Sual (81) : Əgər qatil qətldən əvvəl insanı yaralayıb, sonra zərbələrlə onu öldürsə, öldürülənin varisləri ölümdən əvvəl vurulan zərbələrin diyəsini ödəməyi tələb edə bilərlərmi?
Ad: Gulaga, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, məgər ki, həmin yaralarla vəfat etsə, bu surətdə təkcə qətl diyəsi ödənilir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (82) : Vurulan bir zərbə heç bir iz və rəng dəyişikliyi saxlamamışdırsa, vuran üçün hansı cəzanı nəzərə almaq olar?
Ad: Alsafa, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər qisas mümkün olsa, qisas alınır, əks halda şəriət hakimi qan bahası ilə frqli variantla məsələni xətm edir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (83) : Öldürülənin sahiblərindən bəziləri baliğ və bəziləri qeyri-baliğdir. baliğ olan sahiblər qisas tələb edirlər. Bu halda qisas caizdir, ya uşaqların həddi-buluğ yaşına çatana qədər səbr etməlidirlər? uşaqların qəyyumu bu məsələdə dəxalət edə bilərmi?
Ad: Hafiz, Ölkə: , Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən əgər uşağın həddi-buluğ olmaq vaxtı yaxınlaşıbsa, ehtiyat gözləməkdir. amma əgər fasilə çox olsa, gecikdirmə fəsada ya haqqın zay olmasına səbəb olsa, uşaqların vəlisini təyin etməklə, diyəni almaq onların məsləhəti ilə olsa, uşaqların haqqını təmin etməklə ən güclü rəyə əsasən böyük adamlar tərəfindən qisas caizdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (84) : Bir şəxs bir nəfəri öldürmüşdür. onun qan sahibi olmayan bir şəxs onu öldürür. qatili öldürən şəxsin hökmü və birinci öldürülən şəxsin sahiblərinin haqqını bəyan edin.
Ad: Elmar, Ölkə: , Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən əgər birinci öldürülənin sahibləri qatillə diyədə razılaşmamış, ya onu əhv etməmiş olsalar, qatilin öldürüldüyünü fərz etməklə, birinci öldürülənin sahibləri üçün diyəni almağa nisbətdə hakkları qalmır. amma ikinci öldürülənin sahibləri, ikinci qatilə müraciət edib ondan qisas alıb yaxud onu əhv edə bilərlər.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (85) : Torpağı əkən şəxs torpağın sahibi ilə qərarlaşıb ki, məhsulu yığandan sonra 130 “mən” buğdanı özünə götürsün. bu buğdaya zəkat düşürmü ?
Ad: Yasar, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər əkinçi toxumluqda torpaq sahibi ilə şərik deyilsə və zəkati yoxdur. lakin əgər işin xərcindən çox olarsa xumusunu verməlidir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (86) : Əgər bir kəs bir miqdar əkin sahəsini icarəsiz yaxud müqavilə olmadan buraxıb başqa bir yerə gedərsə, həmin əkin sahəsini torpaq sahibinin qardaşı öz sahəsi ilə birlikdə əksə və hər iki, sahənin məhsulu nisab həddinə çatarsa ona zəkat vacibdirmi?
Ad: Gulaga, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər buğdanı özü üçün əkibsə və nisab həddinə çatıbsa zəkat ona vacibdir. həmin torpağın icarə haqqını qardaşına borcludur. amma əgər qəsdi bir miqdar buğdanı qardaşına verməklə şəriklik idisə bu halda özü üçün qalan miqdar nisab həddinə çatmasa zəkatı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (87) : Bir şəxs bir miqdar torpaq sahəsini başqasına icarəyə verərək icarə haqqını buğdadan təyin edib. İcarə haqqı ilə ələ gələn və təklikdə nisabın həddinə çatan buğdaya zəkat yoxdur sahibin qalan torpaqdan götürdüyü buğda ilə birlikdə nisab həddinə çatsa zəkat vacibdirmi?
Ad: davud, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
İcarə haqqı ilə götürülmüş buğda hətta nisab həddinə çatsa da zəkatı yoxdur. amma əgər əkinçiliklə ələ gələn buğda təklikdə nisab həddinə çatırsa zəkatı vacibdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (88) : Mən öz torpağımda buğda və arpa əkmişəm, məhsulu gətirmək üçün bir miqdar xərc çəkmişəm o cümlədən bir traktor və müəyyən miqdar kənd təsərrüfatı ləvazimatlarını almışam. bu xərcləri ələ gələn məhsuldan hesablaya bilərəmmi? sonra əgər məhsul nisab həddinə çatarsa zəkat verim?
Ad: qafur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, arpa və bugdanı ələ gətitmək üçün çəkdiyiniz bütün xərcləri azaldın. Əgər traktorsuz əkinçilik edə bilirsinizsə, təkcə ona istifadə zamanı çəkilən xərcləri çıxardır. həmçinin əgər onun giyməti müəyyən qədər aşağı düşürsə o miqdarı xərclik bir hissəsi kimi hesab edin. lakin nəzərə almaq lazımdır ki əgər bu hesablamadan qabaq, məhsul nisab həddinə çatsa, yəni 847 kiloqramdadırsa vacib ehtiyata əsasən yerdə qalanının zəkatını verməlisiniz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (89) : Bəzi rəvayətlərdə düyü zəkatının da verilməsi müstəhəbbi əməl kimi zikr olunmuşdur. belə ki, bəzi məntəqələrdə geniş surətdə düyü əkilir, onun zəkatını vacibi höküm kimi verə bilərlərmi? xahiş edirik mübarək nəzərinizi yazasınız?
Ad: dasqin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Hal-hazırda düyü kimi şeylərdə zəkatın fətvası qeyri-vacib olaraq qeyd olunub.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (90) : İran İslam respublikasında istifadə olunan "bahar-azadi" sikkələrinə zəkat düşürmü?
Ad: Resul, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Xeyr, düşmür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP