Sual (31) :
Əgər idarə işlərində şəriətin xilafına işlər görülsə və xəbərdarlıq təsir edici olmasa və ya xəbərdarlıq etmək mümkün olmasa, bizim vəzifəmiz nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil

Bismillahir-rəhmanır-rəhim
İdarədə xilaf iş görülsə,
gərək yuxarı vəzifəlilərə məlumat verilsin. sair xilaf işlərdə əmr be məruf və
nəhy əz munkər nəzərə çatdırılsın. Şəriətin xilafına görülən işlərə tabe olmaq
düzgün deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (32) :
Namazın vacibliyinə etiqadı olan lakin namaz qılmayan bir şəxsə kömək etmək necədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Maddi köməkliyi kəsməklə namaz
qılmaq və xəbərdarlığa səbəb olarsa, maddi köməklik göstərməyin. lakin maddi
köməkliyi kəsmək onun tələf olmasına səbəb olarsa, bu halda onun canını qorumaq
lazımdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (33) :
İnsan şəriət nöqteyi-nəzərdən təqvasız, namaz qılmayan və ziddi-inqilab qohumları ilə (o cümlədən ata, ana, bacı və s.) əlaqələri kəssin?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Münasibət və əlaqələri kəsmək
düzgün deyil. lakin gərək onların səviyyələrinə riayət etməklə əmr be məruf və
nəhy əz munkər etsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (34) :
Yaxınlarımızdan bəziləri namaz, oruc və sair vacib olan hökmlərə diqqətsizlik edirlər. moizə və nəsihət etmək onlara təsir etmirsə, onlarla münasibət saxlamağın hökmü necədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər münasibətləri pozmaq
onları bu günah işlərdən çəkindirməyə səbəb olarsa, pozun. Əgər münasibət
saxlamaq və nəsihət etməklə günahdan çəkinmək ehtimalı versəniz, onlarla
münasibət yaradıb mütəal-allahın itaətinə vadar edin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (35) :
Müsəlman qonşularla münasibət yaratmaq haqqında Qurani-kərim, müqəddəs şəriət və məsum imamlar tərəfindən çoxlu sifarişlər olunub. bəzilərinin xoşagəlməz, etinasız və səhlənkar olduğunu görüb, onları nə qədər nəsihət ediriksə heç bir təsir etmir. bu halda hökm necədir? belə olan halda gərək bütün əlaqələr kəsilsin, yaxud ildə bir dəfə onlarla münasibət yaratmaq lazımdır?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Münasibət yaratmaq təkcə
get-gəl etməklə deyil. Əgər bu yolla münasibətləri saxlamaq fəsada səbəb
olursa, başqa bir yolla o cümlədən məktublaşma və yaxşılıq etməklə
münasibətləri saxlayın. eyni halda mümkün olan qədər moizə və nəsihət etməkdən
çəkinməyin. Çünki, onların haqqında ən böyük münasibət və yaxşılıq onları günah
işlərdən çəkindirməkdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (36) :
Bəzi şəxslər biganə (özgə) radiolara qulaq asmaqla qəbul edib, digər şəxslərə danışırlar. onların cavablarını vermək üçün bu radiolara qulaq asmaq lazımdır, ya yox? (Çünki bəzilərindən haram olduğunu eşitmişəm, indi sizin mübarək nəzərinizi bilmək istəyirəm.)
Ad: Nahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Nahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər yoldan azdırma və fəsada
səbəbdirsə, gərək qulaq asmayasınız.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (37) :
Mənim əxlaqi yaxşı olmayan və məğrur bir atam vardır. Öz ailəsinə zülm etməyi xoşlayır. mən həddi-buluğa yetişən vaxtdan onunla mübarizədəyəm. Əgər onun cavabını başqalarının yanında dərhal versəm xoşagəlməz və ləyaqətsiz iş görmüş olaram və yaxud əgər təklikdə onunla danışsam sözlərimi qəbul etməyib məni danlayır. xülasə, bilmirəm nə edim? vəzifəm nədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Valideynin ehtiramını qorumaq,
söhbətdə ədəbə riayət etmək, lazım olan yerlərdə əmr be məruf və nəhy əz munkər
etmək lazımdır. Əgər təsir qoymağından məyus olsanız heç bir vəzifəniz yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (38) :
Əgər bir qadın ailədə ərinə tabe olmasa, ərinə qiymət qoymasa, yaşayış sirlərini hər yerdə açıb desə və ardıcıl olaraq yalan danışsa, kişinin vəzifəsi şəriət nöqteyi-nəzərdən necədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Gərək o qadını əmr be məruf və
nəhy əz munkər etsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (39) :
Bir qadın naməhrəm şəxslərlə davranmaq və münasib olmayan geyimlərdən istifadə məsələsinə etinasızlıq edir. bu barədə ərinin dediklərinə də qulaq asmırsa, ərin vəzifəsi nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Lazımdır ki, nəsihət və başa
salmaqla və ya mümkün olan digər vasitələrdən istifadə edib şəriət qanunlarını
ona çatdırıb, günah işlərdən çəkindirsinlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (40) :
Biz cins və yaşayış ləvazimatlarını almaq üçün çarəsizlikdə səfərə çıxırıq. həmişə musiqiyəqulaq asan sürücülərlə üzləşirik. onları bu işdən çəkindirmək bizə vacibdirmi?
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Ad: Camal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər fəsada səbəb olmazsa,
imkan olan surətdə, onları bu işdən çəkindirin. İmkan daxilində günüha səbəb
olan işlərlə məşqul olmayan başqa nəqliyyat vasitələri ilə səfərə çıxın.