Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Hindistanda uzun əsrlər əvvəl də (tənasux) ruhlarla rabitə nəzəriyyəsi vardır ki, ruhların təkrar olaraq bu dünyaya qayıtmasını bildirir. Bu nəzəriyyə illər keçdikcə bir çox insanları özünə cəlb etmişdir və bəlkə bəzi insanlar buna bir məzhəb olaraq ürək bağlamışdır. Bu uzun müddətdə böyük alimlər bu mövzuda bəhslər edərək onun batil olduğunu bildirmişdirlər.İslam, ruhların başqa bir insan şəklində və ya başqa bir canlı varlığın şəklində dünyaya qayıdıb yaxşı bir iş görməsini və ruhlarla yaşamasını qəbul etmir və bir başa onu rədd edir. Qurani- kərim bu barədə buyurur: O vaxt ki, bir şəxsin ölüm vaxtı çatır deyir: Ey mənim Rəbbim əmr et məni dünyaya qaytarsınlar, bəlkə o xeyir işlər ki, həyata keçirməmişəm (gələcəkdə) həyata keçirim. (Cavab verəcək) heç vaxt bu (mənasız) bir sözdür ki, ona deyən özü üçün deyir (ona əhəmiyyət verilməz). Onların ölümündən sonra həyat bərzəx aləmidir ki, qiyamət günü çatsın və qəbrlərindən qalxsınlar.
İmam Riza (ə) buyurur: O şəxs ki, ruhlarla
rabitənin yaranıb onlardan istifadə olunmasını qəbul edərsə, Allaha küfr etmiş
və behiştlə duzəx aləmini inkar etmişdir.
Allah
sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qəbirdən məqsəd fərdlərin içində basdırıldığı zahiri qəbir deyil. Çünki meyyitin dəfn ediləcəyi yerdə heç bir dəyişiklik meydana gəlmir. Bunun yanında bəzi kəslərin bədənləri aradan gedəcək bir şəkildə ölürlər və ya heç bir şəkildə dəfn edilmirlər ki bədənləri ardan getmiş olsun. Rəvayətlərdə qəbrin sıxışdırma şəklindəki əzabını aradan aparan fərqli faktorlar bəyan edilmişdir. Quranın Zuxruf və Yasin surələri kimi bəzi surələrini davamlı oxumaq o cümlədən sayılmaqdadır. Həmçinin dörd dəfə həcc və imam Hüseyni ziyarət etmək də qəbrin əzabının qalxmasına səbəb olur.İslam peyğəmbəri (s.a.a) belə buyurub: Qadınlardan üç tayfa vardır ki qəbir əzabı onlardan qaldırılacaq və hz. Məhəmmədin qızı hz. Fatiməylə birlikdə həşr olunacaklar; "Ərinin kasıb olmasına qarşı səbir edənlər, pis əxlaqlı əriylə barışıq yaşayan və öz mihrini ərinə bağışlayan qadınlar".
Rəvayətlərdə belə nəql edilmişdir: "İnsanların qəbir əzabına mübtəla olmalarına səbəb olacaq ən çox amillər bunlardır: Söz gəzdirmək (bunun sözünü ona və onun sözünü buna aparmaq), zinakarlıq, pis əxlaqlı olmaq, nəcasətdən çəkinməmək". Başqa bir rəvayətdə belə deyilmişdir: "Qəbirin əzabı söz gəzdirmə, qeybət və yalan kimi əməllərin cəzası".
Allah sizə yar
olsun.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Əleykumus-salam.
Misal aləmi.
Bu aləm yuxarı (ülvi) aləm ilə ünsür (aşağı) aləm arasında bərzəx (pərdə) adlanır. Misal aləmində varlıqlar cismani sifətə malik deyildir, lakin onlar bu aləmdə surətə malikdir. Bu aləm qeyri-maddi varlıq kimi təsəvvür edilir. Bəzi filosoflar bu aləmi qəbul etməmişlər. Lakin Molla Sədra və başqaları onun varlığını sübut etmişlər. İslam filosofları ağıl və misal aləminin varlığını sübut etmək üçün insanın vücudunu dəlil olaraq gətirmişlər. Belə ki, insanın cismani vücudu təbiət aləminə məxsusdur, insanın xəyali sifəti isə misal aləminə aid edilir. İnsanın ağılı isə ağıl aləminə aiddir. Filosofların etiqadına görə, insanın təbii və cismani varlığı onun əqli və timsali vücudu üçün qaynaq ola bilməz. İnsan vücüduna xas olan bu mərtəbələrdən hər biri özünə uyğun bir məqamdan asılıdır. Hər bir varlığın məqamına uyğun olan bu aləm mələkut adlanır.
Bəs, misal aləmi ümumi anlamdır. Bərzəx aləmi tam maddi və mücərrəd olmadığı üçün bəziləri onu misal aləmi adlandırmışdır.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəli, İbni Sina Bərzəx aləmini və cismani məadı ağıl və fəlsəfə yolu ilə sübut edə bilmir. Lakin şəriətə əsasən qəbul etdiyini dəqiq bilmirik. Çünki Məadla bağlı bəzi məsələlər yalnız vəhy yolu ilə sübut olunur.Allah sizə yar olsun.
Əleykumus-salam.
Əhli-beytdən (ə) nəql olunan hədislərdə insanın asan can verməsi, imanla dünyadan köçməsi və qəbir əzabından amanda qalması üçün bir sıra amillərə işarə olunub.
İnsanın asan can verməsinə səbəb olan əməllər aşağıdakılardan ibarətdir: 1-Qohumluq əlaqələrini kəsməmək. 2-Ata və anaya yaxşılıq etmək. 3-Yetmiş dəfə “Ya əsməəs-samiin və ya əsbərən-nazirin və ya əsrəəl-hasibin və ya əhkəməl-hakimin” demək. 4-“Zilzal” surəsini oxumaq.
İnsanın axır-aqibətinin yaxşı şəkildə sona yetməsi və dünyadan imanlı halda getməsi üçün aşağıdakı əməlləri yerinə yetirməsi təsirlidir: 1-Gündəlik vacibi namazları əvvəl vaxtında qılmaq. 2-“Zil-qədə” ayının bazar günlərində qılınan namazı tərk etməmək. 3-Həmişə həzrət Fatimeyi-Zəhra (ə)-ın təsbihatını demək. 4-(“Muhəmmədun nəbiyyullah və Əliyyun vəliyyullah” sözləri yazılmış) əqiq üzük taxmaq. 5-Cümə günlərində “Muminun” surəsini oxumaq. 6-Çoxlu salavat çevirmək. 7-“(Xüsusilə sübh namazından sonra) yeddi dəfə “Bismillahir-rəhmanir-rəhim, la hovlə və la quvvətə illa billahil-əliyyil-əzim” demək. 8-Rəcəb ayının 22-ci gecəsi səkkiz rükət gecə namazı qılmaq (və hər rükətdə “Həmd” surəsindən sonra əlli dəfə “İxlas” surəsini oxumaq). 9-“Rəbbəna la tuziğ qulubəna bədə iz hədəytəna və həb ləna min lədunkə rəhməh, innəkə əntəl-vəhhab” ayəsini çoxlu demək.
Qəbrin birinci gecəsinin qorxusundan nicat tapmaq üçün aşağıdakı əməlləri yerinə yetirmək faydalıdır: 1-Namazların rükusunu tam və kamil şəkildə yerinə yetirmək. 2-Hər gün yüz dəfə “La ilahə illəllahul-məlikul-həqqul-mubin” demək. 3-Yatmazdan öncə “Yasin” surəsini oxumaq. 4-( Rəcəb ayında qılınan) “Leylətur-rəğaib” namazını qılmaq. 5-Xəstələrin görüşünə getmək. 6-Xoş xasiyyətli olmaq (xüsusilə evdə). 7-Əhli-beyt (ə)-a məhəbbət bəsləmək.
İmam Sadiq (ə) buyurmuşdur: “Möminin günahlarının kəffarəsi (cəriməsi) qəbir əzabı və sıxıntısıdır.”
Ondan xilas olmağa səbəb olan əməllər bunlardır: 1-Hər cümə gecəsi “Nisa” surəsini oxumaq. 2-“Zuxruf” surəsini çox oxumaq. 3-Gecə namazı qılmaq. 4-“Təkasur” surəsini oxumaq. 5-Nəcəfi-əşrəf şəhərində dəfn olunmaq. 6-Meyyitin kəfəninə iki yaş çubuq qoymaq. 7-Qəbrin üstünə su tökmək (qəbrin üstü rütubətli olana qədər, meyyitə əzab verilməz). 8-Rəcəb ayında dörd, Şəban ayında isə on iki gün oruc tutmaq. 9-Rəcəb ayının birinci gecəsində on rükət namaz qılmaq (hər rükətdə “Həmd” surəsindən sonra “İxlas” surəsini üç dəfə oxumaq). 10-Rəcəb ayının birinci gecəsində iyirmi rükət namaz qılmaq. 11-“Mülk” surəsini çox oxumaq. Həzrət Peyğəmbəri-Əkrəm (s) bu barədə buyurmuşdur: “Bu surə insanı qəbir əzabından xilas edir.” 12-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Meyyiti dəfn etdikdə üç dəfə “Əllahummə inni əsəlukə bihəqqi Muhəmmədin və Ali-Muhəmmədin ən-la tuəzzibə hazəl-məyyit” desə, Allah-taala əzabı ondan götürər.” 13-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Hər kəs cümə axşamı hər rükətdə “Həmd” surəsindən sonra on dörd dəfə “Zilzal” surəsini oxumaqdan ibarət olan iki rükət namaz qılsa, qəbir sıxıntısından amanda qalar.” 14-Rəcəb və Şəban ayının gecələrinə, eləcə də Aşura gecəsinə məxsus olan müstəhəb namazları qılmaq. 15-Sədəqə vermək (xüsusilə yetimə). 16-Xalqa xidmət etmək, xüsusilə məscid tikmək, körpü salmaq və yol çəkmək.
Həmçinin cümə ertəsi gününün qürubundan cümə gününün qürubu arasında ölənlərə də qəbir əzabı verilməz. (İnşaallah!)
Allah sizə yar olsun.
Əleykumus-salam.
«Ənam» surəsinin 2-ci ayəsində buyurulur: «Odur sizi palçıqdan yaradan, sonra isə əcəli müəyyən edən. Allahın yanında Müsəmma ‒ məlum bir əcəl də vardır».
Ayədən məlum olur ki, insan üçün iki əcəl, iki ölüm vardır: müsəmma ‒ məlum əcəl və sadəcə əcəl. Başqa ayələrdən, eləcə də Əhli-beyt (ə) hədislərindən faydalanan təfsirçilər bu qənaətdədirlər ki, müsəmma əcəl təbii ölüm, əcəl isə qeyri-təbii ölümdür.
Öz təbii etibarı ilə bir çox mövcudlar uzun müddət yaşaya biləcəyi halda, müəyyən bir səbəb üzündən qəfil ölümlə rastlaşırlar. Beləcə, qəfil ölüm təbii ölümü qabaqlayır. İnsan da belədir. Əgər ona verilmiş ömrü qısaldacaq maneələr ortaya çıxmasa, təbii ölümədək yaşaya bilər. Məsələn, bir neft lampasının iyirmi saatlıq nefti varsa, əgər bir maneə olmasa, o bu iyirmi saatı yanmağında davam edəcək. Onun iyirmi saatdan sonra sönməsi təbii ölümün bir misalıdır. Amma qəfil əsən bir külək bu lampanı bircə saatdan sonra da söndürə bilər.
Qeyri-təbii ölümün vaxtını qohum-əqrabanı tez-tez yoxlamaqla gecikdirmək olar. Amma təbii ölümün vaxtını dəyişmək qeyri-mümkündür. Qurani-kərimdə buyurulur: «Hər bir ümmətin əcəl vaxtı vardır. Onların əcəli gəlib çatdıqda, bircə saat belə nə yubanar, nə də tezləşər».
Allahsizə yarolsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Dünyasını dəyişən hər kəs dəfn edildikdən sonra onun üçün
qəbr həyatı və ya bərzəx həyatı deyilən bir mərhələ başlayır. Sorğu-sual
mələkləri məzara daxil olub dinin əsasları barədə soruşurlar. Düzgün cavab
verən şəxsin qəbirindən cənnətə doğru pəncərə açılır və ölünün ruhu qiyamətə
kimi bu pəncərədən cənnətin ətrini duyur. Sorğu-sualdan uğurla çıxmayanın
qəbrinə isə cəhənnəmdən pəncərə açılır və ölünün ruhu cəhənnəmin üfunətini,
hərarətini duyaraq ora aparılacağı günü (yəni məhşər gününü) qorxu ilə
gözləyir. Imam Əli (ə) bunu nəzərdə tutaraq buyurub: “Qəbr ya cənnət
bağçalarından bir bağça ya da cəhənnəm çuxurlarından bir çaladır”
(Biharül-ənvar, VI, 218).
Islam müqəddəslərinin hədislərində deyilir ki, ölülərin böyük əksəriyyəti qəbir
əzabına məruz qalacaq. Kafirlərin və münafiqlərin qəbirdəki əzabı qiyamət gününə
kimi davam edəcək. Amma möminlərin çoxusu da heç olmazsa müvəqqəti olaraq qəbir
əzabını dadacaq. Bu, onlardan ötrü dünyada etdikləri bəzi günahların cəriməsi
kimi sayılacaq. Islam Peyğəmbəri buyurub: “Bəzən möminin nemətləri zay
etməsinin kəffarəsi (cəriməsi) olaraq, ona qəbir sıxıntısı verilər”
(Biharül-ənvar, VI, 221).
Qəbir əzabı tənhalıq, zülmət, qorxu, qəbrin darlığı, hətta qəbrin sıxılaraq
ölünün bədənini əzməsi, torpağın tərkibindəki həşəratların bədəni yeməsi kimi
şəkillərdə də təzahür edəcək.
Hədislərdən məlum olur ki, insanın bu dünyada etdiyi əməllər onun qəbr (bərzəx)
həyatına təsir göstərə bilər. Yəni insan öz əməllərinin ilk bəhrəsini qəbirdə
görəcək. Bəzi günahlar qəbir əzabını şiddətləndirər, bəzi savablar isə onu
yüngülləşdirər.
Rəvayətlərə görə, mömin insanın qıldığı namazlar, tutduğu oruclar, verdiyi
zəkatlar və yerinə yetirdiyi həcclər müəyyən bir qiyafə alıb onun qəbrinə daxil
olarlar, sorğu mələkləri gələndə bunlar insanın dadına çatar və ona əzab
verilməsinə mane olarlar. Həmçinin, əgər mərhum şəxs Əhli-beyti sevirdisə, bu
sevgi də parlaq nur şəklində qəbirdə qərar tutub, mələklərin sorğu-sualına
uğurla cavab verməyə yardım göstərər.
Imam Mühəmməd Baqir (ə) buyurub ki, hər kim namazda rükunu kamil şəkildə yerinə
yetirsə, qəbrdə qorxu ona yaxın gəlməz (Biharül-ənvar, VI, 244).
Ibn Abbasın rəvayətindən məlum olur ki, insana qəbir əzabının üçdən-bir hissəsi
qeybət etdiyinə görə verilər (Biharül-ənvar, VI, 245).
Həzrət Əli (ə) sözlərinin birində belə buyurub ki, qəbr əzabı insana söz gəzdirdiyinə,
şəriətdə göstərilən qaydaya uyğun olmayan tərzdə subaşına getdiyinə və
ailəsindən uzaq gəzdiyinə görə verilər (Biharül-ənvar, VI, 222). Hədisdəki
üçüncü məqamın üzərində daha geniş durmaq istərdik. Burada ailəsindən uzaq
gəzmək – yəni ailəni başlı-başına buraxmaq, tərki-dünya olmaq, ailə üzvləri ilə
maraqlanmamaq, onların rahat dolanışığı üçün çalışmamaq, evdə kobudluq etmək və
sairə nəzərdə tutulur.
Həzrət Mühəmməd Peyğəmbərin (s) məşhur səhabəsi Səd ibn Məaz vəfat edərkən, o
həzrət Sədin dəfn mərasimində fəal iştirak etmiş, cənazəni özü qəbrə qoymuş,
qəbrin üstünün torpaqlanmasına qatılmışdı. Amma Sədin dəfnindən sonra anası:
“Ey Səd! Behişt sənə mübarək olsun!” deyərkən, Peyğəmbər etiraz edib buyurdu:
“Oğlunu cənnətlə müjdələməyə tələsmə! Çünki o, hələ qəbr əzabını çəkir”.
Mərasim dağılandan sonra səhabələr Peyğəmbərdən soruşdular ki, Sədin dəfnində
bu qədər yaxından iştirak etdiyin və onun cənazəsinə bu qədər ehtiram
göstərdiyin halda, niyə onun qəbr əzabına düçar olduğunu buyurdun? Peyğəmbər
cavab verdi: “Çünki o, öz həyatı yoldaşı ilə pis rəftar edirdi” (Biharül-ənvar,
VI, 220).
Bəzən qəbr əzabının yüngülləşməsinə və hətta sona çatmasına insanın
yaxınlarının savab əməlləri də səbəb ola bilər. Belə ki, əgər ölmüş adamın
övladları, qohumları və ya dostları çoxlu xeyirli iş görüb, bunun savabını
ölünün ruhuna hədiyyə etsələr, Allah bunun xatirinə ölünün qəbir əzabına
yüngüllük gətirər. Xüsusilə, əgər xeyir əməllər onun miras buraxdığı
mal-dövlətin hesabına edilsə, daha çox faydalı olar. Həzrət Isa Peyğəmbər (ə)
bir qəbrin yanından keçəndə peyğəmbərlik gücü ilə hiss edir ki, qəbrdə yatan
adama əzab verilir. Amma bir ildən sonra yenə həmin yerdən keçəndə ölünün
ruhuna verilən əzabın kəsildiyini hiss edir. Təəccüb içində qalan peyğəmbərə
Allah belə vəhy edir: “Ey Ruhullah! Bu ölüyə öz əməli-saleh oğlu kömək etdi.
Oğlu bu bir ilin ərzində yol çəkdrdi, yetimə himayə göstərdi. Oğlunun xeyir
əməllərinin xatirinə Allah bu qəbirdə yatan ölünü bağışladı” (Biharül-ənvar,
VI, 220).
Dəfn mərasimindən sonrakı gecədə, işa namazından sonra ölünün yaxın adamları
ondan ötrü vəhşət namazı qılsalar, qəbr əzabı yüngülləşə bilər. Vəhşət namazı
iki rükətdir. Birinci rükətdə Fatihədən sonra ayətəl-kürsi, ikinci rükətdə isə
Fatihədən sonra 10 dəfə Qədr surəsi oxunur. Namazın sonunda belə dua edilir:
“Allahümmə səlli əla Mühəmmədin və ali-Mühəmməd. Vəbəs səvabəha ila qəbri
fülan” (Allahım, Sənin salavatın olsun Mühəmmədə və Onun nəslinə. Bu namazın
savabını filankəsin qəbrinə göndər; “filan” sözünün yerinə mərhumun adı deyilir).
Həzrət Mühəmməd Peyğəmbəri (ə) və Əhli-beyti sevmək də qəbir əzabını
yüngülləşdirən səbəblər arasında qeyd edilib. Peyğəmbər buyurub: “Məni və
Əhli-beytimi sevmək yeddi qorxulu məqamda insanın dadına çatar: can verərkən,
qəbrdə yatarkən, qiyamətdə dirilərkən, əməl dəftərinin qarşısında durarkən,
əməllərə görə hesab verərkən, savablar və günahlar mizanda ölçülərkən və sırat
körpüsünün üzərindən keçərkən” (Biharül-ənvar, VII, 248). Yenə Peyğəmbər
buyurub ki, mənə salavat göndərmək insanın qəbrinin nurla dolmasına, sırat
körpüsünü keçərkən yolunun işıqlanmasına və cənnətdə nurla əhatə olunmasına
səbəb olar (Biharül-ənvar, 94, 70-71).
Bəzi qadınlar da etdikləri savablara görə qəbr əzabından amanda qalacaqlar.
Peyğəmbər buyururdu ki, bu üç dəstə qadın qəbr əzabı görməyəcək və qiyamət
günündə Həzrət Fatimeyi-Zəhra (ə) ilə birlikdə məhşərə gələcək: ərinin
kasıblığına dözən qadın, ərinin pis xasiyyətinə səbr edən qadın və öz
mehriyyəsini ərinə bağışlayan qadın (M.Qiraəti. Məad, səh. 193).
Bəzi hədislərdə buyurulur ki, cümə axşamı gününün günortasından cümə gününün
günortasına kimi keçən müddət ərzində, həmçinin, cümə günü boyunca dünyasını
dəyişən möminə qəbr əzabı verilməz (Biharül-ənvar, VI, 221 və 230).
Həmçinin, aşağıdakı əməllərin də insanı qəbr əzabından qoruduğunu yazırlar:
Imam Hüseynin (ə) məzarını ziyarət etmək, möminin qəlbini sevindirmək, geyimə
ehtiyacı olan möminə libas bağışlamaq, ayətəl-kürsi oxumaq, Zariyat və Zuxruf
surələrini oxumaq, hər cümə günü Nisa surəsini tilavət etmək, hər gün 100 dəfə
“La ilahə illəllahül-məlikül-həqqül-mübin” (Hər şeyin maliki, haqq olan və hər
məsələyə aydınlıq gətirən Allahdan başqa tanrı yoxdur) zikrini söyləmək,
xeyirli işləri (məsələn, elmi məsələləri, dini bilikləri, Quranı) öyrənmək və
öyrətmək və s. http://az.islam.az/
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Məsum imamların cəsədlərinin çürüməməsi barədə Həzrət Əli (ə) Nəhcül-bəlağədə 87-ci xütbədə buyurur: Peyğəmbər (s) buyurdu ki, bizdən ölənlər həqiqətdə ölməyiblər və bizdən heç bir şey köhnəlmir. Əlbəttə bütün peyğəmbərlərin cəsədlərinin çürüməməsi barədə hədislə qarşılaşmamışıq. Lakin ola bilər ki, o xristian rahibinin əlində çürümüş sümük deyildi və o hansısa peyğəmbərin cəsədindən sümüyü ayırmış olsun. Çünki o hekayədə deyilir "Onun ovcunda bir parça qara rəngli adam sümüyü var idi." məlum məsələdir ki, sümük ətdən ayrılandan bir müddət sonra rəngi ağ olur. Ona görə də tapılan sümüklər ağ rəngdə olurlar, lakin təzə ətdən ayrılan sümük qara olur. Hər halda bu məsələ əqidə məsələsinin əsaslarından sayılmır ki, onu qəbul etmək və ya inkar etmək məcburiyyətində qalaq.Allahsizə yarolsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allah sizə yar olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Sualınızın cavabı geniş olduğu üçün saytın kitabxanasında Məad barədə olan kitabların adresini sizə göndəririk:1- Kitabın adı: MƏAD (ÖLÜMDƏN SONRAKI HƏYAT)
http://kitab.nur-az.com/az/lib/view/229
2- Kitabın adı: Məad haqqında 40 sual-cavab
http://kitab.nur-az.com/az/lib/view/260
Allah sizə yar olsun.