Sual (11) : Salam aleykum ve rehmetullah. Hedislerde varki kim qebr ustune getse olen insanin ruhu onu hiss eder ayaq seslerin esider. Olen insanin ruhu qebrde qalir yoxsa berzex alemine gedir? Allah sizden razi olsun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Qəbr də bərzəxin bir guşəsidir. Dünyasını dəyişən hər kəs dəfn edildikdən sonra onun üçün qəbr həyatı və ya bərzəx həyatı deyilən bir mərhələ başlayır. Sorğu-sual mələkləri məzara daxil olub dinin əsasları barədə soruşurlar. Düzgün cavab verən şəxsin qəbrindən cənnətə doğru pəncərə açılır və ölünün ruhu qiyamətə kimi bu pəncərədən cənnətin ətrini duyur. Sorğu-sualdan uğurla çıxmayanın qəbrinə isə cəhənnəmdən pəncərə açılır və ölünün ruhu cəhənnəmin üfunətini, hərarətini duyaraq ora aparılacağı günü (yəni məhşər gününü) qorxu ilə gözləyir. Imam Əli (ə) bunu nəzərdə tutaraq buyurub: “Qəbr ya cənnət bağçalarından bir bağça ya da cəhənnəm çuxurlarından bir çaladır” (Biharül-ənvar, VI, 218).
Mühəddis Cəzairi “Ənvari-nömaniyə”də nəql edir: Soruşa bilərsiniz ki, əgər misali qəlibdə olan ruh Vadiyüs-səlamda olursa, nə üçün qəbir üstünə getmək əmr olunub? Əgər ruhlar qəbirdə deyilsə, öz ziyarətçisini necə başa düşür? Cavab: Həzrət Sadiq (əleyhissalam)-dan rəvayət olunub ki, ruhlar Vadiyüs-səlamda olsalar da, öz qəbirlərinədək məhəlli əhatə edə bilirlər. İmam (əleyhissalam) ruhu günəşə oxşadıb: günəş səmada olsa da, şüaları bütün yeri əhatə edir. Ruhların da elmi, biliyi belədir.

Allah sizə yar olsun.

Sual (12) : Salam aleykum. Qebrde sorgu-sual hansi dilde olacaq?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Qəbirdə Nəkir və Münkərin sorğu-sualı inkar edilməz həqiqətdir və mütləq baş verəcək. İmam Sadiq (ə) buyurur: Hər kəs üç məsələni inkar etsə bizim şiələrimizdə deyil: Merac, qəbirdə sorğu-sualı və şəfaət. Lakin sualın keyfiyyəti və necəliyi –misal üçün hansı dildə söhbət olunur- hədislərdə açıqlanmayıb. Amma bu barədə bir neçə ehtimal verilib ki, qısa şəkildə işarə edirik.

1.Bəzilərinin əqidəsinə görə qəbirdə hər şəxs öz dilində sual-cavab olunacaq.

2.Bəziləri isə ehtimal verirlər ki, qəbirdə suallar maddi dil və sözlə soruşulmayacaq. Lakin insanın misali qüvvələri işə düşəcək. Misali qüvvələrin ən əhəmiyyətlisi misali hafizə qüvvəsidir ki, insan vücudunda olan batini inancları gözünün qarşısında canlanacaq. Başqa sözlə desək, sual-cavab zəbani-qalla yox zəbani-halla olacaq. Peyğəmbərin (s) hədisində bu məsələyə işarə olunur ki, buyurur: Elə ki, ölünü qəbirə qoydular, qəbir ona deyər: Vay olsun sənə ey adəm övladı! Səni mənə nisbətdə nə aldatdı? Bilmirsən mən qaranlıq, təklik eviyəm .... Həmçinin İmam Sadiq (ə) buyurur: Hər gün qabirin danışığı var, deyir: Mən qürbət eviyəm, mən vəhşət eviyəm və ...

3.Mümkündür qəbirdəki sual-cavab bu dünyada olan bədənin dili və qulağı ilə, amma başqa aləmin qəlibində. Başqa sözlə, insanın ruhu qəbirdə misali bədəndə qərar tapacaq.

Diqqət etmək lazımdır ki, şeytana itaət edən insanlar bu dünyada asanlıqla cavab verə biləcəyi suallara, qəbirdə rahat cavab verə bilməyəcək və dili tutulacaq.

Allah sizə yar olsun.

Sual (13) : Salam aleykum ve rehmetullah. Insan olenden sonra berzexde eger cehennem ehlidirse ezab cekir. Bu cekilen ezablar onlarin gunahinnan cixilir? Eger cixilirsa yeniden qiyametde sorgu sual ne ucundu? Eger berzexde ozunun butun gunahlarinin evezin veren qiyametde ne edecek ne sorgu sual olacaq? Bunu biz yaxsi anlamiriq xahis edirik izah edesiz? Allah razi olsun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bərzəxdə çəkilən əzab qiyamətə nisbət asan və ordakı sual ümumi formadadır. Bərzəxdəki əzabla bütün günahlar aradan getmir. Əgər günahı az olarsa bərzəx əzabı ilə paklanar, əks halda qiyamətdə cəhənnəmə gedərək paklanacaq. Qiyamətdəki sorğu-sual hər bir işin xırdalığına qədər olacaq, amma bərzəxdə külli soruşulacaq. Misal üçün bərzəxdə namaz qılan olub olmamağından soruşulacaq, amma qiyamətdə hər bir qılınan namazlardan sual olunacaq.

Allah sizə yar olsun.

Sual (14) : ,Quranda deyilirki ruh bedeni terk etdikde onlar berzex aleminde gozleyerler ne cennete nede cehennrme daxil olarlar.Bezi alimler ise deyirki imam Huseynin basi vurulan vaxt Xanim Xehra cadrada cennetden ora gelib.bu ne derecede dogrudur?

Bismillahir-rəhmanir-rəhim.

Məqsə bərzəx aləminin cənnətidir.

Hədislərdə var ki, qəbir cənnət bağlarından bir bağ ya cəhənnəm quyularından bir quyudur.

İmam Sadiq (ə): «Allahın Rəsulu (s) buyurmuşdur: «Mənim qəbrimlə minbərimin arasında Cənnət bağlarından bir bağ var və mənim minbərim Cənnət arxlarından birinin üzərində qurulmuşdur.» Çünki Fatimənin (Allahın salamı olsun ona) qəbri, Allahın Rəsulunun qəbri ilə onun minbəri arasındadır. Fatimənin qəbri Cənnət bağlarından biridir və Cənnət arxlarından biri də ona tərəf axır.» (Məanil-Əxbar,səh. 267 , hədis 1).

Allah sizə yar olsun.

Sual (15) : Salam aleykum. Bir kes olenden sonra onun emel defteri baglanir? Bizim ona heddiye etdiyimiz emellerin onun emel defterinde qeyd olunur? Bu emellerin ona ancaq berzexde xeyiri var yoxsa qiyamatdede xeyiri olacaq? Eger bir nefer namaz qilmayibsa olennen sora kimse onun namazlarin qilibsa bu namazlarin qilmis kimi sayilacaq? Xahis edirik bulari izah edesiz. Allah sizlerden razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Həqiqətən mömin şəxsin ölümündən sonra gözəl əməllərinə və yaxşılıqlarına əlavə olunan şeylər – onun öyrənib yığdığı elm, qoyub getdiyi saleh əməl, övlad və yadigar qoyduğu Qurandır.”
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “İnsan öldükdən sonra onun əməl dəftəri bağlanar, yalnız üç yolla ona savab və fayda verilər: 1-Ümumxalq mənfəəti üçün bir şey düzəldən və ardıcıl sədəqə qoyub gedən. 2-Cəmiyyət üçün faydalı şagird yetişdirib lazımlı kitablar yazan alim. 3-İnsanın özündən sonra qoyub getdiyi və onlar üçün ehsan edən əməlisaleh övlad.”
Bu əməllərin savabı bərzəx aləmində ölüyə yetişir, amma qiyaməti üçündə faydalıdır, çünki yaxşı əməllərinin çoxalmasına və günahlarının azalmasına səbəb olur.
Bəli, əgər müsəlman olsa sonradan onun namazını qılsalar, boynundan götürülür, amma namazın xeyir-bərəkətindən məhrum olur.

