Sual (81) : Yaxınlarımızdan bəziləri namaz, oruc və sair vacib olan hökmlərə diqqətsizlik edirlər. moizə və nəsihət etmək onlara təsir etmirsə, onlarla münasibət saxlamağın hökmü necədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim 
Əgər münasibətləri pozmaq onları bu günah işlərdən çəkindirməyə səbəb olarsa, pozun. Əgər münasibət saxlamaq və nəsihət etməklə günahdan çəkinmək ehtimalı versəniz, onlarla münasibət yaradıb mütəal-allahın itaətinə vadar edin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (82) : Müsəlman qonşularla münasibət yaratmaq haqqında Qurani-kərim, müqəddəs şəriət və məsum imamlar tərəfindən çoxlu sifarişlər olunub. bəzilərinin xoşagəlməz, etinasız və səhlənkar olduğunu görüb, onları nə qədər nəsihət ediriksə heç bir təsir etmir. bu halda hökm necədir? belə olan halda gərək bütün əlaqələr kəsilsin, yaxud ildə bir dəfə onlarla münasibət yaratmaq lazımdır?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim 
Münasibət yaratmaq təkcə get-gəl etməklə deyil. Əgər bu yolla münasibətləri saxlamaq fəsada səbəb olursa, başqa bir yolla o cümlədən məktublaşma və yaxşılıq etməklə münasibətləri saxlayın. eyni halda mümkün olan qədər moizə və nəsihət etməkdən çəkinməyin. Çünki, onların haqqında ən böyük münasibət və yaxşılıq onları günah işlərdən çəkindirməkdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (83) : Bəzi şəxslər biganə (özgə) radiolara qulaq asmaqla qəbul edib, digər şəxslərə danışırlar. onların cavablarını vermək üçün bu radiolara qulaq asmaq lazımdır, ya yox? (Çünki bəzilərindən haram olduğunu eşitmişəm, indi sizin mübarək nəzərinizi bilmək istəyirəm.)
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim 
Əgər yoldan azdırma və fəsada səbəbdirsə, gərək qulaq asmayasınız.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (84) : Mənim əxlaqi yaxşı olmayan və məğrur bir atam vardır. Öz ailəsinə zülm etməyi xoşlayır. mən həddi-buluğa yetişən vaxtdan onunla mübarizədəyəm. Əgər onun cavabını başqalarının yanında dərhal versəm xoşagəlməz və ləyaqətsiz iş görmüş olaram və yaxud əgər təklikdə onunla danışsam sözlərimi qəbul etməyib məni danlayır. xülasə, bilmirəm nə edim? vəzifəm nədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim 
Valideynin ehtiramını qorumaq, söhbətdə ədəbə riayət etmək, lazım olan yerlərdə əmr be məruf və nəhy əz munkər etmək lazımdır. Əgər təsir qoymağından məyus olsanız heç bir vəzifəniz yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (85) : Əgər bir qadın ailədə ərinə tabe olmasa, ərinə qiymət qoymasa, yaşayış sirlərini hər yerdə açıb desə və ardıcıl olaraq yalan danışsa, kişinin vəzifəsi şəriət nöqteyi-nəzərdən necədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim 
Gərək o qadını əmr be məruf və nəhy əz munkər etsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (86) : Bir atanın bir neçə övladı vardır ki, onlardan bəziləri həddi-buluğa çatmışlar. dini vəzifələrini yerinə yetirməkdən üz döndərdiklərindən bu məsələ ataları üçün narahatçılıq yaradır. ata onların ibadət işlərində müqəssirdirmi?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim 
Atanın vəzifəsi odur ki, təsir qoymaq ehtimalın versə övladlarını vacib olanları yerinə yetirmək və günahlardan çəkinməyə hər yolla istəsə, istər nəsihət, istərsə də qorxudub hədələmək və ya başqa yolla da olsa məcbur etsin. həmçinin ata öz şəri vəzifəsinə əməl etsə və atanin sözləri onlara təsir etməsə ata günahkar deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (87) : Bir qadın naməhrəm şəxslərlə davranmaq və münasib olmayan geyimlərdən istifadə məsələsinə etinasızlıq edir. bu barədə ərinin dediklərinə də qulaq asmırsa, ərin vəzifəsi nədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim 
Lazımdır ki, nəsihət və başa salmaqla və ya mümkün olan digər vasitələrdən istifadə edib şəriət qanunlarını ona çatdırıb, günah işlərdən çəkindirsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (88) : Biz cins və yaşayış ləvazimatlarını almaq üçün çarəsizlikdə səfərə çıxırıq. həmişə musiqiyəqulaq asan sürücülərlə üzləşirik. onları bu işdən çəkindirmək bizə vacibdirmi?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim 
Əgər fəsada səbəb olmazsa, imkan olan surətdə, onları bu işdən çəkindirin. İmkan daxilində günüha səbəb olan işlərlə məşqul olmayan başqa nəqliyyat vasitələri ilə səfərə çıxın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (89) : Şagirdləri tənbeh etmək düzgündür ya yox?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim 
Qəyyumun icasəsi ilə pisliklərdən və fəsaddan çəkindirmək vaxtı diyə vacib olmayan qaydada zəruri miqdarda tənbeh etmək düzgündür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (90) : İslam respublikasının qanunlarına zidd olan, islamın ümumi və xüsusi məsələlərinə, o cümlədən hicaba riayət etməyən bəzi şəxslər vardır. onların qazancları şəriət nöqteyi-nəzərdən şübhəli, ya haram və yaxud haram malın halal mala qarışmasıdır. onlarla yoldaşlıq etmək həmçinin danışıb əl verib görüşmək, qohumluq etmək, birlikdə xörək yemək, mənzillərində namaz qılmaq, hədiyyə verib-almaq, bu kimi sair əlaqələr haqqında sizin mübarək rəyiniz necədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim 
Sizin yoldaşlığınız xüsusiylə onların hidayət olmasına səbəb olarsa danışmaq və get-gəl etməyin nöqsanı yoxdur. amma onların malından istifadə etmək bir halda düzgündür ki, istifadə etdiyiniz malın haram olmasına elminiz olmasın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP