Sual (1) : salam alaykume .bir insan var namaza teze gelib. namaza gelmemiwden qabaq cox pis heyatl olub .heyvanl isdehlerin esiri olub .indi deyir birden ele olur ki cox gozel duwuncelerim olur ama birden de sanki ozumu derk ede bilmirem ele bil ki deliyem duwune bilmirem.bu insan hemwe normal duwunceye sahib olmaq ucun neyesin?Allah razl olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İnsanda olan mənfi fikir və xüsusiyyətlər tədricən yarandığı kimi tədricəndə aradan gedir. Təbii ki, bir ömür nəfsinin əsiri olan kəs bir anda tam dəyişə bilməz, çünki artıq nəfs güclənib ağıl və iradə isə zəifləyib. Lakin tədricən nəfsini cilovlamalı və ağlına tabe etməlidir ki, nəfs tuğyan etməsin. Nəfsdən şikayətlənən ruhiyyə, ruhani mənbələrə diqqət, mənəvi ziyanlardan narahatlıq özü qəlbin diriliyi və fikrin ayıqlığıdır. Qəflət halətinin əksi olan nəfsi danlamaq batinin islahında çox təsirlidir. İnsanın daxilindən nəfsi və xaricdən şeytan onu pis əxlaqlara doğru sövq edir. İnsan dəyişmək istədikdə sanki bu iki qüvvə ilə müharibəyə başlayır. 

İbadət, dua, gecənamazı və Allaha təvəkkül, insanın ruh, iman və iradəsinin güclənməsində dərin təsiri vardır. Allaha təvəkkül edən insan heç vaxt alçalma və zəiflik hissi keçirmir. Əksinə Allahın sonsuz qüdrət, elm və mərhəmətinə dayaqlanaraq öznü qalib görür və hətta müvəqqəti məğlubiyyət onu naümid etmir.

Ruhumuzu Allah-Taalanın zikri, iman və təqva ilə gücləndirməli, ağıl və fikrimizi hikmət, ilahi mərifət ilə doydurmalıyıq ki, pislər, pis fikirlər bizim ağıl və ruhumuza sahib çıxmasınlar. Ariflər nəfslə mübarizədə və ümumiyyətlə hər çətinliyə düşəndə səcdəyə gedib yunisiyyə zikrini davamlı deməyi tövsiyə edirlər: “La ilahə illa əntə subhanəkə, inni kuntu minəz-zalimin.”
«لا اله الا انت سبحانک انی کنت من الظالمین»
(Səndən başqa bir məbud yoxdur. Sən paksan, mənsə zalımlardan oldum).
Allah sizə yar olsun.

Sual (2) : 1)Salam olsun sizlere..sualim beledirki menim birden aglima ele pis fikirler gelirki oda ozumden asli olmada olur..cox vaxt namaz qilanda olur...ozde dine qarsi pis fikirler gelir...bu meseleye gore cox narahatciliq kecirirem...sebebi ne ola biler?ozum fikirlesirem tapammiram...

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Pis fikirlər şeytanın vəsvəsəsidir. Adətən pis fikirlər bekarçılıqdan irəli gəlir. Çalışın boş vaxtlarınızı mütaliə, kitab oxumaq, dini moizələrə qulaq asmaq, zikr deməklə doldurun. 

Həyatınızda proqram üzrə hərəkət etməyə səy edin, belə ki, səkkiz saat işə və dərsə, səkkiz saat istirahət və yatmağa, səkkiz saat ibadət, dua və mütəal Allahla raz-niyaza sərf edin. Heç vaxt bekar qalmayın, hətta faydasız iş tənbəllikdən və işsizlikdən yaxşıdır.

Namaz əsnasında yad fikirlərin zehnə gəlməməsəindən ötrü namazdan əvvəl zehni dolaşıq fkirlərdən təmizləmək lazımdır. Yəni insan gün ərzində hər bir addımına diqqət etməli, yalınız Allahın razılığını nəzərə almalıdır. Belə olan halda insan namazda diqqətli ola, ibadətdən ruh ala bilər. Habelə pis fikirlərin zehndən getməsi üçün Allaha təvəssül, səmimi qəlbdən onların yox olması üçün dua etmək lazımdır.
Allah sizə yar olsun.

Sual (3) : Salam alaykume .insan oz nefsini qlnAmaq ucun oz bedeni yadlrsa yada ozunu doyse bunun nefise bir adiyadl varml .bezen insan nefisine cox qezeblidi ozun doyur .insan ozunu doyende nefis onda zeyifleyirmi? Cox saqolun .

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.
Nəfsi cəzalandırmaq və ya tərbiyə etməyin yolu bu deyil ki, insan öz cisminə zərər yetirsin, çünki nəfs fiziki amil deyil. Allahın bizə verdiyi fiziki cism bir əmanətdir və onunla düzgün rəftar etməliyik. Nəfsi cəzalandırmaq onun istəkləri ilə müxalifət etməkdir. İmam Əli (ə) buyurmuşdur:“Nəfsinə arxa çevirirək (yəni onun istəklərini, təkliflərini rədd edərək) yaxınlaş” Çünki nəfsə, onun istəklərini qəbul edərək yaxınlaşmaq insanı, eləcə də nəfsi həlak edər. Nəfslə onun tələblərini rədd edərək rəftar etmək isə ilk növbədə onun (nəfsin) xeyrinə olub islah olunmasına xidmət edir. İmam Əli (ə) daha bir kəlamında buyurmuşdur:“Nəfsimi təqva ilə tərbiyə edirəm ki, ən qorxulu günə (Qiyamət gününə) xətircam halda gəlsin”. Əmirəl-möminin (ə) buyurur:  “Nəfsi əsarət altına almaq və onun adətlərini sındırmaq üçün aclıq çox yaxşı bir köməkdir.” Ariflər nəfslə mübarizədə və ümumiyyətlə hər çətinliyə düşəndə səcdəyə gedib yunisiyyə zikrini davamlı deməyi tövsiyə edirlər: “La ilahə illa əntə subhanəkə, inni kuntu minəz-zalimin.”
«لا اله الا انت سبحانک انی کنت من الظالمین»
(Səndən başqa bir məbud yoxdur. Sən paksan, mənsə zalımlardan oldum).
Allah sizə yar olsun.

Sual (4) : Salam.Mənə şeytan lənətullah əziyyət verir.Nə edim? Çoxdandır əziyyət çəkorəm,axır vaxtlar şiddətlənib.Xahiş edirəm kömək edin...
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şeytanın şərrindən Allaha pənah aparın. Əlbəttə, diqqət etmək lazımdır ki, Şeytan yalnız insana vəsvəsə edir və bundan artıq onun qüdrəti şatmır ki, insanı hansısa bir işə məcbur etsin. İnsanın iradəsi zəif olduqda şeytanın vəsvəsələrinin qarşısında tez məğlub olur. Çalışın bu məsələni özünüzə təlqin etməyin və imanınızı gücləndirməklə şeytanın vəsvəsələrini özünüzdən uzaqlaşdırın.

Allah sizə yar olsun.

Sual (5) : Bismillah. Salamun aleykum. Men Xanim Zehranin ziyaretnamesini (tam) ve Ehd duasindan bezi hisseleri (subh vaxti ehd baglamaq hissesini) erebce bir kagiza yazib yasil parca ile qoluma (bileyime) baglamisam. ki her defe gorende niye yaraldigim ve vezifemin ne oldugunu xatirlayim. bunun bir iskali varmi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Xeyr, bu niyyətlə heç eybi yoxdur, əksinə çox yaxşıdır ki, insan qəflətdən oyansın. Çünki tamam bədbəxliyin kökü qəflətdir.
Alimlərdən biri demişdir: “Qəlbin qəfləti çoxaldıqda, mələyin insana etdiyi ilhamlar da azalar.” Baba Tahir deyib: “Qəflət məhrum olmaq deməkdir.”
Qəflət-dən çıxmaq üçünsə zehndə növbəti suallar yaranmalıdır: Sənin yaradanın yoxdurmu? Qiyamət olmayacaqmı? Sorğu-sual yoxdurmu? Beləcə, Quran və peyğəmbər zehnlərdə müəyyən suallar doğururlar: “Elə güman edirsiniz ki, sizi əbəs yerə yaratmışıq və Bizim hüzurumuza qayıtmaya-caqsınız?” Möminun 115. Özünə bu qəbul suallar verməyənlər tamamilə Allah, peyğəmbər və axirətdən qəflətdə-dirlər.
Allah sizə yar olsun.
Sual (6) : Salam aleykum.Mende həsəd var,kimsəni özümdən yüksək görə bilmirem,esasen menevi meselelerde,mes,qonwu deyib ki,hech qeza namazi yoxdur,men narahat olmuwam.Chunki,menim qezam choxdur.Men ne edim ki,hesed aparmayim.Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Ruhi və əxlaqi xəstəliklərdən biri də insanın həsədçiliyidir. Bu xəstəliyin müalicəsi olduqca zəruridir. Həsəd o qədər təhlükəli şeytani xasiyyətdir ki, Allah-taala öz Peyğəmbərinə (s) buyurur: “Ey mənim rəsulum! De ki, pənah aparıram Allaha... həsədçinin şərindən...”
İnsan Allah-taalanın bir şəxsə verdiyi nemətə müxtəlif cür münasibət göstərə bilər:
1. Arzu edər ki, Allah həmin neməti o şəxsdən alsın. Eyni zamanda özü həmin şəxsi o nemətdən məhrum etməyə çalışar. Bu çox pis bir haldır və həmin ruhiyyəyə həsəd deyilir. Bu çirkin xasiyyət səbəbindən insan özünü yaddan çıxarıb başqalarını məhv etməyə çalışır.
2. İnsan arzu edir ki, Allah həmin fərdə verdiyi nemətdən ona da versin. Belə bir hal “ğibtə” adlanır. Qibtə bəyənilmiş bir haldır. Çünki insan qibtə sayəsində fəallaşır. Qibtənin heç bir ictimai zərəri yoxdur. İmam Sadiq (ə) buyurur: “Mömin insan həsəd aparmır, amma qibtə edir. Münafiq isə qibtə etmir, həsəd aparır.”
3. İnsan arzu edir ki, Allahın başqalarına verdiyi nemətdən yalnız onda olsun və Allah başqalarına verdiyini geri alsın. Belə bir şəxs Allahın ona ehsanından imtina edir. Uyğun hal paxıllıq sayılır. Paxıl insan yalnız özü üçün istəyir və başqalarının məhrumluğundan ləzzət alır. Həsəd və paxıllığın ziddi isar sifətidir. İsar əhli başqalarının nemətə çatmasından şadlanır, hamının nemət və asayiş içində olmasını istəyir, hətta öz ixtiyarında olanları başqalarına verməkdən ləzzət alır.
Belə bir ağır ruhi xəstəlikdən yaxa qurtarmaq üçün insan hər şeydən əvvəl bunun səbəblərini araşdırmalı və onlarla mübarizə aparmalıdır.
Әxlaq alimləri həsədə səbəb olan yeddi əsas amilə işarə etmişlər:
 1. Xəbislik;
Bir çoxlarında həsədin yaranması xəbislik və paxıllıq hissindən doğur. Heç bir əlaqə və düşmənçiliyin olmasına baxmayaraq, onlar camaatın narahatçılıqlarına sevinər, uğur və müvəffəqiyyətlərinə isə narahat olarlar. Bu səbəbdən də onlar kimsənin öz hədəf və məqsədinə çatmasını arzu etməzlər.
 2. Düşmənçilik;
Həsədə səbəb olan amillərdən biri də ədavət və düşmənçilikdir. Belə ki, həsəd aparan şəxs düşməninin çətinliklə qarşılaşdığını gördükdə sevinir, onun uğur və müvəffəqiyyət qazandığını gördükdə isə kədərlənir və daxili sarsıntı keçirməyə başlayır.
 3. Məqam və var-dövlət sevgisi;
Həsədə səbəb olan amillərdən biri də insanın təqribən dəyişilməz həyat tərzi keçirməsindən irəli gəlir. O, qarşısında rəqib gördükdə dərhal ona qarşı həsəd aparmağa başlayır. Məsələn, ən gözəl «sənətkar» adını almış və ya hamıdan daha çox var-dövlət sahibi olan bir şəxs başqa birisinin ondan daha çox şöhrət tapmasını və ya daha çox var-dövlət sahibi olduğunu eşitdikdə onlara qarşı həsəd aparmağa başlayır və tez bir zamanda uğursuzluğa düçar olmalarını arzu edir.
 4. Rəqabət;
Bu hiss adətən yüksək məqam və dərəcəyə nail olmaq istəyən şəxslərdə özünü büruzə verir. Yalnız bir nəfər birinci yerə (və ya ən yüksək məqama) çatdığı üçün başqaları onun yerini tutmaq istədikləri üçün daim ona həsəd apararlar.
 5. Təkəbbür;
Bəzi həsəd aparan şəxslər təkəbbürlü olduqları üçün başqalarının müvəffəqiyyət və inkişafını görmək istəməzlər. Çünki təkəbbürlü şəxs öz qarşısında hamının kiçilməsini istədiyi üçün, onları özündən aciz görmək istəyir. Belə ki, başqalarının yüksəlməsi onların qarşılarında kiçilmələrinə bir dəfəlik son qoymuş olur.
 6. Xudpəsəndlik;
Bəzi xudpəsənd insanlar özlərini başqalarından üstün tutduqları üçün başqalarının müvəffəqiyyətinə həsəd apararlar. Xudpəsəndlik təkəbbürdən bir qədər fərqlidir. Belə ki, təkəbbürlü şəxslər özlərinin başqalarından üstün olmağını istəyərlər. Bu dəstəyə aid olanlar isə nə başqalarının onlardan üstün olmalarını istəyər və nə də özləri buna can atarlar.
 7. Təəccüb.
Bəzi həsəd aparan şəxslər başqalarına hər hansı bir nemət nəsib olduqda, onların əldə etdikləri şeylərə layiq olmadıqlarını görüb buna təəccüb edər və onların əldə etdiklərindən məhrum olmalarını istəyərlər.

Allah sizə yar olsun.

Sual (7) : Bismillahir-Rehmanir-Rehim. Salam aleykum. meni narahat eden bir sual vardi. men nece ildiki namaz qiliram amma icimde bir sixinti var ve meni narahat eden meseller var. men dilde imandan danisiram emeldede emel edirem. calisdigim qeder gunahdan uzaqlasmaga meyl edirem. amma men qelben nese hiss ede bilmirem. hemise yox bezen ele olurki ruhum doub sanki hecne qebul etmek istemir. mene meslehet verin nece edim ne edim? siz menden tecrubelisiz ne etmeliyem? 2ci sualim ise Tovbe namazi haqdadi. men her gun namazlarda tovbe edirem bunun ucun yuyunmagim sertmi? qusulmu almaliyam hemise? cavabi e mailede gondersez sevinerem. Allah razi olsun sizlerden.
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əlbəttə, belə hallar hamıda olur, insanın ruhuda cismi kimi həmişə eyni halda olmur, bəzən şad və şən olur ki belə halda insan hər iş üçün hazır olur, bəzən isə ruhu kədərli və halsız olur. Hz. Əli (ə) da buna işarə edərək buyurur: Ruhunuz yorğun və kədərli olduqda vacibatla kifayətlənin və müstəhəbləri tərk edin, əks halda ibadətdən bezikə bilərsiz. Əgər bu hal cox olursa, Allahı həmişə yad edin ki, bu ruhun qüvvətlənməsinə səbəb olar. İmam Səccad (ə) dua edərək demişdir: “İlahi! Səni yad etmək ləzzətindən başqa hər bir ləzzətdən tövbə edirəm!” Allah-taala buyurur: “Məni yad edin, Mən də sizi yad edim.”
2) Xeyr, hər dəfə tövbə etdikdə qüsl almaq lazım deyil, insan qəlbən etdigi günahlardan peşman olursa və birdə təkrar etməməyi qəsd edirsə bu tövbədir. Amma tövbə namazı qılındıqda bu niyyətlə qüsl alınır.
Allah sizə yar olsun.
Sual (8) : Salam alaykume . Namazda yuxlamaq Wetyat emeldi ?.namaza bawlaylrsan adama widetli yuxxu gelirm bunun qarwsln nece almaq olar?Allah razl olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şəriətdə bəyənilməyən hər bir iş şeytan əməli hesab olunur. Amma bu məsələnin məlum səbəbləri ola bilər ki, insan bu səbəbləri tapmalı və aradan qaldırmalıdır. Misal üçün gün ərzində kifayət qədər yatmayan, yorğun halda olan, tox qarına və yeməkdən dərhal sonra namaz qılan şəxs mümkündür namazda yuxulasın və ya ayrı səbəblər ola bilər ki, özünüz daha yaxşı bilə bilərsiz. Çalışın bu səbəbləri aradan qaldırın və bir sıra məsələlərə diqqət edin. Dəstəmazı soyuq su ilə alın və fasilə vermədən namaza başlayın. Namazı isti yerdə qılmayın. Ən əsası budur ki, özünüzdə namaza qarşı şövq və həvəs yaradın. Bunun üçün namazda kimin qarşısında durduğunuz və kiminlə danışdığınız barədə namazdan öncə düşünün. Hər halda bu problemin həlli çətin deyil, siz çalışsaz Allah da kömək edər.

Allah sizə yar olsun.

Sual (9) : salam aleykum.Men neyi nece edeceyimi bilmirem,men chox and icmishem,zeruret olmadan danishmamaq,namazi azandan hemen sonra qilmaq,her danisdigim cumleden sonra 3 salavat demek,sufreden ac qalxmaq,Allahdan qeyrisi haqda dushunmemek ve s..men bunlari bacarmiram,stress kecirirem,edirem,amma sonra birden sanki nefsimin cilovun buraxiram.Ele indi de esebiyem,sizce men neyi ve harada sehv edirem?nece bir pragram qurmaliyam?Allah razi olsun
Имя: , Страна: , Муджтахид: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Nəfsdən şikayətlənən ruhiyyə, ruhani mənbələrə diqqət, mənəvi ziyanlardan narahatlıq özü qəlbin diriliyi və fikrin ayıqlığıdır. Qəflət halətinin əksi olan nəfsi danlamaq batinin islahında çox təsirlidir.
Şərafətli bir hədisə görə, uzun illər ibadətlə məşğul olmuş bir şəxs var idi. Bu şəxs o zamanın adət-ənənəsi ilə qurban kəsdi və bu qurban qəbul olmadı. O, öz nəfsinə üz tutub dedi: «Başıma nə gəldisə, səndən gəldi. Günahkar deyildim, sən etdin.» Xitab oldu ki, bu şəxsin öz nəfsini danlması illərlə etdiyi ibadətdən daha yaxşıdır.
Siz hazırkı imanınız ilə həmin ləyaqətli halətə sahib olmalı, savabın əldə verilməsindən narahatlıq keçirməlisiniz. Buna görə də ötən zərərlərin aradan qaldırılması məqamına gəlin və Allaha şükr edin ki, sizə belə bir işıqlı vicdan vermişdir. Şükr edə-edə, şadlıq və eşqlə öz proqramlarınızın icrasına başlayın. Allahdan mərhəmət və yardım diləyin. İnşəallah, halınız yaxşılaşacaq, qəlbinizin nuraniliyi, batininizin saflığı artacaq.
Hər bir bəndə öz nəfsani halətlərini nəzarət altında saxlamalıdır. Hədisdə var: «Qəlb də dəmir kimi paslanır və Quran oxumaqla, ölümü yada salmaqla təmizlənir.» («Əlmühəccətül-beyza» 2-ci cild).
Əgər bacarsanız, öz nəfsinizi cərimə edin. Allahın itaət və razılığı yolunda onu təzyiq altında saxlayın. Bu işlərdən əlavə, malınızdan infaq edin, çox namaz qılın, Quran oxuyun. Bəzi böyük şəxsiyyətlərin haqqında deyilib ki, namazı əvvəl vaxtdan gecikdirəndə özünü ədəbləndirmək üçün bir qul azad edərdi.
Əbu-həmzə Somalinin dualarından bu seçilmiş cümlələri oxuyun və işinizdə eyb varsa, onu düzəldin.
«Ey mənim Allahım! Hər zaman ki, öz batinimi islah edib, tövbəkarlara yaxın olmaq istədimsə, qarşıya bir çətinlik çıxdı və məndən sabit qədəmliyi aldı. Sənin xidmətində olmaqdan kənar düşdüm. Mənim ağam! Bəlkə məni öz dərgahından qovub, o dərgahda xidmət etməkdən məhrum etmisən? Bəlkə, Sənin haqqında səhlənkarlıq etdiyimi görüb, məni uzaqlaşdırdın? Bəlkə, Səndən üz döndərdiyimi gördün və mənə qəzəbləndin? Bəlkə, məni yalançılar sırasında gördün və başlı-başına buraxdın? Bəlkə, Sənin bəxşişlərinə minnətdar olmadığımı gördün və məni nəsibsiz qoydun? Bəlkə, məni alimlərlə həmsöhbət, yaxın görməyib xar etdin? Bəlkə, məni qəflətdə olanlarla görüb, rəhmətindən naümid etdin? Bəlkə, məni batil əməl sahibləri ilə görüb, onlara tapşırdın? («Məfatihul-cinan»).
Yuxarıda müvəffəqiyyətsizlik amilləri sadalandı və mənə elə gəlir ki, onlar kifayət qədər oyadıcıdır. Ümid edirəm ki, siz bu amillərdən heç birinin tə᾽siri altına düşməyəcəksiniz. Allaha ümid bağlamaqla, proqramları əvvəlki kimi icra edin. İrəliləyin, addımlayın! Böyük xoşbəxtliklər və ali dərəcələr sizin intizarınızdadır!
Ağamız Mehdi (ə.c) həzrətlərinin ətəyindən yapışın və onun zühuru üçün dua edin.
Allah sizləri və bizi Məhəmməd və ali Məhəmməd ehtiramına dünya və axirətdə sabitqədəm etsin! Amin.
Sual (10) : Salama Alaykume. 1duzdurmu insan meneaviyatcen koklu deyiwe bilmir ? 2 bu nece olur bir insan meselen tekeburuyun slndrmaq isdeyir tekeburluy uhsyan eyleyir .bilirsiz neye benzeyir arl peteyine hecne elemesen sakit durur ama ki biraz islah olmaq isdeyirsen icerden ele bil ki seni nese yeyir ne tohfsuye ederdiz?Allah razl olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1-Bəzi əxlaq alimlərinin nəzərinə görə əxlaqın kökündən dəyişmək qabiliyyəti var. Əxlaqi xüsusiyyətlərin kökləri var ki, əgər onlar dəyişərsə, əxlaqda kökündən dəyişər. Buna vəhşi heyvanların təlim nəticəsində dəyişib ev heyvanına çevirilməsini misal vururlar. Əgər insanın mənəviyyatı və əxlaqı dəyişilməsə Quranda olan göstərişlər mənasəz olardı.
2-İnsanın daxilindən nəfsi və xaricdən şeytan onu pis əxlaqlara doğru sövq edir. İnsan dəyişmək istədikdə sanki bu iki qüvvə ilə müharibəyə başlayır. Təkəbbür bundan ibarətdir ki, insan öz məqamını başqalarının məqamından üstün bilə və özünü üstün bildiyi üçün xoşhallıq və rahatlıq hissi duya.  Bəzən bu xislətdən irəli gələn əməl ya hərəkətə deyilir, misal üçün oturmağı, yol yeriməyi və danışmağı göstərir ki, özünü ətrafındakılardan üstün bilir, bu əməl və hərəkətlərədə təkəbbür deyilir ki, əsas kökü insanın daxilində olan xislətidir. 

Təkəbbürün əlacının praktiki yollarından biri budur ki, insan Allahın və Onun məxluqatının qarşısında təvazökarlıq edə və həmçinin əməli surətdə özünü başqalarından üstün hesab etməyə.

“Nəhcül-bəlağə”də Əmirəl-mömininin (ə) buyurur: “Allah-taala şirki təmizləmək üçün imanı, təkəbbürü təmizləmək üçün namazı və ruzi səbəbi olması üçün zəkatı vacib etdi.

Allahsizə yarolsun.

Go to TOP