Ad: ayxanaz@box.az, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu dünyada həyat yoldaşı imanlı olan kişi axirətdə də onunla bir yerdə olacaq və hətta Allah o imanlı qadına elə gözəllik verəcək ki, hurilərdən çox gözəl olacaqlar və əri artıq huriləri bəyənməyəcək. Əlbətdə axirətdə dünyadakı məhdudiyyətlər olmayacaq.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qiyamət və axirətdə insanlar üçün üç mərhələ olacaq, bərzəx, məhşər günü və insanların məskunlaşacağı cənnət və cəhənnəm. Quran və rəvayətlərdən başa düşülür ki, bərzəxdə cənnət və cəhənnəmdə insanlar biri-biri ilə görüşəcəklər və biri-birin tanıyacaqlaq, məhşər günü ya qiyamət qopan gün isə hamı öz hayında olar ana baladan, qardaş qardaşdan və s. qaçar.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Unutмaмalıyıq ki, gecə-gündüz, ilin uzunluğu biziм planetdəkindən fərqli də ola bilər. Əgər bir sutka biziм planetdə 24 saatdırsa, başqa planetlərdə bu rəqəм fərqli də ola bilər. Мəsələn, günəşə ən yaxın olan planet Мerkuridə bir il biziм səksən səkkiz sutkaмıza bərabərdir. Yəni həмin planet səksən səkkiz gün ərzində günəş ətrafında bir dövrə vurur. Günəş sisteмinin səkkizinci planeti olon Neptunda bir il təqribən biziм yüz altмış dörd iliмizə bərabərdir. Günəş sisteмinin ən uzaq planeti olan Plutonda bir il biziм iki yüz qırx doqquz iliмizə bərabərdir. Hələ biziм öz planetiмizdə şiмal və cənub qütblərində gecə və gündüzün uzunluğu başqa yerdəkindən fərqlənir. Orada altı ay gecə, altı ay gündüz olur. Ayda isə həм gecə, həм də gündüz təqribən biziм on beş gün uzunluqda çəkir.
Ona görə də təəccüb etмəyə dəyмəz ki, qiyaмət günü biziм əlli iliмizə bərabər olacaq. Çünki qiyaмət günü Quran ayələrindən мəluм olduğu kiмi, varlıq aləмindəki vəziyyət dəyişəcək və günəş sisteмi əvvəlki nizaмını itirəcəkdir. Deмək, həмin gün bu günki gündən taмaмilə fərqlənəsidir. Qurani-kəriмdə bu мəsələyə belə işarə olunur: “(Qiyaмət günü) elə bir gündür ki, yer başqa bir yerlə, göylər də başqa göylərlə əvəz olunacaq...”
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Böyük nemətlərdən biri də odur ki, Allah Taala mömin və təqvalı insanlar üçün nəzərdə tutmuşdur, behişt və onun cavidan nemətləridir. Əlbəttə Allahın onlardan razı olması ən böyük nemətdir. Tək bir şey ki, behiştə daxil olmağa bais olur, insanın dünyadakı saleh əməlləri və onun imanıdır.
İnsanın hər nə qədər imanı və saleh əməlləri çox olsa, behiştdə də məqamı yüksək olacaqdır kişi və qadın arasında heç bir fərq yoxdur və hər bir kəs bu məqama yetişə bilər. Allah Taala buyurur: Kişi və qadınlardan hər bir şəxs saleh əməl görüb və imanı olsa, həqiqətən behiştə daxil olacaq və orada hesabsız ruzi sahibi olacaqlar.[1]
Əlbəttə ki, axirət aləmində hökm və qanunlar ki, maddi və dünyada icra olunur, intizarında olmaq səhv bir fikir və mənasızdır. Əgər ayə və rəvayətlərdə yeyib- içmək və çaylar kənarında gözəl üzlü cavanlardan söz açılmışdır, ən çox bizim qiyamət aləmini dərk etməmiz üçündür. Diqqət etmək lazımdır ki, bu ləzzətlər, dünyadakı ləzzətlər kimi deyildir.[2] Ayə və rəvayətlərdən istifadə olur ki, behişt əhli hər nə istəyərsə ixtiyarlarında hazır olacaq.[3] Behişt nemətlərindənHurul- eynə işarə etmək olar.
Qurani- kərimin bir neçə ayəsində behişt zövcələrindən (Hurul- eyn) kimi işarə olunmuşdur.[4]
Ərəb ədəbiyyatında hur (حور) kəlməsi hura (حوراء) kəlməsinin cəmi və o qadına deyilir ki, gözlərinin ağı daha çox ağ və gözlərinin qarası da daha qara olsun və ya o qadına deyilir ki, ahu gözləri kimi qara gözlü olsun. Amma (عین) kəlməsi eyna (عیناء) kəlməsinin cəmi böyük gözlü deməkdir.
Quran, Hurul- eyni behitdə ki, mirvarilərə vəsf etmişdir.[5] Bunu başa düşmək olur ki, Hurul- eyn dünyadakı qadınlardan başqz bir varlıqdır.[6] Allah Taala onlar barəsində buyurur: Hurul- eyn onlarla evləndirəcəyik.[7]
Bir çox ayələr[8] behişt əhliylə həmsöhbət kimi onları vəsf etmişdir: "Gözəl qadın və kişi surətində ki, ən gözəl və təravətdə mələklərdirlər".
Bunun üçün də bir çox təfsirçilər, dünyadakı evlilik kimi məna etmişdirlər ki, amma bu da behiştdə yoxdur.
Bəs məlum olur ki, Allah tərəfindən behişt əhlinə Hurul- eyni əta edilməsi və yaxın olması nəzərdə tutulmuşdur.[9]
Əlbəttə yenə də diqqət etmək lazımdır ki, hur və eyn kəlməsi kişiyə deyildiyi kimi qadına da deyilir: Bunun üçün də geniş mənaya şamil olur ki, bütün kişi və qadın cütlüyünə şamil olur; qadın hurilər mömin kişilər üçün və kişi hurilərsə mömin qadınlar üçün nəzərdə tutulmuşdur.[10]
Sonda bu nöqtəyə diqqət yetirmək daha yaxşı olar ki, behişt əhlinin xidmətçiləri, "qılman"lardır ki, onları behiştin gözəl xidmətçiləri adladırırlar. Onlar gözəl simalı oğlanlardır ki, hər an onları görsən hesab edərsən ki, təraş olunmuş gövhərdirlər.[11] Güya mirvarid zəncirləridirlər.[12]
Ayənin zahirindən bunu əldə etmək olur ki, behiştdə ki, gözəl oğlanlar yalnız behişt əhlinə xidmət etmək üçün yaranmışdırlar.
Bütün bu bəhslərdən nəticə alırıq ki:
Allahın bütün nemətləri, əməli saleh və mömin qadın və kişilər üçün nəzərdə tutulmuşdur. "Hurul- eyn" behişt əhlinin gözəl həm söhbətləri və "qılman" isə behiştdə gözəl üzlü xidmətlər istisna olunmur.
Allah sizə yar olsun.
[1] - Ğafir surəsi, ayə 40.
[2] - İsgəndəri, Hüseyn Ayehayi zendegi, cild 5, səh 302.
[3] - Fussilət surəsi, ayə 31.
[4] - Duxan surəsi, ayə 54; Tur surəsi, ayə 22, Vaqiə surəsi, ayə 22- 23.
[5] - " و حور عین؛ کامثال اللؤلؤ المکنون " və iri gözlü hurilər; cərgədəki mirvaridlər kimi. Əl- vaqiə surəsi, ayə 23- 24.
[6] - Əl- mizanın tərcüməsi, cild 18, səh 228.
[7] - Duxan 54.
[8] - Saffat surəsi, ayə 47. Ərrəhman surəsi, ayə 58, Rəhman 70- 72, İnsan surəsi, ayə 19, Tur surəsi, ayə 24
[9] - Biharul- ənvar, cild 8, səh 99: Əl- mizanın tərcüməsi, cild 18, səh 228.
[10] - Didare yar (Məad dər kəlame vəhy 9) Həmin.
[11] - İnsan surəsi, ayə 19
«یطوف علیهم ولدان، مخلدون اذا رأیتهم حسبتهم لولوءً منثوراً»
[12] - Tur surəsi, ayə
http://www.islamquest.net/
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əgər Qiyamət aləmində gecə, gündüz, Ay və Günəş yoxdursa, bu hadisə nə üçün “gün” sözü ilə tə”bir olunub? Çünki “gün” elə bir zaman fasiləsidir ki, günəş vasitəsilə işıqlanmış aləmdə insanlar gecə görmədiklərini aşkar, aydın görürlər. Eləcə də, dünyada gizli olan insan batini, əqidələrin əyri-düzlüyü, əməllərin pisi-yaxşısı, onların əsər-əlamətləri Qiyamətdə tam işıqlanar. Buyurulmuşdur: “İnsanın güman etmədikləri zahir olar.”
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Əgər
bu şəxslər həqiqi dini мüəyyənləşdirмək üçün iмkanlara мalik olduqları təqdirdə
axtarış aparмaмışsa, üzürlü sayılмayacaqdır. Yox əgər həqiqi dini мüəyyənləşdirмək üçün heç bir iмkanları olмaмışsa,
Allah hüzurunda üzürlüdürlər. Belə insanları aləмlərin Rəbbi cəzalandırмayacaq.
Aммa bütün bəşəriyyət dərk etdiyi həqiqətlərə əмəl etмəlidir. Düşüncəsini işə
salan insan bilir ki, Allah var, ədalət yaxşıdır, zülм pisdir, fəsad və
azğınlıq alçaqlıqdır. Deмək, insan başa düşdüklərinə əмəl etмəlidir. Belə
insanlar Quranda “мüstəzəf” adı ilə yad olunur. Böyük İslaм təfsirçiləri
мüstəzəfləri yad edən ayələr haqqında geniş araşdırмalar aparмışlar. İмaмlardan
nəql olunмuş rəvayətlərdə мaraqlı nöqtələr bəyan olunur.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslamın şərtləri usulid-dinə inanmaq və islamın heç bir zəruri məsələsini inkar etməməkdir. Cənnət və Cəhənnəm islamın zəruri hökmüdür, inkar etməyin hökmü mürtəddir. Cənnət və Cəhənnəmi inkar etməyin mənası budur ki, Allahın bu barədə xəbəri düzgün deyil.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Doğrudur, Qiyamətdəki bədən dünyadakı maddi bədəndir. Lakin bu bədən ilahi qüdrətlə axirətdə o qədər möhkəm bir tərkibdə olur ki, dünyəvi bədənlə müqayisə edilə bilməz. Axirətdə bədənin lətifliyi insanın nəfsi ilə bağlıdır.Necə ki, dünyada mö᾽minin nəfsi yumşaq, lətif olar, həqiqətlər müqabilində mütəəssir və təslim dayanar. Ona görə də axirətdə mö᾽minin bədəni də nəfsi kimi kamil lətafətdə olar. Amma kafirlərin nəfsi dünyada nəhayət dərəcədə qəliz və daşdan da bərk olub, həqiqətlər qarşısında əyilməyib. O səbəbdən də, axirətdə nəfsləri kimi bədənləri də nəhayət dərəcədə bərkdir.Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.