Allah sizə yar olsun.

Sual (16) : Salamun aleykum.qebir daşının üzerine ölünün şeklinin vurulması,gül qoyulması lent bağlanması qebrin üzerine su tökmek ve s.emeller haqqında melumat vererdiniz. Allah razı olsun insallah.

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Qəbr üzərinə su tökmək müstəhəbdir, xüsusi ilə təzə dəfn olmuş qəbr üzərinə 40 gün su tökmək, amma gül qoymaq, lent bağlamaq əgər israf olmasa eybi yoxdur, baxmayaraq ki, müstəhəbdə deyil. Qəbr üzərinə yaxşı olar şəkil vurulmasın,qadın şəkli vurulması, xüsusi ilə cavan olarsa eybi var.

Allah sizə yar olsun.

Sual (17) : salam olsun -qəbir əzabı varmı?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Qəbir dünyası həmişə insanların marağına səbəb olan məsələlərdən biridir. Qəbir dedikdə, insanın öləndən sonra düşdüyü bərzəx aləmi nəzərdə tutulur. Bu aləm Qiyamətə qədər davam edir. İmam Sadiqin (ə) tərəfdaşlarından biri olan Həmad deyir: “İmam Sadiqdən (ə) soruşdum ki, bərzəx nədir?” O, buyurdu: “Bərzəx - ölümdən qiyamətə qədər olan qəbirdir””.
İnsanın ruhu öləndən sonra öz misali bədəninə qovuşur. Əslində insan bu dünyanı tərk edən zaman maddi bədənindən ayrılır. Öz misali bədəninə qovuşur. Çünki onun bu bədəni bərzəx aləminə uyğun olan bir bədəndir. Ruh ilə rabitəsi maddi bədənin ruh ilə olan rabitəsindən daha güclüdür.
İmam Baqirdən (ə) nəql edirlər ki, buyurub: “Möminlərin ruhları dünyadan gedən zaman dünya cəsədləri kimi cəsədlərdə olarlar. Behişt (bərzəx) nemətlərindən bəhrələnərlər”.
İnsanın ruhu maddi bədənindən ayrılandan sonra bərzəxə daxil olar. Misal bədəni ilə həyatını davam etdirər. Bu, belə deyildir ki, insanı hansısa vəhşi heyvan yesin və ya dənizdə batsın, onun torpaq üzərində qəbri olmadığına görə sorgu-sual etməsinlər. Xeyr, belə deyildir, hər bir insan öləndən sonra bərzəx aləminə daxil olur və etdiyi əməllərinə görə mükafatlandırılır və ya cəzalandırlır.
Biz Qurana və hədislərə müraciət edərək, bu aləmin həqiqətlərini dərk edə bilərik.
Quran bu haqda buyurur: “Məgər onlar göyləri və yeri yaradan Allahın onlar(ın dünyadakı cismləri) kimisini (axirətdə də) yaratmağa (və onların eynilə Bərzəx ruhunu ora daxil etməyə) qadir olduğunu və (həmçinin) onlar üçün (dünya həyatında və Qiyamət gününədək Bərzəxdə) barəsində heç bir şəkk-şübhə olmayan müəyyən bir müddət qoymasını bilmədilər?!” (“İsra” 99).
Nurani bir hədisdə oxuyuruq: “O zaman ki, sizlərdən biri dünyadan gedər, əgər behişt əhli olarsa, yeri behiştdə, əgər cəhənnəm əhlidirsə, yeri cəhənnəmdədir. Ona deyilər: “Bu sənin yerindir””.
Başqa bir hədisdə oxuyuruq: “Qəbir - ya behişt bağlarındadır, ya da cəhənnəm çala-çuxurundadır”.
Bərzəx aləminin xüsusiyyətlərindən biri də odur ki, insan qəbir evində sorgu-sual olunar. İmam Səccad (ə) buyurur: “Peyğəmbər (s) hər cümə məcsiddə insanlara nəsihət verir və buyururdu: “Nəkir və Məkir adlı iki mələk səni sorgu-sual etmək üçün gələrlər. Onu bil ki, səndən soruşacaqları ilk sual pərəstiş etdiyin Allah olacaqdır. Sənə göndərilən Peyğəmbər (s) haqqında və etiqad bəslədiyin din haqqında sual verəcəklər”.
Bərzəx aləminin əzab və savabı bərzəx aləmindəki bədənimizə şamil olar, dünyada qəbirdə basdırılan cansız cəsədimizə deyil. İnsan vəfat edəndən sonra cəsədi hərəkət edə bilməz. İnsan ruhu misali bədənində ya mükafatlandırılaraq, behiştə daxil olar, ya da dəhşətli əzaba məruz qalar. Fəryadı hər yeri bürüyər.
Bəzi günahlar vardır ki, insan ona görə qəbirdə əzaba düçar olar:
1. Məzlumun kənarından keçib getmək və ona yardım etməmək.
2. Söz gəzdirmək.
3. Ailəyə itaətsizlik və həyat yoldaşından uzaqlaşmaq.
4. Ailədə pis əxlaq göstərmək.

Əgər möminlərin qəbirdə çəkdikləri əzaba nəzər salsaq, görərik ki, bu, onlar üçün bir nemətdir. Günahdan paklanmaq və saflaşmaqdır. Günahlarının kəffarəsidir. Onların əbədi behiştə daxil olmasını qəti edir.
İmam Sadiq (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir: “Qəbir sıxıntısı mömin üçün dünyada zay etdiyi nemətlərin kəffarəsidir”. sualcavab.ge

Allah sizə yar olsun.

Sual (18) : salam aleykum, 1 qebirde ezabdan nece qorunum? 2 qiyametde Rehmete nece qovuuwum? susuz qalmayim/

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Dünyasını dəyişən hər kəs dəfn edildikdən sonra onun üçün qəbr həyatı və ya bərzəx həyatı deyilən bir mərhələ başlayır. Sorğu-sual mələkləri məzara daxil olub dinin əsasları barədə soruşurlar. Düzgün cavab verən şəxsin qəbrindən cənnətə doğru pəncərə açılır və ölünün ruhu qiyamətə kimi bu pəncərədən cənnətin ətrini duyur. Sorğu-sualdan uğurla çıxmayanın qəbrinə isə cəhənnəmdən pəncərə açılır və ölünün ruhu cəhənnəmin üfunətini, hərarətini duyaraq ora aparılacağı günü (yəni məhşər gününü) qorxu ilə gözləyir. Imam Əli (ə) bunu nəzərdə tutaraq buyurub: “Qəbr ya cənnət bağçalarından bir bağça ya da cəhənnəm çuxurlarından bir çaladır” (Biharül-ənvar, VI, 218).

Islam müqəddəslərinin hədislərində deyilir ki, ölülərin böyük əksəriyyəti qəbr əzabına məruz qalacaq. Kafirlərin və münafiqlərin qəbrdəki əzabı qiyamət gününə kimi davam edəcək. Amma möminlərin çoxusu da heç olmazsa müvəqqəti olaraq qəbr əzabını dadacaq. Bu, onlardan ötrü dünyada etdikləri bəzi günahların cəriməsi kimi sayılacaq. Islam Peyğəmbəri buyurub: “Bəzən möminin nemətləri zay etməsinin kəffarəsi (cəriməsi) olaraq, ona qəbr sıxıntısı verilər” (Biharül-ənvar, VI, 221).

Qəbr əzabı tənhalıq, zülmət, qorxu, qəbrin darlığı, hətta qəbrin sıxılaraq ölünün bədənini əzməsi, torpağın təkindəki həşəratların bədəni yeməsi kimi şəkillərdə də təzahür edəcək.
Hədislərdən məlum olur ki, insanın bu dünyada etdiyi əməllər onun qəbr (bərzəx) həyatına təsir göstərə bilər. Yəni insan öz əməllərinin ilk bəhrəsini qəbrdə görəcək. Bəzi günahlar qəbr əzabını şiddətləndirər, bəzi savablar isə onu yüngülləşdirər. 

Rəvayətlərə görə, mömin insanın qıldığı namazlar, tutduğu oruclar, verdiyi zəkatlar və yerinə yetirdiyi həcclər müəyyən bir qiyafə alıb onun qəbrinə daxil olarlar, sorğu mələkləri gələndə bunlar insanın dadına çatar və ona əzab verilməsinə mane olarlar. Həmçinin, əgər mərhum şəxs Əhli-beyti sevirdisə, bu sevgi də parlaq nur şəklində qəbirdə qərar tutub, mələklərin sorğu-sualına uğurla cavab verməyə yardım göstərər. 

Imam Mühəmməd Baqir (ə) buyurub ki, hər kim namazda rükunu kamil şəkildə yerinə yetirsə, qəbrdə qorxu ona yaxın gəlməz (Biharül-ənvar, VI, 244).
Ibn Abbasın rəvayətindən məlum olur ki, insana qəbir əzabının üçdən-bir hissəsi qeybət etdiyinə görə verilər (Biharül-ənvar, VI, 245).

Həzrət Əli (ə) sözlərinin birində belə buyurub ki, qəbr əzabı insana söz gəzdirdiyinə, şəriətdə göstərilən qaydaya uyğun olmayan tərzdə subaşına getdiyinə və ailəsindən uzaq gəzdiyinə görə verilər (Biharül-ənvar, VI, 222). Hədisdəki üçüncü məqamın üzərində daha geniş durmaq istərdik. Burada ailəsindən uzaq gəzmək – yəni ailəni başlı-başına buraxmaq, tərki-dünya olmaq, ailə üzvləri ilə maraqlanmamaq, onların rahat dolanışığı üçün çalışmamaq, evdə kobudluq etmək və sairə nəzərdə tutulur.

Həzrət Mühəmməd Peyğəmbərin (s) məşhur səhabəsi Səd ibn Məaz vəfat edərkən, o həzrət Sədin dəfn mərasimində fəal iştirak etmiş, cənazəni özü qəbrə qoymuş, qəbrin üstünün torpaqlanmasına qatılmışdı. Amma Sədin dəfnindən sonra anası: “Ey Səd! Behişt sənə mübarək olsun!” deyərkən, Peyğəmbər etiraz edib buyurdu: “Oğlunu cənnətlə müjdələməyə tələsmə! Çünki o, hələ qəbr əzabını çəkir”. Mərasim dağılandan sonra səhabələr Peyğəmbərdən soruşdular ki, Sədin dəfnində bu qədər yaxından iştirak etdiyin və onun cənazəsinə bu qədər ehtiram göstərdiyin halda, niyə onun qəbr əzabına düçar olduğunu buyurdun? Peyğəmbər cavab verdi: “Çünki o, öz həyatı yoldaşı ilə pis rəftar edirdi” (Biharül-ənvar, VI, 220).

Bəzən qəbr əzabının yüngülləşməsinə və hətta sona çatmasına insanın yaxınlarının savab əməlləri də səbəb ola bilər. Belə ki, əgər ölmüş adamın övladları, qohumları və ya dostları çoxlu xeyirli iş görüb, bunun savabını ölünün ruhuna hədiyyə etsələr, Allah bunun xatirinə ölünün qəbir əzabına yüngüllük gətirər. Xüsusilə, əgər xeyir əməllər onun miras buraxdığı mal-dövlətin hesabına edilsə, daha çox faydalı olar. Həzrət Isa Peyğəmbər (ə) bir qəbrin yanından keçəndə peyğəmbərlik gücü ilə hiss edir ki, qəbrdə yatan adama əzab verilir. Amma bir ildən sonra yenə həmin yerdən keçəndə ölünün ruhuna verilən əzabın kəsildiyini hiss edir. Təəccüb içində qalan peyğəmbərə Allah belə vəhy edir: “Ey Ruhullah! Bu ölüyə öz əməli-saleh oğlu kömək etdi. Oğlu bu bir ilin ərzində yol çəkdrdi, yetimə himayə göstərdi. Oğlunun xeyir əməllərinin xatirinə Allah bu qəbirdə yatan ölünü bağışladı” (Biharül-ənvar, VI, 220).

Dəfn mərasimindən sonrakı gecədə, işa namazından sonra ölünün yaxın adamları ondan ötrü vəhşət namazı qılsalar, qəbr əzabı yüngülləşə bilər. Vəhşət namazı iki rükətdir. Birinci rükətdə Fatihədən sonra ayətəl-kürsi, ikinci rükətdə isə Fatihədən sonra 10 dəfə Qədr surəsi oxunur. Namazın sonunda belə dua edilir: “Allahümmə səlli əla Mühəmmədin və ali-Mühəmməd. Vəbəs səvabəha ila qəbri fülan” (Allahım, Sənin salavatın olsun Mühəmmədə və Onun nəslinə. Bu namazın savabını filankəsin qəbrinə göndər; “filan” sözünün yerinə mərhumun adı deyilir). 

Həzrət Mühəmməd Peyğəmbəri (ə) və Əhli-beyti sevmək də qəbr əzabını yüngülləşdirən səbəblər arasında qeyd edilib. Peyğəmbər buyurub: “Məni və Əhli-beytimi sevmək yeddi qorxulu məqamda insanın dadına çatar: can verərkən, qəbrdə yatarkən, qiyamətdə dirilərkən, əməl dəftərinin qarşısında durarkən, əməllərə görə hesab verərkən, savablar və günahlar mizanda ölçülərkən və sırat körpüsünün üzərindən keçərkən” (Biharül-ənvar, VII, 248). Yenə Peyğəmbər buyurub ki, mənə salavat göndərmək insanın qəbrinin nurla dolmasına, sırat körpüsünü keçərkən yolunun işıqlanmasına və cənnətdə nurla əhatə olunmasına səbəb olar (Biharül-ənvar, 94, 70-71).

Bəzi qadınlar da etdikləri savablara görə qəbr əzabından amanda qalacaqlar. Peyğəmbər buyururdu ki, bu üç dəstə qadın qəbr əzabı görməyəcək və qiyamət günündə Həzrət Fatimeyi-Zəhra (ə) ilə birlikdə məhşərə gələcək: ərinin kasıblığına dözən qadın, ərinin pis xasiyyətinə səbr edən qadın və öz mehriyyəsini ərinə bağışlayan qadın (M.Qiraəti. Məad, səh. 193).

Bəzi hədislərdə buyurulur ki, cümə axşamı gününün günortasından cümə gününün günortasına kimi keçən müddət ərzində, həmçinin, cümə günü boyunca dünyasını dəyişən möminə qəbr əzabı verilməz (Biharül-ənvar, VI, 221 və 230).

Həmçinin, aşağıdakı əməllərin də insanı qəbr əzabından qoruduğunu yazırlar: Imam Hüseynin (ə) məzarını ziyarət etmək, möminin qəlbini sevindirmək, geyimə ehtiyacı olan möminə libas bağışlamaq, ayətəl-kürsi oxumaq, Zariyat və Zuxruf surələrini oxumaq, hər cümə günü Nisa surəsini tilavət etmək, hər gün 100 dəfə “La ilahə illəllahül-məlikül-həqqül-mübin” (Hər şeyin maliki, haqq olan və hər məsələyə aydınlıq gətirən Allahdan başqa tanrı yoxdur) zikrini söyləmək, xeyirli işləri (məsələn, elmi məsələləri, dini bilikləri, Quranı) öyrənmək və öyrətmək və s. http://az.islam.az/

Allah sizə yar olsun.

Sual (19) : Salamun aleykum,kimlər şəhid hesab olunur?
Bismillahir-rəhmanir-rəhim. 
Əleykumus-salam.
Şəhidin geniş mənası var. Şəhidlik ilahi bir məqamdır ki, bu məqama Allah yolunda canından keçməklə nail olmaq olaq. Şəhid xüsusi mənada cihad meydanında Peyğəmbər (s), məsum imam ya imamın xüsusi naibinin hüzurunda öləndir. Belə ölən insanlar şəhid hökmündədir (öz qanlı paltarı ilə qüsulsuz və kəfənsiz basdırıla bilər), bəzi ölənlər isə şəhid hökmündə yox bəlkə şəhidin mükafatı və savabında olar. Bu mənada şəhid o kəsdir ki, öz dini və əqli vəzifəsini yerinə yetirdiyi halda ölə. Hədislərdə şəhid mükafatında olanların bəzi nümunələri qeyd olunub.
1). Allah yolunda öldürülmüş şəxs.
2). Allah yolunda ölmüşşəxs.
3). Taun xəstəliyi səbəbilə ölən şəxs.
4). Anasının bətnində ölmüş uşaq.
5). Suda boğulmuş şəxs.
6). Öz canını qorumaq üçün çalışıb, ölən şəxs.
7). Öz əhli-əyalını, ailəsini müdafiə edərkən öldürülən şəxs. 
8). Öz malını qoruyarkən öldürülən şəxs.
9). Uşaq dünyaya gətirərkən ölən qadın. 
10). Dəstəmaz alıb yatan və həmin gecə ölən şəxs. 
11). Zülmü aradan qaldırmaq yolunda öldürülən şəxs şəhiddir.
12). Ali-Mühəmmədin sevgisi ilə ölən kəs şəhiddir.
13). Məscidə gedən halda ölən şəxs.
14). Elm öyrənmək yolunda ölən.
Allah sizə yar olsun.
Sual (20) : Ölümü хаtırlаmаğın insаn üçün fаydаsı vаrmı?

Bismillahir-rəhmanir-rəhim.

İnsаnın rәftаrındа ахirәt inаncının vә ахirәt hаqqındа düşüncәlәrin әhәmiyyәtli rоlu vаr. Hәttа tövhid е`tiqаdı dа insаnın rәftаrınа bir bu qәdәr tә`sirli dеyil. Ахirәt е`tiqаdı İslаmın üçüncü е`tiqаd sütünu sаyılır. Mәаdı qәbul еtmәyәn kәs sаnki digәr iki әsаsı (tövhid vә nübuvvәt) dа qәbul еtmәmişdir vә İslаm dininә dахil оlmаmışdır. Bәli, ölümlә, dünyа hәyаtındаn ахirәt hәyаtınа kеçidlә bаşlаyаn әbәdi hәyаtа inаm insаnın düşüncә vә rәftаrındа böyük tә`sirә mаlikdir.[1]
Allah sizə yar olsun.

[1]Mәhәmmәd Hüsеyn Tәbаtәbаi, “Mәqаlәlәr mәcmuәsi”, c. 2, s. 130.

Go to TOP