Sual (71) : İnsanın öz göz, ürək və s. kimi bədən üzvünü onun ölümündən sonra istifadə edilməsi üçün satması icazəlidirmi?
Ad: Kazım, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Müsəlman meyitin bədən üzvünün kəsilməsi icazəli deyil və kəsildiyi surətdə diyə verməyə səbəb olur, kəsilən üzv isə dəfn olunmalıdır. Müsəlman şəxsin həyatının qorunması ona bağlı olduğu surətdə isə icazəlidir. Amma yenə diyəsi verilməlidir. Meyit özü üzvünün veilməsini vəsiyyət etdikdə isə diyə vermək lazım deyil.Amma müsəlman şəxsin həyatı ona bağlı olmasa, meyitin vəsiyyət etməsinə baxmayaraq, onun üzvünü götürmək iradlıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (72) : Bədən üzvlərinin köçürülməsi icazəlidirmi? Ölmüş şəxsin bədən üzvünü bağışlamaq olarmı? Başqa sözlə desək, ölmüş şəxsin bədən üzvünü bu üzvün çatışmamazlığı və naqisliyi üzündən əzab-əziyyət çəkən bir şəxsə bağışlamaq olarmı?
Ad: samir, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər ölmüş şəxs müsəlman olsa, yalnız bu surətdə deyilən əmələ icazə verilir ki, müsəlman şəxsin həyatı həmin ölünün üzvünün kəsilib, ona köçürülməsinə bağlı olsun. Amma bu surətdə də diyəsi verilməlidir. Diyə meyitin özünə çatır və onun üçün məsləhətli olan məsələn, borcunu vermək, ya xeyriyyə işləri kimi yerlərə işlədilməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (73) : salam olsun Allahın mömin bəndələrinə. belə bir sual vardır Şikəst, yaxud irsən fiziki və ruhi xəstəliklərə tutulacaq uşaq doğmasına münasib şərait olan qadınlar üçün hamiləliyin qarşısını daimi olaraq almaq caizdirmi? çox saq olun. cavabınızı gözləyirəm
Ad: Zaur, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Əgər ağlabatan (əql sahibləri tərəfindən bəyənilən) bir məqsədlə baş verərsə, nəzərə çarpacaq zərər verməzsə və ərinin icazəsi ilə olarsa, eybi yoxdur.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (74) : Sağlam olan bir qadın üçün nütfənin mayalanmasının qabağını alan vəsait və maddələrdən istifadə etməklə müvəqqəti olaraq hamiləliyin qarşısını almaq caizdirmi?
Ad: məhəmməd, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Əgər ərinin razılığı ilə olsa iradı yoxdur.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP