Sual (1) :
Quran ayələrinin mənasını başa düşmədiyimiz halda onu oxumağın hansı təsir və faydaları vardır?
Bismillahir-rəhmanir-rəhim
Əgər Qurani-kərimi tilavət etməyin əhəmiyyət və fəziləti bizim üçün aydın olsa və bilsək ki, Quranı tilavət etmək Allahın insanla danışmasıdır, batini paklıqla Quranla ünsiyyət yaratmaqla onu tilavət etməyi dadarıq, Quranla öz aramızda uzaqlıq yaranmasına, heç vaxt onun böyük feyzindən məhrum olmağımıza razı olmarıq.Subhan Allah Rəsuli-əkrəmi (s) birbaşa Öz himayədarlığı altında tanıtmışdır və Peyğəmbərinin (s) dilindən buyurmuşdur:
«إِنَّ وَلِيِّيَ اللَّهُ الَّذِي نَزَّلَ الْكِتَابَ ۖ وَهُوَ يَتَوَلَّى الصَّالِحِينَ»
“Şübhəsiz ki, mənim himayədarım Kitabı (Quranı) nazil edən Allahdır. O, əməlisalehlərə himayədarlıq edər.” (“Əraf” surəsi, ayə 196)
Bu ayə bir neçə mövzunu açıqlayır:
Bu ayə bir neçə mövzunu açıqlayır:
1. Allah, Rəsuli-əkrəmin (s) himayədarıdır.
2. Rəsuli-əkrəmin (s) himayədarı Quranı nazil etmişdir.
3. Allah əməlisalehlərin himayədarıdır.
Bu üç məsələyə diqqət etməklə aydın olur ki, əməlisaleh olduqda Allah insana himayədar olur. İnsan əməlisaleh olmayınca, Allahın himayəsi altında olmaz və Allah ona himayədar olmağı qəbul etməz. Əməlisaleh olmaq üçün isə ən yaxşı yol Quranla ünsiyyət yaratmaqdır.
“Şübhəsiz ki, mənim himayədarım Kitabı (Quranı) nazil edən Allahdır” cümləsi hökmün vəsfə bağlantısıdır və illətə işarədir. Yəni hər kim Qurana əməl etsə, əməlisaleh olar; əgər Allah bir kəsə himayədar olmaq istəsə, Qurani-kərim vasitəsilə ona himayədarlıq və tədbir etməyi öhdəsinə alır. Ona görə də buyurur:

«فَاقْرَءُوا مَا تَيَسَّرَ مِنَ الْقُرْآنِ»
Qurandan sizə müyəssər olanı (asan gələni) oxuyun. (“Muzzəmmil” surəsi, ayə 20)
Qurandan sizə asan gələn miqdarını tilavət edin, Allahın bu Kitabı ilə mənus olun. Hətta əgər bəzi ayələrin və surələrin mənasını başa düşmürsünüzsə, yenə də Quran oxuyun və onunla üns bağlayın. Çünki Quran insan sözü deyildir ki, əgər kimsə onun mənası bilməsə, onu oxumağın həmin şəxsə faydası olmasın. Quran ilahi bir nurdur ki, onu oxumaq ibadətdir, baxmayaraq ki, onun mənasını bilmir.

Ayətullah əl-üzma Cavadi Amuli
Allah sizə yar olsun
Sual (2) :
İnsanın yaranış mərhələləri hansıdır və hansı mərhələlərdən keçərək insan şəklinə düşmüşdür?
Bismillahir-rəhmanir-rəhim
Əleykumus-salam.
Qurani-kərim insanın nədən və necə yaranışı barədəki suallara geniş şəkildə cavab vermişdir. Bundan istifadə etməklə demək olar ki, insanın yaranışı üç mərhələdə baş tutmuşdur.
İlkin mərhələ: Haldan hala dəyişən torpaq
İlkin mərhələ: Haldan hala dəyişən torpaq
1. Torpaq; 2. Palçıq; 3. Yapışqan palçıq; 4. Qara rəngli palçıq; 5. Süzülmüş palçıq; 6. Kuzə və saxsı kimi bir şeyə toxunduqda səs verən qurumuş palçıq.
Sözü gedən bu alt; hal, bir şeyin müxtəlif hallarıdır və onların hamısında bir həqiqi maddə vardır. Qurani-kərimdən hər altı hala işarə edən bir ayə qeyd edirik:
Sözü gedən bu alt; hal, bir şeyin müxtəlif hallarıdır və onların hamısında bir həqiqi maddə vardır. Qurani-kərimdən hər altı hala işarə edən bir ayə qeyd edirik:
1. Torpaq
Allah yanında İsa da Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “Ol!” – dedi, o da oldu. (“Ali-İmran” surəsi, ayə 59)
Allah yanında İsa da Adəm kimidir. Allah onu (Adəmi) torpaqdan yaratdı. Sonra ona: “Ol!” – dedi, o da oldu. (“Ali-İmran” surəsi, ayə 59)
2. Palçıq
“O, yaratdığı hər şeyi gözəl yaratdı, insanı (Adəmi) yaratmağa palçıqdan başladı.” (“Səcdə” surəsi, ayə 7)
Bu mövzuda “Ənam” surəsi, ayə 2; “Əraf “surəsi, ayə 12; “İsra” surəsi, ayə 61, “Sad” surəsi, ayə 71 və 76-ya müraciət edin.

3. Yapışqan palçıq
“Axı Biz onları yapışqan kimi bir palçıqdan yaratdıq.” (“Saffat” surəsi, ayə 11)
“Axı Biz onları yapışqan kimi bir palçıqdan yaratdıq.” (“Saffat” surəsi, ayə 11)
4. Qara rəngli palçıq
“Biz insanı quru (toxunduqda saxsı kimi səs çıxaran) qoxumuş qara palçıqdan yaratdıq!” (“Hicr” surəsi, ayə 26)
Bu haqda yenə “Hicr” surəsinin 28 və 33-cü ayələrinə baxa bilərsiniz.
“Biz insanı quru (toxunduqda saxsı kimi səs çıxaran) qoxumuş qara palçıqdan yaratdıq!” (“Hicr” surəsi, ayə 26)
Bu haqda yenə “Hicr” surəsinin 28 və 33-cü ayələrinə baxa bilərsiniz.
5. Süzülmüş palçıq
“Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq.” (“Mumunun” surəsi, ayə 12)
“Biz, həqiqətən, insanı tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq.” (“Mumunun” surəsi, ayə 12)
6. Qurumuş palçıq
“O, insanı saxsı kimi (toxunduqda səs çıxardan) quru palçıqdan yaratdı.” (“Rəhman” surəsi, ayə 14)
Bu məzmun “Hicr” surəsinin 26, 28 və 33-cü ayələrində də gəlmişdir.
Bu ayələr Adəmin ilkin yaranışı və bir növ bütün insanların yaranışının maddəsinin izahıdır. İnsanın maddəsi bu altı halda keyfiyyət baxımından dəyişsə də cövhər və bir növdən digər bir növə keçmə baxımından dəyişməmişdir.
Quran təbiət elmləri kitabı olmasa da, tərbiyə məqsədilə ilk maddə üzərində həyata keçən altı dəyişikliyi qeyd etmişdir ki, insan Haqqın rəhmət və qüdrət əlinin onu necə aşağı hallardan ən yüksək hallara çatdırdığını görsün.
İkinci mərhələ: Surət verilməsi
Qurani-kərim Adəmin surətinin yaradılmasını insanın yaranışının ikinci mərhələsi adlandırır:
“Sizi yaratdıq, sonra sizə surət verdik.” (“Əraf” surəsi, ayə 11)
İndi görək, xilqətdən sonra surət vermək dedikdə, məqsəd nədir?
Bunun izahı ayədə xilqətin mənasının hansı olmasına bağlıdır. Çünki “xəlq” sözü bəzən yaratmaq, vücuda gətirmək mənasına işlənir, bəzən də təqdir və ölçü götürmək mənasınadır. Məsələn ərəb deyir: “Xələqəl-xəyyatus-səvb” yəni dərzi parçanı ölçdü. Bu məna qeyd olunan ayədə gəlmiş “xəlq” sözü barədə düzgün deyil. Çünki ayədə məqsəd vücuda gətirmək və yaratmaqdır. Sözümüzün sübutu odur ki, “xələqnakum” cümləsindən sonra “summə səvvərnakum” (sonra surət verdik) cümləsini gətirmişdir. Aydındır ki, surət vermək ilkin maddənin yaranması ilə uyğun gəlir.

İndi görək surətdə məqsəd nədir?
Surət, digər bir ayədə gəlmiş “təsviyə” mənasınadır:
“Mən ona surət verib ruhumdan üfürdüyüm zaman.” (“Hicr” surəsi, ayə 29)
Üçüncü mərhələ: Ruhun üfürülməsi
Üçüncü mərhələ insanın bədəninə ruhun üfürülməsidir. Onun üstün mövcud olması bu mərhələyə görədir. Bu mərhələdə insan bir tərəfdən onu mələklər səviyyəsinə çatdıran əql və düşüncəyə, digər tərəfdən də mötədil saxlamadığı surərdə onu yüksəklikdən zillətə süqut etdirə bilən nəfsi istəklərə sahib olmuşdur.
Quran yaranışın bu mərhələsi haqda belə buyurur:
“Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz ona səcdə edin!” (“Hicr” surəsi, ayə 29)
“Sad” surəsinin 72-ci ayəsində də eyni məzmun gəlmişdir.
Əlbəttə, hamımız bilirik ki, Allah nə cismdir, nə də ruh. Allah insanın ruhunu onun əzəmətinə görə Özünə nisbət verir. Necə ki, Kəbə Evini onun əzəmətinə görə Özünə nisbət verərək buyurur:
“Evimi (Kəbəni) təvaf edənlər... üçün təmizləyin!” (“Bəqərə” surəsi, ayə 125)
Mənbə: Cəfər Sübhani Təbrizi, “Mənşuri cavid”, c. 11, səh. 18-24; c. 4, səh. 199-204.
Cəfər Sübhani Təbrizi, “Əndişehayi cavid”, c. 2, səh. 44.

Sual (3) :
Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh. Sizə iki sualım olacaqdı:
1)Qurani-Kərimi başı açıq oxumaq olarmı?
2) Qurandan surəni oxuyarkən təcili bir iş olduqda, onu yarımçıq qoyub sonra davam etmək olarmı? Allah razı olsunn..
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1. Bəli, olar.
2. Bəli, olar amma yaxşı olar başlayanda “Əuzu billahi minəş-şeytanir-rəcim” cümləsini deyin.
Allah sizə yar olsun.
Sual (4) :
salam.quranda allah deyirki onlarin derilerini tezeleyerikki ezabi hemiwe teze hiss etsinler,ve ebedi bu ceza olar onlar ucun,buna iman getirerek qelben Bismillah deyerek Allahi zikr etmek mumkundur?yoxsa ikisinnen birine ola bilsinki iman getirmemiwik,ve yaxud biz ozumuz ozumuzu inandiririq?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Sualınızdan nəyi qəsd etdiyiniz aydın deyil.
Allahın Quranda buyurduğu həqiqətdir, təmisil və oxşatma deyil. Mümkündür bizim buna yəqinimiz olmasın amma bu inanmamaq və iman gətirməmək deyil. Quranda İbrahim peyğəmbərin hekayəsini yəqinki eşitmisiz. Bəqərə 260. (Yada
sal) o zaman(ı) ki, İbrahim dedi: «Ey Rəbbim, ölüləri necə diriltməyini mənə göstər».
Dedi: «Məgər (Mənim qüdrətimə və ya axirət gününə) imanın yoxdur?» Dedi: «Əksinə
(imanım var)! Lakin qəlbimin (gözlə görərək) rahatlıq tapması üçün (istədim)». Dedi:
«Belə isə, dörd (növ) quş götür...
Allah sizə yar olsun.
Sual (5) :
Salamun əleykum.«Allahın günləri» hansı günlərdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qurani-kərimi nəzərdən keçirərkən, belə bir ayə ilə rastlaşırıq: «Biz Musaya «tayfanı zülmətdən nura çıxar və Allahın günlərini xatırlad, bunda səbir və şükr edənlər üçün ibrətlər var» deyib, onu möcüzələrimizlə göndərdik» «İbrahim» surəsi, ayə 5. .
«Əyyamullah» kəlməsindən tərcümə olunmuş «Allahın günləri» hansı günlərdir?
İmam Baqir (ə) buyurur: «Allahın günləri imam Mehdinin (ə) qiyam günü, rəcət günü və qiyamət günüdür»«Nurus-səqəleyn», 2-ci cild, səh.526. Bəzi hədislərdə rəcət günü əvəzinə, ölüm günü göstərilmişdir.
Böyük günlərin xatırlanması, millətlərin əhval-ruhiyyəsində dərin iz salır. Dünyadakı əksər millətlər diktator rejimindən qurtulub, hürriyyət qazandıqları günü əzəmətlə qeyd edirlər.
Allah günləri xatırlanması isə, insanı rəzil hisslərdən uzaqlaşdırır, onu Allah, vətən və xalq qarşısında öz vəzifələrini yerinə yetirməyə vadar edir. Ölümü, qiyamət sorğusunu yaddan çıxarmayan insanın, şeytanın təhriki ilə günaha batması qeyri-mümkündür.
Allah sizə yar olsun.
Sual (6) :
Salamun əleykum.Hansı ayədə dəstamaz almaq qaydası bildirilir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
“Maidə” surəsinin 6-cı ayəsində dəsnəmaz haqqında söz açılır.
Allah sizə yar olsun.
Sual (7) :
Salamun əleykum.Xahiş edirik Quran ayələrindən istifadə edərək açıq olaraq Müsəlmanın mənasını tərif edin.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quran terminində, müsəlman Allahın göstərişləri bərabərində tam şəkildə təslim olmaq və hər növ şərik qoşmaqdan kənar olub Allahın birliyini qəbul edib Allahdan başqasını pərəstiş etməmək deməkdir. Buna görə ki, Qurani- kərim həzrət İbrahimi (ə) müsəlman tanıtdırır.
Allah yanında həqiqi din İslam dinidir ان الذین عندالله الاسلام bunun üçün də hər kəs öz dövründə İlahi dini qəbul etsə və Allahın göstərişlərinə əməl etsə, o şəxs müsəlmandır.
Quran nəzərində, hər bir şıxs əgər öz dövründə İlahi dindən itaət etmişdirsə müsəlmandır; Məsihlər, Yəhudilər və... əgər dinləri təzə din vasitəsiylə batil olmamışdırsa müsəlmandırlar; çünki Allaha təslimdirlər və əgər onlara Yəhudi və yaxud məsihi deyilirsə onların Peyğəmbərlərinə görə deyilirdi. Bəs açıqladığımız kimi bütün İlahi dinlərə İslam deyilir onlar yalnız şəriət hökümlərində fərqlidirlər.
Doğrudur ki, bu gün müsəlman yalnız İslam dininin davamçılarına deyilir, ona görə ki, onlar İslam dinini, bütün Peyğəmbərləri və səmavi şəriəti qəbul etməklə, Allah qarşısında təslim olduqlarını bildirirlər. bu məna əsasında başqa dinlərin davamçılarına müsəlman deyilmir; çünki İslam Peyğəmbərinin dininiqəbul etməklə, Allaha itaət etməkdən boyun qaçırmaqla, müsəlmanlıq vəsfini və təslim olmağı özlərindən uzaqlaşdırırlar.
Əlbəttə, həqiqi müsəlman o şəxsdir ki, istər dildə istərsə də əməlində İlahi göstəriş və əmrlərə tabe olsun; yəni həm dilində Allahın birliyini Peyğəmbərlərin risalətini və həzrət Məhəmmədi (s) qəbul edir və həm də əməlində İlahi və dini əmrlərə əməl edir misal üçün cəmiyyətdə digərlərinin hüquqlarını gözləyir, vətəndaşların hüquqlarına ehtiram qail olur və ... şəxsi hökümlərdə misal üçün namaz, oruc və... kimi məsələlərdə payidardır. Qurani- kərimdə həqiqi müsəlmanı mömin olaraq adlandırmışdır.
Allah sizə yar olsun.
Sual (8) :
Salamun əleykum.Qurandakı bəzi kişi şəxs əvəzliklərinin qadınlara da şamil olmasının səbəbi nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bildiyimiz kimi Quran ərəb dilində yazılmışdır. Ərəb dili qramatikası da bəzi dillərin və qramatikaların əksinə olaraq bir neçə şəxs və cinslərdən ibarətdir. Təbiidir ki, hər bir kitabı müəyyən dildə yazılsa və ya tərcümə olunsa o dilin qramatikasına uyğun təltif edilməlidir. Ərəb dili qramatikasında xonsa cinslər (cinsi məlum olmayan) kişi cinsində yazılır. Bu qayda həmçinin bəzi qramatikalarda da mövcud olur. (misal üçün fransız dili qramatikasında bu məsələ mövcuddur)
Deməli, ərəb dili qramatikasında bu qaydaya uyğun olaraq kişi cinsində işlənən sözlər şəxsin kişi olub- olmamasından xəbər vermir. Bundan əlavə Qurani- kərim zamanının cahil təfəkkürünə deyil, əksinə, ərəb dili qramatikasına uyğun olaraq nazil olmuşdur. Deməli, Qurani kərim ərəb dili qramatikasının tələblərinə uyğun olaraq nazil olduğu üçün Allah- Taala barəsində ayələri kişi cinsinə aid etmişdir.
Başqa sözlə desək:
Ərəb dilində ismlər və fellər (mən və biz şəxs əvəzliklərindən savayı) iki əsas cinsə bölünür: Həqiqi kişi və qadın cinsi, məcazi formada olan kişi və qadın cinsi. O yaranmışların ki, qadınlıq və kişilik cinsi orqanı vardır (hətta heyvanlar) o yaranmışlar həqiqi kişi və ya qadın cinsinə aid edilir. Əgər bunun əksinə olarsa məcazi kişi və qadın cinsinə aid ediləcəkdir. Məsələn həqiqi kişi cinsi deyəndə (رجل) yəni kişi və (جمل) yəni erkək dəvə nəzərdə tutulur. O cümlədəndə (زن) yəni qadın və (ناقة) dişi dəvə deyəndə həqiqi qadın cinsi nəzərdə tutulur.
Amma məcazi kişi və qadın cinsləri deyəndə bütün əşyalar nəzərdə tutulur. Bunların içində yalnız insanın bədən üzvləri və şəhər adları qanun şəklində məcazi qadın cinsinə aid edilir. Yerdə qalan əşyalar isə heç bir qanuna əsaslanmadan məcazi kişi və qadın cinsinə aid edilir. Yəni qədim dövrdən ərəblərdən necə eşidilibsə elə də qəbul edilib. Məsələn: qədimdən ərəblər qələmi, (قلم) ayı, (قمر) evi, (دار) və sair. Kişi cinsində işlədiblər və divarı, ağacı, günəşi və sair. qadın cinsində.Amma belə bir qayda var ki, xonsa cinslər (yəni saydığımız cinslərə aid olmayan və bu şəraitin onlarda olmaması) məcazi kişi cinsinə aid edilir. Həmçinin Allah- Taala nə doğub və doğulub. Eyni zamanda da onun heç bir bənzəri yoxdur.
Bu məsələyə də diqqət yetirmək lazımdır ki, yalnız dildə kişi və qadın cinslərində işlənən sözlərin heç bir üstünlükləri yoxdur. Əgər belə olsaydı bəzi insan olmayan çirkin yaranmışları (şeytan. iblis) dəyərləndirməli olardıq. Belə olan halda gərək heç bir məcazi kişi və qadın cinslərindən istifadə etməyək. Əks halda isə, yəni məcazi, dildə işlənən kişi və qadın cinsləri naqis bir yaradılışdan xəbər versəydi, yəni bu əskiklik hesab olsaydı dəyərli şeylər (namaz, su, günəş, yer və sair) məcazi qadın və kişi cinslərində işlədilməzdi.
Allah sizə yar olsun.
Sual (9) :
Salamun əleykum.İman eşqdir, yoxsa ağılın dərki?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qurani-kərimin «Hücərat» surəsinin 7-ci ayəsində buyurulur: «...Allah sizə imanı sevdirmiş, onu, ürəklərinizdə süsləmiş küfrə, asi olmağa qarşı nifrət oyatmışdır».
Adətən, insanlar həqiqətin qəbulu üçün dəlil-sübut istəyirlər. Belə bir istək təbiidir və İslam tərəfindən inkar olunmur. Amma insan qəbul etdiyi həqiqəti sevməyə də bilər. İmam Sadiq (ə) buyurur: «İman, sevgi və nifrətdən başqa bir şey deyil» buyurur.
İmam Baqir (ə) buyurur: «Din məhəbbət, məhəbbət isə dindir».
Təsadüfü deyildir ki, kainatın obyektiv nizamlı quruluşunu dərindən mütaliə edən astronom Allahın varlığını təsdiqlədiyi halda, ibadət etməyə də bilər. Əksinə, bu dəlillərdən tamami ilə xəbərsiz, yalnız fitrətinin səsini dinləməklə iman gətirmiş savadsız çoban, heç bir şəkk-şübhəyə yol vermədən Allahına ibadət edir!
Allah sizə yar olsun.
Sual (10) :
Salamun əleykum.Nə üçün dünya bir anda yaradılmadı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
«Əraf» surəsinin 54-cü ayəsində buyurulur: «Həqiqətən, Allah-təala göyləri və yeri altı gündə xəlq etdi». Maraqlıdır ki, görəsən, misilsiz əzəmət sahibi olan Rəbbimiz nə üçün dünyanı bir anda yaratmadı?
Təfsirçilər bu fikirdədirlər ki, hər hansı bir işin bir anda həyata keçməməsi, həmin işin hikməti haqqında düşünməyə imkan verir. Məsələn, insanın ana bətnində doqquz ay müddətində mərhələ-mərhələ formalaşması, yaradanın əzəmətini daha da aşkar göstərir.
Allah-təala yeri və göyləri bizim ölçülərlə hər biri neçə milyon il davam etmiş altı dövürdə yaratmışdır. Quranda buyurulan altı gün, bizim iyirmi dörd saatlıq günümüzdən tamam fərqlənir. Bu altı günün hikmətlə dolu olan hər anı, ilahi elmin əzəmətindən danışır.
Bəs bu altı gündə hansı hadisələr baş verdi?
İlk gün, toplu qaz formasında olan dünya öz oxu ətrafında fırlanaraq parçalandı və planetlər yarandı; İkinci gün, planetlərdən bəzisi közərmiş, bəzisi isə donmuş halda dayanıqlı vəziyyətə keçdi. Üçüncü gün, günəş sistemi yaranmaqla, yer günəşdən ayrıldı. Dördüncü gün, yer soyudu və həyat üçün şərait yarandı. Beşinci gün, otlar və ağaclar yaradıldı. Altıncı gün heyvanlar və insan yer üzündə zahir oldu.
Allah sizə yar olsun.