Sual (1) : Salam. Kәnd hәyәtindә adәtәn it saxlanılır. Әgәr hәyәtdәki toyuqlar itin qabağına qoyulan qabdakı sudan içsәlәr vә sonra isә hәyәtdә olan dәstәmaz aldığımız qabdakı suya dimdik vururb içsәlәr, hәmin suyun höknü nәdir? Biz yenә dә o sudan dәstamaz ala bilәrikmi?
Имя: Abdullah, Страна: Azәrbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər buna yəqinliyiniz olsa və həmçinin dəstəmaz almaq üçün hazırlanan qabın içindəki su, az su olsa, bu halda su da murdar olar və murdar su ilə alınan dəstəmaz düzgün deyildir.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (2) : Salam atam eve qeyri qanunu isiq cekib bununla hamamida qizdiririq qusul aliram desdemaz aliram bu halda menim qusulum desdemazim batildi? Birde men isle bagli sefer edirem ele vaxd olurki 1ayda 1 2 defe sefer edirem elede olurki 3 4 defe bilinmir. Sefere cixirama ele vaxd olurki zohur azani verilende seferde oluram ele olurki vetende her hefdenin 5ci gunu 1 2 defe sefer edirem ona gora orucum namazim nece olmalidi
Имя: Rehman, Страна: Aze, Муджтахид: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim 
1. Sizin qüsl və dəstəmazınız düzdür.
2. Əgər şəri məsafə qədərində səfər etmək peşəsi olan adamlar (sürücü, gəmiçi və pilot) kimi deyilsinizsə və hər ay 7 gün ya daha da az səfərdə olursunuzsa, namazınız səfərdə qəsrdir (yarımçıqdır), orucunuz da düzgün deyil. Yəni, şəri zöhr vaxtı öz vətəninizdə (yaşayış yerinizdə) olmasanız, qəzasını tutmaq vacibdir. Əgər səfər zöhrdən sonra başlasa oruc pozulmur.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (3) : Salam. Atam evimizə qeyri qanuni su çəkib. Mən orda yaşamağa məcburam.Həmin su ilə dəstamaz və qüsl alır, həmçinin yemək və içməyə istifadə edirəm. İşlətdiyim suyun miqdarının pulunu da bir sıra müşküllərə görə su idarəsinə vermək mümükün deyil. Sualım budur: Həmin miqdar pulu fəqirə sədəqə verə bilərəmmi?
Имя: Abdulla, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qeyri-qanuni yolla çəkilmiş sudan istifadə etmək icazəli deyil. Sualda qeyd olunanlara əsasən, istifadə etdiyiniz miqdara zaminsiniz və onun pulunu həmin idarəyə ödəməlisiniz. Pulu idarəyə birbaşa verməyiniz lazım deyil, onun bank hesabına da köçürə bilərsiniz.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (4) : Essalamu eleyku.Men 6ildi aileliyem ovladim olmur indi mualice aliram ve hekim mualice muddetinde bir gunden bir yoldawimla goruwmeyi deyib.Bele olan halda her defe subh namazina qusul ede bilmirem hava soyuq olduqundan hamamimiz soyuqdu deye hemde men tez tez qrip oluram hetta tam xeste olmasamda burnum tutulur bir iki gun eziyyet verir,birde onurqamda yirtiq olduqu ucun tez tez cimende belimde aqri ve bowalma ola biler.Hemcinin ehtiyat edirem ki,tez tez cimsem bel bowalar ve uwaqa qalmaqa nese mane olar. Men indi subh namazini teyemmumle qiliram ve gunorta caliwiram qusul edem oda bezen ola bilirki evde olmayam ve namaz vaxti cixana kimi qusul ede bilmeyem vacib veya adi bir weyden olarmiki ele teyemmumle namaz qilam. Birde men hekimden bir gunden bir cimmeyimi sorucsam ve mene uwaqa qalmaq ucun tez tez cimmemeyi tovsiye etse onda vezifem ne olar?Xaiw edirem etrafli bawa salin meni.Allah taala sizden dunya axiret razi olsun bu gozel weraiti yaratdiqiniz ucun.
Имя: Allah bendesi, Страна: Azerbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər qüsl etməyə imkanı olmasa və yaxud qüsl etməyin ciddi bir ziyanı olsa, vəzifəsi təyəmmüm etməkdir.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (5) : Salam Aleykum insanda vəzi gəlsə qüsulu pozmur Aydindi bəs vəzinin bir hissəsi paltara dəysə o paltarla namaz qılmaq düzgündürmü?
Имя: subhan, Страна: Salam Aleykum, Муджтахид: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Sperma xaric olduqdan sonra gələn "vəzi" adlanan və bəzən sidikdən sonra gəlib "vədi" adlanan su əgər sidik, yaxud sperma ona qatışmayıbsa pakdır.  Pak olduğu surətdə də onunla namaz qılmağın eybi yoxdur.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (6) : Salam aleykum. Xalamgil qaz sayagacin ele eliyiblerki az yazir yeni ogurluq eliyirler. Hemin qazla qizdirilmis su ile destemaz, qusl almaq olar?
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sualda qeyd olunanlara əsasən, bu yolla qızdırılmış su ilə dəstəmaz və qüsl almağın iradı yoxdur. 
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (7) : Salam aleykum .sunh namazindan gabag boynuna gusul gelen kes uzurlu olarax gusul allamirsa subh namazini teyemum edib gilsa ve soraki namazlarindada gusul alamasa xesteliyden alageder onda o kes zohur ve esir namazini gilmag ucun yenede teyemummu alasidi yoxsa teki destamaz mi alasidi bir haldaki zohur namazini gilmag ucun gusul alamir sa
Имя: elvar, Страна: gurcustan , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Cənabətli şəxs cənabət qüslü əvəzinə səhih şəkildə təyəmmüm etdikdən sonra onda hədəsi-əsğər (yəni, dəstəmazı batil edən işlər) baş versə, təyəmmümü icazəli edən şəri üzr aradan qalxmayana qədər, vacib ehtiyata əsasən, təharətin şərt olduğu əməllər üçün qüsl əvəzinə təyəmmüm etməli və dəstəmaz da almalıdır.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (8) : SALAM MƏNDƏ PROSTATI XƏSTƏDİ TƏHARƏTİM POZULUR PALTARIDA NAPAK EDİR.İNDİ SUAL EDİRƏM SƏHƏRLƏR SÜBH NAMAZINDA AVTOBUSDA OLURAM SONRADA GÜN ÇIXIR NAPAK HALLA NECƏ QƏZA OLMAMIŞ AVTOBUSDA DA OLSA NAMAZ QILIM ?
Имя: Kian, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Əgər sidiyin xaric olmasına əminsinizsə, bu halda əgər namaz vaxtının əvvəlindən sonuna qədər olan müddət ərzində dəstəmaz alıb namaz qıla biləcək miqdarda fürsət tapacağınıza yəqinliyiniz varsa, namazı fürsət tapdığınız vaxtda qılmalısız. Əgər dəstəmaz alıb namaz qıla biləcək miqdarda fürsət tapmayacaqsızsa, hətta dəstəmazınız namaz əsnasında pozulsa belə, hər namaz üçün bir dəstəmaz almaq kifayət edər. Namaz qılarkən içində pambıq və ya başqa bir şey olub sidiyin başqa yerlərə toxunmasının qarşısını alan bir kisə ilə özünüzü qoruyun. Vacib ehtiyata əsasən, hər bir namazdan əvvəl nəcis olmuş sidik çıxacağını yuyun. Hər bir surətdə, əgər nəcasət bədənin və yaxud paltarın digər yerlərinə sirayət etsə, əgər namaz qılma halını qorumaqla nəcisi təmizləmək mümkün olmasa və namazın vaxtı da geniş olsa, namazı kəsməli və pak bədən və paltarla namazı yenidən qılmalısınız. Əgər paltar və bədəni yumaq və ya paltarı dəyişdirmək heç cür mümkün olmazsa və övrəti örtəcək pak bir örtüyünüz olmasa və həmçinin çılpaq şəxslər kimi namaz qılmaq imkanınız olmasa, elə həmin paltarla namaz qılın. Bu namazı qılmaq kifayətdir və qəzası sizə vacib deyil.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (9) : Salam aleykum.boynuna cenebat kusulu gelen shexs teyemum alib subh namazini gilsa ve junorta namazina tan gusul ala bilmese junorta namazina teki destamazmi almalidi yoxsa yeniden teyemum edib sora destamazmi almalidi
Имя: elvar, Страна: gurcustan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Əgər həmin şəxsin zöhr namazının axır vaxtına qədər qüsl etmək imkanı olsa və bir üzrü olmasa, namaz üçün qüsl etməlidir, təyəmmüm etməsi düzgün deyil.
http://sual.nur-az.com/az/44/Q%C3%BCsl-d%C9%99stamaz-t%C9%99y%C9%99mm%C3%BCm/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (10) : Salam aleykum.Sualıma görə üzr istəyirəm.Mən təharət məsələlərində belə bir çətinliklə rastlaşıram.Beləki, bizdə ayaqyolunun içərisi münasib formada düzəldilmədiyi üçün tez tez paklanma zamanı yerə dəyib qalxan kiçik su damcıları ayağıma düşür mən də çox tez tez corabı yumağa və dəyişməyə məcbur oluram,corabı çıxarıb girəndə də soyuq olur.Bildiyimə görə, Xamenei ağaya görə, qəlil su ilə nəcis bir şeyi yuyarkən kənara sıçrayan su sıçradığı şeyi nəcis edir. Belə olan halda,mən çox əziyətə düşürəm,vaxtım gedir. Nə etməliyəm? Burda bir çıxış yolu varmı?
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İstinca (sidik və nəcisin məxrəcini paklamaq üçün işlədilən su) suyunun əgər üç əlaməti dəyişməsə və mövcud olan nəcasətin zərrələri onda olmasa və nəcasət məxrəcin ətrafını normal miqdardan daha artıq bulaşdırmasa, belə ki, ona istinca suyu deyilsə və kənar bir nəcasət də onda olmasa, pakdır. Əgər bu mövzuda vasvasısınızsa, bundan çəkinməli və adi (normal) insanlar kimi rəftar etməlisiniz.

Go to TOP