Sual (71) : assalamu aleykum! benim bir nece sualim var, xahis edirem etrafli melumat veresiniz! 1. QURANI KERIMDE vesile ayeleri hansi surelerdedir? 2. insani hansi gunaha gore asirlar ve bu ceza hansi surededir? 3. zinaya gore oldurmek hansi surededir? 4. oqurluqa gore eli kesmek hansi surededir?

Bismillahir-rəhmanir-rəhim.

 Əleykumus-salam.

Quranda bir neçə yerdə Allahdan başqasına təvəssül etməkdən və vəsilə qərar verməkdən söz açır. Maidə surəsi ayə 35-də vəsilə qərar verməyə sifariş edir: Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın və Onun yolunda cihad edin, bəlkə nicat tapdınız.

Bəzi ayələrdə isə təvəssül və vəsiləyə nümunələr göstərilir.

1. Yusifin qardaşlarının ataları Yəquba təvəssülü:

Yusif surəsi ayə 97. (Yəqubun oğlanları) dedilər: «Ey ata, (Allahdan) bizim günahlarımızın bağışlanmasını istə ki, həqiqətən biz səhv etmişik». 

98. Dedi: «Tezliklə sizin üçün öz Rəbbimdən bağışlanmaq istəyərəm (qoyun cümə axşamı olsun və ya Yusufa qovuşmaq günü gəlib çatsın). Şübhəsiz, O, çox bağışlayan və mehribandır».

Hz. Rəsuli Əkrəmə təvəssül: Nisa surəsi ayə 64. Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər.

 2. Quranda Bəqərə surəsi 178 qisas və edam məsələsin Allah-təala gözəl bəyan edir.

 “Ey iman gətirənlər! Qətlə yetirilənlər haqqında sizin üçün qisas (qanunu) müəyyənləşdirildi: Azad müqabilində azad, qul müqabilində qul, qadın müqabilində qadın. Əgər bir şəxsi (din) qardaşı əfv etsə (və ya qisas qanbahası ilə ödəsə) bəyənilmiş bir yol seçməlisiniz. (Qətlə yetirilənin sahibinə diyə) yaxşılıqla ödənməlidir. Bu hökm Allahınız tərəfindən yüngülləşdirmə və mərhəmətdir. Belə ki, bundan sonra təcavüz edən kəs üçün dərdli əzab vardır.”

Ayə 179. Ey ağıl sahibləri! Qisasda sizin üçün həyat var. Bəlkə siz təqva yolunu tutasınız.”

Maidə surəsi ayə 33: Həqiqətən Allahla və Onun peyğəmbəri ilə vuruşan və yer üzündə fitnə-fəsad törətmək istiqamətində çalışan (insanları qorxutmaq, asayişi pozmaq və onların haqlarına təcavüz etmək məqsədi ilə soyuq və ya isti silahla zahir olan) kəslərin cəzası yalnız öldürülmək və ya dar ağacından asılmaq, yaxud əlləri və ayaqlarının (bir əlin dörd barmağı ilə bir ayağın dörd barmağının) çarpazvari kəsilməsi və ya həmin yerdən sürgün olunmaqdır. Bu, onlar üçün dünyada həqirlik və xarlıqdır və onlar üçün axirətdə böyük bir əzab vardır.

 3. Hər zina edən edam olmur ümumiyyətlə zinada edam yoxdur. Əgər ərli arvad evli kişi ilə zina etsə (düxul olsa) və 4 nəfər şahid desə ki gördük bu kişi bu qadına düxul edən halda onda kişi və qadın daş-qalaq olur. Amma evli olmasalar 4 şahid olsa 100 şallaq vurulur.

 Nur surəsi 2. (Ey müsəlmanların adil hakimləri,) zina etmiş qadınla zina etmiş kişinin hər birinə yüz şallaq vurun. (Əlbəttə, bu o şəraitdədir ki, onun həyat yoldaşı olmasın, onlar bir-birləri ilə məhrəm olmasınlar və zina icbari zina və yaxud kafirin müsəlman qadınla zinası qismindən olmasın.)

 Həmçinin baxın Nisa surəsi ayə 15.

 4. Maidə surəsi 38. (Ey İslam hakimləri,) oğru kişi və oğru qadının əlini (baş barmaqlarını çıxmaqla sağ əllərinin dörd barmaqlarını) etdikləri işin müqabilində Allah tərəfindən müəyyənləşdirilmiş bir cəza olaraq kəsin. Allah yenilməz qüdrət və (yaradılış və şəriətdə) hikmət sahibidir.

 Allah sizə yar olsun.

Sual (72) : Salamu-aleykum. Meger isra 107, 109 namazin torpaq ustunde qilinmasinin vacibliyine subut deyil? rusca tercumesinden bele basa dusmek olar. Allah razi olsun!

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Qeyd olunan ayələrdə səcdə etməkdən söhbət gedir amma torpağ üzərinə olub olmaması vurğulanmır.

Allah sizə yar olsun.

Sual (73) : salam aleykum, tovbe suresinin 40 ayesinde -Ali Bulaç Meali: Siz O'na (peygambere) yardım etmezseniz, Allah O'na yardım etmiştir. Hani kâfirler ikiden biri olarak O'nu (Mekke'den) çıkarmışlardı; ikisi mağarada olduklarında arkadaşına şöyle diyordu: Hüzne kapılma, elbette Allah bizimle beraberdir. Böylece Allah O'na 'huzur ve güvenlik duygusunu' indirmişti, O'nu sizin görmediğiniz ordularla desteklemiş, inkâr edenlerin de kelimesini (inkâr çağrılarını) alçaltmıştı. Oysa Allah'ın kelimesi, yüce olandır. Allah üstün ve güçlüdür, hüküm ve hikmet sahibidir. ikinci cumlede kafirlerde biri Peygemberin yaninda olmasina iware edilir ! ama ardinca Peygemberin ses ona narahat olmamasina muracieti var ! eger ebu Bekir kafir olub kafirlerle el bir olubsa, niye o qorxurdu? xaiw edirem bu sual meni cox maraqlandirir !
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əlbətdə Əbu Bəkrin Peyğəmbərlə (s) mağarada bir yerdə olmağı onun üçün heç bir fəzilət deyil. Bəzi mühəqqiqlər başqa şəxsin olmağını hesab edirlər. Ayədə Əbu Bəkrin adı çəkilməyib və bəlkə sahib sözü var ki, yoldaş və həmrah mənasındadır. Hər halda Əbu Bəkrin kafir olub kafirlərlə əlbir olmasını deməyi doğru hesab etmirik. Əbu Bəkrin qorxmağı onun kafir olmağına sübut deyil bəlkə imanının zəif olmasına dəlalət edir və müşrüklərin onu tapıb öldürməyindən qorxurdu.

Allah sizə yar olsun.

Sual (74) : Salam aleykum. Ali imran surəsinin 67 ci ayəsində İbrahim Peyğamberin hənif müsəlman və Allaha şərik qoşmayan olduğunu deyir.) Bu hənif sözünün mənası sünnənin 4 məzhəbindən biri olan hanəfi nəzərdə tutulmur da? Və umumiyyətlə hənif nə deməkdi? İndidən təşəkkürlər
Имя: Allah bəndəsi , Страна: Rusiya, Муджтахид: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

AYƏ 67: مَا كَانَ إِبْرَاهِيمُ يَهُودِيًّا وَلاَ نَصْرَانِيًّا وَلَكِن كَانَ حَنِيفًا مُّسْلِمًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ 
TƏRCÜMƏ:
«İbrahim nə yəhudi idi, nə də xristian, lakin Allaha təslim olan haqpərəst idi. Həmçinin, müşriklərdən (də) deyildi.» 
TƏFSİR:
Haqqa meyletmə mənasına olan «hə-nə-fə» kəlməsi batilə meyl etmə mənasına olan «cə-nə-fə» kəlməsinin antonimidir. Hənif o kəslərə deyilir ki, haqq yolunda olsunlar. Mənası təhrif olunan sözlərdən biri də məhz müşriklərin və bütpərəstlərin özlərinə aid etdikləri «hünəfa» (haqqa meyl edənlər) kəlməsidir. Bu ayədə «müslimən» kəlməsinin «hənifən» kəlməsi ilə yanaşı qeyd edilməsi həm İbrahimi (ə) şirkdən təmizləmək, həm də bu müqəddəs kəlməni paklamaq məqsədi daşıyır.
İmam Sadiq (ə) “hənifən muslimən” təbirinin təfsirində buyurmuşdur: İbrahim zərrəcə bütpərəstliyə yol verməmiş xalis və üstün bir şəxs idi.”
Hənif kəlməsinin Hənəfi məzhəbi ilə əlaqəsi yoxdur.
Allah sizə yar olsun.
Sual (75) : salam aleykum.bilmek isterdim quranda 12 imamlarimiz haqqinda ayeler var?coh saqolun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Heç şübhəsiz, Qurani-məciddə bəyan olunmuş iman, cihad, ixlas, yəqin, gözəl əxlaq, saleh əməl, gündəlik ibadət, gecə ibadəti, sədaqət, vəfa, kərəm, səxavətin kamil nümunəsi Əhli-beytdir (ə). Bu həqiqət şiə və sünni kitablarında təsdiqlənir. Uyğun mənbələrdə təsdiqlənir ki, həzrət Əli (ə) və Əhli-beyt (ə) haqqında ayələr nazil olmuşdur. Şiə və sünni kitablarında bu həqiqətin əks olunması şübhəyə yer qoymur.
Quran Əhli-beyt (ə) vücudunun kökü olan Peyğəmbər (s) haqqında aşkar bəyanatlar verir, onun ayələrində müxtəlif məqamlarda Əhli-beytə (ə) işarə olunur. Çünki Quran ağıl və düşüncə sahiblərinə üz tutur. Batini nur, rəvayətlər və dəqiq düşüncə ilə insan anlayır ki, uyğun ayələrin İslam ümməti arasında yeganə gerçək nümunəsi Əhli-beytdir (ə). Bu ayələrdən bəzilərini Əhli-beytdən (ə) başqa ünvana yozmaq mümkünsüzdür. Əgər həmin ayələrdə ünvan olaraq Əhli-beyt (ə) götürülməsə, onların anlaşılmaz qaldığını qəbul etməliyik. Bu isə Quran üçün nöqsan olardı. Quranda oxuyuruq: “Onların həqiqi təfsirini Allahdan və elmə varanlardan qeyrisi bilməz...”(Ali-İmran 7) İmam Sadiq (ə) buyurur: “Rasixun” təbirinin ünvanı bizik. Ayələri olduğu kimi açıqlayan da bizlərik.”
Allah sizə yar olsun.
Sual (76) : salam-aleykum.1. Qiyamet gunu "ananin ovladdan qacma" meselesi mesumlara da aiddir? 2. "İki çay dolu qızıl-gümüşüm olsa Kəbəyə bir şey bağışlamaram. Çünki bağışlanılan yoxsullara yox, ləyaqətsizlərə çatacaq." h. Eli(e) niye bele deyib? Allah razi olsun.
Имя: keblei, Страна: rusiya, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1. Quranda Əbəsə surəsində buna işarə olunur.

34. O gün insan qaçar öz qardaşından;

35. Anasından və atasından;

36. Zövcəsindən və oğullarından. 

Bəzi hədislərdə bunun nümunələridə qeyd olunur. Soruşulur bu qaçanlar kimlərdir, İmam (ə) buyurur: Qabil Habildən qaçar, Musa anasından, İbrahim onu tərbiyət edən atasından (doğma atasından yox) Lut peyğəmbər öz yoldaşından, Nuh peyğəmbər oğlu Kənandan qaçar. Hz. Musanın (ə) anasından qaçmağının səbəbi budur ki, qorxar ki, birdən anasının ona olan haqqı yerinə yetirməkdə qüsura yol vermiş olar.

Əlbətdə ayə ümumdur və başqa insanlarada şamildir və Qiyamət günü ümumiyyətlə qohumluq əlaqələri aradan gedər, «Möminun» surəsinin 101-ci ayəsində buyurulur: «Sur çalındığı gün, artıq onların arasında heç bir qohumluq əlaqəsi qalmaz və bir-birlərindən kömək istəməzlər». Peyğəmbər (s) buyurur: Qiyamət günü mənim nəsəbimdən (nəslimdənbaşqa bütün nəsəblər qiyamət günü kəsilər.”

Quran ayəsinə əsasən Məhşər günü məsumlar və saleh bəndələr üçün heç bir qəm-qüssə və qorxu yoxdur, 

Yunis surəsi 62. Bilin ki, şübhəsiz, Allahın dostları və yaxınları üçün (axirət aləmində) nə bir qorxu var və (onlar) nə də qəmgin olarlar.

Deyilənlərdən nəticə ala bilərik ki, ayə ümumi surətdə (hədisdə qeyd olanları çıxmaqla) məsumlara şamil olmur.

2. Hz. Əli (ə) səbəbin özü buyurur ki, çünki Kəbəyə bağışlananları ləyaqətsiz nəzarətçilər ələ keçirir.

Allah sizə yar olsun.

Sual (77) : Salam Aleykum.Nisa suresi 34 yazilib ki,"Allah bezilerini diger bezilerinden(qadinlardan)ustun etdiyi..." Yeni kiwiler qadinlardan ustundur?sag olun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Ailə kiçik bir ictimai birlikdən ibarətdir. Buna görə də böyük cəmiyyətdə olduğu kimi, onun da vahid bir rəhbəri, başçısı olmalıdır. Əks halda qadınla kişinin müştərək şəkildə öhdələrinə aldığı himayəçilik heç bir məfhuma malik olmaz. Deməli, onlardan biri ailənin rəisi, digəri isə onun nəzarəti altında olan müavini olmalıdır. Bu ayədə aşkar şəkildə buyurulur ki, ailə başçısı kişi olmalıdır: «Kişilər qadınların başçısı və gözətçisidir.»
Əlbəttə, bu təbirdən məqsəd zülm, istibdad, haqsızlıq və zorakılıq deyil, məşvərət və məsuliyyətləri nəzərə almaqla münəzzəm, vahid bir rəhbərliyin zəruri bir iş olmasını çatdırmaqdır.
İki hissədən ibarət olan sonrakı cümlənin əvvəlində buyurulur: İctimai sistem nəzərindən bu başçılıq Allah-təalanın bəzilərinə nisbətən digərləri üçün qərar verdiyi üstünlük xatirinədir.
Cümlənin ikinci hissəsində buyurulur: Həmçinin bu başçılıq kişilərin qadınlara və ailəyə qarşı ödəməli olduqları maddi infaqlarla əlaqədər verdikləri öhdəliklərə görədir.
Sonra əlavə edilir ki, qadınlar ailədə öhdələrinə aldıqları vəzifələrə görə iki dəstəyə bölünür: Birinci dəstə əməlisaleh qadınlardır. Onlar həyat yoldaşlarına qarşı itaətçi, təvazökardır, ərləri yanlarında olmadıqda onların sirlərini və Allahın onlar üçün qərar verdikləri hüquqları qoruyub hifz edirlər. Yəni istər maddi, istər namus baxımından, istərsə də ərləri onların yanında olmadığı surətdə onların sirr və şəxsiyyətlərinin qorunması nəzərindən xəyanətə yol vermir, öz məsuliyyət və vəzifələrini layiqincə yerinə yetirirlər.
İkinci dəstə isə öz vəzifələrini yerinə yetirməkdən imtina edən və itaətsizlik ruhiyyəsinə malik olan qadınlardır. Kişilərin belə qadınlar qarşısında müəyyən vəzifələri vardır ki, mərhələ-mərhələ icra olunmalıdır. İlk mərhələdə buyurulur: Tüğyan və inadkarlıq edəcəyindən qorxduğunuz qadınlara öyüd-nəsihət edin.
İkinci mərhələdə buyurulur: Sizin nəsihətlərinizin faydası olmadıqda yataq yerlərinizi onlardan ayırın.
Üçüncü mərhələdə isə buyurulur ki, qadının öz məsuliyyət və vəzifələri qarşısındakı inadkarlığı həddini keçərsə, öyüd-nəsihət, yataq yerinin ayrı salınaraq etinasızlıq göstərilməsi onlarda heç bir təsir qoymazsa və şiddətli reaksiya göstərməkdən başqa heç bir çıxış yolu olmazsa, onları fiziki cəhətdən tənbeh edib cəzalandırın.
Aydındır ki, bu mərhələlərdən hər biri təsirli olarsa və qadın öz vəzifəsini yerinə yetirməyə başlayarsa, kişinin bəhanə gətirərək ona əziyyət verməyə haqqı yoxdur. Buna görə də bu cümlənin ardınca buyurulur: Əgər sizə itaət etsələr, onlara zülm etmək üçün bir bəhanə axtarmayın.
Ayənin axırında kişilərə bir daha xəbərdarlıq edilir ki, ailə başçılığı mövqeyinizdən sui-istifadə etməyin və bütün qüdrətlərin fövqündə dayanan Allahın qüdrəti barəsində fikirləşin, çünki Allah yüksək məqamlı və böyükdür.

Allah sizə yar olsun.

Sual (78) : assalamy aleykum! sizin coxunuz heyvan ve ondan da asaqi seviyyeye eneceksiniz! bu aye hansi surededi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Quranda iki yerdə bu məsəl gəlib:

Əl-Əraf surəsi ayə 179. Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər.

Əl-Furqan / 44. Yoxsa onların çoxunun (sənin dediklərini) eşitdiyini və ya düşündüyünü güman edirsən? (Xeyr,) onlar yalnız heyvanlar kimidirlər, hətta daha azğındırlar. (Çünki heyvanlar yaradılışın hədəf və məqsədi istiqamətindəki yollarını instinktlə düzgün gedirlər, bunlar isə yox!)

Allah sizə yar olsun.

Sual (79) : Bismillah. Salam. 1. Allah-Taala buyurur: Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni (Quranı) təbliğ et. Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə edilən elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan. Allah səni insanlardan qoruyacaq. Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz! Sual: Ayənin sonundakı “Həqiqətən, Allah kafir camaatı düz yola yönəltməz!” sözündən məqsəd kimlərdir, yəni Qədir-Xumda İmamımız Əlinin (ə.) sevməyən “müsəlmanlar” ilə əlaqədardır? 2. Bildiyimizə görə Əhzab surəsi 33-cü ayənin əvvəlində Hz.Peyğəmbərin (s.) xanımlarına aid hökmlər bəyan edilir. Ayənin sonunda Beş məsum şəxsdən danışılır. Eşitmişik ki, Əllamə Təbatəbainin (r.) fikrinə görə 3-cü xəlifə özü bilərəkdən belə edib. Yəni Şiənin etiqadı olan həmin məsum şəxslərlərlə bağlı ayəni Osman Quranı tərtib edərkən gətirib Hz.Peyğəmbərin (s.) xanımları ilə bağlı ayənin sonuda əlavə edib ki, məsum şəxslərin Hz.Peyğəmbərin (s.) xanımları olduğu bilinsin. Bu, doğrudanda Əllamənin fikridirmi və əgər belədirsə o böyük alim hansı dəlil gətirirdi? 3. Fəth surəsində 1 və 2-ci ayələrində buyrulur: (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik! Allah (bununla) sənin əvvəlki və sonrakı günahlarını bağışlayacaq, sənə olan nemətini tamam-kamal edəcək və səni düz yola müvəffəq edəcəkdir! Ayədə danışılan “günah”dan məqsəd nədir?

Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1. Bəli, kafirlərdən məqsəd Allahın hökmünü inkar edən münafiqlərdir çünki o zaman artıq  kafir və müşrüklərdən qorxu qalmamışdır.
2. Əllamə Təbətəbai bəzi ayələrin mövzu ilə uyğun olmamağından ələ gətirir ki, ayələrin və  surələrin tərtibi səhabələrin ictihadi ilə cəm olub çünki, bəzən Mədinədə nazil olan surələr Məkkədə nazil olanlardan qabağda qərar verilib. Təthir ayəsidə ayrıca nazil olub və ayənin əvvəli ilə əlaqəli deyil çünki, əhli-beyt kəlməsi Peyğəmbərin xanımlarına şamil olmur amma belə qərar tapması ya Peyğəmbərin (s) razılığı ilə olub və ya sonradan  səhabələrin ictihadı ilə. Ayə barədə nəql olan 70 hədisdədə qeyd olunmur ki,Təthir ayəsi tamamı ilə birlikdə nazil olub və bəzi hədislərdə ayənin ayrılıqda nazıl olması vurğulanıb hətta əhli-beyt kəlməsinin Peyğəmbərin (s) xanımlarına şamil olmasını deyənlərdə ayənin bütövlükdə nazil olmasını yazmayıblar.  Əl-Mizan təfsirinin tərcüməsi c. 16, səh 465-466.
3. Peyğəmbərin (s) müşürklərin nəzərində olan günahları qəsd olunur. Ayədə qeyd olunan  zənb (günah) və məğfirət el arasında olan günah (Allahın əmrindən çıxmaq) və məğfirət (ilahi  əzabın götürülməsi) mənada deyil bəlkə lüğəti mənada zənb yəni pis nəticələnən və təsiri olan, məğfirət isə üstünü örtmək mənadadır. Peyğəmbərin (s) bütləri sındırması  və müşriklərlə mübarizəsi müşriklərin intiqam alacağı ilə nəticələnirdi amma Məkkənin fəthi ilə bu təsirin üstünü Allah örtdü.
Allah sizə yar olsun.

Sual (80) : Salam.Wiye mezhebine gore sige ayesi Quranda hansi sure ve necenci ayedir ? Ve birde aciqlamasi nedir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

“Qadınlarla mütə (siğə) əqdi bərqərar etdikdə, onların mehriyyəsini verin!” (Nisa surəsi ayə 24) Quran müfəssirlərinin əksəriyyətinin nəzərinə əsasən, söylənilən ayə müvəqqəti nikahdan bəhs edir.

Uyğun мövzuda daha artıq мəluмat əldə etмək üçün aşağıdakı мənbəyə  мüraciət edin. 

Kitabın adı: Müvəqqəti nikah (elmi araşdırma) Müəllif: Zülfüqar Mikayil   

http://kitab.nur-az.com/az/lib/view/246

Allah sizə yar olsun.

Go to TOP