Sual (11) : 1ci sual:Qiyametde muselmanlara kim sehadetci olacaq?Quran deyirki hec kese sehadet getire bilmeyeceyi gundur.
Bismillahir-rəhmanir-rəhim.
Lütfən istinad etdiyiniz ayəni qeyd edin. Hər halda biz Qurandan qiyamət gününün şahidlərini xatırladırıq.

Mumin (40) surəsi ayə 51. Həqiqətən Biz Öz peyğəmbərlərimizə və (onlara) iman gətirənlərə dünya həyatında  və  şahidlərin ayağa qalxdıqları gündə (Qiyamətdə) kömək edərik.

Qiyamətin şahidləri iki dəstədir, biri daxilidir ki, insanın bədən üzvləri və əməllərin mücəssəm olması:

Nur ayə 24. O gün ki, dilləri, əlləri və ayaqları onların ziyanına, (dünyada) etdiklərinə şəhadət verəcəklər.

Digəri isə xarici şahidlərdir ki, qeyd edirik:

1. İlk şahid Allah-taala özüdür:

Yunis /46. .... onların dönüşü Bizə tərəfdir. Sonra Allah onların etdiklərinə şahiddir.

2. İlahi peyğəmbərlər:

Nisa /41. Buna görə də hər ümmətdən (onların iman, küfr, itaətkarlıq və itaətsizliklərinə şahidlik etmək üçün) bir şahid (peyğəmbərlərini) gətirəcəyimiz və səni də bunlara (bu ümmətə, yaxud o şahidlərə) şahid gətirəcəyimiz zaman (sənin və camaatın halı) necə olacaq?!

3. Rəsuli-əkrəm:

Bəqərə /143. (Sizin üçün müstəqil bir qiblə təyin etdiyimiz kimi) sizi orta (ifrat və onun ziddi arasında mötədil) bir ümmət etdik ki, (Qiyamət günü) siz insanlara şahid olasınız və bu Peyğəmbər də sizə şahid olsun. 

4. Ümmətin arasından bəziləri, 5. Əməllərə şahid olan mələklər, 6. Quran, 7. Əmələ şahid olan yer, 8. Zaman və gecə-.gündüz. Bu qeyd olunanların hər birinə sübut edən ayələr Quranda var.

Allah sizə yar olsun.

Sual (12) : Salam aleykum.. Qiyamet gunu Ademden qiyamete qeder olan canlilar dirilecek yoxsa Ademden qabaqki canlilarda? Allah sizden razi olsun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allah qarşısında təklifi və vəzifəsi olan hər bir mövcud qiyamət günü hesab verməli olacaqlar istər adəmdən qabaq olsun istər sonra. Quran ayələrindən başa düşülür ki, cinlərdə qiyamət günü məhşur olacaqlar, çünki onlarında məsuliyyəti və təklifləri var.

Allah sizə yar olsun.

Sual (13) : Sual: A SSALAMU ALEYKA SUVALIM BUDUR MUQATAS QURANDA BELA BIR AYA VAR KI ORDA DESINAR ELA BIR INSANAR DA OLACAQLAR CAHANAMDA BIR MUTAT YANANAN SONRA CANATA DAXIL OLACAQLAR Nur Mədəniyyət Mərkəzi

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Quranda hər kəsin cəhənnəmi görməyi qeyd olunur.

Bəqərə 71. Sizdən (insanlardan) Cəhənnəmə girmək astanasında olmayan və ya ona daxil olmayan bir kəs yoxdur. Bu iş sənin Rəbbinin öhdəsində qəti və (Onun əzəli istəyinə əsasən) labüddür.

Quranın zahirindən cəhənnəmin əbədi olmağı başa düşülür, nümunə üçün Bəqərə surəsi ayə 80 və 167.

Allah sizə yar olsun.

Sual (14) : Salam.bezileri deyirler ki quran qiyametde genc bir oglan kimi gelecek.onu sevenleri wefaet edecek.bu ne derecede dogrudur?bu haqda islamda melumat varmi?cox sagolun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bu barədə Peyğəmbərdən (s) hədis nəql olunub ki: Quranı öyrənin, çünki Quran qiyamət günü onu oxuyanın yanına gözəl çöhrəli bir cavan kimi gələr və ona deyər ki, mən gecə-gündüz oxuduğun Quranam ....
Həqiqətdə gözəl cavan cilvəsində gələn insanın əməlidir, çünki qiyamətdə əməllər mücəssəm olar və bu təkcə Qurana şamil olmur, başqa əməllərdə hətta insanın pis əməlləridə təmsil olunacaq.
Bu barədə Ayətullah Quçaninin "Qərb səyahəti" kitabından ətraflı oxuya bilərsiz.

Allah sizə yar olsun.

Sual (15) : Salamun ələykum, ALLAH sizlərdən razı olsun, sual; qiyamət günü hamı ALLAHIN hüzurunda duracaqlar deyəndə bunu necə başa düşək?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Ümumiyyətlə insan və bütün yaranmışlar elə bu dünyadada Allahın hüzurundadır, Allahın hər şeyə əhatəsi vardır və hüzur mənasıda budur. Adətən insan dünyada bu hüzuru dərk etmir və qiyaməti isə bəzən bütövlükdə inkar edir. Allahın hüzurunda ifadəsi daha çox axirət aləmi üçün işlənməsinin səbəbi qiyamətin haqq-hesab, mühakimə və mükafat günü və insanın ixtiyarsız olmasını xatırladır. Bəzi məzhəblər qiyamətdə Allahı cism fərz edirlər və bu hüzuru maddi və məkanda olduğu kimi və Allahı gözlə görəcəklərini iddia edirlər. Amma bu tamami ilə yanlışdır, Allahın varlığı və mahiyyəti dünya və qiyamətdə eynidir və heçdə fərqlənmir. O, cism deyil nə dünyada və nə də axirətdə, elə buna görəd insanların məhşər günü hüzuru Allahın mühakiməsi qarşısında cəm olaraq duracaqlarıdır. Bu barədə bir neçə ayəni qeyd edirik:

Yasin surəsi ayə 32. Və onların hamısı – istisnasız olaraq – (axirət günü) Bizim hüzurumuza çağırılacaqlar.

53. (Bu zaman) üfürmə və bağırtı (surun üçüncü dəfə çalınması) yalnız bir dəfə olar, onda dərhal hamılıqla (yaradılmış ilk insandan ölmüş axırıncı insanadək) Bizim hüzurumuzda (haqq-hesab və hökmetmə dayanacağında) hazır duracaqlar.

Nəbə surəsi ayə 37. (O,) göylərin, yerin və onların arasında olanların Rəbbidir. (O,) Məhşər əhlinin Onun hüzurunda söz deməyə (müstəqil surətdə şəfaət etməyə, yaxud Onun mühakiməsinə, mükafatına və cəzasına etiraz etməyə) əsla qadir olmadığı həmin Rəhman (olan Allah)dır.

Allah sizə yar olsun.

Sual (16) : salam aleykum, sualim belediki, Allah bizi yaradibsa, bizi nie yandirsin? cehennemi yaratmaqda meqsed, bu meqsedi felsefesi nededir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allah-təala cəhənnəmi yaratmasaydı nə olardı? Cəhənnəmin yaradılması zəruri idimi?
Əslində, behişt və cəhənnəm bir ipin iki ucu kimidir: biri varsa, o biri də olmalıdır. İnsan azaddır və bu iki sonluğu zəruri edən də insanın azadlığıdır. Behişt doğru yolu seçmiş azad insanın mükafatı, cəhənnəm isə şər yolu seçmiş azad insanın cəzasıdır. İnsanın azad şəkildə seçim aparması üçün onun qarşısında ən azı iki yol olmalıdır. Əgər qarşıda daim yalnız bir yol varsa insanın azadlığının heç bir mənası yoxdur. Əgər qarşıdakı yollardan yalnız biri ilə getməyə imkan varsa insan yenə də azad deyil. Çünki bu iki halda insan iradəsindən asılı olmayaraq addım atır.
Allah-təala insanı azad, muxtar yaratmışdır. Həm yaxşılığa, həm də pisliyə meyl onun daxilindədir. Yaxşılığı seçən yaxşılığa, pis-liyi seçən pisliyə çatmalıdır. Əgər bu iki qrup insanın aqibəti eyni olsaydı, ilahi ədalətdən danışmağa dəyməzdi.
Demək, insanın qarşısında iki yol var. Bu yollardan biri onu Allah xəlifəsi məqamına, digəri ən alçaq səviyyəyə aparır. Birinci yol gecə ibadələri, bəndəlik, ilahi əmrlərə itaətdən ibarətdir. Bu yolun sonu behişt, misilsiz nemətlər və nəhayət, “Allahla görüş”dür. “Saleh bəndələr üçün hazırlananları nə bir göz görmüş, nə bir qulaq eşitmiş, nə də bir qəlb duymuşdur.” ( Biharul – Ənvar , 8 – ci cild ) “Qaf” surəsində buyurulur: “Onlar üçün istədik-ləri hər şey vardır.” 
İkinci yolun sonu cəhənnəm, ilahi əzab, yandırıcı od, ən alçaq mərtəbəyə süqutdur. Bu yolun sonuna çatmış insan elə peşman olur ki, hətta “kaş torpaq olaydım” deyir. Nəbə surəsi ayə 40. 
İnsan iki yol ayrıcındadır; bir yol kamal və sonsuz səadətə, digəri isə alçaqlıq və bədbəxtliyə aparır. İnsan bu məqamda olduqca ehtiyatla qədəm götürməlidir. Məhz bu ehtiyatlılıq “təqva” adla-nır.
Bəli, Allah-təala insanı yaratmış və yaxşılıqla pisliyi ona tanıtmışdır: “And olsun nəfsə və onu nizama salana, sonra da ona günahkarlığı və pərhizkarlığı ilham edənə.” Şəms surəsi ayə 7-8. Doğru yolu seçənlər mükafata, yanlış yolu seçənlər isə cəzaya çatacaqlar: “Yaxşı iş görənlər on qat artıq mükafata çatacaq, pis iş görənlər həmin qədər (günahları qədər) cəzalandırılacaqlar və onlara zülm edilməz.” Ənam surəsi ayə 160.
Allah sizə yar olsun.
Sual (17) : Salam aleykum... Qiyamet gunu insanlar qebirlerden qalxarken oldukleri yasda qalxacaqlar? Qebirden qalsanda cilpaq olacalar? Allah sizden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Qiyamətdə dünyadakı kimi yaş anlayışı olmayacaq.
Bəli, qəbirlərdən çılpaq vəziyyətdə məhşərə gələcəklər. Əlbətdə cənnət və cəhənnəmdə çılpaq olmayacaqlar.

Allah sizə yar olsun.

Sual (18) : Salam aleykum ve rehmetullahi ve berekatuh.... bizi maraqlandiran bir sey var istiyirik onun izahin veresiz. Eger bir nefer iki min il bunnan qabaq olub ve eyni ile bu olen qeder gunaha malik olan biri qiyamete bir il qalmis oldu. Bularada berzexde cehennenden pencere acildi. Bu biraz bize ele gelir edalete uygun olmur axi biri Allah bilir ne qeder ezab cekecek o biri bir il. Xahis eliyirik bu haqda melumat veresiz. Allah sizden razi olsun
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Allah-təala heç kəsə günahından artıq əzab vermir və zərrədə olsun zülm etmir. Günahkar bərzəxdə yalnız günahı qədər əzab çəkəcək. Əlbətdə bəzi insanlar ki, əbədi cəhənnəmlikdir daimi əzabda olacaq. Amma bərzəx əzabı qiyamət və cəhənnəm əzabına nisbət çox yüngüldür. Əbədi əzaba düçar olanlar arzu edəcək ki, həmişə bərzəxdə olsunlar cəhənnəmə getməsinlər. Başqa bir tərəfdən bərzəxdə zaman bu dünya ilə fərqlidir, sanki yuxunun oyaq halına olan nisbəti kimidir. 

Buna görədə mümkündür dünya zamanı baxımından çoxdan ölmüş insanın əzabı təzə dünyasını dəyişəndən bərzəx zamanı az olsun. Yuxu haləti kimi, misal üçün mümkündür 100 il yatmış insan təkcə neçə dəqiqəni hiss etsin, amma bir kəs ki, təkcə neçə dəqiqə yatıb yüzlərlə hadisələr onun üçün yuxuda baş verməyi nəticəsində öz yuxusunu uzun hesab etsin.

Rəsulullah (səlləllahu əleyhi və alihi və səlləm) buyurmuşdur: “Əzab əhlinə bərzəxdə sübh və axşam Cəhənnəmdəki yeri göstərilər. Behişt əhlinə isə Behiştdəki yeri göstərilər və deyilər ki, Qiyamətdəki yerin budur.”

Allah sizə yar olsun.
Sual (19) : SALAM ALEKUM. QARDASIM CAHIL ALIMLERKI VAR MESELEN ALBERT ENISDEYIN, O CUR ALIMLERINDE QIYAMET GUNUNDE MUKAFATI OLACAQ?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əgər kəşf və ixtiralar tarixinə nəzər salsaq, alimlərin bu yolda çəkdikləri üzücü zəhmətlərə şahid olarıq. Onlar min bir əzab-əziyyətə qatlaşaraq, öz yenilikləri ilə bəşəriyyətə böyük faydalar vermişlər. Məşhur fizik Edisson elektrik cərəyanının kəşfi yolunda nəinki əziyyət çəkmiş, hətta həyatını qurban vermişdir. Nəticədə, dünyanın qaranlıq gecələri işıqlanmış, zavod və fabriklər hərəkətə gəlmiş, bir sözlə, həyat yeni rəng almışdır. Ortaya belə bir sual çıxır: necə ola bilər ki, həyatını bəşəriyyət yolunda fəda etmiş bir insan imanı olmadığı üçün cəhənnəmə, əlini ağdan qaraya vurmamış bir müsəlman isə, behiştə getsin?
İmam Kazim (ə) buyurur: «Bəni-İsraildə biri imanlı, o biri isə kafir olan iki qonşu vardı. Kafir qonşu öz imanlı qonşusu ilə çox gözəl rəftar edərdi. O, dünyasını dəyişdi. Mömin qonşusu ilə yaxşı rəftarlarına görə, axirətdə onu oddan qoruyacaq bina ilə mükafatlandırıldı» .
Çox olub ki, məscid və ya mədrəsə tikən bir şəxsin niyyəti Allahı razı salmaq yox, hansısa şəxsi mənafelər olub. Əksinə, imkansız bir şəxs sırf Allahın razılığı üçün çox kiçik bir iş görüb. İslam dinində bütün əməllər niyyətin saflığı ilə ölçüldüyü üçün, ikinci şəxsin kiçik işi daha üstündür.
Əgər alim maddi təmənnaya, vəzifə və şöhrətə görə əziyyət çəkmişsə, heç bir ilahi mükafat gözləməməlidir. Onun gördüyü iş günah hesab olunmur, amma savabı da yoxdur. Çəkdiyi zəhmətin mükafatıda bu dünyada veriləcək, adı dillərdə qalmaqla, hörmətlə yad olacaq, dünya şan-şöhrəti və s. Amma işi Allaha xatir olsa həm dünyada və həmdə axirətdə mükafat alacaq.

Kafir əğər müstəzəf və haqdan xəbərsiz olsa və öz dininə doğru əməl etsə haqqın müqabilində inadkar olmasa Allahın rəhməti beləsinə şamil olacaq. Amma cənnətə gedəcək ya başqa yerə (ərafat deyilə bir yerə) alimlər arasında ixtilaf var. Alimlərin əksəri cənnətdə yalnız müsəlmanların gedəcəyini qəbul edirlər və Qurandanda dəlillər gətirilər.

Amma o ki, qaldı Enişteyn barədə, bəziləri onun müsəlman və şiə olmağına inanırlar və buna, Ayətullah Bürucerdiyə yazdıqları məktubları dəlil və sübut gətirirlər. Enişteyn, Peyğəmbərin (ə) merac hadisəsində nisbiyyət qanunu müşahidə edir və bu barədə bir neçə məktublaşma olur onunla Ayətullah Bürucerdinin arasında. Həmçinin Enişteyn dünyasını dəyişdikdən sonra onun əlyazma kitabını bir iranlı tacir alır və ordakı etiraflarından müsəlman olduğu bəlli olur. Onun kimi müsəlman olub amma gizlədən alimlər çox olub o cümlədən Tolstoyu misal gətirmək olar.

Allah hər şeyin düzünü və yaxşısını biləndir.

Allah sizə yar olsun.

Sual (20) : Salam. Әgәr әri rәhmәtә getmiş bir xanım ikinci dәfә әrә getsә, Axirәtdә birinci әri onu qәbul edәcәkmi? Qadın qorxur ki, әgәr başqasına әrә gedәrsә, birinci әrinә xәyanәt etmiş olar vә Axirәtdә onu qәbul etmәz. İndi bu qadın nә etsin? Onu da qeyd edәk ki, qadının әri ölmәmişdәn bir neçә gün qabaq xanımlna demişdi ki, әrә getsin.
Ad: Aygün, Ölkə: Azәrbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Dünyada yenindən ərə gedən qadın behiştdə ərlərindən hansı biri ilə yaşayacaqdır?

Dünyada bir-birinin həyat yoldaşı olan qadınla kişinin axırıncı vəziyyəti ilə əlaqədar bir neçə fərziyyə mümkündür:

1. Qadın və kişinin hər ikisi behişt əhli olsun;

2. Qadın behişt əhli, kişi isə cəhənnəm əhli olsun;

3. Kişi behişt, qadın isə cəhənnəm əhli olsun;

4. Qadın və kişinin hər ikisi cəhənnəm əhli olsun;

5. Qadın neçə ərə gedibsə, hamısı birlikdə behişt əhli olsunlar;

6. Kişi aldığı bir neçə arvad ilə birlikdə əhli behişt olsun.

Birinci halda əgər onlardan hər biri digərini seçsə, yəni kişi yüksək məqama malik olsa və qadını seçsə, yaxud qadın yüksək məqama malik olub kişini seçsə, bu halda bir-birinə qovuşacaqlar. Bu məsələ İmam Sadiq (əleyhis-salam)-ın buyurduğu aşağıdakı hədisdən görünür: “Əgər behiştdə kişi qadından yüksəkdə olarsa və onu seçərsə, qadın kişinin həyat yoldaşlarından biri olur. Əgər qadın yüksəkdə olsa və kişini seçsə, qadın o kişinin həyat yoldaşı olur.”[1]

İkinci, üçüncü və dördüncü ehtimalda da ya hər ikisi, yaxud onlardan biri cəhənnəmdədir və behiştdə olmayan bir insan behiştə olan kişi və qadının yanında ola bilməz. Yuxarıdakı rəvayətə diqqət yetirməklə altıncı surətdə də əgər kişi yüksəkdə olarsa, həyat yoldaşını seçə bilər.

Sualda soruşulan beşinci fərz isə, xoşbəxtlikdən rəvayətlərdə qeyd olunur. Bu sualı Ümmü Sələmə (r) Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən soruşmuşdu: “Əgər qadın dünyada bir neçə dəfə ərə getmiş olarsa və qiyamət günü qadın və ərlərinin hamısı behiştə daxil olsa, qadın onların hansı birinin arvadı olacaq?” Peyğəmbər (səlləllahu əleyhi və alih) də buyurmuşdu: “Ey Ümmü Sələmə! Onların ən yaxşı xasiyyətlisi və ən gözəl olanını seç. Elə bir şəxsi seç ki, ailəsi üçün hamıdan yaxşı idi. Çünki gözəl əxlaq dünya və axirətin xeyir və səadətini özü ilə gətirib.”[2]

Yəni qadın belə olan halda istədiyi ərlərindən hər biri ilə yaşaya bilər. Bu rəvayət təklikdə bu sualın cavabı ola bilər.
[1] Məclisi, “Biharul-ənvar”, 8-ci cild, səh. 105, Beyrut çapı

[2] Yenə orada, səh. 119

Allah sizə yar olsun.

Go to TOP