Sual (71) :
Bəzi yerlərdə əmr be məruf və nəhy əz münkər edən zaman günah edən şəxsin İslam qanunları və vacibləri barədə məlumatsızlığı nəticəsində, o şəxsdə dinə qarşı ikrah və sui-zənn yaranır. Digər tərəfdən də, biz bu işi tərk etdikdə o şəxs cürətlənir və digərlərinin də günaha mürtəkib olmasına, fəsad üçün şəraitin yaranmasına səbəb olur. Belə hallarda bizim vəzifəmiz nədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
Şərait mövcud olarkən əmr be məruf və nəhy əz münkər etmək İslam
qanunlarını qorumaq və cəmiyyətin sağlamlığını hifz etmək üçün ümumi və şəri
bir vəzifədir. Sırf şəkildə onun bəzi şəxslərdə İslama qarşı ikrah və ya
sui-zənn yaratması gümanı ilə belə bir ciddi və mühüm vəzifəni tərk etmək
lüzumu yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (72) :
Övladı hansı həddə namaz qılmağa və hicaba riayət etməyə vadar etmək olar?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Büluğ həddinə çatmış övladalara
əmr be məruf və nəhy əz münkər etmək olar və şəri hakimin icazəsi olmadan vacib
ehtiyata görə vurmaq və s. kimi üslublardan istifadə etmək olmaz. Amma bəzi köməklərin dayandırılması kimi yollardan istifadə etmək olar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (73) :
Bir şəxsin namaz qılmayan və müqəddəslərə hörmətsizlik edən bir qohumu vardır. ata və anasına xatir ona bir söz demir, amma ondan çox narazı və narahatdır. nəhy əz munkərdə həmin miqdar kifayətdirmi?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər ona nəsihət etmək olarsa,
əmr be məruf və nəhy əz munkər edin. ata və ananın narahat olması vəzifəni
insanın öhtəsindən götürmür. Əgər belə adamlarla gediş-gəliş onların
təsdiqlənməsi sayılırsa tərk edin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (74) :
İş başında batil kasetlər və şəriətə uyğun olmayan filmlərdən istifadə edən şəxslərlə əlaqə saxlamaq necədir? Əgər əmr be məruf və nəhy əz münkər edən şəxs üçün məsxərəyə səbəb olsa, necədir?
Ad: Zamin, Ölkə: , Müctəhid: Ayətullah Fazil
Ad: Zamin, Ölkə: , Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər əlaqə yaratmaq təşviqə və
ya harama etinasızlığa səbəb olarsa, caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (75) :
İndiki şəraitdə bəzi toy mərasimlərində haram musiqilərdən istifadə edirlər. həmin mərasimdə iştirak etməmək qohumluq əlaqələrinin kəsilməsinə səbəb olur, başqa tərəfdən nəhy əz munkər etmək fayda vermir. belə olan halda həmin məclislərdə iştirak etməyin hökmü necədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
İştirak etmək düzgün deyil,
hətta qohumluq əlaqələri kəsilsə də.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (76) :
Əgər bir şəxs musiqi ya ğina olan kasetləri oxutduran bir avtomobilə minsə və nəhy əz munkərin bir faydası olmadığını bilsə vəzifə necədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Nəhy əz münkər şərait olan
surətdə lazımdır, nəinki onlar olmadıqda.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (77) :
Əmr be məruf və nəhy əz munkərin vacib olduğu yerlərdə insanın vəzifəsi musiqi məclislərində və açıq-saçıq geyinənlərin müqabilində nədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər öz nəsihətinizdə
təsirqoyma ehtimalı versəniz gərək onları bu işdən çəkindirəsiniz. mehribanlıq
və məlahətlə davranın ki, belə nəticə əldə edə biləsiniz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (78) :
Əgər idarə işlərində şəriətin xilafına işlər görülsə və xəbərdarlıq təsir edici olmasa və ya xəbərdarlıq etmək mümkün olmasa, bizim vəzifəmiz nədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
İdarədə xilaf iş görülsə,
gərək yuxarı vəzifəlilərə məlumat verilsin. sair xilaf işlərdə əmr be məruf və
nəhy əz munkər nəzərə çatdırılsın. Şəriətin xilafına görülən işlərə tabe olmaq
düzgün deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (79) :
Namazın vacibliyinə etiqadı olan lakin namaz qılmayan bir şəxsə kömək etmək necədir?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Maddi köməkliyi kəsməklə namaz
qılmaq və xəbərdarlığa səbəb olarsa, maddi köməklik göstərməyin. lakin maddi köməkliyi
kəsmək onun tələf olmasına səbəb olarsa, bu halda onun canını qorumaq lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (80) :
İnsan şəriət nöqteyi-nəzərdən təqvasız, namaz qılmayan və ziddi-inqilab qohumları ilə (o cümlədən ata, ana, bacı və s.) əlaqələri kəssin?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Münasibət və əlaqələri kəsmək
düzgün deyil. lakin gərək onların səviyyələrinə riayət etməklə əmr be məruf və
nəhy əz munkər etsin.