Sual (41) : Şagirdləri tənbeh etmək düzgündür ya yox?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Qəyyumun icasəsi ilə pisliklərdən və fəsaddan çəkindirmək vaxtı diyə vacib olmayan qaydada zəruri miqdarda tənbeh etmək düzgündür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (42) : İslam respublikasının qanunlarına zidd olan, islamın ümumi və xüsusi məsələlərinə, o cümlədən hicaba riayət etməyən bəzi şəxslər vardır. onların qazancları şəriət nöqteyi-nəzərdən şübhəli, ya haram və yaxud haram malın halal mala qarışmasıdır. onlarla yoldaşlıq etmək həmçinin danışıb əl verib görüşmək, qohumluq etmək, birlikdə xörək yemək, mənzillərində namaz qılmaq, hədiyyə verib-almaq, bu kimi sair əlaqələr haqqında sizin mübarək rəyiniz necədir?
Ad: Nahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Sizin yoldaşlığınız xüsusiylə onların hidayət olmasına səbəb olarsa danışmaq və get-gəl etməyin nöqsanı yoxdur. amma onların malından istifadə etmək bir halda düzgündür ki, istifadə etdiyiniz malın haram olmasına elminiz olmasın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (43) : Xahiş edirik əmr be məruf və nəhy əz munkərin şərtlərini bəyan edəsiniz.
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim

Əmr və nəhyin beş şərti vardır. birinci: Əmr və nəhy edən şəxs yaxşı və pis işlərin vacibliyinə və pisliklərin haram olmasına yəqinliyi olsun və özü xətadan amanda olsun.

İkinci: ehtimal versin ki, onun yaxşılığa dəvəti və pis işlərdən çəkindirməsi təsir qoyandır. bəs əgər ağılabatan bir ehtimal versə ki, onun dəvəti təsir edici olmayacaq onun vacibliyi götürülür.

Üçüncü: vacib işləri tərk edən və ya haram iş yerinə yetirən bir şəxs bu işində təkidlə durmuş olsa. bəs əgər bilsə ki, bu işi tərk edib daha onu yerinə yetirməyəcək, əmr və nəhy götürülür.

dördüncü: İş görənin haqqında əmr və nəhyin vacibliyi sabit olsun, vacibi tərk etməkdə və haramı yerinə yetirməkdə üzrü olmasın. bəs əgər haram bir işin mübah olmasına və vacib bir işin tərk edilməsinin düzgünlüyünə etiqadı olsa, bu surətdə əmr be məruf və nəhy əz munkər götürülür. həmçinin hər bir halda vacibi tərk edə və haram işə üzrü olmuş olsa, qafili tənbeh və cahilə yol göstərmək yolu ilə olsa, tənbeh edib yol göstərmək lazımdır.

beşinci: Əmr və nəhy etməklə özünə və digər müsəlmanlar üçün fəsad və zərəri olmasın. Əgər zərər və fəsadın olmasına ağıllı bir ehtimal versə, əmr və nəhy etmək lazım deyil.


Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (44) : Şəri məsafənin miqdarı neçə kilometrdir?
Ad: nusret, Ölkə: , Müctəhid: Ayətullah Safi
Bismillahir-rəhmanır-rəhim
Səfərin şəri məsafəsi, təqribən 22, 5 kilometrdir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (45) : Yaxşılığa əmr, pislikdən çəkindirmənin faydalarının və onu tərk etməyin zərərlərinin çoxunu bilə- bilə, niyə bu vacibi yerinə yetirməkdə səhlənkarlıq edirik?
Ad: huseyn asiqi, Ölkə: , Müctəhid: Ayətullah Safi

Bismillahir-rəhmanır-rəhim

Bunun bəzi səbəbləri aşağıdakılardan ibarətdir:

Birinci: İmanın zəifliyi bu etinasızlığın ən əsas səbəbidir. İmanın zəifliyi, əxlaqi güc və şücaəti insandan alıb, onu zahiri və mövhum qüdrətlərin nüfuzu altında, xar və zəlil edir. İnsanın heç bir pis iş və vəzifənin əksinə olan əməli yerinə yetirməkdən onun olması ilə saxlamayan ən pis zəif nöqtəsi, imansızlıq və dinsizlikdir.

İkinci: Tamahdır. Camaatın çoxu bilə- bilə və yaxşılığa əmr və pislikdən çəkindirməyi tərk etməyin zərərlərin anlasalar da, insanların vəzifəsindən istifadə ya malına tamah etdiyinə görə, bu təsəvvürlə ki, əgər filan şəxsi yaxşılığa əmr etsələr onun mal ya vəzifəsindən faydalanmayacaqlar, bu vəzifəni yerinə yetirməkdə səhlənkarlıq edirlər. Çox vaxt onların yanında günah baş verir, amma tamahın pis təsiri onların azadlıqlarını və düzgün düşünməsini aldığına görə, pislikdən çəkindirməkdən, çəkinirlər.

Üçüncü: Yersiz qorxu. Camaatın bəzisinin əxlaqi inkişaf və büluğlarının olmamasına görə, çox vaxt yersiz qorxular bu təsirləri yerinə yetirməyə qoymur və özləri üçün sadə və heç bir mane ilə qarşılaşmayan yaxşılığa əmr və pislikdən çəkindirmə üçün, çoxlu maneələr fərz edib və özlərini öz təsəvvürləri ilə, üzürlü edirlər. Hətta bəzən bu qorxaq camaat, yaxşılığa əmr və pislikdən çəkindirən insanlara da etiraz edir və onları sentimental və düşüncəsiz sayırlar.

Dördüncü: Məqsədin baş verməsindən naümidlik. Camaatın çoxu, günah, güc, qüdrət və mitinq əhlinin çoxluğunu görəndə və onların bazarının canlanmasını görəndə, yaxşılığa əmr və pislidən çəkindirməklə, xüsusilə həmkarın olmaması ilə, bir işi görə bilməyəcəyini və camaatın əvəz edə bilməyəcəyini düşünürlər.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (46) : Sizin fikrinizcə, yaxşılığa əmr və pislikdən çəkindirmə vacibini icra etməkdə, İslami cəmiyyətin müxtəlif fərdləri arasında həmkarlıq zəruridir yoxsa, hər kəs təklikdə bu işin öhdəsindən gələ bilərmi?
Ad: karam, Ölkə: AZE, Müctəhid: Ayətullah Safi

Bismillahir-rəhmanır-rəhim

Yaxşılığa əmr və pislikdən çəkindirmə, ictimai vəzifələrdən biridir ki, bəzi yerlərdə bir nəfərin təşəbbüsü ilə baş verir, bəzi yerlərdə isə, neçə nəfərin təşəbbüsünə, hətta bir cəmiyyət və ümmətin həmkarlığına ehtiyaclıdır. Deməli, hər yerdə bir nəfərin bu əməlini kafi bilib və digərlərinin bu vəzifədən azad olmasını bilmək olmaz. Çünki,

Birinci: Yaxşılığa əmr və pislikdən çəkindirən şəxslə, digər insanların həmkarlığı, daha çox təsirə və məqsədə yetişməyə səbəbdir. Əgər min nəfər bir mövzu barəsində, bir-birinə uyğun nəzər versələr, təsir cəhətdən bir nəfərin verdiyi nəzərlə, bərabər deyil.

İkinci: Bu məsələlərdə sözün necə deyilməsi və şəxslərin açıqlamaları, təsirdə fərqlidir. Çox vaxt belə olub ki, bir şəxs bir nəfərin uzun nəsihət və moizələrindən ayılmayıb, amma digərindən eşitdiyi bir kəlmə ilə, tez ayılıbdır.

Üçüncü: Camaat arasında yayılan bəzi pis işlər ya tərk edilməsi adət olmuş bəzi vacib əməllər və həmçinin yaxşılığa əmr və pislikdən çəkindirilməli olan bəzi şəxslər barəsində, çoxlu cəmiyyət həmkarlıq etmədən, müvəffəqiyyət baş vermir.

Xüsusilə, cəmiyyət arasında nüfuzlu, alim və şəxsiyyətli insanların həmkarlıq etməsi, yaxşılığa əmr və pislikdən çıkindirən şəxsin qanuni məqsədinin inkişadında, çox təsiri var. Çünki günah edənlər, cəmiyyətin onlara nifrətlə baxdığını və onların işinin pis və insanlığın əksinə olduğunu müəyyənləşdirdiyini ya məlumatlı insanların onların əməllərini pislədiklərini görəndə, çox vaxt tutduqları səhv yolu tərk edirlər. Deməli yaxşılığa əmr və pislikdən çəkindirmə, çox vaxt həmkarlığa və köməyə ehtiyaclıdır. Əgər yaxşılığa əmr edənləri tənha qoysalar, lazımi müvəffəqiyyət əldə olunmayacaq.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (47) : Bir şəxs başqasının vəkili olur, bu şərtlə ki, işi görməyə başlamazdan əvvəl öz əmək haqqını ondan alsın. Əgər vəkil heç bir iş görməzsə, şərən həmin mal onun üçün halal olurmu?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 

Vəkil, vəkalət müqaviləsi gerçəkləşməklə eyni zamanda ücrətül-müsəmmanın (nəzərdə tutulan qazancın) maliki olur və hətta hansı iş üçün vəkil tutulubsa, o işi yerinə yetirməzdən əvvəl belə həmin haqqı almağa ixtiyarı vardır. Lakin hansı iş üçün vəkil tutulubsa o işi yerinə yetirməzsə və nəticədə onun vaxtı keçərsə, yaxud vəkalət müddəti sona çatarsa, onun əsasında vəkalət ləğv olunur (qüvvədən düşür) və vəkilin aldığı məbləği vəkil tutan şəxsə qaytarması vacibdir.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (48) : İctimai pozğunluqlar yayılan cəmiyyətlərdə mömin cavanların üzərinə düşən vacib nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Onlara, özlərini bu pozğunluqlardan qorumaqla yanaşı vacibdir ki, şərtlər mövcud olan və imkanları çatan zamanda zəruri hökm olan əmr be məruf və nəhy əz münkəri yerinə yetirsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (49) : Bəzi qardaşlar çox zaman hicabsız qadınlar toplanan yerlərə, onlara əmr be məruf, nəhy əz münkər, nəsihət və tövsiyə etmək məqsədi ilə gedirlər. Onlara icazə verilirmi ki, hicabsız qadınlara baxsınlar? (Bu şərtlə ki, onlar həmin yerə əmr be məruf etmək üçün gedirlər).
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Məqsədli olmayan ilk baxışın eybi yoxdur. Amma üz və iki əllərindən başqa qalan yerlərinə baxmağa icazə verilmir, hətta bu iş əmr be məruf etmək məqsədi ilə olsa da.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (50) : Bəzi vaxtlarda İslam ölkəsi müəssisələrində də tapılan xarici mütəxəssislərdə olan spirtli içkilərin hökmü nədir? Onlar bu içkiləri evlərdə və ya öz yaşadıqları yerlərdə içirlər. Eləcə də onlar donuz əti əldə edib yeyirlər və camaatın qarşısında qadınların iffət və həyası ilə düz gəlməyən işlər görürlər. Zavod məsullarının və həmçinin bunlarla bağlı olan şəxslərin vəzifəsi nədir? Zavod məsulları və bu işlə bağlı təyin olunmuş xüsusi yerlər, onlara xəbərdarlıq etdikdən sonra həmin işlərinə düzəliş verməsələr, onda onlara qarşı nə kimi tədbirlər görülməlidir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim 
Xüsusi məsullara vacibdir ki, onlara əmr etsinlər ki, şərab içmək, haram ətlər yemək və bu kimi başqa şeyləri zahir etməsinlər və onların belə şeyləri aşkarda yeməklərinə mane olsunlar. Amma ümumi olan iffət və həya qaydalarına sığmayan işlərə gəldikdə isə, onlara belə işlər görməyə icazə vermək yaxşı deyildir. Hər halda lazımdır ki, xüsusi məsullar vasitəsi ilə onların özlərinə uyğun tədbirlər görülsün.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP