviləri sırasında yer tutan Əhməd ibn Mühəmməd Səyyari, Hüseyn ibn Zibyan, Əli ibn Əhməd Kufi kimi şəxslər rical alimləri tərəfindən etimadsız sayılırlar. Həmçinin, təhrif hədislərinin nəql olunduğu ilkin mənbələrin də bir çoxu şiə məzhəbində çox da mötəbər sayılmayan kitablardır (məsələn, Süleym ibn Qeys Hilalinin kitabı).

Burada bir məsələni də qeyd etmək lazımdır: Quranın təhrif olunduğu barədə hədislər yalnız şiə mənbələrində deyil, sünni mənbələrində də mövcuddur. İkinci xəlifə Ömər ibn Xəttabdan rəvayət edilən və Qurani-kərimin 1 milyon 127 min hərfdən ibarət olduğunu bildirən xəbər (halbuki, hazırki Qurani-kərimin hərflərinin sayı heç 350 minə çatmır ki, bu da yuxarıda göstərilən ədədin üçdən-bir hissəsindən də azdır), Qurani-kərimdə rəcm (daşqalaq etmə) cəzası və süd vermə hökmü barədə ayələrin vaxtilə mövcud olub, sonra Qurandan çıxarılması, Qurani-kərimdə əvvəllər «Həfd» və «Xəl» adlı iki əlavə surənin olması, Peyğəmbərin sağlığında «Əhzab» surəsinin 200 ayədən ibarət olub, Osman zamanında Quranın toplandığı vaxt ixtisar edilməsi haqqında rəvayətlər və s. (bax: «Sünənü İbn Macə», «Hüdud» kitabı, 2553-cü hədis; «Səhihül-Müslim», «Hüdud» kitabı, 4418-ci hədis və «Riza» kitabı, 3597-3598-ci hədislər; «Səhihü Buxari», «Etisam» kitabı, 7323-cü hədis; «Müsnədü Əhməd ibn Hənbəl», I, 47 və II, 40; «Təfsirül-Qurtubi», «Əhzab» surəsi təfsirinin girişi, XVII, 48).

Əhli-sünnət alimlərinin arasında Quranın təhrif olması ilə bağlı kitab yazanlarda olub. Misirli müasir alim Əl-Əzhərin ustadı olmuş Mühəmməd Əl-Xətib "Əl-Furqan fi təhrifil Quran" adlı kitab yazıb Quranın təhrif olması barədə, ya qədim alimlərindən Əbu Davud Sicistani vəfatı 316 h.q "Əlmüshəf" adlı kitabında təhrifi isbat edir. Alusi (1270 h.q) ki, vəhabi əqidəlidir yazır: Quranın təhrif olması ilə bağlı Əhli-sünnət kitablarında hədsiz dərəcədə hədislər mövcuddur. Ruhul Məani cild-1 səh 24. Əbdul-Vəhab Şərani (973) yazır: Əgər bəzi imanı zəif müsəlmanlar əqidəsində sarsılmasaydı Osmanın müshəfindən düşən ayələri qeyd edərdim. Kibritul-Əhmər səh 143 və s…

Uyğun мövzuda daha artıq мəluмat əldə etмək üçün aşağıdakı мənbələrə мüraciət edin.

Kitabın adı: Quran təhrif olunmayıb Mövzu: Quran Müəllif: Şeyx Məhəmmədcavad Fazil Lənkərani

http://kitab.nur-az.com/az/lib/view/272 

Kitabın adı: Əl-Bəyan 1-2 ci cild Mövzu: Quran Müəllif: Ayәtullah Hacı Seyyıd Əbülqasım Xoyi.

http://kitab.nur-az.com/az/lib/view/134

http://kitab.nur-az.com/az/lib/view/135

Allah sizə yar olsun.

Sual (12) : гуранда 28 хериф хансы сурададир
Имя: Акбар, Страна: росия, Муджтахид: Ayətullah Sistani

Bismillahir-rəhmanir-rəhim.

Quranda iki ayədə 28 əlifba hərifləri gəlib. Ali-İmran surəsi 154-cü ayə və Fəth surəsinin 29-cu ayəsi (sonuncu ayə).

Allahsizə yarolsun.

Sual (13) : Salam.Ereb dilinde Quran qiraetini daim dinlemek insanda nece tesir qoyar? en chox hansi sure dinlemek meslehetdir? Allaha emanet olun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Elm sübüt edir ki, səs dalğaları insanın beyin hüceyrələrinə mənfi və ya müsbət təsir qoyur və hüceyrələr səslərin qarşısında reaksiya göstərirlər. Yaponiyalı alim Masura Emoto suyun üzərində tədqiq aparıb və suyun səs dalğaları qarşısında əks təsirini sübuta yetirib. Necə ola bilər ki, canlı insanda səslər təsir qoymasın. Buna görə də, hədislərdə hamilə olan qadına sifariş olunur ki, çox Quran oxusun çünki bu ana bətnində olan körpəyə müsbət təsir bağışlayır. Hər halda təsirsiz deyil, lakin oxumağın təsiri qulaq asmaqdan daha çoxdur. Quranın bütün ayələrinə qulaq asmaq yaxşıdır və hamısı Allah kəlamıdır. Hər bir ayə və surənin özünə məxsus təsiri vardır. Daha çox Ayətul-kursi, Yasin surəsi, Ər-rəhman, Mülk və ... qulaq asın. Əlbəttə cümə günləri Cümə və Münafiqun surələri sifariş olunub.

Allahsizə yarolsun.

Sual (14) : Salam. Menim sualim cenab Ayetullah Mekarim Siraziyedir. Qurani-Kerimde 19 reqeminin sirleri hansilardir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ayətullah Məkarim Şirazi və ya digər müctəhidlər adətən fiqhi məsələlərdə nəzər verirlər.
Bu rəqəm Quranda qeyd olunub. Müddəssir surəsi ayə 30. Onun üstündə on doqquz (nəfər, ya dəstə gözətçi) qoyulub.Məqsəd Cəhənnəm gözətçiləridir. Həmçinin Quranın ilk ayəsi olan Bismillah 19 hərfdən təşkil olunub, Quranın 114 surəsi var ki, bu 19-a bölünür (6*19=114) və s..
Amma bu bir sirr ya təsadüf olması şübhəlidir. Diqqət etmək lazımdır ki, bu məsələni daha çox azğın firqə olan Bəhi firqəsi gündəmə gətirir. Çünki Bəhaiyyətdə 19 rəqəmi müqəddəsdir, hətta bəhayilər ili 12 aya yox 19 aya bölürlər.
Allah sizə yar olsun.
Sual (15) : Essalamu eleykum.Bir insan iwleriyle elaqeli ve ya korpe uwaqli olduqu ucun rehmete geden yoldawi ucun davamli Quran oxumaqa vaxt tapmir deyir olar evde diskde sure qoyum oxudum ve axirda hemin sureni ezizlerim ucun hediyye edim.?? Birde xaiw edirem buna cavab verin bezi insanlar ereb dilini bilmediyi ucun deyirler olarmi oz dilimizde(tercumesini) Qurani Kerimi oxuyub olulerimize hediyye edek. Allah sizden razi olsun.
Имя: Allah bendesi, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Disk və ya hər hansı bir vasitə ilə Qurana qulaq asmağın savabı var, lakin insanın Quran oxumağının yerini vermir. Diqqət etmək lazımdır ki, Quran oxumağın savabı ona qulaq asmaqdan daha çoxdur. Bu şəkildə hədiyyə etmək kifayət deyil. Daha yaxşı olar onun əvəzinə əzbər bildiyiniz surələri misal üçün Fatihə və İxlas surələrini gün ərzində dəfələrlə oxuyub savabını hədiyyə edəsiniz. 
Tərcüməni oxumaq insanın Quran maarifindən bəhrələnməyi üçün yaxşıdır, lakin Quranı ərəb dilində oxumağı əvəz etmir. Quran Allahın öz kəlamlarıdır ki, savab və bərəkət baxımından başqa şeylə əvəz olunmur. Amma bilmək lazımdır ki, təkcə Quran oxumağın savabını yox, hər bir əməlin savabını ölünün ruhuna hədiyyə etmək olar, o cümlədən Quran kərimi öz dilimizdə oxumağın. Lakin nəzərə almaq lazımdır ki, tərcüməsini oxumaq o zaman savab olar ki, mənasına diqqət olunsun. Əlbəttə bu işi başqası üçün hər hansı bir məbləğin qarşılığında etmək olmaz.

Allah sizə yar olsun.

Sual (16) : لَوْ أَرَادَ اللَّهُ أَنْ يَتَّخِذَ وَلَدًا لَاصْطَفَىٰ مِمَّا يَخْلُقُ مَا يَشَاءُ ۚ سُبْحَانَهُ ۖ هُوَ اللَّهُ الْوَاحِدُ الْقَهَّارُ burda sukunlu nundan sonra gelen yə herfi tesdidlenir tesdidlenirse onu tesdidli oxumasam duz olar
Bismillahir-rəhmanir-rəhim. Ayədə nun yada idğam olunur yəni nun tam tələffüz olmur və ya hərfinə birləşir. Baxmayaraq ki, idğam olunmas təcvid baxımından oxunuş kamil deyil , amma məna dəyişmir və düzgündür.

Allah sizə yar olsun.

Sual (17) : Salam aleykum.Enam suresi 121 aye Vele kelmesi ile bawlayir,sonra Te sozu gelir,onun ustunde zeni olan elif var,o elif nece oxunur? Allah razi olsun
Əleykumus-salam.
Tə,kulu, Əlifin üzərində həmzədir və həmzə sükunludur.
Təcvid məsələlərini yerli ruhanilərdən praktiki şəkildə öyrənməyiniz məsləhətdir.
Allah sizə yar olsun.
Sual (18) : Salam. Qiraətdə sakin ayn hərfi necə tələffüz olunur? Transkripsiyada necə yazılır?
Имя: , Страна: , Муджтахид: Ayətullah Vəhid

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

”Əyn” samitidir. Bu hərf partlayışlı səslənən boğaz hərflərindəndir. Bəzi sözlərin oxunuşu zamanı bu hərf sanki qalın səslə başlayaraq, incə səslə bitir. Lakin qalın samit deyildir. Yazlı şəkildə bunu çatdırmaq mümkün deyil, yaxşı olar Quran müəlliminə müraciət edəsiz səsli formada təcvid məxrəcini başa salsın. 
Əyn hərfi olan kəlmələri apostrofla yazdıqda tələffüzü bir miqdar oxşayır, misal üçün  (نعبد) Nə' budu. Həqiqətdə (ə) səsidir, lakin səsi ağız yox boğaz fəzasından  çıxır.
Allah sizə yar olsun.
Sual (19) : 1) Fatihe suresinde bismillah niye aye kimi goturulub...

Bismillahir-rəhmanir-rəhim.

Şiə alimləri arasında “Bismillah” cümləsinin “Həmd” və sair surələrin tərkib hissəsi olması barədə heç bir ixtilaf gözə dəymir. “Bismillahın Quran surələrində yazılması bu məsələnin sübutu üçün canlı bir şahiddir. Çünki, bildiyimiz kimi, Quranın mətninə Peyğəmbəri-əkrəmin (s.ə.v.v) dövründən indiyə qədər heç nə artırılmamış və heç nə dəyişilməmişdir.
İmam Sadiqin (ə) dostlarından olan Müaviyət ibni Əmmar deyir: İmamdan soruşdum ki, namaz qılmaq istəyəndə “Həmd” surəsini qurtardıqdan sonra növbəti surəni başlayanda “Bismillahı deyimmi?” Buyurdu: “Bəli.
Sünnü alimlərindən olan Dar Qutni bir hədisdə səhih sənədlər əsasında nəql edir ki, bir nəfər İmam Əlidən (ə) soruşdu: “Səbül-məsani” nə deməkdir?
Həzrət buyurdu: O, “Həmd” surəsidir. Kişi yenə soruşdu: “Həmd surəsi altı ayə deyildirmi?” İmam buyurdu: “Bismillahir-rəhmanir-rəhim” də o ayələrdən biridir.
Bundan əlavə, müsəlmanlar həmişə Quranı tilavət edəndə “Bismillahı hər surənin əvvəlində oxuyurdular. Təvatür əsasında isbat olunmuşdur ki, Peyğəmbər (s.ə.v.v) də onu hər surənin əvvəlində tilavət edirdi.
Bir rəvayətdə nəql olunmuşdur ki, Əmirəl-möminin-dən (ə) soruşdular: “Bismillahir-rəhmanir-rəhim” “Fatihə” surəsinin tərkib hissəsidirmi? Həzrət buyurdu: Bəli, Rəsuli-əkrəm onu qiraət edirdi və onu “Fatihə” surəsinin bir hissəsi sayır və buyururdu ki, “Fatihətul-kitab” “Səb-ül-məsani”dir və yeddi ayədir.
Bismillah surənin tərkib hissəsi olmağına baxmayaraq surəyə tabe deyil, ümumidir. Ondan sonra hər surə oxunarsa ona tabe olar.
Bəzi əhli sünnət alimləri Bismillahı heç bir surənin cüzü və hissəsi bilmirlər. Əlbətdə əhli sünnət alimləri arasında bu barədə çoxlu ixtilaf var.

Allah sizə yar olsun.

Sual (20) : Salam, Nә üçün Quranda dәyişiklik edә bilmәzlәr, vә ya edә bilmәdilәr. Lakin digәr sәmavi kitablarda bu baş verdi. Belә çıxır ki, Allah tәala Qurana nәzarәt edib, lakin o birilәrinә etmәyib?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allah təala Hicr surəsi 9-cu ayədə buyurur: ''Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq. Allah-taala müxtəlif səbəblərlə Quranın təhrif olunmağının qarşısını alır. Qiyamətə kimi Quranın təhrif olmayacağına Allah zəmanət verir. Digər səmavi kitabların təhrifdən qorunmağını Allah-taala öhdəsinə götürməyib. Səbibidə budur ki, Qurandan başqa kitabların müəyyən müddəti var və bu müddət sonrakı kitabın nazil olmağı ilə başa çatır, amma Quran son kitab olduğu üçün qiyamətə kimi təhrifdən qorunmalıdır ki, hidayət kitabı olaraq qalsın.

Allah sizə yar olsun.

Go to TOP