Sual (91) :
Xahiş edirik əmr be məruf və nəhy əz munkərin şərtlərini bəyan edəsiniz.
Ad:
Zamin,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əmr və nəhyin beş şərti vardır.
birinci: Əmr və nəhy edən şəxs yaxşı və pis işlərin vacibliyinə və pisliklərin
haram olmasına yəqinliyi olsun və özü xətadan amanda olsun.
İkinci: ehtimal versin ki, onun
yaxşılığa dəvəti və pis işlərdən çəkindirməsi təsir qoyandır. bəs əgər
ağılabatan bir ehtimal versə ki, onun dəvəti təsir edici olmayacaq onun
vacibliyi götürülür.
Üçüncü: vacib işləri tərk edən və
ya haram iş yerinə yetirən bir şəxs bu işində təkidlə durmuş olsa. bəs əgər
bilsə ki, bu işi tərk edib daha onu yerinə yetirməyəcək, əmr və nəhy götürülür.
dördüncü: İş görənin haqqında əmr
və nəhyin vacibliyi sabit olsun, vacibi tərk etməkdə və haramı yerinə
yetirməkdə üzrü olmasın. bəs əgər haram bir işin mübah olmasına və vacib bir
işin tərk edilməsinin düzgünlüyünə etiqadı olsa, bu surətdə əmr be məruf və
nəhy əz munkər götürülür. həmçinin hər bir halda vacibi tərk edə və haram işə
üzrü olmuş olsa, qafili tənbeh və cahilə yol göstərmək yolu ilə olsa, tənbeh
edib yol göstərmək lazımdır.
beşinci: Əmr və nəhy etməklə özünə və digər
müsəlmanlar üçün fəsad və zərəri olmasın. Əgər zərər və fəsadın olmasına ağıllı
bir ehtimal versə, əmr və nəhy etmək lazım deyil. Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (92) :
Bəzi işlərin sayəsində müəyyən qüdrətə malik olan şəxsin düzgün adam olmaması, günah və xoşagəlməz işlər görməsinə dəlalət edən şahidlər olarsa, lakin onun imkan və qüdrətindən qorxsaq, bizə icazə verilirmi ki o şəxsə əmr be məruf və nəhy əz münkər etməyək, yoxsa zərər təhlükəsi olsa da bu işi görmək vacibdir?
Ad:
Elnur,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər orada ağıla batan bir zərər təhlükəsi olsa, onda o şəxsə əmr be məruf
və nəhy əz münkər etmək vacib deyildir, hətta bu vəzifə sizin üzərinizdən
götürülür də. Lakin bir kəs üçün heç də yaxşı deyildir ki, mömin qardaşına
nəsihət verməsin və təkcə günah işlər görən və yaxşı işləri tərk edən şəxsin
vəzifəsinə, yaxud o işdən gözlənilən zərər təhlükəsinə görə əmr be məruf və
nəhy əz münkər kimi bir vacib əməli tərk etsin.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (93) :
Əgər bəzi yerlərdə yaxşı işlər tərk olunsa və pis işlər adət olsa, həmçinin o yerlərdə əmr be məruf və nəhy əz münkər üçün bütün şərtlər mövcuddursa, lakin yaxşı işlərə dəvət edən və pis işlərdən çəkindirən şəxs ailə qurmamış və subay adamdırsa, həmin şəxs bu vəzifəni icra etməkdən azaddırmı?
Ad:
Elnur,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər
əmr be məruf və nəhy əz münkərin mövzu və şərtləri mövcuddursa, onda bu iş
bütün mükəlləflər üçün şəri vəzifə, insani və ictimai bir zərurət, vacib hesab
olunur. Mükəlləfin evli, yaxud subay olmasının bu işə dəxli yoxdur və təkcə
subay olmaqla bu vəzifə heç kəsin boynundan götürülmür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (94) :
İşdən qovulmağın qorxusundan əmr be məruf və nəhy əz münkəri tərk etməyə icazə verilirmi? Məsələn, gənc nəsillə məşğul olan təlim mərkəzlərindən birinin rəisi şəriət qanunlarının ziddinə bir iş görür və ya həmin yerdə günah işlər görülməsi üçün şərait yaradır.
Ad:
Elnur,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə, əmr be məruf və nəhy əz münkər etməklə insan üçün zərər
təhlükəsi yaransa, onda bu iş ona vacib deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (95) :
Əgər bir nəfərin məhrəm adamlarından biri günah işlər görürsə və bu işdən çəkinmirsə, o şəxsin onunla rabitəsi necə olmalıdır?
Ad:
Zamin,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər onunla əlaqəni kəsməklə, o şəxsin günahdan uzaqlaşmağı ehtimal
verilsə, onda o şəxsə əmr be məruf və nəhy əz münkər cəhətindən vacibdir ki,
rabitəni kəssin. Əks halda, əlaqəni kəsməyə icazəsi verilmir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (96) :
Başqasına əmr be məruf və nəhy əz münkər etmək istəyən şəxsin bu iş üçün qüdrətinin olması vacibdirmi? Ona nə vaxt əmr be məruf və nəhy əz münkər etmək vacibdir?
Ad:
Zamin,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əmr və nəhy edən şəxsə vacibdir ki, yaxşı və pis işləri tanısın, həmçinin
o, bilməlidir ki, qarşı tərəf də o işləri bilir və bununla yanaşı, onlarla şəri
cəhətdən üzrsüz və bilərəkdən müxalifət edir. Eləcə də vacibdir ki, əmr be
məruf və nəhy əz münkər edən şəxs müqabil tərəfə təsir etmək ehtimalı olduqda
bu işə qoşulsun. Həmçinin, əmr be məruf və nəhy əz münkərin əhəmiyyəti ilə
gözlənilən zərər təhlükəsinin fərqlərini mülahizə etməklə, bu işin
təhlükəsindən amanda qalsın. Amma belə olmazsa, onda bu iş ona vacib deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (97) :
Əgər çox mühüm işlərdə əmr be məruf və nəhy əz münkər etmək xəsarət yetirmək, bəzən də öldürməklə qurtaran fiziki güc tətbiq etməkdən asılıdırsa, belə yerlərdə (məsələn, günahsız bir adamın həyatını xilas etməkdə) hakimin icazəsi lazımdır, yoxsa yox?
Ad:
Elnur,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər günahsız bir adamın qorunması və ölüm hadisəsinin qarşısının alınması
bilavasitə onun gecikmədən işə qarışmasından asılıdırsa, onda icazə verilir və
hətta günahsız bir şəxsi müdafiə etdiyi üçün şəri cəhətdən vacibdir də. Bu iş
hakimin icazəsindən və ya başqa şəxslərin razılığının hasil olmasından asılı
deyildir. Amma günahsız adamın müdafiə olunması hücum edən şəxsin
öldürülməsindən asılı olsa, onda bunun müxtəlif şəkilləri var və ola bilsin ki,
hökmləri də bir-birindən fərqli olsun.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (98) :
Əgər pis iş görən şəxsi o işdən ayırmaq fiziki qüvvə tətbiq etmək, yaxud həbs etmək, yaxud da ona təzyiq göstərmək və ya hətta malından (onun əleyhinə tələf olunsa da belə) istifadə etməkdən asılıdırsa, bu halda hakimin izni olmadan bu vasitələrlə əmr be məruf və nəhy əz münkər etməyə icazə verilirmi?
Ad:
Elnur,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu mövzunun müxtəlif şəkilləri vardır. Ümumiyyətlə, əgər əmr be məruf və
nəhy əz münkərin mərtəbələri o işi görən şəxsin canı və malından istifadə
edilməsindən asılı olmasa, bu işdə heç kəsin icazə verməsinə ehtiyac yoxdur.
Əksinə, bu, mükəlləflər üçün vacib olan işlərdəndir. Amma, əmr be məruf və nəhy
əz münkər şifahi deməkdən başqa, əlavə şeylərdən də asılı olan yerlərə gəldikdə
isə, o, İslam qanunlarının hakim olduğu və İslamın bu vacibi hökmünə əhəmiyyət
verildiyi bir dövlətdə olsa, onda bu iş hakimə, xüsusi məsullara, rəsmi olan
yerli qüvvələrə və səlahiyyətli məhkəmə orqanlarına həvalə olunur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (99) :
İslam hökumətinin sayəsində əmr be məruf və nəhy əz münkərin xalqa vacib olmasına əsasən, təkcə dillə əmr və nəhy etmək kifayətdirmi və onun qalan mərtəbələri məsulların üzərində qalırmı? Hökumət tərəfindən verilən bu rəy hökm hesab olunur, yoxsa fitva?
Ad:
Elnur,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu, fiqhi fitva olar.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (100) :
Əmr be məruf və nəhy əz münkər edən zaman yaxşı işləri tərk edən və pis işlər görən adamlar təhqir olunsa və camaatın gözü qarşısında onların şəxsiyyətinə və heysiyyətinə toxunulsa, bunun hökmü necə olar?
Ad:
Elnur,
Ölkə:
Azərbaycan,
Müctəhid:
Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər bu zaman əmr və nəhy etməyin şərtlərinə və onun ədəb qaydalarına
riayət olunsa, onların həddi aşılmasa, bu işin ona heç bir eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.