Sual (31) : salam sualim budur ki insanlar oldukden sonra her sey mehv olduqdan sonra yeniden yasam olacaqmi ? insanlardan evvel heyat olubmu?
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bizim əqidəmiz budur ki, mütəal Allah insanları, bəndələrinə vədə verdiyi müəyyən olunmuş gündə öldükdən sonra yeni bir xilqətlə dirildəcək. Əmrlərinə müti olanlara, yaxşı əməl sahiblərinə mükafat, asi olanlara vəgünahkarlara isə əzab verəcəkdir.

Bu əqidə sadə və ümumi halda bütün ilahi din və fəlsəfələrin qəbul etdiyi bir məsələdir. Hər bir müsəlman labüd olaraq Allahın Peyğəmbərinin gətirdiyi Quran əqidəsinə müvafiq olaraq bu əqidəni etiraf etməlidir. Çünki, hər kəsin Allaha, Onun haqq din və hidayət əsasında göndərdiyi Peyğəmbəri Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-ə qəti şəkildə etiqad bəsləyirsə, təbiidir ki, onun gətirdiyi Quranın buyurduğu Qiyamət oyanışı, savab və cəza, Behişt və Cəhənnəm, ilahi nemət və Cəhənnəm əzabına da iman gətirməlidir. Quranda məad mövzusunda təqribən mindən çox ayə gəlmişdir.

Əgər bir kəs bu barədə şəkk və tərəddüd etsə, məlum olar ki, o Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in risalətində (peyğəmbər olmasında), yaxud Allahın varlığı və qüdrətində şəkk edir. Hətta bütün dinlərin əslində, ilahi şəriətlərin səhih olmasında şəkk edir.

Rəvayətlərə görə, Adəm yerüzündə heçdə ilk məxluq olmayıb. Elmdə bufikri təstiqləyir. Qədim insan məskənlərində aparılan tədiqatlar göstərir ki, yerüzündə həyat milyonlarla il bundan əvvəl başlamışdır. Hansıki, Adəmin, yaranışından elədə böyük zaman keçməmişdir. Təbiiki, həmin nəsil Adəmin yaranışından öncə aradan getmişdir. Bəzi alimlər Adəmdən öncə olan məxluqun cinlərin olmasını qəbul edirlər və Şeytanda həmən tayfanın qalığındandır.

Allah sizə yar olsun.

Sual (32) : Salamun əleykum.Axirət əzabı var ikən, dünya əzabına nə hacət?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Əgər insan dünya həyatında imtahana çəkilib axirətdə mühakimə olunursa, dünyadakı bəlaların məntiqi nədir? «Səcdə» surəsinin 21-ci ayəsində buyurulur: «Biz ən böyük əzabdan əvvəl, onlara mütləq dünya əzabından daddıracağıq. Bəlkə, geri dönələr».

Bəli, peyğəmbərlər göndərilir, kitablar nazil olur, nemət verilir, bəlalar gəlir. Amma bütün bunlardan faydalanmayan insanların son mənzili, yalnız və yalnız cəhənnəmdir.

Əgər ətrafa nəzər salsaq, bir çox insanların məhz dünya əzabından nəticə çıxararaq, doğru yola gəldiyinə şahid olarıq. Nəfsin hakimiyyəti altında qarşılaşdıqda, dayanıb düşünür. Eyş-işrətə qərq olmuş cəmiyyət müdhiş bir zəlzələ qopan andaca, bir ağızdan «Allah»-deyə fəryad qoparır. Elm və məntiqlə həqiqəti tapmağa həvəs göstərməyənlər əzabla üzləşən kitmi, düşünməyə başlayır.

Dünya əzabı olmasaydı nə olardı? Allah-təala 124 min peyğəmbər göndərib millətləri doğru yola çağırmaqla kifayətlənsəydi, dünya nə kökə düşərdi? Təsəvvür edin ki, bir cəmiyyətdə qanunlar təbliğ olunur, amma qanunu pozanlar cəzalandırılmır. «Oğurluq etməyin» deyilir, amma oğurluğun qarşısı alınmır. Bu cəzasızlıq oğurluğa rəvac vermirmi? Günahkarların cəzalandırılması, başqaları üçün ibrətdir və ümumiyyətlə, cəmiyyətin xeyirinə yönəldilmiş bir tədbirdir.

Allah-təala günahkarı cəzalandırmaqla onu islah olmağa, başqalarını isə ibrət götürməyə çağırır və belə bir əzab, bəşəriyyət üçün olduqca zəruridir.
Allah sizə yar olsun.
Sual (33) : Salamun əleykum.Behiştin neçə qapısı vardır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Ayə və hədislərdən məlum olur ki, behişt müxtəlif qapılara malikdir. Bu qapıların çoxluğunun səbəbi, heç də bir qapıdan daxil olmağın çətinliyi deyildir. Bu qapılar hər hansı tayfa və təbəqə üçün də nəzərdə tutulmamışdır. Bir çox saraylarda qapıların çoxluğunda məqsəd tamam başqadır.

Rəvayətlərdə nəql olunur ki, behiştin müxtəlif adlı qapıları vardır. Bu qapılardan biri «mücahidlər qapısıdır». Bu qapıdan din yolunda vuruşmuş mücahidlərin behiştdə daxil olacağı və mələklərin onları salamlayacağı bildirilir.

İmam Sadiq (ə) buyurur: «Behiştin səkkiz qapısı vardır və onlardan hər biri eni qırx illik yol uzunluqdadır». Hədisdən aydın olur ki, behişt qapısı bizim düşündüyümüz qapı anlamında deyildir.

«Hicr» surəsinin 44-cü ayəsində cəhənnəmin yeddi qapıya malik olması bilindirməklə, səadətə daha çox yol olduğuna işarə vurulur.
Allah sizə yar olsun.
Sual (34) : Salamun əleykum.Behiştdə pak şərab nə deməkdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Ərəb dilində “şərab” sözü içməli, “təhur” sözü isə pak və pakedici mənasında işlənir. Quran ayələrindən məlum olur ki, Behiştdə dadlı və müxtəlif əla keyfiyyətdə pak içməli sular var. Ayələrdən birində bu mövzuda “şərabən təhura” (pak içki) kəlməsindən istifadə olunmuşdur. Digər ayədə buyrur: “Allah-taala onlara pak içki verəcək.” Pak içki barəsində alimlər arasında üç nəzəriyyə var: 1. Bəziləri mötəqiddirlər ki, bu içki bir növ məxsus içki olub yeməkdən sonra behiş əhlinə verilir və onunla insanın batinində olan bütün artıq qidalar ətirli tər şəkilinə düşür və bədəndən pak şəkildə xaric olur; 2. Bəziləri bu nəzəryyəni verirlər ki, bu içki, bir növ mənəvi və ruhi qida olub insanı mənəvi ləzzətə qərq edir. Necə ki, imam Sadiq (əleyhissalam)-dan rəvayət nəql olunur: ”Elə ki, mömin behiştdə pak içki çidi, Allahdan qeyrisindən üç çevirər və qəlbi, yalnız Allah-taala tərəf diqqət edir.” İmam Baqir (əlyehissalam)-dan hər rəvayət nəql olunur, Həzrət buyurur: “Möminlər o şərbət içkisindən içdikdə, Allah-taala o içkinin vasitəsi ilə onların qəlblərini həsəddən pak edər.”; 3. Digər dəstə isə iki nəzəriyyə arasında qalmış və mötəqiddirlər ki, insanın cövhəri qara torpaqdan və ilahi ruhdan olduğunu görə Allah-taala insanlara maddi qidalarından əlavə, mənəvi və ruhi qidalar da qərar vermişdir. İnsanların mənəvi yol və məqamları müxtəlif olduğuna görə behiştdəki bəhrələri də müxtəlifdir. Quran ayələrində bildirilir ki, ən gözəl şəkildə ən yaxşı saqilər, gözəl və xoş qamətli iri qara gözlü hurilər əllərində pak şərab içkiləri olan halda behişt əhlinin ətrafına dövr edirlər. Möhkəm ağ badələrdə içilən pak içkilər, insanın nə ağlını aradan aparır və nə də onları məst edir. Bəzi ayələrdə deyilir ki, “əbrar” (saleh) adlanın bəziləri “rəhiqin məxtum” adlı batildən uzaq möhr vurulmuş və hər çirkinlikdən pak olan şərabdan içəgəklər. “Müqərrəb” şəxslər Allah-taala dərgahında məxsus məqama malik olub Təsinm adlı xüsusi çeşmədən xüsusi pak içkilər içərlər. Allah-taala Özü belə bəndələri qəbul edər. O pak içkilərin həqiqəti Allaha olan pak mərifət və məhəbbətdir. İslam Peyğəmbərindən (səlləllahi ələyhi və alihi və səlləm) nəql olunan hədislərin birində nəql olunur ki, Həzrət buyurur: “Təsnim çeşməsi behiştdə ən üstün və ləzzətli içkidir ki, Məhəmməd (səlləllahi ələyhi və alihi və səlləm) və Əhli-Beyt (əleyhissalam) ondan içərlər. Peyğəmbərin (səlləllahi ələyhi və alihi və səlləm) səhabələri və behiştin digər əhalisi bu çeşmənin qatışığı ilə hazırlanmış pak içkidən içərlər.”

İnsanların dünyada müxtəlif məqamları olduğu kimi behiştdə də öz ruhiyyə və istedadlarına görə müxtəlif məqamlara malik olub ondan bəhrələnərlər. Ona görə də Quranda onlardan müxtəlif ünvanlarda ad aparılır. Bir dəstə “ əshabil-yəmin” (sağ tərəf sahibləri), bir dəstədən “əbrar” (saleh insanlar), digərindən isə Allah-taala dərgahında “müqərriban” (ən yaxınlar) ünvanı ilə ad aparılır. Bəhrələri də öz istedad və məqamlarına uyğun bölünür.

Allah sizə yar olsun.
Sual (35) : Salamun əleykum.Cənnət və Cəhənnəm məkan olaraq varmı? Axirətdə insanlardan başqa hansı varlıqlar olacaq?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Əksər aliməlrin fikrincə, hazırda cənnətlə cəhennəm mövcuddur. Bunu bir çhox Quran ayəleri d'e tesdiql'yir:

Xeyli sayda Quran ayelerinde «اُعِدَّت» (hazırlanmış) vey a buna oxşar felden istifade edilmişdir. Bu ayələrdən belə nəticə alınir ki, cənnətlə cəhennəm hal-hazirda mövcuddur və baxmayaraq ki, insanların yaxşı və pis əməllərinə görə genişlənir..

Yaxud "Nəcm" surəsində oxuyuruq: " And olsun ki, (Muhəmməd əleyhiissəlam Cəbraili öz həqiqi surətində) başqa bir dəfə də (merac vaxtı) görmüşdü; (Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında. Məva cənnəti onun yanındadır." ("Nəcm", 13-14-15-ci ayələr).

Bəzi alimlərin baxişina göre, "Ənam" suresinin 38-ci ayəsinə görə yer üzündə bütün canlılar Qiyamət gününə çağırılacaq..
Allah sizə yar olsun.
Sual (36) : Salamun əleykum.Cografi baxımdan islam ölkəlerindən uzaqda yaşayan, islam maarıfindən uzaq insanların axiretdəki aqibəti necə olacaq? O insanların cəhənnəmə getməyi Allahın ədalətinə xələl getirmirmi? Xahiş edirəm ətrafli cavab verəsiz.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Heç bir halda islamın hokmlerini oyrənə bilmeyen ve ya umumiyyətlə İslamdan xebersiz şəxslər (müstezefin) üzürlu hesab edilir ve Allah-taala onları bağışlayacaq.
Allah sizə yar olsun.
Sual (37) : Salamun əleykum.Dünyada yenindən ərə gedən qadın behiştdə ərlərindən hansı biri ilə yaşayacaqdır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Dünyada bir-birinin həyat yoldaşı olan qadınla kişinin axırıncı vəziyyəti ilə əlaqədar bir neçə fərziyyə mümkündür:

1. Qadın və kişinin hər ikisi behişt əhli olsun;

2. Qadın behişt əhli, kişi isə cəhənnəm əhli olsun;

3. Kişi behişt, qadın isə cəhənnəm əhli olsun;

4. Qadın və kişinin hər ikisi cəhənnəm əhli olsun;

5. Qadın neçə ərə gedibsə, hamısı birlikdə behişt əhli olsunlar;

6. Kişi aldığı bir neçə arvad ilə birlikdə əhli behişt olsun.

Birinci halda əgər onlardan hər biri digərini seçsə, yəni kişi yüksək məqama malik olsa və qadını seçsə, yaxud qadın yüksək məqama malik olub kişini seçsə, bu halda bir-birinə qovuşacaqlar. Bu məsələ İmam Sadiq (əleyhis-salam)-ın buyurduğu aşağıdakı hədisdən görünür: “Əgər behiştdə kişi qadından yüksəkdə olarsa və onu seçərsə, qadın kişinin həyat yoldaşlarından biri olur. Əgər qadın yüksəkdə olsa və kişini seçsə, qadın o kişinin həyat yoldaşı olur.”[i]

İkinci, üçüncü və dördüncü ehtimalda da ya hər ikisi, yaxud onlardan biri cəhənnəmdədir və behiştdə olmayan bir insan behiştə olan kişi və qadının yanında ola bilməz. Yuxarıdakı rəvayətə diqqət yetirməklə altıncı surətdə də əgər kişi yüksəkdə olarsa, həyat yoldaşını seçə bilər.

Sualda soruşulan beşinci fərz isə, xoşbəxtlikdən rəvayətlərdə qeyd olunur. Bu sualı Ümmü Sələmə (r) Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən soruşmuşdu: “Əgər qadın dünyada bir neçə dəfə ərə getmiş olarsa və qiyamət günü qadın və ərlərinin hamısı behiştə daxil olsa, qadın onların hansı birinin arvadı olacaq?” Peyğəmbər (səlləllahu əleyhi və alih) də buyurmuşdu: “Ey Ümmü Sələmə! Onların ən yaxşı xasiyyətlisi və ən gözəl olanını seç. Elə bir şəxsi seç ki, ailəsi üçün hamıdan yaxşı idi. Çünki gözəl əxlaq dünya və axirətin xeyir və səadətini özü ilə gətirib.”[ii]

Yəni qadın belə olan halda istədiyi ərlərindən hər biri ilə yaşaya bilər. Bu rəvayət təklikdə bu sualın cavabı ola bilər.


[i] Məclisi, Biharul-ənvar, 8-ci cild, səh. 105, Beyrut çapı

[ii] Yenə orada, səh. 119


Allah sizə yar olsun.
Sual (38) : Salamun əleykum.Behiştə gedən kişilər oradakı qadın mələklərlə evlənəcək? Hər bir hurinin bir kişi əri olacaq? Həmçinin qadınlar da kişi mələklərlə ailə qura biləcəklərmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allah Taalanın imanlı şəxslərə əta etdiyi nemətlərdən biri də behişt və onun nemətləridir. Behiştə getmək üçün kişi və qadının heç bir fərqi yoxdur. Behişt nemətlərindən biri də "huri əl- eyndir" (behişt mələyi) ki, bu barədə ayə və hədislərimiz vardır. Bir çox təfsirçilərin nəzərinə əsasən behiştdə evlənmək yoxdur. Belə ki, onlarla evlənmək məsələsini onlara yaxınlaşmaq kimi təfsir edirlər. həmçinin bu məsələ qadınlara da aiddir. Amma qadınlar üçün bir neçə ərin olması və ya onlara elçilik etmək məsələsi qeyd olunmamışdır. Bunu da qeyd edək ki, əgər onlardan bir istək tələb olunca, onların ixtiyarları özlərindədir və istədikləri yolu seçə bilərlər.
Allah sizə yar olsun.
Sual (39) : Salamun əleykum.Behiştə qadın və kişinin cinsi həyatı necə təmin ediləcək?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

İlahinin mömin və pəhrizkar bəndələri üçün nəzərdə tutduğu əbədi nemətlərdən biri də behişt nemətləridir. Əlbəttə Allah Taalanın onlardan razılığı bundan olduqca üstündür. İnsanın behiştə daxil olması üçün ümdə amil onun imanlı və təqvalı olmasıdır. İnsanın bu dünyada əməli hər nə qədər saleh olarsa behişt nemətləri də onun üçün çox olar. Həmçinin bu məsələdə qadın və kişinin arasında bir fərq yoxdur. Belə ki, hər bir insan bu məqama yetişməyə layiqdir. Allah Taala buyurmuşdur: "Kişi və qadınlardan hər kəs əməli saleh olarsa Allah Taala onları hesabsız əbədi behişt nemətləri verəcəkdir".[ Qafir surəsi, 40. ] Amma behiştdə heç bir vəzifə yoxdur: Çünki behiştdə və cəhənnəmdə insanın ixtiyarı olarsa onun gündəlik əməlləri fərq edəcəkdir. Nəticədə isə insana yeni əməli üçün ona nemətlər əta olunacaqdır. (Cəhənnəmdə də bu məsələ baş verəcəkdir). Lakin Allah Taala behişt nemətlərini bizə yalnız dünyada imanlı və əməli saleh olduğumuz üçün hədiyyə etmişdir. Ayə və hədislərə istinad edərək deyə bilərik ki, behiştdə insanlar hər nə istəsələr onların ixtiyarına veriləcəkdir.[ Fussilət surəsi, ayə 31.] O cümlədən bu nemətlərdən (istəklərdən) biri də kişilərin ixtiyarına verilən hurilərdir.

"Huri" sözü "hura" sözünün cəmidir. Ərəb lüğətində (quran terminində) gözləri ağ, hədsiz gözəl, gözlərin qarası çox gözəl bir qadına deyirlər.

Bundan əlavə gözünün ağı hədsiz ağ olan və qarası hədsiz qara olan qadınlara da deyilir. "Eyn" sözü isə "iri göz" mənasındadır. Əgər "hür əl- eyn" kəlməsi işlədilirsə bu gözləri ceyran gözlərinə bənzəyən qadın mələklərə deyilir. İlk baxışdan "hur əl- eyn" dünya qadını olmadığını seçmək olar.[ Əl- mizanın tərcüməsi, cild 18, səh 228.] Allah- Taala onların barəsində buyurmuşdur: "Onları hur əl eynlə evləndirəcəm."[ Duxan surəsi, ayə 54. ] Təfsirçilərin bəyanına əsasən buradakı "evlənmək" sözü dünyadakı evlənməkdən fərqlidir. Deməli buradakı evlənmək sözündən məqsəd mələklərin onlara hədiyyə edilməsidir.[ - Biharul- ənvar, cild 8, səh 99, Əl- mizan, yenə də ora. «فيهِنَّ قاصِراتُ الطَّرْفِ لَمْ يَطْمِثْهُنَّ إِنْسٌ قَبْلَهُمْ وَ لا جَان»]

Hurəl eynin xüsusiyyətlərindən ayə və hədislərdən belə başa düşülür ki, onlar bir dəfə ərə gedirlər. Yəni onların bir sahibi olur. Allah- Taala onların xüsusiyyətləri barəsində buyurur: "Heç bir insan bundan öncə ona toxunmamış və heç bir cin əli ona dəyməmişdir".[ Ər- rəhman surəsi, ayə 56.]

Mərhum Əllamə Məclisi "qasirat əl tərəf" təfsirində bu ayənin başlanğıcında buyurur: "Yəni elə qadınlardırlar ki, onların gözləri yalnız öz ərlərindəndir. Ərlərindən başqasına da meyl etməzlər".[ Biharul- ənvar, cild 8, səh 97.]

Görəsən dünya qadınları da belədirmi? Biz yalnız bunu deyə bilərik ki, behişt əhlinə hər nə istəsələr Allah tərəfindən hədiyyə olunmağına baxmayaraq qadınların bir neçə əri olması heç yerdə qeyd edilməmişdir. (Behiştə gedən qadınlar nəzərdə tutulur). Necə ki, dünyanın pak qadınların gözləri öz ərlərindən başqasında deyildir. Behişt isə pakların yeridir. Deməli pak qadınlar orada da bir kişidən savayı heç kəsi özlərinə sərvər seçməyəcəklər.

İmam Sadiq (ə)- dan behiştdəki kişi və qadınlardan sual olunduqda, İmam (ə) buyurmuşdur: "Əgər qadının dərəcəsi yüksək olsa dünyadakı ərini tələb edərək onunla evlənə bilər. (Amma kişi onu tələb edə bilməz). belə olan surətdə qadın yenidən onun arvadı olur. Amma kişinin dərəcəsi yüksək olarsa kişi dünyadakı arvadını behişt qadınlarının (behiştdəki arvadlarının) sırasına daxil edə bilər".[Yenə də ora, səh 105.] Yəni qadın kişinin arvadlarından biri ola bilər. Amma kişi dünyadakı qadının əri olmaqla yanaşı bir neçə qadınla da ola bilər.

Həmçinin Peyğəmbərimizdən belə hədis nəql olunmuşdur ki: Əgər bir qadının dünyada iki əri olmuşsa behiştdə onların ikisindən birini seçə bilər."[Yenə də ora, cild 8, səh 119.] Həzrət Peyğəmbər burada buyurmuşdur ki, ikisinə də ərə gedə bilər. Əksinə buyurmuşdur ki, "ən xalisini seçə bilər. Sonda bunu da qeyd edək ki, behiştdə qılman adlı mələklər vardır ki, onlar üçün qadın və kişi fərq etməz.

Qurani kərim bu barədə buyurmuşdur:

"Daim bir cavan onların xidmətində get- gəl edir. O cavanlar elə bil sənəd və mirvariddirlər[ Tur surəsi, ayə 24. «وَ يَطُوفُ عَلَيْهِمْ غِلْمانٌ لَهُمْ كَأَنَّهُمْ لُؤْلُؤٌ مَكْنُونٌ»]

Ayədən belə başa düşülür ki, qılmanlar behiştdə olan gözəl xidmətçilərdir.

Allah sizə yar olsun.
Sual (40) : Salamun əleykum.Behiştdə fiqh hökümləri vardırmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Bu nöqtəyə diqqət yetirmək lazımdır ki, axirət aləmi barəsində və behiştlə cəhənnəmin vəziyyətini yalnız vəhy və məsum rəhbərlərin sözləri vasitəsiylə bizə çatdırılmışdır ki, bunlardan başqa heç bir yolla bizim bunlardan xəbərimiz olmaz.

Yuxarıdakı sualın cavabı isə dini mənbələrdə qeyd olunmuşdur, lakin işarə olunmuş nöqtələrə diqqət etdikdə demək olar ki, behiştdə məxsus qanun və hökm yoxdur, əgər olsa belə bu dünyanın hökm və qanunlarıyla fərqlidir; çünki o hökümlər ki, Allah onları qərar vermiş və insanı onlara əməl etməyə çağırmışdır, insanın İlahi kamilliyə çatmaq üçün olmuşdur ki, bunun nəticəsində insan behiştə təyin olunmuş dərəcəyə və məqama nail olur və bu da yaxşı işlərdir ki, insan dünyada əməl etmişdir. Bundan əlavə saleh övladların və möminlərin onun ölümündən sonra xeyir iş görüb savabını onun üçün hədiyyə etməsidir. Daha açıq desək, behişt və cəhənnəm bizim dünyada etdiyimiz əməllərin həqiqəti və iç üzüdür. O cür ki, çox rəvayətlərdə gəlmişdir bu gün (dünya həyatında) əməl var və heç bir hesab yoxdur, sabah (axirət aləmi) hesab yeridir, əməl və iş yoxdur.[ Kafi, cild 8, səh 58. Əmirəl- möminin (ə) «أَمِيرُ الْمُؤْمِنِينَ (ع): "...‏فَإِنَّ الْيَوْمَ عَمَلٌ وَ لَا حِسَابَ وَ إِنَّ غَداً حِسَابٌ وَ لَا عَمَلَ"» ] Bunun üçün də axirət aləmində bu mənaya ki, insan öhdəsinə hökm və vəzifə qoyulub onun hesabını versin deyə ki, həqiqəti olsun və başqa bir yerdə onun hesabın versin, yoxdur.

Bundan əlavə hökm və qanun o yerdə qərar verilir ki, orada başqalarının hüquqlarının pozulması ehtimalı verilsin amma bu məsələlərin behiştə heç bir mənası yoxdur; Çünki:

Başqalarının hüquqlarına təcavüz etmək yoxdur; Təcavüz və cinayət o yerdə mümkündür ki, imkanların həddi olsun və o nemətlərə çatmaq üçün öz həddindən artıq tələb olunsun, amma behiştə heç bir çatışmamazlıq yoxdur.

Quran buyurur hər nəyə meylləri olsavə ona göz diksələr, onların ixtiyarında hazır olacaq.[ Bax: Zuxruf surəsi, ayə 71.]

Başqa bir yerdə ki, qanunun olmasını tələb edir ki, insanlar şeytanın vəsvəsəsi və nəfsin istəkləri təsiri altında məruz qalsın və ya ruhi xəstəliklərə misal üçün həsəd, kin, çirkin əməllərə və başqalarına zülm etmək və ... düçar olsun.

Bu cür məsələlər də behiştdə yoxdur; çünki o şəxslər ki, behiştə yol tapırlar ürəyi və əməli düzgün insanlardır ki, dünyada öz nəfslərini, və əxlaqi xəstəliklərini kontrol etməyə nail olmuşdurlar. Bundan əlavə Quran buyurur: Hər növ pislikləri (həsəd, kinə, düşmənçilik və xəyanət)- i behişt əhlinin sinəsindən kənar edirik (və ruhlarını paklaşdırırıq) o halda ki, onlar bir- birləriylə qardaşdırlar.[ Hicr surəsi, ayə 47.]

Beləliklə, behişt əhlinin arasında olan söz- söhbət, salam və salamatlıq və ya xeyir- bərəkətdən baºqa bir söz deyilmir.[ Vaqiə surəsi, ayə 26.]

Bunun üçün də, bunu başa düşmək olar ki, behişt əhli arasında düşmənçiliyə və həsədə səbəb olan bir hadisə yoxdur və başqa bir ehtimal da rədd edilir. Nəticə alırıq ki, burada qanunun olmasına ehtiyac yoxdur. Bütün bunlardan əlavə Quran ayələrindən bu cür istifadə olur ki, behişt əhlinin pisliklərə doğru heç bir meyl və istəkləri yoxdur.

Onlar insanlığın və ruhun gözəlliyinin və kamillik dərəcəsinin son məqamına yetişmişdirlər, bir şeyi sevməzlər yalnız o zaman ki, sevməli olsun.[ Əl- mizanın tərcüməsi, cild 29, səh 272, (40- cı cild).]

Bir şeyi istəməzlər yalnız o halda ki, Allah istəsin.[ Həmin, cild 34, səh 154.] Bunun üçün də heç bir qanun və hpkmə ehtiyac yoxdur.

Bəzi təfsir alimləri bu Quran ayəsinin təfsirində ki, buyurur: Qızıl və gümüş camları behişt əhlinin ətrafında gəzdirərlər və onda hər bir şey ki, ürək istəyir və göz ondan ləzzət aparır, vardır.[ Zuxruf surəsi, ayə 71.] Bu sualı açıqlayırlar, bu ümumi və geniş şəkildə olmaq bunu bildirir ki, dünyada haram olan şeylərə də şamil olsun, əgər bir behişt əhli haram şeyi istəyərsə onun ixtiyarına veriləcəkmi? Cavab verilir, bu sualın yaranması bir nöqtəyə diqqət etməkdir, və o da bundan ibarətdir haram və çirikliklər əslində, insan ruhu üçün münasib olmayan bir yemək kimidir, bəs təmiz bir ruh bu cür yeməyin iştahasını çəkməz. Xəstə bir ruhdur ki, münasib olmayan yeməklərə hətta zəhərli yeməklərə meyl salır. Bəsi xəstələr vardır ki, hətta torpaq və onun kimi şeyləri tapıb yeməyə çalışırlar. Amma xəstəlikləri müalicə olduqda bu yalançı iştahaları məhv olur. Behişt əhli də bu cür çirkin şeylərə meyl salmır; çünki onların ruhları yaxşı və pak şeylərə meyllidir.( Bax: Nümunə təfsiri, cild 21, səh 116.)
Allah sizə yar olsun.
Go to TOP