Sual (61) :
İslam əxlaqının ziddinə olan qərb mədəniyyəti tərəfindən olan müntəzəm hücumlar, eləcə də qeyri-islami adətlərin yayılması (məsələn, bəzi kişilərin boyunlarından qızıl asması, əlvan rəngli paltarlar geyməsi, yaxud bəzi kişi və qadınların xüsusi saatları vurması) xalqın nəzərində qəbahətli sayılır. Bəzi şəxslər hətta onlara əmr be məruf və nəhy əz münkər olunmasına baxmayaraq, bu işləri yenə də təkrarlayırlar. Xahiş edirik ki, belə şəxslərə qarşı hansı üslubdan istifadə olunmasını bəyan edəsiniz.
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Kişilərə qızıl geyinmək və boynundan asmaq mütləq şəkildə haramdır.
Tikiliş, rənk və başqa cəhətdən qeyri-müsəlmanların mədəniyyət hücumlarının
yayılması və təqlidi sayılan paltarların geyilməsinə icazə verilmir. Eləcə də,
İslam və müsəlmanların düşmənləri tərəfindən mədəniyyət hücumu üçün təqlid
sayılan şalvar və eynəklərdən də istifadə etməyə icazə verilmir. Belə yerlərdə
digərlərinin üzərinə düşən vacib vəzifə, onlara dillə nəhy əz münkər etməkdən
ibarətdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (62) :
Əvvəllər haram işlərə mürtəkib olan (məsələn şərab içən) şəxslərlə əlaqə necə olmalıdır?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu işdə meyar o şəxslərin indiki vəziyyətidir. Əgər onlar gördüyü işlərdən
tövbə ediblərsə, onda onlarla əlaqə başqa möminlər kimi olmalıdır. Amma
hal-hazırda haram işlər görən şəxslərə gəldikdə isə, onlara əmr be məruf və
nəhy əz münkər etməklə bu işlərdən çəkindirmək vacibdir. Əgər onları bu işdən ayırmaq
yalnız onlardan üz döndərməklə mümkün olsa, onda vacibdir ki, həmin şəxslərdən
uzaq gəzsinlər və onlarla əlaqəni kəssinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (63) :
Qardaşım şəriət və əxlaq məsələlərinə riayət etmir və bu vaxta qədər olunan nəsihətlər ona təsir etməyib. Ondan belə şeyləri müşahidə etdiyim zaman mənim üzərimə düşən vacib vəzifə nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sizə vacibdir ki, şəri məsələlərin xilafına bir iş görən zaman ona qarşı öz
narahatçılığınızı bildirəsiniz və onu qardaşcasına, məsləhət və faydalı
bildiyiniz yolla danlayasınız, lakin əlaqəni kəsməyin, çünki bu işə icazə
verilmir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (64) :
Oğul, etiqadın kamil olmaması səbəbindən öz dini vəzifələrinə əhəmiyyət verməyən valideynlərini yola gətirmək üçün hansı layiqli üslubdan istifadə etsin?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ona vacibdir ki, valideynlərinin ehtiramını saxlamaqla mülayim tərzdə
onlara əmr be məruf və nəhy əz münkər etsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (65) :
Mallarının xums-zəkatını ayırmağa əhəmiyyət vermədikləri təqdirdə, övladın valideynə və arvadın ərinə qarşı vəzifəsi nədir? Xums-zəkatı verilməyən maldan, onun haramla qarışması cəhətindən istifadə etməyə icazə verilirmi? Halbuki, elə mallardan istifadə olunmaması barədə çoxlu təkidlər olunub, çünki haram mal insanın ruhunu çirkləndirər.
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Valideynlər və ya qadınların əri yaxşı işləri tərk və pis işləri görərkən
onlara (övlad və qadına) vacibdir ki, şərtlər mövcud olarsa, əmr be məruf və
nəhy əz münkər etsinlər. Onların malından istifadə etməyə gəldikdə isə, bunun
eybi yoxdur. Amma xüsusi olaraq istifadə etmək istədikləri malda xums-zəkatın
olmasını yəqin etsələr, ona icazə verilmir və vacibdir ki, xums-zəkata öhdədar
olan şəxsdən bu miqdar üçün icazə alınsın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (66) :
Hicab qaydalarına düzgün şəkildə riayət etməyən qadınlara əmr be məruf və nəhy əz münkər etməyin hökmü necədir? Əgər o şəxs dillə nəhy əz münkər etdikdə bu işin ehtiraslarına təsir edəcəyindən qorxsa, onun hökmü necə olmalıdır?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nəhy əz münkər etmək naməhrəmə ehtirasla baxmaqdan asılı deyildir. Hər bir mükəlləfə vacibdir ki, özlərini naməhrəmə baxmaqdan saxlasınlar. Xüsusilə, əmr be məruf və nəhy əz münkər kimi vacib bir hökmü yerinə yetirdikdə bu işə diqqətli olsunlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (67) :
Bəzi evlərdə maqnitofon lentlərindən (qulaq asılmasına icazə verilib-verilməməsi məlum olmayan) musiqi səsləndirilir. Onlar bəzi möminlərə əziyyət edərək, bu musiqini son dərəcə yüksəkdən səsləndirirlər. Bu işlərin qarşısında vacib olan şey nədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Camaatın evlərinə daxil olmağa icazə verilmir. Nəhy əz münkər isə mövzunun
və şərtlərin mövcud olmasını müəyyənləşdirməkdən asılıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (68) :
Mən xəstəxanaların birində müqəddəs həkim vəzifəsində çalışıram. Bəzi vaxtlarda xəstələrin bəzilərinin haram və yaramaz musiqi kasetlərinə qulaq asdıqlarını görürəm. Onları bu işdən ayırmaq üçün nəsihət edirəm və onlar üçün dəfələrlə etdiyim nəsihətlərin faydasız olduğunu gördükdə, həmin kaseti maqnitofondan götürüb içərisindəki yazıları pozduqdan sonra özlərinə qaytarıram. Xahiş edirəm, bəyan edəsiniz ki, mənim bu cür işlər görməyimə icazə verilir, yoxsa yox?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Onları haram yazılara qulaq asmalarının qarşısını almaq üçün o lentlərdə
yazılmış batil səsləri pozmağın heç bir maneçiliyi yoxdur, lakin bu iş lent
sahibinin və ya şəriət hakiminin icazəsindən asılıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (69) :
Sərnişin daşıyan bəzi sürücülər haram hökmündə olan musiqi və qina yazılmış maqnitofon lentləri oxudurlar. Onlar heç bir nəsihət və tövsiyəyə qulaq asmır, maqnitofonu söndürmürlər. Xahiş edirik, belə bir şəraitlərin hökmünü bəyan edəsiniz. Belə şəxslərə qarşı kobud rəftar etməyə icazə verilirmi?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Nəhy əz münkər etməyin şərtləri mövcud olarsa, sizə bu işi dillə icra
etməkdən başqa heç bir şey vacib deyildir. Əgər həmin yolla onlara təsir etmək
mümkün olmasa, onda vacibdir ki, haram musiqi və qina səslərini eşitməkdən
özünüzü qoruyasınız. Amma əgər o səslər qeyri-ixtiyari olaraq sizin qulağınıza
gəlib çatsa, onda sizə heç bir şey (günah) yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (70) :
İslam dövləti tərəfindən fəsadın qarşısını almaq üçün təyin olunmuş məmurlar öz vəzifələrinə əməl etməsələr, camaata vacibdirmi ki, bu işi özləri görsünlər?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Təhlükəsizlik və məhkəmə qüvvələrinə vacib olan məsələlərə ayrı-ayrı
şəxslərin dəxalət etməsinə icazə verilmir. Amma qayda-qanunlara riayət etməklə,
xalqın əmr be məruf və nəhy əz münkər etməsinə heç bir maneçilik yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.