Sual (21) : Salam .Cox xaiw edirem mene toy gecesi haqqinda deqiq melumat veresizi.Esasende yenge haqqinda

Əleykumus-salam.

Sualınızın izahlı cavabını bilmək üçün saytın kitabxanasına müraciət edib qeyd olunan kitabdan oxuya bilərsiz.

İslamda ailə 1 ci cild 10 cu fəsil ZİFAF ƏNƏNƏLƏRİ 

http://kitab.nur-az.com/az/lib/view/218

Allah sizə yar olsun.

Sual (22) : Qadini sige etmeye razi salmaq ucun kishinin yalan danishmasi, ve oz heyat yoldashini hemin qadina alcatmasi cirkin emeldir. Lakin men bele emel sahibi olan muselmana Islamin munasibetini, hedislerde ve alimlerin nezerinde munasibetini bilmek isteyirem. Bir muselmani bele alcaq emellerden nece saxlamaq olar?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Müvəqqəti izdivac həvəsbazlıq və şəhvətpərəstlik deyil. Əksinə onun aydın fəlsəfəsi var. O cümlədən: müxtəlif səbəblərdən daimi evlənmək imkanı olmayan, habelə misal üçün həyat yoldaşları xəstə olduğuna görə adi yolla cinsi ehtiyaclarını ödəyə bilməyən kişilər bu yolla öz cinsi ehtiyaclarını ödəyə bilərlər. Bundan sui-istifadə edirsə həqiqətdə özünü alçaldır, insan özünü tərbiyə etməsə ya istəməs onu islah etməkdə mümkün deyil. Əlbətdə qadın da gərək ərinin tam cinsi ehtiyaclarını ödəsin və ərinin ətr vurmaqla, kosmetikadan istifadə edərək, təmiz və cəlb edici paltarlar geyiməklə diqqətini özünə cəlb etsin.

Allah sizə yar olsun.

Sual (23) : Salam-aleykum. 1.Eve girerken (ve ya mescid olsun) iceride hec kim olmasa da salam vermeyin esasi var? 2.Eger ozunu muselman sayan kes milli mensubiyyetine gore muselman bir millete nifret edirse, bu is onun dinine ne derecede xelel getirir ve ona iqtida etmek olarmi? Allah razi olsun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Nur surəsi ayə 61 ...Evlərə daxil olan zaman özünüzə (qohum və dindaşlarınıza) salam – Allah tərəfindən olan bərəkətli və pak bir salam verin. Allah, ayələri (hökmləri) sizin üçün bu cür açıqlayır ki, bəlkə düşünəsiniz.

Hədis: Hər biriniz evə daxil olanda salam verin çünki salam evə bərək gətirər və mələklər o evlə ünsiyyət tapar. Biharul-ənvar cild 76 s 7 hədis 25.
Hədis: Hər biriniz evə daxil olduqda əgər evdə bir kəs olsa onlara salam versin əgər heç kəs olmasa belə desin: Əssəlamu əleyna min rəbbina (salam olsun bizə rəbbimizdən) Allahda deyər: Allah tərəfindən pak və mübarək salamdır bu. Biharul-ənvar cild 76 s 3 hədis 3.
: إذا دَخَلَ الرَّجُلُ مِنكُم بَيتَهُ ، فإن كانَ فيهِ أحَدٌ يُسَلِّمُ علَيهِم ، و إن لَم يَكُن فيهِ أحَدٌ فَلْيقُلْ : السلامُ علَينا مِن عِندِ رِبِّنا ، يقولُ اللّه ُ : «تَحِيّةً مِنْ عِنْدِ اللّه ِ مُبارَكَةً طَيِّبَةً»
Bəs evdə adam olmasa özümüzə salam verməliyik (salam olsun bizə rəbbimizdən). Salam bərəkət gətirər evə və ev əhlinə.
Bəzən deyilir ki, həqiqətdə evdə gözə görsənməyən məxluqata (mələklərə cinlərə) salam veririk. Hədislərdə bununla qarşılaşmamışıq amma mümkündür birinci hədisdən başa düşülsün.
İkinci sualı fiqhi bölümdən soruşun.

Allah sizə yar olsun.


Sual (24) : SALAM ALEYKUM. XAHİŞ EDİRƏM ƏRİN QADINIYLA MÜNASİBƏTİ HAQDA HƏDİSLƏR YAZARDIZ MƏNƏ

Əleykumus-salam.

Sualınızın cavabını saytın kitabxanasında olan kitabdan oxuya bilərsiz.

Ailə səadətinə necə nail olaq?

Allah sizə yar olsun.

Sual (25) : salam. kisinin ve qadinin bir birilerin uzerlerinde olan haqqlarindan Quran ve hedise istinaden yazardiz zehmet olmasa.

Əleykumus-salam.

Sualınızın cavabını saytın kitabxanasında olan kitabdan oxuya bilərsiz.

Kitabın adı: İslamda evlilik və ailə hüquqları-2

DÖRDÜNCÜ HİSSƏ: QADININ KİŞİ ÜZƏRİNDƏKİ HAQQI

BEŞİNCİ BÖLMƏ: KİŞİNİN QADIN ÜZƏRİNDƏ OLAN HÜQUQLARI

http://kitab.nur-az.com/az/lib/view/221

Allah sizə yar olsun.

Sual (26) : hansi hallarda yalan danismaq olar
Bismillahir-rəhmanir-rəhim.
Yalanın rəva görülən halları:
a) Zəruri hal və çarəsizlik zamanı:
b) İnsanlar arasında sülh və barışıq yaratmaq məqsədilə:
v) Döyüşdə hiylə işlədən və həyat yoldaşına vədə verən zaman:
Həzrət Peyğəmbəri-Əkrəm (s) imam Əli (ə)-a etdiyi vəsiyyətlərinin birində belə buyurur: “Ey Əli! Üç yerdə yalan danışmaq olar: Döyüşdə hiylə işlədərkən, kişi öz həyat yoldaşına vədə verərkən və camaat arasında mehribanlıq yaradarkən.”
Həzrət Peyğəmbər (s) imam Əli (ə)-a vəsiyyət edərkən belə buyurdu: “Ey Əli! Allahın sülh və barışıq yaradan yalandan xoşu gəlir. Fitnə-fəsad salan doğru sözdən isə narazıdır.” (Necə deyərlər, xeyirli yalan zərərli doğrudan yaxşıdır.)
İmam Sadiq (ə) buyurmuşdur: “Əgər insan çarəsiz qalıb təqiyyə halında (canı xətərə düşdüyü halda) yalandan and içərsə, heç bir eybi yoxdur.” Sonra belə buyurdu: “Hər bir haram zəruri hallarda halal olur.”
Uyğun мövzuda daha ətraflı bu linkdən oxuyun:
YALAN DANIŞMAQ NƏ VAXT GÜNAH DEYİL?
http://deyerler.org/115539-yalan-dandemaq-nj-vaxt-ggnah-deyile.html
Allah sizə yar olsun.
Sual (27) : Salam Aleykum.Ne uchun hedislerde buyrulub ki,qadindan meslehet almaq olmaz,qadinlara hech bir halda tabe olmaq olmaz? Insan Allaha ibadet etmek uchun yaradilib,o zaman niye qadin erine itaet etmelidir? erin ise qadina itaet etmek mecburiyyeti yoxdur,mes,qadin evden cixarken kiwiden icaze almalidir,bes kiwi niye evden cixarken qadindan icaze almir? Tewekkur edirem.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Ayə və rəvayətlərə əsasən, məsləhətləşmək İslamda təkid olunmuş məsələlərdəndir. Qadınlarla məsləhətləşməmək barədə olan rəvayət xüsusi məqamlara aiddir, amma ailə idarəçiliyində və övlad tərbiyəsində və bir sıra yerlərdə qadınla məsləhətləşmək qadağan edilmir. Belə ki, Peyğəmbər (s) və Əhli-Beytin (ə) həyatına da nəzər saldıqda bu böyük şəxsiyyətlərin belə bəzi məqamlarda xanımlarla məsləhətləşdiyini müşahidə edirik.  Bildiyiniz kimi Peyğəmbərimizdən (s) sonra həyat yoldaşı Aişənin başçılığı ilə islamda çoxlu fitnələr baş verdi və qanlar töküldü, adətən belə hədislərdə bu zamana işarədir. Məsləhətləşmədə ən mühüm hədəf ən yaxşını seçməkdir. Bu səbəbdən hər şəxslə məsləhətləşməkdə olmaz.
Allah rəsulu (s) imam Əliyə (ə) buyurur: “Ey Əli! Qorxaq, xayın, həris şəxslə məsləhətləşmə. Çünki qorxaq şəxs yolu sənin üzünə bağlayar, xayın şəxs sənin nəticə əldə etmək yolunda olan əzmini, iradəni azaldar. Həris şəxs isə var-dövlət toplamağı sənin gözündə uca göstərər. Ey Əli! Bil ki, qorxaq, xayın və həris şəxslər eyni təbiətə malikdirlər ki, Allaha qarşı bədgümanlıq onlardan qaynaqlanır.”

Nisa surəsi ayə 34. Allah bəzilərini (kişiləri düşüncə, ruh və cismani qüvvə baxımından) digər bəzilərindən (qadınlardan) üstün etdiyi üçün kişilər qadınların ixtiyar sahibidir (və buna görə də cəmiyyətin işlərinin peyğəmbərlik və imamət məqamı ilə, eləcə də məsum tərəfindən təyinatla idarə olunmasını kişilərə məxsus etmişdir)....

)N$O@O#$R%_^P&A(G*E!  26Ailə kiçik bir ictimai birlikdən ibarətdir. Buna görə də böyük cəmiyyətdə olduğu kimi, onun da vahid bir rəhbəri, başçısı olmalıdır. Əks halda qadınla kişinin müştərək şəkildə öhdələrinə aldığı himayəçilik heç bir məfhuma malik olmaz. Deməli, onlardan biri ailənin rəisi, digəri isə onun nəzarəti altında olan müavini olmalıdır. Bu ayədə aşkar şəkildə buyurulur ki, ailə başçısı kişi olmalıdır: «Kişilər qadınların başçısı və gözətçisidir.» 

)N$O@O#$R%_^P&A(G*E!  26Əlbəttə, bu təbirdən məqsəd zülm, istibdad, haqsızlıq və zorakılıq deyil, məşvərət və məsuliyyətləri nəzərə almaqla münəzzəm, vahid bir rəhbərliyin zəruri bir iş olmasını çatdırmaqdır.

Qadınlar fiziki keyfiyyətləri və bioloji xüsusiyyətlərinə görə kişilərdən fərqlənir.

Qadının kişidən itaət etməyi Allahın göstərişidir, qadın həqiqətdə bu işi ilə Allaha itaət edir çünki Allahın əmrini yerinə yetirir.

Qadının əvdən çıxarkən kişidən icazə almasında bir çox məsləhətlər var, adətən qadınlar daha çox zorakılığa məruz qalırlar və kişi öz namusunu qorumaq üçün icazə onun əlindədir. Bununla ailə həyatının sağlamlığı qorunur və kişilərdə bəq gümana şərait yaranmır. həmçinin ailədə nəzm və inzibat yaranır. Bunun müqabilində kişilərində bir sıra vəzifələri vardır. Əlbətdə qadın nikah bağlayanda şərt edə bilər ki, icazəsi kişinin əlində olmasın. Kişilərə şəri baxımdan qadından icazə almaq vacib olmasada amma əxlaqi baxımdan yaxşıdır ki, evdən çıxanda öz ailəsin xəbərdar etsin.

Allah sizə yar olsun.


Sual (28) : Əssəlamu əleykum. İndi əksəriyyət insan Məsum (ə)-ların adlarını öz övladlarına qoyur. Və adlarını qısaca olaraq məs. İmam Huseynin (ə) adının şərəfinə Huseyn qoyur, amma bəzən Husi və s. deyə səsləyir. Mən düzü fikirləşirəm bu bir növ Məsum (ə)-lara hörmətsizlikdir. Doğru olanı siz deyərsiz inşallah. Allah razı olsun.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Ümumiyyətlə adları qısa demək əgər tənə vurmaq məqsədi ilə olarsa bu günahdır, amma adətən dosluq və səmimiyyət məqsədi ilə qısa deyilir və ad sahibidə narahat olmur. Məsumların adlarını xülasə dedikdə məsumlar nəzərədə tutmaq olsa bu hörmətsizlik və günahdır, amma adətən belə deyil bəlkə bu adların qoyulduğu şəxslər nəzərdə tutulur. Şəriətdə belə bir hökm var ki, məsumların adlarına toxunduqda dəstamazlı olmaq lazımdır və o adlara hörmətsizlik etmək misal üçün ayaq altda qalmağı və.... haramdır, amma bu adlar başqalarında olsa misal üçün başqasının adı ƏLİ olsa dəstamazlı toxunmaq və yerə düşərsə götürmək və... lazım deyil. Hər halda yaxşı olar adları olduğu kimi deyək xüsusi ilə müqəddəslərin şərəfinə qoyulan adları.

Allah sizə yar olsun.

Sual (29) : salam olsun şiə bacı-qardaşlarıma sizi bir sualla narahat etmək istəyirəm mən uzun illərdir ki namaz qılıram istəyirəm ki yoldaşım hicab bağlasın amma islamda məcburiyyət olmadığı üçün onu məcbur edə bilmirəm siz nə bu məsəliyə

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bəli, dini qəbul etməkdə məcburiyyət yoxdur amma müsəlmana dini qanunlara riayət etmək vacibdir. Kişi öz yoldaşına məcbur edə bilməz hicab bağlamağa amma əmr be məruf və nəhy əz münkər etməlidir. Kişi öz yoldaşına şərt qoya bilər ki, yalnız hicablı surətdə evdən çıxa bilər və qadınada vacibdir ki, ərinin icazəsi olmadan evdən çıxmasın. Amma daha yaxşı olar dini düzgün şəkildə təbliğ etməklə və gözəl rəftarla hicabın vacibliyini başa salasınınz. Əvvəlcə Allahın məhəbbətin və Əhli-beytin sevgisin çatdırasınız ondan sonra Allahın istəklərini və dində vacib olanları.
Allah sizə yar olsun.
Sual (30) : Salamun əleykum.Ananın otağına icazəsiz daxil olmaq olarmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
«Nuh» surəsinin 127-ci ayəsində buyurulur: «Ey iman gətirənlər, başqalarının evlərinə sahiblərindən icazə almadan və onlara salam vermədən girməyin».
Ayədəki göstəriş bütün xalqlar və mədəniyyətlər tərəfindən məqbul hesab edilir.
İnsan həyatı fərdi və ictimai olmaqla, iki hissədən ibarətdir. Cəmiyyətə çıxan insan, cəmiyyətdə qəbul olunmuş qayda-qanunlara əməl etməli, geyiminə və hərəkətlərinə hədd qoymalıdır. Məlum məsələdir ki, bu çərçivə sıxıntı doğurur və insan öz daxilində istirahətə ehtiyac duyur. Mənzilinə dönmüş insan ictimai mühitdə ayrıldıqdan sonra fərdi həyatını istədiyi kimi qurmaqla rahatlanmalıdır. Hər bir insan öz mənzilində istədiyi kimi geyinə və istədiyi kimi rahatlana bilər.
Təsəvvür edin ki, ağır ictimai fəaliyyətdən sonra evdə uzanıb istirahət edirsiniz. Əyninizdə isə yüngül zolaqlı penjama vardır. Sizi mürgü aparır və diksinib oyananda qarşınızda bu vaxtadək ədəblə davrandığınız iş yoldaşınızı görürsünüz. Belə məqamda narahatçılıq təbiidir. Axı, bu şəxs siz paltarınızı dəyişərkən də daxil ola bilərdi!
Demək, başqasına məxsus otağa icazəsiz girmək olmaz!
Həzrət Peyğəmbərdən (s) soruşurlar: «Ananın otağına icazəsiz girmək olarmı?». Həzrət «olmaz», buyurur. Sual verən şəxsin təəccübləndiyini görüb, əlavə edir: «Ananı çılpaq görmək xoş deyil» «Təfsiri Nurus-səqəleyn», 3-cü cild, səh. 584. .

Allah sizə yar olsun.
Go to TOP