Sual (51) : Pis işlər, ictimai mühitlərdə mövcud olan ağır cinayətləri müqayisə etmək və bunun da sayəsində bir günahı bəzi günahların müqabilində kiçik sayaraq qarşısını almamaq, onun haram və pis iş olmasını şərt bilməyərək onunla mübarizə aparmamaq üçün nisbi bir iş sayılırmı?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Pis işlər günah olub-olmaması cəhətindən nisbi iş sayılır. Amma mümkündür ki, öz vaxtında bəzi günahların haramlığı başqaları ilə müqayisədə daha şiddətli olsun. Hər halda nəhy əz münkər şərtləri mövcud olan şəxslər üçün şəri cəhətdən vacib bir iş sayılır və ona icazə verilmir ki, bu işi görməkdən boyun qaçırsın. Bu işdə bəzi günahların bir-birilə və hansı cəmiyyət daxilində olub-olmamasının heç bir fərqi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (52) : Əgər idarələrin birində beytül-malın qanunsuz olaraq dağıdılmasına yol verilsə və bu iş hələ də davam etsə, bir nəfər də baxıb görsə ki, əgər bu vəzifəni öz üzərinə götürsə bu işlərin qarşısını almaq imkanına malik olar. Bu vəzifənin əldə olunması da müəyyən şəxslərə rüşvət verməklə mümkün olsa, belə olan halda beytül-malın dağıdılmasının qarşısını almaq üçün rüşvət verməyə icazə verilirmi? Həqiqətdə bu, şiddətli bir fəsadı ondan yüngülü ilə dəf etmək deməkdir.
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Şəri qanunlar pozulan zaman bu işdən xəbərdar olan şəxslərə vacibdir ki, şəriət qanunlarına və onun şərtlərinə riayət etməklə nəhy əz münkər etsinlər. Hətta fəsad baş verməsinin qarşısını almaq üçün olsa da belə, qeyri-qanuni yollar və rüşvət verməklə vəzifə əldə etməyə icazə verilmir. Bəli, əgər belə məsələlər İslam qanunlarına əhəmiyyət verilən ölkədə fərz olunsa, onda xalqa vacibdir ki, təkcə əmr be məruf və nəhy əz münkər etməkdən aciz olmaqla bu işi boşlamasınlar. Hətta onlara vacibdir ki, bu işi xüsusi yerlərə çatdırmaq və həmin məsələnin arxasınca getməklə aradan qaldırsınlar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (53) : İdarə və müəssisələrdə işləyən fəhlələrin öz iş yerlərində, bəzi vaxtlarda yüksək vəzifəli məsul şəxslərin idarə və şəriət qanunlarının xilafına bir iş tutmalarını gördükdə vəzifələri nədir? Əgər bu şəxs nəhy əz münkər etməklə, həmin yüksək vəzifəli məsul şəxslər tərəfindən ona zərər dəyəcəyindən qorxsa, bu vəzifə onun boynundan götürülərmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Əgər əmr be məruf və nəhy əz münkər etməyin şərtləri mövcud olsa, onda gərək onlar bu vəzifəni icra etsinlər. Əgər belə olmazsa (yəni şərtlər mövcud olmazsa), onda onların üzərinə heç bir tapşırıq düşməz. Məsələn, əgər bu işdə onlar üçün zərər qorxusu olsa, onda bu vəzifə onların boynundan götürülür. Belə hallar İslam hökmlərinə əhəmiyyət verilməyən ölkələrdə olar. Amma burada İslam hökuməti olduğu üçün belə ilahi qanunlara əhəmiyyət verilir. Əmr be məruf və nəhy əz münkər etməkdə aciz olan şəxslərə vacibdir ki, hökumət tərəfindən bu işlər üzrə xüsusi şəkildə təyin olunmuş yerlərə məlumat verib, fəsad və onu törədən şəxslərin kökü kəsilənə qədər bu mövzunun arxasınca düşsünlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (54) : Cavan qıza icazə verilirmi ki, İslam qanunlarına riayət etməklə cavan oğlana tövsiyə etsin və ona təhsildə və başqa işlərdə kömək etsin?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Verilən Sualda bu işdə heç bir maneçilik yoxdur. Lakin yaxşı olar ki, bu işdə şeytanın hiylə və vəsvəsələrindən ciddi şəkildə qorunsunlar. Vacibdir ki, bu işdə naməhrəmlə xəlvətdə qalmamaq kimi şəri hökmlərə riayət etsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (55) : Bir nəfər müsəlman kişi əlamətlərə istinad edərək xəbərdar olur ki, onun həyat yoldaşı neçə uşaq anası olduğu halda gizli şəkildə qadın iffətinə yaraşmayan işlər görür. Lakin o kişinin əlində bu məsələni sübut etmək üçün heç bir şəri dəlil (məsələn, şəhadət verməyə hazır olan şahidlərin olması kimi) yoxdur. O kişinin övladlarının belə bir qadının himayəsində yaşayacağını nəzərə almaqla, şəri nöqteyi-nəzərdən bu qadınla necə rəftar etmək mümkündür? Ümumiyyətlə, ilahi hökmlərə müxalif olan belə çirkin işlər tutan şəxs və ya şəxslərlə (əgər onlar tanınarsa) necə davranmaq lazımdır? Onu da bilmək lazımdır ki, şəri məhkəmələrə təqdim etmək üçün əldə bu şəxslərin əleyhinə sübut və dəlil yoxdur.
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Vacibdir ki, bu işdə sui-zənn etməkdən və günah ehtimal verilən əlamət və şahidlərin göstərilməsinə çalışmaqdan qorunsunlar. Şəri haramların baş verməsi aşkar olan halda, vacibdir ki, onu nəsihət, danlamaq və nəhy əz münkər etməklə bu işdən çəkindirsinlər. Əgər nəhy əz münkər etmək təsir etməsə, onda əgər əldə dəlil olsa, səlahiyyətli məhkəmə qüvvələrinə müraciət etmək mümkündür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (56) : Bir neçə ildir ki, ailə qurmuşam, şəri məsələlərə və dini işlərə çox əhəmiyyət verirəm. Mən həzrət imam Xomeyninin (r.ə) müqəllidiyəm. Lakin təəssüflə qeyd edim ki, mənim həyat yoldaşım dini məsələlərə çox da əhəmiyyət vermir. Bəzi vaxtlarda aramızda söz-söhbət olan zamanda bir dəfə namaz qılır və neçə dəfə qılmır. Bu iş mənə çox əzab verir. Belə hallarda mənim vəzifəm nədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Sizə vacibdir ki, onun yola gəlməsi üçün hansı yolla olursa olsun, münasib şərait yaradasınız. Bu işdə heç cürə əxlaqa zidd olan kobud hərəkət və ölçülüb-biçilməmiş işlərə əl atmayın. Lakin sizə xatırladıram ki, dini məclislərdə iştirak etməyin və dindar ailələrlə get-gəl etməyin onun islah olunmasında çox təsiri vardır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (57) : Bir müddətdir ki, mənim bacım namaz qılmayan bir kişi ilə ailə qurub. Həmişə bizimlə olduğuna görə, onunla söhbət etmək, oturub-durmaq məcburiyyətində qalıram. Hətta bəzi vaxtlarda onun tələbinə görə, ona kömək etməli oluram. Sualım budur ki, mənə onunla söhbət etməyə, oturub-durmağa və bəzi işlərində kömək etməyə icazə verilirmi? Mənim bu işdə vəzifəm nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Sizə, vacib şərtlər mövcud olarkən, müntəzəm şəkildə əmr be məruf və nəhy əz münkər etməkdən başqa bir şey vacib deyildir. Onunla oturub-durmaq və kömək etməyin (onun namaz qılmamağında cürət və cəsarəti artırmasa) eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (58) : Əgər məsul şəxslərə onların bəzi işçilərinin namaz kimi vacib hökmlərə qarşı səhlənkarlıq etməsi və ya onu tərk etməsi dəqiq şəkildə məlum olsa və onlara nəsihət və tövsiyələr təsir etməsə, onda belə şəxslərə qarşı hökm nədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Əgər daimi olaraq şərtlərə riayət etməklə bu işə başlanılsa, onda vacibdir ki, əmr be məruf və nəhy əz münkərin təsiri unudulmasın. Onlara əmr be məruf və nəhy əz münkər etməkdən məyus olduqda isə, əgər qanun məcəllələrində belə şəxsləri vəzifə və imtiyazlardan məhrum etməyə icazə verilərsə, onda həmin şəxslərin haqqında belə cəza tədbirlərinin görülməsi vacibdir və xəbərdarlıq etmək lazımdır ki, ilahi hökmlərin yerinə yetirilməsində səhlənkarlıq etdiklərinə görə onlara qarşı bu kimi tədbirlər görülmüşdür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (59) : Pis iş görən şəxsi narahat etmək üçün onun salamının cavabını qaytarmamağa icazə verilirmi?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Əgər bu iş xalqın nəzərində pis işlərdən çəkindirən tədbir və bir növ vicdan əzabı sayılarsa, onda icazə verilir ki, nəhy əz münkər məqsədi ilə onun salamının cavabı alınmasın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (60) : Bəzi hallarda görürük ki, universitet tələbəsi və ya bir qulluqçu, dəfələrlə ona nəsihət və tövsiyələrin olunmasına baxmayaraq, günah işləri görməkdən çəkinmir, əksinə, ümumi yerlərdə fəsadın yaranmasına səbəb olan bu pis işləri təkrarlayır. Belə hallar ciddi olarsa, həmin şəxslərin idari yolla cəzalanması, məsələn, bu nöqsanları onların sənədlərində qeyd etmək kimi işlər barəsində rəyiniz necədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 

Hamı üçün daxili qanunlara riayət etməklə bu işləri görməyin eybi yoxdur.

Əziz gənclərə tövsiyə edirəm ki, əmr be məruf və nəhy əz münkər məsələlərinə ciddi yanaşsınlar və onun şəri şərtlərini və hökmlərini diqqətlə öyrənsinlər. Onlar gərək bu mənbəni ümumiləşdirsinlər və yaxşı işlərin görülməsi, həmçinin pis işlərin qarşısını almaq üçün əxlaq qaydalarından və təsirli üslublardan istifadə etsinlər. Bu işləri görərkən şəxsi qərəzlərdən qorunsunlar. Onlar bilməlidirlər ki, bu məsələ yaxşı işlərin yayılması və pis işlərin qarşısının alınmasında ən yaxşı və təsirli üslubdur. Allah-Təala sizlərə Öz razılığında müvəffəqiyyət versin.


Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP