Sual (21) : Müsəlmanlara icazə verilirmi ki, İslam və ya küfr ölkələrində “Əhli-kitab” və ya başqa kafirlərin kişi, yaxud arvadlarını əsir götürsünlər?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu işə icazə verilmir, amma kafirlər İslam ölkələrinə hücum edərsə, hərbiçilərin əsir alınması İslam rəhbərinin əlindədir. Müsəlmanlara da başqa şəxslər kimi bu səlahiyyət verilmir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (22) : İslam ölkələrində yaşayan “Əhli-kitab” üçün “Əhlüz-zimmə” [5257] hökmü icra olunarmı?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Onlar, təhlükəsizliyin xilafına bir iş görməyənə və yaşadıqları İslam dövlətinin qayda-qanunlarına tabe olana qədər, həmpeyman hökmündədirlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (23) : İslam dininin təhlükə qarşısında qaldığını gördükdə, onun müdafiəsinə qalxan zaman valideynlər narazı olsa, onun hökmü necə olar?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İslam və müsəlmanların vacibi müdafiəsi valideynlərin icazəsindən asılı deyildir; lakin bununla yanaşı, çalışmaq lazımdır ki, onların da razılığı əldə olunsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (24) : Məsum İmam (ə) qeybdə olan zaman ibtidai cihadın hökmü nədir? İmkanları geniş olan (müsəlmanların vəlliyyi-əmri) və bütün şəraitlərə malik olan fəqihə bu barədə hökm verməyə icazə verilirmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Müsəlmanların vəliyyi-əmri, bütün şəraitlərə malik olan fəqih şəraitin bunu tələb etməsini gördükdə, mümkündür ki, bu hökmü verməyə icazəli olsun; hətta bu, o barədə olan rəylərin ən qüvvətlisidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (25) : Rəssamlığın və heykəltəraşlığın haram olması onlar barəsində şirklə bağlı görüşlərə və onun bütpərəstlik çöhrəsində görədirmi? Bu halda bu gün belə işlər camaat içində bütpərəstlik fikirlərini icad etmirsə və incəsənət adı ilə tanınaraq istifadə olunursa, bu işlə məşğul olmağın hökmü nədir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Heykəltəraşlıq və onun alqı-satqısının hər bir halda işkalı var. Oyuncaq kimi hazırlanarsa, bu hökmdən istisnadır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (26) : Bir şəxsin namaz qılmayan və müqəddəslərə hörmətsizlik edən bir qohumu vardır. ata və anasına xatir ona bir söz demir, amma ondan çox narazı və narahatdır. nəhy əz munkərdə həmin miqdar kifayətdirmi?
Ad: Nahid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər ona nəsihət etmək olarsa, əmr be məruf və nəhy əz munkər edin. ata və ananın narahat olması vəzifəni insanın öhtəsindən götürmür. Əgər belə adamlarla gediş-gəliş onların təsdiqlənməsi sayılırsa tərk edin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (27) : İş başında batil kasetlər və şəriətə uyğun olmayan filmlərdən istifadə edən şəxslərlə əlaqə saxlamaq necədir? Əgər əmr be məruf və nəhy əz münkər edən şəxs üçün məsxərəyə səbəb olsa, necədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər əlaqə yaratmaq təşviqə və ya harama etinasızlığa səbəb olarsa, caiz deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (28) : İndiki şəraitdə bəzi toy mərasimlərində haram musiqilərdən istifadə edirlər. həmin mərasimdə iştirak etməmək qohumluq əlaqələrinin kəsilməsinə səbəb olur, başqa tərəfdən nəhy əz munkər etmək fayda vermir. belə olan halda həmin məclislərdə iştirak etməyin hökmü necədir?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
İştirak etmək düzgün deyil, hətta qohumluq əlaqələri kəsilsə də.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (29) : Əgər bir şəxs musiqi ya ğina olan kasetləri oxutduran bir avtomobilə minsə və nəhy əz munkərin bir faydası olmadığını bilsə vəzifə necədir?
Ad: Ali, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Nəhy əz münkər şərait olan surətdə lazımdır, nəinki onlar olmadıqda.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (30) : Əmr be məruf və nəhy əz munkərin vacib olduğu yerlərdə insanın vəzifəsi musiqi məclislərində və açıq-saçıq geyinənlərin müqabilində nədir?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər öz nəsihətinizdə təsirqoyma ehtimalı versəniz gərək onları bu işdən çəkindirəsiniz. mehribanlıq və məlahətlə davranın ki, belə nəticə əldə edə biləsiniz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP