Sual (1) :
Zəhmət olmasa, biz həcdə olmayanlar üçün öz aramızda qurban kəsməyin hansı hökmləri var? hansı heyvanları kəsə bilərik? qurbanda şərik ola bilərikmi? bir ailə üçün qurban kəsmək olarmı
Имя: , Страна: , Муджтахид: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim
1. İmkanı olan şəxs üçün müstəhəb qurban kəsməsi təkid olunmuş müstəhəb əməldir. Qurbanlıq heyvanın pulunu ödəməyə imkanı olub, lakin onu tapa bilməyən şəxsə həmin məbləği sədəqə verməsi müstəhəbdir. Əgər qiymətlər fərqli olsa, ən ucuzunun qiymətini sədəqə verməsi kifayət edər.
2. İnsanın özünün və ailəsinin adından bir heyvanı qurban kəsməsi icazəlidir. Həmçinin qurbanı, xüsusilə qurbanlıq heyvanı tapmaq çətin və qiyməti baha olarsa, şərikli kəsmək icazəlidir.
3. Qurban kəsmək üçün ən yaxşı vaxt, “Qurban bayramı” günü Günəş çıxdıqdan və bayram namazı qılındıqdan sonradır. Onun vaxtı Minada dörd gün, oradan başqa yerlər üçün isə üç gün davam edir. Ehtiyata əsasən, daha yaxşı olar ki, qurban Minada üç gün ərzində və başqa ölkələrdə isə “Qurban bayramı” günü kəsilsin.
4. Qurbanlıq üç heyvandan biri olmalıdır; dəvə, inək və xırda buynuzlu heyvan. Ehtiyata əsasən, dəvə beş yaşdan, inək və keçi iki yaşdan və qoyun isə yeddi aydan kiçik olarsa, onları qurban kəsmək icazəli deyildir.
5. Vacib qurbanda şərt olan xüsusiyyətlər, müstəhəb qurban üçün şərt deyil. Belə ki, tək gözlü, axsaq, qulağı kəsilmiş, buynuzu sınmış və arıq heyvanı qurban kəsmək caizdir. Lakin daha yaxşı olar ki, heyvanın əzaları sağlam və özü də kök olsun. İnsanın özünün bəslədiyi heyvanı qurban kəsməsi məkruhdur.
6. Qurbanı kəsən şəxsə, kəsdiyi heyvanın üçdə birini özü, yaxud ailəsinin yeməsi üçün ayırması, digər üçdə birini isə müsəlmanlardan istədiyi şəxsə verməsi caizdir. Ehtiyata əsaən, daha yaxşı olar ki, sonuncu üçdə birini fəqir müsəlmanlara sədəqə versin.
7. Qurbanlıq heyvanın dərisini sədəqə vermək müstəhəbdir. Onu qəssaba muzd olaraq vermək məkruhdur. Həmin dərinin üzərində namaz qılmaq və onu ev əşyası kimi almaq icazəlidir.
8. Müstəhəb qurban əqiqəni əvəz edir. Təzə doğulan uşaq üçün əqiqənin əvəzinə müstəhəb qurban kəsmək kifayətdir.
http://sual.nur-az.com/az/186/M%C3%BCnasib%C9%99tl%C9%99r/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (2) :
Zilhiccə ayının münasibət və əməlləri
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Zilhəccə ayı ibadət üçün çox fəzilətli aylardan biri hesab olunur. Bu ayın ilk 10 günlüyü Qurani-Kərimdə "əyyamin məlumat" (məlum günlər) adlanır. Həzrət Peyğəmbərdən (s) rəvayət olunmuşdur ki, "Allah yanında xeyir əməl və ibadət heç bir ayda bu on gündə olduğu qədər sevimli deyil".
Zilhəccə ayının əməlləri və hadisələri:
1. Oruc tutmaq
2. Hər gecə məğrib və işa namazları arasında iki rəkət namaz qılmaq və hər rəkətdə "həmd" və "İxlas"dn sonra bu ayəni (“Əraf” surəsinin 142-ci ayəsi) oxumaq:
وَ واعَدنا مُوسي ثَلاثينَ لَيلَةً وَ اَتمَمناها بِعَشرٍ فَتَمَّ ميقاتُ رَبِّهِ اَربَعينَ لَيلَةً وَ قالَ مُوسي لأَخيهِ هارونَ اخلُفني في قَومي وَ اَصلِح وَ لا تَتَّبِع سَبيلَ المُفسدِين"
3. İlk gündən “Ərəfə” gününün əsrinə qədər “sübh” namazından sonra və “məğrib” namazından əvvəl imam Sadiqdən (ə) nəql edilən “Əllahummə hazihil-əyyamulləti fəzzəltəha ələl-əyyam” cümləsi ilə başlayan duanı oxumaq da tövsiyə edilir. Duanın bütöv mətni “Məfatihul-cinan” kitabının “Zilhhiccə ayının əməlləri” bölümündə verilmişdir.
4. Həzrət Fatimeyi-Zəhranın (s) namazını qılmaq: Bu namaz iki dənə iki rəkətli namazdır və hər rəkətdə “Həmd” surəsindən sonra 50 dəfə “İxlas” surəsini oxuyursan və salamdan sonra həzrət Fatimeyi-Zəhranın (s.) təsbihatını deyirsən. Namaz qurtarıb dua etdikdən sonra belə deyirsən:
سُبْحانَ ذِى الْعِزِّ الشّامِخِ الْمُنيفِ، سُبْحانَ ذِى الْجَلالِ الْباذِخِ الْعَظيمِ، سُبْحانَ ذِى الْمُلكِ الْفاخِرِ الْقَديمِ، سُبْحانَ مَنْ يَرى اَثَرَ الَّنمْلَةِ فِى الصَّفا، سُبْحانَ مَنْ يَرى وَقْعَ الطَّيْرِ فِى الْهَوآءِ، سُبْحانَ مَنْ هُوَ هَكَذا وَلا هُكَذا غَيْرُهُ .
“Subhanə zil izziş-şamixil munif. Subhanə zil cəlalil bazixil əzim. Subhanə zil mulkil faxiril qədim. Subhanə mən yəra əsərən-nəmləti fis-səfa. Subhanə mən yəra vəq’ət-təyri fil-həva. Subhanə mən huvə hakəza və la hakəza ğəyruh.”
5. Zalimlərdən qorxuda olanlar bu ayda bu duanı oxusunlar: "Həsbi həsbi həsbi min suali elmukə bihali".
6. Zilhəccə ayının 8-ci günü Tərviyə adlanır. “Tərviyə” lüğətdə səfər üçün su götürmək, şəriətdə isə hacıların həccə hazırlaşması mənasını daşıyır. Həmin günü oruc tutmağın savabı çoxdur və hədislərə görə altmış ilin kəffarəsinə bərabərdir.
7. Bu ayın 9-cu gecəsi "Münacat gecəsi" adlanır. Bu gecədə tövbələr qəbul olar. Bu gecədə İmam Hüseynin (ə) ziyarəti savabdır.
8. Bu ayın 9-cu günü Ərəfə günüdür və İmam Hüseynin (ə) Ərəfə duasını oxumaq çox savabdır. Özünü Ramazan ayında bağışlatdıra bilməyənlər bu gün bağışlanacaqlarına ümidvardırlar.
9. Bu ayın 10-cu günühacılar Minada qurban kəsirlər və bu gün Qurban bayramı günü adlanır. Bu günün özünün xüsusi namaz və digər əməlləri vardır.
10. Zilhəccə ayının ən mühüm günlərindən biri də Qədir-Xum günüdür ki, Peyğəmbər (s) Həcdən qayıdarkən bu adla adlanan çöldə İmam Əlini (ə) öz yerində canişin olaraq Allahın əmri ilə seçdi.
11. Bu ayın 24-də Peyğəmbər (s) öz əhl-beyti ilə nəcran xristianlarına qarşı mübahələ etməyə çıxdı. Bu haqda "mübahilə" ayəsi nazil oldu.
Qeyd edək ki, bu münasibətlərin hər birinin öz xüsusi əməlləri vardır və onu dua kitablarından, o cümlədən "Məfatehul-cinan" kitabından oxumaq olar.

Sual (3) :
Qədir-Xum bayramı gününün əməlləri
Имя: Nur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Имя: Nur, Страна: Azərbaycan, Муджтахид: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qədir-Xum gününün müstəhəb əməllərindən bəziləri aşağıdakı kimidir:
1. Oruc tutmaq:Â
İmam Əli (ə) buyurur:Â “Əgər Allah-taalanın xalis bəndələrindən bir nəfər bu günü xalis niyyətlə oruc tutsa, bu bir gün savab və fəzilətdə dünyanın bütün günlərinə bərabər olacaqdır”.Â
Yəni əgər insan bir dünya ömür yaşaya və ömrünün bütün günlərini oruc tutmuş olsa, Qədir-Xum gününün orucunun savab və fəzilətinə çata bilməz.
Yenədə o həzrət buyurur:Â “Qədir-Xum” gününü oruc tutmaq, Allah-taala yanında hər ildə qəbul olunmuş yüz həcc və yüz ömrəyə bərabərdir”.Â
2. İftar vermək:Â
Möminlərin ağası İmam Əli (ə) buyurur:Â “Hər kəs Qədir-Xum bayramında oruc tutan bir möminə iftar verərsə, on “Fəam”a yemək və iftar verimiş şəxs kimidir”.
Məclisdə hazır olanlardan bir nəfəri soruşdu: Ey möminlərin ağası “Fəam” nədir? Həzrət (ə) o şəxsin cavabında buyurdu:Â
“(Fəam yəni) yüz min Peyğəmbər, siddiq və şəhid”. (Az fasilədən) Sonra sözünə belə davam etdi: “Belə isə necə olacaqdır o şəxsin fəzilət və savabı ki, möminlərdən bir qurupunun iftarını öz öhdəsinə götürsün”.Â
3. Qardaşlıq:Â
Vilayət günəşinin doğduğu gün yəni Qədir-Xum bayramı, qardaşlıq günüdür və qardaşlıq günü vilayət günüdür. Vilayət və qardaşlıq bir-birinə ayrılmaz tellərlə bağlıdırlar və onları bir-birinə düyünləyən halqa “iman”dır. Çünki bir tərəfdən imanın şərti vilayətdir və iman vilayətlə kamilləşir və başqa bir tərəfdən isə iman əhli bir-birilə qardaşdırlar:
"Həqiqətən, möminlər (dində) qardaşdırlar”.
Bax elə buna əsasəndəÂ qardaşlıq peymanı bağlamaq Qədir-Xum bayramının gözəl əməllərindən biri sayılır.Â
Bu qardaşlıq əhd-peymanı aşağıdakı şəkildə bağlanır:
İki nəfərdən biri özünün sağ əlini ikinci şəxsin sağ əlinin üzərinə qoyaraq deyir:
“Mən səninlə Allah yolunda qardaş oluram və uca yardanın hüzurunda səninlə səmimiyyətli və saf olmağı qarşıma məqsəd qoyuram. Allah yolunda səninlə əl tutub və Allah-taala, mələklər, müqəddəs kitablar, peyğəmbərlər və məsum imamların (ə) hüzurunda səninlə əhd-peyman bağlayıram ki, əgər qiyamət günü Allahın rəhməti mənə şamil olub, cənnət və şəfaət əhlindən olsam və cənnətə daxil olmaq icazəsi alsam, oraya daxil olmayacam, məgər sən də minimlə birlikdə olasan”.
Sonra isə ikinci şəxs deyir: “qəbul etdim və səni şəfaət, dua və ziyarətdən başqa (ki, bu üç şeydə məni unutmamalısan), yerdə qalan bütün qardaşlır hüquqlarından səni azad edirəm”.
4. Təbərra: (yəni Allahın düşmənlərind ən uzaqlaşıb, dostları ilə dostluq etmək).
İmam Sadiq (ə) buyurdu:Â “Qədir-Xum bayramı günü əhli-beytə zülm edənlərdən uzaqlaşın və (onlardan bezar olduğunuzu aşkar edin). ”
5. Təzə və pak libas geyinmək:
İmam Sadiq (ə) buyurdu: “Möminlərə lazımdır ki, Qədir-Xum bayramında özlərinin ən təmiz, yaraşıqlı və qiymətli libaslarını geysinlər”.
6. Təbrik demək:
Təbrik demək və insanlarla üzləşdikdə onlarla xoş duyğularını və sevinci bölüşdürmək, hər bir bayramın ən gözəl xüsusiyyətlərindəndir.Â
Peyğəmbər (s) Qədir-Xum bayramında müsəlmanları bir-birinə təbrik deməyə təkidlə tövsiyə etdi və sevinclə möminlərə deyirdi: “Mənə təbrik deyin! Mənə təbrik deyin!”Â
İmam Sadiq (ə) möminlərə Qədir-Xum bayramında bu sözləri deməyi tövsiyə etmişdir: “Bir-birinizlə üz-üzə gəldiyiniz zaman bu duanı deyin: “Həmd və səna o Allah üçündür ki, bizləri bu günün vasitəsilə girami və əziz edib, bizi möminlərdən və imamət və vilayət sahıbləri, ədalət və haqqı yaşadanların haqqında aldığı əhd-peymana sadiq qalıb, vəfa edənlərin sırasında qərar verib və bizi qiyamət gününü inkar və təkzib edənlərdən qərar vermədi”.Â
İmam Rza (ə) buyurdu: “ (Qədir-Xum bayramında) bir- birinizlə üzləşdikdə deyin: Həmd və səna o Allah üçündür ki, bizi Əmirəlmöminin Əli ibni Əbi-Talibin (ə) vilayətinə iman gətirən və vilayət (məktəbinin) davamçılarından qərar verdi” .
7. Təbəssüm:
İmam Rza (ə) buyurdu: “Qədir-Xum günü möminlərin üzünə təbəssümlə baxmaq (gülərüzlü olmaq) günüdür. Hər kəs Qədir-Xum günü mömin qardaşlarının üzünə təbəssüm etsə, Allah-Taala qiyamət günü o şəxsə rəhmət nəzəri ilə baxacaq, onun min arzusunu həyata keçirəcək və min istəyini qəbul edəcək və onun üçün (cənnətdə) bir qəsr tikəcək və üzünü nurani və gözəl edəcəkdir”.
8. Xoş həyat:
Yaxşıdır ki, möminlər Qədir-Xum günü gündəlik həyat tərzini dəyişib ailə və dostlarına daha çox vaxt ayırsınlar və gündəlik problemlərini unudub xoş əhval-ruhiyyədə olsunlar və çalışsınlar ki, problem və qayğılarını sevinc, şadlıq və səxavətlə əvəz etsinlər. Bu gün gərək imkanlı möminlər həyatın başqa problemlərini unudub daha çox pul xərcləsinlər ki, bütüb möminlər bu bayramın ürəyaçan xoş iyini və dadını duyub, dada bilsinlər. Vilayət və İmamət bayramının xoş ətrini və insanlara bağışladığı xoş əhval ruhiyyənin hamı üçün gerçəkləşməsi üçün birinci növbədə səxavətli olmaq lazımdır ki, kasıb möminlər bu əziz və girami bayramı sıxıntılar içində keçirtməsinlər. Buna görədə imkanlı möminlərə lazımdır ki, həm öz ailələri və həm də digər möminlərə geniş mali imkanlar yaratsınlar ki, bu iş üçün Allah-Taalanın dərgahında ən yüksək mükafata layiq görüləcəklər.
İmam Rza (ə) buyurdu: “Qədir-Xum günü bir gündür ki, Allah-Taala bu gün ona ibadət edib, mömin qardaşlarına və öz ailəsinə maddi imkanlar yaradıb və bu günü qayğısız və şən keçirməyləri üçün kömək edən şəxsin mal-dövlətini çoxaldacaqdır”.Â
9. Bayram etmək:
İmam Rza (ə) Qədir-Xum bayramında öz yaxınlarının və ətrafındakıların əhval-ruhiyyəsini dəyişirdi və onlarda təzə, şən və əsl bayram əhvalı yaradırdı.Â
10. Allaha müsəlmanlara bəxş etdiyi vilayət nemətinin müqabilində şükr etmək:
Həzrət Peyğəmbər (s) buyurdu: “Sünnətlərimdən biri də budur ki, möminlər Qədir-Xum günü yüz dəfə bu duanı oxusunlar: Həmd və səna o Allah üçündür ki, Əli ibn Əbi Talibin (ə) vılayəti və imaməti ilə dinini kamil və nemətini tamam etdi”.
Imam Əli (ə) buyurur: Qədir-xum günü Allah-Taalanın sizə nəsib etdiyi “Vilayət”neməti üçün ona şükürlər edin.
11. “Sileyi-rəhm”(qohum-qardaşı ziyarət etmək):
Qohum-qardaş və dost-aşnanın görüşünə və ziyarətinə getmək Qədir-Xum gününün gözəl və mənəvi əməllərindən biridir. Bu sünnət camaatı daha şən və təravətli və bu bayramı onların ürəyində və yadında xoş duyğularla həmişəlik olaraq həkk edir. Elə buna görədə İslam dini bu gözəl sünnətə bayram və bayramdan başqa günlərdə də əməl olunmasına təkid edir.Â
İmam Rza (ə) buyurur: “Hər kəs, Qədir-Xum günü bir möminin ziyarət və görüşünə gedərsə Allah-Taala onun qəbrinə yetmiş nur daxil edər və qəbrini onun üçün geniş və böyük edər, hər gün yetmiç min mələk onun qəbrinin ziyarətinə gələr və onu cənnət müjdəsi ilə muştuluqlayacaqlar” .
12. Ziyarət:
Qədir-Xum günün əməllərindən biri də möminlərin ağası Əli ibn Əbi Talibi (ə) ziyarət etməkdən ibarətdir. O Həzrətin (ə) ziyarəti iki cür mümkündür:
1). O Həzrətin (ə) pak və müqəddəs hərəmində: İmam Rza (ə) Əhməd ibn Əbi Bəsr Bəzəntiyə buyurdu: “Ey Əbi Nəsrin oğlu, harada olursan ol, Qədir-Xum günü Möminlərin ağası Əli ibn Əbi Talibin (ə) müqəddəs qəbrinin kənarında hazır ol! Həqiqətən Allah-Taala bu gün mömin kişi və qadınların altımış illik günahlarını bağışlayır və mübarək Ramazan ayının Qədir gecələrindəÂ və Fitr bayramında (cəhənnəm əzabından) azad etdiyinin iki bərabərini azad edir”.
2). Ümumi ziyarətlər:
Bu barədə iki ünvanda ziyarətnamə mövcuddur:Â
*- Əminəllah ziyarətnaməsi.
*- İmam Sadiq (ə) rəvayət olunmuş ziyarətnamə.
13. Təmizlik işləri görmək və ev, həyət və küçəni bəzəyib, yaraşığa salmaq və bir sözlə bu müqəddəs bayram üçün hər tərəfli hazırlaşmaq:Â
İmam Sadiq (ə) buyurur:Â “Qədir-Xum” günü şadlıq, sevinc və xoşhallıq günüdür”.Â
Imam Rza (ə) buyurur:Â “Qədir günü zinət və bəzənmək günüdür. Hər kəs Qədir-Xum günü üçün zinətlənsə Allah-taala onun bütün böyük və kiçik günahlarını bağışlayacaq və gələn il Qədir-Xum bayramına qədər onun yaxşılıqlarını yazıb, dərəcələrini yüksəltmək üçün mələklər göndərəcəkdir”.Â
14. Təşəkkür:
İmam Əli (ə) buyurur: “Qədir-Xum günü Allah-Taalanın sizə bağışladığı vilayət nemətinin müqabilində (uca olan Tanrıya) şükür edin”.Â
15. Sədəqə vermək:
İmam Əli (ə) buyurur: “Qədir-Xum günü sədəqə verilən bir dirhəmin fəziləti başqa günlərdə sədəqə verilən iki yüz min dirhəmin fəzilətinə bərabərdir”.Â
16. Peyğəmbər (s) və əhli-beytə (ə) salam və salavat göndərmək:
İmam Sadiq (ə) buyurur: “Qədir-Xum günü Məhəmməd və əhli-beytinə (ə) coç salam və salavat göndərin”.Â
Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd
17.Qonaqlıq:Â
İmam Sadiq (ə) buyurur: “Qədir-Xum bayramında dini qardaşlarınızı ziyafət süfrəsinə dəvət edin”.Â
İmam Rza (ə) bu əməlin fəziləti haqqında buyurur: “Hər kəs Qədir-xum günü bir nəfər möminə yemək versə o kəs kimidir ki, bütün peyğəmbərlər və siddiqlərə yemək vermişdir”.Â
18. İbadət:
 İmam Rza (ə) buyurdu: “Allah-Taala Qədir-Xum günü ibadət edənlərin mal-dövlətin çoxaldacaqdır”.Â
19.Ətir vurmaq:
Məsum İmamlar (ə) möminlərə Qədir-Xum bayramında ətir vurmağı sifariş ediblər.Â
20. Saleh əməl etmək:Â
Rəvayətlərə əsasən Qədir-Xum günü yaxşı və saleh işlər etmək həştad ilin ibadətinə bərabər və altımış ilin günahının kəffarəsidir.
21.Qüsl vermək:
Qədir gününün yaxşı əməllərindən biri də günün əvvəlində qusl verməkdir. Şiə alimləri bu günün qüslünün savab olmağına şəhadət vermiş və bu işi təkidli müstəhəb əməl hesab etmişlər.Â
22. Möminlərin xahiş və istəyini həyata keçirmək:
İmam Sadiq (ə) buyurur:“Qədir bayramında mömin qardaşlarınızın arzu və istəklərinə əməl edin”.Â
23. Kömək etmək:Â
Qədir günü imkansızlara kömək etmək o qədər əhəmmyyətlidir ki, islam dinində borc istəməyin bəyənilmiş bir iş olmadığı halda, məsum imamlar (ə) qədir-xum günü başqalarına kömək etmək üçün borc almağa belə tövsiyə ediblər. İmam Əli (ə) buyurur: “Hər kəs mömin qardaşına (qədir-xum) günü kəmək etmək üçün borc alarsa, mən Allah-Taala tərəfindən zəmanət verirəm ki, sağlığında o borcu qaytarsın və əgər ömrü vəfa etməsə və dünyasın dəyişsə, o borc Allah-Taala tərəfindən onun öhdəsindən götürüləcəkdir”.Â
24. Əfv və güzəşt etmək:
Qədir-Xum gününün müstəhəb sayılan əməllərdən biri də dini qardaşlarımızın səhv və günahlarına göz yummaq və onlarla səmimi və dostcasına əlaqə yaratmaqdır.Â
25. Gülərüzlü olmaq:
İmam Əli (ə) buyurur: “Bir-birinizlə gülər üzlə rəftar edin”.Â
26. Müsavat və bərabərlik:
Əli (ə) buyurur: “Özünüz və zəiflər arasında bərabərlik yaradın”.Â
27. Əl görüşmək:
İmam Əli (ə) buyurur: “Qədir-Xum günü bir-birinizlə üz-üzə gəldiyiniz zaman bir-birinizlə əl tutub salam verin”.Â
28. Mehribançılıq:Â
Imam Əli (ə) buyurur: İnsanların qədir günü bir-birləriylə mehriban, ülfətli və nəvazişlə rəftar etmələri, Allah-Taalanın rəhmət və ülfətinin onlara şamil olmasına səbəb olacaqdır.Â
29. NamazÂ
Qədir bayramının iki namazı vardır. Biri bayram axşamı qılınır və digəri isə bayram günü zöhrdən yarım saat qabaq qılınır.
Bayram axşamı qılınan namaz 12 rəkətdir. Hər iki rəkətdən sonra təşəhüd vardır və on ikinci rəkətin axırında təşəhüd və salam oxumalıdır. Hər rəkətdə həmd surəsindən sonra, ixlas surəsini yeddi dəfə oxunmalı və on ikinci rəkətdə həmd və ixlas surələrinin hər ikisini yeddi dəfə oxumalıdır. Bu namazın qunutunda dua oxudauqdan sonra öz hacətlərini Allah-Taaladan istəyirsən.Â
Qədir gününün namazı:
Qədir-Xum günü zöhrdən yarım saat qabaq iki rəkət müstəhəb namaz qılınır. Hər rəkətdə həmd və ixlas surəsindən sonra Qədr surəsi və Ayətul-kursi on dəfə oxunur.Â
Qədir məscidinin namazı:Â
Imam Sadiq (ə) buyurur: “Qədir-Xum məscidində namaz qılmaq savabdır” .Â
30. Dua:
Qədir-xum bayramında dua oxumaq məsum imamlardan (ə) öz davamçılarına təkidlə sifariş olunmuşdur. Bu günə aid olan duaları oxumaq üçün Şeyx Əbbas Quminin “Məfatihul-cinan” kitabına müraciət edə bilərsiniz. Həmçinin bu dualardan bəziləri “Biharul ənvar” kimi hədis kitablarında qeyd olunmuşdur.(Biharul ənvar-cild:59, səh-318).Â
31.Yaxşılıq və ehsan:
Bir-birinizə yaxşılıq edin ki, yaxşılığınızın sayəsində Allah-Taala sizin aranızda ülfət və mehribançılığı əbədi edəcəkdir. Qədir-Xum günü yaxşılıq etmək ömrün və sərvətin artmasına səbəb olacaqdır.Â
Imam Sadiq (ə) buyurur: “Qədir günü dini qardaşlarınıza yaxşılıq edin” .
32. Hədiyyə vermək:
Imam Əli (ə) buyurur: “Allah-Taalanın sizlərə bəxş etdiyi nemətlərdən sizdə qohum-qardaşlarınıza hədiyyə edin”.
Başqa bir hədisdə buyurur: “Allahın nemətlərini bir-birinizə hədiyyə edin, necə ki, Allah-taala sizə bağışlayıbdır”.
Imam Rza (ə) buyurur: “Bu gün (Qədir-Xum) dini qardaşlarınıza hədiyyə verin!”.
Rəvayətlərdə var ki, İmam Rza (ə) Qədir-Xum bayramında bəzi səhabələrinin ailəsinə yemək, buğda, təzə libas, üzük və ayaqqabı göndərədi.
33.Toplanış və yığıncaq:
İmam Əli (ə) buyurur: “Qədir-Xum günü bir yerə toplaşın ki, Allah-taala sizin işlərinizin nizama salınmasında və problemlərinizin həll olunmasında sizə yardımçı olsun”.